Məhkəmə qərarları › İş №2-1(103)-546/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-546/2024

01.05.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-546/2024 01.05.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X1 ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10173/2023 saylı 15 avqust 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 01 may 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1970-ci il təvəllüdlüdür. Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 25 oktyabr 2022-ci il tarixli V-601/25 nömrəli arayışında bildirilmişdir ki, Zuyeva (Velko) Raisa Aleksandorvna xx.xx.1985-ci il tarixdə 79 nömrəli Texniki Peşə Məktəbinin “Elektrik maşınları və aparatları üzrə yığıcı çilingər” ixtasısına qəbul olmuş və xx.xx.1988-ci il tarixində həmin ixtasası əyani formada bitirmişdir. Onun adına yazılmış B № ******* nömrəli diplom Elm və Təhsil Nazirliyi tərəfindən həmin təhsil müəssisəsinə verilmiş dövlət nümunəli sənəddir. İddiaçının əmək kitabçasındakı qeydə əsasən xx.xx.1990-cı il tarixli nikah haqqında şəhadətnaməyə əsasən iddiaçının “Zuyeva” soyadı “Velko” soyadına dəyişdirilmişdir. İddiaçıya məxsus əmək kitabçasındakı qeydlərdən görünür ki, o, xx.xx.1988-ci il tarixdə “Bakı Məişət Kondisioneri” zavodunda elektrik maşın və aparatların yığıcısı vəzifəsinə qəbul edilmiş və xx.xx.1991-i il tarixdə ərinin xidmət etdiyi yerə köçmə səbəbi ilə əmək müqaviləsinə xitam verilmşdir. xx.xx.1992-ci il tarixdə “Bakı Məişət Kondinsioner” zavodunda elektrik maşın və aparatların yığıcısı vəzifəsinə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə əmək müqaviləsinə xitam verilmiş, xx.xx.1995-ci il tarixdə Bakı şəhərlərarası telefon stansiyasına telefonçu vəzifəsinə qəbul olunmuş, Azərbaycan Respublikası Rabitə Nazirliyi №107, xx.xx.1992-ci il tarixli qərarına əsasən Şəhərlərarası Telefon Stansiyası İstehsalat Birliyi- “Aztelekorn” İВ sayılmış, "xxxx" İB-n Bakı ŞTT-nin ləğv edilməsi haqqında xx.xx.2001-ci il tarixli TP 223 saylı əmrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin a (müəssisənin ləğv edilməsi ilə əlaqədar) bəndinə əsasən xx.xx.2001-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2001-ci il tarixdə "xxxx" İB-nin X4 Stansiyasına 4-cü dərəcəli telefonçu vəzifəsinə qəbul edilmiş, xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il "xxxx" MMC-də çağrı mərkəzi üzrə təmsilçi vəzifəsinə qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 61 nömrəli arayışında bildirilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1995- ci il tarixdən (Əmr 105) xx.xx.2001-ci il tarixədək (4 saylı ləğvetmə komissiyasının əmri),xx.xx.2001-ci il tarixdən (əmr 55) xx.xx.2018-ci il tarixədək (əmr 78) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 22 il, 06 ay, 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 23100000- 19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Müdafiə Nazirinin Katibliyi Mərkəzi Arxivi tərəfindən 20 fevral 2023-cü il tarixli 4/2-843 nömrəli arxiv arayışında qeyd edilir ki, Çerniqov vilayətinin Çerniqov RHK-dan göndərilmiş, ukraynalı, 1970-ci il təvəllüdlü X12 Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin xx.xx.1987-ci il tarixli 185 №-li əmrilə (əsas: §-7, səh-285) 1-ci kursun şəxsi heyətinin siyahısına salınaraq məktəbin bütün növ təminatları ilə təmin edilmiş və 8-ci bölüyə təyin olunmuşdur. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbinin əlifba qeydiyyatı kitabında (əsas: 1987, sıra-47) xx.xx.1987-ci il taiixdə Çerniqov vilayətinin Çerniqov RHK-dan göndərilmiş, 1970- ci il təvəllüdlü X6 məktəb rəisinin xx.xx.1987-ci il tarixli 185 №-li əmrilə məktəbin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. Bakı Ali Ümumqoşun Komandanlıq Məktəbi rəisinin iyun 1991-ci il tarixli nizami hissə üzrə əmrlərində X6 şəxsi heyətin siyahısından çıxarılaraq N №-li hərbi hissəyə göndərilməsi barədə məlumat aşkar olunmamışdır. İş materiallarına əlavə edilmiş zabitin hərbi bileti əsasında Çerniqov vilayəti Çerniqov şəhər komissarlığı tərəfindən verilmiş arayışa əsasən X12 (iddiaçının əri) Türkmənistan hərbi dairəsinin 108 motoatıcı diviziyasının 180 motoatıcı alayının HÜQ 021001 motoatıcı rotasının komandiri kimi xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixlərində ağır iqlim şəraitli sahədə xidmət etmişdir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün xx.xx.2023-cü il tarixdə cavabdeh orqana müraciət etmiş və 07 aprel 2023-cü il tarixli imtina məktubunda ona bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraiıinə görə güzəştli şərtlərlə yaşa görə emək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə örnək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsinə göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericilikdə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2607-ci il tarixli 260 UİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında’' Qanununun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 20 il ümumi iş stajı olan və bu stajın azı 10 ilini Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 52 yaşı tamam olmuş qadınların güzəştli şərtlərlə yaşa gorə əmək pensiyası hüququ vardır. Mərkəzi Filiala təqdim etdikləri sənədlərdə qeyd edilən məlumatlardan göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 8 ay 29 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanlar nəzərə alınaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Cavabdehin qeyd olunan məktubundan narazı qalan İddiaçı məhkəməyə müraciət edərək, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2022-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət edərək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2№li Siyahısı”na uyğun olaraq yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin olunması üçün tələb olunan ümumi (20 il) və güzəştli (10) iş stajını xx.xx.2006-cı il tarixədək topladığı üçün ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdeh orqan güzəştli şərtlərlə pensiya təyin etməkdən imtina etmiş və imtina ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 14 dekabr 2022-ci il tarixli **********0 nömrəli məktubla cavablandırılmış 09 mart 2023-cü il tarixində daxil olmuş eyni məzmunlu ərizəyə və ona əlavə edilmiş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bir daha bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahıda nəzərdə tutulan işlərdə azı 10 ilini çalışmış qadınların Həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 67-ci maddəsinin İİİ hissəsinin «G» bəndinə əsasən ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, həbslə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Göründüyü kimi, hazırkı qanunvericiliklə təhsil müddəti iş stajı hesab olunmasa da, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyə əsasən onun təhsil aldığı müddət iş stajına daxil edilməlidir. Vətəndaşların pensiya təminatı haqqında Qanunun 67-ci maddəsinin i) bəndinə əsasən zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə; iş stajına daxil edilən əmək fəaliyyətinin növləri sırasına daxildir. Əmək pensiyası haqqında Qanunun 21.2.7-ci maddəsinə əsasən zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri sırasına daxildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqmda) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi-hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. ИТ-1№1101288 saylı Əmək kitabçasından da görünür ki, İddiaçı xx.xx.1988-ci il tarixdə “Bakı Məişət Kondinsioner” zavodunda elektrik maşın və aparatların yığıcısı vəzifəsinə qəbul edilmiş və xx.xx.1991-i il tarixdə ərinin xidmət etdiyi yerə köçmə səbəbi ilə əmək müqaviləsinə xitam verilmşdir. Həmin dövrdə İddiaçı həyat yoldaşı ilə onun xidmət etdiyi Temrez şəhərinə getmiş 1992-ci ilin mart ayının sonu Bakı şəhərinə dönmüşdür. xx.xx.1992-ci il tarixdə “Bakı Məişət Kondinsioner” zavodunda elektrik maşın və aparatların yığıcısı vəzifəsinə qəbul edilmiş və xx.xx.1995-ci il tarixdə əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.1995-ci il tarixdə Bakı şəhərlərarası telefon stansiyasına telefonçu vəzifəsinə qəbul olunmuşdur. Bakı Şəhərlərarası Telefon stansiyasına telefonçu vəzifəsinə qəbul olmuşdur. Azərbaycan Respublikası Rabitə Nazirliyi №107, xx.xx.1992-ci il tarixli qərarına əsasən Şəhərlərarası Telefon Stansiyası İstehsalat Birliyi- “Aztelekorn” İВ sayılmışdır. "xxxx" İB-n Bakı ŞTT-nin ləğv edilməsi haqqında xx.xx.2001-ci il tarixli TP 223 saylı əmrinə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin a (müəssisənin ləğv edilməsi ilə əlaqədar) bəndinə əsasən xx.xx.2001-ci il tarixdə əmək müqaviləsi ləğv edilmişdir. xx.xx.2001-ci il tarixdə “Aztelekorn” İB-nin X4 Stansiyasına 4-cü dərəcəli telefonçu vəzifəsinə qəbul edilmişdir. xx.xx.2018-ci il tarixdə "xxxx" MMC-də əmək müqaviləsinə xitam verilmişdir. xx.xx.2018-ci il "xxxx" MMC-də çağn mərkəzi üzrə təmsilçi vəzifəsinə qəbul olunub. xx.xx.2022-ci il tarixdə onunla bağlanan əmək müqaviləsinin müddəti bitdiyinə görə əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının zərərli əmək sahəsində iş stajı 01 yanvar 2006-cı il tarixədək 10 il 05 ay 22 gün; ümumi əmək stajı isə iddiaçının 20 il 2 ay 28 gün təşkil edir. xx.xx.2022-ci il tarixədək isə 36 il 11 ay 26 gün ümumi əmək stajı vardır. Cavabdeh bildirmişdi ki, İddiaçı 01 yanvar 2006-ci il tarixinədək ümumi iş stajı 20 ildən az (19 il 08 ay 5 gün (xx.xx.1985- xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1992-ci il xx.xx.1995-ci il, xx.xx.1995-ci il-xx.xx.2001 -ci il, xx.xx.2001- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İddiaçı hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 61№li arayışa əsasən İddiaçı (FİNxxxxxxx) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin peşələrin, vəzifələrin və göstəricilərin 2№li Siyahısf'-na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1995-ci il tarixdən (Əmr 105) xx.xx.2001-ci il tarixədək (4 saylı ləğvetmə komissiyasının əmri), xx.xx.2001-cı il tarixdən (əmr 55) xx.xx.2018-ci il tarixədək (əmr 78) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 22 il, 06 ay 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qırarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №li Siyahısı” üzrə 23100000-19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. xx.xx.1990-cı il tarixdə X5 X7 nikaha daxil olmuş və xx.xx.1994-cü il tarixdə nikahlarına xitam verilmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Katibliyi Mərkəzi arxivindən verilən xx.xx.2023-cü il tarixli 4/2-843 saylı arayışdan görünür ki, Çemiqov vilayətinin Çemiqov RHK-dan göndərilmiş, ukraynalı, 1970ci il təvəllüdlü X12 Bakı Ali Ümümqoşun Komandanlıq Məktəbi rəisinini xx.xx.1987-ci il tarixli 185 №-li əmri ilə (əsas:§-7 səh-285) 1-ci korpusun şəxsi heyətinin siyahısına salınaraq məktəbin bütün növ təminatları ilə təmin edilmiş və 8-ci bölüyə təyin olunmuşdur. Bakı Ali Ümümqoşun Komandanlıq Məktəbinin əlifba qeydiyyatı kitabında (əsas: 1987, sıra 47) xx.xx.1987-ci il tarixində Çemiqov vilayətinin Çemiqov RHK-dan göndərilmiş 1970ci il təvəllüdlü X6 məktəb rəisinin xx.xx.1987-ci il tarixli 185 №-li əmri ilə məktəbin şəxsi heyətinin siyahısına salınması barədə məlumat yazılmış, lakin şəxsi heyətin siyahısından çıxarılması barədə müvafiq qeydiyyat aparılmamışdır. İddia ərizəsinə əlavə edilən Milis polkovniki, Ukrayna DİN Çemiqov vilayətindəki İdarəsinin mütəşəkkil cinayətkarlıqla mübarizə mövzusunda analiz, planlaşdırma və nəzarət şöbəsinin əsas işlərində böyük əməliyyatçı X9 (T602241) təqaüd təyin edilməsi barədə hesab vərəqindən çıxarışın notarial qaydada tərcüməvə təsdiq edəilən surətindən görünür ki, hesab vərəqində aşağıdakı məlumatlar öz əksini tapmışdır. -Bakı Ümumqoşun komandirlər məktəbixx.xx.1987-xx.xx.1991-ci illər-Türkmənistan hərbi dairəsinin 108 motoatıcı diviziyasının motoatıcı alayının HÜQ021001 motoatıcı rotasınm komandiri (agır iqlim şəraiti sahəsində xidmət) Nazirlər şurasının xx.xx.1990-cı il tarixli qətnaməsi. Ehtiyyatda olan zabitin xx.xx.1992-ci il tarixli ГРГР 080250 hərbi bileti X10 şəhər komissarlığı tərəfindən verilmişdir. SSRİ Müdafiə Nazirliyinin № 1813 şəxsi işi İddiaçı yetərli əmək stajı vardır. Cavabdeh isə bu halı nəzərə almadan pensiya təyin edilməsindən imtina etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən verilmiş iddiaya dair yazılı etiraz iddiaçıya ünvanlanmış imtina məktubunun məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, xx.xx.2022-ci il tarixli **********0 nömrəli, xx.xx.2023-cü il tarixli 3-17-1/2- V-74909/2023 nömrəli və xx.xx.2023- cü il tarixli 3-17-1/2-V-103603/2023 nömrəli məktublarla ərizəçiyə imtina cavabı verilmişdir. Həmin məktublara əsasən ərizəçinin qanunvericiliklə tələb olunan ümumi iş stajının mövcud olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin mümkün hesab edilmədiyi bildirilmişdir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 10 il çalışmış qadınların həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017- ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9- cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. İddiaçı tərəfindən Mərkəzi Filiala ******* nömrəli əmək kitabçası təqdim edilmişdir. Təqdim edilən sənədlərdə qeyd edilən məlumatlara əsasən iddiaçının xx.xx.2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 8 ay 29 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988xx.xx.1991-ci İl, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2001-ci il, xx.xx.2001xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Göründüyü kimi, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericiliklə tələb olunan 20 il ümumi iş stajı mövcud olmamışdır. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması" tələbinə dair 2-1(112)-10173/2023 nömrəli inzibati iş üzrə iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Cavabdehin məhkəmənin 15 avqust 2023-cü il tarixli şifahi məhkəmə baxış iclasında təqdim etdiyi etiraza əlavədə qeyd edilmişdir ki, İddiaçı yoldaşı X6 xidmət illəri ərzində onunla birgə yaşadığı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrlərin onun sosial sığorta daxil edilməsini tələb edir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 21.2.7-ci maddəsinə əsasən zabit heyəti, gizir, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçuların arvadİarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları müddət sığorta stajına daxil edilir. Bununla bağlı bildirilmişdir ki, hərbi qulluqçuların arvadlarının ərləri ilə yaşadıqları müddətin sosial sığorta stajına daxil edilməsi üçün qanunvericiliyin tələblərinə əsasən öz ixtisası üzrə işə düzəlmək imkanının olmaması və ərləri ilə birgə yaşaması təsdiq edilməlidir. Lakin İddiaçı tərəfindən nə cavabdeh inzibati orqana, nə də məhkəmə iclasına xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığını, həmçinin həmin müddətdə əri ilə birgə yaşadıqlarını sübuta yetirəcək hər hansı mötəbər sənəd təqdim edilməmişdir. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10173/2023 saylı 15 avqust 2023-cü il tarixli qərarı ilə iddia tələbinin təmin edilərək, İddiaçı 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması və İddiaçı xx.xx.2022-ci il tarixdən hesablanan pensiyanın ümumi məbləğinin ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, əlavə olaraq bildirilmişdir ki, məhkəmə qərarında qeyd olunmuşdur ki, xx.xx.1990-cı il tarixində X5 X7 nikaha daxil olmuş və xx.xx.1994-cü il tarixdə nikahlarına xitam verilmişdir. İddiaçı yoldaşı X6 xidmət illəri ərzində onunla birgə yaşadığı xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək olan dövrlərin onun sosial sığorta daxil edilməsini tələb edir. Bununla bağlı bildirilir ki, hərbi qulluqçuların arvadlarının ərləri ilə yaşadıqları müddətin sosial sığorta stajına daxil edilməsi üçün qanunvericiliyin tələblərinə əsasən öz ixtisası üzrə işə düzəlmək imkanının olmaması və ərləri ilə birgə yaşaması təsdiq edilməlidir. Lakin İddiaçı tərəfindən nə cavabdeh inzibati orqana, nə də məhkəmə iclasına xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığını, həmçinin həmin müddətdə əri ilə birgə yaşadıqlarını sübuta yetirəcək hər hansı mötəbər sənəd təqdim edilmişdir. İddiaçının iddia tələbində qeyd etdiyi dövrlərin nəinki öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadığı müddət olduğuna dair, heç həmin dövrdə məhz əri ilə birlikdə müvafiq hərbi hissədə olduğunu təsdiq edən hər hansı mötəbər sənəd təqdim etməyib. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunun 21.1-ci maddəsinin a) yarımbəndinə əsasən, yerli icra hakimiyyəti başçıları, dövlət müəssisələrinin, idarələrinin və təşkilatlarının rəhbərləri, qarnizonların rəisləri, qoşun hissələrinin komandirləri hərbi qulluqçuların arvadlarının müraciət etdiyi andan ən geci bir ay keçənədək onların işə düzəldilməsi üçün tədbirlər görməlidirlər; Həmin maddənin ə) yarımbəndinə əsasən ixtisas üzrə işə düzəlmək imkanının olmadığı yerlərdə ər (arvad) ilə birlikdə yaşamağın bütün müddəti sığorta stajına daxildir, j) yarımbəndinə əsasən isə hərbi qulluqçuların işləməyən arvadlarının öz ərlərinin xidmət yeri üzrə işə düzəlməsi mümkün olmadıqda onlara Azərbaycan Respublikasında fəhlə və qulluqçular üçün müəyyən edilmiş minimum əmək haqqı məbləğində aylıq pul müavinəti ödənilir. Göründüyü kimi, müvafiq dövrün staja daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş şərtlər mövcud olmalıdır. İlk növbədə, hərbi qulluqçunun arvadı öz ixtisası üzrə işə düzəlmək üçün müraciət etməlidir. Belə müraciət əsasında ixtisasına uyğun işlə təmin olunması mümkün olmayan şəxsə aylıq pul müavinəti ödənilməlidir. İş materiallarında iddiaçının keçmiş həyat yoldaşının xidmət etdiyi hərbi qarnizonun rəisinə və ya qoşun hissələrinin komandirinə ixtisasına uyğun işə düzəlmək üçün müraciətinin olması sübuta yetirilmir. Bundan əlavə, belə müraciətin olduğun hesab etsək belə, həmin halda ona müvafiq müavinət ödənişi olunmalı idi. Göründüyü kimi, iddiaçın belə müavinəti almasını sübut edən hər hansı bir sənəd də təqdim etməyib. Birinci instansiya məhkəməsi öz qərarını əsaslandırarkən sadəcə aşağıdakıları qeyd edib: “iddiaçının ərinin xidmət etdiyi ərazi öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı (arayışda qeyd edildiyi kimi ağır iqlim şəraitinin olduğu yer hesab olunduğundan) üçün iddaçının həmin yerlərdə əri ilə yaşadığı dövr (xx.xx.1991- xx.xx.1992) iş stajına daxil edilməlidir. Məhkəmə qeyd edir ki, iddiaçının xx.xx.1992-ci il tarixdə oğlu doğulmuş, odur ki, qeyd edilən hal iddiaçının həmin dövrdə əri ilə birlikdə yaşamağını təsdiq edir”. İş materiallarına əlavə olunmuş diplomun surətindən göründüyü kimi, iddiaçı 79 nömrəli Texniki Peşə Məktəbində “Elektrik maşınları və aparatları üzrə yığıcı çilingər” ixtası üzrə təhsil almışdır. Göründüyü kimi, həmin ixtisas üzrə işləməyə ağır iqlim şəraiti ilə əlaqədar hər hansı maneənin olması ağlabatan deyil. Ümumiyyətlə, məhkəmə müvafiq dövrdə iddiaçının ixtisası üzrə iş tapmaq imkanının olub-olmaması ilə bağlı hər hansı xidməti araşdırma aparmadan, sübutları toplamadan məsələyə ümumi yanaşma ilə qiymət vermişdir. Göstərilənlərə əsasən hesab edilir ki, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul olunduğundan ləğv edlməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, apellyasiya şikayətinin təmin olunmamasını və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın imtina məktubunun tarixi 07 aprel 2023-cü il tarixdir. Həmin imtina məktubunun iddiaçı tərəfindən alınması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması və və xx.xx.2022-ci il tarixdən ödənilməsi ” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 20 ildən az (19 il 8 ay 29 gün (xx.xx.1985-xx.xx.1988-ci il, xx.xx.1988-xx.xx.1991-ci il, xx.xx.1992-xx.xx.1995-ci il, xx.xx.1995-xx.xx.2001-ci il, xx.xx.2001-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil etdiyindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Bundan sonra o, hazırki tələblə məhkəməyə müraciət etmiş və onun tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. “Əmək pensiyaları haqqında” AR Qanunu xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının xx.xx.1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təsdiq olunaraq xx.xx.2010-cu il tarixli 4027 nömrəli şəhadətnamə ilə normativ hüquqi akt kimi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanması Qaydaları”nın 2.1.8-ci bəndində göstərilir ki, Qanunun 9.8-ci maddəsinə əsasən Qanunun qüvvəyə mindiyi günədək 9-cu maddədə göstərilən işlərlə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə təyin olunur. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin siyahı təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraitinin xüsusilə zərərli və xüsusi ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. xx.xx.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. Göründüyü kimi, iddiaçı onun xx.xx.2006-cı il tarixə qədər 20 ildən artıq ümumi, 10 ildən artıq xüsusi stajının tamam olmasına istinad edərək onun güzəştli şərtlərlə 52 yaşdan əmək pensiyasına çıxmaq hüququnun olduğuna istinad etdiyi üçün əvvəlcə onun həqiqətən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tətbiqi ilə bağlı pensiya hüququnun mümkünlüyü yoxlanılmalıdır. Belə olan halda Qanunun 9.8-ci maddəsinin tələbinə görə hüquq münasibətlərinə tətbiq olunmalı olan «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin «b» bəndinə əsasən iddiaçının xx.xx.2006-cı il tarixə qədər 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajının mövcud olub-olmaması məsələsi yoxlanılmalıdır. Hazırki işdə İddiaçı xx.xx.1970-ci il təvəllüdlü olduğu üçün onun 52 yaşı xx.xx.2022ci il tarixdə tamam olmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının xx.xx.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. İddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə təhsil haqında sənədi (diplomu), əmək kitabçasını, güzəştli arayışları təqdim etmişdir. İşdə olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 25 oktyabr 2022-ci il tarixli V-601/25 nömrəli arayışda bildirilmişdir ki, Zuyeva (Velko) Raisa Aleksandorvna həqiqətən xx.xx.1985-ci il tarixində 79 nömrəli Texniki Peşə Məktəbinin “Elektrik maşınları və aparatları üzrə yığıcı çilingər” ixtasısına qəbul olmuş və xx.xx.1988-ci il tarixdə həmin ixtasası əyani formada bitirmişdir. İddiaçının əmək kitabçasındakı qeydlərə əsasən onun ümumi iş stajı təhsil aldığı dövr də nəzərə alınmaqla, 19 il 8 ay 29 gün təşkil edir. Həmin dövr (xx.xx.1985xx.xx.1988, xx.xx.1988-xx.xx.1991, xx.xx.1992-xx.xx.1995, xx.xx.1995-xx.xx.2001, xx.xx.2001-xx.xx.2005-ci illər) cavabdeh inzibati orqan tərəfindən də mübahisələndirilmir. Hazırki işdə cavabdeh orqan iddiaçının ümumi iş stajının 20 ildən az (19 il 8 ay 29 gün) təşkil etdiyini bildirərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasından imtina edir. Lakin iddiaçı onun təhsil aldığı dövr və əmək kitabçasındakı qeydlərə əsasən 19 il 8 ay 29 gündən əlavə olaraq, keçmiş həyat yoldaşının hərbçi olması ilə bağlı onunla birgə yaşadığı dövrün də stajına daxil edilməli olduğuna istinad edərək qanunla tələb olunan 20 il ümumi iş stajının olduğunu iddia edir. Nəzərə alınmalıdır ki, hazırki iş üzrə cavabdeh inzibati orqan tərəfindən xx.xx.1991ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrün iddiaçının stajına daxil edilməsi mübahisələndirilir. İş materiallarından görünür ki, iddiaçının birgə nikah dövründə keçmiş həyat yoldaşı X12 Türkmənistan hərbi dairəsinin 108 motoatıcı diviziyasının 180 motoatıcı alayının HÜQ 021001 motoatıcı rotasının komandiri kimi xx.xx.1991-xx.xx.1992-ci illərdə ağır iqlim şəraitli sahədə xidmət etmişdir. Bu barədə işə əlavə olunmuş zabitin hərbi bileti əsasında Çerniqov vilayəti Çerniqov şəhər Komissarlığı tərəfindən verilmiş arayışda göstərilmişdir ki, X12 Türkmənistan hərbi dairəsinin 108 motoatıcı diviziyasının 180 motoatıcı alayının HÜQ 021001 motoatıcı rotasının komandiri kimi xx.xx.1991-xx.xx.1992-ci illərdə ağır iqlim şəraitli sahədə xidmət etmişdir. İddiaçıya məxsus əmək kitabçasındakı qeyddən də görünür ki, iddiaçı xx.xx.1991-ci il tarixli əmrlə işdən azad edilərkən əmrin əsası kimi “ərinin xidmət etdiyi yerə köçməsi ilə əlaqədar öz xahişi ilə işdən azad edilmə barədə ərizəsi” göstərilmişdir. Həmçinin əmək kitabçasındakı qeydlərə əsasən iddiaçı xx.xx.1992-ci ildə ərinin xidmət etdiyi yerdən qayıtdıqdan sonra xx.xx.1992-ci il tarixdə Kondensionerlərin quraşdırılması sexinə elektrik maşınlarının və aparatlarının 3-cü dərəcəli quraşdırıcısı vəzifəsinə işə qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı keçmiş ərinin xidmət etdiyi yerə köçmək üçün işlədiyi iş yerindən xx.xx.1991-ci ildə ayrılmış, həmin vaxtdan xx.xx.1992-ci il tarixədək hərbi xidmətdə olan əri ilə birgə yaşamışdır ki, bu fakt da iddiaçının xx.xx.1992-ci il tarixdə yenidən Bakı şəhərində müvafiq iş yerinə işə qəbul edilməsi və xx.xx.1992-ci il tarixdə oğlunun doğulması ilə tam təsdiq olunur. Bununla bağlı birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçının ərinin xidmət etdiyi ərazi öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı (arayışda qeyd edildiyi kimi ağır iqlim şəraitinin olduğu yer hesab olunduğundan) üçün iddaçının həmin yerlərdə əri ilə yaşadığı dövr (xx.xx.1991- xx.xx.1992) iş stajına daxil edilməlidir. İşin apellyasiya baxışı zamanı məhkəməyə təqdim olunmuş xx.xx.1992-ci il tarixli 323644 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X11 (iddiaçının övladı) xx.xx.1992-ci il tarixdə anadan olmuş, atası X12 və anası İddiaçıdır. Beləliklə, iddiaçı xx.xx.1991-ci il tarixdən xx.xx.1992-ci il tarixədək olan dövrdə ağır iqlim şəraitli sahədə xidmət edən əri HÜQ 021001 motoatıcı rotasının komandiri X7 birlikdə yaşadığı üçün həmin dövr onun ümumi iş stajına daxil edilməlidir. Məhkəmə kollegiyası “iddiaçının ərinin xidmət etdiyi ərazidə öz ixtisası üzrə işə düzəlmək imkanının olmadığını sübuta yetirməlidir” barədə cavabdeh apellyasiya şikayətində göstərdiyi dəlilə münasibətdə qeyd edir ki, iddiaçının ərinin adına verilmiş müvafiq arayışda onun ağır iqlim şəraitinin olduğu yerdə xidmət etdiyi göstərilmişdir ki, bu hal da arvadının, yəni hazırki işdə iddiaçının öz ixtisası üzrə həmin yerdə işə düzəlmək imkanının olduğu ehtimalını azaldır. Nəzərə alınmalıdır ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunun 67–ci maddəsinin i yarımbəndində zabit heyəti, praporşik, miçman və müddətindən artıq qulluqda olan hərbi qulluqçu arvadlarının öz ixtisası üzrə işə düzəlmək imkanı olmadığı yerlərdə ərləri ilə yaşadıqları dövr, lakin 10 ildən artıq olmamaq şərti ilə iş stajına daxil edildiyi qeyd edilmişdir. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün onun xüsusi iş stajının da tamamlanması məsələsi cavabdeh tərəfindən mübahisələndirilməsə də, məhkəmə kollegiyası tərəfindən araşdırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Qeyd olunmalıdır ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xx.xx.2022-ci il tarixli 61 nömrəli arayışında bildirilmişdir ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı”na uyğun olaraq, güzəştli şərtlə yaşa görə pensiya hüququ verən telefonçu vəzifəsində xx.xx.1995- ci il tarixdən (Əmr 105) xx.xx.2001-ci il tarixədək (4 saylı ləğvetmə komissiyasının əmri),xx.xx.2001-ci il tarixdən (əmr 55) xx.xx.2018-ci il tarixədək (əmr 78) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 22 il, 06 ay, 10 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: şəhərlərarası, sifariş, sorğu komutatorlarda və gecə-gündüz fəaliyyət göstərən danışıq məntəqələrində mikrotelefon qurğularla daim işləməkdən ibarət olmaqla, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı” üzrə 23100000- 19093 vəzifə kodunda müəyyən edilmiş vəzifənin xüsusiyyətləri ilə eynidir. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün iki şərt- 20 ildən az olmayan ümumi, 10 ildən az olmayan xüsusi stajı tam olaraq tamamlanmışdır. İşlədiyi müddətin onun güzəştli iş stajına aid olması faktı işlədiyi müəssisə (işəgötürən) tərəfindən ətraflı məzmunda verilmiş arayışla təsdiq olunur. Buna görə də iddiaçıya xx.xx.2022-ci il tarixdən, yəni 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olmuşdur. İnzibati Prosessual Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Hazırki işdə, iddiaçıya 52 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının mümkünlüyünü nəzərə alaraq birinci instansiya məhkəməsi ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləğinin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1- 1-ci maddəsinin tələblərinə uyğun olaraq ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməsi barədə düzgün qənaətə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil etməklə, formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Odur ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10173/2023 saylı 15 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-10173/2023 saylı 15 avqust 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X13 Mehriban Qarayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar