Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-545/2022 24.05.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, Cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı (xx.xx.1993-cü il tarixdə Tovuz rayonunda anadan olmuş, Bakı şəh., Nəsimi ray., ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “ödənilmiş rüsumun qaytarılması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(112)- 986/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı 17 dekabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli , hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009- cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin iddiaçıya qaytarılması tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsində bildirilmişdir ki, JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobili iddiaçı 2017-ci ildə X1 vasitəsilə X5 29 000 manata almışdır. Lakin, avtomobilin sənədlərində nöqsanlar olduğu üçün onu adına rəsmiləşdirə bilməmişdir: belə ki avtomobilin faktiki sahibi X7 olduğu halda, avtomobil mülkiyyət hüququ ilə Rusiya Federasiyasının vətəndaşı X2 adına dövlət qeydiyyatında olmuşdur. Ona görə də o, Rusiya Federasiyasına gedib orada alqı-satqı müqaviləsini rəsmiləşdirib avtomobili adına keçirmişdir. Bundan sonra avtomobilin Rusiya Federasiyasının ərazisindən kənara çıxarmaq üçün Rusiya Federasiyasının DİN-nin X3 Dövlət İnspeksiyası İdarəsi (QİBDD) tərəfindən ona icazə arayışı verilmişdir. Alqı-satqı sonradan rəsmiləşdirilmiş olsa belə, avtomobil Azərbaycan Respublikasının ərazisinə faktiki olaraq 2011-ci ildə Ülvin Tağıyev tərəfindən gətirilmiş və bir daha həmin avtomobil Azərbaycan Respublikasından kənara çıxarılmamışdır. Avtomobili əldə edib, gömrükdən keçirib adına rəsmiləşdirmək istərkən müəyyən edilmişdir ki həmin avtomobil “İNTERPOL” bazasında axtarışdadır və bununla bağlı Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X14 və Təhqiqat Şöbəsində cinayət araşdırılmasına başlanmış, avtomobil cavabdeh AR DGK-nin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinin cərimə meydançasına yerləşdirilmiş və bu günə kimi həmin meydançada saxlanılır. Aparılmış araşdırma nəticəsində cinayət faktı təsdiq edilməmiş və DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin Yol Nəqliyyat Hadisələrinə dair X14 və Təhqiqat şöbəsinin rəis müavini Arzu Babayevin 09 sentyabr 2019-cu il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və avtomobilin iddiaçıya qaytarılması barədə qərar verilmişdir.İddiaçı avtomobilin dövlət gömrük rüsumunu ödəyib onu X15 İdarəsində adına qeydiyyata salmaq istərkən, cavabdeh Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi gömrük rüsumlarını hazırda qüvvədə olan yeni tariflər üzrə hesablamış və həmin tariflər üzrə ödənilməsini iddiaçıdan tələb etmişdir. Bununla bağlı bildirir ki istintaq orqanı tərəfindən müəyyən edilmişdir ki, avtomobilin faktiki sahibi olan X8 onu satmaq məqsədilə Azərbaycan Respublikası 2011-ci il tarixdə idxal etmişdir. Lakin, həmin zaman güvvədə olan dövlət gömrük rüsumları üzrə Ülvin Tağıyev avtomobilin gömrük ödənişlərini ödəmək imkanına malik olmamış və bu səbəbdən həmin avtomobil ona mövcüd vəziyyətdə bu şərtlə satılmışdır ki, həmin gömrük rüsumlarını iddiaçı ödəsin. O avtomobili əldə edəndən sonra yaranmış problemlər ilə bağlı gömrük rüsumlarını vaxtında ödəyə bilməmişdir, problemləri həll etmək üçün zaman tələb edilmiş və müddət ərzində gömrük rüsumları tarifləri bir neçə dəfə artmış və hazırda güvvədə olan gömrük rüsumları ilə həmin avtomobili əldə etmək ümimiyyətlə sərfəli deyil. Belə ki, göstərilən tariflər üzrə gömrük rüsumlarının ödənildiyi halda avtomobil ona ifrat dərəcədə bahalı qiymətə düşür, halbuki oxşar vəziyyətdə olan avtomobillər ölkənin maşın bazarında qatqat aşağı qiymətə satılır. Yəni şəraitin dəyişməsi, avtomobilin köhnəlməsi və gömrük rüsumlarının dərəcələrinin artması göstərilən avtomobili cavabdehin hesabladığı gömrük qiymətləri üzrə əldə etmək ziyanlıdır. Lakin, nəzərə alınmalıdr ki o, avtomobil dəyərini ( 29 000 manat) artıq ödəmişdir, avtomobili faktiki mülkiyyətinə keçirmişdir və hazırda bu faktlar qarşısında qalmışdır. Sözügedən avtomobilin Azərbaycan Respublikasına 2011-ci il tarixdə idxal olduğu üçün o gömrük rüsumlarını həmin zaman mövcüd olan gömrük tarifləri üzrə hesablanmasını və ödənilməsini cavabdehdən xahiş etmişdir. Cavabdeh bundan imtina etmişdir. Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarı ilə (hakim E.Əliyev) iddia tələbi qismən təmin edilmiş, JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, rəsmiləşdirildikdən sonra avtomobilin İddiaçı Nizami qızına (mətnə uyğun) qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarının iddianın təmin edilməyən hissəsində ləğv edilməsi, iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qəbul eldiyi qərarında mübahisə predmeti olan avtomobilin 2011-ci ildə Azərbaycan Respublikasına daxil olduğunu qeyd etmişdir. Məhkəmə iddiaçının avtonəqliyyat vasitəsini 2018-ci ilin gömrük rüsumları ödənilməklə rəsmiləşdirilməli olduğunun hüquqi əsasını qeyd etməmişdir. Məhkəmənin qəbul etdiyi qərar iddiaçının vəziyyətini ağırlaşdırmağa yönəlmişdir ki. bu da Azərbaycan Respublikasının Konstitusiyasına ziddir. Cavabdeh qərardan apellyasiya şikayəti verməmişdir. Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.08.2020-ci il tarixli 2-1(103)-1389/2020 saylı qərarı ilə (hakimlər V.Ağayev, İ.Şirinov, A.Hüseyn) apellyasiya şikayəti təmin edilməyərək, Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 17.11.2020-ci il tarixli 2-1(102)- 2105/2020 saylı qərarı ilə (hakimlər İ.Hüseynov, R.Nəbizadə, K.Bədəlov) kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin İK-nın 11.08.2020-ci il tarixli 2-1(103)-1389/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1079/2021 saylı, 23.04.2021-ci il tarixli qərarı ilə (hakimlər A.Nuriyeva,C.Yusifov,X.Mərdanova) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 05.06.2020-ci il tarixli, 2-1(112)-986/2020 saylı qərarı - avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması hissəsində ləğv edilmiş, Qərar iddianın təmin edilmiş - JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin gömrük rüsumu hesablanmaqla rəsmiləşdirilməsi, rəsmiləşdirildikdən sonra avtomobilin İddiaçı Nizami qızına qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulması hissəsində və qalan təmin edilməmiş hissəsində dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İK-nın 2-1(102)- 1657/2021 saylı, 05.10.2021-ci il tarixli qərarı ilə (hakimlər N.Rəsulbəyova,Ə.Seyidov, Z.Quliyev) iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23.04.2021-ci tarixli, 2- 1(103)- 1079/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmiş, iddiaçının kassasiya şikayəti qalan hissədə təmin edilməmişdir. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş materiallarına əsasən iddiaçının nümayəndəsi və vəkili olmuş Vəkil məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı iş üzrə iddia tələbinin məzmunundan aydın olur ki, iddiaçı JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli , hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009- cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirlməsi, habelə avtomobilin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin qismən təmin edilməsi barədə qərarının nəticə hissəsində JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli, hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009-cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, rəsmiləşdirildikdən sonra avtomobilin İddiaçı Nizami qızına qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. Göründüyü kimi iddiaçı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsini xahiş etsə də, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, avtomobilin 2018-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsini qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında iddiaçının tələbinin konkret nədən ibarət olduğunun göstərilməsi imperativ olaraq tələb olunur. Bu işin hallarının araşdırılması prinsipinin tətbiqində mühüm rol oynayır. Eyni zamanda məhkəmə işin hallarının araşdırılması zamanı yalnız mübahisə predmeti barəsində qərarın qəbulu üçün zəruri olan hallarla kifayətlənməlidir. Məhkəmə lüzumsuz və işə aidiyyəti olmayan halları araşdıra bilməz. Bu tələb məhkəmə baxışının hədlərini müəyyən edən İPM-in 52-ci maddəsindən irəli gəlir. Bununla bağlı olaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ondan gözlənilən araşdırma həddini aşmış, araşdırma həddi iddia tələbindən asılı olaraq müəyyən edilməmiş və işin hallarının araşdırılması prinsipinə əməl olunmamaqla ciddi prosessual pozuntuya yol vermişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2- 1(112)- 986/2020 nömrəli qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 82, 87,90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 05 iyun 2020-ci il tarixli, 2-1(112)- 986/2020 nömrəli qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Aksizli Mallar üzrə Baş Gömrük İdarəsinə qarşı “JTJHYOOW104040870 identifikasiya (şassi) nömrəli , hazırda üzərində T779MX59 qeydiyyat nömrəsi olan, 2009- cu il buraxılışlı Lexus LX 570 markalı avtomobilin onun idxal edildiyi 2011-ci ilin gömrük rüsumları üzrə hesablanması və rəsmiləşdirilməsi, habelə avtomobilin iddiaçıya qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş yenidən baxılması üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-545/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-545/2022
24.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver