Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-536/2023 17.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Əkbərov Kamran Hüseyn oğlu və X1 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı “istifadə olunmamış məzuniyyət günlərinin əvəzinə kompensasiya ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 18 avqust N0NN-ci il tarixli, N-1(11N)-6743/N0NN nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunvericilikdə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N1-ci maddəsinin ikinci hissəsini nəzərə almaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 45 (qırx beş gün) əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin N17 nömrəli N8 sentyabr N01N-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq, birdəfəlik ödənilməsi üçün cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası Silahlı Qüvvələrdə təqvimi N6 il 4 ay müddətdə xidmət etmişdir. N nömrəli hərbi hissə komandirinin N8 dekabr N013-cü il tarixli 0303 №-li əmri ilə N-ci helikopter eskadrilyası komandirinin aviasiya mühəndis hissəsi üzrə köməkçisi-borttexnik-təlimatçı-atıcı vəzifəsindən (mayor rütbəsində) azad olmaqla şəxsi heyətin siyahısından və bütün növ təminatlarından çıxarılmaqla Dövlət Sərhəd Xidmətindən Silahlı Qüvvələrin ehtiyatına buraxılmışdır. Tərxis olunan N013-cü ildə ümumilikdə 45 (qırx beş gün) növbəti məzuniyyətdən istifadə etmişdir. Ehtiyata buraxılarkən “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 1N0-ci maddəsinin 1-ci maddəsinin sonuncu abzasına və “Hərbi qulluqçuların Statusu haqqında” Qanunun 11-ci maddəsinə uyğun olaraq ona növbəti məzuniyyət verilməmişdir. Bununla bağlı Dövlət Sərhəd Xidmətinə N0 yanvar N0NN-ci il tarixində ərizə təqdim etmişdir. Ərizəsində istifadə edilməmiş növbəti məzuniyyət günlərinə görə 45 (qırx beş) gün ona kompensasiyanın birdəfəlik ödənilməsini və ödəməni həyata keçirərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin N17 nömrəli N8 sentyabr N01N-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq birdəfəlik ödənilməsi rəhbər tutulması xahiş edilmişdir. Cavabdeh Dövlət Sərhəd Xidməti bununla əlaqədar onun ərizəsini cavablandırarkən bildirmişdir ki, hərbi hissə komandirinin müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N0-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətə əlavə növbəti məzuniyyət günləri əvəzi pul kompensasiyasının ödənilməsi ilə əlaqədar ehtiyatına buraxıldığı hərbi hissənin nizami hissəsinə müraciət etməyi məqsədəuyğundur. İstifadə edilməmiş növbəti məzuniyyətin günləri əvəzi pul kompensasiyasına hüququ olduğu təqdirdə hərbi hissə tərəfindən ödəniş müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. İnzibati orqanın ərizəsinə verdiyi cavabı qanunsuzdur, çünki hərbi hissə və eləcədə xidmət etdiyi hərbi hissənin nizami hissəsi inzibati orqan deyil vətəndaşların müraciətinin cavablandırılması və onun təmin edilməsi inzibati orqan tərəfindən həyata keçirilir. Sonradan iddiaçı məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, məhkəmədən ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N1-ci maddəsinin ikinci hissəsini nəzərə alınmaqla istifadə etmədiyi növbəti məzuniyyət günlərinin 90 (doxsan) gün əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin N17 nömrəli N8 sentyabr N01N-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq, birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı yenidən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, ona qanunvericiliklə nəzərdə tutulmuş qaydada “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axrıncı abzasına və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 1N1-ci maddəsinin ikinci hissəsini nəzərə alınmaqla istifadə etmədiyi qalan növbəti məzuniyyət günlərinin 30 (otuz) gün əvəzinə pul kompensasiyasının Azərbaycan Respublikası Nazirlər Kabinetinin N17 nömrəli N8 sentyabr N01N-ci il tarixli qərarının tələblərinə müvafiq olaraq (işlədiyi vəzifənin və tutduğu rütbə maaşının müraciət etdiyi gün üzrə məbləğləri əsas götürülməklə) hesablanaraq, birdəfəlik ödənilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə həvalə edilməsi haqqında qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18 avqust N0NN-ci il tarixli, N-1(11N)-6743/N0NN nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim: N.Abıyev) Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, İddiaçı iddiasında Silahlı Qüvvələrdən ehtiyata buraxılarkən «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin və «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikasının Qanununun müvafiq maddələrinə istinad edərək ona növbəti məzuniyyətin verilmədiyini və buna görə də kompensasiyanın birdəfəlik ödənilməsini göstərmişdir. «Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 11-ci maddəsində və «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin Vİİİ fəslinin (Məzuniyyətlər) 114-cü maddəsində dinc dövrdə həqiqi hərbi xidmətdə olan hərbi qulluqçulara aşağıdakı məzuniyyətlərin verilməsi göstərilərək növlərə ayrılmış və həmin məzuniyyətlərdən biridə a) növbəti məzuniyyət; kimi qeyd olunmuşdur. Silahlı Qüvvələrdə N0 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 (üç) ay müddətində verilir. İddiaçı N013-cü ilin növbəti məzuniyyətindən 45 ( qırx beş) istifadə etmiş, bütün təminat müavinətlərini və maddi yardım almışdır. Bakı İnzibati Məhkəməsinin qərarında qeyd olunan 30 günlük növbəti məzuniyyətə görə pul kompensasiyasının ödənilməsi öhdəliyini cavabdeh Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin üzərinə qoyarkən sabiq hərbi qulluqçu İddiaçı xx.xx.N013-cü ildə 45 gün növbəti məzuniyyətdən istifadə etməsini, məzuniyyət müavinətinin ödənilməsini, İddiaçı Silahlı Qüvvələrin ehtiyatına buraxılarkən “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin 1N0-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün istifadə etmədiyi növbəti 45 gün məzuniyyət günləri əvəzinə Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı hərbi hissə tərəfindən xx.xx.N0NN-ci il tarixdə N849.51 manat kompensasiya bank hesabına köçürülməsini nəzərə almadan qərar çıxarmışdır. İşə apelyasiya qaydasında baxılarkən cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 6N.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının vəkili Vəkil apellyasiya şikayətinə yazılı etiraz təqdim edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdi. Məhkəmə kollegiyası iş üzrə iddiaçının vəkilinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 8N-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan iddiaçıya məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsinin və şəxsiyyət vəsiqəsi barədə elektron məlumatdan müəyyən olunur ki, xx.xx.1970-ci ildə Astara, Komuşovka kəndində doğulmuş İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində qeydiyyatdadır. İş materiallarında olan Dövlət Sərhəd Xidməti N015 №-li hərbi hissə komandirinin nizami hissə üzrə N8 dekabr N013-cü il tarixli 0303 №-li əmrindən çıxarışın surətindən müəyyən olunur ki, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.9-cu maddəsinə (öz arzusu ilə) müvafiq olaraq İddiaçı, N-ci helikopter eskadrilyası komandirinin aviasiya-mühəndis hissəsi üzrə köməkçisi-borttexnik-təlimatçıatıcı vəzifəsindən azad olunmaqla Dövlət Sərhəd Xidmətində həqiqi hərbi xidmətdən Silahlı Qüvvələrin ehtiyatına buraxılmış hesab edilmişdir. N8 dekabr N013-cü il tarixdən şəxsi heyətin siyahısından və bütün təminat normalarından çıxarılmışdır. İddiaçı N8 dekabr N013cü il tarixə xidmət illəri 37 il 00 ay N7 gün hesablanmışdır. Mayor İddiaçı N013-cü il üçün nəzərdə tutulmuş məzuniyyətdən istifadə etmiş, məzuniyyət müavinəti və maddi yardım almışdır. N013-cü il üçün birdəfəlik pul mükafatı 100 faiz almağa layiqdir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçının müraciətinə cavab olaraq ünvanlanmış xx.xx.N0NN-ci il tarixli 10/Ş-33 saylı məktubla bildirilmişdir ki, hərbi hissə komandirinin müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün “Hərbi xidmətkeçmə haqqında əsasnamənin 1N0-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzi kompensasiyasının ödənilməsi ilə əlaqədar ehtiyata buraxıldığı hərbi hissənin nizami hissəsinə müraciət etməyi məqsədə uyğundur. İstifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə hərbi hissə tərəfindən ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti İstintaq və Təhqiqat İdarəsi tərəfindən Bakı İnzibati Məhkəməsinə ünvanlanmış xx.xx.N0NN-ci il tarixli 16/4N1N saylı məktubunda qeyd olunmuşdur ki, İddiaçı xx.xx.N0NN-ci il tarixdə Silahlı Qüvvələrin ehtiyata buraxıldığı hərbi hissə tərəfindən istifadə etmədiyi məzuniyyət günləri əvəzinə N849,51 manat kompensasiya bank hesabına köçürülmüşdür. İşdən görünür ki, iddiaçı ona istifadə olunmamış məzuniyyət günlərinin əvəzinə kompensasiya ödənilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini aşağıdakılarla əsaslandırmışdır. "Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinə görə ehtiyatda olmağın son yaş həddinə çatmayan qulluqçular aşağıdakı hallarda həqiqi hərbi xidmətdən ehtiyata buraxılırlar: xidmət müddəti başa çatdığına görə (kadr zabitləri istisna olmaqla); yaşa görə-həqiqi hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqda; xəstəliyə görə-hərbi həkim komissiyası tərəfindən həqiqi hərbi xidmətə yararsız sayıldıqda; öz arzusu ilə-yalnız zabit heyəti vəzifələrində təqvim hesabı ilə azı 10 il xidmət etmiş kadr zabitlər. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı 37 ildən (təqvim ili N6 il 04 ay N8 gün; güzəştli 10 il 07 ay N9 gün, cəmi 37 il 00 ay N7 gün) artıq Silahlı Qüvvələrdə xidmət etmişdir. "Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən Silahlı Qüvvələrdə N0 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Hərbi qulluqçu (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) təqvim ilində, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illərində bu maddədə nəzərdə tutulmuş növbəti məzuniyyətdən istənilən səbəbdən istifadə etmədikdə, ona həmin təqvim ili, habelə həqiqi hərbi xidmətdə olduğu dövrün digər təqvim illəri üçün istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada və məbləğdə ödənilir. Azərbaycan Respublikasının 1997-ci il tarixli 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 115-ci maddəsində göstərilmişdir ki, hərbi qulluqçulara məzuniyyət vermək hüququ hərbi hissə komandirinə (əmr vermək hüququ olan tabor (3-cü dərəcəli gəmi) komandirinin intizam hakimiyyətindən istifadə edən əlahiddə hissə komandirindən, onlara bərabər və onlardan yuxarı olanlara) aiddir. Məzuniyyətə getmək və məzuniyyətdən qayıtmaq hərbi hissə üzrə əmrlə elan olunur. Əsasnamənin 1N0-ci maddəsində göstərilmişdir ki, Silahlı Qüvvələrdə N0 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyət 3 ay müddətində verilir. Qanunvericiliyin tələblərindən aydın olur ki, hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün həmin növbəti məzuniyyət yaşa və ya xəstəliyə görə ehtiyata buraxılmış şəxslərlə yanaşı N0 il və daha artıq xidmət etmiş hərbi qulluqçulara da şamil olunur. İş materiallarında olan Dövlət Sərhəd Xidməti tərəfindən verilmiş 0303 nömrəli xx.xx.N013-cü il tarixli əmrdən çıxarışın surətindən müəyyən olunur ki, iddiaçının təqvim illəri N6 il 04 ay N8 gün təşkil edir. Məhkəmə qeyd etmişdir ki, Silahlı Qüvvələrdə N0 və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və ya istefaya buraxılan hərbi qulluqçulara hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün növbəti 3 aylıq məzuniyyət verilməlidir. Məhkəmə tərəfindən müəyyən olunmuşdur ki, iddiaçının hazırki tələbinə cavab olaraq, cavabdeh inzibati orqan tərəfindən hərbi hissə komandirinin müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün “Hərbi xidmətkeçmə haqqında əsasnamənin 1N0-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzi kompensasiyasının ödənilməsi ilə əlaqədar ehtiyata buraxıldığı hərbi hissənin nizami hissəsinə müraciət etməsinin məqsədə uyğun olduğu və istifadə etmədiyi növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə hərbi hissə tərəfindən ödənişin müvafiq qaydada həyata keçirilməsinin təmin olunacağı bildirilmiş, sonradan, istifadə etmədiyi qalan növbəti məzuniyyət günlərinin 60 (altmış) gün əvəzinə pul kompensasiyasının ödənilməsi həyata keçirilsə də, sonuncunun istifadə etmədiyi qalan növbəti məzuniyyət günlərinin 30 (otuz) gün əvəzinə pul kompensasiyasının ödənilməsi təmin olunmamışdır. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi qiymətləndirmə ilə razılaşır və qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işdəki sübutlar ətraflı araşdırılmış və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır. Bununla belə, birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşarkən, məhkəmə kollegiyası, həmçinin cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçı xx.xx.N013-cü il tarixdə 45 gün N013-cü ilin növbəti məzuniyyətdən istifadə etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilli ilə razılaşmayaraq qeyd edir ki, iddiaçıya növbəti məzuniyyət günlərinin 60 (altmış) gün əvəzinə pul kompensasiyasının ödənilməsi həyata keçirilsə də, sonuncunun istifadə etmədiyi qalan növbəti məzuniyyət günlərinin 30 (otuz) gün əvəzinə pul kompensasiyasının ödənilməsi təmin olunmamışdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti xx.xx.N0NN-ci il tarixli 10/Ş-33 nömrəli məktubundan görünür ki, iddiaçı Hərbi hissə komandirinin müvafiq əmrinə əsasən şəxsi heyətin siyahısından çıxarılaraq Silahlı Qüvvələrin ehtiyatına buraxıldığı üçün "Hərbi xidmətkeçmə haqqında Əsasnamə”-nin 1N0ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzi kompensasiyasının ödənilməsi ilə əlaqədar ehtiyata buraxıldığı hərbi hissənin nizami hissəsinə müraciət etməsi məqsədə uyğundur. İstifadə edilməmiş növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasına hüququ olduğu təqdirdə hərbi hissə tərəfindən ödənişin müvafiq qaydada həyata keçirilməsi təmin olunacaqdır. Qeyd edilən məktubdan göründüyü kimi, iddiaçıya “Hərbi xidmətkeçmə haqqında" Əsasnamənin 1N0-ci maddəsinə uyğun olaraq hərbi xidmətdən buraxılmaqla bağlı məsələləri həll etmək üçün 3 ay müddətinə növbəti məzuniyyət günləri əvəzinə pul kompensasiyasının ödənilməməsi cavabdeh tərəfindən etiraf edilmişdir. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, qanunverici "Hərbi qulluqçuların Statusu Haqqında" Qanunun 11-ci maddəsinin 1-ci bəndinin axırıncı abzasına əsasən tərxislə bağlı məsələləri həll etmək üçün növbəti məzuniyyətin 3 ay müddətində verilməsini imperativ norma kimi qeyd olunmuşdur. Cavabdehin 3 ay tərxislə bağlı nəzərdə tutulmuş növbəti məzuniyyətin N013-cü ildə hərbi qulluqçuya nəzərdə tutulmuş növbəti məzuniyyətlə birləşdirilməsinə əsaslanması qanuna ziddir. Qanunvericilikdə qeyd olunmuş 3 kateqoriya N0 il və daha artıq təqvim ili xidmət etmiş, yaşına və xəstəliyə görə ehtiyata və istefaya buraxılmış hərbi qulluqçular pensiya hüququ qazanmış şəxslərdir və tam hüquqlu pensiyaçı kimi qanunverici onlar üçün tərxis olunarkən bu cür güzəştli istirahət hüququnu tətbiq etmişdir. Qanunla müəyyən olunmuş istifadə edilməmiş növbəti məzuniyyətə görə kompensasiya almaq hüququ Konstitusiyadan irəli gələn pozulmuş məzuniyyət hüququnun əvəzlənməsi məqsədini daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra-Konstitusiyanın) 1N-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 71-ci maddəsinin N-ci hissəsinə əsasən, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, o cümlədən sosial təminat hüququnun həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticələrlə razılaşaraq qeyd edir ki, cavabdeh inzibati orqan "Hərbi qulluqçuların Statusu Haqqında" və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin müddəalarını nəzərə almayaraq iddiaçının Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş sosial təminat hüququnu pozmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual 1N.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apellyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 18 avqust N0NN-ci il tarixli, N-1(11N)-6743/N0NN nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-536/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-536/2023
17.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver