Məhkəmə qərarları › İş №2-1(103)-547/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-547/2023

10.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-547/2023 10.05.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixindən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X15 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X7 ibarət tərkibdə, X11-Yusiflinin katibliyi ilə, İddiaçı, onun nümayəndəsi (qardaşı) X2, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndələri X4, Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini, ekspert X10 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “xx.xx.2021-ci il tarixindən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7160/2022 saylı 26 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 10 may 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Bakı 23 nömrəli Birləşmiş Şəhər xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında aparılmış qiymətləndirməyə əsasən “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54- Dorsopatiyalar => M40-M43- Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 -Yaşlıl...; Diaqnozun mətni: M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, L4-L5 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı vəz. Bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərənin sağ olan hemilaminektpmiyası. Sağ pəncənin parezi. Th- 9 fəqərə cismində kiçik hemangioma. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi. Ağırlaşma M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskohen radikulopatiya davamlı. Kəskin kökcük ağrıları ilə Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 fəqərənin sağ olan hemilaminektomiyası. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Nəzərə çarpan asteno-nevrotik vəziyyət. Yanaşı xəstəliklər R26 Hərəkətin və yerişin pozulmaları, Yeriş funksiyasının pozulması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” səbəbi ilə iddiaçıya əlillik təyin edilməsindən imtina verilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi publik hüquqi şəxsi 1 saylı Bakı DOST Mərkəzinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Pensiya” altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə 836.86 manat məbləğində əmək pensiyası almışdır. Təyinatın başlama tarixi: xx.xx.2008. Təyinatın bitmə tarixi: xx.xx.2021. Dayandırılma tarixi: xx.xx.2021-ci il. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 065506 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2009-cu il tarixə qədər ikinci qrup əlil hesab edilmişdir. Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilmiş SER TSE-01 №-li 619701 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2010-ci il tarixə qədər ikinci qrup əlil hesab edilmişdir. SER TSE-01 №-li 859228 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2011-ci il tarixə qədər ikinci qrup əlil hesab edilmişdir. SER TSE-01 №-li 156001 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2012-ci il tarixə qədər ikinci qrup əlil hesab edilmişdir. SER TSE-01 №-li 016564 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2013-cü il tarixə qədər ikinci qrup əlil hesab edilmişdir. SER TSE-01 №-li 187363 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2014-ci il tarixə qədər ikinci qrup əlil hesab edilmişdir. SER TSE-01 №-li 396021 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2015-ci il tarixə qədər ikinci qrup əlil hesab edilmişdir. SER TSE-01 №-li 498971 saylı arayışdan görünür ki, iddiaçı xx.xx.2016-cı il tarixə qədər ikinci qrup əlil hesab edilmişdir. Sonuncu dəfə iddiaçıya ikinci dərəcə əlillik avtomatlaşdırılmış qaydada 24 iyun 2016-cı il tarixdən 24 iyun 2021-ci il tarixədək 5 il müddətinə təyin edilmişdir. İddiaçı əlillik vəziyyətinin yenidən qiymətləndirilməsi və ona İİ qrup əlilliyin müddətsiz verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən imtina edilmişdir. Belə ki, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən iddiaçıya elektron qaydada ünvanlanmış xx.xx.2021-ci il tarixli imtina məktubunda “əlavə müalicəyə ehtiyacın olması” səbəbindən ona imtina edildiyi qeyd edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçın cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1985-ci il tarixdən xx.xx.1988ci il tarixə kimi “Xəzərdənizneftqazsənaye“ X6 İdarəsində işləmiş, 1988-ci ildə əmək fəaliyyəti zamanı əmək funksiyalarını yerinə yetirərkən iş yerində xəsarət almış və xx.xx.1988-ci il tarixdə Azərbaycan Respublikası ƏQM-nin 38-ci maddəsinin 2-ci bəndinə əsasən 2-ci qrup əlil kimi işdən azad edilmişdir. Sonradan əmək qabiliyyəti bərpa olunduğuna görə xx.xx.1993-cü ildən etibarən xx.xx.2008-ci il tarixə qədər “Xəzərdənizneftqazsənaye“ X6 İdarəsində yenidən işə bərpa olunmuşdur. 2007-ci ildə yenidən əmək funksiyalarını yerinə yetirərkən iş yerində xəsarət almışdır. Həkim müayinəsi nəticəsində ona “L4-L5 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı vəz. Bel fəqərələrinin osteoxondrozu Diskogen radikulopatiya davamlı. Kəsgin kökcük ağrıları ilə. Sağ pəncənin parezi. Nəzərəcarpacaq asteno-nevrotik vəziyyət“ diqnozu ilə 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 74-cü maddəsinin 1-ci hissəsinin C bəndinə əsasən 2-ci qrup əlil kimi işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdən etibarən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya“ altsisteminə əsasən Nazirliyin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan 2-ci dərəcə əlilliyə görə 836,86 (səkkiz yüz otuz altı manat, 86 qəpik) manat məbləğində əmək pensiyası almış, xx.xx.2021-ci il tarixdə pensiyanın verilməsi dayandırılmışdır. Qeyd edir ki, xx.xx.2008-ci ildən etibarən 2016-cı il tarixinə qədər hər il Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 1 saylı Zona Tibbi Sosial Ekspert Komissiyasından müayinədən keçmiş və ona əmək qabiliyyətinin olmaması barədə arayış verilmişdir. Sonuncu dəfə 2016-cı il tarixdə Komissiyadan yoxlanışdan keçərkən ona bildirilmişdir ki, qanuna edilmiş dəyişikliyə əsasən 5 ildən bir yoxlanışdan keçməlidir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 saylı qərarına əsasən əlilliyinin müddəti növbəti yoxlanış tarixinə qədər 10 ili tamamlandığına görə yenidən yoxlanışa çağırılmayacaq. Lakin 2021-ci ilin iyul ayından etibarən pensiyanın verilməsi dayandırılmış və ona səbəb olaraq bildirilmişdir ki, yenidən tibbi yoxlamadan keçməlidir. Hesab edir ki, 2-ci qrup əlilliyinin təyin olunmasından 10 ildən artıq müddət keçdiyinə görə qanunvericiliyin tələbinə əsasən müddətsiz müəyyən edilməli və dayandırılmış əmək pensiyasının verilməsi davam etdirilməlidir. Həmçinin qeyd edir ki, ondan tələb olunan bütün tibbi müayinələrdən keçmiş və müvafiq sənədləri 23 saylı Birləşmiş Şəhər Xəstəxanası tərəfindən elekton qaydada sistemə yüklənilmişdir. Lakin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən ona əlavə müalicəyə ehtiyacın olması səbəbindən imtina edilmişdir. Bununla bağlı 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına müraciət etsə də, ona bildirilmişdir ki, qanunvericiliyə uyğun olaraq bütün yoxlama və müayinələrdən keçmiş və bütün məlumatlar elektron qaydada sistemə daxil edilmişdir. Bununla əlaqədar hansı sənədin çatmadığını müəyyənləşdirməkdən ötrü dəfələrlə 23 saylı Birləşmiş Şəhər Xəstəxanasına və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət etsə də, ona bununla bağlı konkret məlumat verilməmişdir. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının 2008-2021-ci illərdə “L4 fəqərəsinin sağdan hissəvi hemilaminoektomiyası L4-L5 disk yırtığının ləğvi. Bel oma fəqərələrinin diffuz osteoxondrozu. Kökcük ağrı sindromu. Qabarıq ANS” diaqnozu ilə ikinci dərəcə əlillik dərəcəsi mövcud olmuşdur. Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43- Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: L4-L5 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı vəz. Bel fəqərələrinin osteoxondrozu diskogen radikulopatiya davamlı. Kəsgin kökcük ağrıları ilə. Sağ pəncənin parezi. Nəzərəçarpacaq asteno-nevrotik vəziyyət; Mərkəzə göndərilmənin/imtina edilmənin səbəbi: əlavə müalicəyə ehtiyacın olması - səbəb: son beş ildə stasionar müalicəsi azdır. Əlavə stasionar müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021- ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43-Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; diaqnozun mətni: Yaşlılarda onurğanın osteoxondrozu, L4-L5 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı vəz. Bel fəqərələrinin osteoxondrozu.L4-L5 fəqərənin sağ olan hemilaminektomiyası. Sağ pəncənin parezi. Th9 fəqərə cismində kiçik hemangioma. Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 fəqərənin sağ olan hemilaminektomiyası. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Kəsgin kökcük ağrıları ilə sağ pəncənin parezi; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - səbəb: əsas diaqnozun ağırlaşmalarını dəqiqləşdirmək üçün xəstəyə əlavə ixtisaslı müayinə (EMQ) qərarı verildi” səbəbi ilə imtina verilmişdir. Bakı 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının xx.xx.2021-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43-Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 - Yaşlıl...; Diaqnozun mətni: L4-L5 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı vəz. Bel fəqərələrinin steoxondrozu. L4-L5 fəqərənin sağ olan hemilaminektpmiyası. Sağ pəncənin parezi. Th-9 fəqərə cismində kiçik hemangioma; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması Səbəb: Elektromieloqrafiya müayinəsi parezi təsdiq etmir. Dəqiqləşdirsin” səbəbi ilə imtina verilmişdir. Bakı 23 nömrəli Birləşmiş Şəhər xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və “X1: Xİİİ Sinif - Sümük-əzələ sisteminin və birləşdirici toxumanın xəstəlikləri => M40-M54 - Dorsopatiyalar => M40-M43- Deformasiyaedən dorsopatiyalar => M42 - Onurğanın osteoxondrozu => M42.1 -Yaşlıl...; Diaqnozun mətni: M42.1 Yaşlılarda onurğanın osteoxondrozu, .L4-L5 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı vəz. Bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərənin sağ olan hemilaminektpmiyası. Sağ pəncənin parezi. Th-9 fəqərə cismindəkiçik hemangioma. Ağırlaşma G83.1 Aşağı ətrafların monoplegiyası, Sağ pəncənin parezi. Ağırlaşma M51.1 Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, Diskohen radikulopatiya davamlı. Kəskin kökcük ağrıları ilə Ağırlaşma Z98.8 Digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 fəqərənin sağ olan hemilaminektomiyası. Yanaşı xəstəliklər F48.0 Nevrasteniya, Nəzərə çarpan astenonevrotik vəziyyət. Yanaşı xəstəliklər R26 Hərəkətin və yerişin pozulmaları, Yeriş funksiyasının pozulması; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Göndərişin natamam doldurulması - Səbəb: instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” səbəbi ilə imtina verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-7160/2022 saylı 26 iyul 2022-ci il tarixli qərarı ilə iddianın təmin edilərək, İddiaçı xx.xx.2021-ci il tarixinə fasiləsiz olaraq 10 ildən artıq ikinci dərəcəli əlillik təyin olunduğunu nəzərə alaraq həmin tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, qanunvericiliyin tələbinə görə ikinci dərəcəli əlilliyin müddətsiz müəyyən olunması üçün əlilliyin mövcudluğu labüddür. Belə ki, norma, ikinci dərəcə əlilliyin fasiləsiz olaraq 10 (on) il təyin olunduğu halda əlilliyin müddətsiz müəyyən olunmasının göstərişini verir. Lakin iddiaçıya 24 iyun 2016-cı il tarixdən 24 iyun 2021-ci il tarixədək ümumi xəstəlik səbəbi ilə Forma 88 arayışı əsasında ikinci dərəcəli əlillik təyin edilmişdir. İddiaçının 2021 və 2022-ci il tarixlərdə olan müraciətlərinə isə “Göndərişin natamam doldurulması - Səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” səbəbi ilə imtina verilmişdir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. İddiaçı, İddiaçı əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən də 26 iyul 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X9 apellyasiya şikayətini müdafiə edərək və onun məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir. Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini ekspert X16 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 23 fevral 2023-cü il tarixli qərarının məzmununa uyğun izahat verərək iddiaçıya hazırki diaqnozuna görə ağırlaşması olmadığından ona əlilliyin təyin edilməsinin mümkün olmadığını bildirmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İddiaçı, onun nümayəndəsi (qardaşı) X5 nümayəndə və Vəkil verdiyi izahatla razı olduqlarını və ona heç bir əlavələrinin olmadığını bildirmişlər. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqan xx.xx.2022-ci il tarixdə imtina etmiş və iddiaçı həmin imtinadan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan müddətləri ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “ona xx.xx.2021-ci il tarixdən ikinci dərəcəli əlilliyin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədədir. İddiaçının bu barədə tələbi inzibati orqan tərəfindən təmin olunmadığı üçün o, hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası məhkəmə tərəfindən təmin edilmişdir. Məhkəmə kollegiyası idddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 nömrəli 2020-ci il 16 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi Qaydasının 1.6-cı bəndinə əsasən əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 93 nömrəli 1997-ci il 19 avqust tarixli qərarı ilə təsdiq edilmiş və 5 fevral 2016-cı il tarixədək qüvvədə olan (“Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il № 36 Qərarı ilə qüvvədən düşmüşdür) “Tibbi-sosial ekspert komissiyaları haqqında əsasnamə”nin 5.2-ci bəndinə əsasən əmək qabiliyyətinin itirilməsi 25 faizindən yuxarı təyin olunduğu hallarda, onun müddəti əlillik dərəcəsinin müddətinə uyğun olaraq müəyyənləşdirilir. Əmək qabiliyyətinin itirilmə faizi 25-dək təyin olunduğu hallarda onun müddəti, sağlamlığın pozulmasının xarakteri və bərpa tədbirlərinin səmərəliliyindən asılı olaraq bir il müəyyənləşdirilir. Orqanizmin müəyyən funksiyasının itirilməsi ilə müşayiət olunan anatomik qüsurlar zamanı və ona bərabər tutulan hallarda əmək qabiliyyətinin itirilməsi faizi müddətsiz təyin edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 saylı Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin 4.1-ci bəndinə görə şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. Həmin Əsasnamənin 4.9-cu bəndinə görə göndərişin rəsmiləşdirilməsi barədə məlumat Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestrinə real vaxt rejimində daxil edildikdən dərhal sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron X8 Sosial Ekspertiza və X14 (bundan sonra - TSERAS) ötürülür. Həmin Əsasnamənin 4.16-cı bəndinə görə TSEK 2 (iki) iş günü müddətində əlilliyin qiymətləndirilməsini həyata keçirir və onun nəticələrini 1 (bir) iş günü müddətində kollegial müzakirə etdikdən sonra dərhal qərar qəbul edir. Məhkəmə kollegiyası qeyd edir ki, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə Nazirlər Kabinetinin 5 fevral 2016-cı il tarixli 36 nömrəli qərarında dəyişiklik edilərək “Əlilliyin qiymətləndirilməsi” Qaydası təsdiq edilmişdir. Həmin Qaydanın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbisosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən əlilliyi olan şəxs - müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntuları olan şəxs, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaq. Həmin Qanunun 1.0.17-ci maddəsinə uyğun olaraq, əlilliyin müəyyən edilməsi şəxsin əlilliyinin və reabilitasiya imkanlarının qiymətləndirilməsi. Həmin Qanunun 3-cü maddəsində göstərilmişdir: “3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir; 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. Həmin Qaydaların 1.2-ci bəndinə əsasən şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkim məsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. Həmin Qaydaların 1.5-ci bəndinə əsasən göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1. şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2. şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3. əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4. peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5. əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə görə Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra - Agentlik) tibbisosial ekspert komissiyaları (bundan sonra - TSEK) tərəfindən həyata keçirilir. Həmin Qaydanın 1.3-cü bəndinə görə TSEK-də əlilliyin müəyyən olunması barədə qərar sadə səs çoxluğu ilə qəbul edilir. Həmin Qaydanın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Həmin Qaydanın 1.6-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. Həmin Qaydanın 1.7-ci bəndinə əsasən şəxs əlilliyin qiymətləndirilməsi barədə qərarın qəbul edildiyi tarixdən əlilliyin növbəti qiymətləndirilməsi tarixindən sonrakı ayın 1dək əlilliyi olan şəxs hesab edilir. Həmin Qaydanın 2.1-ci bəndinə görə şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Həmin Qaydanın 2.3-cü bəndinə görə göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Həmin Qaydanın 2.5-ci bəndinə əsasən TSEK-in sədri və üzvləri hər biri ayrıayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Həmin Qaydanın 2.6-cı bəndinə görə qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Həmin Qaydanın 2.9-cu bəndinə əsasən göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi və “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli 36 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 11 saylı 16 yanvar 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 1.11-ci maddəsinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə bağlı çatışmazlıqdan irəli gələn orqanizmin funksiyalarının pozulmasının əlilliyin müəyyən edilməsinə əsas verən bir neçə halı olduqda, hər bir hal ayrılıqda qiymətləndirilir və orqanizmin funksiyalarının pozulması faizi müəyyənləşdirilir. Bu zaman orqanizmin funksiyalarının pozulmasının faiz göstəriciləri eyni olduqda, yekun göstərici 10 faiz artırılmaqla, fərqli olduqda ən yüksək olan göstərici 10 faiz artırılmaqla, ümumilikdə isə 100 faizdən çox olmamaqla müəyyən edilir. Hər hansı bir hal üzrə müddətsiz əlillik müəyyən edilməsinə əsas olduqda, əlillik müddətsiz müəyyən edilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən müddət göstərilməklə müəyyən olunmuş orqanizmin funksiyalarının pozulması 31-60 faiz aralığında ardıcıl olaraq 15 il, 61-80 faiz aralığında ardıcıl olaraq 10 il və 81-100 faiz aralığında ardıcıl olaraq 4 il müddətində müəyyən olunduğu halda, eləcə də fərqli faiz aralıqları üzrə bu Qaydanın 4.3cü bəndi nəzərə alınmaqla 15 il əlillik müddəti olduqda, növbəti qiymətləndirmə zamanı əlillik müddətsiz müəyyən edilir. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi” haqqında Azərbaycan Respublikası Prezidentinin 595 saylı 14 sentyabr 2015-ci il tarixli Fərmanının 6.1-ci bəndinə əsasən birinci dərəcə əlilliyin və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlilliyin müddətsiz təyin edilməsini, ikinci və üçüncü dərəcə əlilliyin təyinat müddətinin 5 ildən az olmayaraq artırılmasını və təkrar müayinə sayının azaldılmasını nəzərdə tutmaqla, əlilliyin müəyyən olunması meyarlarında iki ay müddətində dəyişikliklər edilməsi Azərbaycan Respublikasının Nazirlər Kabinetinə həvalə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.2-ci bəndinə əsasən ikinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir. Həmin Əsasnamənin 2.4-cü bəndinə əsasən tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin edilir: 2.4.1. ürək ritminin süni tənzimləyicisi qoyulduğu hallarda ürək qüsurları və ya miokardda baş vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının davamlı olaraq ikinci dərəcə çatışmazlığı (İ01-İ09,İ11.0, İ13.0-İ13.2, İ23-İ23.8, İ24-İ24.8, İ25.3-İ25.5, İ50-İ50.9, Z95.0); 2.4.2. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması: ikinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə (N18-N18.9, Q60, Z90.5); 2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9); 2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası, o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9, F45-F45.9, F48-F48.9, F70-F79); 2.4.5. dağınıq skleroz (G35); 2.4.6. bir budun güdülü (Z89.8); 2.4.7. bir əlin olmaması (Q71.2, Z89.1); 2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8, T82.5); 2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66); 2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1). Həmin Əsasnamənin 4.1-ci bəndinə görə birinci dərəcə əlillik və tibbi göstəriş olan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.2-ci bəndinə görə ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir. İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. Həmin Əsasnamənin 4.3-cü bəndinə görə əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir. Sadalanan normalardan müəyyən olunur ki, ikinci dərəcə əlillik tibbi göstəriş olan xüsusi hallarda və ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il ərzində təyin olunduğu halda müddətsiz təyin edilir. Hazırki işdə məhkəmə kollegiyası tərəfindən inzibati orqanın iddiaçı barəsində inzibati aktın qəbulu ilə bağlı malik olduğu diskresion səlahiyyətini mövcud qanunvericiliklə müəyyən olunmuş hüdudlar çərçivəsində və həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə düzgün həyata keçirilib-keçirilməməsi, həmçinin diskresion səlahiyyətlərinin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin mövcud olub-olmadığı araşdırılmışdır. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 1.0.25-ci maddəsinə əsasən diskresion səlahiyyətlər - orqanın (şəxsin) öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.7-ci maddəsinə müvafiq olaraq diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. Həmin Qanunun 14.2-ci maddəsinə əsasən diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. Həmin Qanunun 14.3-cü maddəsinə əsasən diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Həmin Qanunun 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Göründüyü kimi, diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Belə yanaşma hüquqi dövlət prinsipi ilə ziddiyyət yaratmış olardı. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Belə ki, İnzibati Prosessual Məcəllənin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Beləliklə, aydınlaşdırılmalı məsələ ondan ibarətdir ki, cavabdeh iddiaçıya İİ qrup əlilliyin müddətsiz olaraq təyin olunmasından imtina edən zaman diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş həddlərdə və diskresion hüququnu həmin səlahiyyətlərin məqsədinə uyğun həyata keçirmişdirmi? Hazırki işdə iddiaçı barəsində TSEK-ə göndərilmiş göndəriş əsasında iddiaçının vəziyyəti qiymətləndirilmiş və “göndərişin natamam doldurulması - Səbəb: instrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var” səbəbi ilə əlilliyin verilməsindən imtina edilməsi barədə qərar qəbul edilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X13” X18 alınmış məhkəmə tibbi-ekpertizasının rəyindən görünür ki, İddiaçı iş materiallarında olan əlillik vəziyyətinin Tibbi Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı Bakı 23 nömrəli Birləşmiş şəhər xəstəxanası tərəfindən rəsmiləşdirilmiş xx.xx.2022-ci il tarixli göndəriş tam doldurulmuş və diaqnoz stasionarda müalicədə olarkən kliniki, laborator-instrumental müayinələr əsasında təyin edilmişdir. Odur ki, “M42.1 yaşlılarda onurğanın osteoxondrozu, L4-L5 fəqərəarası disk yırtığının çıxarılmasından sonrakı vəz, bel fəqərələrinin osteoxondrozu, L4-L5 fəqərənin sağ olan hemilamilanektomiyası, sağ pəncənin parezi, Th-9 fəqərə cismində kiçik hemangioma. Ağırlaşma: G83.1-aşağı ətrafların monoplegiyası, sağ pəncənin parezi, M51.1-bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə, diskogen radikulopatiya davamlı, kəskin kökcük ağrıları ilə, Z98.8-digər dəqiqləşdirilmiş cərrahi müdaxilədən sonrakı vəziyyətlər, L4-L5 fəqərənin sağ olan hemilamilaminektomiyası” diaqnozu nəzərə alınmaqla əyani müayinədə aşkar edilmiş patoflınksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyinə görə ona Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli №-413 qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin maddələrini aid etmək mümkün olmadı. Vətəndaş İddiaçı səhhəti ilə bağlı hazırda ixtisaslaşdırılmış müayinə, müalicəyə ehtiyacı var. Hazırki işə apellyasiya qaydasında tam və hərtərəfli baxılması üçün İddiaçı canlı müayinədən keçirilməklə diaqnozunun müəyyən edilməsi və həmin diaqnozun Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nda hansı qrup əlilliyin təyin edilməsi üçün əsas verdiyinə dair rəyin, onun xx.xx.2023-cü il tarixdə əyani müayinə edilməklə diaqnozun təsdiqini tapmaması barədə qərarın və iddiaçının əyani müayinəsinin nəticəsi olan ekspert komissiyasının rəyinın təsdiq olunmuş surətlərinin məhkəməyə təqdim edilməsi, o cümlədən həmin rəyi tərtib edən həkim-ekspertlərin məhkəmə iclasında iştirakının təmin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə məhkəmə sorğuları göndərilmişdir. Həmin sorğulara cavab olaraq Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş “vətəndaşın əyani müayinəyə cəlb edilməsi haqqında” məktubda qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 0092003AADFT nömrəli göndərişi əsasında xx.xx.2023- cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Müayinə zamanı göndərişdə əsas xəstəlik qeyd edilmiş “Bel fəqərələrinin osteoxondrozu. L4-L5 fəqərənin hemilaminektomiyası əməliyyatından sonrakı hal. Th-9 fəqərə cismində kiçik hemangioma. Diskogen radikulopatiya davamlı kökcük ağrıları ilə” diaqnozu təsdiqini tapır, lakin ağırlaşma kimi qeyd edilmiş “pəncənin parezi” anamnestik məlumatlarda və obyektiv müayinələrdə öz təsdiqini tapmadığından, həmçinin əillik təyininə əsas verən ağırlaşmalar və patofunksial dəyişikliklər aşkar edilmədiyindən göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022- ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. İşin apellyasiya baxışı zamanı təqdim olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyasının 23 fevral 2023-cü il tarixli qərarının məzmunundan görünür ki, Bakı şəhər sakini xx.xx.1965-ci il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2022-ci il tarixlərində şəxsin iştirakı olmadan qiymətləndirilmiş və köməkçi diaqnostik müayinələrin nəticələri ağırlaşmaları əsaslandırmadığından əlillik təyinatı aparmaq mümkün olmamış və göndəriş natamam doldurulması səbəbi ilə dövlət tibb müəssisəsinə geri qaytarılmışdır. Məhkəmənin qərardadı əsasında əyani müayinə aparılaraq vətəndaşın tibbi-sosial ekspertizası həyata keçirildi. Müəyyən olundu ki, İddiaçı sonuncu dəfə xx.xx.2015-ci il tarixdə tibbi-sosail ekspert komissiyasında müayinə edilmiş və bir il müddətinə ümumi xəstəlik səbəbi ilə ikinci dərəcə əlilliyin təyini barədə qərar verilmişdir. xx.xx.2016-cı il tarixdə şəxsin ikinci dərəcə əlilliyi avtomatlaşmış qaydada beş il müddətinə (xx.xx.2021-ci il tarixədək) uzadılmışdır. Əlillik müddəti başa çatdıqdan sonra İddiaçı əlillik vəziyyəti dövlət tibb müəssisəsinin göndərişləri əsasında dörd dəfə qiymətləndirilmiş və göndərişin natamam doldurulması səbəbi ilə yenidən tərtib olunması üçün tibb müəssisəsinə geri göndərilmişdir. Lakin xx.xx.2022-ci il tarixdən sonrakı dövrlərdə Əlillik AS-inə əlillik vəziyyətinin qiymətləndirilməsi üçün İddiaçı aid göndəriş daxil olmamışdır. Qiymətləndirmənin nəticəsindən narazı olan vətəndaş məhkəməyə müraciət etmişdir. Xəstənin hazırkı vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən olundu ki, normal bədən quruluşuna malikdir, dəri və selikli qişaları adi rəngdədir. Dərialtı piy qatı kafi inkişaf edib. Onurğanın bel nahiyyəsindən önə əyilərək məcburi vəziyyətdə dayanır. Paravertebral nöqtələr ağrılıdır. Aşağı ətraflarda proksimal hissədə hərəkət tam həcmdədir, əzələ gücü 5 baldır. Diz refleksləri D=S olmaqla normal alınır. Distal hissədə hərəkət tam həcmdədir, əzələ gücü 5 baldır, axil refleksi sağda daha canlıdır, solda zəif çağırılır. Əzələ atrofiyası və əlamətləri izlənmədi. Xəstənin təqdim etdiyi EMQ müayinəsində qeyd edilir ki, “Tibial sural sinir normal izlənir, bilateral peroneal amplutida kiçik izləndi, bilateral tibialis anterior qastrokinemius əzələləri böyük və polifazik əzələ vahidi izləndi, tibialis anteriorda pozitiv kəskin dalğalar da izləndi. Alınan nəticələr radikulopatiya lehinə dəyərləndirilə bilər.” Obyektiv müayinənin nəticəsində və təqdim edilmiş instrumental müayinənin nəticəsində şəxsdə dövlət tibb müəssisəsinin göndərişində qeyd edilmiş ağırlaşma kimi qeyd edilmiş “sağ pəncənin parezi” təsdiqini tapmadı. Beləliklə, göndərişin rəsmiləşdirildiyi zaman qüvvədə Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə’yə və hazırda qüvvədə olan Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar edilmədiyindən əlillik təyinatı aparmaq mümkün olmadı və “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı verilir. Beləliklə, iş materiallarından müəyyən olunur ki, iddiaçıya inzibati orqan tərəfindən fasiləsiz olaraq 10 ildən artıq İİ qrup əlillik təyinatı aparılmışdır. Sonuncu dəfə ona İİ qrup əlilliyin müddətsiz təyin olunmasından imtina olunmuşdur. Bu imtina 2015-ci ildə qəbul edilmiş Əlillik meyarları ilə qiymətləndirmənin nəticəsi olmuş, məhkəmə icraatı dövründə məlum olmuşdu ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş yeni “Əlilliyin müəyyən olunması meyarları” qəbul olunmuşdur. Odur ki, apellyasiya baxışı zamanı iddiaçının aparılan müayinələri (birinci instansiya məhkəməsində keçirilmiş ekspertiza zamanı da belə müayinə aparılmışdır) nəzərə alınmaqla onun müraciətinin yeni qəbul edilmiş Əlillik meyarları ilə də qiymətləndirilməsi cavabdeh inzibati orqana tapşırılmışdır. Yuxarıda da qeyd olunduğu kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçı yenidən müayinə olunarkən onun göndərişdə qeyd olunan və indiyənədək ona 10 ildən artıq İİ qrup əlilliyin verilməsi üçün əsas olan ağırlaşdırıcı diaqnozu- “sağ pəncənin parezi” diaqnozu təsdiqini tapmamış, buna görə də ona İİ qrup əlilliyin müddətsiz təyin olunması ilə bağlı tələbinin təmin olunmasından həm göndəriş və imtinanın verildiyi dövrdə qüvvədə olmuş 2015-ci il tarixli Əlilliyin müəyyən olunması Meyarları, həm də 13 may 2022-ci il tarixli 187 nömrəli Qərar ilə təsdiq edilmiş yeni “Əlilliyin müəyyən olunması meyarları” baxımından yenidən imtina olunması ilə bağlı qərar qəbul olunmuşdur. İşin apellyasiya baxışı zamanı iddiaçının sonuncu müayinəsi ilə bağlı cavabdeh inzibati orqanın qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarın qəbul olunmasında iştirak edən Tibbi Sosial Ekspertiza Xidmətinin Təşkili Departamentinin müdir müavini ekspert X16 məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, İddiaçı əyani müayinəsi keçirilərkən həqiqətən də tibb müəssisəsinin göndərişində “Ağırlaşma” kimi qeyd edilmiş “sağ pəncənin parezi” diaqnozu öz təsdiqini tapmamışdır. Buna görə də şəxsə İİ qrup əlilliyin müddətsiz təyin olunmasından imtina olunmuşdur. Məhkəmə kollegiyası cavabdeh qurumun mövqeyi ilə razılaşmır və hesab edir ki, istər məhkəməyədək icraat dövründə iddiaçıya 2015-ci il tarixli Əlillik Meyaları ilə verilmiş imtina, istərsə də sonuncu dəfə yeni qəbul olunan 13 may 2022-ci il tarixli 187 nömrəli Qərar ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ilə verilmiş imtina əsassız olmuşdur. Belə ki, yuxarıda da qeyd olunduğu kimi, iddiaçı əvvəllər fasiləsiz olaraq 10 ildən çox İİ qrup əlilliyi olan şəxsdir və ona həmin əlillik məhz digər xəstəlikləri ilə yanaşı, əsas ağırlaşdırıcı diaqnozu- “sağ pəncənin parezi” diaqnozu əsasında verilmişdir. İşə birinci instansiya qaydasında baxılarkən həmin ağırlaşdırıcı diaqnoz cavabdeh inzibati orqanın nümayəndəsinin də iştirakı ilə tərtib olunmuş ekspert rəyində də öz təsdiqini tapmışdır. Buna baxmayaraq hazırki vəziyyətdə cavabdeh qurum iddiaçı ilə bağlı qiymətləndirməni həm də NK-nın 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” ilə apararkən ona 10 ildən artıq fasiləsiz olaraq İİ qrup əlilliyin təyin olunması üçün əsas olan ağırlaşdırıcı “sağ pəncənin parezi” diaqnozunun öz təsdiqini tapmadığını əsas gətirmişdir ki, bu da yuxarıda göstərilənlərlə bağlı qanunsuz və əsassız olmuşdur. Həmçinin qeyd olunur ki, cavabdeh inzibati orqanın imtinasının səbəbi belə olmuşdur: “Göndərişin natamam doldurulması - Səbəb: İnstrumental müayinələrlə xəstəliyin ağırlaşması arasında uyğunsuzluq var”. Halbuki “Göndərişin natamam doldurulması” halı qanunla əlilliyin təyinatının aparılmasından imtina üçün deyil, bildirişin altsistem vasitəsilə onu rəsmiləşdirən Komissiyaya qaytarılması üçün əsasdır. Kollegiya onu da qeyd edir ki, iddiaçı barəsində birinci instansiya məhkəməsində verilmiş ekspert rəyində əvvəlki mövqedən fərqli olaraq “Vətəndaş İddiaçı səhhəti ilə bağlı hazırda ixtisaslaşdırılmış müayinə, müalicəyə ehtiyacı var” halına istinad edilmişdir. Halbuki nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.5.1-ci bəndinə əsasən şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.3-cü bəndinə əsasən əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi göndərişin verilməsi üçün əsasdır. Göründüyü kimi, qanunvericilik əlillik müddəti bitdikdən sonra əlilliyin təyini zamanı müəyyən olunmuş pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi halında, təkrar əlilliyin qiymətləndirilməsi zamanı əlil şəxsin ambulator və ya stasionar müalicədə olması ilə bağlı şərt müəyyən etmir. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İnzibati Prosessual Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar; 13.2-ci maddəsinə görə, inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 15.1-ci maddəsinə görə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; 17-ci maddəsinə görə fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 58.1-ci maddəsinə görə inzibati akt Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər əlaqədar hüquq normalarına uyğun qəbul edilməlidir. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçıya İİ dərəcə əlilliyinin müddətsiz təyin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin edilməsi ilə bağlı gəldiyi nəticə maddi hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğundan qərar dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın rədd edilməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 7160/2022 saylı 26 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-7160/2022 saylı 26 iyul 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar