Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-541/2025 08.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X3 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1959/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı (bundan sonra iddiaçı) cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra cavabdeh) qarşı iddia qaldıraraq, cavabdeh tərəfindən qəbul edilmiş 15 iyul 2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi ödəyicisi kimi ********** VÖEN-lə qeydiyyata alınmışdır. Cavabdeh tərəfindən 15 iyul 2021-ci il tarixdə **********131900 nömrəli kameral vergi yoxlaması barədə qərar qəbul edilmişdir. Qərar qanunsuz və əsassızdır. İddiaçı pandemiyadan əziyyət çəkmiş müəssisə olduğu üçün yardım edilməsi məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinə müraciət etmişdir. Bu müraciətə əsasən cavabdeh bildirmişdir ki, koronavirus (COVİD-19) pandemiyasından əziyyət çəkməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciətə baxılmış və iddiaçıya ayrılmış vəsait ərizəsində onun qeyd etdiyi bankdakı hesabına köçürülmüşdür. Muzdlu işçilərə əmək haqqının ödənilməsi məqsədilə müraciət etmiş və müraciəti təmin olunmuş vergi ödəyicilərinin ikinci dəfə müraciət etmələrinə ehtiyac yoxdur. Belə ki, proqram təminatı bir aydan sonra ayrılmış vəsaitin ikinci hissəsinin sahibkarın hesabına köçürülməsini təmin edəcəkdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi üçüncü dəfə iddiaçının ərizəsinə eyni məzmunlu məktubuna cavab olaraq bildirmişdir ki, iddiaçının pandemiyadan zərər çəkməsi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən ayrılmış üçüncü mərhələdə iddiaçıya ayrılmış vəsait qeyd olunan bankdakı hesabına köçürülmüşdür. Eyni zamanda, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən müəssisəyə qeyd olunan məzmunda cavab ünvanlanaraq bildirilmişdir ki, ölkədə koronavirus (COVİD-19) infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət müvəqqəti olaraq məhdudlaşdırılmışdır. Pandemiyanın ölkənin biznes mühitinə, məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirini azaltmaq, iqtisadi artımın davam etməsinə dəstək məqsədilə fəaliyyəti müvəqqəti dayandırılmış sahələrdə çalışan muzdlu işçilərə əmək haqqı ödənişləri və fərdi sahibkarlara dəymiş zərərin müəyyən hissəsinin dövlət hesabına qarşılanması üçün nəzərdə tutulan maliyyə dəstəyinin alınması və İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq metodiki göstəriş və müraciət forması hazırlanmışdır. X6 İdarəsində mövcud olan şəxsi elektron kabinetində yaradılmış “Pandemiya ilə bağlı dəstəyi proqramı” bölməsindən elektron formada vergi orqanına göndərə bilər. Müraciətin bütün bölmələr üzrə tam doldurulması zəruridir. Daxil edilmiş məlumatlar vergi orqanının uçot baza məlumatları ilə yoxlanılacaqdır. Uyğunsuzluq aşkar edildikdə bu barədə məlumat ekranda əks olunacaqdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən iddiaçıya ünvanlanmış ərizələrə cavab məktublarına əsasən, İddiaçı MMC koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş müəssisədir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş sözügedən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı dördüncü mərhələ (dekabr ayı üzrə, xx.xx.2021-ci il tarixə olan məlumat) siyahının 130-cu səhifəsinin 6050-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd olunmuşdur. Bu xüsusat da iddiaçının koronavirus (COVİD-19) pandemiyasından zərərçəkmiş müəssisə olduğunu sübut edir. Cavabdehin 14 iyul 2021-ci il tarixli **********604100 saylı qərarda qeyd olunur ki, idxal faktiki dəyər, e-qaimə faktura və e-alış aktı bazasına əsasən alınmış mallar, o cümlədən Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən malın dəyərində əks etdirilməli xərclər (beynəlxalq daşıma (ÖMV və e-qf məlumatlarına əsasən), yükün saxlanılması, boşaldılması, anbara təhvil vermə, terminal, yük-gömrük broker, YGB tərtibatı və digər xərclər) ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar (mallar) üzrə mədaxil göstəricilərindən 198790,71 manat fərqlənmişdir ki, bu da bəyannamənin bölməsində mallar, xammal və materiallar kodlu sətirlərində göstərilən xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Araşdırma zamanı 2020-ci ilin sonuna MMCnin mal qalığı 880254,73 manat olaraq müəyyən edilmişdir. Vergi Məcəllənin 224.1.2 və 222.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hesablama aparılır.” Bu qərarın nəticəsində iddiaçıya 7941,78 manat məbləğində vergi borcu hesablanmışdır. Həmin qərardan bir gün sonra 15 iyul 2021-cü il tarixdə mübahisələndirilən **********131900 nömrəli qərar qəbul olunaraq, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya 136925,69 manat məbləğində vergi borcu hesablanmışdır. Bir gün keçdikdən sonra hansı hala görə cavabdeh vergi orqanı bu qanaətə gəlməsi aydın deyildir. Cаvаbdеh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada verilmiş məhkəmə sərəncamına əsasən iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Vergi Məcəlləsinin 23.1-ci, 37-ci maddələrinin müddəalarına əsasən vergi ödəyicisi tərəfindən təqdim edilmiş 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə kameral vergi yoxlaması həyata keçirilmişdir. İddiaçı tərəfindən 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 328279,64 manat fərq yaranmışdır ki, bu da xərclərin (mal, xammal, amortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilmişdir. Həmin kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********832900 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olnan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qadırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 7941,78 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********604100 nömrəli qərar göndərilmişdir. İddiaçı 2020-ci il Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində 2589677,62 manat ehtiyatların daxil olması göstərmişdir, lakin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı YGB və E-QF ilə faktiki dəyəri 2264471,38 manat olan mallar əldə etmişdir, (2191488,18 manat + 73012,70 manat mal). Odur ki, faktiki statistik kənarlaşma yaranmış və kameral yoxlama zamanı bu kənarlaşma aradan qaldırılmışdır. Bundan başqa, Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən iddiaçının bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsinə baxmayaraq, tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, vergi ödəyicisinin əldə etdiyi ümumi mənfəət məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********998400 nömrəli uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin, əsaslandırılmış yazılı izahatın və zəruri olan sənədlərin (məlumatların) vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 136925,69 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli qərar göndərilmişdir. Belə ki, iddiaçınin fəaliyyət sahəsi “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə bağlı olmağına baxmayaraq, E-QF topdan satış fəaliyyəti ilə bağlı olmuşdur və bu səbəbdən Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan istiqamətləri üzrə fəaliyyət göstərən ödəyicilərinin siyahısına aid edilməmiş və 75% güzəşt hüququ ödəyiciyə şamil edilməmişdir. İddiaçı iddia ərizəsində kameral vergi yoxlama müddətinin ötürülməsi dəlili ilə əlaqədar bildirir ki, iddiaçı xx.xx.2021-ci il tarixdə 2020-ci ilin mənfəət vergi bəyannaməsi təqdim etdikdən sonra cavabdeh tərəfindən 14 və 15 iyul 2021-ci il tarixlərdə kameral vergi yoxlaması aparmaqla müddəti ötürməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş olunmuşdur. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1959/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilərək, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 15 iyul 2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarının ləğv edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, uçot məlumatlarına əsasən iddiaçının bir neçə fəaliyyət növündə fəaliyyət göstərməyinə baxmayaraq, tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, vergi ödəyicisinin əldə etdiyi ümumi mənfəət məbləğinə 75 faiz vergi azadolması tətbiq edilmişdir. Qeyd olunan kənarlaşma ilə əlaqədar vergi ödəyicisinə xx.xx.2021-ci il tarixli **********998400 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş və məktubda qeyd olunan müddətdə kənarlaşma aradan qarldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsinin əsaslandırılmış yazılı izahatın və zəruri sənədlərin vergi orqanına təqdim edilməsi tələb edilmişdir. Lakin vergi ödəyicisi tərəfindən kənarlaşmalar aradan qaldırılmaqla dəqiqləşmiş vergi bəyannaməsi və zəruri sənədlər təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 37-ci, 67-ci və 83-cü maddələrinə əsasən kameral vergi yoxlaması ilə 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi üzrə 136.925,69 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2021-ci il tarixli **********131900 nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqqlarının hesablanması barədə” qərar göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-286/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş, iddia rədd edilmişdir. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 647/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2-1(103)-286/2023 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılması, kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin e-2- 1(112)-1959/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarının ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1959/2022 saylı, 20 aprel 2022-ci il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan: - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı “2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə fəaliyyət növləri üzrə gəlir və xərclərin bölgüsü barədə” uyğunsuzluq məktubuna əsasən iddiaçıya bildirilmişdir ki, Vergi Məcəlləsinin 37.3-cü maddəsinə görə kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir. Koronavirus pandemiyası ilə əlaqədar güzəşt Vergi Məcəlləsinin 222.4-cü maddəsinə əsasən 222.5-ci maddədə nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. Uçot məlumatlarına əsasən iddiaçının bir neçə fəaliyyət növündə fəaliyyət göstərməsinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsində Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən pandemiyadan əziyyət çəkənlər kateqoriyasına aid olmayan fəaliyyət növləri də daxil olmaqla, vergi ödəyicisinin əldə etdiyi ümumi mənfəət (gəlir) məbləğinə 75 faiz vergi azadolması (güzəşt) tətbiq edilmişdir. İddiaçının hər bir fəaliyyəti üzrə əlavə edilmiş məlumat forması üzrə gəlir və xərclərin bölgüsü, həmçinin həmin bölgü üzrə təsdiqedici sənədlərin (müqavilələr, bank çıxarışları, online kassa məlumatları və zəruri hesab etdiyi digər sənədlər) 5 iş günü müddətində vergi orqanına təqdim edilməsinə zərurətin yaranması, göstərilən müddət ərzində məlumatlar təqdim edilmədiyi halda, Vergi Məcəlləsinin 37, 67 bə 83-cü maddələrinin müddəalarına əsasən vergi orqanının vergi öhdəliklərin yenidən hesablamaq hüququ olması bildirilmişdir. İddiaçıya vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün cavabdehin çağrı mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi haqqında məlumat verilmişdir. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin İddiaçı MMC-yə ünvanladığı “2020-ci il üçün təqdim edilmiş mənfəət (gəlir) vergisi bəyannaməsi üzrə yaranmış uyğunsuzluqlar barədə” məktubuna əsasən, iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmiş 2020-ci il üçün mənfəət vergisi bəyannaməsi əsasında aparılan araşdırma ilə əlaqədar 2020-ci il ərzində aparılmış idxal əməliyyatları zamanı malların faktiki qiymətləri ilə statistik qiymətləri arasında 328279,64 manat fərqin xərclərin (mal, xammal, ammortizasiya və s.) şişirdilməsi kimi qiymətləndirilməsi nəticəsində məlumaltarın araşdırmaya 5 (beş) iş günü müddətinə təqdim edilməsi xahiş olunmuşdur. İddiaçıya vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün cavabdehin çağrı mərkəzinə (195) və Vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməsi də bildirilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən tərtib edilmiş Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkməsi ilə əlaqədar muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısı - İV mərhələ (dekabr ayı üzrə, xx.xx.2021-ci il tarixə olan məlumat) siyahısına əsasən, həmin siyahının 6050-ci sıra sayında İddiaçı MMC-nin adı qeyd olunmuşdur. - İnternet Vergi İdarəsində “Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında” çıxarışın surətinə əsasən iddiaçı xx.xx.2019-cu ildə dövlət qeydiyyatına alınmış hüquqi şəxsdir, ********** nömrəli VÖEN-ə malikdir, qanuni təmsilçisi X2r, nizamnamə kapitalı 10.00 AZN-dir. - Cavabdeh tərəfindən məhkəməyə Vergi ödəyiciləri tərəfindən satılmış və alınmış mal, iş və xidmətlər barədə məlumatları özündə əks etdirən siyahılar, 15 iyul 2021-ci il tarixli **********131900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərar, kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında məktubların surətləri təqdim olunmuşdur. - İqtisadiyyat Nazirliyinin iddiaçıya ünvanlanan “Koronavirus (COVİD-19)” pandemiyası ilə bağlı maliyyə dəstəyi almaq barədə müraciətə baxılması haqqında” bildirişinə əsasən, Koronavirus (COVİD-19) pandemiyasından əziyyət çəkilməyi ilə əlaqədar maliyyə dəstəyi almaq barədəki müraciətə baxılmış və iddiaçıya ayrılmış vəsait ərizəsində onun qeyd etdiyi bankdakı hesabına köçürülmüşdür. - İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçıya ünvanlanan “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahibkarlıq subyektlərinə maliyyə dəstəyinin göstərilməsi haqqında” məktuba əsasən, müraciətin İnternet Vergi İdarəsində mövcud olan şəxsi elektron kabinetində yaradılmış “Pandemiya ilə bağlı maliyyə dəstəyi proqramı” bölməsindən elektron formada vergi orqanına göndərilə bilməsi haqqında məlumat verilmişdir. Müraciətin bütün bölmələr üzrə tam doldurulması zəruridir. Daxil olunmuş məlumatlar vergi orqanının uçot baza məlumatları ilə yoxlanılacaqdır. Uyğunsuzluq aşkar edildikdə bu barədə məlumat ekranda əks olunacaqdır. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 14 iyul 2021-ci il tarixli **********604100 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən, idxal faktiki dəyər, e-qaimə faktura və e-alış aktı bazasına əsasən alınmış mallar, o cümlədən Vergi Məcəlləsinin 139-cu maddəsinə əsasən malın dəyərində əks etdirilməli xərclər (beynəlxalq daşıma (ÖMV və e-qf məlumatlarına əsasən), yükün saxlanılması, boşaldılması, anbara təhvil vermə, terminal, yük-gömrük broker, YGB tərtibatı və digər xərclər) ilə təqdim edilmiş mənfəət vergisi bəyannaməsinin 1 nömrəli əlavəsində ehtiyatlar (mallar) üzrə mədaxil göstəricilərindən 198.790,71 manat fərqlənmişdir ki, bu da bəyannamənin bölməsində mallar, xammal və materiallar kodlu sətirlərində göstərilən xərclərin şişirdilməsi kimi qiymətləndirilmişdir. Araşdırma zamanı 2020-ci ilin sonuna MMCnin mal qalığı 880254,73 manat olaraq müəyyən edilmişdir. Vergi Məcəlləsinin 224.1.2 və 222.5-ci maddələrinin tələbləri nəzərə alınmaqla hesablama aparılır. Kameral yoxlama nəticəsində İddiaçı MMC-yə 7941,78 manat məbləğində vergi borcu hesablanmışdır. - İddiaçı tərəfindən mübahisələndirilən cavabdehin qəbul etdiyi 15 iyul 2021-ci il tarixli **********131900 saylı “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” qərarına əsasən, 2020-ci ilin mənfəət vergisinin bəyannaməsi üzrə həyata keçirilmiş kameral vergi yoxlaması zamanı İddiaçı MMC-nin baza iqtisadi göstəricilərini araşdırarkən (əvvəlki dövr bəyannamə məlumatları ilə müqayisə, təqdim edilmiş e-qaimə məlumat, obyektlər, yerləşdiyi ünvan, fəaliyyət, əldə edilmiş e-qaimə məlumat, idxal, bank hesabından çıxarışlar, digər uçot-baza məlumatları) Vergi Məcəlləsinin 224.1.2 və 222.5-ci maddələrinə əsasən pandemiyadan əziyyət çəkənlər üçün güzəşt əldə etmə hüququnun olmadığı müəyyən edildiyindən, tətbiq edilmiş güzəşt məbləği silinməklə hesablama aparılmış, nəticədə 2020-ci il üçün mənfəət vergisi üzrə 136925.69 manat əlavə vergi məbləği hesablanmışdır. İşin araşdırılan halları ilə müəyyən edilir ki, iddiaçı 2020-ci ilin mənfəət vergisi bəyannaməsini təqdim edərkən Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad edərək vergi güzəştindən istifadə etmişdir. İşin tərəflər arasında mübahisələndirilən halı iddiaçının fəaliyyət sahəsinin koronavirus pandemiyası dövründə qismən məhdudlaşdırılan fəaliyyət sahəsinə aid olub-olmamasıdır. İddia tələbinin əsası kimi ona istinad edilmişdir ki, iddiaçı pandemiyadan zərər çəkən müəssisə olduğundan və 2020-ci ildə ona maliyyə yardımı edildiyindən, müəssisə mənfəətinin (gəlirinin) 75 faizi miqdarında vergidən azaddır. Cavabdeh isə o hala istinad edir ki, iddiaçı 2020-ci il Mənfəət vergi bəyannaməsinin 1 nömrəli əlavəsində 2589677,62 manat ehtiyatların daxil olması göstərmişdir, lakin araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı YGB və E-QF ilə faktiki dəyəri 2264471,38 manat olan mallar əldə etmiş, bununla da faktiki-statistik kənarlaşma yaranmış, iddiaçının fəaliyyət sahəsi “ixtisaslaşdırılmış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə bağlı olmağına baxmayaraq, E-QF topdan satış fəaliyyəti ilə bağlı olmuşdur və bu səbəbdən Vergi Məcəlləsinin 222.5-ci maddəsində nəzərdə tutulan istiqamətləri üzrə fəaliyyət göstərən ödəyicilərinin siyahısına aid edilməmiş və 75% güzəşt hüququ ödəyiciyə şamil edilməmişdir. Birinci instansiya məhkəməsinin qərarı onunla əsaslandırılmışdır ki, iddiaçı pandemiya ilə bağlı işçilərə əmək haqqı ödənilməsi üçün dövlət tərəfindən maliyyə dəstəyi göstərilən müəssisə olmaqla barəsində müvəqqəti vergi rejiminin müddəalarının tətbiq olunmalı olduğu hüquqi şəxsdir, Vergi Məcəlləsinin 222.5-ci maddəsinə əsasən, fəaliyyəti güzəşt tətbiq edilən fəaliyyət növü olduğu üçün iddiaçının Vergi Məcəlləsinin 224.1.2-ci maddəsinə əsasən, 75 faiz güzəşt tətbiq etmək hüququ olmuşdur. İddiaçı da qanunvericiliklə həmin hüququndan istifadə etməklə mənfəət bəyannaməsini tətbiq etməsinə baxmayaraq, cavabdeh iddiaçının azadolma hüququnu nəzərə almadan ona kameral qaydada əlavə mənfəət vergisi hesablamışdır ki, bununla da Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 222-224-cü maddələrinin tələblərini və yuxarıda istinad edilən digər normalarını pozmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını və işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara əsasən apelyator tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-647/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur “işin hallarından iddiaçının fəaliyyətinin işçilərin ümumi sayının 50 faizindən çox olması şərtilə icazə verilməsini müəyyən etmək mümkün olmur. Belə ki, iddiaçının fəaliyyətinin qismən (50 faiz) məhdudlaşdırılmasının müəyyən olunması üçün ilkin növbədə həmin dövr üzrə iddiaçının işçilərinin tam sayı müəyyən olunmalıdır. Lakin işin hallarından iddiaçının işçilərinin tam sayı müəyyən olunmur. Bundan əlavə, məhkəmə kollegiyası iddiaçının fəaliyyət sahəsi ilə bağlı qeyd edir ki, işin hallarına əsasən iddiaçının fəaliyyət sahəsi ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışıdır” (Qərarın 27, 28, 29-cu bəndləri). Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)-647/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarında qeyd olunan göstərişlərə əsasən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta bəyannaməsindən görünür ki, İddiaçı MMC-nin 2020-ci ilin birinci rübü üzrə işçilərin ümumi sayı 11 nəfər, faktiki işə cəlb olunan işçilərin sayı 11 nəfər, ikinci rübü üzrə işçilərin ümumi sayı 14 nəfər, faktiki işə cəlb olunan işçilərin sayı 14 nəfər, üçüncü rübü üzrə işçilərin ümumi sayı 17 nəfər, faktiki işə cəlb olunan işçilərin sayı 17 nəfər, dördüncü rübü üzrə işçilərin ümumi sayı 14 nəfər, faktiki işə cəlb olunan işçilərin sayı 14 nəfər olmuşdur. Vergi Məcəlləsi (mübahisələndirilən qərarın aid olduğu hesabat dövründə - 2020-ci il tarixdə qüvvədə olan redaksiya) 222.1. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən vergi ödəyicilərinin, habelə sadələşdirilmiş verginin ödəyicisi olan mikro sahibkarlıq subyektlərinin apardıqları əməliyyatlara tətbiq edilən vergi dərəcələrini, vergi güzəştlərini və azadolmaları, vergilərin ödənilməsi müddətlərini, vergi rejiminin seçilməsi ilə bağlı məsələləri tənzimləyir. 222.2. Bu fəslin müddəaları 2020-ci il yanvarın 1-dən bir il müddətinə tətbiq edilir. Bu maddə ilə müəyyən edilən müddət bitdikdən sonra vergi ödəyicisinin fəaliyyəti üzrə vergi öhdəlikləri, vergi ödəyicisinin hüquq və vəzifələri, vergi ödəyicisinin apardığı əməliyyatlara tətbiq edilən vergi dərəcələri, vergi güzəştləri və azadolmaları, vergilərin ödənilməsi müddətləri bu Məcəllə ilə müəyyən edilmiş qaydada həyata keçirilir. 222.3. Bu fəslin müddəaları əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparan vergi ödəyicilərinə (əmtəəsiz və (və ya) riskli əməliyyatlar aparmadığı dövr istisna olmaqla) şamil edilmir. Bu fəslin müddəaları vergi ödəyicisinin riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarından sonra tətbiq olunur. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.4. Bu fəslin müddəaları bu Məcəllənin 222.5-ci maddəsində nəzərdə tutulan şəxslərin yalnız həmin fəaliyyət üzrə əməliyyatlarına tətbiq edilir. 222.5. Bu fəslin müddəaları aşağıdakı fəaliyyəti həyata keçirən şəxslərə şamil edilir: 222.5.9. Koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla). Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı 6.1. Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində həmin Qərarın əlavəsinin 4.4-cü, 4.11-ci, 4.12-ci, 4.14-cü, 4.15-ci, 4.16-cı, 5.4-cü, 5.5-ci, 5.6-cı, 6.2-ci, 6.3-cü, 6.4-cü, 6.5-ci, 6.6-cı və 9.2-ci bəndləri ilə fəaliyyətinə icazə verilən iş və xidmət sahələri üzrə işə cəlb olunan işçilərin sayının həmin sahələrdə fəaliyyət göstərən işçilərin ümumi sayının 50 faizindən çox olmamalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarına əlavə Fəaliyyətinə icazə verilən sahələr 4.Əsas istehsal növləri 4.4. gündəlik baxım və gigiyena vasitələrinin istehsalı; 4.11. tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri; 4.12. mühəndislik və layihələndirmə xidmətləri; 4.14. qablaşdırma məhsullarının istehsalı; 4.15. daş, metal və taxta məhsullarının istehsalı; 4.16. mebel istehsalı və təmiri; Pərakəndə və topdan satış üzrə 5.4. zoomağazalar, o cümlədən heyvanlar üçün yem satış məntəqələri; 5.5 . tikinti materiallarının və məişət xırdavatlarının satışı məntəqələri; 5.6. onlayn satışlar; Məişət xidmətləri üzrə 6.2. kimyəvi təmizləmə; 6.3. mənzillər istisna olmaqla, yaşayış binalarının təmizlənməsi; 6.4. avtomobillərin təmiri; 6.5. avtomobil yuyulma məntəqələri; 6.6. heyvan sığınacaqları; Xüsusi xidmət növləri üzrə 9.2. tərcümə xidmətləri. İşdən görünür ki, iddiaçınin fəaliyyəti sahəsi “ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışı” ilə bağlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının digər oxşar iş üzrə 2-1(102)-1651/2022 nömrəli 29 noyabr 2022-ci il tarixli Qərarında analoji məsələyə münasibət bildirilərək göstərilmişdir ki, “yalnız maddi yardımların edilməsi öz-özlüyündə vergi ödəyicisinə Vergi Məcəlləsinin 222.5.9 və 224.1.2-ci maddələrinə istinad etməklə vergi güzəşti hüququndan istifadə etmək imkanı vermir. Vergi ödəyicisinin fəaliyyəti yuxarıda qeyd edilən normativ sənədlərlə tam və qismən məhdudlaşdırıldıqda, bu hüquqdan istifadə edilə bilməz. İlk növbədə, iddiaçının işçilərin 50 faizinə işləmə icazəsi verilib-verilməməsinin araşdırılması üçün məhkəmə müvafiq qurumlara sorğular verməli və elektron portal üzərində iddiaçının işçilərinin işə çıxmaları ilə bağlı məhdudiyyətin olubolmamasını müəyyən etməli və əldə olunmuş mötəbər məlumatlar əsasında qərar qəbul etməlidir. Eyni zamanda, işə təkrar baxan məhkəmə qiymətləndirməni həyata keçirərkən iddiaçının fəaliyyət sahəsini dəqiq müəyyən etməlidir. Belə ki, cavabdehin dəlillərindən biri iddiaçının qeydiyyatdan keçdiyi fəaliyyət sahəsi ilə faktiki həyata keçirdiyi fəaliyyət sahəsinin bir-birindən fərqlənməsi barədədir ki, aşağı instansiya məhkəmələri tərəfindən bu hallar araşdırılmamışdır”. Bununla yanaşı, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 3-16-16/2-378/23 nömrəli 03 may 2023-cü il tarixli ekspert rəyindən görünür ki, Vergi Məcəlləsinin 222.5-ci maddəsinn tələblərində ixtisaslaşdırılmamış mağazalarda sair məhsulların pərakəndə satışının və ya topdan satışı ilə bağlı müddəa öz əksini tapmamışdır. Aparılan tədqiqat nəticəsində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin “Vergilərin Sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması” barədə 15 iyun 2021-ci il tarixli **********131900 nömrəli qərarın, həmçinin kameral vergi yoxlamasının, yoxlamanın nəticələrinin vergi qanunvericiliyinə uyğunluğu müəyyən edilmişdir. Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 120 nömrəli Qərarından göründüyü kimi, şirkətlərə xüsusi karantin rejiminin tətbiq olunduğu dövrlərdə müvafiq faktiki fəaliyyətin davam etdirilməsinə icazə verilmişdir. Odur ki, İddiaçı MMC-nin mübahisələndirilən dövr üzrə faktiki fəaliyyət göstərdiyi sahənin pandemiyadan zərər çəkən sahə olması öz təsdiqini tapmır. Bundan əlavə, yuxarıda qeyd olunduğu kimi həmin dövrdə iddiaçı MMC-nin fəaliyyətinin qismən (50 faiz) məhdudlaşdırılması halı müəyyən olunmamışdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri qərarın ləğvinə əsas verir, bu səbəbdən, şikayət təmin edilməli və birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İPM-nin: 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya inzibati məhkəmə icraatı iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə proses iştirakçılarından əlavə məlumat və sübutlar tələb edə bilər 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin hallarını, işdə olan sübutları tam, hərtərəfli araşdırmamış, ədalət mühakiməsini faktlar və sübutların müqayisəli tədqiqatı əsasında düzgün olaraq həyata keçirməmiş, işin hallarına və işdə olan sübutlara düzgün hüquqi qiymət verməmiş, ədalətli məhkəmə araşdırması ilə bağlı təməl prinsipi pozmuşdur. Azərbaycan Respublikası İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-1959/2022 nömrəli, 20 aprel 2022-ci il tarixli qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 20 aprel 2022-ci il tarixli, e-2-1(112)-1959/2022 saylı qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair iddiası təmin olunmasın. Məhkəmə xərci İddiaçı MMC-yə aid edilsin. İddiaçıdan aparılmış ekspertizanın dəyəri olan 150 (bir yüz əlli) manat tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-541/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-541/2025
08.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver