Məhkəmə qərarları › İş №2-1(103)-537/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-537/2022

17.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-537/2022 17.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı və vəkili Vəkil, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Təhsildə X1rşı «diplom üzrə aldığı ixtisasın ölkə üzrə tanınması tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5992/2021 saylı 05.10.2021-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Təhsildə X1rşı Rusiya Federasiyasının X3 Universiteti tərəfindən “Neft-Qaz işi” ixtisası üzrə iddiaçıya verilmiş 103024 ******* nömrəli bakalavr diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın əsaslarına görə iddiaçı Rusiya Federasiyasının X3 Universitetinin əyani bölməsində maliyyə və kredit ixtisası üzrə təhsil almışd və ona dövlət imtahan komissiyasının 07 iyul 2018-ci il tarixli qərarına əsasən “Neft-Qaz işi” ixtisası üzrə 103024 ******* nömrəli bakalavr diplomu verilmişdir. O, həmin diplomunun tanınması və ekvivalentliyinin müəyyən edilməsi haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu iddiaçı ilə müsahibə aparmış və rus dili biliklərinin zəif olması səbəbindən ixtisasın tanınmasından imtina etmişdir. Halbuki, rus dilini təhsil almasına mane olmayacaq səviyyədə bilir və təhsil aldığı dövrdə müxtəlif tərcümə proqramlarının, elektron resursların köməkliyi ilə akademik biliklərini genişləndirmişdir. 4 il əyani formada təhsil alaraq, təhsil müddəti ərzində bütün semestrlərdə imtahan sessiyalarında bilavasitə iştirak etmiş, tələbə qrupları ilə birlikdə dövlət imtahan komissiyası qarşısında yekun dövlət imtahanı vermişdir. İddiaçı hesab edir ki, qərar ədalətsizdir. Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş etmiş və bunu onunla əsaslandırmışdır ki, tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı üçün iddiaçıya müvafiq sənədin verilməsindən imtina olunmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5992/2021 saylı 05.10.2021-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin həmin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qərar qanunsuzdur. Belə ki, Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiya təsdiq edilmişdir (1-ci və 5-ci maddələrinə istinad edilir). Bundan əlavə 13 may 2003-cü il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Azərbaycan və Rusiya hökumətləri arasında «Təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında» Saziş bağlanmışdır (1 və 6-cı maddələrinə istinad olunur). Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qeyd edilən 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 1.6-cı bəndinin 3-cü abzasına əsasən Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmada ekvivalentlik müəyən ediliblsə, ekvivalentlik haqqında şəhadətnamə ekspertiza keçirilmədən verilir. Cavabdeh tərəfindən Azərbaycan Respublikasının tərəfdər çıxdığı Konvensiya və hökumətlərarası ikitərəfli Saziş nəzərə alınaraq Qaydaların qeyd olunan norması baxımından ekspertiza keçirilmədən iddiaçının diplom üzrə ixtisası tanınaraq ekvivalentlik haqqında şəhadətnamə verilməli idi. Lakin məhkəmə tərəfindən qeyd olunanları nəzərə almamışdır. Odur ki, qərar əsassızdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı və onun vəkili Vəkil apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi M.Sultanlı iddiaçının apellyasiya şikayəti ilə razılaşmamış, iddia ərizəsinə etirazında göstərilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, iddiaçıya 4 il ərzində əyani təhsilalma formasında Rusiya Federasiyasının X3 Universitetinin əyani bölməsində maliyyə və kredit ixtisası üzrə təhsil alaraq “Neft-Qaz işi” ixtisası üzrə ona 103024 ******* nömrəli bakalavr diplomu verildiyi işin mübahisələndirilməyən halıdır. İşin mübahisələndirilən halı isə ondan ibarətdir ki, iddiaçı aldığı diplomu üzrə ixtisasının tanınması və ekvivaltlik haqqında şəhadətnamənin verilməsi üçün cavabdehə müraciət etmiş, lakin sonuncu onunla aparılmış müsahibənin ekspert qrupu tərəfindən qiymətləndirilərək tədris dilini bilmə səviyyəsi qənaətbəxş hesab olunmadığını və rus dilini tam səviyyədə bilməməsi ixtisası mənimsəməsini şübhə altına aldığını əsas gətirilməklə ona imtina cavabı verilmişdir. İddiaçı isə apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, cavabdehin həmin imtinası ilə razılaşmayaraq beynəlxalq qanunvericiliyə, o cümlədən, Rusiya ilə bağlanmış iikitərəfli Sazişə və « Nazirlər Kabinetinin qeyd edilən 13 may 2003cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ının 1.6-cı bəndinə istinadən hesab edir ki, ona münasibətdə ekspertiza keçirilmədən, diplomu üzrə ixtisası tanınaraq ekvivalentlik şəhadətnaməsi verilməli idi. Məhkəmə kollegiyası aşağıdakı əsaslara görə iddiaçının qeyd olunan dəlilləri ilə razılaşmayaraq hesab edir ki, cavabdeh diplom üzrə ixtisasının tanınmasından imtina etməkdə haqlıdır. Birincisi, Azərbaycan Respublikasının 30.09.1997-ci il, 367-İQ №-li Qanunu ilə təsdiq edilmiş «1997-ci ildə aprelin 11-də Lissabon şəhərində imzalanmış «Avropa regionunda ali təhsil sahəsində ixtisasların tanınması haqqında» Konvensiyanın Vİ.1-ci maddəsi ilə razılığa gələn Tərəfə diskresion səlahiyyət verilir ki, bilik və bacarıqlara əsaslanan ali təhsil ixtisaslarının tanınmasında əhəmiyyətli fərqlər (ixtisasın məzmunu və ya profili, dərs yükünün həcmi, diplom işi və ya dissertasiyanın yazılması tələbləri) aşkar edildikdə ixtisasın tanınmasından imtina oluna bilər. İddiaçının isə diplom üzrə ixtisasının məzmunu ilk öncə onunla şərtləndirilir ki, onun həmin ixtasası mənimsəməsi üçün, ən azından tədris dilini qənaətbəxş səviyyədə bilməlidir. Lakin cavabdeh qürumun işə əlavə olunmuş ekspert rəyi ilə müəyyən edilmişdir ki, iddiaçının rus dilini bilmə səviyyəsi aldığı ixtisası mənimsməsi üçün lazımi səvəiyyədə deyil. Bu işə əlavə olunmuş iddiaçı ilə aparılan müsahibənin elektron daşıyğıcıda (DVD diskdə) məhkəməyə təqdim olunmuş audio-video yazısından da aydın görünür. İddiaçının aldığı ixtisası mənimsəməsinə imkan verən səviyyədə tədris dilini bilmə səviyyəsi qənaətbəxş olmadığı halda, onun X3 Universitetində aldığı əyani təhsilinin məzmununa uyğun hesab edilməsi də istisna edilir. Odur ki, Konvensiyanın qeyd olunan normasına görə onun diplom üzrə ixtisasın tanınmasından imtinaya əsas verir. Belə olan halda, iddiaçının Konvensiyaya və «Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında təhsil, elmi dərəcə və elmi adlar haqqında sənədlərin qarşılıqlı tanınması sahəsində əməkdaşlıq haqqında Saziş»ə istinad olunan dəlilləri əsassızdır. Beləliklə də cavabdeh tərəfindən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyin müəyyən edilməsi (nostrifikasiyası) haqqında «Qaydalar”ın 3.6 və 3.7-ci bəndləri tətbiq edilməklə, diplom üzrə ixtisasının tanınmasından imtina olunması qanunmüvafiqdir. Belə ki, «Qaydaları»ın 3.6-cı bəndi isə nəzərdə tutur ki, ekvivalentlik haqqında şəhadətnamə aşağıdakılara əsasən verilir: təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. Həmin “Qaydaların 3.7-ci bəndinə əsasən isə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Beləliklə də cavabdehin ekspertin mənfi rəyini əsas götürməklə, iddiaçının diplomu üzrə ixtisasının tanınmasından və ona ekvivalentlik şəhadətnaməsinin verilməsindən imtina olunması ölkədaxili və beynəlxalq qanunvericiliyə uyğundur Bu baxımdan həmin imtina iddiaçının hüquqlarını pozması kimi qiymətləndirilə bilməz. İPM-in 73.1-ci maddəsinin mənasmından da görünür ki, o zaman məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur ki, cavabdehin imtinası və ya hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsi qanuna zidd olsun və iddiaçının hüquqlarını pozmuş olsun. Eyni zamanda, qeyd olunmalıdır ki, Məcəllənin 73.3-cü maddəsinə əsasən aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. İddiaçının diplomu üzrə ixtisasının tanımaq cavabdenhin diskression sələhiyyətidir. Qeyd olunanlardan isə göründüyü kimi onun tərəfindən həmin səlahiyyətlər qanunverijiliklə üzərinə düşən öhdəliyinə uyğun qayda həyata keçirilmişdir. Beləliklə də, göstərilənləri nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın rədd edilməsini işin hallarına, maddi və prosessual hüquq normaları uyğun nəticə kimi qiymətləndirir. Ona görə də məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 5992/2021 saylı 05.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5992/2021 saylı 05.10.2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar