Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-55/2023 20.04.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X8 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5660/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialına qarşı “xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1989-cu ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzinə 1-ci dərəcəli iqtisadi vəzifələrində, xx.xx.1991-ci ildən xx.xx.2002-ci ilədək X2 böyük dövlət vergi müfəttişi vəzifəsində işlədiyi 18 ildən artıq müddəti nəzərə alaraq iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxx 1956-ci ildə doğulmuşdur. 2021-ci ilin 3 mart tarixində 65 yaşı tamam olmaqla onun pensya hüququ yaranmışdır. Dövlət təşkilatlarında 18 ildən artıq əmək fəaliyyətini nəzərə alaraq, həmin tarixdən dövlət qulluqçusu kimi təqaüdə çıxmağına köməklik göstərilməsi üçün xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli "Dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması haqqında” cavab məktubunda göstərilmişdir ki, təqdim etdiyi sənədlərə əsasən iddiaçının dövlət qulluğunda iş stajı 15 ildən az (10 il 2 ay 9 gün) təşkil etdiyinə görə ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. İddiaçı hesab edir ki, ona dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsinin mümkün olmaması barədə cavabdehin dəlilləri qanunsuz və əsassızdır. Belə ki, onun dövlət qulluğunda işlədiyi müddət 18 ildən çoxdur və "Əmək pensiyaları haqında” Azərbaycan Respublikası Qanunun 20.11.1-ci maddələrinə və "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunun 23.2-ci maddəsinə əsasən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, iddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilədək Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləgv edilməsi nəticəsində yaradılmış Dövlət Aqrarsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1989-cu ildən xx.xx.1991-ci ilədək köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzində 1-ci dərəcəli iqtisadçı vəzifələrində işləmişdir. xx.xx.1991-ci ildə Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib vəzifəsinə təyin olunmuş və xx.xx.1996-cı ildə Vergi sisteminə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuşdur. xx.xx.1996-cı ildə Abşeron rayonu üzrə X2 dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuş və xx.xx.1999-cu ildən müvafiq əmrə əsasən Binəqədi rayonu üzrə X4 böyük dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuşdur. Daha sonra xx.xx.2000-ci ildən Nizami rayon üzrə Vergilər İdarəsinin Nəzarət Şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsnə təyin olunmuş və xx.xx.2002-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. Cavabdeh iddiaya dair etirazını təqdim edərək göstərmişdir ki, iddiaçının dövlət qulluğundakı iş stajı 15 ildən az təşkil edir. İddiaçının işlədiyi olduğu peşələr Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dən dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması barədə siyahıdakı peşələrlə tam uyğunluq təşkil etmir. İddiaçı siyahının 1.5 və 1.8-ci bəndlərində Azərbaycan SSR (Naxçıvan MSSR) nazirlik, dövlət komitələrinin aparatında və rayon aqrar-sənaye birliklərinin aparatında olan peşələrə istinad etsə də, öz əmək fəaliyyətini həmin aparatlarda həyata keçirməmişdir. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5660/2021 saylı qərarı ilə iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib (mütəxəssis), xx.xx.1996-cı ildən xx.xx.2002-ci ilədək X2 böyük dövlət vergi müfəttişi vəzifələrində işlədiyi 15 ildən artıq müddəti nəzərə alaraq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin olunması vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun (Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının) üzərinə qoyulması, iddia tələbinin qalan (Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azəraqrarsənaye məlumat və təbliğat mərkəzində işlədiyi müddətin nəzərə alınması) hissədə təmin ediməməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarı ləğv edib iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi əmək kitabçasına əsasən onun xx.xx.1989-cu il tarixindən xx.xx.1991-ci il tarixinədək işlədiyi “Azəraqrarsənaye” X6 dövlət qulluğu nəzərdə tutulan iş yerlərinə aid edilə bilməməsi barədə məhkəmə qərarının əsaslandırma hissəsində məhkəmənin mövqeyi tamamilə əsaslı olsa da, iddiaçının xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində Təmir tikinti idarəsində işlədiyi mühasib vəzifəsinin dövlət qulluğu stajı kimi nəzərə alınması məsələsində məhkəmənin mövqeyi əsassız olduğuna görə iddianın rədd edilməsi barədə qərar qəbul edilməlidir. Belə ki, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr ərzində işlədiyi Təmir tikinti idarəsi təsərrüfat hesablı müəssisə olduğuna görə həmin dövrlərin dövlət qulluğu stajı kimi nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Belə olan halda iddiaçının qulluq stajı 15 ildən az (10 il 2 ay 9 gün) təşkil etdiyinə görə onun dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına əlavələrin təyin olunması hüququ yaranmır. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İPM-in 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən-iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işin hallarından görünür ki, iddiaçı xx xxxx 1956-cı ildə doğulmuş, onun 1973cü ildən əmək fəaliyyəti olmuş, xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış iqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1989-cu ildə köçürmə yolu ilə Azərbaycan Respublikası Dövlət Aqrarsənaye Komitəsinin Azinform Aqroprom Respublika Mərkəzinə 1-ci dərəcəli iqtisadi vəzifələrində işləmiş, xx.xx.1991-ci ildə Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib vəzifəsinə təyin olunmuş və xx.xx.1996-cı ildə başqa işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən azad olunmuş, xx.xx.1996-cı ildə Abşeron rayonu üzrə X2 Dövlət vergi müfəttişi vəzifəsinə təyin olunmuş və xx.xx.1999-cu ildən xx.xx.2000-ci ilədək Binəqədi rayonu üzrə X4 böyük dövlət vergi müfəttişi vəzifəsində işləmiş, xx.xx.2001-ci ildən xx.xx.2002-ci ilədək Nizami rayon üzrə Vergilər idarəsinin nəzarət şöbəsinin böyük dövlət vergi müfəttişi vəzifəsində işləmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2021-ci il tarixli məktubunda iddiaçıya bildirilmişdir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinə və “Dövlət quluğu haqqında” Qanunun 23.2-ci maddəsinə əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 15 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filiala təqdim etdiyiniz sənədlərdən göründüyü kimi, sizin dövlət qulluğunda iş stajınız 15 ildən az (10 il 2 ay 9 gün) təşkil edir. Bu səbəbdən də sizə dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya Milli Arxiv İdarəsindən 25 noyabr 2022-ci il tarixli DA-02306-2022 saylı məktubla Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 11 sentyabr 1991-ci il tarixli 823 nömrəli, 18 may 1993-cü il tarixli 367 saylı, 17 noyabr 1993-cü il tarixli 906 nömrəli və 21 dekabr 1995-ci il tarixli 510 nömrəli əmrlərin və onlara aid əlavələrin təsdiq olunmuş surətləri təqdim edilmişdir. Apellyasiya baxışı zamanı ünvanlanmış sorğuya X5 17 avqust 2022-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, Azərbaycan SSR Nazirlər Sovetinin 10 iyul 1981-ci il tarixli 299 nömrəli Qərarı ilə “Azərbaycan SSR Nazirlər Soveti yanında kənd təsərrüfatının aqrokimyəvi xidmətləri üzrə X7” haqqında Əsasnamə təsdiq edilmişdir. Qeyd edilən əsasnaməyə əsasən Azərbaycan SSR X1 Xidmət İstehsalat Elm birliyi təsərrüfat hesablı qurum olduğu üçün həmin birlik dövlət orqanı hesab edilmir. Lakin sözügedən Əsasnamənin nə zaman qüvvədən düşməsini və Azərbaycan SSR Aqrar Sənaye Komitəsi Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyinin 1991-1996-cı illərdə hüquqi statusunu (dövlət büdcəsindən maliyyələşməsini, dövlət orqanı statusuna malik olmasını) müəyyən etmək mümkün olmadığı üçün iddiaçının həmin illərdə işlədiyi müddətin dövlət qulluğu stajı hesablanarkən nəzərə alınıb-alınmaması barədə münasibət bildirilməsi imkan xaricindədir. Yuxarıda adıçəkilən Siyahının 2.11-ci bəndində (xx.xx.1991ci il tarixdən xx.xx.2003-cü il tarixədək) Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında olan orqanın aparatında mövcud olan vəzifələr İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları yanında orqanın aparatında dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılmışdır. 1991-1996-cı illərdə Aqrokimyəvi Xidmətlər üzrə Respublika İstehsalat Elm Birliyi Azərbaycan SSR Aqrar Sənaye Komitəsinin yanında dövlət orqanı statusuna malik qurum olduğu və Təmir tikinti idarəsi həmin birliyin aparatının strukturunda nəzərdə tutulduğu halda qeyd edilən illər dövlət qulluğu stajına daxil edilə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ hissəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Həmin maddənin İİİ hissəsinə əsasən isə, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Həmin Qanunun 20.1-ci maddəsinə əsasən, qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək İ dərəcə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları (Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməsi ilə bağlı dövlət qulluğuna xitam verilmiş dövlət qulluqçuları və dövlət qulluğunda olan şəxslər istisna olmaqla). Həmin Qanunun 20.11-ci maddəsinə əsasən, bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1-ci maddəsinə əsasən dövlət qulluğu vəzifəsində 15 il qulluq stajı olan şəxsə - dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. Həmin Qanunun 2.5-ci maddəsinə əsasən bu Qanun müvafiq icra hakimiyyəti orqanlarının tabeliyində olan müəssisələrin işçilərinə şamil edilmir. Bu işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən, sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının və işsizlikdən sığorta fondunun büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən, dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. Həmin Qanunun 11.4-cü maddəsinə əsasən, dövlət orqanlarının aparatları (və ya onların fəaliyyətini təmin edən qurumlar) və onların bölmələri Ali - 5-ci kateqoriya dövlət orqanlarının Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyən edilmiş funksiya və səlahiyyətləri, habelə onların həyata keçirilməsi xüsusiyyətləri nəzərə alınaraq, təminedici və yardımçı kimi təsnifləşdirilir.Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Qeyd: 11-ci maddədə “dövlət orqanlarının aparatı (və ya onların fəaliyyətini təmin edən qurumlar)” dedikdə, dövlət orqanının vəzifə, funksiya və səlahiyyətlərinin həyata keçirilməsini təmin edən dövlət qulluqçularından ibarət ixtisaslaşdırılmış bölmələrini özündə birləşdirən dövlət orqanının struktur vahidi nəzərdə tutulur. Həmin Qanunun 12-ci maddəsində göstərilmişdir: 12.1. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusuna vəzifələrin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxil edilir. 12.2. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu dövlət orqanlarının ştat cədvəllərinin yaradılması və dövlət qulluqçularının vəzifə təlimatlarının hazırlanması üçün əsasdır. İnzibati və yardımçı vəzifələrin təsnifat toplusu Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 435 nömrəli Fərmanının 3.1-ci bəndinə əsasən, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli 911 nömrəli Fərman ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusu” nun 1.1-ci bəndinə əsasən, inzibati və yardımçı vəzifələrin Təsnifat Toplusuna “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə uyğun olaraq dövlət qulluqçularının inzibati və yardımçı vəzifələrinin təsnifatları və adları, ixtisas dərəcələri və vəzifələrin tutulması şərtləri haqqında məlumatlar daxildir. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması siyahısı” və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 may tarixli 77 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanının 1-ci bəndi ilə təsdiq edilmiş Siyahıya daxil olmayan vəzifələrin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçının xx.xx.1989-cu il tarixdən xx.xx.1991-ci il tarixədək işlədiyi Azəraqrarsənaye məlumat və təbliğat mərkəzi dövlət orqanının tabeliyində olan qurum olsa da, dövlət orqanı deyil. Bu səbəbdən də bu qurumda işlədiyi dövr dövlət qulluğu sayıla bilməz. İddiaçının xx.xx.1984-cü ildən xx.xx.1986-cı ilə qədər Azərbaycan SSR Meyvə Təsərrüfatı Nazirliyində meyvə tərəvəz tədarükü və göndərilməsi şöbəsində iqtisadçı, xx.xx.1986-cı ildə Azərbaycan Respublikası Meyvə Tərəvəz Təsərrüfatı Nazirliyinin ləğv edilməsi nəticəsində yaradılmış Dövlət Ararsənaye Komitəsində iqtisadçı, xx.xx.1988-ci ildə köçürmə yolu ilə yeni yaradılmış İqtisadi təhlil şöbəsində aparıcı iqtisadçı, xx.xx.1991-ci ildən xx.xx.1996-cı ilədək Aqrarsənaye Komitəsinin Azərkimya idarəsində böyük mühasib (mütəxəssis), xx.xx.1996cı ildən xx.xx.2002-ci ilədək X2 böyük dövlət vergi müfəttişi vəzifələrində işlədiyi dövrlər dövlət qulluğu olmaqla əmək pensiyasının təyin edilməsində nəzərə alınmalıdır. İnzibati Prosessual Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı dövlət qulluqçusu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna malik olduğundan hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə cavabdehin imtinasının qanunsuz olması və iddianın qismən təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2-1(112)-5660/2021 saylı qərarı mübahisələndirilən-iddianın təmin edilən hissəsində dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Mirzə Tağızadə Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-55/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-55/2023
20.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver