Məhkəmə qərarları › İş №2-1(103)-544/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-544/2025

16.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-544/2025 16.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Nəbizadə Nigar Xeyrulla qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh 2 saylı Asan Xidmət X1rşı “soyadının dəyişdirilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiаçı İddiaçı cavabdeh 2 saylı Bakı “ASAN xidmət” X1rşı öhdəliyin icrası haqqında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək soyadının dəyişdirilərək “Hüseynov” kimi yazılması və doğum haqqında şəhadətnamədə dəyişikliyin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM m.34.1). İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: «…27 avqust 1995-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Bakı şəhəri, Nəsimi rayonu, 28 may küçəsi ev 18, 7 nömrəli mənzildə anası X4 ilə birlikdə yaşayır. X2 2007-ci ildə vəfat etmişdir. Doğulduğunda, ona valideynləri tərəfindən soyadı, ata babasının adına uyğun olaraq “Rəşid” soyadı verilərək doğum haqqında şəhadətnamədə soyadı “Rəşidli” kimi qeyd edilmişdir. Halbuki, ailə üzvləri “Hüseynov” soyadını daşıyırlar. Soyadının fərqli olması onda psixoloji narahatlıqlar doğurur. Ona görə də soyadının dəyişdirilməsi üçün 2 saylı Bakı “Asan xidmət” X3 müraciət etmiş, lakin sonucu tərəfindən xx.xx.2023-cü il taixli imtina cavabı verilərək bildirilmişdir ki, Nəsimi rayon Polis İdarəsi tərəfindən aparılmış yoxlama zamanı onun soyadının dəyişdirilməsi məqsədəmüvafiq hesab edilməmişdir. Hesab edir ki, həmin imtina qanunsuz və əsassızdır, onun hüquqlarını kobud şəkildə pozur …» Həmin imtinadan narazı qalan iddiaçı xx.xx.2023-cü il tarixdə hazırkı iddia tələbi ilə məhkəmyə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar çıarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. İddiaçı apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: «…İddiaçı məhkəmə qərarında göstərilən xüsusatlarla razı deyil. İş üzrə ətraflı və obyektiv araşdırılma aparılmadığından və bunun da nəticəsində düzgün olmayan qərar qəbul edilmişdir. Halbuki, iddia ərizəsində sadə və qanuni tələblə çıxış etmişdir. Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli rəyinə əsaslanılması tamamilə qanunsuzdur. Ümumiyyətlə, cinayət prosessual qanunvericilikdə təqsirləndirici material anlayışı deyilən bir məfhum yoxdur. Belə ki, hər hansı şəxs barəsində ya cinayət işi olur, ya da sadələşdirilmiş icraat. Təqsirləndirici material anlayışı yoxdur. Bu barədə etirazını birinci instansiya məhkəməsində də bildirmiş və həmin materialın polis idarəsindən tələb edilərək araşdırılmasını tələb etmiş, lakin hakim tərəfindən işin obyektiv araşdırılması əhəmiyyət kəsb etməmiş, daha asan yolla iddianı rədd etmək qərarına gəlmişdir. Çünki, şəxs barəsində Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə bağlı cinayət təqibi aparılması üçün həmin maddə ilə cinayət işi başlanılmalıdır. Barəsində isə həmin maddə ilə cinayət işi başlanılmamış, məsuliyyətə cəlb edilərək cinayət təqibinə məruz qalmamışdır. Sadəcə olaraq barəsində şikayət olunmuş, o da öz təsdiqini tapmamışdır. Həmin materialın cinayət işi adlandırılması tamamilə qanunsuzdur. Belə olan halda, onun hüquqları məhdudlaşdırıla bilməz. Barəsində, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.5-ci bəndində göstərilən hallardan heç biri mövcud deyil. Əksi varsa, inzibati orqan sübut etmək məcburiyyətindədir. Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasəti və Hüquqi Təminat Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-37/2-13216- ******* nömrəli məktubuna əsasən bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də, hər hansı ölkəyə girişinin məhdudlaşdırılması ilə bağlı Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyil. Həmçinin, Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-38-33/2-1946/2023 saylı məktubu ilə bildirilmişdir ki, xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarında hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Soyadının dəyişdirilməsi ilə bağlı cavabdehin imtinası tamamilə əsassız və qanunsuzdur, soyadının dəyişdirilməsinə qanunla heç bir məhdudiyyət qoyula bilməz…» Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-483/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin iddianın rədd edilməsi barədə 2-1(112)-8906/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1414/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının həmin qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “iddiaçı barəsində təqsirləndirici material olduğundan soyadın dəyişdirilməsinin məqsədəuyğun sayılmaması” ilə bağlı Nəsimi rayon Polis idarəsinin xx.xx.2022-ci il tarixli rəyinə, eləcə də şəxsin əvvəllər törətdiyi, lakin məhkumluğu ödənilmiş cinayət əməllərinə istinadən iddianın rədd olunması yuxarıda qeyd olunan normalar baxımından qanuni və əsaslı sayıla bilməz. Belə ki, bu qərarın 19-cu bəndində istinad edilən normalarda adın, ata adının və ya soyadın dəyişdirilməsindən imtinanın şərtləri konkret və dəqiq təsbit edilmişdir. Hazırkı mübahisəyə münasibətdə məhkəmə tərəfindən qərar həmin şərtlər müəyyən olunmadan qəbul edilmişdir (b.34). Məhkəmə kollegiyasının iclaslaında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında cavabdehin etibarnamə üzrə səlahiyyəti olan nümayəndəsi iştirak etməmiş, İPM-in 62-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. İİ. Məhkəmə kollegiyası, İPM-in 96.11-ci maddəsinin tələbi qaydasında Ali Məhkəmənin qərarından irəli gələn hüquqi mövqeyi nəzərə alınmaqla, iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli və iddianın təmin edilməsi barədə yeni qərarı çıxarılmalıdır. İşin hallarından göründüyü kimi, iddiaçı cavabdehə qarşı öhdəliyin icrası haqqında iddia tələbində “Rəşidli” soyadını “Hüseynov” soyadına dəyişdirilib, yeni doğum haqqında şəhadətnamənin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını tələb etmiş, birinci instansiya məhkəməsinin qərarı ilə iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi həmin nəticəyə gələrkən hesab etmişdir ki, Nəsimi rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli rəyində vətəndaş İddiaçı barəsində Azərbaycan Respublikasının CM-128 maddəsinə əsasən təqsirləndirici material olduğundan soyadın dəyişdirilməsinin məqsədəmüvafiq olmaması bildirildiyi halda cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi kimi hərəkətlərində (inzibati fəaliyyətində) qanunsuzluğa yol verilməsi məhkəmə tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, məhkəmənin özünün də istinad etdiyi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 79 nömrəli Qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.5-ci bəndi nəzərdə tutur ki, ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə, onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda, habelə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda adın, ata adının, soyadın dəyişdirilməsinə yol verilmir. “Qaydalar”ın sözügedən bəndindən aydın görünür ki, o cümlədən, soyadın dəyişdirlməsinə aşağıdakı hallarda yol verilmir:

1. ərizə verən şəxs cinayət mühakimə icraatına şübhəli və ya təqsirləndirilən şəxs qismində cəlb edildiyi dövrdə;

2. onun götürülməmiş və ya ödənilməmiş məhkumluğu olduqda;

3. barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs olduqda. İş materiallarından isə görünür ki, sadlanan hallardan hər hansı biri konkret halda mövcud deyildir. Belə ki, Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-13-12/2-77309/2023 nömrəli məktubunda aşağıdakılar bildirimişdir: 1) xx.xx.1995-ci il təvəllüdlü İddiaçı Nəsimi rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1,264,66 və 70-ci maddələrinə əsasən 1 il 6 ay müddətinə nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 1 il şərti sınaq müddəti təyin edilmişdir. 2) N.N.Rəşidli barədə Səbail RPİ tərəfindən xx.xx.2016-cı il tarixdə AR CM-nin 127.1-ci maddəsi ilə cinayət təqibi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 40.2.20ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir. 3) Bundan başqa, N.N.Rəşidli barədə Yasamal RPİ tərəfindən xx.xx.2017-ci il tarixdə AR CM-nin 128-ci maddəsi ilə cinayət təqibi başlanılmış və həmin tarixdə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət işinin icraatına xitam verilmişdir. 4) Həmçinin, N.N.Rəşidli Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə AR CM-nin 128,29,151-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb edilmiş və AR CMnin 73.2-ci maddəsi ilə cinayət məsuliyyətindən azad edilərək cinayət təqibinə xitam verilmişdir. Məktubda qeyd olunan məlumatlardan göründüyü kimi, 1-ci halda CM-nin 70-ci maddəsi tətbiq olunmaqla iddiaçıya verilən cəza 1 il müddətinə şərti hesab edilmişdir. Belə olan halda, sözügedən Məcəllənin 83.3.1-ci maddəsi isə nəzərdə tutur ki, şərti məhkum edilmiş şəxslər barəsində — sınaq müddəti başa çatdıqda, məhkumluq ödənilmiş hesab olunur. 2-ci, 3-cü və 4-cü hallara gəldikdə isə burada müvafiq olaraq cinayət işinin başlanması rədd edildiyi və cinayət təqbinə xitam verildiyi halda, iddiaçının məhkumluqdan söhbət gedə bilməz. Göründüyü kimi, «Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları»nın 6.5-ci bəndi nəzərdə tutulan hallardan hər hansı biri iddiaçıya münasibətdə öz təsdiqini tapmır. Başqa sözlə, birinci instansiya məhkəməsinin istinad etdiyi hallar iddianın rədd olunması üçün əsas ola bilməzdi. Onu da qeyd etmək lazımdır ki, iş üzrə Dövlət Miqrasiya Xidməti Miqrasiya Siyasi və Hüquqi Təminat Baş İdarəsinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 3-37/2-13***-******* nömrəli məktubuna əsasən xx.xx.1995-ci il təvəllüdlü İddiaçı digər ölkələrdən deportasiya olunması, eləcə də hər hansı ölkəyə girişinin məhdudlaşdırılması ilə bağlı Dövlət Miqrasiya Xidmətində məlumat mövcud deyil. Eyni zamanda Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin Bakı İnzibati Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-38-33/2-1946/2023 saylı məktubunda bildirilmişdir ki, xx.xx.1995- ci il təvəllüdlü İddiaçı Azərbaycan Respublikasının hüdudlarından hərəkətinə Dövlət Sərhəd Xidməti tərəfindən heç bir məhdudiyyət tətbiq olunmamışdır. Azərbaycan Respublikasının 53.3-cü maddəsi də məhz onu nəzərədə tutur ki, uşağın soyadı valideynlərinin soyadı ilə müəyən edilir. Həmin Məcəllənin 189-cu maddəsinə əsasən, eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 79 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları»ının 6-cı hissəsinin 6.1ci bəndinə əsasən Azərbaycan Respublikası vətəndaşların öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Konkret halda, iddiaçının iş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnaməsinə əsasən müəyyən olunur ki, onun həm atasının, həm də anasının soyadı - müvafiq olaraq “Hüseynov” və “Hüseynova” sayadı təkşil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya uşaqlığında soyad verilərkən, valideynləri tərəfindən Ailə Məcəlləsinin qeyd olunan 53.3-cü maddəsinin tələblərinin, valideynləri arasında fikir ayrılığı səbəbindən gözlənilməməsi, 18 yaşına çatdıqdan sonra həmin Məcəllənin 189-cu maddəsinin və Qaydaların qeyd olunan 6.1-ci bəndinin tələbləri baxımından, hüququnu məhdudlaşdıra bilməz. Odur ki, qeyd olunanlar nəzərə alınmaqla, iddiaçının “Rəşidli” soyadının öz valideynlərinin “Hüseynov” soyadına dəyişdirilməsini və bununla bağlı ona yeni doğum haqqında şəhadətnamə verilməsini tələb etməsi qanuni və əsaslıdır. Bu baxımdan, cavabdeh tərəfindən Nəsimi rayon Polis İdarəsi tərəfindən aparılmış yoxlama zamanı soyadının dəyişdirilməsinin məqsədəmüvafiq hesab edilmədiyi əsas tutularaq, ona soyadının dəyişdirilməsindən imtina olunması onun qanunla qorunan hüquqlarını pozur. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki,inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Qeyd olunanlar nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarında iddianın rədd olunması barədə gəldiyi nəticə işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun hesab oluna bilməz. Ona görə də məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin, birinci instansiya məhkəməsi tərəfindən obyektiv araşdırılma aparılmadığını və bunun da nəticəsində düzgün olmayan qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia təmin olunmalı və iddiaçının doğum haında şəhadətnaməsində “Rəşidli” soyadının “Hüseynov” soyadına dəyişdirilməsi və müvafiq olaraq ona yeni şəhadətnamə verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə yeni qərar çıxarılmalıdır. Qeyd edilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçının apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8906/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar çıxarılsın. İddia təmin edilsin. İddiаçı İddiaçı, doğum haqqında şəhadətnaməsində “Rəşidli” soyadının ““Hüseynov” soyadına dəyişdirilməsi və müvafiq olaraq ona yeni doğum haqqında şəhadətnamə verilməsi vəzifəsi cavabdeh 2 saylı Asan Xidmət X3 həvalə edilsin. Qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar