Məhkəmə qərarları › İş №2-1(103)-532/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-532/2020

12.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-532/2020 12.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X3, İddiaçı, İddiaçının vəkili X1, Cavabdehin nümayəndəsi X9 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı əmrə dəyişiklik edilərək, ehtiyata buraxılması istiqamətində işlərin görülməsi tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Dövlət Sərhəd Xidmətinin xx.xx.2018ci il tarixli, 120 Ş/H nömrəli əmrinə dəyişiklik edilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ehtiyatda olan polkovnik-leytenantdır. 1992-2018-ci illər (1992-1995-ci il tarixlərdə əsgər, 1995-2018-ci il tarixlərdə gizir və zabit kimi həqiqi hərbi xidmətdə olmuşdur) ərzində Dövlət Sərhəd Xidmətində sıravi əsgər kimi həqiqi hərbi xidmətə başlayaraq şöbə rəisi vəzifəsinədək yüksəlmişdir. Müstəqil Azərbaycan Silahlı Qüvvələrinin ilk əsgərlərindən olaraq ölkənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Müharibə və Silahlı Qüvvələr veteranıdır. 26 il dövr ərzində vətənə, xalqa, Ulu öndər Heydər Əliyevin dövlətçilik ideyalarına daima sədaqətlə xidmət etmişdir. Dövlət başçısı Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev və DSX-nin rəhbərliyi tərəfindən dəfələrlə dövlət mükafatları, müxtəli müddəalar, fəxri fərmanlarla təltif edilmiş və bunu özünə şərəf sayaraq xidmətini daha da səmərəli təşkil etməklə Dövlət Sərhəd Xidmətində aparılan islahatların iştirakçısı və icraçılarından biri olmuşdur. Son xidməti yeri və vəzifəsi DSX-nin X12 X6 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsi olmuşdur. xx xxxxxx 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etmişdir. 10 yanvar – xx xxxxxx 2018-ci il tarixlərdə növbəti məzuniyyətdə olduğu zaman sərhəd xidmətinə layiq olmadıqları barədəəvvəllər də mənfi rəy bildirdiyi əməkdaşlar baş leytenant X10 və gizir X11 (baş leytenant X4 2 dəfə xidmətdən kənarlaşdıraraq qərargaha göndərmiş və axırıncı dəfə də iradəsinə zidd olaraq, mövqeyini açıq-açığa nəzərə alınmadan üç aydan sonra yenidən geriyə qaytarılmış və bir aydan sonra məlum hadisəni törətmişdir) xx xxxxxx 2018-ci il tarixdə Heydər X6nda törətmiş olduqları cinayət əməlləri hüquq mühafizə orqanları tərəfindən ifşa olunmuşlar. Bundan sonra xx xxxxxx 2018-ci il tarixdə məzuniyyətdən geri çağırılaraq onunla heç bir araşdırma aparılmadan və baş vermiş hadisədə təqsiri olub-olmaması sübut edilmədən xx.xx.2018-ci il tarixdə “xidməti uyğunsuzluq” maddəsi ilə həqiqi hərbi xidmətdən tərxis edilərək Silahlı Qüvvələrin ehtiyatına göndərilmişdir. Baş vermiş cinayət əməli müvafiq dövlət orqanları tərəfindən araşdırılmış və baş vermiş cinayət hadisəsində iştirakı və rolu olmuş bütün şəxslərin dairəsi müəyyən olunaraq istintaqa cəlb olunmuşlar. Həm istintaqın, həm də məhkəmənin gedişatında iddiaçının baş vermiş hadisədə rolu və iştirakı qeydə alınmamışdır. Lakin, buna baxmayaraq DSX rəhbərliyi istintaqın və məhkəmənin nəticəsini gözləmədən, heç bir əsas gətirməyərək, 26 illik ləyaqətli və qüsursuz xidmətini nəzərə almadan, onu vəzifədən və hərbi xidmətdən “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə görə tərxis etmişlər. Onun bu hadisələrdə hər hansı bir iştirakı olmamış və cinayət törədən şəxslər Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə öz layiqli cəzalarını almışlar. Lakin, buna baxmayaraq, o, əsassız olaraq zabit şərəfinə ləkə gətirən “xidməti uyğunsuzluq”la həqiqi hərbi xidmətdən tərxis olunmuş və buna görə də, daima özünü təhqir olunmuş hesab edir və bu adla heç cür razılaşa bilmir. Bu adın bundan sonrakı əmək fəaliyyətinə və üç övladının gələcək təhsil, həmçinin cəmiyyətdə tutacaqları ictimai və ya dövlət mövqelərinə öz mənfi təsirini göstərə biləcəyindən dərin narahatçılıq keçirir. Dövlət Sərhəd Xidmətində uzun müddət xidmət etdiyinə görə ədalətin ilk öncə məhkəməyə deyil, DSX-nin rəhbərliyinə müraciət edərək bərpa edilməsini üstün tutduğu üçün və qeyd edilən hadisə ilə heç bir əlaqəsinin olmadığını sübut etmək məqsədi ilə xidməti fəaliyyətinin yenidən araşdırılmasına və barəsindəki müvafiq əmrə dəyişiklik edilərək “xidməti uyğunsuzluq” damğasının üzərindən götürülməsi xahişi ilə DSX-ya şifahi və yazılı müraciətlər etmişdir. Hər dəfə müraciət edəndə onlar ona cinayət törədən şəxslər barəsində məhkəmə araşdırmasını yekunlaşmasını gözlədiyini bildirmişlər. Sonuncu dəfə xx.xx.2018-ci il tarixində poçt vasitəsi ilə Dövlət Sərhərd Xidmətinə müraciət ünvanlandırmışdır. Lakin, xx.xx.2018-ci il tarixli məktubla yenə də onu dinləmədən və araşdırma aparmadan ona rədd cavabı vermişlər (həmin məktubu poçt vasitəsi ilə xx.xx.2018-ci il tarixində alınmışdır). Göstərilənləri nəzərə alaraq, Dövlət Sərhəd Xidmətinə ünvanladığı çoxsaylı müraciətlər müsbət nəticə vermədiyindən və məlum hadisələrə görə onun heç bir günahi olmaması qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunduğundan öz hüquq və mənafelərini qorumaq məqsədi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Cavabdehin xx.xx.2018-ci il tarixli, 120 ş/h nömrəli əmrini əsassız və mövcud qanunvericiliyin tələblərinə cavab verməyən hesab edir. Belə ki, sözügedən əmrdə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə görə (xidməti uyğunsuzluğa görə) onu vəzifədən azad etmişlər. Hərbi qulluqçunun bu maddə ilə hərbi xidmətdən tərxis edilməsi ilk öncə onun bu xidmətə uyğun olmayan hər hansı hərəkətinin olub-olmaması, vəzifəsində buraxdığı ciddi səhvlərin olması, törətdiyi nöqsanlar sübut olunmalıdır. Yuxarıda qeyd etdiyi kimi, xidmət dövründə ciddi nöqsanları olmamış, dəfələrlə dövlət və Dövlət Sərhəd Xidmətinin mükafatlarına layiq görülmüş, hətta xx.xx.2018-ci il tarixli məlum əmrdən bir neçə gün öncə Dövlət Sərhəd Xidmətinin medalı ilə təltif olunmuşdur. Dövlət Sərhəd Xidmətinin rəisinin xx xxxxxxx 2007ci il tarixli əmri ilə təsdiq edilmiş “Dövlət Sərhəd Xidməti əməkdaşlarının etik davranış” Qaydalarının 23-cü maddəsinə əsasən, etik davranış qaydalarının pozulması DSX-in əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır. DSX-nin əməkdaşlarının intizam məsuliyyətinə cəlb edilməsi qanunvericilikdə və hərbi nizamnamələrdə nəzərdə tutulmuş qaydada və müddətdə həyata keçirilir. Aşağıdakı hallarda intizam icraatına başlanıla bilər: bu Qanunun müddəalarının DSX-nin əməkdaşları tərəfindən pozulması barədə hüquqi və ya fiziki şəxslər tərəfindən şikayət və ya digər məlumatın verilməsi; kütləvi informasiya vasitələrində DSX-nin əməkdaşları tərəfindən bu Qaydaların müddəalarının pozulması və maraqların toqquşmasına yol verilməsi barədə məlumatın dərc edilməsi; intizam icraatı zamanı DSX-nin əməkdaşı tərəfindən yol verilən hüquq pozuntusunda cinayət tərkibinin əlamətləri aşkar edildikdə, bu barədə cinayət təqibi orqanına məlumat verilməlidir. xx xxxxxx 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etmişdir. Məlum hadisələr baş verəndə o, məzuniyyətdə olmuşdur. Məhkəmə hökmü ilə hadisədə günahkar olan şəxslərin cinayət əməlləri öz təsdiqini tapmış və onun heç bir günahı olmadığı sübut olunmuşdur. Onun öz arzusu ilə Dövlət Sərhəd Xidmətində tutduğu vəzifədən azad olunaraq tərxis olunması barədə dəfələrə raportu olmuşdur. Göstərilənləri nəzərə alaraq hesab edir ki, məhkəmə qərarı ilə dəyişiklik edilərək “Hərbi vəzifə və hərbi xidmət haqında” Qanunun 41.0.6-cı maddəsi ilə deyil həmin Qanunun 41.0.9-cu madəsinə əsasən ethiyata buraxılmalıdır. Belə ki, sözügedən maddəyə əsasən, öz arzusu ilə - yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər ehtiyatda olması son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. Qeyd olunanlara əsasən iddiaçı Dövlət Sərhəd Xidmətinin xx.xx.2018-ci il tarixli, 120 Ş/H nömrəli əmrinə dəyişiklik edilərək “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunun 41.0.6-cı maddəsi ilə deyil, həmin Qanunun 41.0.9-cu maddəsinə əsasən ehtiyata buraxılması istiqamətində işlərin görülməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə təqdim edərək, iddia tələbinin əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Dövlət Sərhəd Xidməti rəisinin müvafiq əmri ilə xx.xx.2015-ci il tarixdə Dövlət Sərhəd Xidməti X12 X6nun sərhəd nəzarəti şöbəsinin 1-ci sərnişin sərhəd nəzarəti bölməsinin rəisi vəzifəsinə təyin edilmiş, xx.xx.2017-ci il tarixdən isə Heydər X6nda sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsinə təyin edilərək polkovnik-leytenant hərbi rütbəsində xidmət etmişdir. DSX-nin X7 verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazı olmasına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsini və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyrisəmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti və işgüzar keyfiyyətləri X2 tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-856/2019 saylı, xx xxxxxxx 2020ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək məhkəmənin həmin qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəməiclasındaiştirakedəniddiaçının vəkili X5 apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəməiclasındaiştirakedənİddiaçı apellyasiya şikayətini müdafiə edərək və apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəməiclasındaiştirakedəncavabdehin nümayəndəsi X17 apellyasiya şikayətinə etiraz edərək izahatında göstərdi ki, müvafiq sorğu verilmişdir və xx.xx.2019-cu il tarixli cavab məktubu ilə təxris raportunun mövcud olmadığı müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, İddiaçı 1992-2018-ci il tarixlərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur (EZ nömrəli, ******* nömrəli hərbi biletin surətinə əsasən). İddiaçı xx xxxxxx 2018-ci il tarixli təyinat vərəqəsinin surətinə əsasən Dövlət Sərhəd Xidməti N nömrəli hərbi hissə tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Yasamal rayon İdarəsinə, hərbi qeydiyyata götürülməsi ilə əlaqədar xx xxxxxx 2018-ci il tarixdən göndərilmişdir. İddiaçı 2006, 2007, 2012-ci il tarixlərdə Dövlət Sərhəd Xidmətinin rəisi tərəfindən fəxri fərmanlarla, Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 14 avqust tarixli 2390 nömrəli Sərəncamı ilə İddiaçı “Hərbi xidmətlərə görə medalı” ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin 011 nömrəli, xx xxxxxx 2018-ci il tarixli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, polkovnik-leytenant İddiaçı xx.xx.2018-ci il tarixli raportuna əsasən Heydər X6 sərhəd nəzarəti şöbəsinin rəisi polkovnik-leytenant İddiaçı xx.xx.2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək 45 gün müddətinə Bakı və Gəncə şəhərlərində keçirməklə növbəti məzuniyyəti hesabına məzuniyyətə buraxılmış hesab edilmişdir. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti rəisinin 029 nömrəli, xx xxxxxx 2018-ci il tarixli nizami hissə üzrə əmrindən çıxarışdan görünür ki, Sərhəd Nəzarəti rəisinin göstərişi və polkovnik-leytenant İddiaçı xx.xx.2018-ci il tarixli 30 nömrəli məzuniyyət bileti əsas götürülərək, Heydər X6 sərhəd nəzarəti şöbəsi rəisi polkovnik-leytenant İddiaçı xx.xx.2018-ci il tarixdən məzuniyyətdən qayıtmış hesab edilmişdir.DSX-nin X7 verilmiş xx.xx.2018-ci il tarixli təqdimatda polkovnik-leytenant İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərməsi, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol verməsi, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığının azalması, tabeliyində olan şəxsi heyətin ictimaisiyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətinin yüksəldilməsi istiqamətində işlər aparmaması və buna təşəbbüskarlıq göstərməməsi, bunun da Sərhəd Nəzarəti rəhbərliyinin onun xidmətindən narazı olmasına səbəb olması göstərilmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsi və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayaraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmii olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayraq eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti işgüzar keyfiyyətləri X2 tərəfindən müzakirə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Rəisinin xx.xx.2018-ci il tarixli, 120 ş/h sayl əmrdən çıxarışdan görünür ki, İddiaçı “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq: H.X6 sərhəd nəzarəti şöbəsinin rəisi vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış, hərbi qeydiyyata götürülmək üçün Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göygöl rayon Şöbəsinə göndərilmişdir. Onun təqvimi xidmət illəri – 25 il, 06 ay, 07 gün; güzəştli xidmət illəri – 12 il, 01 ay, 14 gün; cəmi xidmət illəri – 37 il, 07 ay, 21 gün təşkil etmişdir. İddiaçı xx.xx.2018-ci il tarixdə Dövlət Sərhəd Xidmətinin rəisinə məktub ilə müraciət edərək, məsələnin yenidən araşdırılması və “xidməti uyğunsuzluq” damğasının iddiaçının üzərindən götürülməsi barədə göstəriş verilməsini xahiş etmişdir. Dövlət Sərhəd Xidmətinin Kadrlar Baş İdarəsinin xx.xx.2018-ci il tarixli, k/1305/4/0-1083 nömrəli məktubunda mövcud qanunvericiliyə əsasən iddiaçının ehtiyata buraxılması ilə bağlı əmrdə sözügedən maddənin ləğv edilməsinin mümkünsüz olması bildirilmişdir. Birinci instansiya məhkəməsi iddiaçının hazırki tələbi əsassız olduğundan iddia tələbinin təmin edilməməli olduğu qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 40.3-cü maddəsinə əsasən zabitlər, gizirlər və miçmanlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları “Hərbi xidmətkeçmə haqqında” Əsasnamədə müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılırlar. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 41.0.6-cı maddəsinə əsasən xidməti uyğunsuzluğa görə (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar. İş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsi tərəfindən verilmiş xx xxxxxx 2018-ci il tarixli təqdimata əsasən İddiaçı xidmət etdiyi müddət ərzində özünü orta səviyyəli hərbi qulluqçu kimi göstərmiş, verilən tapşırıqların icrasına səhlənkar yanaşaraq xidmətində nöqsanlara yol vermiş, son zamanlar özünə və tabeliyində olanlara qarşı tələbkarlığı azalmış, tabeliyində olan şəxsi heyətin ictimai-siyasi hazırlığının, hərbi intizamının, mənəvi vəziyyətin yüksəldilməsi istiqamətində işlər aparmamış və buna təşəbbüskarlıq göstərməmişdir. Qeyd olunan təqdimatda polkovnik-leytenant İddiaçı hərbi nizamnamələrin, “Dövlət Sərhədi haqqında” Azərbaycan Respublikası Qanununun, xidməti təlimatların tələblərini bilməsini və gündəlik fəaliyyətində onların tələblərini rəhbər tutmağa çalışmasına baxmayraq, verilmiş göstərişləri müzakirə etməyi xoşlaması, rəislərinə qarşı qeyri-səmimi olması, tutulmuş iradları qərəzli şəkildə qəbul etməsi və işində təşəbbüskarlığının, həmçinin icraçılıq keyfiyyətinin aşağı olması göstərilmişdir. Xidməti fəaliyyətində yol verdiyi nöqsanlara görə Sərhəd Nəzarətində polkovnik-leytenant İddiaçı dinlənilərək problemləri öyrənilmiş, xidmətində dönüş yaratması üçün müvafiq göstəriş və tövsiyyələr verilməsinə, tutulmuş iradlara və verilmiş tövsiyyələrə baxmayaraq eyni nöqsanları yenidən təkrar etmişdir. Bu səbəbdən də, polkovnik-leytenant İddiaçı xidməti fəaliyyəti və işgüzar keyfiyyətləri X2 tərəfindən müzakitə olunmuş, onun “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) əsasən Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılması üçün yuxarı komandanlıq qarşısında vəsatət qaldırılmışdır. İddia tələbinin əsas dəlillərindən biri kimi iddiaçının xx xxxxxx 2018-ci il tarixdə vəzifələrini təhvil verərək növbəti məzuniyyətə gedərkən öz arzusu ilə tərxis olunmaq istəyini yuxarı rəhbərliyə məruzə edərək, ehtiyata buraxılması barədə Q/37 nömrəli tərxis raportunu aidiyyəti üzrə təqdim etməsidir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarında olan Dövlət Sərhəd Xidmətinin Baş İdarə rəisinə ünvanlanmış 16/5842 nömrəli, xx.xx.2019-cu il tarixli məktubu ilə göründüyü kimi, Sərhəd Nəzarətinin sabiq hərbi qulluqçusu İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılmağı barədə 2018-ci il ərzində X2nə raportla müraciət etməmişdir. Məhkəmə araşdırmaları zamanı iddiaçının öz arzusu ilə təxris olunmaq istəyinin yuxarı rəhbərliyə məruzə edərək ehtiyata buraxılması barədə Q/37 nömrəli təxris raportunun mövcud olması sübuta yetirilməmişdir. İddiaçı barəsində xidməti uyğunsuzluqa görə yaş həddinə çatmadan həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə əmrə əsas X2 tərəfindən iddiaçı barəsində onun xidməti fəaliyyətində olan qüsurlarla bağlı təqdimat tərtib edilərək yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması olmuşdur. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X14 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X8 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslanmışdır, birinci instansiya məhkəməsinin qərarının ləğvi və iddianın təmin edilməsi üçün əsas təşkil etmir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, məhkəmənin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-802/2020 saylı, xx xxxx 2020ci il tarixli qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar