Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-55/2021 03.11.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X7 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Cahangir Afər oğlu Yusifovdan ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X2, nümayəndə X4 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “vurulmuş maddi və mənəvi zərərin tutulması” tələbinə dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(82)-3080/2019 saylı 05 noyabr 2019-cu il tarixli qərarından 3-cü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi, cavabdeh Bakı şəhəri Cavabdeh və İddiaçı tərəfindən ayrıayrılıqda verilmiş apellyasiya şikayətilərinə 03 noyabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 644 saylı 26 dekabr 2006cı il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, ev 25, mənzil 38-də yaşayan vətəndaş X1 məxsus Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən mövcud köşkün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 645 saylı 26 dekabr 2006cı il tarixli sərəncamından görünür ki, Bakı şəhəri, Xətai rayonu, Ə.Bayramov küçəsi, ev 41 yaşayan vətəndaş X3 məxsus Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən mövcud köşkün rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. 02 oktyabr 2007-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki, Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 644 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə X1 və Bakı şəhəri Əzizbəyov rayon İcra Hakimiyyəti Başçısının 645 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamı ilə X3 məxsus Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən mövcud köşk 42000 ABŞ dolları müqabilində İddiaçı satılmışdır. Bakı şəhəri Əzizbəyov rayonu Buzovna Bələdiyyəsi tərəfindən Əzizbəyov rayon İcra Hakimiyyətinə ünvanlanmış 115 saylı 17 iyun 2006-cı il tarixli məktubdan görünür ki, Bakı şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma Baş İdarəsinin müvafiq rəyi əsasında vətəndaş İddiaçı Buzovna qəsəbəsində A.Mirzəyev küçəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq məqsədi ilə 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Ayrılmış torpaq sahəsində vətəndaş İddiaçı tərəfindən tikinti işlərinin aparılmasına icazə verilməsi xahiş edilmişdir. Dövlət Torpaq kadastrı kitabında 23 oktyabr 2008-ci il tarixdə 10852 nömrə ilə uçota alınmış A seriyalı 098762 saylı “Torpaq sahəsinin planı və ölçüsü”ndən görünür ki, İddiaçı Əzizbəyov rayonu Buzovna bələdiyyəsinin 545 saylı 16 oktyabr 2007-ci il tarixli qərarı ilə Buzovna qəsəbəsində sahibkarlıq fəaliyyət ilə məşğul olmaq üçün 400 kv.m. torpaq sahəsi ayrılmışdır. Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş MH seriyalı 02044691 saylı 27.01.2009-cu il tarixli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış”dan görünür ki, Bakı şəhəri, Əzizbəyov (indiki Xəzər) rayonu, Buzovna qəsəbəsində yerləşən təyinatı (kateqoriyası) “digər təyinatlı torpaqlar” olan 0,0398 ha ölçüdə torpaq sahəsinə İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-486/2014 saylı 8 may 2014-cü il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı qanunsuz söküntü ilə əlaqədar dəymiş maddi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2756/2018 saylı iş üzrə 13 aprel 2018-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8 may 2014-cü il tarixli qətnaməsi apellyasiya qaydasında yoxlanılan hissədə ləğv edilmiş, həmin hissədə İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “söküntü nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair iddiası rədd edilmişdir. Bundan sonra iddiaçı ona kompensasiyanın ödənilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış Z-12-149 saylı 17 may 2018-ci il tarixli imtina məktubunda qeyd edilmişdir ki, Buzovna qəsəbəsi, Aruz Mirzəyev küçəsində yerləşən mülkiyyətdə olan iaşə obyektinin sökülməsi, büdcədən ayrılan və ödənilməsi nəzərdə tutulmuş vəsaitlər, kompensasiya ödənilməsi barədə Xəzər RİH-ə daxil olmuş ərizəyə baxılmışdır. Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” 27 fevral 2006-cı il tarixli 1338 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Bakı şəhərinin rayonlarında olduğu kimi, Xəzər rayonunda, o cümlədən Buzovna qəsəbəsində də quruculuq, abadlıq, yaşıllıq və s. işlər həyata keçirilmişdir. Həmçinin, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2930 nömrəli 8 iyul 2008-ci il tarixli Sərəncamına əsasən X8 Hava Limanı – X9 – Bilgəh qəsəbəsi istiqamətində magistral yolun yenidən qurulması işləri aparılmışdır. Göstərilənlərlə əlaqədar olaraq yeni salınmış yolun kənarında, həmçinin Buzovna qəsəbəsinin ərazisində abadlaşdırma və yenidənqurma işləri ilə bağlı primitiv şəkildə olan tikililər sökülmüş, yaşayış evləri, qeyriyaşayış obyektləri yenidən rekonstruksiya olunaraq milli memarlıq üslübunda inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Ərizədə qeyd edilən məsələyə dair məhkəmə orqanları tərəfindən araşdırma aparılmış və bu məsələyə hüquqi qiymət verilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 8.1.3-cü bəndinə əsasən müraciətdə göstərilən məsələ ilə əlaqədar məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda müraciət baxılmamış saxlanılır. Cavabdehin imtina məktubundan narazı qalan İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı hazırki iddia ilə məhkəməyə müraciət edərək, “cavabdeh tərəfindən əmlakının sökülməsi və ekspropsiyası nəticəsində ona vurulmuş 1.000.000 manat məbləğində maddi və 500.000 manat məbləğində mənəvi zərərin cavabdehdən tutulması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Əzizbəyov rayon İcra Hakimiyyəti başçısının 644 və 645 saylı 26 dekabr 2006-cı il tarixli sərəncamları ilə Lətifə Zeynalovaya və Fərhad Zeynalova məxsus Bakı şəhəri, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən köşklərin rekonstruksiya edib ticarət obyekti kimi istifadə olunmasına icazə verilmişdir. Lətifə Zeynalova və Fərhad Zeynalov köşkləri yerində rekonstruksiya edərək tikdikləri 20 kv.m. və 120 kv.m. qeyri-yaşayış sahələrini 02 oktyabr 2007-ci il tarixdə 42.000 ABŞ dollarına ona satmışlar. Əzizbəyov rayon Buzovna Bələdiyyəsinin 545 saylı 16 oktyabr 2007-ci il tarixli Qərarı ilə onun aldığı qeyri-yaşayış sahələrinin yerləşdiyi ərazidə (həmin sahələrin ərazisi də daxil olmaqla) ona 400 kv.m. torpaq sahəsi ayrılmışdır. 27 yanvar 2009-cu il tarixdə onun adına həmin torpaq sahəsi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Sonra o, həmin ərazidə 340 kv.m.-dən ibarət qeyri-yaşayış sahəsi inşa etdirmiş və həmin obyekt “Rəvan” kafesi olaraq fəaliyyət göstərirdi. Bundan əlavə tikililərdən birində təndirxana, digərində stolüstü oyunlar zalı fəaliyyət göstərirdi. Tikilidən azad həyətyanı sahə hasara alınmaqla həyətə giriş 2 ədəd dekorotiv darvazadan ibarət idi. Həyətdə 30 ədəd ağac, o cümlədən 6 evkalip, bir şam və qalanları meyvə ağacları əkilmişdir. Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2006-cı il tarixli 1338 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərinin qəsəbələrinin 2006 – 2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı”na əsasən Pirallahı, Binə, Buzovna, Şağan, Qala, Çilov, Zirə, Girgan, Mərdəkan, Neft Daşları, Türkan və Şüvəlan qəsəbələrarası və qəsəbədaxili asfalt yollarının bərpası nəzərdə tutulmuş və bu işlərin görülməsi Bakı Şəhər İcra Hakimiyyətinə və Xəzər RİH-ə həvalə edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli 2930 saylı Sərəncamı ilə “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 - 2013-cü illər üçün əlavə Tədbirlər Planı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 4 may 2011-ci il tarixli 1490 saylı Sərəncamı ilə təsdiq edilmiş “2011– 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na və həmin Proqram çərçivəsində həyata keçiriləcək Tədbirlər Planına əsasən Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmiri və 40 əlavə sinif tikintisi nəzərdə tutulmuş və bu işlərin görülməsi Təhsil Nazirliyinə və Xəzər RİH-ə həvalə edilmişdir. Xəzər RİH-in sifarişi ilə bu işlərin görülməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 15 iyun 2011-ci il tarixdə "xxxx" MMC 26 saylı orta məktəbin qonşuluğunda olan ona məxsus 400 kv.m. qeyriyaşayış sahəsinin ərazisi ona məlumat vermədən, əmlakı ondan almadan tam şəkildə sökmüşdür. Ərazinin əksər hissəsi 26 saylı orta məktəbə qatılmiş, qalan hissəsi Aruz Mirzəyev küçəsinə daxil edilmişdir. O, əmlakının zəbt edilməsi və sökülməsi ilə ona vurulmuş zərərin ödənilməsi üçün hazırkı cavabdeh Xəzər RİH-ə müraciət etsə də, cavabdeh heç bir cavab verməmişdir. Göstərilənlərə əsaslanaraq, cavabdeh Xəzər RİH tərəfindən onun əmlakının sökülməsi və ekspropirasiyası nəticəsində vurulmuş 1.000.000 manat maddi zərərin və 500.000 manat mənəvi zərərin cavabdehdən tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz təqdim edilməmişdir. 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyinin etirazları: 3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddia ərizəsində iddiaçı “Torpaqların dövlət ehtiyacı üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa istinad edərək sözügedən (Buzovna qəsəbəsində yerləşən) daşınmaz əmlakın dövlət ehtiyacları üçün söküldüyünü qeyd etmişdir. Eyni zamanda həmin daşınmaz əmlakın məktəb tikintisi ilə əlaqədar süküldüyü də qeyd edilmişdir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə görə məktəb tikintisi dövlət ehtiyacı hesab olunmur. Bundan başqa, həmin Qanunun 19.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (Nazirlər Kabineti) bu Qanunun 18-ci maddəsinə uyğun olaraq təqdim edilmiş torpağın alınması təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra alan orqanın təklifini tam və ya qismən nəzərə almaqla, torpağın (o cümlədən daşınmaz əmlakın) dövlət ehtiyacları üçün alınması barədə qərar qəbul edə bilər. Sözügedən qeyri-yaşayış sahəsinin yerləşdiyi torpağın (daşınmaz əmlakın) dövlət ehtiyacları üçün alınması haqqında Nazirlər Kabineti tərəfindən qərar qəbul edilməmişdir. İddia ərizəsində də qeyd olunmuşdur ki, sözgedən məsələ əvvəllər də məhkəmə qaydasında mübahisələndirilmiş və iddia tələbi rədd edilmişdir. İddiaçının mənəvi ziyan tələbi ilə bağlı bildirilir ki, iddiaçı ona maddi və mənəvi ziyanın vurulması ilə əlaqədar hər hansı təsdiqedici sənədlərə istinad etməmişdir və iş materiallarında iddiaçıya hər hansı maddi və mənəvi zərər dəyməsi faktı sübut olunmur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, müəlliflik hüququ, sair qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Lakin iddiaçı məhkəməyə mənəvi əzab çəkməsini, barəsində mənfi fikrin formalaşmasını sübut edəcək faktlar təqdim etməmişdir. Halbuki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3080/2019 saylı 05 noyabr 2019-cu il tarixli qərarı ilə iddianın qismən təmin edilərək, İddiaçı əmlakının sökülməsi nəticəsində ona vurulmuş 321.800 manat məbləğində maddi ziyanın cavabdeh Bakı şəhəri Xəzər rayon İcra Hakimiyyətindən onun xeyrinə tutulması və iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır. Qərardan narazı qalan 3-cü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Həmçinin qərardan narazı qalan cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2019cu il tarixli qərarının ləğv edilməsi və iddianın təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Eyni zamanda qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 noyabr 2019-cu il tarixli qərarının iddianın təmin edilmədiyi hissədə ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: 3-cü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi tərəfindən verilmiş apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmə kompensasiya məbləğini hesablayarkən "xxxx" MMC tərəfindən verilmiş 20.10.2014-cü il tarixli ekspert rəyini nəzərə almışdır. Halbuki Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən Ali Məhkəməyə müraciət edilərək daşınmaz əmlakın qiymətləri ilə əlaqədar məhkəmə işlərinə baxılarkən Nazirliyin ekspert və ya mütəxəssislərinin iştirakının təmin edilməsi xahiş edilmişdir. Maliyyə Nazirliyinin həmin müraciətinə uyğun olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinin 09 aprel 2010-cu il tarixli 2- 182 nömrəli məktubu ilə respublikanın rayon (şəhər) məhkəmələrinə, yerli iqtisad məhkəmələrinə və apellyasiya instansiyası məhkəmələrinə tövsiyyə edilmişdir ki, daşınmaz əmlakın qiymətləri ilə əlaqədar mübahisələrə baxılarkən daşınmaz əmlakın qiymətləndirilməsi prosesində iştirak etmək üçün Maliyyə Nazirliyinin ekspert və ya mütəxəssislərinin iştirakını təmin etsinlər. Lakin məhkəmə iş üzrə təyin edilmiş ekspertiza zamanı Maliyyə Nazirliyinin mütəxəssisinin rəyini nəzərə almayaraq, Ali Məhkəmənin göstərişinə əməl etməmişdir. Eyni zamanda məhkəmə kompensasiya məbləğini torpaq sahəsinin üzərindəki tikililərə görə hesablamışdır. Məhkəmə həmin tikililərin iddiaçıya məxsus olduğunu qeyd etsə də, bu faktı tutarlı sübutlarla (dövlət reyestrindən çıxarışla) əsaslandıra bilməmişdir. Sözügedən tikililərin dövlət reyestrindən çıxarışı mövcud olmadığı üçün İddiaçı mübahisələndirilən tikili üzrə mülkiyyətçi hesab oluna bilməz. Məhkəmə işə mahiyyəti üzrə baxarkən məsələni tam, obyektiv və hərtərəfli araşdırmamış, bəzi hallarda tətbiq edilməli olan normativ hüquqi aktı tətbiq etməmiş, həmçinin cavabdeh təşkilatın büdcədən maliyyələşdirilməsini nəzərə almamış və nəticədə maddi və prosessual hüquq normalarını kobud surətdə pozmaqla dövlət büdcəsinin ziddinə qərar qəbul etmişdir. Cavabdeh Bakı şəhəri Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin qərarı əsassız və qanunsuz hesab edilir. Məhkəmə maddi və prosessual hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamış, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, sübutlar düzgün qiymətləndirilməmişdir. Məhkəmənin öz qətnaməsində gəldiyi nəticə işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə səhvən hesab etmişdir ki, iddiaçının mülkiyyətində olmuş Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən 340 kv.m olan qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən sökülmüşdür. İddiaçıya məxsus qeyri-yaşayış sahəsi cavabdeh tərəfindən sökülməmişdir. İddiaçı tərəf məhkəməyə qeyri-yaşayış sahəsinin cavabdeh tərəfindən söküldüyünü təsdiq edən heç bir mötəbər sübut təqdim etməmişdir. Əksinə, hazırkı məhkəmə prosesindən əvvəl iddiaçı məhkəmədə qaldırdığı iddiada Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşmiş sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) tərəfindən söküldüyünü göstərmişdir. Hazırkı iddia ərizəsində isə iddiaçı ona məxsus qeyri-yaşayış sahəsinin cavabdehin sifarişi ilə "xxxx" MMC tərəfindən söküldüyünü qeyd etsə də, məhkəmə tərəfindən hər iki iddia ərizəsində göstərilmiş ziddiyyətli faktları nəzərə almamışdır. Həmçinin iddiaçı qeyri-yaşayış sahəsinin "xxxx" MMC tərəfindən məhz cavabdehin sifarişi ilə söküldüyünü təsdiq edən hər hansı sübut təqdim etməmişdir. Həmin fakt məhkəmə tərəfindən araşdırılmamışdır. İddiaçıya məxsus qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi Beynəlxalq Hava limanı- Mərdəkan dairəsi- Bilgəh qəsəbəsi istiqamətində çəkilmiş magistral yola düşür. Məhkəmə nəzərə almamışdır ki, iddiaçıya məxsus torpaq sahəsini cavabdeh almamış, həmin torpaq sahəsi magistral yolun tikintisi üçün Azərbaycan Respublikası (Dövlət) tərəfindən alınmış və həmin əmlaka görə kompensasiyanı da cavabdeh tərəfindən deyil, Dövlət büdcəsi hesabına ödənilməlidir. Məhkəmə isə Maliyyə Nazirliyini 3-cü şəxs qismində cəlb etsə də, qanunun düzgün tətbiq edilməməsi səbəbindən kompensasiya Maliyyə Nazirliyindən tutulmamış, vurulmuş maddi ziyan olaraq cavabdehdən tutulmuşdur. Məhkəmə birinci ekspert rəyinin daha əvvəllər verildiyini, həmin rəydə qiymətin daha yuxarı məbləğdə göstərildiyini, o vaxtdan iddiaçıya heç bir ödəniş edilmədiyini bəhanə gətirərək hesab etmişdir ki, ödəmə üçün sökülmüş qeyri-yaşayış sahəsinin 2014-cü ildə hesablanmış qiyməti əsas götürülməlidir. Əslində isə tikilinin cavabdeh tərəfindən söküldüyünü təsdiq edən kifayət qədər sübutlar olmuş olsaydı belə, heç də 2014 və ya 2019-cu illərdəki qiymətlər deyil, məhz tikinti sökülən vaxt mövcud olmuş qiymətlər əsas götürülməli idi. Məhkəmə isə eyni ekspertin iki ziddiyyətli rəyi olduğu halda, təkrar ekspertiza keçirməmiş, tikilinin söküldüyü iddia edilən 15 İiyun 2011-ci ildəki qiymətini müəyyən etməmişdir. Ekspertin rəyi kifayət qədər aydın və tam deyil, əsassız və qanunsuzdur, sökülmüş bina və qurğuların sənədləşdirmə xərcləri şişirdilmişdir. Belə ki, binanın tikinti xərclərində sənədləşdirmə xərcləri 43 460 manat göstərilmiş və həmin xərcə də ƏDV hesablanaraq ümumi qiymətə əlavə olunmuşdur. Ekspert isə rəydə qeyd edilmiş 43460 manat məbləğini haradan götürdüyünü əsaslandırmamışdır. Məhkəmə nəzərə almamışdır ki, qeyri-yaşayış sahəsi əvvəllər başqa şəxsin mülkiyyətində olmuşdur. Ekspert rəyindən görünür ki, qiymətləndirmə tarixlərinə qeyri-yaşayış sahəsi ilə bağlı heç bir hüquqi sənəd təqdim edilməmiş, qeyri-yaşayış sahəsinin 20 Oktyabr 2014-cü il tarixə bazar qiyməti hesablanmışdır. Halbuki tikinti sökülərkən mövcud olmuş bazar qiyməti müəyyənləşdirilməli idi. Ekspertiza təyin olunarkən və keçirilərkən Cavabdeh tərəf olmamışdır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, məhkəmənin qərarı iddianın təmin edilmədiyi hissədə ləğv edilməli və iddia tam təmin edilməlidir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi və vəkili X5, cavabdehin nümayəndəsi X10 cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətlərini müdafiə edərək onların təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını məhkəmədən xahiş etdilər. 03.11.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında iddiaçı və 3-cü şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da, iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məlumat verməmişlər. İnzibati məhkəmə icraatının iştirakçıları hazırki işə iddiaçının və 3-cü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə İddiaçı və 3-cü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclaslarında iştirak etmiş 3-cü şəxsin nümayəndəsi X6 3-cü şəxsin və cavabdehin apellyasiya şikayətini müdafiə edərək onların təmin olunmasını, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin isə təmin olunmamasını məhkəmədən xahiş etmişdi. Əvvəlki məhkəmə iclaslarında iştirak etmiş İddiaçı öz apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsi və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin olunmasını, cavabdeh və 3-cü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə isə etiraz edərək onların təmin olunmamasını məhkəmədən xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçı hazırki iş üzrə tələbinin təmin olunmasından cavabdeh inzibati orqan tərəfindən verilmiş imtinanı qanunla müəyyən edilmiş müddət daxilində mübahisələndirdiyi üçün onun tərəfindən iddia müddəti ötürülməmiş sayılır. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2, 62.2 və 62.3-cü maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, bundan əvvəl də iddiaçının qanunsuz söküntü ilə əlaqədar dəymiş maddi və mənəvi ziyanın tutulması barədə iddiası olmuş və həmin iddia cavabdeh "xxxx" MMC-yə qarşı rədd edilmişdir. Bu barədə olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2756/2018 saylı 13 aprel 2018-ci il tarixli qətnaməsində göstərilmişdi ki, söküntü abadlıq məqsədilə edilib. Belə ki, tikilinin söküldüyü ərəfədə həmin ərazidə qəsəbənin abadlaşdırılması məqsədilə işlər görülmüşdür. Bu fakt Bakı şəhər Xəzər RİH-nin apellyasiya instansiyası məhkəməsinə ünvanladığı 29 fevral 2016-cı il tarixli 140 nömrəli məktubu ilə təsdiq olunur. Məktubda qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin “Bakı şəhərinin qəsəbələrinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair” 27 fevral 2006-cı il tarixli 1338 nömrəli sərəncamının icrasını təmin etmək məqsədilə Bakı şəhərinin rayonlarında olduğu kimi, Xəzər rayonunda, o cümlədən Buzovna qəsəbəsində də quruculuq, abadlıq, yaşıllıq və s. işlər həyata keçirilir. Həmçinin, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008 – 2013-cü illər üçün əlavə Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2930 nömrəli 8 iyul 2008-ci il tarixli Sərəncamına əsasən X8 Hava Limanı – X9 – Bilgəh qəsəbəsi istiqamətində magistral yolun yenidən qurulması işləri aparılır. Bununla əlaqədar olaraq yolun kənarında olan primitiv tikililər sökülmüş və abadlıq işləri ilə bağlı yaşayış evləri, qeyri-yaşayış obyektləri rekonstruksiya olunur, milli memarlıq üslubunda inşa edilərək sakinlərin istifadəsinə verilmişdir. Başqa sübutlar olmadığına görə hesab edilməlidir ki, iddiaçıya aid olan tikili də abadlıq məqsədi ilə görülən işlərin çərçivəsində sökülmüşdür. Bu fakt Bakı şəhər Xəzər RİH-nin həmin məktubunda etiraf olunmuşdur. Belə ki, məktubda abadlıq və yenidənqurma işləri barədə məlumat verildikdən sonra qeyd edilmişdir ki, Buzovna qəsəbəsi, R.İmanov küçəsində yerləşən məktəbin həyətində İddiaçı mülkiyyətində olmuş iaşə obyekti də söküldüyündən əvəzində ona yeni tikilmiş obyektlərdən təklif olunmuşdur. Söküntünün məqsədi (abadlıq) Bakı şəhər Xəzər RİH-nin maraqlarına uyğundur. Cavabdeh "xxxx" kommersiya hüquqi şəxsi olduğuna görə onun minlərlə insanın yaşadığı qəsəbənin mərkəzi küçəsində öz təşəbbüsü və öz maliyyəsi ilə abadlıq işləri aparmağa nə marağı, nə də səlahiyyəti olmayıb. Bakı şəhər Xəzər RİH söküntünün baş verdiyini etiraf edir, söküntünün özü tərəfindən edilmədiyini bildirir, lakin söküntünün kim tərəfindən edilməsi barədə də məlumat vermir. Bu isə onu təsdiq edir ki, söküntü RİH-nin özü tərəfindən edilmişdir. İnandırıcı deyil ki, RİH qəsəbənin mərkəzi küçəsində söküntü işlərinin kim tərəfindən aparılmasından məlumatsız olsun. Həmçinin nəzərə alınmalıdır ki, söküntüdən sonra tikintialtı sahənin bir hissəsi avtomobil yoluna, bir hissəsi piyadalar üçün səkiyə, bir hissəsi isə orta məktəbin ərazisinə qatılmışdır, yəni tikintialtı sahə ümumi ictimai mənafelər üçün istifadə olunmuşdur. “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamə ilə yerli icra hakimiyyəti orqanının üzərinə qoyulmuş vəzifələrə görə həmin orqan belə işlər barədə məlumatlı olmağa, o cümlədən belə işlərin kim tərəfindən edildiyini bilməyə borcludur. RİH söküntünün kim tərəfindən edilməsi barədə məlumatı ona görə vermir ki, söküntünü özü söküb. Beləliklə, məqsəd və maraq söküntünü edən şəxsin müəyyənləşdirilməsi üçün mühüm əhəmiyyət kəsb edir, bu, Bakı şəhəri Xəzər RİH-dir. Birinci instansiya məhkəməsinin əsaslandırması səhvdir. Şəxsin yalnız podratçı olması və verilən sifarişi yerinə yetirməsi faktı onun məsuliyyətdən azad edilməsinə əsas ola bilməz. Bu məsələnin həlli podratçının təqsirli olub-olmamasından (zərərə psixi münasibətindən) asılıdır. Məhkəmə təcrübəsində belə işlər olub ki, podratçı sifariş olunan işi yerinə yetirsə də, zərər vurulması podratçının təqsiri ilə əhatə olunub, ona görə də podratçı məsuliyyət daşıyıb. Paodratçı hər sifarişi yerinə yetirməli deyil, elə sifarişlər verilə bilər ki, bunun başqalarına zərər vuracağını podratçı görür və ya görməlidir. Birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmədiyindən, hazırda apellyasiya qaydasında baxılan hissədə həmin qətnamə ləğv edilməli və həmin hissədə iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Hazırda İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı tələbi “1.000.000 manat məbləğində maddi və 500.000 manat məbləğində mənəvi zərərin tutulması” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bununla bağlı iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və onun iddiası məhkəmə tərəfindən qismən təmin edilmişdir. Belə ki, "xxxx" MMC-nin MB 07/1453 saylı 20 oktyabr 2014-cü il tarixli ekspert rəyi ilə Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” (seriya MH № 0204691, 176 saylı reyestr kitabının 16388 nömrəli vərəqi, reyestr № **********86, qeydiyyat № **********, 27 yanvar 2009-cu il tarixli) əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin 20 oktyabr 2014-cü il tarixinə hesablanmış bazar dəyərinin 481.500 manat, o cümlədən torpaq sahəsinin 159.700 manat, bina, tikili və qurğuların 321.800 manat təşkil etdiyi müəyyən edilmişdir. İşdə olan "xxxx" MMC-nin MB 12/899 saylı 30 oktyabr 2019-cu il tarixli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən İddiaçı adına verilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış” (seriya MH № 0204691, 176 saylı reyestr kitabının 16388 nömrəli vərəqi, reyestr № **********86, qeydiyyat № **********, 27 yanvar 2009-cu il tarixli) əsasında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin 30 oktyabr 2019-cu il tarixinə hesablanmış bazar dəyərinin 469.000 manat, o cümlədən torpaq sahəsi 180.700 manat, bina, tikili və qurğuların 289.000 manat təşkil etməsi müəyyən edilmişdir. Beləliklə, işə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçıya məxsus əmlakın cavabdeh inzibati orqan tərəfindən sökülməsinin aidiyyatı mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə təsdiqini tapdığına, cavabdeh inzibati orqanın hərəkətlərinin hüquq pozuntu kimi qiymətləndirilməsinə, eləcə də iddiaçının müvafiq torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində mövcud olmasına, həmin hüququn ləğv edilməməsinə, başqa şəxsin adına özgəninkiləşdirilməməsinə, iddiaçıya tikililərin sökülməsi ilə bağlı dəymiş ziyana görə isə 321800 manat məbləğində ziyan dəydiyinə, mənəvi zərərin isə nədən ibarət olması və bu zərərin nədə ifadə olunması barəsində hər hansı sübutun məhkəməyə təqdim edilməməsinə istinad edərək iddia tələbinin qismən təmin olunması qənaətinə gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Yuxarıda da qeyd olunduğu kimi, qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə iddiaçıya məxsus tikilinin məhz cavabdeh inzibati orqan tərəfindən sökülməsi faktı təsdiq olunduğu üçün məhkəmə kollegiyası bu faktla bağlı əlavə araşdırma aparılmasına ehtiyac duymur və hesab edir ki, birinci instansiya məhkəməsi tikintinin sökülməsinə görə dəymiş ziyanla bağlı cavabdehdən maddi ziyanın tutulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 158-ci maddəsinə əsasən mlkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: girov hüququ, əmlakdan istifadə hüququ, servitutlar (maddə 158.1). Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər (maddə 158.2). Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir (maddə 158.4). Həmin Məcəllənin 157.9-cu madəsinə əsasən dövlət ehdiyacları tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi məqsədilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Həmin Məcəllənin 203.3-cü maddəsinə əsasən qanunvericilikdə nəzərdə tutulmuş əsaslarla həyata keçirilən aşağıdakı tədbirlərdən başqa, əmlakın mülkiyyətçidən məcburi alınmasına yol verilmir: öhdəliklər üzrə tutmanın əmlaka yönəldilməsi, qanuna görə həmin şəxsə mənsub ola bilməyən əmlakın özgəninkiləşdirilməsi, sahənin alınması ilə əlaqədar daşınmaz əmlakın özgəninkiləşdirilməsi, təsərrüfatsızcasına saxlanan mədəni sərvətlərin satın alınması, rekvizisiya, müsadirə. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir) (maddə 1096.1). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (maddə 1096.2). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. İddiaçıya məxsus tikilinin sökülməsi ilə bağlı ona dəymiş ziyanın məbləği ilə bağlı qeyd olunur ki, hazırki işə apellyasiya qaydasında baxılarkən iddiaçıya məxsus əmlakın sökülməsi ilə bağlı dəymiş ziyanın miqdarını müəyyən etmək üçün alınmış rəylərlə bağlı tərəflər arasında mübahisə olmaqla yanaşı, Maliyyə Nazirliyi həm də belə rəylər alınarkən həmin idarənin mütəxəssisinin də iştirakının təmin olunmasının vacib olduğunu bildirmişdir. Bununla bağlı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin söküldüyü dövrdə, yəni 2011-ci il tarixdə bazar qiymətinin, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin hazırki bazar qiymətinin nə qədər təşkil etməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Bakı şəhəri Cavabdehndən mütəxəssis cəlb edilməklə iş üzrə məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmişdir. 08.03.2021-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən məhkəməyə daxil olmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhər Cavabdeh tərəfindən qəsəbələrarası və qəsəbədaxili asfalt yollarının bərpası və Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmir aparılması nəticəsində, vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsini, qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətdə olmasını, aparılan abadlaşdırma və yenidənqurma işlərinin tikinti sahəsinə düşməsini təsdiq edən sənəd, müvafiq baxış aktı, cizgilər, fotoşəkillər, söküntünün həyata keçirilməsi ilə bağlı maliyyə mənbəyi barədə məlumat və digər qanunvericiliklə tələb olunan sənədlər təqdim edilmədiyi üçün rəyin bildirilməsi mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2008-2013-cü illər ərzində “X8 Hava Limanı- Bilgər qəsəbəsi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən maneələrə dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq torpaqların və qeyri-yaşayış sahələrinin alınması zamanı, Azərbaycan Respublikası Prezidentinin 689 saylı 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1.0 sotunun bazar qiymətinin bütün əlavələr nəzərə alınmaqla 7200.00 manat, yaşayış və qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin isə 400 manat olduğu müəyyən edilmişdir. 19.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş Əmlak Ekspertizası Mərkəzinin 19.05.2021-ci il tarixli ƏEM/A 136-457/21 saylı ekspert rəyindən isə görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin söküldüyü dövrdə, yəni 2011-ci il tarixə bazar dəyəri tikililər üzrə (inşa edilmiş sahə və bazar dəyəri nəzərə alınmaqla) 163200 manat, xüsusi mülkiyyətdə olan torpaq sahəsi (ümumi sahə) 28000 manat olmaqla, 191200 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin hazırki bazar dəyərinin tikililər üzrə (inşa edilmiş sahə və bazar dəyəri nəzərə alınmaqla) 170000 manat, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin (ümumi sahə) dəyərinin 32000 manat olmaqla, 202000 manat təşkil etməsi müəyyən edilmişdir. Göründüyü kimi, apellyasiya baxışı zamanı qiymətləndirmə ilə bağlı alınmış rəylərlə birinci instansiya məhkəməsində alınmış rəylər arasında kəskin fərqin olduğu müşahidə olunur. Odur ki, məhkəmənin 27.05.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyindən və Bakı şəhəri Cavabdehndən mütəxəssis cəlb edilməklə iş üzrə təkrar məhkəmə qiymətləndirmə ekspertizası təyin edilmiş və ekspert qarşısında Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin həm söküldüyü dövrə, həm də hazırki dövrdə bazar qiymətinin müəyyən edilməsi ilə bağlı sual qoyulmuşdur. 23.07.2021-ci il tarixdə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətindən məhkəməyə daxil olmuş daşınmaz əmlakın qiymətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, Bakı şəhər Cavabdeh tərəfindən qəsəbələrarası və qəsəbədaxili asfalt yollarının bərpası və Buzovna qəsəbəsində 26 saylı orta məktəbin əsaslı təmir aparılması nəticəsində, vətəndaş İddiaçı məxsus qeyri-yaşayış sahəsinin sökülməsini, qeyri-yaşayış sahəsinin xüsusi mülkiyyətdə olmasını, aparılan abadlaşdırma və yenidənqurma işləriin tikinti sahəsinə düşməsini təsdiq edən sənəd, müvafiq baxış aktı, cizgilər, fotoşəkillər, söküntünün həyata keçirilməsi ilə bağlı maliyyə mənbəyi barədə məlumat və digər qanunvericiliklə tələb olunan sənədlər təqdim edilmədiyi üçün rəyin bildirilməsinin mümkün olmadığı qeyd edilmişdir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2008-2013-cü illər ərzində “X8 Hava Limanı- Bilgər qəsəbəsi avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşən maneələrə dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq torpaqların və qeyri-yaşayış sahələrinin alınması zamanı, Azərbaycan Respublikası Prezidentinin 689 saylı 26.12.2007-ci il tarixli Fərmanına əsasən 20% əlavə edilməklə qeyd olunan əraziyə yaxın yerlərdə satın alınan torpaq sahələrinin 1.0 sotunun bazar qiyməti bütün əlavələr nəzərə alınmaqla 7200.00 manat, yaşayış və qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin 400.0 manat olduğu müəyyən edilmişdir. 23.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş "xxxx" MMC-nin 20.09.2021-ci il tarixli 02-56/21 saylı ekspert rəyindən isə görünür ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin, həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin söküldüyü dövrdə, yəni 2011-ci il tarixə bazar qiyməti tikililər qiyməti (torpaq sahəsi üzrə (müqayisəli yanaşma) 170000 manat və tikililər üzrə amortizasiya olunmuş əvəzetmə dəyəri 40000 manat) 210000 manat, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, A.Mirzəyev küçəsində yerləşən sahəsi 400 kv.m. olan torpaq sahəsinin və həmin torpaq sahəsində inşa edilmiş (hazırda sökülmüş) sahəsi 340 kv.m. olan qeyri-yaşayış sahəsinin 15.09.2021-ci il tarixinə bazar qiymətinin (torpaq sahəsi üzrə (müqayisəli yanaşma) 200000 manat və tikililər üzrə amortizasiya olunmuş əvəzetmə dəyəri 44000 manat) 244000 manat təşkil etdiyi göstərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə sonuncu dəfə keçirilmiş qitymətləndirmənin nəticəsi bundan öncə apellyasiya baxışı zamanı verilmiş mütəxəssis rəylərinə uyğun olduğu üçün sonuncu rəy mötəbər sübut kimi qəbul edilməlidir. İddiaçıya məxsus torpaq sahəsinə görə maddi ziyanın tutulması barədə tələbə münasibətdə isə qeyd olunur ki, həmin tələb birinci instansiya məhkəməsi tərəfindən əsassız olaraq rədd edilmişdir. Belə ki, bu barədə qeyd olunması zəruridir ki, yuxarıda da göstərildiyi kimi, 26 saylı orta məktəbin qonşuluğunda olan iddiaçıya məxsus 400 kv.m. qeyri-yaşayış sahəsinin ərazisi ona məlumat vermədən, əmlakı ondan almadan tam şəkildə sökülmüşdür. Ərazinin əksər hissəsi 26 saylı orta məktəbə qatılmiş, qalan hissəsi Aruz Mirzəyev küçəsinə daxil edilmişdir. Göründüyü kimi, iddiaçı ona məxsus 400 kv.m. torpaq sahəsi üzərində hüquqlarını həyata keçirməkdən bu və ya digər səbəblərə görə məhrum olmuşdur. Halbuki Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə görə torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikası Prezidentinin 6 iyun 2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında” Əsasnamənin 3-cü bəndinə əsasən yerli icra hakimiyyəti başçıları yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini və yaşıllıqların mühafizəsini təşkil edir, eləcə də Əsasnamənin 4-cü bəndində tikinti işləri başa çatmış ərazilərin həmin işləri aparmış şəxslər tərəfindən abadlaşdırılmasına və yaşıllaşdırılmasına nəzarəti həyata keçirmək yerli icra hakimiyyəti başçısının səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Hazırki işdə iddiaçı ona məxsus 400 kv.m. torpaq sahəsi üzərində hüquqlarını ərazinin əksər hissəsinin 26 saylı orta məktəbə qatılması, qalan hissəsinin isə Aruz Mirzəyev küçəsinə daxil edilməsi səbəbindən həyata keçirə bilmədiyi üçün bu hal onun qanunla qorunan hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilməlidir və nəzərə alınmalıdır ki, iddiaçıya məxsus 400 kv.m. torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyatının daşınmaz əmlakın dövlət reyestrində mövcud olması, həmin hüququn ləğv edilməməsi və başqa şəxsin adına özgəninkiləşdirilməməsi sözügedən torpaq sahəsi üzərində hüquqlarının məhdudlaşdırılmasına görə ona maddi ziyanın tutulmaması üçün əsas vermir. Burada əsas məsələ iddiaçının ona məxsus torpaq sahəsi üzərində hüquqlarını qanunla müəyyən edilmiş qaydada həyata keçirməyinə hər hansı məhdudiyyətin mövcud olub-olmaması ilə bağlıdır, belə məhdudiyyətin olması isə faktiki olaraq iddiaçının qanunla qorunan hüquqlarının pozulması və onlardan məhrum olması kimi qiymətləndirildiyi üçün buna görə ona pozulmuş hüququnun bərpa edilməsi məqsədilə sözügedən torpaq sahəsinin dəyəri qismində maddi ziyanın tutulması istisna olunmur. Odur ki, Kollegiya hesab edir ki, "xxxx" MMC-nin 20.09.2021-ci il tarixli 02-56/21 saylı ekspert rəyinə əsasən iddiaçının ona məxsus 400 kv.m. torpaq sahəsindən faktiki olaraq istifadə edə bilməməsi və onun üzərində mülkiyyət hüquqlarını həyata keçirə bilməməsinə görə həmin torpağın dəyəri qismində 200000 manat pul vəsaiti maddi ziyan olaraq cavabdeh inzibati orqandan iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddianın mənəvi zərərin ödənilməsi hissəsində təmin olunmaması ilə bağlı gəldiyi nəticəni də əsassız hesab edərək aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» 31 may 2002-ci il tarixli qərarında göstərilmişdi ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ və sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətləri) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Buna müvafiq olaraq məhkəmə kollegiyası işin sadalanan hallarını, o cümlədən iddiaçının 2011-ci ildə sökülmüş daşınmaz əmlakı və mülkiyyətində olan torpaq sahəsi ilə bağlı qanunla qorunan hüquqlarını həyata keçirə bilmədiyini və buna görə uzun zaman gedən məhkəmə mübahisələri ilə bağlı onun mənəvi iztirab və sarsıntı keçirdiyinin istisna olunmadığını, həmin mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlılığını nəzərə alaraq mənəvi zərərə görə cavabdehdən iddiaçının xeyrinə 5000 manat pulun tutulmasını ağlabatan və ədalətli hesab edir. Kollegiya, həmçinin oxşar işlər üzrə belə bir ümumi prinsipi də nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq varlandırmamalı, digər tərəfi isə müflis etməməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 05.11.2019-cu il tarixli qərarı qismən, “torpağa görə maddi ziyanın və ümumilikdə ona vurulmuş mənəvi zərərin tutulması barədə iddianın rədd edildiyi” hissədə ləğv edilməli, iddia həmin hissələrdə qismən təmin edilməli, cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə torpaq sahəsi ilə bağlı vurulmuş maddi ziyana görə 200000 manat pul vəsaiti, ümumilikdə ona vurulmuş mənəvi ziyan olaraq isə 5000 manat pul tutulmalı, iddiaçının əmlakının sökülməsi nəticəsində vurulmuş ziyanla bağlı isə məhkəmə qərarı dəyişdirilməli, həmin tələblə bağlı iddiaçıya ödənilməli olan maddi ziyanın məbləği 44000 manat müəyyən edilməli, qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, işin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının dəyəri olaraq 250 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq "xxxx" MMC-nin hesabına köçürülsün. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: 3-cü şəxs Azərbaycan Republikası Maliyyə Nazirliyi, cavabdeh Bakı şəhəri Cavabdeh və İddiaçı tərəfindən ayrı-ayrılıqda verilmiş apellyasiya şikayətiləri qismən təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3080/2019 saylı 05 noyabr 2019-cu il tarixli qərarı qismən, “torpağa görə maddi ziyanın və ümumilikdə vurulmuş mənəvi ziyana görə mənəvi zərərin tutulması barədə iddianın rədd edildiyi” hissədə ləğv edilsin. Həmin hissədə iddia qismən təmin edilsin. Cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə torpaq sahəsi ilə bağlı vurulmuş maddi ziyana görə 200.000 manat pul vəsaiti, ümumilikdə vurulmuş mənəvi ziyana görə isə 5000 manat pul tutulsun. Qərar iddiaçının daşınmaz əmlakının sökülməsi nəticəsində ona vurulmuş maddi ziyanla bağlı hissədə dəyişdirilərək, cavabdeh Bakı şəhəri Cavabdehndən İddiaçı xeyrinə 44000 manat pul tutulsun. Qərar qalan hissələrdə dəyişdirilmədən saxlanılsın. İşin apellyasiya baxışı zamanı keçirilmiş ekspertiza təhqiqatının dəyəri olaraq 250 manat məbləğində pul vəsaiti cavabdeh Bakı şəhəri Cavabdehndən tutularaq "xxxx" MMCnin hesabına köçürülsün. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Cahangir Yusifov
Məhkəmə qərarları › İş №2-1(103)-55/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-55/2021
03.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver