Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-535/2023 01.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X3 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi X4 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı « müddətsiz əlillik dərəcəsinin təyin edilməsi tələbinə dair» inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi, sonradan isə iddianın dəyişdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin üzərinə xx.xx.2021-ci il tarixdən iddiaçıya 2-ci dərəcə əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddianın əsaslarına görə xidmət dövründə qüvvədə olmuş Nazirlər Kabinetinin xx.xx.2000ci il tarixli 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-X2 Əsasnamə”nin tələbinə uyğun olaraq səbəbi “Anadangəlmə inkişaf qüsuru Böyrəyin ifrazat funksiyalarının mülayim dərəcədə pozulması ilə sol böyrəyin çanaq distopiyası” diaqnozu ilə hərbi xidmətə yararsız hesab edilmişdir (Əsas: MN Mərkəzi Hərbi Həkim Komissiyasının Cərrahiyyə profilli hospital hərbi həkim komissiyasının 12 fevral 2007-ci il tarixli 349 nömrəli xəstəlik haqqında şəhadətnamə). Tibbi şəhadətləndirmə, xəstəliyinin səbəb əlaqəsi və hərbi xidmətə yararsızlığı: Buna müvafiq olaraq “xəstəlik hərbi xidmət dövründə alınmışdır” ifadəsi altında şəhadətləndirilmişdir, “Xəstəliklər cədvəli”nin 80b maddəsinin İİİ qrafasına və vətəndaşların səhhətinə əlavə tələblər cədvəlinə əsasən dinc dövrdə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı hesab edilmişdir. Yəni “xəstəlik (yaralanma, travma, xəsarət, kontuziya) hərbi xidmət dövründə alınmışdır” ifadəsi ilə hərbi-həkim komissiyası xəstəliklərin səbəb əlaqəsi barədə qərar qəbul etmişdir. Qeyd edilən xəstəliyinə uyğun əlilliyin hərbi xidmət dövrü ilə əlaqədar əlillik səbəbi, dərəcəsi isə İİ dərəcə kimi müəyyən edilmişdir. İlk əvvəl hərbi qulluqçular sırasından digər əlil kateqoriyasına aid edilərək ona pensiya ödənilmişdir. Əlilliyi cəbhədə olmaqla bağlı xəstəlik nəticəsində onda baş verdiyindən məhkəmə qərarı ilə müharibə əlilləri kateqoriyasına aid edilmişdir və qərar icra edilərək, 2020-ci il üzrə olan Səhiyyə Nazirliyinin Tibbi Sosisal Ekspert Komissiyası icra etmiş və TQS 088 nömrəli göndərişində (2788003AABZH) onun əlillik səbəbini “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi ilə müəyyən etmişdir. xx.xx.2021-ci il tarixli 2788003AAB6W nömrəli TSEK-ə 088 nömrəli göndərişlə də eyni hallar təsdiq edilmiş və yenidən əlillik səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi müəyyən edilmişdir. Beləliklə, əlillik səbəbi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmişdir. Hazırda isə TSEK-in məsul şəxsləri həmin göndəriş əsasında müharibə əlili kateqoriyasına aid edilməyini və buna dair məlumatın DSMF-yə göndərilməsini təmin etmir və əldə edilən rəsmi cavablarla qanunsuz və əsassız olaraq əlilliyin müəyyən olunmasından imtina edilmişdir. Cavabdeh iddiaçıya ünvanladığı **********2 №li xx.xx.2021-ci il tarixli imtina məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq əlillik vəziyyəti Bakı şəhər 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının 2788003AAB6W nömrəli göndərişi əsasında xx.xx.2021- ci il tarixdə qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması (Səbəb: xəstə hərbi səfərbərlik üzrə mühəndis işləyir, əmək müqaviləsi var, əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib dəqiqləşdirilsin. Göndərişdə əsas diaqnozun ağırlaşması sağ böyrəkdə xroniki böyrək çatmamazlığı hansı dərəcədə olması qeyd olunmayıb) barədə qərar qəbul edilmişdir. Bununla əlaqədar, tibb müəssisəsi tərəfindən ətraflı müayinə olunub, müalicə aldıqdan sonra ona dair yenidən göndəriş rəsmiləşdiriləcəyi təqdirdə, əlillik vəziyyəti mövcud qanunvericiliyə uyğun olaraq qiymətləndiriləcəkdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, xx.xx.1984-cü il təvəllüdlü İddiaçı 22 aprel 2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz (ömürlük) təyin edilməsi öhdəliyi cavabdeh AzərbaycanRespublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial-Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti Azərbaycan Respubikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci madəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Apellyasiya şikayəti Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 2.3, 2.5-2.6-cü və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə»nin 2.2, 4.1-4.3-cü bəndlərinə istinadən onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilliyin təyin edilməsindən imtina oluması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən, “İnzibati icraat haqqında” Qanunun tələblərinin pozulmamasına, qeyd olunan Əsasnaməyə uyğun qiymətləndirmə aparılmasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmn etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Məhkəmə kolllegiyasının iclasları barədə xəbərdar edilmiş cavabdeh (nümayəndəsi) məhkəmə iclaslarına gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclaslarında iştirak edən iddiaçının nümayəndəsi Arif Eyyubov cavabdehin apellyasiya şikayətinə etiraz edərək, iddiaçının 2007-ci ildən Müdafiə Nazirliyinin Hərbi-Həkimi Komissiyasının qərarı ilə şəhadətləndirildiyini və həmin vaxtdan hazıra qədər onun 2-ci qrup əlilliyinin müəyyən olunduğunu bildirərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5.1-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas olaraq aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. İş materiallarına, eyni zamanda, hazırkı mərhələdə məhkəməyə təqdim olunmuş Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasınının 12 fevral 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş 349 N-li “Xəstəlik haqqında şəhadətnamə”dən görünür ki, iddiaçıda aşkar olunan xəstəliyi aşağıdakı kimi şəhadətləndirilmişdir: “Anadangəlmə inkişaf qüsuru. Böyrəyin ifrazat funksiyasının mülayim dərəcədə pozulması ilə sol böyrəyin çanaq distopiyası” “Xəstəlikdir. Hərbi Xidmət dövründə alınmışdır.” Eyni zamanda, cavabdhin birinci instansiya məhkəməsinin müvafiq sorğusuna ünvanladığı 05 avqust 2022-ci il tarixli məktubu ilə təqdim olunmuş “Əlillik” altsistemindən xx.xx.2007-ci il tarixdə keçirilmiş müayinəyə dair çıxarışa əsasən müəyyən olunur ki, İddiaçı ilkin olaraq xx.xx.2007-ci il tarixdən xx.xx.2008-ci il tarixədək 1 il müddətinə sol böyrəyin anadangəlmə inkişaf qüsuru, böyrəyin büzüşməsi, böyrəyin ifraz funkpozulması ilə xroniki pielonefrit.XBÇ İİ xroniki sidik ifrazının pozulması diaqnozu ilə ikinci dərəcə əlillik təyin olunmuş, sonradan eyni diaqnozla xx.xx.2014-cü il tarixdən xx.xx.2015-ci ilədək 1 il müddətinə, xx.xx.2015-ci il tarixdən xx.xx.2016-ci il tarixə 1 il müddətinə və xx.xx.2016-cı ildən xx.xx.2021-ci il tarixədək 5 il müddətinə əlillik dərəcəsinin müddəti uzadılmışdır. Sonuncu - Bakı şəhər 32 nömrəli Birləşmiş şəhər xəstəxanasının xx.xx.2021-ci il tarixli 2788003Aab6W saylı Forma-088 “Göndərişin”də (sonuncu imtina olunan) iddiaçının xəstəliyi aşağıdakı kimi kimi qeyd olunmuşdur.: - “X1: Anadangəlmə anomaliyalar (inkişaf qüsurları) deformasiyalar və xromosom pozğunluqları=>Q60-Q64-sidik sisteminin anadangəlmə anomaliyaları (inkişaf qüsurları) Q60-Böyrəyin agen...Diaqnozun mətni: Əsas diaqnoz: Q60 Böyrəyin birtərəfli hipoplaziyası, Sol tərəfli anadangəlmə inkişaf qüsuru, soltərəfli çanaq distopiyası böyrək ifrazat funksiyasının pozulması; Ağırlaşma N18.3 Xroniki böyrək xəstəliyi İİİ mərhələAğırlaşma N11.8 Digər xroniki tubuloniterstisal nefritlər, sağ tərəfli xroniki pielonefrit, tez-tez residivləşmələrlə” Həmin Göndəriş üzrə iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina oluna olunaraq cavabdeh bunun səbəbi səbəbi kimi kimi göstərilmişdir ki ” Xəstə hərbi səfərbərlik üzrə mühəndis işləyir, əmək müqaviləsi var əmək qabiliyyətinin itirilmə vərəqələrinin günləri reyestrdə göstərilməyib, dəqiqləşdirilsin; göndərişdə əsas diaqnozun ağırlaşması sağ böyrəkdə xroniki böyrək çatmamazlığı hansı dərəcədə olması qeyd edilməyib.” Məhkəmə kollegiyası cavabdehin qeyd olunan əsasla iddiaçıya əlillik dərəcəsinin verilməsindən imtina etməsini tamamilə əsassız sayır. Belə ki, iddiaçının xəstəliyinin sonuncu Göndərişdə təsbit olunan diaqnozu 2007, 2014, 2015, 2016-cı illərdə iddiaçıya əlillik dərəcəsi verilməsinə əsas olmuş diaqnozun göstəriciləri ilə tamamilə üst-üstə düşür (i.v.47-52). Yəni, əvvəllər iddiaçıya eyni diaqnozla əlillik dərəcəsi təyin edildiyi halda, sonuncu qimətləndirmədə cavabdeh onun Forma 088 Göndərişdəki həkm diaqnozu və müalicələrinə varmamış, özünəməxsus şəkildə formal xarakterli mülahizələri və ümumi sözləri ilə iddiaçıya əlillik təyinatından imtina etmişdir. Halbuki, iş materiallarının 47-52-ci vərəqlərindən aydın görünür ki, 2007-2021-ci illərdə iddiaçıya qoyulmuş həkim müayinələri zamanı əldə olunmuş nəticələr (diaqnozlar) bir-birini təkrarlamış, iddiaçının müvafiq müalicələr almasına baxmayaraq, onun səhhətində irəliləyiş olmamış, əlilik müddəti bitdikdən sonra da anadangəlmə xroniki xəstəliyi davam etmişdir. Adıçəkilən “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.5.1-ci və 1.5.3-cü bəndlərindən isə göründüyü kimi, şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının əlillik müddəti bitdikdən də sonra davam etməsi əliliyin təyin edilməsi üçün əsas verir. “İnzibati icraat haqqında” Qanunun 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Həmin Qanunun 24.2-ci maddəsi isə nəzərdə tutur ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Göründüyü kimi, cavabdeh orqanın imtinsının istinad etdiyi əsaslar qanunvericiliyin tələblərinə ziddir. İddiaçının xəstəliyinin mahiyyətinə gəldikdə, cavabdehin imtinasında həmin xəstəliyin mahiyyəti üzrə əlillik meyarlarına uyğun gəlməsinin mübahisələndirildiyi müəyyən olunmur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəliqərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”ının 3.1.2-ci bəndinə əsasən xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz orqanizmin funksiyalarının pozulmasıdır”.həmin Meyarlara Əlavənin (Cədvəl) 4.1.1-ci bəndində iddiaçıda olan anadangəlmə xroniki böyrək xəstəliyi “böyrəklərin tubulointerstisial xəstəlikləri (N10-16) ; xroniki tubulointerstisial nefrit (N11), Xroniki böyrək xəstəliyi “XBX İİİ mərhələ” (18.3) aağırlıq dərəcəsi, mərhələsi” orqanizmin funksiyalarının davamlı pozulmasının kliniki funksional xüsusiyyətləri kimi qiymətləndirilmişdir. İddiaçının sonuncu dəfə xx.xx.2021-ci il tarixində əlilliyi qiymətləndirilərkə qüvvədə olan AR Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 saylı Qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2.6-ci bəndində isə nəzərədə tutulurdu ki, ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə müşayiət olunan xroniki böyrək xəstəlikləri (N03, N11.9, N13-N13.9, N14-N14.4, N18-N18.9) ikinci dərəcə əlillyin təyinatı üçün əsasdır. Həmin Əsasnamənin 4.2-ci bəndi isə nəzərdə tutur ki, ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda, əlillik müddətsiz müəyyən edilir. Göründüyü kimi, iddiaçının sonuncu 088 formalı Göndərişdə təsbit olunan xəstəliyi cavabdehin Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixində, müayinənin predmetindən və həkim diaqnozundan kənarlaşaraq, formal əsaslarla iddiaçının hüquqlarını pozan qiymətləndirmə aparılmış, bununla da qanunsuz olaraq ona müddətsiz 2-ci dərəcə əlillik dərəcəsi verilməsindən imtina olunmuşdur. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin iddiaçının xəstəliyinin qanunvericiliyə uyğun qiymətləndirməsi aparıldığını vurğulamaqla, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini qanunsuz olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5584/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-535/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-535/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver