Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-535/2024 08.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının son təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, XN və X5 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “iddiaçının son təminat xərcliyinin yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N839/N3 saylı N1 iyun N3-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 08 may N4-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan Nəhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh inzibati orqana xx.xx.NN-ci il tarixdə müraciət edərək, onun son təminat xərcliyinin N nömrəli hərbi hissə komandirinin vəzifə maaşına uyğun yenidən hesablanması və bu barədə tərtib olunmuş məlumat vərəqəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi üçün Müdafiə Nazirliyinin Maliyyə İdarəsinə göstəriş verilməsini xahiş etmişdir. Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin ərizəçi İddiaçı ünvanladığı 4 avqust NN-ci il tarixli məktubunda bildirilmişdir ki, o (ərizəçi İddiaçı), Azərbaycan Respublikası Prezidentinin 3 dekabr N1-ci il tarixli 30N3 nömrəli Sərəncamına əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci və 41.0.9-cu maddələrinə (öz arzusu ilə) müvafiq olaraq Azərbaycan Ordusunun Təlim və Tədriz Mərkəzinin rəisi vəzifəsindən azad olunaraq, Azərbaycan Respublikası Müdafiə nazirinin 8 dekabr N1-ci il tarixli 01744 nömrəli əmrinə əsasən ehtiyata buraxılmışdır. Bu səbəbdən də onun adına tərtib olunmuş MN-17830 nömrəli “Məlumat vərəqəsi”ndə məhz hərbi xidmətdən buraxıldığı vəzifə üzrə, yəni “Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi” vəzifəsi üzrə təminat xərcliyi (pul təminatı) haqqında məlumatlar əks olunaraq DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin 3 dekabr NN-ci il tarixli 4081 nömrəli arayışında bildirilir ki, İddiaçı sonuncu dəfə N1-ci ilin mart ayında 190N manat 0N qəpik məbləğində əmək haqqı ödənilib. Həmin hesablamadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı «son təminat xərcliyinin hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsində xidmət edərkən Müdafiə Nazirinin 11 mart N1-ci il tarixli 0347 nömrəli əmri ilə müvafiq hərbi hissənin komandiri vəzifəsinin icrasına buraxılmış və Azərbaycan Respublikası Prezidentinin 03 dekabr N1-ci il tarixli 30N3 nömrəli Sərəncamına əsasən «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1 və 41.9-cu maddələrinə (öz arzusu ilə) və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 164-cü maddəsinin N-ci hissəsinə uyğun olaraq Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı üçün Müdafiə Nazirliyinin 8 dekabr N1-ci il tarixli 01743 nömrəli əmri ilə müvafiq hərbi hissənin komandiri vəzifəsinin icrasından azad olunmuşdur. Son təminat xərcliyini də, müvafiq hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun almışdır. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Maliyyə İdarəsi tərəfindən iddiaçıya pensiya təyin olunması ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş məlumat vərəqəsində onun təminat xərcliyi Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi rəisinin aylıq vəzifə maaşına uyğun hesablanmışdır. Belə hesablama tamamilə qanunsuz və əsassızdır. Belə ki, İddiaçı 7 mart N1-ci il tarixdən 8 dekabr N1-ci il tarixədək müvafiq hərbi hissənin komandiri vəzifəsində xidmət etmiş və son təminat xərcliyini də həmin vəzifəyə uyğun almışdır. Qeyd olunan tarixdən sonra o, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsində xidmət etməmiş və həmin vəzifədən də heç bir əmək haqqı almamışdır. Hətta Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən iddiaçının əmək pensiyası NN-ci ilin yanvar ayından, yəni ehtiyata buraxıldığı növbəti aydan başlayaraq hesablanmışdır. Bu isə onu göstərir ki, onun son təminat xərcliyi N1-ci ilin dekabr ayında aldığı, yəni hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun hesablanmalıdır. 13 iyul NN-ci il tarixdə iddiaçı son təminat xərcliyinin hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun yenidən hesablanması üçün rəsmi ərizə ilə cavabdehə müraciət etsə də, bu günədək ona heç bir cavab verilməmişdir. Müdafiə Nazirliyinin Maliyyə İdarəsi tərəfindən iddiaçının son təminat xərcliyinin müvafiq hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun hesablanmaması onun pensiya məbləğinin əhəmiyyətli dərəcədə aşağı salınmasına səbəb olmuşdur. Təqdim olunmuş əmrdən çıxarışlarla müəyyən olunur ki, İddiaçı son xidmət yeri müvafiq hərbi hissənin komandiri vəzifəsi olmuş və o, son təminat xərcliyini də həmin vəzifəyə uyğun almışdır. Odur ki, iddiaçının son təminat xərcliyi hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun yenidən hesablanaraq tərtib olunmuş məlumat vərəqəsi DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikasının Konstitusiyasına, «Əmək pensiyaları haqqında» Qanunun 1-ci maddəsinə, «Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında» Qanunun 6-cı maddəsinə, İPM-in N.N.3, 34, 45, 46-cı maddələrinə əsaslanaraq, məhkəmədən onun son təminat xərcliyinin müvafiq hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun yenidən hesablanması və bu barədə tərtib olunmuş məlumat vərəqəsinin DSMF Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N839/N3 saylı N1 iyun N3-cü il tarixli qərarı ilə iddianın təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil edir. Tərəflərin izahatları: İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki tələblə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən xx.xx.NN-ci il tarixli məktubla onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı xx.xx.NN-ci il tarixdə iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hazırki iddianın öhdəliyin icrası haqqında iddia növünə aid olduğunu nəzərə alaraq hesab edir ki, iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı tələbi “iddiaçının son təminat xərcliyinin hərbi hissə komandirinin aylıq vəzifə maaşına uyğun yenidən hesablanması və məlumat vərəqəsinin aidiyyəti üzrə göndərilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Sonradan o, məhkəməyə müraciət etmiş, lakin onun iddiası təmin edilməmişdir. İş materiallarında olan N nömrəli hərbi hissə komandirinin N mart N1-ci il tarixli 77 saylı əmrindən görünür ki, general-mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 11 mart N1-ci il tarixli 0347 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin vəzifəsinin icrasına buraxıldığına görə xidmətini davam etdirmək üçün Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzindən (Bakı şəhəri) gəlmiş hesab olunmuş, N mart N1-ci il tarixdən hərbi hissənin şəxsi heyətin siyahısına, bütün növ təminatlara daxil edilmiş və vəzifəsinin icrasına başlamışdır. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 11 mart N1-ci il tarixli 0347 nömrəli əmrindən çıxarış. N nömrəli hərbi hissə komandirinin N6 dekabr N1-ci il tarixli 376 saylı əmrindən görünür ki, General-mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01743 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin vəzifəsinin icrasından azad edilnişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01743 nömrəli əmrindən çıxarış. N nömrəli hərbi hissə komandirinin N mart NN-ci il tarixli 70 saylı əmrindən görünür ki, N nömrəli hərbi hissə komandirinin vəzifəsini icra edən General-mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01743 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin vəzifəsinin icrasından azad edildiyinə görə xidmətini davam etdirmək üçün X8 (Bakı şəhəri) göndərilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş və N yanvar NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış hesab edilmişdir. General-mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən NN-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. General-mayor İddiaçı, NN-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu ödənilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01743 nömrəli əmrindən çıxarış. Bundan sonra iddiaçı barəsində məlumat vərəqəsi onun sonuncu dəfə X7 müdiri vəzifəsində işləməsi nəzərə alınmaqla tərtib olunub müvafiq quruma göndərilmişdir. İddiaçı bundan narazı qalaraq, hazırda onun son təminat xərcliyinin N nömrəli hərbi hissə komandirinin vəzifə maaşına uyğun yenidən hesablanması və bu barədə tərtib olunmuş məlumat vərəqəsinin müvafiq quruma verilməsini tələb edir. Birinci instansiya məhkəməsi “İddiaçı xidmətdən ehtiyata buraxılanadək sonuncu tutduğu vəzifəsinin Azərbaycan Ordusunun Təlim və Tədriz Mərkəzinin rəisi olduğundan, eləcə də həmin vəzifəyə keçirilməsi barədə əmr mübahisələndirilmədiyindən və qüvvədə olduğundan, habelə o, həmin sonuncu vəzifəyə səhhəti və ya yaşı ilə əlaqədar xidmət mənafeyi ilə bağlı keçirilmədiyindən, hərbi hissə komandirinin vəzifəsinə uyğun təminat xərcliyi nəzərə alınaraq onun barəsində yeni məlumat vərəqəsinin tərtib olunub DSMF orqanına göndərilməsindən imtina olunmasının qanuna zidd olmamasına”na istinad edərək iddia tələbinin təmin edilməməsi qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinin 1-ci abzasında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarının, başqa hərbi birləşmələrin zabit heyəti, gizirləri, miçmanları və müddətindən artıq xidmət hərbi qulluqçuları, müvafiq icra hakimiyyəti orqanlarının sıravi və rəis heyəti bu Qanunla müəyyən edilmiş müddət ərzində hərbi xidmət və orqanlarda xidmət etdikdə ömürlük pensiya hüququna malik olurlar. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 3.3. Bu qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulan şəxslərin pensiya təminatı ilə bağlı müddəalar bu qanunun 1.0.4-cü maddəsində nəzərdə tutulan şəxslərə də şamil edilir. 9.5. Aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: 9.5.1. hərbi xidmətdən buraxılanadək N0 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular;. NN.4. Hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 499 nömrəli NN dekabr N006-cı il tarixli Fərmanının N.3-cü bəndinə əsasən həmin Qanunun 1.0.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanları" dedikdə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Prokurorluğu, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N007-ci il N7 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydaların 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun NN.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçulara - Azərbaycan Respublikasının Silahlı Qüvvələrində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət edən hərbi rütbəli şəxslərə və 1.0.4-cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslərə - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Dövlət Feldyeger Xidməti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların N-ci hissəsinə görə «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən bu Qaydaların 1-ci bəndində nəzərdə tutulmuş hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən və artımlardan ibarət olan məbləğdir. Qanunvericiliyin qeyd edilən tələblərindən aydın görünür ki, hərbi qulluqçulara yaşa görə əmək pensiyası xidmət etdiyi orqanın tərtib etdiyi məlumat vərəqinə əsasən xidmətdən buraxıldığı günə aldıqları təminat xərcliyindən hesablanır. Azərbaycan Respublikasının 3 oktyabr 1997-ci il tarixli 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən bu Əsasnamənin müddəaları həqiqi hərbi xidmətə çağırılan və könüllü daxil olan şəxslərdən komplektləşdirilən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin hərbi qulluqçularına tətbiq edilir. Əsasnamənin qüvvəsi eyni zamanda müvafiq icra hakimiyyəti orqanlarının hərbi qulluqçularına da şamil edilir. Həmin Əsasnamənin 156-cı maddəsinə görə hərbi qulluqçular Azərbaycan Respublikası Silahlı Qüvvələrindən ehtiyata buraxılırlar: a) xidmət müddətləri başa çatdıqda (kadr zabitlərindən başqa); b) yaşa görə – həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatanlar; v) xəstəliyə görə – hərbi-həkim komissiyaları tərəfindən dinc dövrdə, müharibə dövründə isə 6 aydan, yaxud 1N aydan sonra yenidən müayinədən keçməklə hərbi xidmətə yararsız sayılanlar, q) ştatların ixtisarına görə – ştatların ixtisarı və təşkilati tədbirlər ilə əlaqədar xidmətdə onlardan istifadə etmək mümkün olmadıqda (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa); d) ailə vəziyyətinə görə (qadın hərbi qulluqçuları və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları); j) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş zabitlər. Həmin Əsasnamənin 161-ci maddəsinə görə həqiqi hərbi xidmətdən ehtiyata, yaxud istefaya buraxılmaq haqqında hərbi qulluqçular, bir qayda olaraq, buraxılmaya iki ay qalmış (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xəbərdar edilirlər. Həqiqi hərbi xidmətdən hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) ehtiyata buraxılmağa təqdim etməzdən əvvəl onların xidmət keçmələri barədə məlumatlar dəqiqləşdirilir, ehtiyac olduqda onların xidmətlərinin müddətləri sənədlə dəqiqləşdirilir, xidmət illəri hesablanır və pensiya təminatı məqsədilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada məlumat vərəqəsi tərtib edilir. «Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 41ci maddəsinə əsasən ehtiyatda olmağın son yaş həddinə çatmayan hərbi qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: - (41.0.9) öz arzusu ilə – yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. İşin apellyasiya baxışı zamanı müəyyən olundu ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01744 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci və 41.9-cu maddələrinə (öz arzusu) və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi General-mayor İddiaçı hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılması barədə Azərbaycan Respublikası Prezidentinin 03 dekabr N1-ci il tarixli 30N3 nömrəli sərəncamı ona elan edilmişdir. Əmək pensiyası təminatı üçün hərbi qulluqçu (xüsusi rütbəli şəxs) haqqında Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna təqdim olunan MN-17830 nömrəli məlumat vərəqindən görünür ki, General-mayor İddiaçı xx.xx.NN-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin “j” bəndi ilə (öz arzusu) ilə tərxis olunmuş və ona cəmi N549 manat məbləğində pul təminatı hesablanmışdır. Həmin pul təminatı cavabdeh qurumun bildirməsinə görə, iddiaçının X7 müdiri vəzifəsində işləməsi nəzərə alınmaqla, onun həmin vəzifədəki aylıq əmək haqqına uyğun olaraq hesablanmışdır. Halbuki N nömrəli hərbi hissə komandirinin N yanvar NN-ci il tarixli N saylı əmrindən görünür ki, xidməti zərurətlə əlaqədar olaraq N nömrəli hərbi hissə komandirinin vəzifəsini icra edən General-mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01743 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin vəzifəsinin icrasından azad edildiyinə görə Azərbaycan Respublikası Prezidentinin 03 dekabr N1-ci il tarixli 30N3 nömrəli sərəncamı ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci və 41.9-cu maddələrinə (öz arzusu) və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən hərbi geyim formasını daşımaq hüqu verilməklə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş və N yanvar NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbayıl rayon İdarəsinə göndərilmişdir. General-mayor İddiaçı, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli NN nömrəli qərarına əsasən N1-ci ildə xidmət etdiyi dövr üçün nəzərdə tutulmuş birdəfəlik pul mükafatını tam həcmdə almağa layiqdir. General-mayor İddiaçı, N1-ci il üçün nəzərdə tutulmuş maddi yardım və məzuniyyət pulu ödənilmişdir. General-mayor İddiaçı ehtiyata buraxılması ilə əlaqədar iki aylıq maaş miqdarında birdəfəlik pul müavinəti ödənilmişdir. Əsas: Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01743 nömrəli əmrindən çıxarış.(dax.№4357) Azərbaycan Respublikası Müdafiə nazirinin 05 yanvar NN-ci il tarixli 01 nömrəli əmrindən görünür ki, Nazir tərəfindən 3-cü korpus komandirinin vəzifəsini icra edən General-mayor İddiaçı 1-4-cü bəndlərdə göstərilən hərbi qulluqçuların aylıq vəzifə maaşlarına Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında əsasnamənin” tələblərinə müvafiq olaraq əlavələrin ödənilməsi təmin olunmuşdur. Lakin iş materiallarından görünür ki, sonradan N nömrəli hərbi hissə komandirinin N mart NN-ci il tarixli 70 saylı əmri ilə N nömrəli hərbi hissə komandirinin vəzifəsini icra edən General-mayor İddiaçı Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01743 nömrəli əmri ilə N nömrəli hərbi hissə komandirinin vəzifəsinin icrasından azad edildiyinə görə xidmətini davam etdirmək üçün X8 (Bakı şəhəri) göndərilmiş, işlərini və vəzifəsini təhvil vermiş hesab edilmiş və N yanvar NN-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış hesab edilmişdir. Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisinin 98 nömrəli xx.xx.NN-ci il tarixli əmrindən Çıxarışdan görünür ki, General-mayor İddiaçı Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01743 nömrəli əmri ilə öz vəzifəsinə qaytarıldığı üçün N yanvar NN-ci il tarixdən bütün növ təminatlara daxil edilmiş hesab edilmiş, Azərbaycan Respublikası Prezidentinin 03 dekabr N1-ci il tarixli 30N3 nömrəli Sərəncamı və Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01744 nömrəli əmri ilə “Hərbi vəzifə və hərbi xidmət haqqında» Azərbaycan Respublikası Qanununun 40.1-ci və 41.9-cu maddələrinə (öz arzusu) və “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 164-cü maddəsinin ikinci hissəsinə əsasən hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Ordusundan həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə N yanvar NNci il tarixdən şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbayıl rayon İdarəsinə getmiş hesab olunmuşdur. Əsas: Azərbaycan Respublikası Prezidentinin 03 dekabr N1-ci il tarixli 30N3 nömrəli Sərəncamı və Azərbaycan Respublikası Müdafiə nazirinin 08 dekabr N1-ci il tarixli 01744 nömrəli əmri (dax.№798) Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçı sonuncu- N nömrəli hərbi hissənin komandiri vəzifəsindən Azərbaycan Respublikası Prezidentinin 03 dekabr N1-ci il tarixli 30N3 nömrəli sərəncamı əsasında Azərbaycan Respublikası Müdafiə nazirinin verdiyi 08 dekabr N1-ci il tarixli 01744 nömrəli əmri ilə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, N nömrəli hərbi hissə komandirinin N yanvar NN-ci il tarixli N saylı əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılmış və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbayıl rayon İdarəsinə göndərilmiş, Azərbaycan Respublikası Müdafiə nazirinin 05 yanvar NN-ci il tarixli 01 nömrəli əmri ilə ona Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında əsasnamənin” tələblərinə müvafiq olaraq əlavələrin ödənilməsi təmin olunmuşdur. Lakin apellyasiya baxışı zamanı müəyyən olundu ki, hazırki işdə iddiaçı barəsində yuxarıda qeyd olunan əmrlər verildiyi və o, hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarıldığı, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbayıl rayon İdarəsinə göndərildiyi, Azərbaycan Ordusunun hərbi qulluqçusu kimi pul təminatı və müvafiq əlavələri aldığı halda, sonradan barəsində N saylı hərbi hissə komandiri vəzifəsini icra edən şəxs tərəfindən N mart NN-ci il tarixli 70 saylı əmr, Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisi tərəfindən isə xx.xx.NN-ci il tarixli əmrlər qəbul edilmişdir. Hansı ki, həmin əmrlərin qəbulundan iddiaçının məlumatı olmamışdır. Qeyd olunan əmrlərin məzmununa görə, iddiaçının Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin rəisi vəzifəsinə qaytarıldığı və onun N yanvar NNci il tarixdən bütün növ təminatlara daxil edilməsi, lakin hərbi xidmətdən ehtiyata buraxıldığına görə N yanvar NN-ci il tarixdən şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılaraq, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbayıl rayon İdarəsinə getmiş hesab olunması qeyd edilmişdir. Göründüyü kimi, iddiaçı artıq yuxarıda qeyd olunan Müdafiə Nazirinin 08 dekabr N1-ci il tarixli 01744 nömrəli əmri ilə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığından, N nömrəli hərbi hissə komandirinin N yanvar NN-ci il tarixli N saylı əmri ilə hərbi hissənin şəxsi heyətinin siyahısından, bütün növ təminatdan çıxarılıb, hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Səbayıl rayon İdarəsinə göndərildiyindən və ona Azərbaycan Respublikası Müdafiə nazirinin 05 yanvar NN-ci il tarixli 01 nömrəli əmri ilə pul təminatı və əlavələr ödənildiyi üçün barəsində N mart NN-ci il və xx.xx.NN-ci il tarixli əmrlərin qəbul edilməsi qanunsuz olmuşdur. Belə ki, həmin əmrlər Müdafiə Naziri tərəfindən deyil, N saylı hərbi hissə komandiri vəzifəsini icra edən şəxs və Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzi rəisi tərəfindən qəbul edilməklə yanaşı, nəinki “İnzibati icraat haqqında” Qanunun tələblərinə riayət edilməməklə, həmçinin həmin əmrlər iddiaçı artıq bir dəfə ehtiyata buraxılıb, şəxsi heyət siyahısından, bütün növ təminatlardan çıxarılıb, ona pul təminatları və əlavələri ödənildikdən sonra yenidən həmin məsələləri özündə əks etdirməklə qəbul edilmişdir ki, bu da qanunsuz və əsassız olmuşdur. Hazırki işdə iddiaçı tərəfindən sözügedən xx.xx.NN-ci il və xx.xx.NN-ci il tarixli əmrlər mübahisələndirilməsə də, məhkəmə kollegiyası hesab edir ki, həmin əmrlər yuxarıda göstərilənlərə əsasən əhəmiyyətsiz olmaqla yanaşı, iddiaçının tələbinə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsində heç bir maneə yaratmır. Odur ki, iddiaçı onun son təminat xərcliyinin N nömrəli hərbi hissə komandiri vəzifə maaşına uyğun yenidən hesablanması və bu barədə məlumat vərəqinin tərtib olunaraq müvafiq quruma göndərilməsini tələb etməkdə haqlıdır. Nəzərə alınmalıdır ki, hazırki işdə iddiaçının sonuncu vəzifəsinin N nömrəli hərbi hissə komandiri olduğu və məhz həmin vəzifədən ehtiyata buraxıldığı iş materialları ilə təsdiq olunur. Belə olan halda qanunvericiliyin tələbinə görə, iddiaçının təminat xərcliyinin onun sonuncu tutduğu vəzifəyə uyğun olaraq hesablanması və bu barədə məlumat vərəqəsinin tərtib olunması qanunla cavabdeh qurumun vəzifəsinə aid edildiyindən iddia əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin N.N.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.N-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin N-1(11N)- N839/N3 saylı N1 iyun N3-cü il tarixli qərarı ləğv edilməli və iddia təmin edilərək, İddiaçı təminat xərcliyinin onun N nömrəli hərbi hissə komandiri vəzifə maaşına uyğun yenidən hesablanması və təminat xərcliyi barədə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin N-1(11N)-N839/N3 saylı N1 iyun N3-cü il tarixli qərarı ləğv edilsin. İddia tələbi təmin edilsin. İddiaçı təminat xərcliyinin onun N nömrəli hərbi hissə komandiri vəzifə maaşına uyğun yenidən hesablanması və təminat xərcliyi barədə yeni məlumat vərəqinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazırliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-535/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-535/2024
08.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver