Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-549/2022 06.07.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Həmidov Həmid Üzeyir oğlundan (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məmmədova Leyla Asəf qızının katibliyi, İddiaçı1 vəkili və nümayəndəsi Vəkil4, İddiaçı2 Razim qızının vəkili və nümayəndəsi Vəkil1, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 cavabdeh Bakı şəhəri Cavabdehnə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi) qarşı “kompensasiyanın ödənilməsi” barədə iddia tələbi üzrə üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)- 293/2020 saylı qərarından iddiaçılar və cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Maliyyə Nazirliyi) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətlərində olan evin razılıqları olmadan cavabdeh tərəfindən söküldüyünə görə dəymiş maddi və mənəvi zərərə görə İddiaçı1 50.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat, İddiaçı3 50.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat və İddiaçı2 200.000 manat kompensasiya və mənəvi ziyana görə 30.000 manat məbləğində pulun Cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hələ ev sökülməmişdən əvvəl dəfələrlə Cavabdehnə kompensasiya ilə bağlı müraciət etmişlər. Cavabdeh Başçısının birinci müavini Səməd İslamovun xx.xx.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, «Akademik A. Qarayev küçəsi, dalan 1,6 ünvanda yerləşən mənzilin satınalınması zamanı göstərilən məsələ nəzərə alınaraq kommissiyanın iclası zamanı müzakirəyə çıxarılması üçün müraciətin surəti 64 saylı MKİS-nə göndərilmişdir». Lakin dəfələrlə komissiyaya getmələrinə baxmayaraq, onlara kompensasiya ödənilmədi. Məcbur olub təkrarən Cavabdehnə müraciət etmişlər. Cavabdeh inzibati orqanın xx.xx.2018-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, “paylı mülkiyyətçisi olduğunuz Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1 ünvanda yerləşən 6 saylı fərdi yaşayış evi ilə bağlı Cavabdeh tərəfindən yaradılmış Daşınmaz Əmlakın Alınması Qrupunda məlumat mövcud deyildir. Paylı mülkiyyətçisi olduğunuz ünvanın hüquq müəyyənedici sənədlərini ərazi üzrə MKİS-nə təqdim etdikdən sonra sizə kompensasiya ödənilməsi məsələsinə baxılacaqdır”. Göründüyü kimi, Cavabdeh 2 məktubu bir-birinə ziddir. Birinci məktubda göstərilmişdir ki, müraciətin surəti 64 saylı MKİS-nə göndərilmiş, digərində isə göstərilmşdir ki, sənədlər MKİS-nə təqdim edildikdən sonra kompensasiya verilməsi məsələsinə baxılacaqdır. Bundan sonra iddiaçılar təkrarən xx.xx.2018-ci il tarixdə 64 saylı MKİS-nə, Cavabdehnə və Yasamal Rayon MKTB-nə müraciət etmişlər və evə dair çıxarışın notarial təsdiq olunmuş surətini, İcra Hakimiyyətinin bir-birinə ziddiyyətli olan məktubların surətini ərizəyə əlavə edib göndərmişlər. Lakin buna baxmayaraq, heç bir müsbət nəticə əldə etməmişlər. Nəhayət onların razılıqları olmadan xüsusi mülkiyyətlərində olan Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi cavabdeh tərəfindən kompensasiya verilmədən, iddiaçıların razılığı olmadan sökülmüşdür. Evi onların razılığı olmadan söküləndən sonra görən zaman şok vəziyyətinə düşmüşlər, stress və sarsıntı keçirmişlər. Necə ola bilər ki, dövlət tərəfindən razılıqları olmadan xüsusi mülkiyyətlərində olan ev sökülsün. Bunun nəticəsində iddiaçların mülkiyyət hüquqları pozulmuş və onlara külli miqdarda ziyan dəymişdir. Bununla bağlı Cavabdehnə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciətlər etmişlər, lakin müsbət nəticə əldə olunmamışdır. Maliyyə Nazirliyinin DX-03/05-05-811-4317 saylı 06 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, «5 ailənin üzvləri və ailə başçıları ilə uzun sürən müzakirədən sonra əmlak üçün ümumilikdə hesablanmış kompensasiya məbləğinin bir hissəsi Sizə saxlanılmış və qalan hissəsi isə ərazidə icrası nəzərdə tutulan lahiyənin vaxtında yekunlaşdırılması məqsədi ilə həmin ünvanda uzun müddət faktiki olaraq yaşamış, alınmanın təsirinə məruz qalan digər paylı mülkiyyətçilərə və istifadəçilərə müvafiq sənədlər əsasında notarial qaydada alqı-satqı aparılmaqla ödənilmişdir. Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1, ev 6 ünvanda paylı mülkiyyətinizdə olan sahəni faktiki olaraq həmin ünvanda təqdim edə bilməməyiniz, qeyd olunan ünvandakı yaşayış sahələrində uzun müddət digər payçıların yaşamaları (bu barədə məlumat MKİSnin məlumatı) nəzərə alınaraq, faktiki olaraq ünvanda yaşayan, həmin ünvanda daşınmaz əmlaka xidmət göstərməklə onun istismara yararlı vəziyyətdə saxlanmasını təmin edən, kommunal xidmət haqlarını ödəyən mülkiyyətçilərlə müqayisədə aşağı qiymətlə hesablanmış kompensasiya məbləği Sizə təklif olunur». Həmin məktubu 12 avqust 2019cu il tarixdə almışlar. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş Seriya MH, ******* nömrəli Çıxarışdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi 4 nəfərin adında paylı mülkiyyətdir. Maliyyə Nazirliyinin məktubunda isə göstərilir ki, guya həmin evdə 5 ailə yaşayıb və digər paylı mülkiyyətçilərə kompensasiya ödənilmişdir və guya iddiaçılara az da olsa kompensasiya məbləği saxlanılmışdır. Hesab edirlər ki, həmin məktub formal xarakter daşıyır və imtina kimi qəbul olunmalıdır. Çünki dəfələrlə ev sökülməmişdən əvvəl və söküləndən sonra da “Daşınmaz əmlakın alınması qrupu”na müraciət etmişlər, lakin onlara kompensasiya verilməkdən imtina edilmişdir. Bakı şəhəri Cavabdeh Başçısının 93-152 saylı 05 avqust 2019-cu il tarixli cavab məktubunda göstərilmişdir ki, «ünvan 2 ünvanında yerləşən yaşayış sahəsi ilə bağlı qeyd etdiyiniz məsələnin araşdırılması üçün sənədlərlə birlikdə Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar prospekti 28B ünvanında fəaliyyət göstərən müstəqil qiymətləndirici ekspertlərə, həmçinin hər həftənin 3-cü günü, saat 15:00-dan 19:00-dək həmin ünvanda sakinləri qəbul edən Daşınmaz Əmlakın Alınması Qrupuna müraciət etmək tövsiyə olunmuşdur». Cavab məktubunu poçt vasitəsi ilə 17 avqust 2019cu il tarixdə almışlar. Hesab edirlər ki, Cavabdeh məktubu digər məktubları kimi imtina kimi qəbul olunmalıdır, çünki hər dəfə müraciət etdikdə formal cavab məktubu göndərilir. Faktiki olaraq hər dəfə bir bəhanə göstərilir, nəticədə xüsusi mülkiyyətlərində olan evin sökülməsinə baxmayaraq, cavabdeh kompensasiyanı ödəməkdən yayınır. Hazırda xüsusi mülkiyyətlərində olan ev razılıqları olmadan söküldüyündən stress keçirmişlər və böyük sarsıntı içindədilər. Hesab edirlər ki, kompensasiya ilə birlikdə Cavabdeh onlara mənəvi ziyana görə də pul ödəməlidir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında Əsasnamə»nin 1 bəndinə əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göründüyü kimi, qanunun tələbinə əsasən həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi həmçinin iddiaçıların mülkiyyəti olduğundan, yaşayış evi ilə yanaşı torpaq sahəsinə də kompensasiya ödənilməlidir. Torpaq sahəsinin kompensasiyasına görə hər birinə 50000 manat hesablanmalıdır. İş üzrə cavabdeh orqan iddiaya dair yazılı etiraz təqdim edərək bildirmişdir ki, Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrinin ******* saylı çıxarışına əsasən ünvan 4 ünvanında yerləşən əmlakın ümumi sahəsi 126.6 kv.metrdir. Həmin çıxarışda mülkiyyətin 4/9 hissəsi İddiaçı2, 1/9 hissəsi İddiaçı1 və 1/9 hissəsi İddiaçı3 məxsus olsa da, Yasamal Rayonu İcra Hakimiyyəti tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunun tələblərinə uyğun olaraq təşkil edilmiş, müstəqil qiymətləndirici "xxxx" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, yuxarıda adları qeyd edilmiş şəxslərə məxsus yaşayış sahələri mövcud olmamış və onlara aid sahəni göstərə bilməmişlər. Bundan başqa, iddiaçılar həmin ünvanda yaşamamışlar. Buna görə də çıxarışda göstərilən sahələrə müvafiq olaraq hər kv.metr 400 manatdan hesablanmaqla İddiaçı2 22504 manat, İddiaçı1 5628 manat, İddiaçı3 isə 5628 manat kompensasiya məbləği müəyyən edilmişdir. İddiaçılar mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər subut təqdim etməmişlər. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 51 saylı, 16 fevral 2018-ci il tarixli qərarı ilə torpağın alınması zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. İddiaçılar mənəvi ziyanın vurulması ilə bağlı məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli Qərarı ilə torpağın alınmasını zəruri edən dövlət ehtiyacı və həmin torpağı alan orqan müəyyən edilmişdir. Qərara əsasən ünvan 4 ünvanında yerləşən daşınmaz əmlakın ərazisinin dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, dövlət ehtiyacları üçün alınması məqsədilə alan orqan kimi Bakı Şəhəri Yasamal Rayonu İcra Hakimiyyəti müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu”nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb etmişdir. ünvan 4 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 572 saylı xx.xx.2018-ci il tarixli qərarı ilə Bakı şəhəri, Yasamal rayonunda, “Sovetski” adlandırılan ərazidə bəzi yaşayış və qeyri-yaşayış obyektləri Bakı şəhərinin Baş Planına uyğun olaraq dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün satın alınması layihəsi ilə bağlı keçirilmiş tenderdə qalib gəlmiş "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500,00 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. Satınalma “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa uyğun həyata keçirilir. Qeyd olunan kompensasiya məbləği iddiaçılara təqdim edilə bilər. Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)-293/2020 saylı qərarı ilə iddia qismən təmin edilərək, cavabdeh Bakı şəhəri Cavabdehndən 25.371,77 manat məbləğində pulun alınaraq İddiaçı1, 25.371,77 manat məbləğində pulun alınaraq İddiaçı3 və 101.487,11 manat məbləğində pulun alınaraq İddiaçı2 verilməsi, iddianın digər hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarının ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Eyni zamanda qərardan narazı qalan cavabdeh tərəf apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarının dəyişdirilərək, iddiaçılar İddiaçı2 22.504 manat, İddiaçı1 5628 manat və İddiaçı3 5628 manat məbləğlərinin ödənilməsi və qərarın qalan hissədə dəyişdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı2 apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə qərarı iddianın təmin edilməmiş hissəsində ləğv edilməli və iddia tələbi həmin hissədə təmin edilməlidir. O, sözegedən mənzilin 4/9 hissəsinin mülkiyyətçisidir. Məhkəmə yaşayış sahəsinin bazar qiymətini ədalətli müəyyən etməmişdir. Bazar qiyməti həmin yaşayış evinin hər kv.m. qiymətinin ən azı 3000 manat olmasıdır. Məhkəmə torpaq sahəsinin də onun mülkiyyətində olmasına münasibət bildirməmişdir. Həmin evin altında yerləşən torpaq sahəsi onun mülkiyyəti hesab olunur. Torpaq sahəsinin kompensasiyası 200000 manat hesablanmalıdır. Hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiyməti ümumi məbləğə əlavə edilməlidir. Onun evi özbaşına olaraq onun razılığı olmadan və kompensasiya ödənilmədən sökülmüş, nəticədə ağır sarsırtılara məruz qalmışdır. Buna görə də ona mənəvi ziyan da ödənilməlidir. İddiaçılar İddiaçı1 və İddiaçı3 apellyasiya şikayətini iddia ərizəsinə uyğun əsaslandırmış, əlavə olaraq göstərmişdir ki, məhkəmə qərarının iddianın təmin olunmadığı hissəsi qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Belə ki, qərarda qeyd olunur ki, məhkəmə hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən mülkiyyətin dövlət ehtiyacları üçün alınması məqsədi ilə hesablanmış kompensasiya məbləği mülkiyyətçilərə ödənilməli idi. Ona görə də mülkiyyətin bazar dəyəri və "Torpaqların dövlət ehtiyyacları üçün alınması haqqında" Qanunla müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla AR Prezidentinin "AR-nın Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə " AR-nın 2007-ci il 07 dekabr tarixli, 506-İ1İQD nömrəli Qanunun tətbiq edilməsi haqqında" 26 dekabr 2007-ci il tarixli, 689 saylı Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla hesablanmış məbləğin— 228346 manatın mülkiyyətdəki paylarına uyğun hissəsi iddiaçılara ödənilməlidir. Buna uyğun olaraq, 25371,77 manat İddiaçı1 (mülkiyyətdəki payı 1/9 hissə), 25371,77 manat İddiaçı3 (mülkiyyətdəki payı 1/9 hissə), 101487,11 manat iddaçı İddiaçı2 (mülkiyyətdəki payı 4/9 hissə) ödənilməlidir. "xxxx" MMC-nin müstəqil qiymətləndirmə ekspertlərinin rəyi ilə müəyyən olunmuş mənzilin əsas və köməkçi sahələrinin hər kvadrat metri üçün son hədd əlavələr də nəzərə alınmaqla 1500 manat və digər sahələr üzrə isə bir kvadrat metr üçün onların konstruksiyasından və təmir səviyyəsindən asılı olaraq ***-**** manat arasında qiymətləndirilir. "xxxx" MMC-nin məhkəməyə təqdim etdiyi (və ya edilməmiş) hansı sənədinə istinad edilməsini qərarda qeyd etməmişdir. Halbuki, məhkəmə daha ədalətli davranaraq vətəndaşın mənafeyini gözləməli və dövlət ehtiyaclarını deyil də iddiaçıları düşünərək qərar çıxarmalı idi. Lakin görünən odur ki, məhkəmə həm çıxarışdakı paylara uyğun olaraq düşəcək olan pul məbləğini az hesablamış, həm də əmlak onların xəbəri olmadan söküldüyünə görə pozulmuş mənəvi haqlarını bərpa etməmişdir. Bundan başqa, məhkəmə iddia tələbinin evin yerləşdiyi torpaq sahəsinə görə də kompensasiya ödənilməsi hissəsi ilə əlaqədar qeyd etmişdir ki, iddiaçılar qeyd olunan torpaq sahəsinin onların mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər. Əksinə, iş materiallarında olan AR DƏDRX Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, torpaq sahəsi iddiaçıların mülkiyyətində deyil, yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların mülkiyyətindədir. Bu səbəbdən məhkəmə iddia tələbini həmin hissədə də təmin etməmişdir. Halbuki həmin evin altında yerləşən torpaq sahəsi də iddiaçıların mülkiyyəti hesab olunur. Cavabdehin apellyasiya şikayətini etiraza uyğun əsaslandırılmış və əlavə olaraq bildilmişdir ki, qeyd olunan qərar maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən həmin qərarın İddiaçı1 25.371,77 manat, İddiaçı3 25.371,77 manat və İddiaçı2 101.487,11 manat məbləğində pulun cavabdehdən alınaraq ödənilməsi hissəsində dəyişdirilməli və iddiaçılar İddiaçı2 22.504 manat, İddiaçı1 5.628 manat, İddiaçı3 isə 5.628 manat kompensasiya məbləğlərinin ödənilməsi, qərarın qalan hissədə dəyişdirilmədən saxlanması barədə qərar qəbul edilməlidir. Belə ki, Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli 2-1 (112)-293/2020 nömrəli qərarından aydın olur ki, məhkəmə tərəfindən iddiaçıların paylarının müəyyən edilməsi üçün iddiaçıların məhkəməyə təqdim etdiyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X8 Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş MH seriyalı ******* saylı xx.xx.2007-ci il tarixli Çıxarışa istinad edilmişdir. Məhkəmə qərarında iddiaçılara ödəniləcək kompensasiya məbləğinin hansı hesablama düsturuna uyğun hesablamalı olduğunu və hansı mötəbər sənədə istinad etdiyini göstərməmişdir. Məhkəmə qanuna zidd özünün formal mülahizələrinə söykənərək belə nəticəyə gəlmişdir ki, əgər həmin ünvanda yerləşən yaşayış sahələrinə görə faktiki istifadə və sahibliklərində olmuş vətəndaşlara ümumi 228346 manat məbləğində kompensasiya ödənilmişdirsə, həmin 228346 manat məbləğində pul iddiaçıların paylarına uyğun bölünərək onlara verilməlidir. Halbuki məhkəmənin bu cür kompensasiya məbləğinin hesablaması qaydası mövcud qanunvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi mülkiyyət hüquqlarına dair sənədlər üzrə bölgü aparmış, lakin əmlakın mütəxəssis tərəfindən aparılmış qiymətləndilmə rəyinə istinad etməmiş, təqdim edilmiş qiymətləndirməni isə nəzərə almamış, habelə əmlakın faktiki vəziyyətini, ölçülərini, təmir və yararlılıq səviyyəsini, mülkiyyətçilərin həmin əmlak üzərində faktiki sahiblik imkanlarının olubolmadığını araşdırmadan kompensasiya məbləği müəyyən etmişdir. Bundan başqa, qərar qəbul edilərkən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun müsabiqə yolu ilə seçilmiş müstəqil ekspert olan "Azər Expert” MMC-nin məhkəməyə təqdim edilmiş rəy nəzərə alınmamışdır. Belə ki, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 23.1.4-cü maddəsinə əsasən alınan hər bir torpaq və digər əmlakın qiymətləndirilməsi məqsədləri üçün qanunvericiliyə uyğun olaraq keçirilən müsabiqə yolu ilə müstəqil qiymətləndirici cəlb edir. Mübahisə predmeti olan ünvanda yerləşən yaşayış sahələrindən faktiki istifadə və sahiblik edən X12, X6, X2, X7, X1 və X4 ilə Cavabdeh arasında müxtəlif tarixlərdə alqı-satqı müqavilələri bağlanılmışdır. Qeyd edilən şəxslər notarial qaydada verdiyi ərizələrində göstərmişdirlər ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi dalan 1 ünvanında yerləşən 6 saylı yaşayış evinə görə digər mülkiyyətçilər tərəfindən hər hansı bir iddia yaranarsa, onların payını qaytarmağı və bununla bağlı yaranan bütün məsuliyyəti öz üzərlərinə götürürlər (ərizələrin surəti əlavədə təqdim edilir). “Azər Expert" MMC tərəfindən ünvan 4 ünvanında yerləşən əmlaka yerində baxış keçirilən zaman müəyyən edilmişdir ki, mülkiyyət hüququnu təsdiq edən sənədə əsasən iddiaçılara məxsus yaşayış sahələri mövcud olmamış və onlara aid sahəni göstərə bilməmişdirlər. Yəni, iddiaçıların mülkiyyət hüququ formal xarakter daşıyır. Buna görə də, “Azər Expert" MMC tərəfindən çıxarışda göstərilən sahələrə müvafiq olaraq hər kv.metr üçün 400 manatdan hesablanmaqla X5 22.504 manat, İddiaçı1 5.628 manat, İddiaçı3 isə 5.628 manat kompensasiya məbləği müəyyən edilmişdir. Məhkəmə təqdim edilmiş sübutları kifayət qədər vəzifə borcuna görə araşdırmalı olduğu halda araşdırmamış və iddiaçılara hesablanmış kompensasiya məbləğini əsassız olaraq heç bir sübuta istinad olunmadan, artırmaqla qərar qəbul etmişdir. Daşınmaz əmlaka kompensasiya hesablanarkən onun mövcud vəziyyəti, istismara yararlılıq vəziyyəti, təmir və köhnəlmə vəziyyəti və digər xüsusiyyətlər nəzərə alınır. "Torpağın alınmasını zəruri edən dövlət ehtiyacının və həmin torpağı alan orqanın müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 fevral 2018-ci il tarixli 51 nömrəli Qərarının 1-ci hissəsi ilə Bakı şəhərinin ünvan 5 ünvanında yerləşən fərdi yaşayış və qeyriyaşayış obyektlərini Bakı şəhərinin Baş Planına uyğun olaraq, dövlət əhəmiyyətli kommunikasiya xətlərinin çəkilməsi məqsədi ilə dövlət ehtiyacları üçün alan orqan Bakı şəhəri Cavabdeh müəyyən edilmişdir. Qərarın icrası məqsədi ilə Yasamal Rayonu İcra Hakimiyyəti “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələblərinə uyğun olaraq “Daşınmaz əmlakın alınması Qrupu"nu təşkil etmiş və alınan hər bir əmlakın qiymətləndirilməsi məqsədləri üçün müstəqil qiymətləndirici cəlb edib. ünvan 2 ünvanında yerləşən daşınmaz əmlak Nazirlər Kabinetinin 51 saylı 16 fevral 2018-ci il tarixli qərarının təsirinə düşmüşdür. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-126/2021 saylı, xx.xx.2021-cu il tarixli qərarı ilə iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-293/2020 saylı 09 iyun 2020-ci il tarixli qərarı cavabdeh Bakı şəhəri Cavabdehndən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kompensasiya məbləğlərinin ödənilməsi hissəsində dəyişdirilmiş, cavabdeh Bakı şəhəri Cavabdehndən 23166 manat məbləğində pul alınaraq İddiaçı1, 23166 manat məbləğində pul alınaraq İddiaçı3 və 92666 manat məbləğində pul alınaraq İddiaçı2 ödənilmiş, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmışdır. Qərardan iddiaçılar və cavabdeh orqan tərəfindən kasasiya şikayətləri verilmişdir. AR Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)- 1571/2021 saylı qərarı ilə cavabdehin kasasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi kollegiyasının 2-1(103)-126/2021 saylı, 21 aprel 2021-ci il tarixli qərarı iddianın təmin edilən hissəsində və mənəvi ziyana görə iddianın rədd edilən hissəsində dəyişdirilmədən saxlanılmış, iddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 kasasiya şikayəti qismən təmin edilmiş, qərar yaşayış evinin altında yerləşən torpaq sahəsinə görə kompensasiya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilmiş, həmin hissədə iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı1 vəkili və nümayəndəsi Vəkil4 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən İddiaçı2 Razim qızının vəkili və nümayəndəsi Vəkil1 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi X10 apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, iddiaçıların apellyasiya şikayəti qismən təmin edilməli, Bakı inzibati Məhkəməsinin 09 sentyabr 2020-ci il tarxili qərarı qismən Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0,213 ha torpaq sahəsində yerləşən torpaq sahəsinə görə kompensasiya ödənilməsinin rədd edilməsi hissəsində ləğv edilməli və iddia həmin hissədə qismən təmin edilməklə Cavabdehndən iddiaçıların istifadəsində olduğu torpaq sahələrinə uyğun olaraq, İddiaçı1 Ağabala qızına 8024 manat, İddiaçı3 8024 manat, İddiaçı2 32164 manat kompensasiya tutulub verilməlidir. Məhkəmə kollegiyası ilk olaraq onu qeyd edir ki, Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2-1(103)-1571/2021 saylı qərarı ilə iddianın təmin edilən əmlaka görə kompensasiya verilməsi hissəsində və mənəvi ziyana görə iddianın rədd edilən hissəsində Bakı Apellyasiya Məhkəməsinin 21 aprel 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanıldığından, hazırki apellyasiya baxışının predmetini iddiaçıların istifadəsində olan yaşayış evinin altında yerləşən torpaq sahəsinə görə kompensasiya ödənilməsi təşkil edir. Birinci instansiya məhkəməsinin qərarından göründüyü kimi məhkəmə iddia tələbini evin yerləşdiyi torpaq sahəsinə görə kompensasiya ödənilməsi hissəsində iddianı rədd edərkən qərarını onunla əsaslandırmışdır ki, iddiaçılar qeyd olunan torpaq sahəsinin onların mülkiyyətində olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişlər, əksinə iş materiallarında olan Hüquqların X8 daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, torpaq sahəsi iddiaçıların mülkiyyətində deyil, yalnız həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ ilə iddiaçıların mülkiyyətində olmuş, evin yerləşdiyi torpaq sahəsi isə dövlət mülkiyyəti sayılmaqla iddiaçıların istifadəsində olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakı maddi hüquq normalarına istinad edərək hesab edir ki, iddia tələbi iddiaçıların istifadəsində olan torpaq sahəsinin dövlət ehtiyacları üçün alındığına görə onlara kompensasiya ödənilməlidir. Məhkəmə kollegiyası gəldiyi bu qənaətini aşağıdakı maddi hüquq normaları ilə əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 211. Mülkiyyət hüququna xitam verildikdə əmlak onun bazar qiymətinə əsasən qiymətləndirilir. Maddə 157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması -246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. -246.3. torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. -246.5. bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı, həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla bağlı daşınmaz əmlaka (sututarlar, meşələr, çoxillik əkmələr, tikililər, qurğular və bu kimi digər obyektlər) da daxildir. -246.7. torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 №li Fərmanının 2.3-cü bəndində göstərilir ki, dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçisinə həmin daşınmaz əmlakın qanunvericiliyə uyğun olaraq hesablanmış bazar qiymətinin 20 faizi miqdarında satınalma qiymətinə əlavə haqq ödənilir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 3-cü maddəsinə əsasən torpağın alınmasına əsas verən dövlət ehtiyacları -3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri - 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. -4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar -5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: -5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; Maddə 23. Alınan torpağın qiymətləndirilməsi: -23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir; -23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; -23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; Maddə 58. Bazar qiyməti: -58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. -58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. -58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. -58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “Torpaq islahatı haqqında” Qanunun 9-cu maddəsinə görə vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi - Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamə: Bu Əsasnamə “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa və digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmış və vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi barədə aşağıdakı qaydaları və şərtləri müəyyən edir: -1.Vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. -1. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. İş materiallarıdan göründüyü kimi iddiaçıların mübahisə açdıqları fərdi yaşayış evi konkret paylar göstərilməklə onların mülkiyyətində olmuş, mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində adlarına paylı mülkiyyət hüququ ilə qeydiyyata alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də 0.0213 ha torpaq sahəsində yerləşən, 1 mərtəbəli, 8 otaqlı, 6 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə iddiaçıların (cəmi 4 nəfərin) xüsusi mülkiyyətində olmuşdur. Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş çıxarışa əsasən İddiaçı1-1/9 hissədə, İddiaçı3-1/9 hissədə, İddiaçı2-4/9 hissədə, digər mülkiyyətçi Z.M.Əliyevanın 3/9 hissədə payı vardır. Fərdi yaşayış evi cavabdeh tərəfindən iddiaçılara kompensasiya ödənilmədən sökülmüşdür. Bakı şəhərində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar 2011-ci ildən başlayaraq şəhərin ayrı-ayrı ərazilərində, o cümlədən Bakı şəhərinin Yasamal rayonunda Sovetski adlanan ərazidə mənzil sahiblərinə hər kvadratmetri 1.500 manatdan olmaqla kompensasiya ödənilmişdir. Ayrı-ayrı məhkəmə mübahisələri üzrə qərarlarla da mənzil sahiblərinə kompensasiyanın hər kv.m. üçün maksimum 1.500 manatdan kompensasiya ödənilməsi qərara alınmışdır. Qüvvədə olan məhkəmə qərarlarından görünür ki, məhkəmə mülkiyyətin bazar dəyəri və “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanun ilə müəyyən edilmiş bütün kompensasiya növləri nəzərə alınmaqla Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının 506-İİİQD nömrəli 2007-ci il 07 dekabr tarixli Qanununun tətbiq edilməsi haqqında” 689 saylı 26 dekabr 2007-ci il tarixli Fərmanı ilə nəzərdə tutulmuş 20% və digər əlavələr nəzərə alınmaqla iddiaçıların əmlakını qiymətləndirmiş və mövcud inzibati praktikaya əsasən sökülmüş fərdi yaşayış evinin əsas və köməkçi sahələri üçün hər kv.metrinə görə 1.500 manatla bütün kompensasiya növləri, o cümlədən “Torpaqların dövlət ehtiyaclarıüçün alınması haqqında” Qanun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 689 nömrəli Fərmanı ilə nəzərdə tutulan əlavələrin də ehtiva olunduğunu nəzərə alaraq hesab etmişdir ki, mübahisəli Bakı şəhəri Yasamal rayonu Ak.A.Qarayev küçəsi dalan-1-də istifadədə olan 0,0213 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 8 otaqlı 82,7 kv.m. yaşayış, 56,3 kv.m. köməkçi sahədən ibarət olmaqla, cəmi 139 kv.m.-dən ibarət 6 nömrəli fərdi yaşayış evinin iddiaçılara məxsus hissəsi, yəni İddiaçı1 mülkiyyətindəki payının 1/9 hissə (139 : 9 x 1 = 15,4 kv.m.) olması nəzərə alınmaqla 23.166 manat (15,4 kv.m. x 1.500 manat = 23.166 manat), İddiaçı3 mülkiyyətindəki payının 1/9 hissə (139 : 9 x 1 = 15,4 kv.m.) olması nəzərə alınmaqla 23.166 manat (15,4 kv.m. x 1.500 manat = 23.166 manat) və İddiaçı2 mülkiyyətindəki payının 4/9 hissə (139 : 9 x 4 = 61,7 kv.m.) olması nəzərə alınmaqla 92.666 manat (61,7 kv.m. x 1.500 manat = 92.666 manat) kompensasiya ödənilmişdir. Kompensasiyanın ödənilməsi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçrə qarşı” qərarında qeyd etmişdir ki, bu barədə 1-ci maddədə hər hansı norma olmasa da, hər halda 1-ci maddə mülkiyyətin özgəninkiləşdirilməsi zamanı kompensasiyanın ödənilməsini tələb edir. Məhkəmə bildirdi ki, Razılığa gələn Dövlətlərin hüquq sistemlərində kompensasiya ödənilmədən mülkiyyətin müsadirə olunmasına yalnız müstəsna hallarda haqq qazandırıla bilər, əks təqdirdə mülkiyyət hüququ “xəyali” və “səmərəsiz” hüquq olaraq qalardı. Torpaq sahəsinə görə kompensasiya ödənilməsinin mümkünsüzlüyü barədə birinci instansiya məhkəməsinin mövqeyini əsaslı saymayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Daşınmaz əmlakın dövlət reyestrindən 13 iyun 2007-ci il tarixdə verilmiş çıxarışa əsasən Bakı şəhəri, Akademik A.Qarayev küçəsi, dalan 1-də istifadədə olan 0.0213 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 8 otaqlı, 82.7 kv.m yaşayış, 56.3 kv.m köməkçi sahədən ibarət 6 nömrəli fərdi yaşayış evi və onun altında yerləşən torpaq sahəsi paylı mülkiyyət hüququ üzrə İddiaçı1 (iddiaçı)-1/9 hissə, İddiaçı3 (iddiaçı)-1/9 hissə, İddiaçı2 iddiaçı)-4/9 hissə, Z.M.Əliyevanın-3/9 hissə adlarına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının yuxarıda sadalanan qanunvericilik aktlarına, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin Axverdiyev Azərbaycana qarşı iş üzrə 25 yanvar 2015-ci il tarixli qərarına əsasən iddiaçıların mülkiyyətində olan mənzilin altında və istifadələrində olan torpaq sahəsi 1 saylı Protokolun 1-ci maddəsinə əsasən onların “mülkiyyəti” olmuşdur və onlara mülkiyyətlərindən məhrum olduqları torpaq sahəsinə görə kompensasiya ödənilməlidir. Cavabdehin hərəkətləri nəticəsində torpaq sahəsi ilə bağlı iddiaçılara vurulmuş ziyana görə cavabdeh Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə qeyd etmişdir ki, mülkiyyəti onun dəyərinə uyğun ağlabatan məbləğdə kompensasiya ödəmədən müsadirə etmək qeyri-mütənasib tədbirdir. Lakin 1-ci maddə heç də bütün hallarda tam kompensasiyanı təmin etmir: “cəmiyyətin maraqlarına xidmət edən, yəni qanuni məqsədlər daşıyan tədbirlərin, məsələn, iqtisadi islahatların, yaxud daha çox sosial ədalətə nail olmağa yönəlmiş tədbirlərin həyata keçirilməsi zamanı qarşıya qoyulan qanuni məqsədlər tam bazar dəyərindən aşağı məbləğdə kompensasiya ödənilməsinə haqq qazandıra bilər”( Qərarın 54-cü bəndi). İş materiallarından göründüyü kimi iddiaçılar "xxxx" MMC tərəfindən verilmiş arayışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Akademik A.Qarayev küçəsi, dalan 1-də istifadədə olan 0,0213 ha torpaq sahəsinin hazırki bazar dəyərinin 477 885,0 (dörd yüz yetmiş yeddi min səkkiz yüz səksən beş) manat təşkil etdiyini bildirərək onlarin paylarına müvafiq kompensasiya verilməsini xahiş edirlər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçılar tərəfindən istifadəsində olduqları torpaq sahəsi üçün tələb edilən məbləğ nə arayışda mötəbər sübutlarla əsaslandırılmadıgından, nə də ki, məhkəmə sorğuları ilə öz təsdiqini tapmadığından göstərilən məbləğ şişirdilmiş hesab edilir. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” AR Qanununun 58-ci maddəsinin tələblərinə uyğun olaraq Yasamal rayonu Sovetski adlanan ərazidə yerləşən torpaq sahələrinin bazar dəyərinin müəyyən edilməsi məqsədilə notariat ofislərinə sorğular vemişdir. Bakı şəhəri 19 saylı Notariat ofisi tərəfindən məhkəmə kollegiyasına daxil olmuş alqı-satqı müqavilələrindən görünür ki, ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 0,01865 kv/m olan torpaq sahəsinin alqı-satqı müqaviləsi üzrə satış qiyməti 160000 manat 00 qəpik (bir yüz altmış min manat); ünvan 8 ünvanında yerləşən 0.00918 ha olan torpaq sahəsinin alqı-satqı müaviləsi üzrə satış qiyməti 146908 manat 00 qəpik ( bir yüz qırx altı min doqquz yüz sıkkiz manat); ünvan 9 ünvanında yerləşən ümumi sahəsi 0.02 ha olan torpaq sahəsinin alqı-satqı müaviləsi üzrə satış qiyməti 217305 manat 00 qəpik (iki yüz on yeddi min üç yüz beş manat) qiymətləndirilməklə dövlət ehtiyacları üçün alıcı Cavabdeh tərəfindən alınmışdır. ünvan 10 ünvanında yerləşən iddiaçılara məxsus torpaq sahəsi 0,213 kv.m olmaqla: 1/9 hissə-23,6 kv.m olmaqla İddiaçı1, 1/9 hissə- 23,6 kv.m olmaqla İddiaçı3, 4/9 hissə-94,6 kv.m olmaqla İddiaçı2 istifadəsində olmuşdur. İş materiallarında olan müqavilələrdən göründüyü kimi mübahisələndirilən ərazidə 91 kv.m torpaq sahəsi 45900 manata yəni, 1 kv.m 500 manatdan; 0,11289 ha torpaq sahəsi (yəni 1 kv.m 175,8 manat) 198.567 manat qiymətləndirilməklə Cavabdeh tərəfindən alınmışdır. Göründüyü kimi dövlət ehtiyacları üçün alınmış torpaq sahələrinin alıcı orqan tərəfindən alqı-satqı müqavilələri bağlanarkən həmin ərazidə torpaqların bazar dəyəri 1 kv.m-ə görə təxmini 340 manat (175,8+500:2= 340) dəyərində olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən onlara məxsus fərdi yaşayış evinin hər bir kv.m görə 1500 manatdan kompensasiya aldıgı da nəzərə alaraq yaşayış evinin altında yerləşən və istifadə hüququ əsasında onlara məxsus olan torpağın hər kv.m-nə görə 340 manat məbləğində kompensasiyanın verilməsi ədalətli və ağlabatandır. Bu səbəbdən məhkəmə kollehgiyası hesab edir ki, iddiaçılara evin yerləşdiyi torpaq sahəsinə görə istifadəsində olduqları paylara münasibətdə hər kv.m görə 340 manatdan kompensasiyanın ödənilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 istifasində olan 23,6 kv.m torpaq sahəsinə görə 8024 manat (23,6x340), İddiaçı3 istifadəsində olan 23,6 kv.m torpaq sahəsinə görə 8024 manat(23,6x340), İddiaçı2 istifadəsində olan 94,6 kv.m torpaq sahəsinə götə 32164 manat (94,6x340) məbləğində kompensasiya verilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə ləğv edilməli, iddia tələbi həmin hissədə qismən təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94, və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: İddiaçıların apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı İnzibati Məhkəməsinin 09 iyun 2020-ci il tarixli, 2-1(112)- 293/2020 nömrəli qərarı qismən ünvan 10 yerləşən torpaq sahəsinə görə kompensasiyanın ödənilməməsi hissəsində ləğv edilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehndən 8024 manat məbləğində pul alınaraq İddiaçı1, 8024 manat məbləğdə pul alınaraq İddiaçı3, 32164 manat məbləğdə pul alınaraq İddiaçı2 ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-549/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-549/2022
06.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver