Məhkəmə qərarları › İş №2-1(103)-532/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-532/2021

11.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-532/2021 11.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (13.08.1972-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (ərizəçi Maraqlı şəxs MMC-VÖEN **********, hüquqi ünvanı- AZ1108, Bakı şəhəri, Nərimanov rayonu, Z.Bünyadov prospekti, ev 86B, qanuni təmsilçi-X1, dövlət qeydiyyatına alındığı tarix- 14.09.2004-cü il) “çıxarışın və plan-ölçünün verilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(82)-2684/2019 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 16.07.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəsinə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 5 ünvanında yerləşən torpaq sahəsində mülkiyyət hüquqları iddiaçının adına qeydiyyata alınmışdır. Həmin torpaq sahəsində iddiaçı tərəfindən qeyri-yaşayış sahəsi inşa edilmiş və həmin qeyri-yaşayış sahəsinin eskiz layihəsi tərtib edilmişdir. Eyni zamanda layihə Bakı ŞİH tərəfindən də təsdiqlənmişdir. Daha sonra hüquqmüəyyənedici sənədlər toplanaraq cavabdeh orqana təqdim edilmiş, lakin cavabdeh tərəfindən tələbinin təmini istiqamətində hər hansı hərəkət görülməmişdir. İddiaçı hesab edir ki, cavabdeh idarənin hərəkətsizliyi onun konstitusiyon hüquqlarını pozur. Qeyd olunanlara əsasən iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci, 146.1-ci, 152.1-ci, 157.2-ci və 158-ci maddələrinə, “Daşınmaz əmlakın dövlət reyesri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci, 19-cu və 21.2-ci maddələrinə, Azərbaycan Respublikası İPM-in 45-ci və 46-cı maddələrinə istinad edərək ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəsinə uyğun olaraq onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2864/2019 saylı 05 avqust 2019cu il tarixli qərarı ilə (hakim Z.Tağıyev) iddia təmin edilmiş, ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi üzərində yaranmış mülkiyyət hüquqlarının eskiz layihəsinə uyğun olaraq İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Daha sonra qərardan narazı qalan cavabdeh 28.10.2019-cu il tarixində apellyasiya şikayəti vermiş, 28.10.2019-cu il tarixdə isə məhkəməyə ərizə təqdim edərək, apellyasiya şikayətinin geri götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2864/2019 saylı 29 oktyabr 2019cu il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qəbul etdiyi 05 avqust 2019-cu il tarixli, 2-1(82)-2864/2019saylı qərarından vermiş olduğu apellyasiya şikayətindən imtinası barədə ərizəsi qəbul edilmiş və apellyasiya şikayəti üzrə icraata xitam verilməsi qərara alınmışdır. 22.11.2019-cu il tarixdə Maraqlı şəxs MMC tərəfindən məhkəməyə ərizə təqdim edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2864/2019 saylı 29 oktyabr 2019-cu il tarixli qərardadının apellyasiya şikayətinin verilməsi üçün onlara təqdim olunması xahiş edilmişdir. Eyni tarixdə Maraqlı şəxs MMC tərəfindən təqdim edilmiş ərizə ilə Maraqlı şəxs MMC-nin 2-1(82)-2864/2019 saylı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi xahiş edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2864/2019 saylı, 04.12.2019-cu il tarixli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan-ölçünün verilməsi tələbinə dair qarşı ərizəçi Maraqlı şəxs MMC-nin nümayəndəsi və vəkili Vəkil ərizəsi rədd edilmişdir. Qərardaddan narazı qalan ərizəçi 18.12.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2864/2019 saylı, 04.12.2019cu il tarixli qərardadının ləğv edilərək, ərizənin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülkiyyət hüququ tanınmış qeyd olunan qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016- cı il tarixli, 86 saylı Qərarına və Bakı Şəhər İcra Hakimiyyətinin 07.03.2018-ci il tarixli, 115 nömrəli, 09.01.2019-cu il tarixli, 02 nömrəli və 28.01 2019-cu il tarixli, 13 nömrəli sərəncamları ilə Maraqlı şəxs MMC-yə ayrılmışdır ki həmin sərəncamlara müvafiq olaraq Nəsimi rayonu ərazisində qəzalı və məhdud işlək vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri, Nəsimi rayonu, Novruzov qardaşları ünvanında yerləşən, yaşayış üçün təhlükəli vəziyyətdə olan və ətraf mühit üçün harmoniyası pozulmuş yaşayış evlərinin söküntüsünü, eləcə də həmin ərazidə yeni hündürmərtəbəli yaşayış binasının tikintisini həyata keçirir. Nəzərə alsaq ki, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ bir neçə ay öncə dövlət reyestrində qeydiyyata alınmış, lakin qeyri-yaşayış sahəsi isə bundan təxminən 30-40 il öncə həmin torpaq sahəsinin üzərində qanunsuz olaraq inşa olunduğundan, qeyd olunan qeyri-yaşayış sahəsinə məhkəmə tərəfindən mülkiyyət hüququnun tanınması qanunsuz olmuşdur. Üstəlikdə ki, qeyd etdikləri kimi mübahisəli qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi hündürmərtəbəli binaların inşa olunması məqsədilə pilot lahiyə çərçivəsində MMC-yə ayrılmışdır. Bu baxımdan qeyd olunan qərar birbaşa MMC-nin hüquqlarına toxunur. Maddi hüquq norması olan Mülki Məcəllənin tələblərinə əsasən qanunsuz tikiliyə mülkiyyət hüququ o halda tanına bilər ki, qanunsuz tikili yerləşən torpaq sahəsi qanunsuz tikili inşa olunmamışdan öncə tikinti aparan şəxsin mülkiyyətində olsun. Mülki Məcəllənin 180-ci maddəsinin tələblərinə əsasən özbaşına tikintiyə o halda mülkiyyət hüququ tanına bilər ki, həmin tikili digər şəxslərin maraqlarına xələl gətirməsin, eyni zamanda özbaşına tikilinin yerləşdiyi torpaq sahəsi həmin tikili inşa olunmamışdan əvvəl tikinti aparmış şəxsin mülkiyyətində olsun. Lakin özbaşına tikintinin yerləşdiyi torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ bir neçə ay öncə tanınmışdır. Lakin məhkəmə yuxarıda qeyd olunan həmin halları görməzlikdən gəlmiş, eyni zamanda İnzibati Prosessual Məcəllənin tələblərini pozmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-387/2020 saylı, 28.01.2020-ci il tarixli qərardadı ilə (hakimlər V.Ağayev, A.Nuriyeva,C.Yusifov) Maraqlı şəxs MMC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2- 1(82)-2864/2019 saylı qərardadı ləğv olunmuş, ərizəçi Maraqlı şəxs MMC üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmiş, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın və plan-ölçünün verilməsi tələbinə dair iş baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı 28.02.2020-ci il tarixdə kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1587/2020 saylı, 22.09.2020-ci il tarixli qərarı ilə (hakimlər K.Bədəlov, N.Rəsulbəyova, İ.Hüseynov) kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 28 yanvar 2020-ci il tarixli 2-1(103)-387/2020 nömrəli qərardadı ləğv edilmiş, iş təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Ali Məhkəmənin qərarında göstərdiyi hüquqi mövqeyi ondan ibarətdir ki, aşağı instansiya məhkəmələri qərarın Maraqlı şəxs MMC-nin qanunla qorunan maraqlarına toxunub-toxunmamasını müəyyən etmək üçün ilkin olaraq iddiaçıya məxsus qeyri-yaşayış sahəsinin Maraqlı şəxs MMC-yə ayrılmış torpaq sahəsində yerləşib-yerləşmədiyi məsələsinə aydınlıq gətirməli idi. Azərbaycan Respublikası İPM-in 96.11-ci madəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin apellyasiya icraatı zamanı 10.03.2021-ci il tarixdə ərizəçinin nümayəndəsi və vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinə ərizə (elektron imza ilə imza edilmiş) ünvanlayaraq, hazırkı iş üzrə Maraqlı şəxs MMC-nin üçüncü şəxs qismində işə cəlb olunması barədə ərizəsinin geri qaytarılmış hesab olunması və işin icraatına xitam verilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, tərəflərindən 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət olunaraq Maraqlı şəxs MMC-nin 2-1(82)- 2864/2019 saylı inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməyi barədə qərardad qəbul edilməsi, eyni zamanda 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2864/2019 saylı, 05.08.2019cu il tarixli qərarının apellyasiya şikayəti verilməsi üçün onlara təqdim olunması barədə qərar qəbul edilməsi xahiş olunmuş, Ali Məhkəmənin məlum qərarından sonra iş yenidən apellyasiya instansiya məhkəməsinə baxılmaq üçün göndərilmiş və işə Sizin icraatınızda baxılır. Növbəti məhkəmə iclası 11.03.2021-ci il tarixə saat 14:05-ə təyin olunmuşdur. Tərəflər barışdığından, daha doğrusu mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi notarial qaydada alqı-satqı olduğundan tərəflər arasında olan mübahisə aradan qalxmışdır. Bu səbəbdən də hazırkı iş üzrə ərizənin geri götürülməsi zərurəti yaranmışdır. İddiaçının vəkili X2, cavabdeh, ərizəçi, onun nümayəndəsi və vəkili Vəkil məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər və gəlməmə səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı ərizəçinin nümayəndəsi və vəkili tərəfindən təqdim edilmiş ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq, iddiaçı onunla Maraqlı şəxs MMC-nin adından təmsilçi X1 arasında bağlanmış, AN-İ № ******* seriya və nömrəli, 01.03.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin və 01.03.2021ci il tarixli Razılaşma müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətlərini təqdim etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdıraraq, hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə işin birinci instansiya icraatı zamanı Maraqlı şəxs MMC inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməsi barədə ərizə təqdim etmiş, birinci instansiya məhkəməsinin müvafiq qərardadı ilə ərizə təmin edilməmişdir. Daha sonra iddiaçı qərardaddan apellyasiya şikayəti vermiş, apellyasiya instansiyanın qərardadı ilə ərizəçinin apellyasiya şikayəti təmin edilmiş, Ali Məhkəmənin qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İşin hazırkı apellyasiya icraatı zamanı ərizəçinin nümayəndəsi və vəkili məhkəməyə ərizə təqdim edərək, üçüncü şəxs qismində işə cəlb olunması barədə ərizəsinin geri qaytarılmış hesab olunması və işin icraatına xitam verilməsi ilə bağlı qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizənin əsası kimi tərəflərin barışması, daha doğrusu mübahisəli qeyri-yaşayış sahəsi və onun yerləşdiyi torpaq sahəsi notarial qaydada alqı-satqı olduğundan tərəflər arasında olan mübahisənin aradan qalxması göstərilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, iddiaçı ilə ərizəçi Maraqlı şəxs MMC arasında razılıq əldə edilmişdir. Belə ki, işin apellyasiya icraatı zamanı iddiaçı tərəfindən təqdim edilmiş iddiaçı ilə Maraqlı şəxs MMC-nin adından təmsilçi X1 arasında bağlanmış, AN-İ № ******* seriya və nömrəli , 01.03.2021-ci il tarixli Daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətini təqdim etmişdir. Alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən Satıcı İddiaçı Bakı şəhəri, Nəsimi rayonu, X5 küçəsi ev 13, ünvanında yerləşən, ümumi sahəsi 0,06418 ha olan torpaq sahəsinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini Alıcı Maraqlı şəxs MMC-nin mülkiyyətinə verir. Satıcı daşınmaz əmlakı 600 000 manat qiymətinə satdı. Alıcı isə həmin qiymətə aldı. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş 01.03.2021-ci il tarixli Razılaşma müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətinə əsasən “Cəmiyyət” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 saylı Qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən “Nəsimi rayonu ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək, yerində müasir tələblərə uyğun yenilərinin tikilməsi və həmin evlərdə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə” ünvan 9 ünvanda yerləşən yaşayış evinin söküntüsünü, eləcə də həmin ərazidə yeni yaşayış binasının tikintisini həyata keçirərək, “Mülkiyyətçi"nin söküntüsü nəzərdə tutulan tikinti altı sahə daxil olmaqla mülkiyyətində zirzəmi, 1-ci mərtəbə və monsard olan 490,6 kv.metr torpaq sahəsi əvəzində Maraqlı şəxs MMC nin Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küç 13 ünvanında inşa etdiyi yaşayış kompleksinin, və həmin torpaq sahəsinin üzərində tikiləcək binanın ümumi sahəsi 633,5 kv.metr təmirsiz mənzilləri ( xarici və daxili divarların divaraltı sahəsi ümumi sahəyə aiddir) 3-cü blokunun 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 143.2 kv.metr olan təmirsiz 4 otaqlı, 25 saylı mənzili, 3-cü blokunun 11-ci mərtəbəsində yerləşən ümumi sahəsi 240 kv.metr olan təmirsiz 5 otaqlı 29 saylı mənzili, 3-cü blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 123,8 kv.metr olan təmirsiz 3 otaqlı 10 saylı mənzili ,1-ci blokunun 6-cı mərtəbəsində yerləşən ümumi sahəsi 67,8 kv.metr olan təmirsiz 1 otaqlı 15 saylı mənzili, 1-ci blokunu 7-ci mərtəbəsində yerləşən ümumi sahəsi 58,7 kv.metr olan təmirsiz 1 otaqlı 23 saylı mənzili və onun mülkiyyətində olan 130 kv.metr qeyri yaşayış sahəsi (mağaza) və 42 kv.metr zirzəmi əvəzində 1-ci blokun 1-ci mərtəbəsində ümumi sahəsi 172 kv.metr olan təmirli qeyri yaşayış sahəsi, 3-cü blokda -3,30 səviyyəsində 2 ədəd (1 maşınlıq) qaraj, 0,06418 ha özəl torpaq sahəsini Bakı şəhər 23 saylı notariat ofisində 01.03.2021 -ci il tarixdə rəsmiləşdirmiş 4Ə/211 reyestrli nömrəli alqı satqı müqaviləsi üzrə 600.000 (altı yüz min) manat pul ödəyir, mənzil kirayə haqqının əvəzində isə 3-cü blokda -3,30 səviyyəsində 1 ədəd qaraj (20 aylıq kirayə haqqı ilə əvəz edilmişdir) və qeyri-yaşayış (mağaza) sahəsi üçün 3500 (üç min beş yüz) manat kirayə haqqını “Mülkiyyətçi'’yə verməyi öhdəsinə götürür. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ərizəçi Maraqlı şəxsMMC-nin nümayəndəsi və vəkili ərizə ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(82)-2684/2019 nömrəli qərardadından verdiyi apellyasiya şikayətindən imtina etməmiş, üçüncü şəxs qismində işə cəlb olunması barədə ərizəsinin geri qaytarılmış hesab olunmasını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə ərizəçi Maraqlı şəxsMMC-nin nümayəndəsi və vəkili Vəkil 10.03.2021-ci il tarixli ərizəsinə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilməlidir. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, işin birinci instansiya məhkəməsi icraatı zamanı məhkəmə iclası 04.12.2019-cu il tarixə təyin edilmiş, lakin iş materiallarına əlavə edilmiş bildirişin göndərilməsi barədə reyestrə 07.12.2019-cu il tarixli ştamp vurulmuşdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən prosessual pozuntuya yol verilərək, işə tərəflərin iştirakları olmadan baxılmışdır. Azərbaycan Respublikası İPM-nin 28.1-ci maddəsinə əsasən iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyası ərizəçinin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(82)-2684/2019 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Maraqlı şəxs MMC-nin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 04 dekabr 2019-cu il tarixli, 2-1(82)- 2684/2019 nömrəli qərardadı ləğv edilsin. Ərizəçi Maraqlı şəxsMMC-nin nümayəndəsi və vəkili Vəkil 10.03.2021-ci il tarixli ərizəsinə hüquqi qiymət verilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar