Məhkəmə qərarları › İş №2-1(103)-549/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-549/2021

22.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-549/2021 22.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi-hakim), Nağıyeva Elmira Eyvaz qızı və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı onun mənzil növbəsinə qeydiyyata alınması və cavabdehə müraciət etdiyi tarixdən müqaviləyə əsasən kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi iddia tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2317/2020 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında ( iclas keçirmədən) baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun hərbidə 22 il işləməsi nəzərə alınaraq Bakı şəhəri Cavabdeh tərəfindən mənzillə təmin olunanadək yaşadığı mənzilin kirayə pulunun təmin olunması haqqında qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, onun mənzil növbəsinə qeydiyyata alınması və cavabdehə müraciət etdiyi tarixdən müqaviləyə əsasən kirayə haqqının ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2317/2020 nömrəli qərarı ilə iddia təmin edilərək, İddiaçı mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir (hakim F.Mədətli). Həmin qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2317/2020 nömrəli qərarı ilə onun iddia tələbi iki uşaqları və həyat yoldaşı nəzərə almadan tək onu mənzil növbəsinə götürülməklə mənzil ilə təmin edilənədək kirayə pulunun verilməsi vəzifəsi cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilmişdir. Onun ailə üzvləri də qərarda qeyd olunması barədə məhkəməyə müraciət etmişlər və ailə üzvlərinin bütün sənədlərini də əvvəlcədən təqdim etmişdir. İddiaçı Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2317/2020 nömrəli qərarı ləğv edərək onun dörd nəfər ailə üzvü ilə mənzil növbəsinə qəbul edilməsini və mənzil ilə təmin edilənədək dörd nəfərə kirayə pulunun verilməsi cavabdeh Bakı şəhəri Nizami İcra Hakimiyyətinə həvalə ediməsini xahiş etmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, apellyasiya şikayətinin mümkünlük əsaslarını yoxlayaraq hesab edir ki, apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Məhkəmə kollegiyası iddiaçının apelyasiya şikayətində onun dörd nəfər ailə üzvü ilə mənzil növbəsinə qəbul edilməsini və mənzil ilə təmin edilənədək dörd nəfərə kirayə pulunun ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulması dəlillərini əsassız hesab edir. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı məhkəməyə ünvanlandığı iddia tələbinin dəqiqləşdırılməsinə dair ərizəsində (i.v.29) onun mənzil növbəsinə qeydiyyata alınması və cavabdehə müraciət etdiyi tarixdən müqaviləyə əsasən kirayə haqqının ödənilməsi vəzifəsini cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hazırki iş üzrə qoyulmuş tələblər üzrə qərar qəbul edib. İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərinə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mülki Prosessual Məcəlləsinin 372.4-cü maddəsinə görə apelyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiyada işə baxılmanın predmeti olmayan yeni tələblər qəbul edilmir və onlara baxılmır. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayətində göstərilən tələblər birinci instansiya məhkəməsində işə baxılmanın predmeti olmamışdır, ona görə də apelyasiya şikayəti mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 87.4-cü maddəsinə əsasən apellyasiyanın mümkünlüyü ilə bağlı məhkəmə qərardad çıxarır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə hesab edir ki, iddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-2317/2020 nömrəli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalı və apellyasiya şikayətinin qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 89, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: İddiaçı tərəfindən Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)- 2317/2020 nömrəli qərarından verilmiş apellyasiya şikayəti mümkün sayılmasın və apellyasiya şikayətinin qəbulundan imtina edilsin. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Vahid Sadıqov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar