Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-533/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu pensiyasının təyin edilməsi və əmək pensiyasının təyin edildiyi tarixdən dövlət qulluqçusu kimi pensiyasının hesablanıb ödənilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X6 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8317/2024 saylı 12 avqust 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. İddiaçıya 3-17-1/2-M-150898/2023 saylı xx.xx.2023-cü il tarixli qərarla xx.xx.2023cü il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Lakin iddiaçı xx.xx.2023-cü il, xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixli ərizələrlə müraciət edərək ona dövlət qulluqçusu kimi pensiya təyin olunmasını xahiş etmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçının tələbi təmin edilməmiş, belə ki, xx.xx.2024-cü il tarixli məktubla bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci və 20.11.2-ci maddələrinə, “Dövlət qulluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda vaxtilə işlədiyi X14 Sosialist Respublikasının (bundan sonra - Naxçıvan MSSR) Nazirlər Kabinetinin İşlər İdarəsi (bundan sonra - İdarə) və həmin İdarədə mövcud olmuş vəzifələr nəzərdə tutulmayıb. Buna görə də həmin vəzifələrin hazırki dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının mümkün olub-olmamasına dair Azərbaycan Respublikasının X10 sorğu ünvanlanıb. Sorğuya cavab olaraq yazılmış məktubda İdarədə fəaliyyət göstərdiyi dövrə aid struktur məlumatlarının olmaması səbəbindən məsələyə münasibət bildirilməsinin mümkün olmadığı qeyd edilib. Mərkəzi Filiala təqdim edilən Azərbaycan Respublikası Milli Məclisinin Aparatının 29 dekabr 2023-cü il tarixli 1-6/04-1/2- 406/2023 nömrəli arayışında Naxçıvan MSSR-in Nazirlər Kabinetinin sədrinin köməkçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajınıza daxil edilməsi yuxarıda qeyd olunan Siyahının 1.2-ci bəndinə istinad edilməklə əsaslandırılıb. Lakin həmin bənddə Naxçıvan MSSR-də deyil, Azərbaycan Sovet Sosialist Respublikasının Nazirlər Kabinetində mövcud olmuş vəzifələr nəzərdə tutulub. Naxçıvan MSSR-də mövcud olmuş vəzifələr isə Siyahının 1.3- cü bəndində göstərilib. Qeyd olunan 1.3-cü bənddə isə nə vaxtilə işlədiyi sədrin köməkçisi vəzifəsi, nə də İdarə və İdarədə mövcud olmuş vəzifələr qeyd edilib. Buna görə də sədrin köməkçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına aid edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, İdarədə və Naxçıvan MSSR-ın Nazirlər Kabinetinin sədrinin köməkçisi vəzifəsində işlədiyi müddət qanunvericiliyin yuxarıda göstərilən müddəalarına görə dövlət qulluğu stajına daxil edilmədiyindən dövlət qulluğu stajı 15 ildən az (8 il 9 ay 19 gün (xx.xx.1992-xx.xx.1996-cı il və xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Buna görə də ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan imtinasından narazı qalan İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəmə müraciət edərək, 22 fevral 1983-cü ildən 22 may 1985-ci il tarixinədək X14 Sosialist Respublikası Nazirlər Kabinetində iqtisadçı vəzifəsində, 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X14 Sosialist Respublikası Nazirlər X5 şöbəsində təlimatçı vəzifəsində, 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi vəzifəsində, 21 noyabr 1989-cu ildən 18 dekabr 1989-cu il il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin sənaye, tikinti və rabitə şöbəsində təlimatçı vəzifəsində, 18 dekabr 1989-cu il tarixdən 15 dekabr 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin təşkilat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində, 02 dekabr 1992-ci il tarixdən Naxçıvan Muxtar Respublikası X9 Komitəsində baş mütəxəssis vəzifəsində, 10 aprel 1993-cü il tarixdən 06 may 1996-cı il tarixədək Naxçıvan Muxtar Respublikası X9 Komitəsində Kontraktların Ekspertizası və Lisenziyası şöbəsinin müdiri vəzifəsində, 07 may 1996-cı il tarixdən 1996-cı il tarixdən 22 sentyabr 2001-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində iqtisadçı vəzifəsində işlədiyi əmək stajının dövlət qulluqçusu stajına aid edilməsi, “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu mövcud olmadığı, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na uyğun olması; yaşa görə ona təyin olunmuş pensiyasının qulluq stajına uyğun olaraq hesablanması, dövlət qulluqçusu pensiyasının təyin edilməsi və əmək pensiyasının təyin edildiyi 04 iyun 2023-cü il tarixdən dövlət qulluqçusu kimi pensiyasının hesablanıb ona ödənilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi barədə ərizə ilə cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdeh onun müraciətinin təmin etməsindən imtina etmişdir. Cavabdehin imtinasının əsasında dövlət qulluğu stajının 15 ildən az olması təşkil edir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onu yaranmış pensiya hüququndan məhrum edir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı"nda iddiaçının vaxtilə işlədiyi X14 Sosialist Respublikasının (bundan sonra - Naxçıvan MSSR) Nazirlər Kabinetinin İşlər İdarəsi (bundan sonra - İdarə) və həmin İdarədə mövcud olmuş vəzifələr nəzərdə tutulmamışdır. Buna görə də həmin vəzifələrin hazırki dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmasının mümkün olub-olmamasına dair cavabdeh orqan tərəfindən Azərbaycan Respublikasının X10 sorğu ünvanlanmış, sorğuya cavab olaraq yazılmış məktubda iddiaçının idarədə fəaliyyət göstərdiyi dövrə aid struktur məlumatlarının olmaması səbəbindən məsələyə münasibət bildirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Bundan başqa iddiaçının cavabdeh orqana və məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikası Milli Məclisinin Aparatının 29 dekabr 2023-cü il tarixli 1-6/04- 1/2-406/2023 nömrəli arayışında onun Naxçıvan MSSR-in Nazirlər Kabinetinin sədrinin köməkçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməsi yuxarıda qeyd olunan Siyahının 1.2-ci bəndinə istinad edilməklə əsaslandırılmışdır. Halbuki həmin bənddə Naxçıvan MSSR-də deyil, Azərbaycan Sovet Sosialist Respublikasının Nazirlər Kabinetində mövcud olmuş vəzifələr nəzərdə tutulmuşdur. Naxçıvan MSSR-də mövcud olmuş vəzifələr isə Siyahının 1.3-cü bəndində göstərilmişdir. Qeyd olunan 1.3-cü bənddə isə iddiaçının nə vaxtilə işlədiyi sədrin köməkçisi vəzifəsi, nə də İdarə və İdarədə mövcud olmuş vəzifələr qeyd edilmişdir. Buna görə də iddiaçının sədrin köməkçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına aid edilməsi mümkün olmamışdır. Qeyd olunanları nəzərə alaraq iddiaçının idarədə və Naxçıvan MSSR-ın Nazirlər Kabinetinin sədrinin köməkçisi vəzifəsində işlədiyi müddəti qanunvericiliyin yuxarıda göstərilən müddəalarına görə dövlət qulluğu stajına daxil edilmədiyindən onun dövlət qulluğu stajı 15 ildən az (8 il 9 ay 19 gün (xx.xx.1992- xx.xx.1996-cı il və xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Formalaşmış məhkəmə təcrübəsindən də məlum olduğu kimi, dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılmasında DİM-in təqdim etdiyi rəy əsas kimi götürülür. Cavabdeh orqan tərəfindən əldə edilmiş DİM-in rəyinə əsasən məlum olur ki, iddiaçının işlədiyi vəzifələr dövlət qulluğu vəzifəsinə aid deyil. Milli Məclisin iddiaçıya ünvanladığı məktubda istinad edilən bənd isə, ümumiyyətlə, iddiaçının işlədiyi vəzifəyə aid deyil. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8317/2024 saylı 12 avqust 2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarda haqlı olaraq qeyd edilmişdir ki, iddiaçının dövlət qulluğunda iş stajının 8 il 9 ay 19 gün olması mübahisələndirilməyən haldır. Digər tərəfdən məhkəmə araşdırması zamanı X10 ünvanlanmış sorğuya cavab məktubundan məlum olmuşdur ki, iddiaçının dövlət qulluğu stajına yalnız aşağıda göstərilən vəzifələr aiddir: - 1992-1996-cı illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət X9 Komitəsində baş iqtisadçı vəzifəsi; - 1996-2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində iqtisadçı vəzifəsi. Göründüyü kimi, iddiaçının dövlət qulluğu stajıa daxil edilən dövrlər xx.xx.1992-xx.xx.2001-ci illəri əhatə edir ki, bu dövrlər (8 il 9 ay 22 gün) qanunvericilikdə müəyyən edilmiş norma üzrə qulluq stajı ilə bağlı şərti ödəmir. Bu səbəbdən iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi əsasında dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması istisna olunur. Bundan başqa məhkəmənin mövqeyinə əsasən iddiaçının işlədiyi 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X14 Sosialist Respublikası Nazirlər X5 şöbəsində təlimatçı vəzifəsində, 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi vəzifəsində, 21 noyabr 1989-cu ildən 18 dekabr 1989-cu il il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin sənaye, tikinti və rabitə şöbəsində təlimatçı vəzifələrinin dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması ilə bağlı Siyahıda nəzərdə tutulmadığı, həm həmin siyahıdan, həmçinin DİM-in məktubundan müəyyən edilir. Əlavə olaraq birinci instansiya məhkəməsi tərəfindən Ali Məhkəmənin qərarına istinadən bildirilmişdir ki, X12 tərəfindən məhkəmə icraatı zamanı təqdim olunmuş sorğuya cavab məktubu hər hansı şübhə doğurmur. Bu konkteksdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə dair verilən aşağıdakı izahların qeyd edilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1 (102)-1999/2020 saylı iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın dövlət qulluğuna aid olan iş stajının müəyyən edilməsi X7 məktubu əsasında mümkündür. Qeyd olunanlara əsasən hazırki iddia tələbi üzrə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iddianın təmin edilməməsinə dair qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2024-cü il tarixdir. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “22 fevral 1983cü ildən 22 may 1985-ci il tarixinədək X14 Sosialist Respublikası Nazirlər Kabinetində iqtisadçı vəzifəsində, 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X14 Sosialist Respublikası Nazirlər X5 şöbəsində təlimatçı vəzifəsində, 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi vəzifəsində, 21 noyabr 1989-cu ildən 18 dekabr 1989-cu il il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin sənaye, tikinti və rabitə şöbəsində təlimatçı vəzifəsində, 18 dekabr 1989-cu il tarixdən 15 dekabr 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin təşkilat şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində, 02 dekabr 1992-ci il tarixdən Naxçıvan Muxtar Respublikası X9 Komitəsində baş mütəxəssis vəzifəsində, 10 aprel 1993-cü il tarixdən 06 may 1996-cı il tarixədək Naxçıvan Muxtar Respublikası X9 Komitəsində Kontraktların Ekspertizası və Lisenziyası şöbəsinin müdiri vəzifəsində, 07 may 1996-cı il tarixdən 1996cı il tarixdən 22 sentyabr 2001-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində iqtisadçı vəzifəsində işlədiyi əmək stajının dövlət qulluqçusu stajına aid edilməsi, “Əmək pensiyaları haqqında” Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu mövcud olmadığı, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”na uyğun olması; yaşa görə ona təyin olunmuş pensiyasının qulluq stajına uyğun olaraq hesablanması, dövlət qulluqçusu pensiyasının təyin edilməsi və əmək pensiyasının təyin edildiyi 04 iyun 2023-cü il tarixdən dövlət qulluqçusu kimi pensiyasının hesablanıb ona ödənilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının dövlət qulluğu stajına daxil edilən dövrləri xx.xx.1992- xx.xx.2001-ci illəri nəzərə almaqla (8 il 9 ay 22 gün) qanunvericilikdə müəyyən edilmiş norma üzrə qulluq stajı ilə bağlı şərtin ödənilməməsinə istinad edərək iddia tələbinin təmin olunmaması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunununa əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 19-cu bəndinə uyğun olaraq Azərbaycan Respublikasında dövlət qulluğunun hüquqi, təşkilati və maliyyə-iqtisadi əsaslarını müəyyən edir. Həmin Qanunun 1.1.1-ci maddəsinə əsasən dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət dir. Həmin Qanunun 2-ci maddəsinə əsasən Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. Bu Qanun dövlət orqanlarının tabeliyində olan hüquqi şəxslərin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanununun 21.1 və 21.1.7- ci maddəsinə əsasən Dövlət qulluqçuları üçün pensiya təminatı və dövlət sosial sığortasına təminat verilir. Həmin Qanununun 23.1-ci maddəsinə əsasən dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Qanununun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. Həmin Qanununun 23.4-cü maddəsinə əsasən dövlət qulluqçusunun müavinətinin məbləği fəaliyyətdə olan dövlət qulluqçusunun dövlət məvacibinin məbləğində olan sonrakı artımlara uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada yenidən hesablanır. Həmin Qanununun 32-1.1-ci madəsinə əsasən dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: Həmin Qanunun 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; Həmin Qanunun 20.11.2-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. Həmin Qanunun 20.11-1-ci maddəsinə əsasən dövlət orqanının əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən publik hüquqi şəxsin yaradılması ilə əlaqədar dövlət qulluqçularının dövlət qulluğuna xitam verildiyi tarixə bu Qanunun 20.11.1-ci maddəsində nəzərdə tutulan 15 il qulluq stajını toplamasına və bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan əmək pensiyası yaşına çatmasına ən çoxu 2 il qaldığı halda onların bu Qanunun 20.11-ci maddəsinə uyğun olaraq əmək pensiyasına əlavə almaq hüququ dövlət qulluğu vəzifəsində minimum 13 il qulluq stajı olduğu halda yaranır. Həmin Qanunun 20.12-ci maddəsinə əsasən bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, Naxçıvan MR Dövlət Arxivində mühafizə olunan Naxçıvan MR Nazirlər Kabinetinin sənədlərinə əsasən İddiaçı xx.xx.1983-cü il tarixli 94 №-li əmrlə “iqtisadiyyatçı” qəbul edilmiş, xx.xx.1992-ci il tarixli 163k №-li əmrlə işdən azad olunmuşdur. İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabinetində işlədiyi iqtisadçı, 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X14 Sosialist Respublikası Nazirlər X5 şöbəsində təlimatçı, 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi, 21 noyabr 1989-cu ildən 18 dekabr 1989-cu il il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin sənaye, tikinti və rabitə şöbəsində təlimatçı, 18 dekabr 1989-cu il tarixdən 15 dekabr 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin təşkilat şöbəsinin aparıcı mütəxəssisi, 02 dekabr 1992-ci il tarixdən Naxçıvan Muxtar Respublikası X9 Komitəsində baş mütəxəssis, 10 aprel 1993-cü il tarixdən 06 may 1996-cı il tarixədək Naxçıvan Muxtar Respublikası X9 Komitəsində Kontraktların Ekspertizası və Lisenziyası şöbəsinin müdiri, 07 may 1996-cı il tarixdən 22 sentyabr 2001-ci il tarixinədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində iqtisadçı işlədiyi əmək stajının dövlət qulluqçusu stajına daxil edilməsini tələb edir. Cavabdeh qurum iddiaçının yalnız xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Naxçıvan Muxtar Respublikası X9 Komitəsində işlədiyi baş mütəxəssis, xx.xx.1993-cü il tarixdən xx.xx.1996-cı il tarixədək işlədiyi Naxçıvan Muxtar Respublikası X9 Komitəsində Kontraktların Ekspertizası və Lisenziyası şöbəsinin müdiri və xx.xx.1996cı il tarixdən xx.xx.2001-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində işlədiyi iqtisadçı vəzifələrinin dövlət qulluğuna aid edildiyini, qanunla tələb olunan 15 il dövlət qulluqçusu stajının olmadığına istinad edərək iddiaçının tələbinin təmin olunmasından imtina etmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı X10 ünvanlanmış sorğuya cavab məktubundan məlum olmuşdur ki, iddiaçının dövlət qulluğu stajına yalnız aşağıda göstərilən vəzifələr aiddir: 1992-1996-cı illərdə Naxçıvan Muxtar Respublikasının Dövlət X9 Komitəsində baş iqtisadçı vəzifəsi; 1996-2001-ci illərdə Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyində iqtisadçı vəzifəsi. Bu səbədən birinci instansiya məhkəməsinin də mövqeyi cavabdeh qurumun dəlillərinə uyğun olaraq belə olmuşdur ki, iddiaçının qanunla tələb olunan 15 il dövlət qulluğu stajı olmadığı üçün ona bu əsasla pensiya təyinatı mümkünsüzdür. Lakin iddiaçı tərəfindən qeyd olunan məsələ bir daha mübahisələndirilmiş və birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verilərək, onun xx.xx.1983-cü ildən xx.xx.1985-ci il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabinetində işlədiyi iqtisadçı, 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X14 Sosialist Respublikası Nazirlər X5 şöbəsində təlimatçı, 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi, 21 noyabr 1989-cu ildən 18 dekabr 1989-cu il il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin sənaye, tikinti və rabitə şöbəsində təlimatçı, 18 dekabr 1989-cu il tarixdən 15 dekabr 1992-ci il tarixədək Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin İşlər İdarəsinin təşkilat şöbəsinin aparıcı mütəxəssisi vəzifələrinin dövlət qulluqçusu hesab olunub-olunmaması məsələlərinin bir daha araşdırılması xahiş edilmişdir. İddiaçının dövlət qulluğu stajına daxil edilməsini tələb etdiyi iş stajı apellyasiya baxışı zamanı yenidən ətraflı araşdırılmış və bu məqsədlə Azərbaycan Respublikasının X10 müvafiq sorğu verilmişdir. Azərbaycan Respublikasının X7 18 mart 2025-ci il tarixli sorğuya cavab məktubunda göstərilmişdi ki, Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 28 yanvar tarixli 665 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət orqanlarında dövlət qulluqçusuna dövlət qulluğunda qulluq stajına görə aylıq əlavə haqqın məbləğinin müəyyənləşdirilməsi və ödənilməsi Qaydası”nın 9-cu hissəsinə əsasən dövlət qulluqçusunun qulluq stajı müəyyənləşdirilərkən onun “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında (o cümlədən Azərbaycan Respublikasının ərazisindən kənarda), habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında iş müddəti də daxil edilir. 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarının aparatlarında mövcud olmuş vəzifələrin və həmin tarixdən İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu qüvvəyə minənədək (xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası dövlət orqanlarında dövlət qulluğu vəzifələrinin həmin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Azərbaycan Respublikası Prezidentinin 1 sentyabr 2005-ci il tarixli 290 saylı Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın 1-ci və 2-ci bəndlərinə əsasən aparılmışdır. 1983-1985-ci illərdə Naxçıvan MSSR Nazirlər Kabinetində iqtisadçı vəzifəsində olan iş müddətilə bağlı bildirilmişdi ki, yuxarıda qeyd edilən Siyahının 1.3-cü bəndində Naxçıvan MSSR Nazirlər Sovetinin Aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından 1983-1985-ci illərdə Naxçıvan MSSR Nazirlər Kabinetində iqtisadçı vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. 1992-1996-cı illərdə Naxçıvan MR X9 Komitəsində baş mütəxəssis və şöbə müdiri vəzifələrində, 1996-2001-ci illərdə Naxçıvan MR Səhiyyə Nazirliyində iqtisadçı vəzifəsində iş müddətilə bağlı bildirilmişdi ki, yuxarıda qeyd edilən Siyahının 2.9-cu bəndində Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları aparatında mövcud olmuş vəzifələrin “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. Müvafiq uyğunlaşdırılma aparıldığından 1992-1996-cı illərdə Naxçıvan MR X9 Komitəsinin aparatında baş mütəxəssis və şöbə müdiri vəzifələrində, 1996-2001-ci illərdə Naxçıvan MR Səhiyyə Nazirliyinin aparatında iqtisadçı vəzifəsində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınır. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçının 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X14 Sosialist Respublikası Nazirlər X5 şöbəsində təlimatçı və 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi işlədiyi vəzifələr istisna olmaqla, onun digər yuxarıda sadalanan vəzifələrdəki iş stajı (14 ilə yaxın) dövlət qulluqçusu kimi nəzərə alınır. İddiaçı onun 22 may 1985-ci il tarixdən 16 may 1986-cı il tarixədək X14 Sosialist Respublikası Nazirlər X5 şöbəsində təlimatçı və 16 may 1986-cı ildən 21 noyabr 1989-cu il tarixədək X14 Sosialist Respublikası Nazirlər Kabineti Sədrinin köməkçisi işlədiyi vəzifələrin də dövlət qulluğu stajına daxil edilməli olduğunu bildirərək, Azərbaycan Respublikası Milli X1ruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli məktublarına istinad edir. Bu barədə məhkəmə kollegiyası qeyd etməyi vacib sayır ki, oxşar işlər üzrə formalaşmış məhkəmə təcrübəsinə görə dövlət qulluğu vəzifələrinin uyğunlaşdırılmasında DİM-in təqdim etdiyi rəylər əsas götürülür. Bundan əlavə, Azərbaycan Respublikası Milli Məclisinin Aparatının 29 dekabr 2023-cü il tarixli 1-6/04-1/2-406/2023 nömrəli arayışında Naxçıvan MSSR-in Nazirlər Kabinetinin sədrinin köməkçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına daxil edilməsi yuxarıda qeyd olunan Siyahının 1.2-ci bəndinə istinad edilməklə əsaslandırılmışdır. Lakin həmin bənddə Naxçıvan MSSR-də deyil, Azərbaycan Sovet Sosialist Respublikasının Nazirlər Kabinetində mövcud olmuş vəzifələr nəzərdə tutulmuşdur. Naxçıvan MSSR-də mövcud olmuş vəzifələr isə Siyahının 1.3- cü bəndində göstərilib. Qeyd olunan 1.3-cü bənddə isə nə vaxtilə işlədiyi sədrin köməkçisi vəzifəsi, nə də İdarə və İdarədə mövcud olmuş vəzifələr qeyd edilib. Buna görə də iddiaçının sədrin köməkçisi vəzifəsində işlədiyi müddətin dövlət qulluğu stajına aid edilməsi mümkün olmayıb. Qeyd olunanları nəzərə alaraq, İdarədə və Naxçıvan MSSR-ın Nazirlər Kabinetinin sədrinin köməkçisi vəzifəsində işlədiyi müddət qanunvericiliyin yuxarıda göstərilən müddəalarına görə dövlət qulluğu stajına daxil edilmədiyindən dövlət qulluğu stajı 15 ildən az (8 il 9 ay 19 gün (xx.xx.1992xx.xx.1996-cı il və xx.xx.1996-xx.xx.2001-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Buna görə də ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Odur ki, iddiaçıya “Əmək pensiyaları haqqında” Qanunun 20.11.1-ci maddəsi əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması mümkün deyil. Bununla bağlı birinci instansiya məhkəməsinin iddianın rədd edilməsi ilə bağlı gəldiyi nəticə düzgün olmuşdur. Oxşar işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarlarında hüquqi mövqeyi də belə əsaslandırılmışdır. (2-1(102)-1053/2021 saylı xx.xx.2021-ci il tarixli qərar). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki vəziyyətdə iddiaçı onun istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8317/2024 saylı 12 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-8317/2024 saylı 12 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-533/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-533/2025
09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver