Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-531/2024 04.04.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X6 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının, onun nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs Nərimanov rayon İcra Hakimiyyəti) "çıxarışın verilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1564/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia (İPM m.34.1.) ərizəsi ilə ünvan 1 ünvanında yerləşən 9B saylı mənzilin İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmaqla bu barədə çıxarış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “Bakı şəhərinə gəldiyi vaxtdan valideynləri ilə birlikdə ünvan 2 ünvana pasport qeydiyyatına alınmışlar. ünvan 3erləşən 9 saylı mənzil anasının xüsusi mülkiyyətinə verilmişdir və bu barədə reyestrdən çıxarış əldə etmişdir. Ailə həyatı qurduqdan sonra o, ünvan 3erləşən 9B saylı mənzildə yaşamağa başlamış və həmin mənzilin onun xüsusi mülkiyyətinə verilməsi barədə müraciət etmişdir. Nərimanov rayon İH başçısının xx.xx.2015-ci il tarixli 184 saylı sərəncamı ilə həmin mənzilə dair onunla bağlanmış kirayə müqaviləsi təsdiq edilmişdir və o, ailə üzvləri ilə birlikdə həmin mənzilin icarədarı hesab edilmişdir. Həmin sərəncam əsasında DƏDRX tərəfindən ona xx.xx.2021-ci il tarixli dövlət mülkiyyətində olan mənzilə istifadə hüququ tanınaraq çıxarış verilmişdir. Lakin, o, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanına uyğun olaraq həmin mənzilin onun xüsusi mülkiyyətinə veriləcəyini gözləyirdi. Hüquqi savadsızlığı nəticəsində ona təqdim edilən Sərəncam və istifadə hüququna dair çıxarışın mahiyyətini gec başa düşmüşdür. Sonradan dəfələrlə şifahi müraciət etsə də, nəticə verməmişdir. "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında” AR Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanının 25 may 2006-cı il tarixədək qüvvədə olan redaksiyasının 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki, yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988- 1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. Həmin Fərman xx.xx.2001-ci il tarixdə verilərkən o, artıq adıçəkilən mənzildə yaşadığına görə ona münasibətdə 7-ci bənd tətbiq edilməlidir. O, cavabdehə ərizə ilə müraciət edərək, ünvan 3erləşən 9 saylı mənzil üzərində hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qərar qəbul edilməsini xahiş etmiş, lakin sonuncu xx.xx.2022-ci il tarixli cavab məktubu ilə ərizəsini təmin etməkdən imtina edərək bildirmişdir ki, qeyd olunan mənzilin mülkiyyət hüquqlarının iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi təqdim edilməmişdir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı tərəfindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsində göstərilən əsasa dair sənəd təqdim edilməmişdir. Təqdim olunan mənzilə dair Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyəti başçısının sərəncamı xx.xx.2015-ci il tarixlidir. Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54 ünvanında yerləşən 9B saylı mənzil üzərində İddiaçı (atası) istifadə hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış, bununla bağlı ********** qeydiyyat nömrəli xx.xx.2021-ci il tarixli elektron çıxarış tərtib olunmuşdur...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1564/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin («İPM») 85ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “Məhkəmə iddianı rədd edərkən gəldiyi nəticəni Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa və Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında ARQ-na 8.0.11-ci maddəsinə istinad edərək onunla əsaslandırmışdır ki, iddiaçı mübahisəli mənzilin öz adına özəlləşdirilməsi üçün hüquqmüəyyənedici sənəd qismində təqdim etdiyi sərəncam xx.xx.2015-ci il tarixlidir. İddiaçı əvvəlcə ünvan 4 ünvanında məskunlaşması, daha sonra 9B saylı mənzildən istifadə etmiş və xx.xx.2009-cu il tarixədək iddiaçının 9B saylı mənzilə hüquqlarının yaranmasını təsdiq edən mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda, iddiaçının uzun müddət mübahisəli mənzildə yaşaması dəlilinə münasibətdə qeyd etmişdir ki, mülkiyyət hüqunun əldə edilməsi ilə bağlı “qanuni gözlənti”yə malik olması üçün hüquqi əsas olmamışdır. İddiaçı Bakı şəhərinə gələrkən 14 yaşı olmuşdur, ona görə valideynlərininn məskunlaşdığı evə pasport qeydiyyatına alınmışdır. İddia ərizəsində də qeyd edildiyi kimi ailə həyatı qurduqdan sonra 1996-cı ildə hazırki mübahisəli mənzildə ailəsi ilə birlikdə məskunlaşmışdır. Bu barədə ərazi üzrə 35 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilən arayışlarda və məhkəməyə təqdim edilən sorğuya cavab məktubunda da iddiaçının həmin evdə uzun müddətdir yaşaması öz əksini tapmışdır. İddia ərizəsində istinad olunan "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" AR Prezidentinin xx.xx.2001 -ci il tarixli 562 nömrəli Fərmanım xx.xx.2006-cı il tarixədək qüvvədə olan redaksiyasının 7-ci bəndinə münasibətdə isə qeyd edilmişdir ki, həmin normaya görə NKnə tapşırılmışdır ki, vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrinin əvəzsiz olaraq vətəndaşların mülkiyyətinə verilməsi təmin edilsin. Məhkəmə həmin mənzilin faktiki fərdi yaşayış evi olduğunu bilir. Hətta məhkəmə gedişatında fotoşəkillər tələb etmişdir və iddiaçı tərəfindən təqdim edilmişdir. Məhkəmə yerdən tikilən ayrıca ev olduğunu və çoxmənzilli yaşayış binasının bir hissəsi olmadığını bilir. Bununla belə, evin nömrələnmə qaydaları ilə formal olaraq “mənzil" kimi adlandırılmasını iddianı rədd edərkən əsas götürmüşdür. Texniki pasport da var və tikilinin torpaq sahəsinə birbaşa bağlı ev olduğu görünür. Eyni zamanda, torpaq kimə məxsusdursa, üzərində yerləşən ev də həmin şəxsə məxsusdur. Nəticədə, İddiaçının Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində tarixi torpaqlarından didərgin salınmış şəxslər üçün nəzərdə tutulan hüquqlarından istifadəsinə mane olur. İş üzrə mübahisəli əmlakla bağlı hər hansı üçüncü şəxsin adına qeydiyyat aparılmamışdır. İddiaçının məskunlaşdığı ev və onun altında yerləşən torpaq sahəsinə mülkiyyət hüququ bilavasitə "Erməni millətçilərinin apardığı etnik təmizləmə nəticəsində Ermənistan ərazisindəki öz tarixi torpaqlarından didərgin salınmış azərbaycanlıların məskunlaşması problemlərinin həlli haqqında" AR Prezidentinin xx.xx.2001 -ci il tarixli 562 nömrəli Fərmanı əsasında yaranmışdır. Əgər hər hansı üçüncü şəxsin adına qeydiyyat yoxdursa, inzibati orqan və Məhkəmə iddiaçının evə dair mülkiyyət hüququnu hansı səbəblə tanımaq istəmir?! Adıçəkilən Fərman ümumən erməni millətçilərinin zorakı Ermənistan Respublikasından didərgin salınmış azərbaycanlıların daimi məskunlaşması problemlərinin və bununla bağlı digər məsələlərin həlli məqsədilə qəbul edilmiş, həmin Fərmanla (o cümlədən 7-ci bəndi ilə) qaçqınların ölkə ərazisində daimi yerləşmlərinin təmini ilə bağlı xüsusi tələblər, o cümlədən onların məskunlaşdıqları ev və ya torpaq sahəsi ilə bağlı mütləq qaydada hüquqmüəyyənedici səndələrin olması nəzərdə tutulmamışdır. 25 may 2006-cı il tarixədək qüvvədə olan redaksiyasının 7-ci bəndinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmışdır ki. yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988- 1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin etsin. Həmin Fərman xx.xx.2001-ci il tarixdə verilərkən o. artıq adıçəkilən mənzildə məskunlaşdığına görə ona münasibətdə 7-ci bənd tətbiq edilməlidir. Bu müddəanın məntiqi davamı olmuşdur ki. Fərmanın 8-ci bəndi ilə Nazirlər Kabinetinə tapşırılmışdır ki. müvafiq mərkəzi və yerli icra hakimiyyətləri orqanları tərəfindən bu Fərmanın 2-ci bəndində göstərilən torpaq sahələrinin və onların üzərində yerləşən tikililərin digər qanuni mülkiyyətçilərinin olub-olmamasının müəyyənləşdirilməsindən sonra həmin torpaq sahələrinin və tikililərin Ermənistan Respublikasından 1988-1992-ci illərdə qovulub çıxarılan və burada daimi yaşayan vətəndaşların mülkiyyətinə verilməsinə dair qanunvericiliklə nəzərdə tutulmuş sənədlərin rəsmiləşdirilməsini iki ay müddətində təmin etsin...” Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellysiya şikayətinə uyğun izahat vermiş, eyni zamanda, iddiaçının elektrik enerjisindən istifadəyə dair “Abunə haqqında” şəxsi hesab vərəqinə və oxşar hal üzrə məhkəmə qərarının mövcudluğuna istinadən, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçının özü isə məhkəmənin sullarıını cavablandırarkən bildirmişdir ki, sonradan (evləndikdən sonra) 1990-cı ildə atasıgillə məskunlaşdıqları mənzilin yanındakı yarımçıq tikili onun tərəfindən təmir işləri görülərək, üç nəfər ailə tərkibində orada məskunlaşmışlar. Məhkəmə kollegiyasının iclasında iştiak edən cavabdehin nümayəndəsi N.Rzazadə iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınmasının təsdiqedci hüquqmüəyyənedici əsaslar mövcud olmadığını qeyd edərək birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarında olan: - xx.xx.1989-cu il tarixli 096333 saylı orderin surətindən görünür ki, X1 qəsəbəsində ona məxsus olan 2 otaqlı sahəsi 64 kv.metr olan evi ünvan 5 ünvanında yerləşən 3 otaqlı, sahəsi 48,1 kv.metr olan 9 saylı mənzillə dəyişdirmiş; - 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2000-ci il tarixli arayışından görünür ki, Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 54 ünvanında yerləşən 9 saylı mənzildə X13 1989-cu ildən, X4 1989-cu ildən, X16 1990-cı ildən, X10 1994-cü ildən, X7 1996-cı ildən, X9 1989-cu ildən, X14 1996-cı ildən, X8 isə 1996-cı ildən qeydiyyata alınmış; - xx.xx.2005-ci il tarixli müqavilədən görünür ki, X16, X10, X7, X11 və X14 xx.xx.2005-ci il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən onlara məxsus olan - Bakı şəhəri, C.Hacıbəyli küçəsi, ev 54, mənzil 9 ünvanında yerləşən 3 otaqlı mənzilin hər birinə məxsus olan 1/6 hissəsini anaları X3 bağışlamış; - 35 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2015-ci il tarixli 175819 saylı arayışından görünür ki, İddiaçı ünvan 6 ünvanında uzun müddətdir qeydiyyatsız yaşayır; -Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən sorğu edilən xx.xx.1974-cü il təvəllüdlü İddiaçı xx.xx.1990-cı il tarixdən hazıradək ünvan 7 ünvanında yaşayış yeri üzrə qeydiyyatdadır. - Bakı şəhəri Nərimanov rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli, 184 nömrəli Sərəncamından görünür ki, iddiaçının müraciəti nəzərə alınaraq C.Hacıbəyli küçəsindəki 54 nömrəli evin, ümumi sahəsi 39,42 kv.metr, yaşayış sahəsi 29,3 kv.metr olan 3 otaqlı 9 A nömrəli mənzilinə, ailə tərkibi 3 nəfər olmaqla (özü, arvadı, qızı) vətəndaş İddiaçı adına kirayə müqaviləsinin bağlanılması qərara alınmış və iddiaçı həmin mənzilin icarədarı hesab edilmiş; - ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışından görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi 54, 9B saylı mənzilə dair İcra Hakimiyyəti Başçısının xx.xx.2015-ci il tarixli 184 saylı sərəncamı ilə iddiaçının istifadə hüququ qeydə alınmış; - Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, ünvan 9 ünvan rekviziti arxiv və baza məlumatlarına əsasən təkrarlandığı üçün Bakı şəhəri, Nərimanov rayonu, Ceyhun Hacıbəyli küçəsi, ev 54, mənzil 9B düzəlişi edilmişdir. **********22-05101-091001 reyestr nömrəli mənzil sahəsinin ünvan 9 ünvanı ünvan 10 təşkil edir. Beləliklə də, iddiaçının iddia ərizəsindən, apellyasiya şikayətindən və tədqiq olunan sübutlarla müəyyən edilən hallardan göründüyü kimi, İddiaçı, ilk öncə 14 yaşında olarkən, 1990-cı ildən atasının ailə tərkibində atasına məxsus xx.xx.1989-cu il tarixli 096333 saylı dəyişmə orderi əsasında ünvan 11 ünvanında məskunlaşmış, daha sonra özü ailə həyatı qurduğunda (1996-cı ildə) həmin evin yanında yerləşən “9A” saylı yarımçıq tikilidə təmir işləri aparıb (iddiaçının deməsinə görə) 3 nəfər ailə tərkibində yaşayş sahəsi kimi istifadə etmişdir. İddiaçının təqdim etdiyi, "xxxx"ASC-nin “Abunə haqqında” şəxsi hesab vərəqində də elektrik enerjisinin istifadəçisi kimi, yalnız, xx.xx.2007-ci ildən qeydiyyata alındığı müəyyən olunur. Bu isə onun göstəicisidir ki, həmin tarixdən də adıçəkilən onun qeyd edilən “9A” ünvanıda yerləşən yarımçıq tikili iddiaçı tərəfindən yaşayış sahəsi kimi istifadə olunmağa başlamışdır. Hər bir halda, xx.xx.2015-ci il tarixdə Nərimanov Rayon İcra Hakimiyyəti tərəfindən həmin mənzilə dair iddiaçı ilə kirayə müqaviləsi bağlanması barədə sərəncam verilmiş və həmin sərəncam əsasında da cavabdeh tərəfindən mənzilin əvvəlki “9A” nömrəsi 9B nömrəsi ilə əvəz edilməklə, iddiaçının reystrdə “istifadə hüququ” ilə qeydə alınmışdır. Halbuki, həmin tarixə qədər (o cümlədən, köhnə mənzil qanunvericiliyinin qüvvədən düşdüyü xx.xx.2009-cu il tarixədək) iddiaçının sözügedən 9A (9B) saylı mənzilə dair hüququnu təsdiq edin hər hansı bir ilkin sənəd mövcud olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1.11-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə görə Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur . Həmin Qanunun 10.2-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2-ci maddəsinə əsasən, torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2016-cı il tarixli Qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” AR Qanununun 10.2-ci maddəsi şərh edilərək, göstərilmişdir ki, “… Qanunun 10.2.1-ci maddəsində vurğulanır ki, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mətninə və məzmununa görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı biri təqdim olunduqda, qeydiyyat orqanı əlavə olaraq digər əsaslardan (sənədlərdən) başqasının da təqdim olunmasını tələb etməyə haqlı deyil.” Konret halda isə iddiaçı tərəfindən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.11-ci maddəsində müəyyən edilən tələblərə uyğun olan sənədlərdən hər hansı birini cavabdehə və məhkəməyə təqdim etməmişdir. İddiaçının 1989-cu ildən faktiki olaraq həmin mənzildə yaşaması isə həmin əmlaka mülkiyyət hüququnun əldə edilməsi ilə bağlı “qanuni gözlənti”sini yaratmır. Çünki qanuni gözləntinin əmələ gəlməsi üçün hüquqi əsas olmalıdır. Hazırkı halda isə iddiaçının qanuni gözləntisi olması üçün xx.xx.2009-cu il tarixədək hüquqi əsası mövcud olmamışdır (Həmin tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” AR Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır.). İddiaçının istinad etdiyi Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 562 nömrəli Fərmanının 25 may 2006-cı il tarixədək qüvvədə olan redaksiyasının 7ci bəndi ilə - yerli icra hakimiyyətləri orqanları ilə birlikdə 1988- 1992-ci illərdə erməni millətçilərinin zorakı hərəkətləri nəticəsində Ermənistan Respublikasından çıxarılan və Azərbaycan Respublikasında məskunlaşan vətəndaşların yaşadıqları tikililərin altında yerləşən və dövlət mülkiyyətində olan torpaq sahələrini əvəzsiz olaraq həmin vətəndaşların mülkiyyətinə verilməsini təmin edilməsinin Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılmasına gəldikdə, birincisi, bu məsələ fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ilə bağlı olmuş, ikincisi, iddiaçı atasının dəyişmə orderi əsasında onun ailəsi tərkibində mübahisəli mənzildə deyil, C.Hacıbəyli küçəsi, ev 54, mənzil 9 ünvanında yerləşmiş və həmin mənzil onun adına da 2000-ci ildə özəlləşdirmişdir. Beləliklə də, iddiaçının mübahisəli mənzilə mülkiyyət hüququnun qeydə alınmasını zəruri edən faktiki şərtlərin mövcdulğu sübuta yetirilmir. Başqa sözlə, 9B saylı mənzilin onun adına mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alınması barədə cavabdehə müraciət olunan hüquq dövlət qeydiyyatına alınmalı hüquq hesab oluna bilməz. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsi isə nəzərə də tutuor ki, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh qanunvericiliklə üzərinə düşən vəzifələrin icrasından irəli gələrək, mübahisələndirilən daşınmaz əmlaka dair iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina etməsi əsaslıdır. İPM-in 73.1-ci maddəsi də məhz onu nəzərdə tutur ki, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə o halda öhdəlik qoyur ki, inzibati aktın qəbulundan imtina olunması qanuna zidd və iddiaçının hüquqlarının pozmuş olsun. İşin sübutlarla müəyyən edilən hallarından isə göründüyü kimi, cavabdehin mübahisəli əmlakın dövlət qeydiyatından imtinası qanunauyğun olmuşdur. Qanunauyğun imtina isə iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmənin gəldiyi nəticə işin sübutlarla müəyyən edilən hallarına və qanunvericiliyin tələblərinə uyğundur. Ona görə də məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının əsasız və qanunvericiliyə zidd olduğunu mübahisələndirməyə çalışan dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati 2-1(112)-1564/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və İPM-in 87, 89, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1564/2023 saylı xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-531/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-531/2024
04.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver