Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-538/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “VÖEN-in ləğv edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X1 və X4 ibarət tərkibdə, X2-Yusiflinin katibliyi ilə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “VÖEN-in ləğv edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5630/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 19 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı mülkiyyətində əvvəlki tarixə 16 nəqliyyat vasitəsinin olduğu, hazırki tarixə isə 8 nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Həmin nəqliyyat vasitələrini o, müxtəlif illərdə (X14 minik 2021-ci ildə, Ford Ranger minik 2017-ci ildə, Vaz2106 minik 2005-ci ildə, Asia mikroavtobus 1998-ci ildə, X9 yük sərnişin 2019-cu ildə, Vaz21214 minik 2008-ci ildə, Qaz2410 minik 1998-ci ildə) əldə etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınması təmin edilmişdir. Bundan sonra İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsi və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi tələbini irəli sürmüşdür. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında DVX-nin Bakı şəhəri X10 üzrə Baş İdarəsi tərəfindən ünvanlanmış 07 noyabr 2023-cü il tarixli **********914600 saylı məktuba əsasən iddiaçının adına ********** saylı VÖEN tərtib edilərək fiziki şəxs kimi qeydiyyata alınmışdır. Həmin məktubda aşağıdakılar qeyd edilmişdir: Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Məlumat üçün bildirilmişdir ki, vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınma təmin edilmişdir. İddiaçı qeyd edir ki, İddiaçı hal-hazırda hər hansı bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmur. Yuxarıda qeyd edilən məlumatlardan da aydın olur ki, iddiaçı tərəfindən vergi orqanına VÖEN-in alınması və vergi ödəyicisi kimi qeydiyyata alınma barədə müraciəti mövcud olmamışdır. Vergi orqanı tərəfindən ünvanlanmış məktubda iddiaçının qeydiyyata alınmasının və VÖEN nömrəsinin iddiaçının adına rəsmiləşdirilməsinin səbəbi isə qeyd edilməmişdir. Belə ki, iddiaçı tərəfindən sahibkarlıq fəaliyyəti həyata keçirilmədiyindən və hər hansı bir vergi orqanına müraciət edilmədiyi üçün iddiaçı bu zamanadək vergi orqanının elektron kargüzarlıq internet portalına daxil olmamış və həmin VÖEN iddiaçı tərəfindən təhvil alınmamış və ya iddiaçıya verilməmişdir. Bu səbəbdən iddiaçı hesab edir ki, cavabdeh vergi orqanının hərəkətləri qanunsuz hesab edilərək ona məlumatı olmadan verilmiş VÖEN ləğv edilməlidir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, Azərbaycan Respublikasının Hesablama X6 Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixli 2-3/2-894/2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktubu Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2681 fiziki şəxsin adına 10 - 453 say intervalında avtonəqliyyat vasitəsinin qeydiyyata alındığı müəyyən edilsə də, onlardan 943 nəfərin vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunan məlumatlar əsasında aparılmış araşdırma zamanı İddiaçı adında hal-hazırda 16 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olması ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********470600 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş-xəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Bildirilir ki, Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəlləsinin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, iddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********914600 nömrəli bildiriş göndərilmişdir. Vergi Məcəlləsinin 13.2.37-ci maddəsinə görə sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Həmin Məcəllənin 33.3-cü maddəsinə görə hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. Həmin Məcəllənin 33.4-cü maddəsinə görə vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Eyni zamanda qeyd etmək istəyirik ki, 9 dekabr 2022-ci il tarixli № 677-VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Göründüyü kimi, İddiaçı vergi orqanı tərəfindən uçota alınması tam qanunauyğun şəkildə həyata keçirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5630/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən vergi ödəyicisi kimi uçota alınmasına (qeydiyyatına) dair hərəkətlərinin qanunsuz hesab edilməsi və iddiaçının ********** dövlət qeydiyyat nömrəsi (VÖEN) ilə vergi ödəyicisi kimi uçotunun (qeydiyyatı) ləğv edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X11 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərarında qeyd etmişdir ki, fiziki şəxsin vergi ödəyicisi kimi məcburi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Şəxsin mülkiyyətində çox sayda nəqliyyat vasitəsinin olması (məsələn, şəxs maşın həvəskarı ola bilər) özlüyündə birmənalı olaraq fiziki şəxsin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu kimi qəbul edilə bilməz (qanunvericilikdə belə bir əsas müəyyən edilməmişdir). 9 dekabr 2022-ci il tarixli № 677- VİQD Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə əsasən Bu Məcəllənin 33.3- cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Azərbaycan Respublikasının Hesablama X6 Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olan fiziki şəxslər barədə zəruri tədbirlərin görülməsi haqqında xx.xx.2023-cü il tarixli 2-3/2- 894/2023 nömrəli (AVİS: xx.xx.2023-cü il tarixli **********718700 nömrəli) məktubu Dövlət Vergi Xidmətinə daxil olmuşdur. Hesablama Palatasının məktubunda Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən təqdim edilmiş məlumatlara əsasən 2681 fiziki şəxsin adına 10 - 453 say intervalında avtonəqliyyat vasitəsinin qeydiyyata alındığı müəyyən edilsə də, onlardan 943 nəfərin vergi uçotunda olmadığı müəyyən edilmişdir. Qeyd olunan məlumatlar əsasında aparılmış araşdırma zamanı İddiaçı adında 16 sayda avtonəqliyyat vasitəsinin qeydiyyatda olması ilə əlaqədar xx.xx.2023-cü il tarixli **********470600 nömrəli “Vergi ödəyicisinin uçota alınması barədə” bildiriş-xəbərdarlıq göndərilərək, 5 gün ərzində vergi uçotuna alınmaq üçün ərizənin təqdim olunması bildirilsə də, iddiaçı tərəfindən uçota alınmaq üçün müvafiq ərizə təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.2-ci maddəsinə əsasən vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. Odur ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticəsində adlarına qeydiyyata alınmış avtomotonəqliyyat vasitələrinin sayına əsasən kommersiya fəaliyyəti ilə məşğul olduqları ehtimal olunan fiziki şəxslər Vergi Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, iddiaçı xx.xx.2023-cü il tarixdə vergi orqanında uçota alınmış və fiziki şəxs İddiaçı (VÖEN: **********) vergi uçotuna alınması barədə xx.xx.2023-cü il tarixli **********914600 nömrəli bildiriş göndərilmişdir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz iddia tələbinin məzmununa uyğun əsaslandırılmışdır. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibatı məhkəmə icraatının iştirakçısı hazırki işə iddiaçının iştirakı olmadan baxılmasına etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın rədd edilməsini xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iddianı qaldırmaq üçün subyektiv hüquqa malikdir, iddianın mümkünlük şərtlərinə əməl olunduğu üçün iddia mümkündür. İşin mahiyyətinə gəldikdə isə, cavabdeh inzibati orqanın apardığı inzibati icraat zamanı İddiaçı mülkiyyətində əvvəlki tarixə 16 nəqliyyat vasitəsinin olduğu, hazırki tarixə isə 8 nəqliyyat vasitəsinin olduğu müəyyən edilmişdir. Məlum olmuşdur ki, həmin nəqliyyat vasitələrini iddiaçı müxtəlif illərdə (X14 minik 2021-ci ildə, Ford Ranger minik 2017-ci ildə, Vaz2106 minik 2005-ci ildə, Asia mikroavtobus 1998-ci ildə, X9 yük sərnişin 2019-cu ildə, Vaz21214 minik 2008-ci ildə, Qaz2410 minik 1998-ci ildə) əldə etmişdir. Bununla bağlı cavabdeh iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli məktubda qeyd etmişdir ki, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsində aparılmış auditin nəticələrinə əsasən adlarına avtomotonəqliyyat vasitələri qeydiyyata alınmış fiziki şəxslər barədə məlumat daxil olmuş, həmin məlumata əsasən vergi orqanı tərəfindən aparılmış təhlillər zamanı vergi orqanında qeydiyyatda olmadığı müəyyən edilmişdir. Vergi qanunvericiliyinə əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Bununla bağlı Vergi Məcəlləsinin 34.7.2-ci maddəsinə əsasən vergi uçotuna alınması təmin edilmişdir. Hazırda iddiaçı "cavabdeh vergi orqanının hərəkətlərinin qanunsuz hesab edilməsini və adına rəsmiləşdirilmiş ********** saylı VÖEN-in ləğv edilməsini tələb edir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 13.2.37-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti - şəxsin müstəqil surətdə, öz riski ilə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. 16.1-ci maddəsinə əsasən vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır: 16.1.2. vergi orqanlarından vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN) almaq; 33.3-cü maddəsinə əsasən hüquqi şəxsin və sahibkarlıq fəaliyyətini hüquqi şəxs yaratmadan həyata keçirən fiziki şəxsin (bundan sonra - fərdi sahibkar) bu Məcəllə ilə vergi ödəməsi vəzifəsini şərtləndirən halların olub-olmamasından asılı olmayaraq onlar vergi orqanında vergi ödəyicisi kimi uçota alınır. ... 33.4-cü maddəsinə əsasən vergi orqanlarında uçota alınmaq üçün vergi ödəyiciləri tərəfindən (kommersiya hüquqi şəxsləri, publik hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları istisna olmaqla) onların olduğu və ya yaşadığı yer üzrə vergi orqanına ərizə verilir. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında xx.xx.2022-ci il tarixli 677-VİQD nömrəli Qanunda qeyd edilmişdir ki, Vergi Məcəlləsinin 33.5-ci maddəsinə bu Məcəllənin 33.3-cü və 33.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, vergi orqanında uçota alınmaq üçün ərizə təqdim etməyən fiziki şəxsi vergi orqanı öz təşəbbüsü ilə vergi uçotuna alır və 5 gün müddətində ona vergi uçotuna alınması barədə bildiriş göndərir. Cavabdeh tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş İddiaçı mülkiyyətində olan nəqliyyat vasitələri barədə elektron sistemdən çıxarış iş materiallarına əlavə olunmuşdur. Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən İddiaçı adında qeydiyyatda olan nəqliyyat vasitələri barədə DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin kompüter uçot bazasında mövcud olan məlumatlarn kompüter çıxarışı təqdim edilmişdir. Məhkəmə araşdırmaları zamanı cavabdeh inzibati orqanın araşdırmasına əsasən İddiaçı mülkiyyətində əvvəlki tarixə 16 nəqliyyat vasitəsinin, hazırki tarixə isə 8 nəqliyyat vasitəsinin olduğu müəyyən edilsə də, Kollegiya hesab edir ki, yalnız bu bu halın mövcudluğu iddiaçının sahibkarlıq fəaliyyəti ilə məşğul olmasını deməyə əsas vermir. Belə ki, qanunvericilikdə sahibkarlıq fəaliyyətinin anlayışı verilmiş və qeyd olunmuşdur ki, sahibkarlıq fəaliyyəti- şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların təqdim edilməsindən, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətidir. Nəzərə alınmalıdır ki, fiziki şəxsin vergi ödəyicisi kimi qeydiyyata alınması üçün əsas meyar məhz hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmasıdır. Hazırki işdə cavabdeh qurum iddiaçını vergi ödəyicisi kimi məcburi vergi qeydiyyatına almaq üçün onun mülkiyyətində olan nəqliyyat vasitələrinin təqdim edilməsindən, istifadə edilməsindən və ya həmin nəqliyyat vasitələri ilə xidmət göstərilməsindən gəlir əldə etmiş olması faktını sübuta yetirə bilmir. Bu baxımdan iddiaçının mülkiyyətində çoxsaylı nəqliyyat vasitələrinin olması faktı onun qanunvericilikdə müəyyən edilmiş sahibkarlıq fəaliyyəti ilə məşğul olması anlamına gəlmədiyi üçün birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdi ki, cavabdehin iddiaçını vergi ödəyicisi kimi uçota alması ilə bağlı hərəkətləri qanunsuz olmuş və buna görə də iddiaçının vergi ödəyicisi kimi uçotu (qeydiyyatı) ləğv edilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsində isə təsbit edilmişdir ki, inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə görə inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. O ki qaldı cavabdehin apellyasiya şikayətinin dəlillərinə, bu barədə məhkəmə kollegiyası bildirir ki, həmin dəlillər məhkəmə qərarının əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı birinci instansiya məhkəməsinin qərarının ləğv edilib, iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh orqan tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-5630/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarı qanuni və əsaslı olduğu üçün dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X7 və Uçotun Təşkili Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5630/2024 saylı 22 avqust 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X12 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-538/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-538/2025
19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver