Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-547/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X6 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi ilə, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X1, Bakı şəhər Cavabdeh2 başçısı A.Əsgərov, Bakı şəhər İcra Hakimiyyəti başçısı E.Əzizov, Azərbaycan Respublikası Fövqaladə Hallar Naziri, Azərbaycan Respublikası Daxili İşlər Naziri, Azərbaycan Respublikası Prezidentinin Admistrasiyasının rəhbəri, Dövlət Neft Şirkəti Cavabdeh6 baş direktoru,1saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi X5, Cavabdeh8SC-nin rəhbəri, 1saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi X3, Bakı Apellyasiya Məhkəməsinin hakimləri X8, X13, X11, Ali məhkəmənin hakimləri Sevda Hüseynova, İlqar Dadaşov, Kəmaləddin Bədəlov və Nigar Rəsulbəyovaya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5318/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X1, Bakı şəhər Cavabdeh2 başçısı A.Əsgərov, Bakı şəhər İcra Hakimiyyəti başçısı E.Əzizov, Azərbaycan Respublikası Fövqaladə Hallar Naziri, Azərbaycan Respublikası Daxili İşlər Naziri, Azərbaycan Respublikası Prezidentinin Admistrasiyasının rəhbəri, Dövlət Neft Şirkəti Cavabdeh6 baş direktoru,1saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi X10, Cavabdeh8SC-nin rəhbəri, 1saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi X3, Bakı Apellyasiya Məhkəməsinin hakimləri X8, X13, X11, Ali məhkəmənin hakimləri Sevda Hüseynova, İlqar Dadaşov, Kəmaləddin Bədəlov və Nigar Rəsulbəyovaya qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi bununla əsaslandırılmışdır ki, onun Bakı şəhəri, Nəsimi rayonu, cavadxan küçəsi, ev 62, 7-ci mərtəbədə olan 19 nömrəli mənzilin bilavasitə üstündə 8-ci mərtəbədəki 22 saylı mənzilin xx xxxx 2018-ci il tarixdən aparılmış qanunsuz yenidən planlaşdırma işləri Bakı şəhər Cavabdeh2 tərəfindən özbaşınalıqla dayandırılmamış və nəticədə xx.xx.2018-ci il tarixdə həmin mənzildə güclü su qəzası baş vermiş , xx xxxxxxxx 2018-cu il tarixədək davam edərək ona və həmin sırada yerləşən 1-ci mərtəbədəyək mənzillərə bərpa olunmaz ziyanın vurulması təhlükəsi yaranmaqla zərərçəkənlərin təhlükəsiz yaşamaq hüququnun təminatı pozulmuşdur. Hazırda ziyanın vurulmasından bir il üç ay keçsə də,hələ də vurulmuş ziyan dövlət tərəfindən ödənilməmişdir. Bununla bağlı o, cavabdehlərə dəfələrlə yazılı və şifahi müraciətlər etsə də, heç bir nəticəsi olmamışdır. Ona görə də hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5318/2019 saylı, xx xxxxxx 2019cu il tarixli qərardadı ilə iddianın mümkün sayılmaması qərara alınmışdır. İddiaçı həmin qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilərək işin mahiyyəti üzrə baxılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadı elektron qaydada çıxarılıb elektron imza ilə imzalansa da, qanuna uyğun şəkildə təsdiq edilməmişdir. Birinci instansiya məhkəməsinin qərardadında cavabdehlərin inzibati orqan olmadığı göstərilsə də, işə harada baxılmalı olması barədə hər hansı bir məsələyə toxunmamışdır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq onlar məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsi qərardadının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası şikayət verilən qərarın qanuniliyini bütövlükdə yoxlayır. İşin faktiki bundan ibarətdir ki, İddiaçı cavabdehlər Azərbaycan Respublikasının X1, Bakı şəhər Cavabdeh2 başçısı A.Əsgərov, Bakı şəhər İcra Hakimiyyəti başçısı E.Əzizov, Azərbaycan Respublikası Fövqaladə Hallar Naziri, Azərbaycan Respublikası Daxili İşlər Naziri, Azərbaycan Respublikası Prezidentinin Admistrasiyasının rəhbəri, Dövlət Neft Şirkəti Cavabdeh6 baş direktoru,1saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi X10, Cavabdeh8SC-nin rəhbəri, 1saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi X3, Bakı Apellyasiya Məhkəməsinin hakimləri X8, X13, X11, Ali məhkəmənin hakimləri Sevda Hüseynova, İlqar Dadaşov, Kəmaləddin Bədəlov və Nigar Rəsulbəyovaya qarşı maddi və mənəvi ziyanın ödənilməsi barədə hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi hazırkı iddia tələbində birgə cavabdehlər kimi göstərilmiş şəxslərin inzibati orqan olmaması və qeyd edilən fiziki şəxslərin hər hansı normativ hüquqi aktla inzibati akt qəbul etmək səlahiyyəti verilmiş şəxs olmaması əsası ilə hazırkı iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq aşağıdakıları qeyd edir. “İnzibati orqanların təsnifatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 136 saylı Qərarı ilə təsdiq edilmiş “İnzibati orqanların Təsnifatı”nda cavabdehlər Azərbaycan Respublikasının X1, Bakı şəhər Cavabdeh2 başçısı A.Əsgərov, Bakı şəhər İcra Hakimiyyəti başçısı E.Əzizov, Azərbaycan Respublikası Fövqaladə Hallar Naziri, Azərbaycan Respublikası Daxili İşlər Naziri, Azərbaycan Respublikası Prezidentinin Admistrasiyasının rəhbəri, Dövlət Neft Şirkəti Cavabdeh6 baş direktoru, 1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi X10, Cavabdeh8SC-nin rəhbəri, 1saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi X3, Bakı Apellyasiya Məhkəməsinin hakimləri X8, X13, X11, Ali məhkəmənin hakimləri Sevda Hüseynova, İlqar Dadaşov, Kəmaləddin Bədəlov və Nigar Rəsulbəyovanın vəzifəsi inzibati orqan kimi müəyyən olunmamışdır. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, hazırkı inzibati məhkəmə icraatında iddia tələbi yalnız Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 30-cu maddəsində nəzərdə tutulmuş halda birgə cavabdehlərə qarşı yönəldilə bilərdi. İddiaçı birgə cavabdeh qismində Azərbaycan Respublikasının X1, Bakı şəhər Cavabdeh2 başçısı A.Əsgərov, Bakı şəhər İcra Hakimiyyəti başçısı E.Əzizov, Azərbaycan Respublikası Fövqaladə Hallar Naziri, Azərbaycan Respublikası Daxili İşlər Naziri, Azərbaycan Respublikası Prezidentinin Admistrasiyasının rəhbəri, Dövlət Neft Şirkəti Cavabdeh6 baş direktoru,1 saylı Bakı İnzibati-İqtisadi məhkəməsinin hakimi X10, Cavabdeh8SC-nin rəhbəri, 1saylı Bakı İnzibati- İqtisadi məhkəməsinin hakimi X3, Bakı Apellyasiya Məhkəməsinin hakimləri X8, X13, X11, Ali məhkəmənin hakimləri Sevda Hüseynova, İlqar Dadaşov, Kəmaləddin Bədəlov və Nigar Rəsulbəyovanı göstərsə də, onlara qarşı yönələn tələbin eyni faktiki və hüquqi hallara söykənməsini əsaslandıra bilməmişdir. Belə ki, İPM-nin 30.1-ci maddəsində deyilir ki, mübahisə predmeti baxımından müştərək hüquqi maraqlara malik olan və yaxud da hüquq və vəzifələri eyni faktiki və hüquqi əsaslara söykənən bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən mübahisə predmetini eyni növdən olan, uyğun faktiki və hüquqi əsaslara söykənən tələblərin və vəzifələrin təşkil etdiyi hallarda da, bir neçə şəxs birgə iddiaçı və ya birgə cavabdeh qismində prosessual həmiştirakçılar kimi çıxış edə bilərlər. Göründüyü kimi, prosessual həmiştirakçılıq o zaman mümkündür ki, tərəflər mübahisə predmeti üzrə eyni hüquqi maraqlara malik olsunlar və ya eyni faktiki və hüquqi hallara söykənən hüquq və vəzifələrə malik olmaqlarını bildirsinlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində birgə cavabdehlər kimi göstərilmiş fiziki şəxslər inzibati orqan kimi qəbul edilsə də və onların birgə prosessual həmiştirakçılığı mümkün hesab edilsə də, iddiaçının maddi və mənəvi ziyanın ödənilməsi tələbi ilə qeyd edilən cavabdehlərdən hər hansı birinə müraciətinin olmasına dair iddiaçı tərəfindən sübut təqdim olunmamışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya hüquqi yardım göstərilərək, müvafiq sübutların məhkəməyə təqdim edilməsi bildirilsə də, iddiaçı heç bir sübut təqdim etməmiş və məhkəmə iclasında iştirak etməmişdir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nömrəli Qərarında göstərilmişdir: “9.Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.” “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 05 nömrəli qərarının müvafiq olaraq 1.1, 1.4 və 2.3-cü bəndlərində qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını...qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını...yoxlamalıdırlar. İnzibati məhkəmə icraatı qaydasında verilən iddianın hüquqi cəhətdən yoxlanılması, ilk növbədə onun mümkünlüyünün müəyyənləşdirilməsindən, bundan sonra isə iddianın əsaslılığının araşdırılmasından ibarətdir. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. Göründüyü kimi, hazırkı iddianın qaldırılması üçün inzibati-prosessual qanunvericilikdə nəzərdə tutulan mümkünlük şərtləri ödənilmədiyindən məhkəmə haqlı olaraq iddianı mümkün saymamışdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərardadının elektron qaydada çıxarılıb elektron imza ilə imzalansa da, qanuna uyğun şəkildə təsdiq edilməməsinə dair dəlilləri ilə bağlı qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri bu hissədə də əsaslı deyildir. Belə ki, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü bəndində əsasən təkmil sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərildikdə bu Qanunun 3.2-ci maddəsinə müvafiq olan gücləndirilmiş imza şəxsin kağız daşıyıcısı üzərindəki və möhürlə təsdiq edilmiş əl imzasına bərabər tutulur. Qanunun qeyd olunan normasından görünür ki, bu norma elektron qaydada imzalanmış sənədi qanuni hesan edərək yenidən əl ilə imzalanıb möhürlə təsdiq edilməsini müəyyən etməmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın mümkün sayılması üçün qanuni əsaslar mövcud olmadığından 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-5318/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadıdəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90. və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5318/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan, qərardadın təqdim edildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən: H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-547/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-547/2020
19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver