Məhkəmə qərarları › İş №2-1(103)-536/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-536/2020

30.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-536/2020 30.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məmmədov Vidadi Məmməd oğlundan ibarət tərkibdə, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə; İddiaçı Hadıyeva Bəxtinaz Kazım qızının cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə qarşı Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin xx xxxx 1997-ci ildə tərtib edilmiş “qeyri-yaşayış binasının texniki pasportu”na uyğun olaraq “xxxx” MMC tərəfindən tərtib edilmiş bərpa-layihəsi əsasında tikintisinə icazə verilməsi tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1829/2019 saylı qərarından cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Hadıyeva Bəxtinaz Kazım qızı cavabdehlər Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə və Binəqədi rayon İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə,14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin x xxxx 1997-ci ildə tərtib edilmiş “Qeyriyaşayış binasının Texniki Pasportu”na uyğun olaraq “xxxx” MMC tərəfindən tərtib edilmiş bərpa layihəsi əsasında tikintisinə icazə verilməsi vəzifəsinin Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə qoyulması, X1 mülkiyyətində olan Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə Hadıyeva Bəxtinaz Lazım qızının giriş-çıxışına olan məhdudiyyətin aradan qaldırılması vəzifəsinin Bakı şəhəri İcra Hakimiyyətinin və Binəqədi rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Binəqədi rayonu, B.Bəhlulzadə küçəsi, 14 ünvanda yerləşən “Fəhlə Təchizat” Birliyinin istehsalat sahəsi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin xx.xx.2002-ci il tarixli (reyestr kitabı № 2, qeydiyyat № 000909) “Mülkiyyət hüququ haqqında şəhadətnamə”sinə əsasən İddiaçı mülkiyyətindədir. ”xxxx” MMC tərəfindən özbaşınalıq edilərək, həmin qeyriyaşayış sahələri sökülərək dağıdılmışdır. Həmin qeyri-yaşayış sahəsi iddiaçının təsisçisi olduğu “xxxx” şirkətinin istifadəsində olmuşdur. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-125/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə “xxxx” şirkətinin iddiası qismən təmin olunmuş, cavabdeh “xxxx” MMC-dən 3.145.080 manat maddi ziyan, 30.000 manat icarə haqqı, 30 manat ödənilmiş dövlət rüsumu olmaqla cəmi 3.175.110 manat pul vəsaitinin “xxxx” şirkətinin xeyrinə tutulması qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2-2(103)-20/2017 nömrəli qətnaməsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-2(82)-125/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi dəyişdirilmiş, cavabdeh ”xxxx” MMC-dən 405310 manat pul vəsaitinin “xxxx” şirkətinin xeyrinə tutulması qət edilmişdir. Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-2(102)-318/2017 nömrəli qərarı ilə “xxxx” şirkətinin kassasiya şikayəti təmin edilərək apellyasiya məhkəməsinin qətnaməsi 405310 manat maddi ziyanın tutulması hissəsində qismən ləğv edilmiş və işin yenidən baxılması üçün həmin məhkəməyə göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-2(103)-52/2018 nömrəli qətnaməsi ilə ”xxxx” MMC-dən 404438 manat pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qətnamədən “xxxx” şirkəti tərəfindən kasassiya şikayəti verilmişdir. Həmin məhkəmə mübahisəsi mülkiyyətçi kimi İddiaçı mülkiyyətində olmuş Bakı şəhəri, Binəqədi rayonu, B.Bəhlulzadə küçəsi, 14 ünvanda yerləşən istehsalat sahəsinin bərpa edilməsi üçün məhdudiyyət yaratmır. Bakı şəhəri İcra Hakimiyyətinin, Binəqədi rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri və ”xxxx” MMC-nin əməkdaşları tərəfindən İddiaçı mülkiyyətində olan daşınmaz əmlaka daxil olmasına, bərpa işləri aparmasına maneə törədilir. İddiaçı tərəfindən xx.xx.2018ci il tarixdə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı şəhər İcra Hakimiyyətinə, Binəqədi rayon İcra Hakimiyyətinə ərizə göndərilmiş, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin x xxxx 1997-ci ildə tərtib edilmiş “Qeyri-yaşayış binasının Texniki Pasportu”na uyğun olaraq “xxxx” MMC tərəfindən tərtib edilmiş bərpa layihəsi əsasında tikintisinə icazə verilməsini, Bakı şəhər İcra Hakimiyyətindən və Binəqədi rayon İcra Hakimiyyətindən isə Hadıyeva Bəxtinaz Kazım qızının mülkiyyətində olan daşınmaz əmlaka giriş-çıxışına məhdudiyyətin aradan qaldırılması xahiş olunmuşdur. Lakin cavabdehlər tərəfindən həmin ərizəyə ümumiyyətlə cavab verilməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi iddiaya dair etiraz etmiş və еtirаzını оnunlа əsаslаndırmışdır ki, İddiaçı xx.xx.2018-ci il tarixli, 1/114 nömrəli Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi, 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin “xxxx” tərəfindən tərtib edilmiş bərpa layihəsi əsasında tikintisinə icazə verilməsinə dair məktubuna cavab olaraq qanunvericiliyin tələblərinə uyğun olaraq sənədlər təqdim edildikdən sonra məsələyə baxılacağı barədə Komitənin xx.xx.2018-ci il tarixli, xx/xx-4047 nömrəli məktubu ilə məlumat verilmişdir. Odur ki, iddiaçının iddiası qanunsuz və əsassızdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 1829/2019 saylı qərarı ilə iddia təmin edilmiş, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə, 14 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin x xxxx 1997-ci ildə tərtib edilmiş “Qeyri-yaşayış binasının Texniki Pasportu”na uyğun olaraq “xxxx” MMC tərəfindən tərtib edilmiş Bərpa layihəsi əsasında tikintisinə icazə verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Axritektura Komitəsinə həvаlə edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsihəmin qərardan apellyasiya şikayəti verərək ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ünvan 6 ünvanında yerləşən X4 istehsalat sahəsində yerləşən müəyyən tikililərin İddiaçı mülkiyyətində olmasına baxmayaraq həmin ərazinin torpaq mülkiyyətçisi qeyri müəyyəndir. Torpaq sahəsinə sənədlərin əldə edilməsi məqsədi ilə Komitə tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin inzibati işə maraqlı şəxs qismində cəlb edilməsinə dair vəsatət verilməsinə baxmayaraq, həmin vəsatət təmin edilməmiş, məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə 2-1 (81 )-1829/2019 nömrəli iş üzrə iddia təmin edilərək Komitənin üzərinə tikintiyə icazə verilməsi öhdəliyi qoyulmuşdur. İddiaçı tərəfindən Komitəyə təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinin tələblərinə uyğun deyildir. Çünki Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3.1-ci maddəsinin tələbinə uyğun olaraq torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin, mövcudluğu məhkəmə tərəfindən araşdırılmamışdır. Bundan başqa iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş məhkəmə qətnamələri qanuni qüvvəsini almamış və hal-hazırda məhkəmədə mübahisə predmeti olaraq qalır. Məhkəmə işə baxan zaman gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmiş və eyni zamanda qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlmir. Digər tərəfdən məhkəmə öz qərarı ilə maddi və prosessual hüquq normalarını da kobud surətdə pozmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verdi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilib iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, Komitə tərəfindən birinci instansiya məhkəməsinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi barədə vəsatət təqdim edilmişdir, lakin məhkəmə vəsatəti təmin etməmişdir. Nümayəndə vəsatətə yenidən baxılmasını və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üçüncü şəxs qismində işə cəlb edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı tərəfindən sübut kimi təqdim edilmiş məhkəmə qətnamələri qanuni qüvvəsini almışdır. Qüvvədə olan həmin məhkəmə aktlarından müəyyən olunmuşdur ki, “xxxx” MMC-dən iddiaçı X1 təsisçisi olduğu “xxxx” Şirkətinin xeyrinə vurulmuş ziyan qismində tutulmuş 404 438 manat məbləğində pul vəsaiti məhz iddiaçının mülkiyyətində olan, X4 istehsalat sahəsinin qanunsuz olaraq sökülmüş əmlakının bərpa edilməsi məqsədi ilə tutulmuşdur. Odur ki, ünvan 6 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin xx xxxx 1997-ci ildə tərtib edilmiş “Qeyri-yaşayış binasının Texniki Pasportuna” uyğun olaraq “xxxx” MMC tərəfindən tərtib edilmiş bərpa layihəsi əsasında tikintisinə icazə verilməsi haqqında məhkəmənin gəldiyi nəticə qanunidir. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş üçüncü şəxs “xxxx” MMC məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən Binəqədi Rayon İcra Hakimiyyətinin nümayəndəsi bildirdi ki, “Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnamənin 4-cü bəndində təmir-tikinti, memarlıq və şəhərsalma sahələrində fəaliyyət tənzimlənmişdir, əsasnamədə İ (dövlət əhəmiyyətli), İİ (sahibkarlıq fəaliyyəti), İİİ (fərdi yaşayış evləri) məsquliyyət səviyyəli tikililər müəyyən olunmuşdur. Rayon İcra Hakimiyyətlərin səlahiyyətlərinə İİİ məsuliyyət səviyyəli tikililər müəyyən olunmuşdur. Əsasnamənin 4.18-ci bəndinə əsasən İ və İİ məsuliyyət səviyyəli tikililər Bakı Şəhəri İcra Hakimiyyətinin səlahiyyətlərinə aid edilmişdir. Qanunvericiliyin müddəalarına əsasən Binəqədi Rayon İcra Hakimiyyəti qeyri-yaşayış obyektlərinin tikintisinə münasibət bildirən orqanlar siyahısına daxil edilməmişdir. Odur ki, iddia tələbinin Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı qeyri-mümkün sayılmasına dair gəldiyi nəticəni əsaslı hesab edir. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-536/2020 saylı xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdehin vəsatəti təmin olunmuş və Azərbaycan Respublikası Əmlak Məsələləri yanında Dövlət Komitəsi üçüncü şəxs qismində icraata cəlb edilmişdir. Məhkəməiclasının yeri və vaxtı barədə məlumat verilmiş üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə iclasında öz nümayəndəsinin iştirakını təmin etməmiş, bu barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə iddiaçı X1 iddiası mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən qeyri yaşayış sahəsinə X1 giriş-çıxışına olan məhdudiyyətin aradan qaldırılması vəzifəsinin Bakı Şəhər İcra Hakimiyyətinin və Binəqədi Rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin üzərinə qoyulması hissəsində mümkün hesab edilməmişdir. Həmin qərardaddan apellyasiya şikayəti verilməmişdir. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədəm qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin mübahisələndirilməyən hallarına görə, ünvan 8 ünvanında 3088 kv.m torpaq sahəsində yerləşən 843,6 kv metr yerləşən müxtəlif təyinatlı tikililər, “Fəhlə təhcizat birliyinin istehsalat sahəsi” xx xxxx 2002-ci il tarixdə 000909 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən “xxxx” Şirkətinin təsisçisi X1 adına qeydə alınmış, həmin “Fəhlə təhcizat birliyinin istehsalat sahəsi” üçün o vaxt mövcud olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında Mənzil-Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İB qeyri-yaşayış binasının Texniki Pasportunu tərtib edib vermiş, Texniki Pasportda 3088 kv.m torpaq sahəsində yerləşən 843,6 kv metr tikintialtı sahədə olan müxtəlif təyinatlı tikililərin, 2092,4 kv.m sahədə asfalt örtüyü, 152 kv.m yaşıllıq sahəsi olmaqla istifadə edilməsi öz əksini tapmışdır. Həmin istehsalat sahəsində inzibati bina, ayaq yolu, anbar, su çəni, qapıçı otağı, anbar, təmir sexləri, hovuz, daş hasarlar və dəmir qapılar mövcud olmuşdur, həmin əmlak iddiaçının təsisçisi olduğu “xxxx” Şirkətinin istifadəsində olmuşdur, sonuncu tərəfindən “xxxx” MMC-yə icarəyə verilmiş, icarəçi isə iddiaçının mülkiyətində olan əmlakı sökərək yararsız vəziyyətə salmışdır, bu əsasla da “xxxx” MMC-dən iddiaçının təsisçisi olduğu “xxxx” Şirkətinin xeyrinə 404.408 manat maddi ziyanın tutulması barədə Bakı Apellyasiya Məhkəməsinin inzibati-iqtisadi kollegiyası tərəfindən 2-2(103)-52/2018 nömrəli, 04 sentyabr 2018-ci il tarixli qətnamə qəbul edilmiş və qeyd edilən qətnamə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati-iqtisadi kollegiyasının 2- 2(102)-124/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. İddiaçı ona məxsus olan, ondan asılı olmayan səbəblərdən yararsız vəziyyətə salınmış əmlakı “xxxx” MMC tərəfindən hazırlanmış bərpa-layihəsi əsasında bərpa etmək məqsədilə tikintiyə icazə verilməsi üçün cavabdeh Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət etmiş, lakin müraciətinə cavab verilməmişdir. Cavabdeh iddiaçının müraciətlərinə məhkəmədə iddia qaldırıldıqdan sonra verdiyi cavablarda iddiaçının müraciətinə şirkətin torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış) təqdim edildikdən sonra baxılacağını, eyni zamanda hazırlanmış şəhərsalma əsaslandırılmasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaları”nın tələblərinə uyğun olmadığı bildirilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qanunu və əsaslı hesab etmiş və iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azəbaycan Respublikaslının Konstitusiyasının 29-cu maddəsinin üçüncü hissəsinə əsasən hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 6.1-ci maddəsinə əsasən mülki qanunvericiliyin prinsipləri aşağıdakılardır:.. 6.1.4. mülkiyyətin toxunulmazlığı;.. Həmin Məcəllənin 135.4-cü maddəsinə əsasən əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Əgər əşyanın tətbiq edilməməsi və ya ona qulluq olunmaması ictimai mənafelərə qəsd edirsə, istifadə və ya qulluq və saxlama vəzifəsi müəyyənləşdirilə bilər. Bu halda mülkiyyətçinin üzərinə həmin vəzifələri özü icra etmək və ya müvafiq muzd müqabilində əşyanı başqa şəxslərin istifadəsinə vermək vəzifəsi qoyula bilər. Həmin Məcəllənin 152.9-cü maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Həmin Məcəllənin 154.1-ci maddəsinə əsasən qanunvericiliyə uyğun olaraq fiziki və ya hüquqi şəxslərə mənsub ola bilməyən əmlakın ayrı-ayrı növləri istisna edilməklə, fiziki və hüquqi şəxslərin mülkiyyətində istənilən əmlak ola bilər. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad etməklə qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə mülkiyyət hüququ qorunur, mülkiyyətçi mülkiyyətində olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək hüququna malikdir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1-ci maddəsinə əsasən bu Məcəllənin 79-80-ci maddələrində nəzərdə tutulmuş tikinti obyektləri istisna olmaqla, digər obyektlərin tikintisinə icazə tələb olunur. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.1-ci maddəsinə əsasən Barəsində icazə tələb olunan tikinti şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə zidd olmadığı təqdirdə, müvafiq icra hakimiyyəti orqanı (qurum) (reklam qurğularının tikintisinə istisna olmaqla) tikintiyə icazə verməlidir. Reklam qurğularının tikintisinə icazənin verilməsi qaydası bu Məcəllənin 81-ci maddəsi ilə müəyyən edilir. Tikintiyə icazə müvafiq tikinti ərazisi üçün qüvvədə olan müfəssəl plan əsasında verilir. Belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyü bu Məcəllənin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə əsasən yoxlanılır. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müraciət etməzdən əvvəl tikinti aparmaq istədiyi ərazidə aparılacaq tikintinin icazə verilən parametrlərini (ərazinin tikinti əmsalı, ərazinin tikinti sıxlığı əmsalı, tikinti obyektlərinin hündürlüyü və s.) öyrənmək məqsədi ilə obyektin təyinatını göstərməklə, müvafiq icra hakimiyyəti orqanına (quruma) sorğu ilə müraciət edə bilər. Həmin müraciətə 10 gün müddətində əsaslandırılmış cavab verilməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.3-cü maddəsinə əsasən sifarişçi tikintiyə icazə almaq üçün müvafiq icra hakimiyyəti orqanına (quruma) ərizə ilə müraciət edir. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur: torpaq sahəsi üzərində tikinti aparılmasına səlahiyyət verən mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənədin surəti; tikinti layihəsi; sifarişçi hüquqi şəxs olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti fiziki şəxs olduqda, şəxsiyyətini təsdiq edən sənədin surəti; “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun əlavəsində göstərilən fəaliyyət növləri üzrə layihələrin ətraf mühitə təsirin qiymətləndirilməsi (ƏMTQ) sənədi və həmin sənədin dövlət ekoloji ekspertizasının rəyi. İş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tikintiyə icazə verilməsi üçün tələb olunan sənədlər qismində Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının Özəlləşdirilməsi Departamentinin tərtib etdiyi 000909 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnaməsini, həmin şəhadətnaməyə əlavə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil-Kommunal Təsərrüfatı İdarəsi tərəfindən tərtib edilmiş qeyri-yaşayış binasının texniki pasportunu, “xxxx” MMC tərəfindən tərtib edilmiş ünvan 7 ünvanında yerləşən X3 qeyri-yaşayış sahəsinin bərpa layihəsini və həmçinin, iddiaçının qanuni istifadəsində olan torpaq sahəsindəki tikililərin qanunsuz olaraq sökülməsi faktını təsdiq edən qüvvədə olan məhkəmə aktlarını təqdim edilmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçının əmlakını icarəyə götürmüş şəxs tərəfindən həmin əmlak sökülərək yararsız vəziyyətə gətirildiyi üçün iddiaçının həmin əmlakdan istifadə edə bilməsi məqsədilə onu bərpa etmək zərurəti yaranmış, bununla əlaqədar olaraq iddiaçı qanunvericilikdə nəzərdə tutulmuş və yuxarıda qeyd olunan sənədləri müvafiq orqana təqdim etmiş, lakin inzibati orqan Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75-ci maddəsinə uyğun olaraq tikintiyə icazə verilməsi üçün tələb olunan sənədləri Komitəyə təqdim edildikdən sonra həmin məsələyə baxılacağını bildirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Halbuki, iddiaçı tərəfindən təqdim edilmiş sənədlər Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 75.2-ci maddəsinin tələblərinə tam uyğun olmuşdur. Məhkəmə kollegiyasının sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən göndərilmiş xx.xx.2020-ci il tarixli **********43 saylı məktubdan müəyyən edilir ki, Bakı şəhəri, Binəqədi rayonu, S.Bəhlulzadə küçəsi,14 ünvanına texniki baxış keçirilmiş və həmin ərazidə 60,0 kv.m istismara yararsız tikili olduğu müəyyən edilmişdir. Eyni zamanda elektron kadastr baza məlumatlarına əsasən göstərilən ərazi dövlət torpağıdır. Məlumat üçün bildirilmişdir ki, ünvan 7 ünvanında yerləşən əmlak kompleksinə aid Texniki Pasportun tərtib edilməsi dövlət reyestrindən çıxarışın verilməsi ilə bağlı iddiaçı X1 etibarnamə əsasında nümayəndəsi X5 tərəfindən xx xxxxx 2019-cu il tarixdə ərizə ilə İdarəyə müraciət olunmuş və “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, sorğuya əsasən üçüncü şəxs tərəfindən göndərilmiş məktubda mübahisəli ünvanda yerləşən torpaq sahəsinin dövlət mülkiyyətində olmaqla iddiaçıya çıxarış verilməsindən imtina olunduğu bildirilsə də, iş materiallarından görünür ki, həmin torpaq sahəsinin üzərində olan tikililər xüsusi mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olmuşdur. Üzərindəki əmlak kompleksi özəlləşdirildikdən sonra onun altındakı torpaq sahəsi texniki pasportda göstərilmiş ölçüdə qanuni əsaslarla iddiaçının istifadəsində olmuşdur. Cavabdehə mülkiyyətində olan əmlak kompleksinə dair dövlət reyestrindən çıxarışın verilməsindən imtina olunması iddiaçının həmin əmlak kompleksinin altındakı torpaq sahəsindən qanunsuz istifadə etməsi anlamına gəlmir. Tikintiyə icazə verilməsi məqsədi ilə təqdim edilmiş Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti Mülkiyyət hüququ haqqında Şəhadətnamə və Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi “Aztexinventarlaşdırma” İstehsalat Birliyinin xx xxxx 1997-ci ilə tərtib etdiyi “Qeyriyaşayış binasının pasportu” həm tikililərin altında, həm də ətrafında yerləşən torpaq sahəsinin iddiaçının qanuni istifadəsində olmasını təsdiq edən sənədlər kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 4-cü maddəsinə əsasən qanunvericiliklə başqa hallar nəzərdə tutulmamışdırsa, torpaq sahələri və onların üzərində hüquqlar, habelə torpaq sahəsi ilə bağlı daşınmaz əmlak (torpaq qatı, sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) dövriyyədə ayrılmaz şəkildə iştirak edirlər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, cavabdeh əvvəla iddiaçının təqdim etdiyi şəhərsalma əsaslandırmasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 72 nömrəli qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl qaydaları”n hansı tələblərinə uyğun olmadığını konkret göstərməmiş və sübuta yetirməmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin digər dəlili, yəni iddiaçı tərəfindən sübut qismində təqdim edilmiş məhkəmə qətnamələrinin qanuni qüvvəsini almaması və mübahisə predmeti olaraq qalmasına dair dəlillərini də əsassız hesab edir. Belə ki, iddiaçı X1 təsisçisi olduğu “xxxx” Şirkətinin cavabdeh “xxxx” MMC-yə qarşı qanunsuz olaraq sökülmüş əmlakın əvəzinə 404 408 manat məbləğində zərərin tutulmasına dair Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qərarı ilə qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 noyabr tarixli 647 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi haqqında əsasnamə”nin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi (bundan sonra – Komitə) şəhərsalma, ərazi planlaşdırılması, arxitektura və bununla bağlı layihələndirmə sahələrində (bundan sonra – müvafiq sahədə) dövlət siyasətini və tənzimləməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Həmin Əsasnamənin 8-ci bəndinə əsasən Komitə bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:8.20-

3. Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi hallarda tikinti obyektlərinin tikintisinə və istismarına icazə vermək; 8.20-4. strukturuna daxil olan qurum vasitəsilə və ya bilavasitə tikintisinə icazə tələb olunan tikinti layihələrinin şəhərsalmaya dair normativ sənədlərin tələblərinə uyğunluğuna dair rəy vermək; 8.20-5. tabeliyində olan qurum vasitəsilə yerli icra hakimiyyəti orqanları və bələdiyyələr tikinti məqsədləri üçün torpaq sahəsi ayırarkən (məlumatlandırma icraatı qaydasında yaşayış evlərinin tikintisi üçün ayrılan torpaq sahələri istisna olmaqla) həmin torpaq sahəsində həyata keçirilməsi nəzərdə tutulan tikinti niyyətinin müvafiq ərazinin şəhərsalma sənədlərinə (qüvvədə olan müfəssəl plana, belə plan olmadıqda və ya onun müddəti bitdikdə, tikintiyə icazə verilməsinin mümkünlüyünün Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 11-ci maddəsinə, o cümlədən ərazilərin zonalaşdırılması, tikintinin növü və miqyası ilə bağlı müfəssəl qaydalara və yaşayış məntəqələrində yanaşı sahələrdə tikinti aparılmasının əsas şərtlərinə) uyğunluğuna dair rəy vermək; Həmin Əsasnamənin 9-cu maddəsinə əsasən Komitə öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir: 9.4. layihə-planlaşdırma işləri üçün şəhərsalma sənədlərində (Baş planlar, rayon və məhəllə planlaşdırılması, müfəssəl planlaşdırma layihələri və sair) nəzərdə tutulan layihə həllərinin həyata keçirilməsində onların şəhərsalma normalarına uyğunluğunu təmin etmək və bu barədə rəy vermək, unikal bina və qurğuların bütün memarlıq-planlaşdırma həllərinin razılaşdırılmasını həyata keçirmək; Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin iddiaçının müraciətinə torpaq sahəsinin üzərində tikinti aparılmasına icazə verən mülkiyyət, icarə, istifadə hüququnu təsdiq edən sənədin surətini (daşınmaz əmlakın dövlət reyestrindən çıxarışını) təqdim edildikdən sonra baxılacağı, eyni zamanda, hazırlanmış Şəhərsalma əsaslandırmasının Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2014-cü il tarixli, 72 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ara məsafəsi ilə bağlı müfəssəl Qaydaları”nın tələblərinə uyğun olmadığı barədə dəlilləri əsassızdır. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olmadığından təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-1829/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar