Məhkəmə qərarları › İş №2-1(103)-546/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-546/2022

15.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-546/2022 15.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Tağızadə Mirzə Nəsib oğlundan ibarət tərkibdə, Cabbarlı Sahibə Məhəmmədbağı qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Mirzəli oğlunun cаvаbdеh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1070/2020 saylı, 27.10.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsаsən inzibati işə Bаkı Аpеllyаsiyа Məhkəməsinin binаsındа şifahi məhkəmə iclаsındа bахаrаq müəyyən еtdi: İddiaçı Mirzəli oğlu cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon xidmət nümayəndəliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət 01 yanvar 1972-ci ildən 13 noyabr 1974-cü il ilədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, 23 noyabr 1974-cü ildən 04 dekabr 1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,19 avqust 1977-ci ildən 20 dekabr 1977-ci ilədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, 28.11.1977-ci ildən 01.06.1978-ci ilədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, 01.09.1978-ci ildən 05.07.1983-cü ilədək Ç.İldırım adına Politexnik İnstitunun əyani şöbəsində təhsil aldığı 5 il, 22.11.1983-cü ildən 08.11.1993-cü ilədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndis-texnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, 09.11.1993-cü ildən 02.01.1998-ci ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 11 ay 23 gün, 05.01.1998-ci ildən 04.01.2002-ci ilədək "xxxx" ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, 08.01.2002-ci ildən 17.01.2005-ci ilədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün, 01.01.2006-cı ildən 31.12.2006-cı ilədək 1 il kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlərin onun sosial sığorta stajına hesablanması və 19 may 2019-cu ildən hesablanmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsinı xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya məxsus 18.03.1977-ci il tarixli İT-İ ******* nömrəli əmək kitabçasından görünür ki, o, 01.01.1972-ci il tarixdən “Başbakitikinti” İdarəsinin “Sovmədəntikinti” 11 nömrəli trestinin 10 nömrəli XTİ-nə 1-ci dərəcəli fəhlə işinə qəbul edilmiş,13.11.1974-cü il tarixədək orada işləmiş və 1 il 11 ay 13 gün staj əldə etmişdir. Həmçinin ona məxsus 04.10.1985-ci il tarixli, VÇ 058481 nömrəli hərbi biletdən görünür ki, o, 23.11.1974-cü il tarixdən 04.12.1976-cı il tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur, bu da 2 il 11 gün təşkil edir və iş stajına əlavə edilməlidir. Həqiqi hərbi xidmətdən qayıtdıqdan sonra o, Bakı Məişət Kondisionerləri zavodunda 19.08.1977-ci il tarixdən 24.10.1977-ci il tarixədək həmin zavodun bərkidici və istilik izolyasiyalı detallar sexində 2-ci dərəcəli köməkçi fəhlə, 24.10.1977-ci il tarixdən 20.12.1977-ci il tarixədək soyuq-basma avtomatlar sexində 2-ci dərəcəli avtomatçı usta vəzifəsində işləmişdir. Bu da 4 ay iş stajı təşkil edir. 28.11.1977-ci il tarixdən 01.06.1978-ci il tarixədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda 7 ay təhsil aldığına görə də bu müddət də iş stajına daxil edilməlidir. 05.07.1983-cü il tarixli, İV 040274 nömrəli diploma əsasən o, 01.09.1978-ci il tarixdən 05.07.1983-cü il tarixədək Ç.İldırım adına Politexnik İnstitunun əyani fakultəsində oxumuş və bu 5 il də iş stajına daxil edilməlidir. 22.11.1983-cü il tarixdən 08.11.1993-cü il tarixədək o, Bakı Cihazqayırma Birliyinə baş texnoloq şöbəsində 3-cü dərəcəli mühəndistexnoloq vəzifəsində, həmin zavodun instrumental təsərüfat şöbəsində baş mühəndis vəzifəsində, geniş istehlak sexində usta vəzifəsində, zavodun xarici əlaqələr və texniki informasiya şöbəsinin rəisi vəzifəsində, 6 nömrəli XİM sahəsində 1-ci dərəcəli mühəndistexnoloq vəzifəsində işləmiş və 9 il 11 ay 10 gün iş stajı qazanmışdır. 09.11.1993-cü il tarixdən 02.01.1998-ci il tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində işləmiş və 4 il 11 ay 23 gün iş stajı qazanmışdır. "xxxx" ATC Bakı İxtisas mexanikləşdirmə filialında 05.01.1998-ci il tarixdən 04.01.2002-ci il tarixədək sahə rəisi vəzifəsində işləmiş və 4 il iş stajı əldə etmişdir. Bakı şəhəri Biləcəri Bələdiyyəsində 08.01.2002-ci il tarixdən Nəqliyyat şöbəsinin müdiri vəzifəsində işləmiş, 02.01.2004-cü il tarixdə Biləcəri Bələdiyyəsində daimi işlər üzrə komissiyanın üzvü seçilmiş, 17.01.2005-ci il tarixdə səlahiyyətinə xitam verilmişdir. Bununla da 3 il 12 gün iş stajı qazanmışdır. 13.01.2005-ci il tarixdən hal-hazırki günə kimi kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Beləliklə o, 65 yaşına keçmiş və onun ümumi əmək stajı 31 il 09 ay 28 gün təşkil edir. Buna baxmayaraq cavabdeh onun hazırlıq kursunda oxuduğu dövrü təsdiq edən əmək kitabçasındaki qeydi, əyani ali təhsil haqında diplomu və digər iş stajını müəyyən edən əmək kitabçasını təqdim etməyinə baxmayaraq ona yaşa görə əmək pensiyasını təyin etməkdən əsassız olaraq imtina edir. Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli, 2-1(112)-1070/2020 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya 1972-ci il 1 yanvar tarixdən 1974-cü il 13 noyabr tarixədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, 1974-cü il 23 noyabr tarixdən 1976-cı il 4 dekabr tarixədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,19 avqust 1977-ci ildən 1977-ci il 20 dekabr tarixədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, 1977-ci il 28 noyabr tarixdən 1978-ci il 1 iyun tarixədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitutun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, 1978-ci il 1 sentyabr tarixdən 1983-cü il 5 iyul tarixədək Ç.İldırım adına Politexnik İnstitutun əyani şöbəsində təhsil aldığı 5 il, 1983cü il 22 noyabr tarixdən 1993-cü il 8 noyabr tarixədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndis-texnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, 1993-cü il 09 noyabr tarixdən 1998-ci il 2 yanvar tarixədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 11 ay 23 gün, 1998-ci il 5 yanvar tarixdən 2002-ci il 4 yanvar tarixədək "xxxx" ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, 2002-ci il 8 yanvar tarixdən 2005-ci il 17 yanvar tarixədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün, 2006-cı il 1 yanvar tarixdən 2006-cı il 31 dekabr tarixədək 1 il kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlərin onun sosial sığorta stajına hesablanması və 2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə edilmişdir. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 09.11,1993-cü il tarixindən 04.01.2002-ci il tarixədək və 01.01.2006-ci il tarixdən 31.12.2006-cı il tarixədək olan dövr sığorta olunanın sosial sığorta haqlarının ödənişi olunmadığından sosial sığorta stajına daxil edilməmişdir. Bu səbəblə, iddiaçıya yaşa görə əmək pensiyasının ödənilməsi birbaşa olaraq qanunvericiliyin tələblərinin pozulmasına gətirib çıxaracaqdır. Şəxsin, işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi üçün əsas və mühüm şərt - işlədiyi həmin dövr üçün dövlət sosial sığorta haqlarının ödənilməsidir. İddiaçıya yaşa görə pensiya əmək pensiyası təyin olunması üçün Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır: 1) fərdi hesabın sıqorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı Mizəli oğlunun təqdim etdiyi sənədlərə əsasən 22 il 8 ay 3 gün stajı olduğu və fərdi hesabında pensiya kapitalı olmadığı müəyyən edilmişdir.İmtina cavabında qeyd edildiyi kimi, 09.11.1993-ci il tarixdən 04.01.2002-cı il tarixədək və 01.01.2006-cı il tarixdən 31.12.2006-cı il tarixədək iddiaçının işləmiş olduğu dövrü yoxlamaq mümkün olmadığı üçün həmin dövrlər sosial sığorta stajı kimi hesablana bilməz. Bakı İnzibatı Məhkəməsinin qərarında da qeyd edildiyi kimi AR Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsindən sorğuya verilmiş 13.08.2020-ci il tarixli cavab məktubuna əsasən idarədə olan reyestrdə 1993-2002-ci illərə dair "xxxx" SMD və "xxxx" X5 Cəmiyyətinin Bakı İxtisasmexanikləşdirmə filialı adlı kommersiya qurumu aşkar edilmədiyi qeyd edilmişdir. Lakin məhkəmə buna baxmayaraq vətəndaşın iddiasını təmin etmişdir. 12 dekabr 2003-cü tarixli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 4.1-ci maddəsinə yəni hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydalarına əsasən Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və filialdan yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Qanunda da qeyd edildiyi kimi "xxxx" SMD və "xxxx" X5 Cəmiyyətinin Bakı İxtisasrnexanikləşdirmə filialı adlı kommersiya qurumu adlı hüquqi şəxsin mövcud olması ilə bağlı heç bir əsas yoxdur və hesab edir ki, şəxsin iddiası əsassızdır, hüquqi şəxs mövcud olmadığı üçün həmin illərin iddiaçının iş stajı kimi qeyd edilməsi həqiqətə uyğun deyil. İddiaçının işlədiyi müəssisənin mövcudluğunu dəqiqləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikasının Milli arxiv idarəsinə sorğular göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin sorğuya veriimiş 20.11.2020ci il tarixli cavab məktubuna əsasən "xxxx" SMD və "xxxx" X5 Cəmiyyəti 31.05.1999-cı ıl və 11.03.1998-ci il tarixlərində qeydiyyata alınmışdır. İddiaçı isə 1993-cü ildən başlayaraq həmin müəssisələrdə işlədiyini iddia edir. İddiaçının mövcud olmamış müəssisədə işləməsinə dair iddiası əsassızdır. Məhkəmə işin hallarını tam və obyektiv araşdırmadan qərar qəbul etmişdir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbləri əsassız və qanunsuzdur, bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 may tarixli, 2- 1(103)-1008/2021 nömrəli qərarı ilə Bakı İnzibati Məhkəməsinin 2020-ci il 27 oktyabr tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28.09.2021-ci il tarixli, 2-1(102)-1575/2021 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 21 may tarixli, 21(103)-1008/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya məhkəməsinə gönərilmiş, kassasiya şikayəti qalan hissədə təmin olunmamışdır. Növbəti Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin olunmasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1070/2020 saylı, 27.10.2020-ci il tarixli qərarının ləğv olunması, iddianın təmin olunmamasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasını, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1070/2020 saylı, 27.10.2020-ci il tarixli qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kоllеgiyаsı işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, işin mаtеriаllаrını yохlаyаrаq, аpеllyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq hеsаb еdir ki, аpеllyаsiyа şikаyəti qismən təmin еdilməli, birinci instаnsiyа məhkəməsinin qərarı dəyişdirilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsinin surətinə əsasən iddiaçı xx.xx.1955-ci il təvəllüdlüdür, Azərbaycan Respublikasının vətəndaşıdır, Bakı şəhəri Binəqədi rayonu ərazisində qeydiyyatdadır. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 13.08.2020-ci il tarixli məktubuna əsasən idarədə olan reyestrdə "xxxx" SMD və "xxxx" X5 Cəmiyyətinin Bakı İxtisasmexanikləşdirmə filialı adlı kommersiya qurumu aşkar edilməmişdir. - Vergilər Nazirliyinin elektron portalından çıxarışına əsasən "xxxx" X5 Cəmiyyəti hüququ şəxslərin dövlət reyestrinə daxil edilmişdir. - Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Komitəsinin 20.11.2020-ci tarixli məktubuna əsasən (bax i.v. 110), “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlə Əmlak Komitəsinin 31.05.1999-cu il tarixli sərəncamı ilə "xxxx" Dövlət Şirkətinin 8 müəssisəsinin bazasında "xxxx" ASC yarandılmış və 10.06.1999-cu il tarixdə qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmışdır.Cəmiyyətin səhmlərinin 52,82 faizi özəlləşdirilmiş, 47,18 faizi isə dövlət mülkiyyətindədir. Həmçinin Azərbaycan Respublikası Prezidentinin “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi haqqında” 646 saylı 02.12.1997-ci il tarixli Fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv edilmiş və Şirkətin qeyri-dövlət mülkiyyətinə məxsus əmlakının bazasında "xxxx" ASC yaradılaraq 01 saylı 01.03.1998-ci il tarixli Şəhadətnamə ilə dövlət qeydiyyatına alınmışdır. - Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsinin 07.10.2019-cu il tarixli məktubuna əsasən iddiaçı 13.01.2005-ci ildə vergi ödəyicisi kimi uçota alınmışdır, 01.01.2006-cı ildən 31.12.2006-cı ilə qədər fəaliyyət göstərməsi barədə məlumat aşkar edilmişdir, fəaliyyəti aktiv vəziyyətdədir. - İT – İ ******* nömrəli əmək kitabçasına əsasən İddiaçı 01.01.1992-ci ildən 13.11.1974-cü ilədək “Sosmədəntikinti” Başbakıtikinti 11 nömrəli trestin 10 nömrəli XTİ-də fəhlə, 19.08.1977-ci ildən 16.12.1977-ci ilədək Bərkidici və İstilik izolyasiyaları detallar sexində köməkçi fəhlə, soyuq basma avtomatlarının avtomatçı usta, 22.11.1983-cü ildən 08.11.1993-cü ilədək Bakıcihazqayırma İstehsalat Birliyində mühəndis-texnoloq, usta, şöbə rəisi, mühəndis, 09.11.1993-cü ildən 02.01.1998-ci ilədək "xxxx" SMA-da sahə rəisi, 05.01.1998-ci ildən 04.01.2002-ci ilədək "xxxx" ATSC-da sahə rəisi, 05.01.2002-ci ildən 17.01.2005-ci ilədək Bakı şəhəri X1 şöbəsinin müdiri vəzifələrində, daimi işlər üzrə komissiyanın üzvü işləmişdir, həmçinin 01.12.1977-ci ildən 05.07.1983-cü ilə qədər Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda və həmin ali məktəbun gündüz şöbəsində ali təhsil almışdır. - VÇ 058481 nömrəli hərbi biletə əsasən İddiaçı 23.11.1974-cü ildən 04.12.1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuşdur. - İV 040274 nömrəli diploma əsasən İddiaçı 1978-ci ildən 1983-cü il tarixədək Ş.İldırım adına AzPİ-nin mexanika fakultəsində gündüz şöbəsində təhsil almışdır. - Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Binəqədi rayon şöbəsinin 06.12.2019-cu il tarixli məktubuna əsasən iddiaçıya sığorta stajının 25 ildən az olması və fərdi hesabında pensiya kapitalının olmaması əsası ilə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir.İddiaçıya bildirilmişdir ki, 09.11.1993-cü ildən 04.01.2002-ci ilə qədər işlədiyi müəssisədə aldığı əmək haqqından sosial sığorta haqlarının ödənilməsini təsdiqləmək mümkün olmadığından həmin müddət və qanunvericiliklə nəzərdə tutulmadığından 19781983-cü illərdə təhsil aldığı dövr sığorta stajına daxil edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, 01 yanvar 1972-ci ildən 13 noyabr 1974-cü il ilədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, 23 noyabr 1974-cü ildən 04 dekabr 1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,19 avqust 1977-ci ildən 20 dekabr 1977-ci ilədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, 28.11.1977-ci ildən 01.06.1978-ci ilədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, 01.09.1978-ci ildən 05.07.1983cü ilədək Ç.İldırım adına Politexnik İnstitunun əyani şöbəsində təhsil aldığı 5 il, 22.11.1983cü ildən 08.11.1993-cü ilədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndis-texnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, 09.11.1993-cü ildən 02.01.1998-ci ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 11 ay 23 gün, 05.01.1998-ci ildən 04.01.2002-ci ilədək "xxxx" ATC4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, 08.01.2002-ci ildən 17.01.2005-ci ilədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün, 01.01.2006-cı ildən 31.12.2006-cı ilədək 1 il kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu müddətlərin onun sosial sığorta stajına hesablanması və 19 may 2019-cu ildən hesablanmaqla iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə qeyd etmişdir ki, 1993-2002-ci illərdə qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının özünün gəlirlərindən könüllü şəkildə məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi nəzərdə tutulmamışdır. Bu hüquq və vəzifə müstəsna olaraq onun işlədiyi müəssisəyə aid idi və müəssisə tərəfindən həmin hüquq və vəzifənin icra edilməməsi nəticəsində iddiaçının məsuliyyətinin yaranması qanunvericilikdə nəzərdə tutulmamışdır. 2000-ci il 16 may tarixli “Məcburi dövlət sosial sığorta ödəmələri üzrə borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 4-cü maddəsinə əsasən “Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı”na uyğun olaraq özəlləşdirilmiş dövlət müəssisələrinin özəlləşənə qədər olan məcburi dövlət sosial sığorta ödəmələri üzrə borclarının 2000-ci il yanvarın 1-nə qədər ödənilməmiş hissəsi və onlara tətbiq edilmiş maliyyə sanksiyaları (hesablanmış peniya) tam məbləğdə ləğv edilmişdir. Məhkəmə hesab etmişdir ki, həmin qanunun tələbləri nəzərə alınmaqla qanunvericiliklə qeyd edilən borclar ləğv edildiyi halda iddiaçının 1993-cü il 9 noyabr tarixdən 2002-ci il 4 yanvar tarixə qədər olan dövrdə işlədiyi müəssisənin sosial sığorta haqlarını ödəyib-ödəməməsi artıq iddiaçıya pensiya təyin edilməsi üçün əhəmiyyət kəsb etmir. Həmçinin, “təhsil müddətinin əmək stajına daxil edilməsi” məsələsi şəxsin təhsil aldığı zaman qüvvədə olan qanunvericiliklə, pensiya hüququ isə bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənir. “Əmək stajı” və “pensiya hüququ” müxtəlif dövrlərdə yaranan hüquqi anlayışlar olduğundan təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə müəyyən edilə bilməz. Beləliklə, iddiaçının təhsil müddətinin onun sosial sığorta stajına daxil edilməsi təhsil aldığı dövrün qanunvericiliyinin tələbidir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır. Ali Məhkəmə hesab etmişdir ki, şikayət qərarın ləğv edilməsi hissəsində əsaslıdır və təmin olunmalıdır. Məhkəmə qərarında aşağıdakıları qeyd etmişdir: “...2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajının əmək kitabçasına əsasən müəyyən edilməli olması şərti, iddiaçının da öz tələbinin əsası kimi onun adına tərtib olunmuş əmək kitabçasındakı məlumatlara əsaslanması nəzərə alındıqda, əmək kitabçasındakı məlumatların mötəbərliyi özü-özlüyündə (yəni onun mötəbərliyini aradan qaldıran və ya şübhə altına ala bilən digər sübutlar olmadan) şübhə doğurmamalı, əmək pensiyası təyin edilməsi üçün zəruri şərt kimi çıxış edən fakta və ya faktlara dair həqiqi vəziyyəti dəqiq əks etdirməlidir. Bilavasitə iddiaçı tərəfindən təqdim olunmuş və ya məhkəmələrin öz təşəbbüsü ilə əldə edilmiş məlumatlar iddiaçının cavabdeh tərəfindən mübahisələndirilən müddətlərdə işləməsi faktını özü-özlüyündə, qeyd-şərtsiz təsdiq etmir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin müəyyən etdiyi 22 il 8 ay 3 gün müddətə iddiaçının əmək fəaliyyətinin məhz hansı dövrlərini aid etdiyini aydınlaşdırmamış, cavabdehdən bu barədə açıqlama tələb etməmişdir. Belə ki, şəxslərin pensiya hüquqlarının reallaşdırılmasını bilavasitə təmin etmək vəzifəsi daşıyan cavabdeh inzibati orqan şəxslərin (hazırkı halda, iddiaçının) müraciəti ilə bağlı inzibati icraatın nəticələrinə dair yazılı cavabında müraciətin təmin olunmasından imtinanın səbəbləri ilə bərabər, müraciətdə istinad edilən (yaxud, belə istinad olmasa da, inzibati orqanın özünün xidməti vəzifəsinə görə müəyyən etdiyi) digər hallara da münasibəti aydın göstərilməlidir. Bu, həm də ona görə əhəmiyyət kəsb edir ki, maraqlı şəxs imtinanın əsaslarını, habelə onun müraciəti ilə bağlı hansı halların inzibati orqan tərəfindən ümumiyyətlə mübahisələndirilmədiyini cavab məktubunda aydın görmək, bununla da, cavabdehə qarşı irəli sürdüyü iddia tələbinin həcmini dəqiq müəyyən etmək imkanına malik olsun. Cavabdehin imtina məktubundan bunları aşkar müəyyən etmək mümkün olmadıqda, mübahisənin düzgün həlli, həmçinin əmək pensiyasının təyin edilməsi və ya təyin edilmiş pensiyanın yenidən hesablanması ilə bağlı hazırkı tərəflər arasında yeni mübahisənin (məhkəmə icraatının) yaranmasına səbəb ola bilən halların aradan qaldırılması üçün hazırkı məhkəmə icraatı çərçivəsində həmin məsələlərə tərəflərin iştirakı ilə aydınlıq gətirilməli, zərurət yarandığı halda, iddia tələbinin dəqiqləşdirilməsində iddiaçıya yardım edilməlidir. Bundan başqa, cavabdeh apellyasiya şikayətində həmçinin qeyd edir ki, iddiaçının fərdi hesabında pensiya kapitalı olmadığı müəyyən edilmişdir. Apellyasiya instansiyası məhkəməsi iddiaçının 2006-cı il 1 yanvar tarixdən 2006-cı il 31 dekabr tarixədək olan əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi barədə tələbinin təmin olunmasının əsası kimi Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri X3 üzrə Baş İdarəsinin 2019-cu il 7 oktyabr tarixli məktubuna istinad etmişdir. Həmin məktuba əsasən iddiaçı 2005-ci il 13 yanvar tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır, 2006-cı il 1 yanvar tarixdən 2006-cı il 31 dekabr tarixə qədər fəaliyyət göstərməsi barədə məlumat aşkar edilmişdir, fəaliyyəti aktiv vəziyyətdədir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı qeyd olunan dövrdə vergi ödəyicisi kimi uçota alınaraq əmək (sahibkarlıq) fəaliyyəti ilə məşğul ola bilər. Lakin həmin dövrün sosial sığorta stajı kimi nəzərə alınması qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə şərtlənir (“Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsi)...” Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərək iddiaçıya 19 may 2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin etməsi qanuni və əsaslı olsa da, məhkəmə iddiaçının sosial sığorta stajını hesablayarkən yanlışlığa yol vermişdir. Cavabdehin imtina məktubuna, iddia ərizəsinə etiraza, eləcə də, apellyasiya şikayətinə, habelə Ali Məhkəmənin məcburi göstərişinə əsasən apellyasiya icraatı zamanı dindirilən cavabdehin nümayəndəsinin izahatına görə, müəyyən edilmişdir ki, iddiaçının 09.11.1993-cü il tarixdən 04.01.2002-ci il tarixədək və 01.01.2006-ci il tarixdən 31.12.2006-cı il tarixədək işlədiyi dövr sığorta stajına hesablanmamışdır. Belə ki, iddiaçının əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələbinə uyğun deyildir. Həmçinin, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 22 il 8 ay 3 gün stajının olduğu və fərdi hesabında pensiya kapitalı olmadığından ona pensiya təyin olunmasından imtina olunmuşdur. Göründüyü kimi, hazırki icraat zamanı araşdırılmalı olan məsələ iddiaçının 09.11.1993-04.01.2002-ci illərdə və 01.01.2006-31.12.2006-cı illərdə işlədiyi dövrün onun sığorta stajına hesablanmalı olub-olmamasının müəyyən edilməsidir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Maddənin qeyd hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.1. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən hər hansı işinin müddəti; 21.2.2. yaradıcılıq ittifaqlarının və peşəkar birliklərin üzvlərinin yaradıcılıq fəaliyyətinə başladıqdan sonrakı dövr, 1991-ci il yanvarın 1-dən isə müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödədikləri müddət; 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti; 21.2.4. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada hesablanan İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıllara (yaşı 70-ə çatmış şəxslərə)qulluq edilməsi müddəti; 21.2.5. işsizlikdən sığorta ödənişinin verildiyi müddət, yaxud işsizin yenidən peşə hazırlığı keçdiyi və ya təhsil aldığı müddət; 21.2.6. istehsalatda bədbəxt hadisələr və ya peşə xəstəliyi nəticəsində işləməyən İ və İİ dərəcə əlilliyi olan şəxslərin yaşa görə əmək pensiyasının təyin edilməsi üçün yaş həddinə çatanadək pensiyada olduqları müddət; 21.2.7. zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət; 21.2.8. şəxsin qanunsuz tutulma, həbsdə olma və cəzaçəkmə müddətləri, eləcə də qeyri-qanuni olaraq işdən (vəzifədən) kənarlaşdırılması ilə əlaqədar işləmədiyi müddət; 21.2.9. əmək qabiliyyətinin müvəqqəti itirilməsi müddəti ərzində həm işəgötürənin vəsaiti, həm də məcburi dövlət sosial sığortası vəsaitləri hesabına müavinət alındığı müddət; 21.2.10. mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxslərin həmin torpaq sahəsinə görə qanunvericiliklə müəyyən olunmuş qaydada məcburi dövlət sosial sığorta haqları ödədiyi müddət. 21.2.11. hərbi xidmət müddəti (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində hərbi xidmət dövrü daxil olmaqla). Həmin Qanunun 2.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Həmin Qanunun 22-1.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sığortaolunanın əmək pensiyası avtomatlaşdırılmış qaydada təyin edilərkən, onun fərdi hesabının sığorta hissəsində 2018-ci ilin 1 iyul tarixinə qeydə alınmış pensiya kapitalı olduqda, 2006-cı il yanvarın 1-dək olan sığorta stajı bu Qanunun 22-1.2-ci maddəsinə uyğun olaraq hesablanır. Həmin Qanunun 22-1.2.1-ci maddəsinə əsasən 2019-cu il yanvarın 1-dən etibarən sağortaolunanın 2006-cı il yanvarın 1-dək olan sığorta stajı, bu Qanunun 22-1.1-ci və 22- 1.4-cü maddələrinin tələbləri nəzərə alınmaqla, 2019-2022-ci illərdə bu Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinə çatmış sığortaolunana yaşa görə əmək pensiyası təyin edilərkən onun 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün bir il azaldılmaqla hesablanır. Həmin Qanunun 22-1.3-cü maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslərin 2006-cı il yanvarın 1-dək faktiki sığorta stajı bu Qanunun 22-1.2.1 – 22-1.2.3-cü maddələrində göstərilən sığorta stajından çox olduqda onların arzusuna əsasən pensiya təyin edilərkən faktiki sığorta stajı nəzərə alınır. "Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 69-cu maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.11.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş «Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə»nin 3-cü bəndinə əsasən əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçalarına yalnız o halda zərurət yaranırdı ki, əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmasın. Əsasnamənin 25-ci bəndində tələb olunur ki, əmək kitabçasında olan qeydlər, həmin əmək kitabçasının doldurulma gününə qüvvədə olan idarə, müəssisə və təşkilatlarda əmək kitabçalarının doldurulma qaydaları barədə təlimatın tələblərinə müvafiq olaraq aparılmalıdır. Əgər əmək kitabçasında və digər sənədlərdə aparılan qeydlər müəyyən edilmiş qaydalara tam riayət edilməklə aparılmamışsa, bu halda onların əmək stajının təsdiqi üçün əsas kimi qəbul edilməsinin mümkünlüyü məsələsini pensiya təyin edən orqan həll edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında – işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci maddəsinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə iki hissəyə – Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Həmin Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qaydaların 3.2.1-ci bəndinə görə qazanılmış əmək pensiyası hüququnun PAS-a daxil edilməsi üçün əsaslardan biri də əmək kitabçasıdır. İddiaçının əmək kitabçasına əsasən müəyyən edilmişdir ki, o, 09.11.1993-cü ildə "xxxx" SMA-da sahə rəisi vəzifəsinə işə qəbul edilmiş, 02.01.1998-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. Həmçinin, 05.01.1998-ci ildə "xxxx" ATSC-da sahə rəisi vəzifəsinə qəbul edilmiş, 04.01.2002-ci ildə ərizəsinə əsasən tutduğu vəzifədən azad edilmişdir. İddiaçının yuxarıda qeyd olunan vəzifələrdə işlədiyi dövr onun əmək kitabçasında, əmək kitabçalarının dodurulma qaydalarına uyğun olaraq onu vermiş müəssisə tərəfindən hansı vaxtda, hansı vəzifələrdə işləməsi, işə təyin olunması və azad edilməsi, əmrlərin tarixləri və nömrələri ardıcıl olaraq göstərilmiş, səlahiyyətli şəxslər tərəfindən imzalanmış və işlədiyi müəssisələrin möhürləri ilə təsdiqlənmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, həmin dövrlər onunsığorta stajına hesablanmalıdır. İddianın iddiaçının 2006-cı il 1 yanvar tarixdən 2006-cı il 31 dekabr tarixədək olan əmək fəaliyyəti dövrünün sosial sığorta stajına daxil edilməsi hissəsinə münasibətdə kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi müəyyən edilmədiyindən, həmin dövr iddiaçının sosial sığorta stajına hesablanmamalıdır. Buna baxmayaraq, iddiaçının 01.01.2006-cı ilədək 25 ildən çox (32 il 08 ay 09 gün) ümumi iş stajı mövcud olduğundan, ona pensiya yaşının tamam olduğu 19 may 2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdehə həvalə olunmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə apelyasiya şikayətinin dəlillərini qismən əsaslı hesab edərək belə nətinəyə gəlir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1070/2020 saylı, 27.10.2020-ci il tarixli qərarı dəyişdirilməli, iddiaçı İskəndərov Oruc Mirzəli oğluna 01 yanvar 1972-ci ildən 13 noyabr 1974-cü il ilədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, 23 noyabr 1974-cü ildən 04 dekabr 1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,19 avqust 1977-ci ildən 20 dekabr 1977-ci ilədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, 28.11.1977-ci ildən 01.06.1978-ci ilədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, 01.09.1978ci ildən 05.07.1983-cü ilədək Ç.İldırım adına Politexnik İnstitunun əyani şöbəsində təhsil aldığı 5 il, 22.11.1983-cü ildən 08.11.1993-cü ilədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndis-texnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, 09.11.1993-cü ildən 02.01.1998-ci ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 01 ay 23 gün, 05.01.1998-ci ildən 04.01.2002-ci ilədək "xxxx" ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, 08.01.2002-ci ildən 17.01.2005-ci ilədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün onun sosial sığorta stajına hesablanması və 19 may 2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon xidmət nümayəndəliyinə həvalə edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon xidmət nümayəndəliyi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1070/2020 saylı, 27.10.2020-ci il tarixli qərarı dəyişdirilsin. İddiaçı İskəndərov Oruc Mirzəli oğluna 01 yanvar 1972-ci ildən 13 noyabr 1974-cü il ilədək “Başbaktikinti” İdarəsində fəhlə kimi 1 il 11 ay 13 gün, 23 noyabr 1974-cü ildən 04 dekabr 1976-cı ilədək Sovet Ordusu sıralarında həqiqi hərbi xidmət keçdiyi 2 il 11 gün,19 avqust 1977-ci ildən 20 dekabr 1977-ci ilədək Bakı Məişət Kondisionerləri zavodunda fəhlə, avtomatçı usta kimi 4 ay, 28.11.1977-ci ildən 01.06.1978-ci ilədək Azərbaycan Respublikası Ç.İldırım adına Politexnik İnstitunun hazırlıq kursunda müdavim kimi təhsil aldığı 7 ay, 01.09.1978-ci ildən 05.07.1983-cü ilədək Ç.İldırım adına Politexnik İnstitunun əyani şöbəsində təhsil aldığı 5 il, 22.11.1983-cü ildən 08.11.1993-cü ilədək Bakı Cihazqayırma İstehsalat Birliyində 3-cü dərəcəli mühəndis-texnoloq, baş mühəndis, şöbə rəisi vəzifəsində 9 il 11 ay 10 gün, 09.11.1993-cü ildən 02.01.1998-ci ilədək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində sahə rəisi vəzifəsində 4 il 01 ay 23 gün, 05.01.1998-ci ildən 04.01.2002-ci ilədək "xxxx" ATC-4 Bakı İxtisasmexanikləşdirmə filialında sahə rəisi vəzifəsində 4 il, 08.01.2002-ci ildən 17.01.2005-ci ilədək Biləcəri Bələdiyyəsində şöbə müdiri, bələdiyyə üzvü kimi 3 il 12 gün onun sosial sığorta stajına hesablanması və 19 may 2019-cu ildən hesablanmaqla yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Binəqədi rayon xidmət nümayəndəliyinə həvalə edilsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardan kassasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar