Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-552/2020 11.08.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); X3 və X2 ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 X5 İdarəsinin vəkili Vəkil (“Əkrəm Həsənov və Partnyorları” Vəkil Bürosu) iştirakları ilə, İddiaçı (xx.xx.1959-cu il tarixdə Astara rayonunda anadan olmuş, ünvan 1 m. 82 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzi olaraq kompensasiyanın hesablanaraq birdəfəlik ödənilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3273/2019 nömrəli qərarından iddiaçıtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M ü ə y y ə n e t d i: İddiaçı xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Xüsusi X1rşı Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli fərmanının 1-ci maddəsinə əsasən ona ödənilməli olan, lakin Dövlət X7 Hərbi Qulluqçular və X6 İş Departamenti (X5 İdarəsi) tərəfindən qanunsuz olaraq 2012-ci ilin may ayından 2019-cu ilin aprel ayının 1-dək aylıq 26 manat olmaqla dayandırılmış müavinətin, ödənilməmiş 83 ayın (83x26=2158 AZN) cəmi 2158 manat pulun birdəfəlik ona ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2013-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri sırasından ehtiyata buraxılmışdır və ona 2004-cü ildən İİ qrup əlillik dərəcəsi, 2005-ci ildən İİİ qrup əlillik dərəcəsi təyin edilmişdir. 2007-ci ildən isə ona İİİ qrup əlillik dərəcəsi ömürlük təyin edilmişdir. Əlilliyin səbəbi “Xidməti vəzifələri yerinə yetirməklə əlaqədar olaraq” göstərilmişdir. Eyni zamanda iddiaçı müharibə veteranıdır. Müharibə veteranı və İİİ qrup əlil dərəcəsinə görə ona təyin edilmiş 26 manat müavinətin ödənilməsi 2012-ci ilin may ayından əsassız olaraq cavabdeh tərəfindən dayandırılmışdır. Bununla əlaqədar olaraq o, xx.xx.2019-cu il tarixdə Azərbaycan Respublikasının Əmək və X4 Nazirinə müraciət etmiş, lakin imtina cavabı almışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli fərmanının 1-ci bəndinə uyğun olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzi olaraq aylıq 26 manat kompensasiyanın xx.xx.2012-ci ildən xx.xx.2019- cu ilə qədər hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3273/2019 nömrəli qərarı ilə (hakim M.Hacıbəyova) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı xx.xx.2019-cu il tarixdə apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3273/2019 saylı qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əlavə olaraq, o, 2003-cü ildə xəstəliyi ilə bağlı tərxis olunduğunu, 2012-ci ilin may ayına kimi 26 manat aylıq müavinət aldığını, əsassız olaraq müavinətin verilməsinin dayandırıldığını”Sosial müavinətlər haqqında” Qanunda bəzi kateqoriya şəxslərə anlayış verilmədiyini bildirdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili izahat verərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Əlavə olaraq, o, bu sahədə məhkəmə təcrübəsinin formalaşdığını, pensiya alan şəxslərə müavinət ödənilmədiyini, 2012-ci ilin may ayına kimi iddiaçıya müavinət ödənildiyini, iddiaçının bu barədə idarəyə məlumat vermədiyini, İdarənin əvvəlki illər üzrə ödənilmiş müavinətləri geri tələb edə biləcəyini bildirdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3273/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarına əlavə edilmiş iddiaçının şəxsiyyət vəsiqəsindən, Azərbaycan Respublikası Əmək və X4 Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasının arayışlarından, iddiaçının Azərbaycan Respublikası Əmək və X4 Nazirinə ünvanlanmış ərizəsindən, cavabdehin xx.xx.2019-cu il tarixli imtina məktubundan müəyyən etmişdir ki, iddiaçı hərbi xidmət vəzifələrinin icrası ilə bağlı əlildir və 2003-cü ildən əmək pensiyası alır,Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli fərmanının 1-ci bəndinə əsasən ayda 26 manat müavinətin ödənilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin olunmamışdır, cavabdeh imtinasını onunla əsaslandırmışdır ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xərclərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda ödənilir. İş materiallarına əsasən iddiaçı SOCAR şirkətində şöbə rəisi vəzifəsində işləyir. İddiaçı hazırda cavabdehin imtinası ilə razılaşmayaraq Azərbaycan Respublikası Prezidentinin “Kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin müavinətlərlə əvəz olunmasının təmin edilməsi haqqında” 2001-ci il 26 dekabr tarixli, 613 nömrəli fərmanının 1-ci bəndinə uyğun olaraq Azərbaycan dövlətinin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olanlara, 1990-cı il 20 Yanvar hadisələri zamanı əlil olanlara, Böyük Vətən müharibəsi əlillərinə, müharibə əlillərinə bərabər tutulanlara, həqiqi hərbi xidmət dövründə Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasına cəlb edilmiş və həmin qəza nəticəsində əlil olmuş hərbi qulluqçulara kommunal, nəqliyyat və digər xidmətlər üzrə güzəştlərin əvəzi olaraq aylıq 26 manat kompensasiyanın xx.xx.2012-ci ildən xx.xx.2019-cu ilə qədər hesablanaraq birdəfəlik iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsini tələb edir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də iddiaçının müraciətinə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli imtina cavabı verilmişdir. Bundan sonra iddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, mübahisə yuxarıda qeyd edilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda təyin edilir. Həmin Qanunun 11.1.5-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət – onu almaq hüququ olan şəxs əmək pensiyası hüququ qazandıqda dayandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, sadalanan qanunvericilik normaları baxımından vətəndaşın pensiya hüququ yarandığı zaman ona verilən müavinət dayandırılır. Odur ki, iddiaçıya pensiya təyin edildikdən sonra ona müavinətin verilməsinin dayandırılması hərəkətləri ilə cavabdeh tərəfindən iddiaçıya münasibətdə qanun pozuntusuna yol verilməmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-3273/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3273/2019 saylı qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-552/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-552/2020
11.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver