Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-545/2023 16.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X2 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Nemət oğlunun cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(113)-8133/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı məhkəməyə müraciət edərək təyin olunmuş yaşa görə əmək pensiyasının, əmək kitabçasında qeyd olunmuş iş stajı illərinin sosial sığorta stajına daxil edilməklə yenidən hesablanması və ödənilməmiş pensiyaların birdəfəlik ödənilməsinin təmin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi üzərinə öhdəlik olaraq qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının ərizəsi əsasında cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(113)-8133/2022 nömrəli xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək təmin olunması, iddianın rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh orqanın nümayəndəsi T.Hətəmova yazılı vəsatət təqdim edərək, tərəflərindən iddiaçının tələbinin təmin edilərək İddiaçı xx.xx.2023-cü il tarixli **********2 nömrəli qərarla xx.xx.1993-cü il tarixdən – xx.xx.1994-cü il tarixədək “Nicat” sərbəst kiçik müəssisəsində, xx.xx.1994-cü il tarixdən – xx.xx.1995-ci il tarixədək “Dizayn-91” müstəqil kiçik müəssisəsində işlədiyi dövrlər sosial sığorta stajına daxil edilməklə, yaşa görə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən yenidən hesablandığını, bununla da tərəflər arasındakı mübahisə predmetinə səbəb olan hal aradan qalxdığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı məsələnin cavabdeh orqanla aralarında razılıq əsasında həll olunduğundan iş üzrə icraata xitam verilməsinə etirazı olmadığını bildirmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfi dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, cavabdeh orqanın iş üzrə icraata xitam verilməssi barədə vəsatəti təmin edilməlidir. Belə ki, cavabdehin vəsatətinə əlavə olunmuş sənədlərədən görünür ki, “əmək pensiyasının təmin edilməsi haqqında” xx.xx.2023-cü il tarixli (№**********2) qərarı ilə iddiaçıya hüququnun yarandığı xx.xx.2011-ci il tarixdən (xx.xx.2023-cü il tarixindən hesablanıb ödənilməklə) əmək pensiyası təyin edilmiş və “pensiya təyinatı alt siteminə” yerləşdirilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin («İPM») 67.1-ci maddəsinin tələbinə görə mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Həmin Məcəllənin 67.2-ci maddəsinə əsasən sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə də işin hallarını və qanunvericiliyin tələblərinin nəzərə alan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin vəsatəti təmin olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 83, 89, 90-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi icraata xitam verilməsi barədə vəsatəti təmin edilsin. İş üzrə icraata xitam verilsin. Qərardaddan kassasiya şikayəti verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-545/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-545/2023
16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver