Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-543/2025 26.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X9 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X5 və X8 ibarət tərkibdə, X6-Yusiflinin katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlillik dərəcəsinin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1726/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 26 fevral 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stressə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.1 - P...; Diaqnozun mətni: Əsas diaqnoz F43.1 posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Yanaşı xəstəliklər İ95.9 Dəqiqləşdirilməmiş hipotenziya, hipotoniya; D50.8 digər dəmir defisitli anemiyalar; L90.5 dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi hərəkət zamanı partlayış səbəbi ilə yaralanma. S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin trvmasından sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sadə miopik astiqmatizm. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 21 sentyabr 2020-ci ildə könüllü olaraq İkinci Qarabağ müharibəsinə yollanmış, 6 oktyabrda birinci dəfə yaralanmış, “MPZ. Barotravma” diaqnozu qoyulmuş və müalicə olunmuşdur. 14 oktyabrda sol baldır nahiyəsindən ikinci dəfə yaralanmış, Füzuli rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuş və yenidən toplanış mərkəzinə təxliyə olunmuş, döyüş əməliyyatlarında yenidən iştirak etmişdir. xx.xx.2020-ci ildə hərbi xidmətdən ehtiyata tərxis edilmişdir. Hərbi xidmətdən qayıtdıqdan sonra postravmatik pozuntular özünü büruzə verib, müalicə almağa başlamışdır. xx.xx.2021-ci il tarixdə 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 2 nömrəli Respublika Psixiatriya xəstəxanasına göndərilmiş, xx.xx.2021xx.xx.2021-ci il tarixədək 2 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla’’ diaqnozu ilə stasionar müalicədə olmuşdur. Hazırda da öz hesabına müalicə alır. Faktiki olaraq heç bir işdə işləyə bilmir, psixoloji pozuntuları var. Həmçinin gündəlik olaraq ağır təsirli sakitləşdirici dərmanlardan istifadə edir, bir sıra vəziyyətlərdə faktiki anlaqsızlıq halında olur. 23 dekabr 2021-ci il tarixində ona əlillik dərəcəsinin təyin olunması üçün Bakı şəhər 1 saylı şəhər poliklinikası tərəfindən sənədləri əsasında Forma-88 arayışı tərtib olunmuş, Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. 7 aprel 2022-ci il tarixində TSEK tərəfindən ona imtina cavabı gəlmişdir. İmtina səbəbi olaraq göstərilib ki, bu diaqnoz əlillik əlaməti təyin etmir. Ona Bakı şəhər Baş Səhiyyə İdarəsinin Baş Psixiatrı tərəfindən verilən sənəddə diaqnoz kimi “Posttravmatik stress pozuntusu F43.1" göstərilib. "Əlilliyin müəyyən olunması meyarları"nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarında F43.1 diaqnozu əlillik dərəcəsinin verilməsi üçün əsaslı diaqnoz kimi göstərilmişdir. Ona N saylı hərbi hissənin tibbi xidmət rəisi tərəfindən verilən arayışda da öz əksini tapıb ki, “əsgər İddiaçı xx.xx.2020-ci il tarixdə “M.P.Z Barotravma” və xx.xx.2020-ci il tarixdə “Sol baldır nahiyyəsinin qəlpə yaralanması” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə xəsarət almışdır”. 23 noyabr 2021-ci il tarixdə tibb elmləri doktoru, professor, Fuad İsmayılov tərəfindən müayinə olunmuş və Posttravmatik stress pozuntusu F43.1 diaqnozu qoyulub. 17 noyabr 2021-ci ildə Səfərbərlik və Hərbi xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Səbail rayon idarəsi rəisinin xx.xx.2021-ci il tarixli xəstəlik haqqında şəhadətnamədə müəyyən olunmuşdur ki, xx.xx.2021-ci il tarixdə 1 saylı Şəhər Poliklinikasının göndərişinə əsasən 2 nömrəli Respublika Psixiatriya xəstəxanasına göndərilmiş, xx.xx.2021-xx.xx.2021-ci il tarixədək 2 nömrəli Respublika Psixiatriya Xəstəxanasında “Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” diaqnozu ilə stasionar müalicədə olmuşdur. Xəstəlik haqqında şəhadətnamədə xəstəliyin diaqnozu kimi “uzunmüddətli posttravmatik stress pozuntusu (depressiv daxilolmalarla) ” müəyyən olunur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 1 nömrəli şəhər poliklinikasının xx.xx.2021 -ci il tarixli göndərişi əsasında baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stresə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.1 - P...; Diaqnozun mətni: Posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı. Qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya. Astiqmatizm, Sadə miopik astiqmatizm. Hipotoniya. Dəmir defisitli anemiya; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Qeyd edilənləri nəzərə alaraq, iddianın təmin edilməməsi barədə müvafiq qərar qəbul edilməsi xahiş edilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1726/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iş üzrə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı könüllü olaraq Vətən Müharibəsində iştirak etdiyi müddətdə iki dəfə yaralanmışdır. İddiaçıda posttravmatiq pozuntular əmələ gəlmiş və ona 2 nömrəli Respublika Psixiatriya xəstəxanasında “posttravmatik stress pozuntusu depressiv daxilolmalarla” diaqnozu qoyulmuşdur. Əlillik dərəcəsi verilməsi üçün cavabdehə müraciət etmiş və cavabdeh əlillik dərəcəsinin verilməsindən imtina etmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş, məhkəmə iddianı təmin etməmişdir. İddiaçı ilk dəfə müraciət etdikdə hakim prosesdə ona sənədlərinin geri götürülməsinə yardım etmişdir. İnzibati Prosesual Məcəlləsinin 13-cü maddəsinə əsasən Məhkəmənin iddiaçıya yardım etmək vəzifəsi olduğu halda hər hansı köməklik göstərməmişdir. Cavabdeh Tibbi-Sosial Ekspert Komissiyası olduğu halda, iş üzrə təyin edilmiş məhkəmə tibbi ekspertizası üzrə həmin qurumun eksperti cəlb edilmişdir. Bu halda cavabdeh öz qanunsuzluğunu etiraf edəcək deyil, əksinə əvvəlki qərarı qüvvədə saxlamağa məcburdur. İddiaçı Nazirlər Kabinetinin 413 saylı qərarı tətbiq edildiyi müddətdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin qərarda ona əlillik dərəcəsinin təyin edilməsi mümkün olmadığı halda, məhkəmə tərəfindən vətəndaşın xeyrinə olan qanunun geriyə qüvvəsinin şamil edilməsi yanaşmasını rəhbər tutaraq Nazirlər Kabinetinin 187 saylı qərarını tətbiq edib əlillik dərəcəsinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyula bilərdi. Apellyasiya və Kassasiya instansiya məhkəmələrinin gəldiyi nəticə: Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2- 1(103)-88/2024 nömrəli qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1726/2023 saylı, 09 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçının verdiyi kassasiya şikayətinə əsasən işə baxmış Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-2238/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 05 aprel 2024-cü il tarixli, 2- 1(103)-88/2024 nömrəli qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Tərəflərin izahatları: xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmalarına baxmayaraq tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakları olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan tərəfindən xx.xx.2022-ci il tarixdə imtina edilmişdir. İş materiallarından həmin imtinanın iddiaçı tərəfindən nə vaxt alınması müəyyən olunmur. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi, “cavabdehin əlilliyin qiymətləndirilməsinə dair rəyinin ləğv edilməsi və ona əlillik dərəcəsinin təyin olunması” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmamışdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının əlilliyinin qiymətləndirilməsi zamanı tərtib edilmiş tibbi göndərişdə əsas diaqnozu “Posttravmatik stress pozğunluğu, ağırlaşması olan Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” qeyd edilmiş və həmin diaqnozun adıçəkilən Əsasnamədə hər hansı meyara uyğun gəldiyi müəyyən edilmir. Başqa sözlə, inzibati icraat zamanı inzibati orqanın rəhbər tutduğu qüvvədə olmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”də “F43.1 posttravmatik stress pozğunluğu” meyarı nəzərdə tutulmamışdır. Apellyasiya instansiyası məhkəməsi həmin nəticə ilə razılaşsa da, kassasiya instansiyası məhkəməsinin mövqeyi qərarında fərqli olmuşdur. İşin təkrar apellyasiya baxışı zamanı aparılan araşdırmalar nəticəsində məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. AA seriyalı ******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1995-ci il tarixdə doğulmuşdur. İddiaçının Tibbi Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatlarından görünür ki, Forma 88: 2782003AAB6S, qiymətləndirmə tarixi: xx.xx.2022, diaqnoz: Posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı. Qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya. Astiqmatizm, Sadə miopik astiqmatizm. Hipotoniya. Dəmir defisitli anemiya. İmtina edilib. Səbəb: Diaqnoz əlillik əlaməti təyin etməməsi. Diaqnoz əlillik əlaməti təyin etmir. İddiaçı əlillik vəziyyətinə Bakı 1 nömrəli Şəhər Poliklinikasının xx.xx.2021- ci il tarixli 2782003AAB6S göndərişi əsasında xx.xx.2022-ci il tarixdə baxılmış və “X1: V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F40-F48 - Nevrotik, stresslə əlaqədar və somatoform pozğunluqlar => F43 - Ağır stressə və adaptasiya pozğunluğuna qarşı reaksiya => F43.1 - P...; Diaqnozun mətni: Posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, Baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Qapalı kəllə beyin travmasından sonrakı ensefalopatiya. Astiqmatizm, sadə miopik astiqmatizm. Hipotoniya. Dəmir defisitli anemiya. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. İşin birinci instansiya məhkəməsində icraatı zamanı məhkəməyə təqdim olunmuş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və X4 xx.xx.2022-ci il tarixli, T468/2022 saylı ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı 1 saylı şəhər poliklinikasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli 2782003AAB6S göndərişlə göndərilmiş 88 saylı formada qeyd edilən “F43.1 posttravmatik stress pozğunluğu, Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla. 195.9-Dəqiqləşdirilməmiş hipotenziya, hipotoniya; D50.8 digər dəmir defisitli anemiyalar; L90.5 dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, baldır nahiyyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Y36.2 Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi hərəkət zamanı partlayış səbəbi ilə yaralanma. S06.2 Baş beynin diffuz travması, qapalı kəllə beyin trvmasmdan sonrakı ensefalopatiya; H52.2 astiqmatizm, sadə miopik astiqmatizm.” diaqnozu şəxsin stasionarda müayinə və müalicəsi zamanı anamnestik, klinik, laborator instrumental müayinələrinin əsasında müəyyən edilmişdir. Həmin diaqnoz nəzərə alınmaqla, şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər diaqnozun qeyd edilən formada deyil, natamam təsdiqinə əsas verdiyindən əlillik dərəcəsinin təyini zamanı ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların bəndlərindən heç birini aid etmək mümkün olmadı. İddiaçı bərpa müalicələrindən sonra tam reabilitasiyası (sağalması) mümkün deyildir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X4 28 iyul 2023 tarixli, T480/2023 saylı ekspert rəyindən görünür ki, Vətəndaş İddiaçı tibbi sənədlərinə əsasən iş materiallarında olan əlillik vəziyyətinin tibbi-sosial ekspert komissiyası tərəfindən qiymətləndirilməsi üçün adına 1 saylı şəhər poliklinikasında tərtib edilmiş Forma 88-də qeyd edilmiş diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuşdur. Yuxarıda qeyd edilən xəstəliklərlə əlaqədar onun tam reabilitasiyası mümkün deyildir və diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsi zamanı aşkar edilmiş patofunksional dəyişikliklər diaqnozun yuxarıdakı formada təsdiqinə əsas vermədiyindən əlillik dərəcəsinin təyini zamanı ona istər Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunmasına dair” Əsasnamənin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli qərarla təsdiq edilmiş “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair meyarların bəndlərindən heç birini aid etmək mümkün olmadı. İşin ilkin apellyasiya baxışı zamanı İddiaçı yenidən əyani müayinəyə cəlb edilməklə müvafiq rəyin məhkəməyə təqdim edilməsi məqsədilə yenidən inzibati icraatın aparılması Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı İlə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”na uyğun olaraq vətəndaşların əlillik vəziyyəti dövlət tibb müəssisələrinin göndərişləri əsasında qiymətləndirilir. Hərbi xidmətlə əlaqədar vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi zamanı xidmət keçdiyi qurumun hərbi həkim komissiyasının qərarı, şəhadətnaməsi və ya əlillik səbəbini təsdiq edən müvafiq sənəd əsas götürülür. İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 1 nömrəli Şəhər Poliklinikasının 2782003AAB6S nömrəli göndərişi və müraciəti əsasında xx.xx.2022-ci il tarixində Agentlikdə qəbulda olmuşdur. Qəbul zamanı təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional pozuntular aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Sonrakı dövrdə Bakı Apellyasiya Məhkəməsinin 29 noyabr 2023-cü il tarixli qərardadına uyğun olaraq vətəndaş xx.xx.2024-cü il tarixində Agentlikdə yenidən əyani müayinə olunmuşdur. Müayinənin nəticəsi olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’’yə müvafiq olaraq diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. Həmin məktuba əlavə edilmiş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 3-17-4/3-3-1208/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarında qeyd edilir: Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyası (bundan sonra - Komissiya) aşağıda adı göstərilən 5 nəfər vətəndaşın əlilliyinin qiymətləndirilməsi barədə verilmiş qərarlardan şikayətlərinə əsasən əyani müayinəsini həyata keçirmiş və aşağıdakıları müəyyən etmişdir: 4) Bakı şəhər sakini xx.xx.1995-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) orqanizmin funksiyalarının pozulması faizi tibb müəssisəsinin göndərişi əsasında elektron qaydada xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(103)-1998/2023 nömrəli qərardadına əsasən İddiaçı 3-17- 4/1- 47085/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinə məqsədilə Agentliyə dəvət edilmişdir. Araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2021-ci il tarixli 23120 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2021-xx.xx.2021-ci il tarixli 5228/21 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli 10566 nömrəli Tibbi rəyində diaqnoz "Posttravmatik stress pozuntusu” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X2 PHŞ xx.xx.2022-xx.xx.2022-ci il tarixli 1924/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz "Posttravmatik stress pozuntusu, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı baş ağrısından, əsəbilikdən, gərginlikdən, gecə yuxusunun pozulmasından, yuxu görmələrdən və boğulmalardan şikayətlənmişdir. Zahirən gərgin, ara-sıra hərəki tiklər qeyd olunmuş, ünsiyyətə həvəssiz qoşulmuş, sualları aqressiv cavablandırmışdır. Əhvalı enik, emosiyaları bir qədər sönük, düşüncəsi aydın olmuş, bələdliyi və tənqidi bütün istiqamətlərdə saxlanılmışdır. Uzun müddət Escita və Klonazepam preparatları qəbul etdiyini bildirmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Uzun qedişli posttravmatik stress pozuntusu, Qəzəbli depressiv daxilolmalar və hərəki tiklərlə” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları "na uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır. İş üzrə iddiaçının tələbini əsassız hesab edən həm birinci instansiya məhkəməsi, həm də ilkin apellyasiya baxışı zamanı məhkəmə kollegiyası bu nəticəyə gələrkən xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli məhkəmə tibb ekspertizasının rəylərinə istinad etmişlər. İş üzrə kassasiya instansiya məhkəməsi hesab etmişdir ki, “həmin rəylər iddianın müqəddəratının həlli üçün mötəbər deyildir. Belə ki, ekspert rəylərindən görünür ki, məhkəmə tibb ekspertizasının aparılmasında cavabdeh Agentliyin tibbi sosial ekspertləri iştirak etmiş və onlar da ekspert rəylərini imzalamışlar.” Odur ki, işin təkrar apellyasiya baxışı zamanı mübahisənin ədalətli həlli baxımından işin xüsusatlarına düzgün qiymət verilməsi istiqamətində ziddiyyətli məqamların aradan qaldırılması, həmçinin, iddiaçının əlavə müalicəyə ehtiyacının olub-olmamasını, əlilliyin müəyyən edilməsinə əsas verən səbəblərin araşdırılması, əlillik təyinatı üçün əsas olan diaqnoz və ağırlaşmaların uyğunluğununun müəyyən edilməsi məqsədilə iddiaçının əyani müayinəsi aparılmaqla (instrumental müayinələrin aparıldığını təsdiq edən tibbi texniki sənədlər də təqdim olunmaqla), ekspertizanın keçirilməsi 11 dekabr 2024-cü il tarixli, 2- 1(103)-3977/2024 saylı qərardadla Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən mütəxəssis cəlb edilməməklə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X10-Təcrübi və Tədris Birliyinin ekspertinə tapşırılmışdır. xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X7” publik hüquqi şəxsinin T48-2024 saylı xx.xx.2025-ci il tarixli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd olunmuşdur ki, İddiaçı kifayət qədər tibb müəssisələrində müayinə olunduğundan, onun digər mütəxəssisə göndərilməsinə ehtiyac olmadı. Əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsi tərəfindən tərtib edilmiş Forma 088 göndərişində qeyd edilən “F43.1-posttravmatik stress pozğunluğu, posttravmatik stress pozuntusu, depressiv daxil olmalarla, 195.9-dəqiqləşdirilməmiş hipotenziya, hipotoniya; D50.8-digər dəmir defisitli anemiyalar; L90.5-dərinin çapıqlaşmış vəziyyəti və fibrozu, baldır nahiyəsinin orta 1/3-nin qəlpə yaralanmasından sonrakı çapığı, Y36.2-hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr, hərbi hərəkət zamanı partlayış səbəbi ilə yaralanma, S06.2- baş beynin diffuz travması, qapalı kəllə-beyin trvmasından sonrakı ensefalopatiya; H52.2-astiqmatizm, sadə miopik astiqmatizm” diaqnoz ona şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri əsasında müəyyən edilsə də, xx.xx.2024-cü il tarixində vətəndaş DTSERA- da əyani müayinədə olan zaman əlillik təyinatına əsas verən tez-tez baş verən dekompensasiya halları, kobud davranış pozuntuları qeyd olunmamışdır. Vətəndaş İddiaçı 30.07-xx.xx.2024-cü il tarixlərdə Bakı “Respublika Psixiatriya Xəstəxanası” phş-də “F62.0 Fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi” diaqnozu ilə stasionar müalicə almışdır. Göründüyü kimi, ekspert rəyi ilə də iddiaçı barəsində göndərilmiş forma 88-də olan diaqnozlar öz təsdiqini tapmışdır. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum iddiaçını əvvəllər də əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan xəstəliklər- posttravmatik stres pozuntusu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 7.5.1-ci bəndində F43.1 XBT kodu ilə və fəlakət keçirdikdən sonra şəxsiyyətin davamlı dəyişikliyi həmin Meyarların 7.7.1-ci bəndində F62.0 kodu ilə nəzərdə tutulmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməməsi ilə bağlı düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1726/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərarı ləğv edilməli və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1726/2023 saylı 09 yanvar 2023-cü il tarixli qərarı ləğv edilsin. Yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı 02 yanvar 2022-ci ildən əlillik dərəcəsinin təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X11 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-543/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-543/2025
26.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver