Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-548/2022 21.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlu və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil3 və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 64/2020 saylı xx.xx.2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m üə y y ə n e t d i: İ. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin: -20 dekabr 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi; -17 aprel 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya əlavə olaraq ƏDV-nin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi; - cavabdehin 20 avqust 2019-cu il tarixli, **********188725 saylı “Vergi ödəyicisinin vergi qanunvericliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın iddianın təmin edilən hissəsində ləğv olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayətində göstərilən əsaslara görə məhkəmənin qərarı təmin edilən hissəsində qanunsuz və əsassızdır. Belə ki, məhkəmə, xx.xx.2013-cü il tarixli qərarı üzrə vergi orqanının səyyar vergi yoxlaması zamanı yerində baxış keçirmiş mütəxəssisin rəyini nəzərə almamış və heç bir əsas olmadan 2012-ci ilin 2-ci rübü üzrə sadələşdirilmiş verginin hesablanmasının vergi orqanı tərəfin sübuta yetirilmədiyini qeyd etmişdir. Eyni zamanda, məhkəmə vergi orqanunun xx.xx.2015-ci il tarixli qərarı üzrə düzgün araşdırma aparmamış, AR Nazirlər Kabinetinn xx.xx.2008-ci il tarixli 62 saylı Qərarı ilə təsdiq edilmiş “mənzil tikintisi fəaliyyti ilə məşğul olan şəxslər tərəfindən ƏDVnin məqsədləri üçün ölkənin şəhər və rayonlarının ərazilərinin zonalar üzrə əmsalları”na əsasən iddiaçının təqdim etdiyi mənzillərin ərazisi üzrə zona əmsalının 1,5 olaraq müəyyən edildiyini nəzərə almamışdır. Məhkəmənin istinad etdiyi ekspert rəyi əsassızdır. Məhkəmə etirazda göstərilənlərə ümumiyyətlə, münasibət bildirməmişdir. Məhkəmənin cavabdeh vergi orqanının inzibati icraatla bağlı icraatda iştirak edən şəxslərin dinlənilmə hüququnun təmin edilməməsi dəlili ilə bağlı bildirilir ki, cavabdeh vergi orqanı tərəfindən qanunvericiliklə nəzərədə tutumuş bütün prosessual tələblər gözlənilmişdir. Belə ki, səyyar vergi yoxlaması aktının vergi ödəyicisi tərəfindən imzalanmasından imtina edildiyindən akt sifarişli poçt göndərişi vasitəsi ilə iddiaçıya təqdim olunmuşdur Səyyar vergi yoxlaması ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş qaydada aparılmış və tərəf yoxlamanın gedişatı ilə bağlı məlumatlandırılmışdır. Lakin iddiaçı tərəfindən səyyar vergi yoxlaması aktına hər hansı münasibət bildirilmədyindən Vergi Məcəlləsi müəyyən edilmiş müddətlər nəzərə alınmaqla, yekun qərar qəbul etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-518/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-64/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Həmin qərardan cavabdeh kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1582/2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə cavabdehin kassasiya şikayəti qismən təmin edilərək qərara alınmışdır: - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-518/2021 nömrəli qərarı qismən - “xx.xx.2013-cü il tarixli, **********711255 saylı qərarın iddiaçıya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” və “xx.xx.2015-ci il tarixli **********889773 saylı qərarın iddiaçıya əlavə dəyər vergisinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” hissələrində ləğv edilsin. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 21(103)-518/2021 nömrəli qərarı həmin hissələrdə təkrar baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilsin. - Cavabdehin kassasiya şikayəti qalan hissədə təmin edilməsin...” İşə təkrar apellyasiya qaydasında işə baxılarkən məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Ə.Camalov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil3 apellyasia şikayətinə etirazını bildirərək iddianın mümkün olduğunu və iş materialları ilə cavabdehin mübahisələndirilən qərarları ilə iddiaçıya hesablanmış vergilərin və tətbiq olunmuş maliyyə sanksiyasının əsassız olaraq hesablandığının sübuta yetirildiyini bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını təkrar apellyasiya araşdırıb, Ali Məhkəmənin qə qeyd olunan qərarından irəli gələn göstərişləri nəzərə alıb belə hesab gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. Ali Məhkəmənin iş üzrə xx.xx.2021-ci il tarixli qərarından irəli gələn göstərişləri aşağıdakılardan ibarət olmuşdur. “...64. Məhkəmə kollegiyası kassatorun iddianın mümkünlüyü ilə bağlı dəlilləri üzrə aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2013-cü il tarixli **********711255 saylı qərar Vergilər Nazirliyi yanında ləğv olmuş Vergi Auditi Departamentinin xx.xx.2013-cü il tarixli **********664824 saylı qərarı ilə başlanılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Qeyd olunan səyyar vergi yoxlamasının nəticələri üzrə Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən xx.xx.2013-cü il tarixli **********673391 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş və yoxlanılan vergi ödəyicisinin rəhbəri tərəfindən imzalanmışdır. Vergi ödəyicisinin rəhbəri tərəfindən yoxlama aktında hər hansı qeydlər edilməmiş, aktı imzalamaqdan imtina edilməmişdir. Səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmiş “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2013-cü il tarixli qərar və **********728000 saylı tələbnamə ödəyici tərəfindən möhürlənərək və imzalanaraq qəbul edilmiş, həmin qərar əsasında hesablanan vergi borcu iddiaçının şəxsi hesab vərəqəsində öz əksini tapmış və iddiaçı tərəfindən ödənilmişdir.
65. İddiaçı tərəfindən mübahisələndirilən digər – xx.xx.2015-ci il tarixli **********889773 saylı qərar ləğv olunmuş Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2014-cü il tarixli **********7118487 saylı qərarı ilə başlanılmış səyyar vergi yoxlamasının nəticəsində qəbul edilmişdir. Qeyd olunan səyyar vergi yoxlamasının nəticələri üzrə Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən xx.xx.2015-ci il tarixli **********798863 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, həmin akt yoxlanılan vergi ödəyicisi tərəfindən imzalanmaqdan imtina edildiyindən sifarişli poçt göndərişi ilə iddiaçıya göndərilmişdir. Lakin vergi ödəyicisi məktubu almaqdan imtina etmişdir. Həmin qərarla hesablanan vergi məbləğləri iddiaçının şəxsi hesab vərəqəsində öz əksini tapmışdır. Həmin qərarın ləğvi ilə bağlı isə iddiaçı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinə müraciət etmiş və məhkəmənin xx.xx.2016-cı il tarixli, 21(82)- 745/2016 saylı qərardadı ilə iddia geri götürülmüş hesab edilərək icraata xitam verilmiş və iddiaçı həmin qərardadı mübahisələndirməmişdir.
66. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, xx.xx.2013-cü il tarixli **********711255 saylı qərar 4 il 11 ay və xx.xx.2015-ci il tarixli **********889773 saylı qərar isə 3 il 8 aydan sonra mübahisələndirilsə də, apellyasiya instansiyası məhkəməsi yuxarıda sadalanan hallara (xx.xx.2013-cü il tarixli **********711255 saylı qərarın iddiaçı tərəfindən imzalanaraq qəbul edilməsi, xx.xx.2015-ci il tarixli **********889773 saylı qərarın poçt vasitəsi ilə iddiaçıya göndərilməsi, iddiaçı tərəfindən məktubun qəbul edilməsindən imtina edilməsi, həmin qərarın 2016-cı ildə məhkəmədə mübahisələndirilməsi və hər iki qərarda hesablanan vergi borcunun iddiaçının şəxsi hesab vərəqəsində borcun hesablandığı tarixlərdə öz əksini tapması, həmçinin 2013-cü il tarixli qərar əsasında hesablanan vergi borcunun iddiaçı tərəfindən ödənilməsi) formal yanaşma ilə qiymət vermiş, mübahisə olunan qərarların müəyyən edilmiş qaydada iddiaçıya təqdim edilməməsinə istinad edərək hazırkı iddianı hər iki qərara münasibətdə mümkün hesab etməmişdir (Həmin bəndin sonluğunda “etməmişdir” sözü cümlənin ümumi mənasına, habelə, əvvəlki və bundan sonrakı bəndlərin ifadə tərzinə uyğun gəlmədiyi nəzərə alınmaqla, Ali Məhkəmə ilə dəqiqləşmə aparıldıqda həmin sözün yazılışında texniki təhvə yol verildiyi və “etmişdir” sözü yazılmalı olduğu halda səhvən “etməmişdir” sözü yazıldığı məlum olmuşdur).
67. Avropa İnsan Hüquqları Məhkəməsi də hazırkı qərarın 56-cı bəndində istinad olunan qərarında müddətlərin hesablanması ilə bağlı qeyd etmişdir ki, “şikayət üçün vaxt yalnız şikayətçinin səmərəli fəaliyyət göstərə bildiyi gündən başlayır. Müvafiq olaraq, başlanğıc nöqtəsi qərarın təqdim edildiyi gün, yəni tərəflərin hərəkət edə bildiyi gün olmalıdır. Tərəflər, onların üzərinə ağır yük qoyan və ya qanuni hüquq və mənafelərini poza bilən qərarlardan faktiki olaraq məlumatlandırıldıqları andan iddia qaldırmaq və ya apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməlidirlər...
69. Apellyasiya instansiyası məhkəməsi iddiaçının mübahisələndirilən qərarlar barədə daha əvvəl məlumatlı olmasına dair yuxarıda sadalanan halları nəzərə almamış, iddia müddətini iddiaçı tərəfindən ötürülməmiş hesab etmişdir...” Ali Məhkəmənin qərarında qeyd olunan hüquqi mövqeyi və prosessual qanunvericiliyin iddianın mümkünlüyünə olan şərtləri nəzərə alınmaqla, təkrar apellyasiya qaydasında araşdırıldıqda, iddiaçının yoxlanılan hissədə hazırkı mübahisələndirmə haqqında iddia tələbinin mümkünlük şərtlərinin yerinə yetirildiyi öz təsdiqini tapır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin sözügedən norması onu ehtiva edir ki, inzibati məhkəməyə verilən iddia – subyektiv hüququ olan şəxs tərəfindən və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə müvafiq olaraq prosessual qanunvericiliyin tələbləri (iddia müddətinə riayət olunmaqla, yazılış formasına və s. riayət olunmaqla) daxilində, müvaiq cavabdehliyi qanunvericiliklə müəyyən edilən inzibati orqana qarşı qaldırılmalı və qanunla qorunan hüquq və azadlıqlarının pozulması (müvafiq sübutlarını da əlavə edilməklə) formal olaraq əsaslandırıldığı halda məhkəmə icraatı mümkündür. Konkret halda isə mübahisələndirən vergi orqanının mübahisələndirilən hər iki qərarının ləğvi tələbinə dair hazırkı iddianın mümkünlük şərtləri ödənilmir. Belə ki, Vergi Məcəlləsinin 39.1-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə vergi orqanlarının səlahiyyətli vəzifəli şəxsləri tərəfindən müəyyən edilmiş formada vergi yoxlaması aktı tərtib edilir və həmin şəxslər və yoxlanılan vergi ödəyicisinin rəhbəri (onu əvəz edən şəxs) və ya fərdi sahibkar tərəfindən imzalanır. Vergi ödəyicisi yoxlama aktında öz qeydlərini edə bilər, aktı imzalamaqdan imtina edə bilər və bu barədə həmin aktda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən 49.3-cü maddəsinə əsasən vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə çıxarılmış qərar əsasında 10 gündən gec olmayaraq vergi ödəyicisinə vergi borcunun, faizlərin, maliyyə sanksiyalarının məbləğlərinin, inzibati cərimələrin, habelə aşkar edilmiş pozuntuların aradan qaldırılması barədə tələbnamə göndərilir. Həmin Məcəllənin 49.4-cü maddəsi baxımından, vergi orqanının qərarının surəti və tələbnamə vergi ödəyicisinə və ya onun nümayəndəsinə verilmə tarixini təsdiq edən üsulla təqdim edilir. Vergi ödəyicisi və ya onun nümayəndəsinin bilərəkdən hərəkətləri nəticəsində vergi orqanının qərarının surəti və (və ya) tələbnaməsi ona təqdim oluna bilinmirsə, bu sənədlər (sənəd) onların (onun) sifarişli məktubla alınması günündən təqdim edilmiş hesab edilir. Həmin Məcələnin 70.2-ci maddəsinə əsasən vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. İş materiallarının 1-cildinin 8-22-ci və 55-57-ci vərəqlərinə əsasən müəyyən olunur ki, AR Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2013-cü il tarixli **********664824 saylı qərarına əsasən vergi ödəyicisi İddiaçı MTK-da aparılmış növbəti səyyar vergi yoxlaması aparılmış, nəticələrinə dair tərtib olunmuş xx.xx.2013-cü il tarixli **********673331 nömrəli “səyyar vergi yoxlaması Aktı n vergi ödəyicisi tərəfindən imzalanmış və daha sonra, vergi ödəyicisi həmin akt əsasında qəbul edilmiş və imzalanıb möhürlənmiş xx.xx.2013-cü il tarixli **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı və **********728000 saylı tələbnaməni imzalayıb almışdır. Həmin qərarla hesablanmış vergi borcu iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmiş və iddiaçı tərəfindən də ödənilmişdir. Eyni zamanda, iş həmin (1-ci) cildin 26-39-cu və 58-61-ci vərəqlərinə əsasən müəyyən olunur ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamentinin xx.xx.2014-cü il tarixli **********7118487 saylı qərarına əsasən növbədənkənar səyyar vergi yoxlaması aparılaraq nəticələrinə dair xx.xx.2015-ci il tarixli **********798863 saylı səyyar vergi yoxlaması aktı tərtib edilmiş, həmin Aktı vergi ödəyicisi imzalamaqdan imtina etmiş, həmin Akt əsasında “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2015-ci il tarixli **********889773 saylı qərar qəbul edillib imzalanaraq möhürlə təsdiq olunmuş və tələbnamə ilə birlikdə sifarişli poçt göndərişi ilə xx.xx.2015-ci il tarixdə iddiaçıya göndərilmiş, lakin sonuncu onu almaqdan imtina etmişdir. Həmin qərarla hesablanan vergi məbləği iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. İşin 3-cü cildinin 310-cu vərəqindən isə görünür ki, bundan sonra iddiaçı sözügedən qərarın ləğv eilməsi tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət də etmiş, lakin məhkəmənin 02 may 2016-cı il tarixli 2-1(82)- 745/2016 saylı qərarı ilə iddia ərizəsi geri götürülmüş heab edilərək iş üzrə icraatia xitam verilmiş və həmin qərardadan şikayət verilməmişdir. İddiaçı isə həmin qərarların ləğvi tələbinə dair hazırkı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2018-ci il tarixdə, yəni - xx.xx.2013-cü il tarixli qərar 4 il 11 ay və xx.xx.2015-ci il tarixli qərar isə 3 il 8 aydan sonra müraciət etmişdir. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Eyni zamanda, İPM-in 38.1-ci maddəsinin imperativ tələbinə görə mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə olan halda, İPM-in 22.2-ci maddəsinə əsasən Müddətlərlə bağlı bu fəslin müddəaları nəzərə alınmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydalar tətbiq olunur. MPM-in 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçı tərəfinjdən cavabdehin yoxlanılan qərarları İPM-in müəyyən etdiyi iddia müddəti çərçivəsində mübahisələndirilməmişdir. Ali Məhkəmənin də istinad etdiyi, “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin xx.xx.2000-ci il tarixli qərarında da qeyd edilmişdir ki, “şikayət üçün vaxt yalnız şikayətçinin səmərəli fəaliyyət göstərə bildiyi gündən başlayır. Müvafiq olaraq, başlanğıc nöqtəsi qərarın təqdim edildiyi gün, yəni tərəflərin hərəkət edə bildiyi gün olmalıdır. Tərəflər, onların üzərinə ağır yük qoyan və ya qanuni hüquq və mənafelərini poza bilən qərarlardan faktiki olaraq məlumatlandırıldıqları andan iddia qaldırmaq və ya apellyasiya şikayəti vermək hüququndan istifadə edə bilməlidirlər...” Belə olan halda, İPM-in 35.1-ci maddəsinin tələbi qaydasında, iddia yoxlanılan hissələrdə əsaslandırılmış iddia kimi qiymətləndirilə və məhkəmə icraatı mümkün saylıa bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərədə tutur ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsi üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (b.1.3); İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (b.1.4); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (b.2.1); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar... (b.8.6)” Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq pozuntuları ilə əsassız qərar qəbul olunduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı yoxlanılan yəni: - 20 dekabr 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi və 17 aprel 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya əlavə olaraq ƏDV-nin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi - hissələrində ləğv edilməli və həmin hissələrdə iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 83, 87, 90, 89, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-64/2020 saylı xx.xx.2020-ci il tarixli qərarı yoxlanılan - “20 dekabr 2013-cü il tarixli, **********711255 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MTK-ya əlavə olaraq mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi məbləğinin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi və 17 aprel 2015-ci il tarixli, **********889773 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı iddiaçıya əlavə olaraq ƏDV-nin hesablanması və bu əsasla maliyyə sanksiyasının tətbiq edilməsi hissəsində ləğv edilməsi” - hissələrində ləğv edilsin. Həmin hissələrdə İddiaçı MTK-nın iddia tələbləri mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Sədrlik edən Cahangir Yusifov
Hakimlər Həmid Həmidov
Xəyalə Cəmilova