Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-550/2023 25.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 və cavabdehin mütəxəssisi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı «iddiaçıya əlilliyin təyin edilməsi» tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6620/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı «iddiaçıya üçüncü dərəcə əlilliyin təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı 22 avqust 1986-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onda uşaqlıqdan xəstəliklər yaranmış, 1 iyul 2022-ci il tarixdən bu günədək Azərbaycan Elmi-Tədqiqat HTİ-da, “Q6FDQ fermentinin aktivliyinin çatışmazlığı” diaqnozu ilə dispanser qeydiyyatına alınmışdır. Dəfələrlə müayinə və müalicə almış və hazırda həmin müalicələri almaqdadır. Sonuncu müalicə aldığı tarix 23 nooyabr 2021-ci ildir. O zamanlarda poliknikada müalicəni davam etdirmişdir. Bəzi müalicələrini isə, xəstəxanalarda “COVİD-19” pandemiyası ilə əlaqədar icazə olmadığından ev şəraitində davam etdirmişdir. Hal-hazırda müalicəni davam etdirmədiyindən, ona əlillik təyin edilmir. Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ona 8 dekabr 2021-ci il imtina verilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, onun əlavə müalicəyə ehtiyacı var. Ona yenidən xəstəxanada müalicəni davam edirməsi bildirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» 1 -ci bəndinə görə: (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin ibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; (1.5) Tibbisosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin 1.4-cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK- in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. Həmin Əsasnamənin 5.5-ci bəndinə əsasən. TSEK-in qərarlarından «“İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununa və İPM-ə uyğun olaraq, inzibati qaydada və məhkəməyə şikayət verilə bilər. «İnzibati icraat haqqında» Qanunun 24.1 – 24.4-cü maddələrinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarnın araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Cavabdeh tərəfindən qeyd olunan inzibati hüquq normasının tələblərinə riayət olunmamışdır. Beləliklə, işin qeyd olunan halları onu deməyə əsas verir ki, cavadeh tərəfindən ona əlillik təyin edilməmişdir. Göstərilənlərə və İPM-in 2.2.3, 34.1-ci maddələrinə əsaslanaraq, xəstəliklərinə görə ona (iddiaçıya) üçüncü dərəcə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmasına dair qərar çıxarılması məhkəmədən xahiş olunur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6620/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı üçüncü dərəcə əlillik təyin edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, tərəflərin izahatları: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının sağlamlıq vəziyyətinə Bakı 6 nömrəli şəhər poliklinikasının xx.xx.2021-ci il tarixli 0063003AADR8 saylı göndərişi əsasında baxılmış fruktoza mübadiləsinin pozğunluqları, Qlükoza-6fosfatdehidrogenazanın, Miopiya, OU-Orta dərəcəli miopiya. Xroniki xolesistit, dəqiqləşdirilməmiş xroniki hepatit diaqnozu qoyulmuş, əlavə müalicəyə ehtiyacın olması səbəbi ilə imtina verilmişdir. İddiaçı Forma 88 arayışında əsas diaqnoz kimi E74.1 fruktoza mübadiləsinin pozğunluqları qeyd edilsə də, həmin diaqnoz əlilliyin qiymətləndirilməsi zamanı qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə əsasən əlillik təyinatına əsas vermir. Bundan əlavə yanaşı xəstəlik kimi qeyd olunan H52.1 miopiya. OU-orta dərəcəli miopiyada görmə itiliyinin səviyyəsi də əlillik təyinatına əsas verməmiş və digər həzm orqanlarında da heç bir ciddi patologiya olmamışdır. Göründüyü kimi iddiaçının Forma 88 arayışında qeyd edilən əsas diaqnoz və yanaşı xəstəliklər əlillik təyinatına əsas verməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasının 2.5-ci bəndinə göndərişlər görə həmin qaydaların 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, X1na uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə tərtib edilməlidir. Həmin qaydaların 2.6-cı bəndinə görə 2.5-ci bəndə uyğun olaraq tərtib edilmiş göndəriş dərhal Komissiyanın sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə üzərində xüsusi təkrarlanmayan nömrəsi olan elektron sənəd formasında “Tibbisosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edilir və şəxsə bu barədə yazılı və ya elektron qaydada məlumat verilir. Həmçinin əlilliyin qiymətləndirməsi zamanı qüvvədə olmuş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamənin 1.3-cü bəndinə əsasən qiymətləndirmə Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilmişdir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və laboratoriya müayinələrinin nəticələri anamnestik məlumatlar obyektiv qiymətləndirilmişdir.İddiaçı, İddiaçı əlillik dərəcəsinin verilməsindən imtina olunması istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6620/2022, saylı 21 iyul 2022-ci il tarixli qərarı ləğv edilməlidir. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh tərəf apellyasiya şikayətini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının qanunsuz və əsassız olduğunu, bu səbəbdən də ləğv edilərək iddianın təmin edilməməsini xahiş etmişdir. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı tərəf apellyasiya şikayətinin əsassız olduğunu, mübahisələndirilən qərarın dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apelyasiya şikayətinin dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməsi ilə yuxarıda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya məhkəmənin mövqeyi ilə aşağıdakı əsaslara görə razılaşmır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına hərtərəfli yanaşılmamışdır. İş materiallarından görünür ki, iddiaçının əlillik vəziyyətinə 6 saylı Şəhər Poliklinikasının 1 mart 2011-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E70-E90 - Maddələr mübadiləsinin pozğunluqları => E74 - Karbohidrat mübadiləsinin digər pozğunluqları => E74.1 - Fruktoza mübadiləsinin pozğunluğu...; Diaqnozun mətni: Qlukoza 6 fosfat Dehidrogenaza fermentinin aktivliyinin çatmamazlığı. Xr.hemoliz; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Qlukoza 6 fosfat Dehidrogenaza fermentinin aktivliyinin çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 6 saylı Şəhər Poliklinikasının 21 iyun 2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İİİ Sinif - Qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar => D55-D59 - Hemolitik anemiyalar => D55 - Ferment pozğunluğu nəticəsi...; Diaqnozun mətni: İrsi enzimopatiya Q6FDQ fermentinin aktivliyinin çatışmazlığı.Xronikhepotit:revmatizm . Xr- Hemoliz; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: İrsi enzimopatiya Q6FDQ” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. 6 saylı Şəhər Poliklinikasının 14 sentyabr 2015-ci il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E70-E90 - Maddələr mübadiləsinin pozğunluqları => E74 - Karbohidrat mübadiləsinin digər pozğunluqları => E74.1 - Fruktoza mübadiləsinin pozğunl...; Diaqnozun mətni: İrsi enzimopatiya. Qlukoza 6 fosfat Dehidrogenaza fermentinin aktivliyinin çatmamazlığı. Xr.hemoliz; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Qlukoza 6 fosfat Dehidrogenaza fermentinin aktivliyinin çatmamazlığı” səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Elektron təyinatla 15 sentyabr 2016-cı il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi : Ümumi xəstəlik; X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E70- E90 - Maddələr mübadiləsinin pozğunluqları => E74 - Karbohidrat mübadiləsinin digər pozğunluqları => E74.1 - Fruktoza mübadiləsinin pozğunl...; Diaqnozun mətni: İrsi enzimopatiya.Qlukoza 6 fosfat Dehidrogenaza fermentinin aktivliyinin çatmamazlığı. Xr.hemoliz; Meyar: 2.3. Üçüncü dərəcə əlillik => DİGƏR: Qlukoza 6 fosfat Dehidrogenaza fermentinin aktivliyinin çatmamazlığı” səbəbi ilə beş il müddətinə əlillik dərəcəsi verilmişdir. Bakı 6 nömrəli Şəhər Poliklinikasının 8 dekabr 2021-ci il tarixli 0063003AADR8 saylı göndərişi əsasında baxılmış və “X1: İV Sinif - Endokrin sistemin xəstəlikləri, maddələr => E70-E90 - Maddələr mübadiləsinin pozğunluqları => E74 - Karbohidrat mübadiləsinin digər pozğunluqları => E74.1 - Fruktoza mübadiləsinin pozğunl...; Diaqnozun mətni: Fruktoza mübadiləsinin pozğunluqları, . Qlükoza-6- fosfatdehidrogenazanın, Miopiya, OU- Orta dərəcəli miopiya. Xroniki xolesistit, . Dəqiqləşdirilməmiş xroniki hepatit; Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Əlavə müalicəyə ehtiyacın olması - Səbəb: Əlavə müalicə ixtisaslaşmış müalicəyə ehtiyacı var” səbəbi ilə imtina verilmişdir. İşin obyektiv araşdırılması məqsədi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə tibbi ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyindən məhkəməyə daxil olmuş T 84/2023 nömrəli rəyin nəticə hissəsinin 2ci bəndində qeyd olunmuşdur ki, qeyd edilən diaqnoz nəzərə alınmaqla şəxsin əyani müayinəsində aşkar olunan patofunksional dəyişikliklər əlillik dərəcəsinin təyininə əsas vermədiyi üçün ona istər Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair “Əlavə”də olan meyarların hər hansı birinə aid etmək mümkün olmamışdır. Yuxarda qeyd edilən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyindən tərəfindən keçirilmiş ekspertizada cavabdehin nümayəndəsi iştirak etdiyindən, Kollegiya tərəfindən 2-1(103)-550/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardad qəbul olunaraq, cavabdehin nümayəndəsinin və ya mütəxəssisinin iştirakı olmadan təkrar məhkəmə-tibbi ekspertiza keçirilməsi qərara alınmışdır. Qeyd edilən qərardadın nəticəsi olaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyindən T 396/2023 nömrəli ekspert rəyi məhkəməyə daxil olmuşdur. Rəyin nəticə hissəsində qeyd edilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “Diaqnozun mətni: fimktoza mübadiləsinin pozğunluqları, qlükoza-6-fosfatdehidrogenazanın, miopiya, OUorta dərəcəli miopiya, xroniki xolesistit, dəqiqləşdirilməmiş xroniki hepatit” diaqnozu şəxsin stasionarda müalicəsi zamanı kliniki, laborator-instrumental müayinələrin nəticələri və özünün əyani müayinəsi əsasında müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin edilməsinə dair qərarını əsaslandırarkən qeyd etmişdir ki, “- İddiaçı əvvəllər də əlillik dərəcəsi təyin olunduğu və həmin əlilliyin müddətinin 2021-ci ildə başa çatdığını nəzərə alaraq, işdə olan, o cümlədən müvafiq tibb müəssisəsindən verilən sənədlərə əsasən iddiaçıda əvvəllər mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliklərin davam etməsi təkzib olunmur;” “ mövcud olmuş pozuntu, çatışmazlıq və xəstəliyin davam etdiyi təqdirdə iddiaçıya münasibətdə «Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası»nın 1.5.1-ci bəndi deyil, 1.5.3-cü bəndinin tələbləri tətbiq edilməlidir. Qaydanın 1.5.3-cü bəndi isə, şəxsin orqanizminin pozulmuş funksiyalarının bərpa olunmamasını və müvafiq sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularını “eyni xəstəliklə son 6 ay müddətində fasiləsiz və ya son 12 ay müddətində fasilələrlə ümumilikdə 6 aydan çox ambulator və ya stasionar müalicədə olması” ilə şərtləndirmir” Məhkəmə kollegiyası tərəfindən işin hərtərəfli araşdırılması məqsədi ilə cavabdehin eksperti xx.xx.2023-cü il tarixli baxış iclasına dəvət olunmuşdur. Məhkəmə iclasında iştirak edən mütəxəssis bildirmişdir ki, iddiaçıda hal-hazırda olan xəstəliklər (İrsi enzimopatiya, Qlukoza 6 fosfat Dehidrogenaza fermentinin aktivliyinin çatmamazlığı. Xr.hemoliz) nazirlər kabinetinin qərarında qeyd edilmədiyindən iddiaçıya əlillik təyin oluna bilməz. Həmçinin ekspert bildirmişdir ki, sonuncu göndərişə baxılan zamanı imtinada “əlavə müalicəyə ehtiyac var” qeyd edilməsinin səbəbi odur ki, “.... iddiaçıda hazırda müəyyən xəstəliklər mövcuddur. Bu səbəbdən də müalicə olunmalı olduğu bildirilmişdir. Lakin həmin xəstəliklər müvafiq siyahıda göstərilən xəstəliklər arasında olmadığından, iddiaçıya əlillik təyin edilə bilməz.” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 iyul 2022-ci il tarixədək qüvvədə olmuş 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarının 1-ci hissəsi ilə «Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə» təsdiq edilmişdir. Həmin Əsasnamənin 1-ci bəndinə görə: - (1.1) Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasına yönəldilmişdir; - (1.2) Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbisosial ekspertiza müayinəsindən keçirilərək, «Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar çıxarılması yolu ilə müəyyən olunur; - (1.5) Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur. Əsasnamənin 2.3-cü bəndinə görə üçüncü dərəcə əlillik – xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 5 fevral tarixli, 36 nömrəli Qərarı ilə təsdiq edilmiş «Tibbi-sosial ekspert komissiyaları haqqında» Əsasnamənin 1.4cü bəndinə əsasən, əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını TSEK və bu Əsasnamədə nəzərdə tutulan hallarda TSEK- in funksiyalarını həyata keçirən Xidmət müəyyən edir. Həmin Əsasnamənin 3.1.3-cü bəndinə əsasən əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin başvermə vaxtını müəyyən etmək TSEK-in vəzifələrindən biridir. Qeyd edilənləri nəzərə alan Kollegiya belə nəticəyə gəlir ki, iddiaçıda mövcud olan fruktoza mübadiləsinin pozğunluqları,, Qlükoza-6- fosfatdehidrogenazanın, Miopiya, OU- Orta dərəcəli miopiya. Xroniki xolesistit, dəqiqləşdirilməmiş xroniki hepatit Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin, istərsə də xx.xx.2022-ci il tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na dair “Əlavə”də olan meyarların hər hansında qeyd edilmədiyindən, cavabdeh tərəfindən haqlı olaraq iddiaçıya əlillik təyin olunmamışdır. Beləliklə, yuxarıda sadalananlara məcmu halda qiymət verən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, mübahisələndirilən qərar ləğv edilməklə, iddia tələbi rədd edilməlidir. AR İPM-in 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Hazırki işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilərək Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilərək iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6620/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərarı ləğv edilsin. İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Pərviz Hüseynov Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-550/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-550/2023
25.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver