Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-551/2022 21.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X10, İddiaçı İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiаçı İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2153/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 02.09.2015-ci ildən 02.03.2020-ci ilədək güzəştli şərtlərlə pensiya təyin edilməsi və birdəfəlik qaydada verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun 02.09.2015-ci ildən güzəştli şərtlərlə pensiya hüququ mövcud olmuşdur. Lakin 02.03.2020-ci ildən ona yaşa görə pensiya təyin edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinin 7 may 2020-ci il tarixli məktubunda onun daxil olmuş ərizəsi və əlavə edilmiş sənədlərlə bağlı müraciətindən imtina etmişdir. İdarəyə təqdim etdiyi 31 mart 2014-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən 03.01.2005-01.07.2017-ci il tarixləri arasındakı dövr ərzindəki "xxxx" Gənclərin Elmi -Texniki Mərkəzində iş icraçısı vəzifəsində işləmişdir. "xxxx" Gənclərin Elmi-Texniki Mərkəzinin 21 fevral 2020-ci il tarixli arayışında onun işlədiyi "xxxx" Gənclərin Elmi-Texniki Mərkəzi Şirkəti Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 001003 nömrəli 20 iyul 2004-cü il tarixli, qeydiyyat nömrəsi LA-04- 038 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 089878 nömrəli, 20 iyun 2016-cı il tarixli qeydiyyat nömrəsi İN/L-1476/2016 lisenziyaları əsasında tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsi xahiş edilmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə 02.09.2012-ci il tarixdən güzəştli şərtlərlə pensiya təyin edilməsi və birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş iddiaya yazılı etirazda bildirilmişdir ki, iddiaçının Filiala təqdim etdiyi 31 mart 2014-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən 03.01.2005-01.07.2017-ci il tarixləri arasındakı dövr ərzində "xxxx" Gənclərin ElmiX6 iş icraçısı vəzifəsində işləmişdir. Lakin iddiaçının tədqim etdiyi sənədlərdən göründüyü kimi işlədiyi müəssisə 10 iyul 2012-ci il tarixindən yuxarıda qeyd edilən sahədə fəaliyyət göstərmişdir. Belə ki, "xxxx" Gənclərin X3 aid 30 iyul 2004-cü il tarixli lisenziyada həmin müəssisənin İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq layihələndirilməsi və mühəndis-axtarışı işlərini həyata keçirməyə icazə verilmişdir. Sözügedən Mərkəzin 24 sentyabr 2009-cu il tarixli lisenziyasında müəssisənin “dövlət standartlarına uyğun olaraq, İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların layihələndirilməsi” fəaliyyət növünü həyata keçirməyə icazə verilmişdir. Bildirilmişdir ki, qeyd olunan müəssisənin yalnız 10 iyul 2012-ci il tarixli lisenziyasında dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikintiquraşdırma işlərini (65 metr hündürlüyədək) həyata keçirməyə icazə verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahının 29-cu bölməsində bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin mütəxəssislər bəndinin (b) təsnifatında iş icraçıları vəzifəsi daxil edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Çünki belə olan təqdirdə iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. 01.07.2017-ci il tarixindən sonra şəxsin güzəştli şərtlərlə pensiya hüququnun yaranması üçün üç şərt vacibdir: 1) qanunla müəyyən edilmiş yaş həddinə çatması; 2) ümumi və xüsusi iş stajının olması; 3) fərdi hesabın sığorta hissəsindən qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi.İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada yuxarıda sadalanan hər üç şərtin olması vacibdir. Lakin qeyd olunanları nəzərə alaraq onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. İddia tələbində qeyd olunan pensiya fərqinin birdəfəlik ödənilməsi məsələsi haqqında bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 32.1-1-ci və 37.7-ci maddələrinə əsasən keçmiş müddət üçün alınmamış əmək pensiyasının məbləği əmək pensiyası təyin olunmuş şəxsə onu almaq hüququ yarandığı gündən, lakin həmin Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün hesablanmaqla ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Qeyd olunanları nəzərə alaraq, İddiaçı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiasının rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2153/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı 01.07.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən dövrlər üzrə pensiya məbləğinin 02.03.2020-ci il tarixdən yaşa görə aldığı əmək pensiyası məbləği nəzərə alınmaqla hesablanıb ona ödənilməsi cavabdeh Аzərbаycаn Rеspublikаsının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilməsini və iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianı qismən təmin etməklə qanunsuz qərar qəbul etmişdir. Qanunvericiliyə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququ yarandığı gündən heç bir məhdudiyyət qoyulmadan istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Cavabdeh inzibati orqan da həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının işlədiyi müəssisənin yalnız 10 iyul 2012-ci il tarixli lisenziyasında dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərini (65 metr hündürlüyədək) həyata keçirməyə icazə verilməsi göstərilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahının 29-cu bölməsində bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin mütəxəssislər bəndinin (b) təsnifatında iş icraçıları vəzifəsi daxil edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması mümkün deyildir. Həmçinin iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az təşkil etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan - AA ******* saylı şəxsiyyət vəsiqəsinin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1955-ci il təvəllüdlüdür, Sumqayıt şəhərində qeydiyyatdadır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ünvanlanmış güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında 7 may 2020-ci il tarixli № **********5 saylı məktubunda qeyd edilmişdir ki, İdarəyə təqdim etdiyi 31 mart 2014-cü il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən 03.01.2005-01.07.2017-ci il tarixləri dövr ərzində "xxxx" Gənclərin X1 iş icraçısı vəzifəsində işləmişdir. Lakin təqdim etdiyi sənədlərdən göründüyü kimi işlədiyi müəssisə 10 iyul 2012-ci il tarixdən yuxarıda qeyd edilən sahədə fəaliyyət göstərir. Bu səbəbdən də onun güzəştli iş stajı 12 il 6 aydan az təşkil edir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən verilmiş 09 yanvar 2020-ci il tarixli 02 nömrəli arayışdan görünür ki, İddiaçı 23 aprel 1984-cü ildən 23 may 1988-ci ilədək Masallı-Yardımlı-Deman avtomobil yolunun tikintisində yol ustası vəzifəsində işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının XXVİİ bölməsinin “b” bəndinə əsasən 2 nömrəli siyahıda sadalanan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” istehsalatında güzəştli şərtlə pensiya almaq hüququ verir. - "xxxx" MMC tərəfindən verilmiş 10.01.2020-ci il tarixli 21 nömrəli arayışdan görünür ki, İddiaçı 21 noyabr 1988-ci ildən 01 mart 1989-cu ilədək SŞZ-nin 1 №-li İstehsalatında bort nəzarətçisi vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına 02 №-li əlavənin 02 №-li siyahısının XVİİİ bölməsinin 2190100a-16397 şifri üzrə ona güzəştli şərtlə pensiya təyin olunması hüququ verilir. - Azərbaycan Respublikası "xxxx" Gənclərin X4 tərəfindən verilmiş 21 fevral 2020ci il tarixli 09 nömrəli arayışdan görünür ki, 2005-2019- cu illərdə İddiaçı iş icraçısı işlədiyi "xxxx" Gənclərin ElmiX11 şirkəti Azərbaycan Respublikası Dövlət Tikinti və Arxitektura Komitəsinin 001003 №-li, “30” iyul 2004-cü il tarixli, qeydiyyat nömrəsi LA-04-038 və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin 089878 №-li, “20” iyun 2016-cı il tarixli, qeydiyyat nömrəsi İN/L-1476/2016 lisenziyaları əsasında tikintisinə icazə tələb olunan bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirir. - Azərbaycan Respublikası "xxxx" Gənclərin X4 tərəfindən verilmiş 09 yanvar 2020ci il tarixli 02 nömrəli arayışdan görünür ki, İddiaçı 03.01.2005-28.02.2019-cu il tarixədək "xxxx" Gənclərin ElmiX6 iş icraçısı vəzifəsində işləmişdir. Göstərilən vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının XXVİİ bölməsinin “b” bəndinə əsasən 2 №-li siyahıda sadalanan “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” istehsalatında güzəştli şərtlərlə pensiya almaq hüququ verir. - Sumqayıt şəhər hərbi komissarlığı tərəfindən verilmiş 15 noyabr 1974-cü il tarixli НЗ ******* nömrəli hərbi biletin təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 15.11.1974- 24.12.1976-cı illərdə hərbi xidmətdə olmuşdur. - 30 avqust 1973-cü il tarixli və 21 iyun 1988-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçalarının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 22.08.1973-cü il tarixdən 06.03.1989-cu il tarixədək fasilələrlə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - 31.03.2014-cü il tarixli 060043 nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 06.03.1989-01.08.2003, 03.01.2005- 28.02.2019 və 04.04.2019-07.01.2020-ci illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. - Məhkəmə sorğusuna cavab olaraq, Azərbaycan Respublikası "xxxx" Gənclərin X4 tərəfindən 06.05.2021-ci il tarixdə daxil olmuş 30 aprel 2021-ci il tarixli 30-04-008/2021 nömrəli məktubda qeyd edilmişdir ki, Gənclərin ElmiX11 şirkəti 1993-cü ildən yüksək mərtəbəli binaların tikintisi ilə məşğuldur. Bu işlərin aparılması üçün şirkətdən 2012-ci ilədək heç bir xüsusi lisenziya tələb olunmamışdır. Bina və qurğuların inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri işləri aparmaq üçün xüsusi lisenziya, FHN tərəfindən 2012-ci ildən "xxxx" Gənclərin X4 şirkətindən tələb olunmuş və 2012-ci ildən də həmin lisenziya alınmışdır. 2012-ci ildən sonrakı dövr üçün lisenziyaların surətləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Pensiya Təyinatı İdarəsinə təqdim olunmuşdur. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 03.01.2005-ci ildən 28.02.2019-cu ilədək "xxxx" GETYM-də iş icraçısı vəzifəsində işləmişdir. Onun işlədiyi vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №-li qərarının 2 №-li siyahısının XXVİİ bəndinin 2290000b-24441 koduna əsasən güzəştli şərtlərlə pensiya almaq hüququ verir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi tərəfindən 08 may 2021-ci il tarixdə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əsasən İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq yalnız layihələndirilməsi və mühəndis axtarışı üzrə fəaliyyət növlərinə dair xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmuşdur. Tikinti-quraşdırma işlərinə isə xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmurdu. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2007-ci il tarixli 650 nömrəli Fərmanı ilə yuxarıda qeyd olunan Fərmana müvafiq əlavələr və dəyişiklik edilmiş, tikinti-quraşdırma işləri lisenziyalaşdırılmış fəaliyyət növlərinə aid edilmiş və lisenziya verən orqan Fövqəladə Hallar Nazirliyi müəyyən olunmuşdur. "xxxx" Gənclərin X4 tikinti-quraşdırma işlərinə dair müvafiq lisenziyanın alınması üçün Fövqəladə Hallar Nazirliyinə 2012-ci ildə müraciət etmiş və ona tərəflərindən yalnız 10 iyul 2012-ci il tarixli 073345 nömrəli lisenziya verilmişdir. - Azərbaycan Respublikası "xxxx" Gənclərin X4 tərəfindən 06.09.2021-ci il tarixdə daxil olmuş 06 sentyabr 2021-ci il tarixli 06091 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı, "xxxx" Gənclərin X1 2005-2019-cu illər ərzində, tikintisinə xüsusi icazə tələb olunmayan 25 mərtəbəyə qədər binaların; - 2005-2008-ci illərdə 10 mərtəbəli Unibankın, 2008-2012-ci illərdə 12 mərtəbəli Azərbaycan Beynəlxalq Bankının, 2012-2017-ci illərdə Masallı rayonu, Boradigah qəsəbəsində 1 mərtəbəli idman zalının tikintilərində iş icraçısı vəzifəsində işləmişdir. xx.xx.1955-ci il təvəllüdlü İddiaçı "xxxx" GETYM-də iş icraçısı işləməsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarının 29-cu bölməsinin “b” bəndinin 2290000b-24441 koduna əsasən ona güzəştli şərtlə pensiya almaq hüququ verir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" MMC tərəfindən 06.09.2021ci il tarixdə daxil olmuş 30 avqust 2021-ci il tarixli 43 nömrəli məktubda qeyd edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı 23 aprel 1984-cü ildən 23 may 1988-ci ilədək Masallı- Yardımlı-Deman avtomobil yolunun, Sırıq-Arus-Gendərə sahəsinin yeni yolunun tikintisində yol ustası vəzifəsində işləmişdir. 09 yanvar 2020-ci il tarixli 02 nömrəli arayışda qeyd etdikləri kimi həmin vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarının 29-cu bölməsinin “b” bəndinin 2290000b-23419 koduna əsasən güzəştli şərtlə pensiya almaq hüququ verir. - Azərbaycan Respublikası "xxxx" açıq səhmdar cəmiyyəti tərəfindən 16.09.2021-ci il tarixdə daxil olmuş 09.09.2021-ci il tarixli 60 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı 06 mart 1989-cu il tarixdən etibarən Sumqayıt Superfosfat zavodunun (keçmiş) 35 saylı Təmir-Tikinti Sexinə sex rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. Lakin 01 iyul 1999-cu il tarixdən isə həmin sexə dülgər peşəsi işinə keçirilmiş və 01 avqust 2003-cü il tarixinə kimi bu peşədə işləmişdir. İddiaçı 01 avqust 2003-cü il tarixdən etibarən işdən azad edilmişdir. İddiaçı zavodda işlədiyi dövrdə tutduğu vəzifə və işlədiyi peşəsi güzəştli vəzifələr siyahısına daxil edilmir. - Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi "xxxx" İnstitutu MMC tərəfindən 22.09.2021-ci il tarixdə daxil olmuş 17 sentyabr 2021-ci il tarixli 261 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı əmək fəaliyyəti barədə sorğu arxiv sənədləri əsasında araşdırılmışdır. Müəyyən olunmuşdur ki, Masallı-Yardımlı-Deman avtomobil yolunun tikintisinin 1984-1988-ci illərə aid arxiv sənədləri İnstitutun arxivində mövcud deyil.Bu səbəbdən İddiaçı MasallıYardımlı-Deman avtomobil yolunun tikintisində işləməsi faktını təsdiq etmək tərəflərindən mümkün olmamışdır. - Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən 05.10.2021ci il tarixdə daxil olmuş 27.09.2021-ci il tarixli 164 nömrəli məktubda qeyd edilmişdir ki, "xxxx" ASC-nin şəxsi heyətə dair arxiv sənədləri Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına dövlət mühafizəsinə təhvil verilməmişdir. - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 09.03.2021-ci il tarixdə daxil olmuş 01 mart 2021-ci il tarixli **********33 nömrəli məktubda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 911 nömrəli 30.12.2019-cu il tarixli Fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Əsasnaməsi”nin 3.0.51-ci yarımbəndinə əsasən lisenziyalar və icazələr sisteminin tətbiqi sahəsində dövlət siyasətini və dövlət tənzimləməsinin əsas istiqamətlərini hazırlamaq və aidiyyəti dövlət orqanları ilə birlikdə həyata keçirmək, lisenziya və icazə verən dövlət orqanlarına metodiki rəhbərliyi həyata keçirmək, habelə informasiya təminatını təşkil etmək, ölkədə lisenziyaların və icazələrin vahid reyestrini aparmaq, “Lisenziyalar və icazələr” portalının operatorunun funksiyalarını həyata keçirmək İqtisadiyyat Nazirliyinin vəzifələrinə aid edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, iddiaçının ilkin müraciəti 05.05.2020-ci il tarixdə olduğundan 01.07.2017-ci ildən pensiya fərq məbləği qanunvericliklə müəyyən olunmuş qaydada aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə müəyyən edilir. Hazırki iş üzrə iddiaçı 23.04.1984-23.05.1988-ci illərdə Masallı-Yardımlı-Deman avtomobil yolunun, Sırıq-Arus-Gendərə sahəsinin yeni yolunun tikintisində işlədiyi yol ustası vəzifəsi; 21.11.1988-ci ildən 01.03.1989-cu ilədək Sumqayıt Şüşə Zavodunun 1 №li İstehsalatında işlədiyi bort nəzarətçisi vəzifəsi; 11.04.1979-cu ildən 01.08.2003-cü ilədək "xxxx" ASC-də işlədiyi dövr; 03.01.2005-ci il tarixdən 01.07.2017-ci il tarixədək "xxxx" Gənclərin ElmiX6 iş icraçısı vəzifəsində işlədiyi dövrlərdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən peşə və vəzifələrdə işlədiyini iddia etmişdir. İş materiallarından göründüyü kimi iddiaçının 23.04.1984-23.05.1988-ci illərdə Masallı-Yardımlı-Deman avtomobil yolunun, Sırıq-Arus-Gendərə sahəsinin yeni yolunun tikintisində işlədiyi yol ustası vəzifəsi, 21.11.1988-ci ildən 01.03.1989-cu ilədək Sumqayıt Şüşə Zavodunun 1 №-li İstehsalatında işlədiyi bort nəzarətçisi vəzifəsi və 11.04.1979-cu ildən 01.08.2003-cü ilədək "xxxx" ASC-də işlədiyi dövr güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulmamışdır. Belə ki, iddiaçı 23.04.1984-23.05.1988-ci illərdə Masallı-Yardımlı- Deman avtomobil yolunun, Sırıq-Arus-Gendərə sahəsinin yeni yolunun tikintisində işlədiyi yol ustası vəzifəsinin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifə olması ilə bağlı Azərbaycan Avromobil Yolları Dövlət Agentliyi "xxxx" MMC-nin arayışı təqdim etmişdir. Həmin arayışda qeyd olunan vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq olunmuş Siyahının 29-cu bölməsinin “b” bəndinin 229000b23419 kodunda nəzərdə tutulduğu qeyd edilmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda ümumiyyətlə, vəzifələr kodlaşdırılmamış, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısında” isə 229000b-23419 kodda nəzərdə tutulmuş vəzifə yol ustası deyil, yeni tikinti və quraşdırma işlərinin ustalarıdır. Həmçinin, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olunmuş Sumqayıt Şüşə Zavodu MMCnin arayışında iddiaçının 21 noyabr 1988-ci ildən 01 mart 1989-cu ilədək Sumqayıt Şüşə Zavodunun 1 №-li İstehsalatında işlədiyi bort nəzarətçisi vəzifəsinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarına əlavənin 02 №-li əlavənin 02 №-li Siyahısının XVİİİ bölməsinin 2190100a-16397 şifri üzrə ona güzəştlə şərtlə pensiya təyin olunması hüququ verildiyi qeyd edilmişdir. Halbuki həmin siyahıda qeyd olunan kodda (2190100a-16397) “şüşə zolağının kəsiciləri” vəzifəsi göstərilmişdir. Bundan əlavə Azərbaycan Respublikası "xxxx" ASC tərəfindən 16.09.2021-ci il tarixdə daxil olmuş 09.09.2021-ci il tarixli 60 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı 06 mart 1989-cu il tarixdən etibarən Sumqayıt Superfosfat zavodunun (keçmiş) 35 saylı TəmirTikinti Sexinə sex rəisinin müavini vəzifəsinə işə qəbul edilmişdir. Lakin 01 iyul 1999-cu il tarixdən isə həmin sexə dülgər peşəsi işinə keçirilmiş və 01 avqust 2003-cü il tarixinə kimi bu peşədə işləmişdir. İddiaçı 01 avqust 2003-cü il tarixdən etibarən işdən azad edilmişdir. Beləliklə, İddiaçı zavodda işlədiyi dövrdə tutduğu vəzifə və işlədiyi peşəsi güzəştli vəzifələr siyahısına daxil edilmir. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan halları nəzərə alaraq qeyd edir ki, iddiaçının 57 yaşı tamam olan tarixə güzəştli iş stajı tamamlanmadığı üçün ona 02.09.2012-ci ildən güzəştli şərtlərlə pensiya təyini qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Belə ki, iddiaçının güzəştli şərtlərlə pensiya hüququ yaranması üçün 12 il 6 ay zərərli iş stajı 01.07.2017-ci il tarixdə tamam olmuşdur. Baxmayaraq ki, həmin tarixdə iddiaçının yaşı 61-dən çox olmuşdur, lakin o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq üçün zəruri olan şərtləri 01.07.2017-ci il tarixdə tamamladığından, işə baxan məhkəmə iddiaçıya həmin tarixdən pensiya təyin edilməsi qənaətinə gəlmişdir. İş materiallarından görünür ki, iddiaçı 03.01.2005-ci il tarixdən 01.07.2017-ci il tarixədək "xxxx" Gənclərin X1 iş icraçısı vəzifəsində işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 N-li qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu “Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsinin “b” (mütəxəssislər) bəndində nəzərdə tutulmuş iş icraçıları vəzifəsi əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması hüququ verən güzəştli əmək stajı sayılır. Cavabdeh inzibati orqan iddiaçının işlədiyi Azərbaycan Respublikası "xxxx" Gənclərin X2 10 iyul 2012-ci il tarixdən lisenziya əsasında dövlət standartlarına uyğun olaraq İ və İİ məsuliyyət səviyyəli bina və qurğuların tikintiquraşdırma işlərini (65 metr hündürlüyədək) həyata keçirməyə icazə verilməsini əsas gətirərək, iddiaçının güzəştli iş stajının 12 il 6 aydan az təşkil etdiyini bildirmişdir. Məhkəmə kollegiyası bu dəlilini əsassız hesab edərək, qeyd edir ki, məhkəmə araşdırması zamanı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyi tərəfindən 08 may 2021-ci il tarixdə məhkəməyə daxil olmuş məktubda qeyd edilmişdir ki, “Bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) verilməsi qaydalarının təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 2 sentyabr tarixli 782 nömrəli Fərmanına əsasən İ və İİ məsuliyyət səviyyəli bina və tikililərin dövlət standartlarına uyğun olaraq yalnız layihələndirilməsi və mühəndis axtarışı üzrə fəaliyyət növlərinə dair xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmuşdur. Tikinti-quraşdırma işlərinə isə xüsusi razılığın (lisenziyanın) verilməsi tələb olunmurdu. Azərbaycan Respublikası Prezidentinin 13 noyabr 2007-ci il tarixli 650 nömrəli Fərmanı ilə yuxarıda qeyd olunan Fərmana müvafiq əlavələr və dəyişiklik edilmiş, tikintiquraşdırma işləri lisenziyalaşdırılmış fəaliyyət növlərinə aid edilmiş və lisenziya verən orqan Fövqəladə Hallar Nazirliyi müəyyən olunmuşdur. "xxxx" Gənclərin X4 tikinti-quraşdırma işlərinə dair müvafiq lisenziyanın alınması üçün Fövqəladə Hallar Nazirliyinə 2012-ci ildə müraciət etmiş və ona tərəflərindən yalnız 10 iyul 2012-ci il tarixli 073345 nömrəli lisenziya verilmişdir. Həmçinin, Azərbaycan Respublikası "xxxx" Gənclərin X2 06 sentyabr 2021-ci il tarixli 06091 nömrəli məktubunda qeyd edilmişdir ki, xx.xx.1955-ci il təvəllüdlü İddiaçı, "xxxx" Gənclərin X1 2005-2019-cu illər ərzində, tikintisinə xüsusi icazə tələb olunmayan 25 mərtəbəyə qədər binaların; - 2005- 2008-ci illərdə 10 mərtəbəli Unibankın, 2008-2012-ci illərdə 12 mərtəbəli Azərbaycan Beynəlxalq Bankının, 2012-2017-ci illərdə Masallı rayonu, Boradigah qəsəbəsində 1 mərtəbəli idman zalının tikintilərində iş icraçısı vəzifəsində işləmişdir. Göründüyü kimi iddiaçı "xxxx" Gənclərin X1 tikintisinə xüsusi icazə tələb olunmayan 25 mərtəbəyə qədər binaların tikintilərində iş icraçısı işlədiyindən iddiaçı həmin illərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı kimi hesablanmasını tələb etməkdə haqlı olmuşdur. İddiaçı apellyasiya şikayətində 02.09.2012-ci ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi və birdəfəlik qaydada ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin bu dəlili əsassızdır. Belə ki, iddiaçının pensiya orqanına ilkin müraciəti 05.05.2020-ci il tarixdə olduğundan işə baxan məhkəmə haqlı olaraq 01.07.2017-ci ildən hesablanmış pensiya fərq məbləğini qanunvericliklə müəyyən olunmuş qaydada aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilməli olmasınını hesab etmiş və iddiaçı 02.03.2020-ci il tarixdən yaşa görə əmək pensiyası aldığından, fərq məbləği hesablanan zamanı bu halı da nəzərə almışdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 01.07.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Bu Qanuna uyğun olaraq ötən dövr üçün hesablanan pensiyanın ümumi məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödənilir. Məhkəmə kollegiyası cavabdeh orqanın apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, cavabdeh orqan Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahının 29-cu bölməsində bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin mütəxəssislər bəndinin (b) təsnifatında iş icraçıları vəzifəsi daxil edildiyindən, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmasının mümkün olmadığını bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsassızdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçı "xxxx" Gənclərin X1 2005-2019cu illər ərzində, tikintisinə xüsusi icazə tələb olunmayan 25 mərtəbəyə qədər binaların; - 2005-2008-ci illərdə 10 mərtəbəli Unibankın, 2008-2012-ci illərdə 12 mərtəbəli Azərbaycan Beynəlxalq Bankının, 2012-2017-ci illərdə Masallı rayonu, Boradigah qəsəbəsində 1 mərtəbəli idman zalının tikintilərində iş icraçısı vəzifəsində işləmişdir. Bu səbəbdən iddiaçı "xxxx" Gənclərin X1 tikintisinə xüsusi icazə tələb olunmayan 25 mərtəbəyə qədər binaların tikintilərində iş icraçısı işlədiyindən iddiaçı həmin illərin ona güzəştli şərtlərlə əmək pensiyası hüququ verən əmək stajı kimi hesablanmasını tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2153/2021 saylı, 11 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-551/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-551/2022
21.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver