Məhkəmə qərarları › İş №2-1(103)-540/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-540/2022

25.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-540/2022 25.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Həsənov Elnur Məmmədsaat oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi ilə, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5182/2021 saylı, 08.09.2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında apellyasiya qaydasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra mətndə DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi) qarşı iddia ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunsuz hesab edilməklə, xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin texniki pasportda əks olunan faktiki ölçüsünün 0,196 ha mülkiyyət hüququnu təsdiq edən çıxarışda qeyd olunmaqla çıxarışın ona verilməsini cavabdehin öhdəsinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Sonradan iddiaçı Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 54-cü maddəsinə əsasən məhkəməyə iddianın dəyişdirilməsi (tələbin dəqiqləşdirilməsi) barədə ərizə təqdim edərək, Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li Çıxarışa əsasən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin ünvana dair 16.12.2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli Texniki Pasportda göstərilən faktiki ölçülərə uyğun olaraq, 0,196 ha olmaqla onun adına xüsusi mülkiyyət hüququ ilə Daşınmaz əmlakın Dövlət reyestrində qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5182/2021 saylı, 08.09.2021-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5182/2021 saylı, 08.09.2021-ci il tarixli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, torpaq sahəsinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada icra edilmişdir. Həmçinin iddiaçının faktiki istifadəsində olan əlavə torpaq sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin cavabdeh şikayətində qeyd etmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Xətai Rayon İcra Hakimiyyətinin müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində tərəf kimi cəlb edilməlidir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5182/2021 saylı, 08.09.2021-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İlk növbədə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmaqla iddia tələbəinin rədd olunması haqqında yeni qərar qəbul edilməlidir. İş materiallarında olan: - AA seriyalı ******* №li şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1982-ci ildə doğulmuşdur. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına 23.01.2019-cu il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. - DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı adına ünvan 4 saylı fərdi yaşyış evinə dair 16.12.2020-ci il tarixdə tərtib olunmuş **********60-10301 reyestr nömrəli “Texniki Pasport”un (notarial qaydada təsdiq olunmuş surəti) “Torpaq sahəsi haqqında məlumat” bölməsində göstərilmişdir ki, sənəd üzrə torpaq sahəsi 0,1748 hektar, faktiki sahə 0,196 hektar, tikintialtı sahə 0,0329 hektar, digər sahələr 0,1631 ha təşkil edir. İddiaçının hazırki tələblə bağlı müraciətinə cavab olaraq, DƏDRX 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş **********28 saylı 09.03.2021-ci il tarixli “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə” bildirişdə ərizəçiyə bildirilmişdir ki, torpaq sahəsinə dair verilmiş sənədlər qanunamüvafiq qaydada icra edilmişdir. Həmçinin, iddiaçının istifadəsində olan əlavə torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında’ Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Bakı İnzibati-Məhkəməsinin 18.05.2021-ci il tarixli sorğusuna əsasən DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinin 24.06.2021-ci il tarixli **********12 saylı məktubu ilə məhkəməyə təqdim olunmuş sənədlərdən görünür ki; - 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2457/2014 saylı iş üzrə çıxartdığı 17 iyul 2014-cü il tarixli qərarla X5 mülkiyyətində olan, Bakı şəhəri, Xətai rayonu, İlqar Həbibov küçəsi, 78a nömrəli evin (həyətyanı və tikintialtı) 0,17483 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. - DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X5 adına 23.08.2014-cü il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın ******* nömrəli 30 mart 2016-cı il tarixli alqı-satqı müqaviləsindən görünür ki, X14 ünvan 4 ünvanında ümumi sahəsi 61,1 kv. metr olan yaşayış sahəsini X6 müqavilə əsasında almışdır. - DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X11 adına 19.05.2016-cı il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın 20 iyul 2017-ci il tarixli bağışlanması müqaviləsindən görünür ki, X14 ünvan 4 ünvanında ümumi sahəsi 61,1 kv. metr olan yaşayış sahəsini X9 bağışlamışdır. - DƏDRX Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* №li “Çıxarış”ın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında 0,17483 hektar xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən 61,1 kv. metrdən ibarət fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ ilə X7 adına 02.08.2017-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə Daşınmaz əmlakın dövlət reyestrində 84 nömrəli reyestr kitabının 7684 nömrəli vərəqində qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın 184963 nömrəli 16 yanvar 2019-cu il tarixli alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı ünvan 4 ünvanında 0,17483 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 61,1 kv. metr olan yaşayış sahəsini X4 müqavilə əsasında almışdır. Birinci instansiya məhkəməsi işin hallarına Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 178.-ci maddələrini, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1, 15.2-ci maddələrini, «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9, 10-cu maddələrini, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 4.1, 4.2, 8.0.5, 12.1, 15-ci maddələrini, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndini, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün olmayan nəticəyə gəlmişdir. Kollegiya hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslıdır. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1 hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o, cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşlarınmülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. 1-ci instansiya məhkəməsi tərəfindən iş üzrə torplanmış sənədlərdən məlum olur ki, mübahisəli torpaq sahəsinin ilk sahibi X2 adlı şəxs olmuşdur. Belə ki, Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin “Qəsəbədaxili ərazidə fərdi ev tikintisinə icazə verilməsi haqqında” 415 saylı 19.11.1996-cı il tarixli Sərəncamı ilə (bax i.v. 53) İlqar Həbibov küçəsi ev 78, mənzil 1-də yaşayan V.V. Malaxatkinaya 78 saylı evin yaxınlığında 20 X 25 mm ölçüdə torpaq sahəsinin ayrılması və fərdi ev tikintisinə icazə verilməsi qərara alınmışdır. Yuxarıda sözügedən ev tikildikdən sonra Bakı şəhəri Xətai rayonu İcra Hakimiyyətinin “İlqar Həbibov küçəsindəki 78 A nömrəli evin istismaa qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi haqqında” 442 saylı 22.04.1997-ci il tarixli Sərəncamı ilə (bax i.v. 52) İlqar Həbibov küçəsindəki ev 78 A nömrəli evin V.V. Malaxatkinaya məxsus ümumi torpaq sahəsi - 500 kv.m, yaşayış sahəsi - 16,3 kv.m və 20,4 kv.m olan 2 yaşayış otağı; 19 kv.m olan koridor, 5,3 kv.m olan hamam – köməkçi sahədən ibarət olan fərdi yaşayış evinin istismara qəbul edilməsi və hüquqi qeydiyyatdan keçirilməsi; Bakı şəhəri Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən V.V. Malaxatkinaya göstərilən yaşayış sahəsi üçün qeydiyyat vəsiqəsinin verilməsi qərara alınmışdır. İşin materiallarında olan, 22.05.1997-ci il tarixdə V.V. Malaxatkinanın adına tərtib edilmiş “Fərdi yaşayış fonduna daxil olan yaşayış evinin Texniki Pasportu”nda (bax i.v. 56) həmin şəxsə məxsus olan “həqiqi” (yəni faktiki) torpaq sahəsinin ölçüsü 500 kv.m, bundan tkinti altında olan sahə 136,2 kv.m (yaşayış evi, qaraj və anbar) və qalan həyət sahəsi isə (“qrunt altında” sahə) – 365 kv.m göstərilmişdir. Göründüyü kimi, həm 1-ci instansiya məhkəməsinin, həm də cavabdeh İdarənin istinad etdiyi normativ hüquqi aktlarda (“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində və Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nda) göstərilən sənədə (yəni hazırki halda 01.01.2001-ci il tarixədək tərtib olunmuş Texniki Pasporta) görə mübahisəli torpaq sahəsinin ölçüsü yalnız 500 kv.m olmuşdur. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, mübahisəli torpaq sahəsi əvvəl 500 kv. m olsa da 17 sota qədər artsa da, heç vaxt fəktiki olaraq 19 sot olmamışdır. Belə ki, işdəki sənədlrədən görünür ki, mübahisəli torpaq sahəsinin ilk sahibi olan V.V. X1 ilə bağladığı AN-İ No ******* saylı 28.09.2004-cü il tarixli alqı - satqı müqaviləsinə (bax i.v. 49-51) əsasən alıcıya ona məxsus ünvan 5 ünvanda yerləşən 502 kv.m torpaq sahəsi üzərindəki ümumi sahəsi 61,1 kv. m olan evi satmışdır. Daha sonra, X12 ilə X10 arasında bağlanmış AN-İ No ******* saylı 01.02.2008-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən (bax i.v.47-48) satıcı Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 11/36140 saylı arayışa əsasən 0,0502 ha faktiki torpaq sahəsi üzərində ünvan 5 ünvanda yerləşən ümumi sahəsi 61,1 kv.m olan fərdi yaşayış evini alıcıya satmışdır. Bundan sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 17.07.2014-cü il tarixli qərarı ilə (bax i.v. 42) əsasən X3 mülkiyyətində olan ünvan 5 nömrəli evin (həyətyanı və tikintialtı) 0,17483 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində hüquqi qeydiyyata alınması və bu baradə daşınmaz əmlakın dövlət reyetrindən çıxarışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhəri Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin məhkəmə qərarına əsasən X3 adına 23.08.2014-cü il tarixdə tərtib edilmiş Çıxarışda (bax i.v.41), habelə ”Fərdi yaşayış evi”nin Texniki pasportunda (bax i.v. 43-46) mübahisəli torpaq sahəsi həm “sənəd üzrə”, həm də “faktiki sahə” qrafalarında eyni ölçüdə - 0,17483 ha göstərilmişdir. Daha sonra satıcı X10 ilə alıcı X15 arasında bağlanmış AN-İ No ******* saylı 30.03.2016-cı il tarixli alqı-satqı müqaviləsində (bax i.v.39-40), habelə satıcı X15 ilə alıcı X13 ilə bağlanmış 20.07.2017-ci il tarixli alqı-satqı müqaviləsində (bax i.v.37), satılan torpaq sahəsinin ölçüsü dəyişməmişdir - 0,17483 ha göstərilmişdir. Nəhayət, satıcı X13 ilə alıcı İddiaçı (iddiaçı) arasında bağlanmış sonuncu 16.01.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əsasən (bax i.v.30), satıcı iddiaçıya özünün yalnız 0,17483 ha torpaq sahəsini satmışdır. Həmin alqı-satqı müqaviləsinə əsasən iddiaçıya verilmiş Çıxarışda da onun torpaq sahəsi məhz, satın almınmış 0,17483 ha ölçüdə göstərilmişdir. Göründüyü kimi, iddiaçının faktiki sahib olduğu 19 sot torpaq sahəsi onun adına 16.12.2020-ci il tarixdə tərtib edilmiş Texniki Pasportda göstərilsə də, bu sənəddə artıq sahə barədə qeydin hüquqi əsasları bəlli deyil. Nə iddiaçı tərəfindən, nədə ki, işdəki sənədlərdən artıq sahənin necə əmələ gəlməsi izah oluna bilmir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: - 4.1. Bu Qanun qüvvəyə mindiyi günədək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. - 4.2. Bu Qanun qüvvəyə mindikdən sonra daşınmaz əmlaka hüquqların məhdudlaşdırılmasının (yüklülüyünün) dövlət qeydiyyatı üçün həmin daşınmaz əmlak üzərində mövcud olan hüquqlar dövlət reyestrində qeydiyyata alınmalıdır. - 8.0.5-cı maddəsinə görə daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir”. "İnsаn Hüquqlаrının və Əsаs Аzаdlıqlаrın Müdаfiəsi hаqqındа" Kоnvеnsiyаnın 1 sаylı prоtоkоlunun 1-ci mаddəsində dеyilir ki, hər kəs öz əmlаkınа mülkiyyət hüququnu mаnеəsiz həyаtа kеçirmək hüququnа mаlikdir. 1 sаylı prоtоkоlun 1-ci mаddəsinin mənаsı bахımındаn "mülkiyyət" və "əmlаk" аnlаyışı kifаyət qədər gеnişdir. İqtisаdi mаrаqlаrın gеniş spеktri, о cümlədən dаşınаr və dаşınmаz əmlаk, mаddi və qеyri-mаddi mаrаqlаr mülkiyyət hüququnun təsir dаirəsinə düşür. Bu mаddə üzrə məhkəmə prеsеdеntlərinə görə mülkiyyət hüququ təkcə dövlət qеydiyyаtınа аlınmış hüquqlаrın dеyil, еyni zаmаndа əmlаkа fаktiki mülkiyyət hüququnu, tоrpаğа icаrə, istifаdə hüququnu dа mülkiyyət kimi qəbul еdir. "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının Konstitusiya Qanununun 3.3-cü maddəsinə əsasən, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə"nin 3.0.11, 3.0.23 və 3.0.24-cü bəndlərinə əsasən: hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək; daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək; inventarlaşdırma işlərinin aparılması nəticəsində hüquqların dövlət qeydiyyatı üçün zəruri olan texniki sənədlərin tərtib edilməsini təmin etmək Xidmətin vəzifəsidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından düzgün əsaslandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsi qərarına gəldikdə səhvə yol vermişdir. Apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan həmin şikayət təmin edilməli, 1-ci instansiya məhkəməsinin qərarı ləğv edilməli və yeni qərar qəbul edilməklə iddia tələbi rədd olunmalıdır. Ona görə də şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5182/2021 saylı, 08.09.2021-ci il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia rədd edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar