Məhkəmə qərarları › İş №2-1(103)-552/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-552/2022

13.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-552/2022 13.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə. İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “qərarın qəbul edilməsi tələbinə dair» inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2021 saylı 10.09.2021-ci il tarixli qərarından buraxılmış şikayət vermə müddətinin bərpası barədə cavabdeh tərəfindən verilmiş ərizəsinə və apellyasiya şikayəti üzrə mümkünlük məsələsinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2021 saylı 10.09.2021-ci il tarixli qərarı ilə iddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən 0,1 ha torpaq sahəsinə bitişik 0,08 ha əlavə torpaq sahəsinin İddiaçı mülkiyyətinə ayrılması haqqında qərarın qəbul edilməsi öhdəliyi Bakı şəhəri, Cavabdeh üzərinə qoyulmuş, mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mübahisəli torpaq sahəsinin inventarlaşması ilə bağlı 311 manat prosessual xərcin cavabdehə aid edilməklə ondan tutulması qərara alınmışdır. Cavabdeh Şüvəlan Bələdiyyəsi apellyasiya şikayəti verərək, həmin qərardadın ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmənin hazırkı günə - 13 yanvar 2022-ci il tarixinə təyin edilmiş iclasında cavabdeh bələdiyyənin apellyasiya şikayətinin mümkünlüyü məsələsi müzakirə olunarkən, etibarnamə üzrə səlahiyyətli nümayəndəsi R.Əliyeva, birinci instansiya məhkəməsinin qərarının, üzərinə bələdiyyənin daxilolma (06.10.2021) ştampı vurulmuş birinci vərəqini və həmin qərardan bələdiyyə tərəfindən verilmiş apellyasiya şikayətinin 05.11.2021-ci il tarixində poçta təqdim edilməsi barədə poçt qəbzini sədrlik edənə təqdim edərək, bələdiyyə tərəfindən şikayət vermə müddətinin buraxılmadığını bildirmiş və şikayət üzrə apelyasiyanın mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş İddiaçı məhkəməyə gəlməmiş, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onun iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsini dinləyib və iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmamalıdır. Belə ki, İPM-in 85.1-ci maddəsinin tələbinə görə şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. İş materiallarının 76-cı vərəqində olan xəbərnaməli poçt qəbzinə və cavabdehin prosesdə iştirak edən nümayəndəsinin təqdim etdiyi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2901/2021 saylı 10.09.2021-ci il tarixli qərarının üzərinə bələdiyyənin daxilolma (06.10.2021) ştampı vurulmuş birinci səhifəsinə əsasən müəyyən olunur ki, həmin qərar cavabdehə rəsmi qaydada 06.10.2021-ci il tarixində çatdırılmışdır. Cavabdehin birinci instansiya məhkəməsi vasitəsilə təqdim etdiyi apellyasiya şikayətinin birinci səhifəsinin 3.10-cu bəndindən, nümayəndəsinin məhkəməyə təqdim etdiyi poçt qəbzindən və məhkəməyə verdiyi izahatından isə göründüyü kimi, apellyasiya şikayəti poçta 05.11.2021-ci il tarixində təqdim olunmuşdur. İPM-in 22.1-ci maddəsinin tələbinə görə bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Həmin qayda ilə hesablama aparıldıqda, yəni, cavabdeh birinci instansiya məhkəməsinin qərarının çatdırılma anı 05.10.2021-ci il tarixi, habelə, həmin (oktyabr) ayda “31” gün olması nəzərə alınmaqla hesablandıqda, qərardan qanunla müəyyən edilən 30 günlük apellyasiya şikayəti vermə müddətinin son günü 04.10.2021-ci il tarixinə düşür. Həmin gün isə həftənin dördüncü (cümə axşamı), yəni, iş gününə düşür. İPM-in 1.2-ci maddəsi baxımından, MPM-in 129.3-cü maddəsinin tələbindən isə görünür ki, edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Beləliklə, tədqiq olunan sübutlarla müəyyən edilən hallardan və prosessual qanunvericiliyin tələblərindən görünür ki, apellyasiya şikayəti vermə müddətinin son günü 04.11.2021-ci il tarixinə düşdüyü halda, şikayət poçta 05.11.2021-ci il tarixində təqdim olunmuşdur. Başqa sözlə, cavabdeh tərəfindən apellyasiya şikayəti İPM-in 85.1-ci maddəsi ilə müəyyən olunan 30 günlük şikayət vermə müddəti ötürülməklə verilmişdir. MPM-in 130.3-cü maddəsinin tələbindən isə Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İPM-in 87.2-ci maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasəqn apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası yekunda belə qənaətə gəlir ki, cavabdehin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2021 saylı 10.09.2021-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatının mümkün sayılmaması və şikayətin icraata qəbul edilməsindən imtina olunaraq geri qaytarılması barədə qərardad çıxarılmalıdır (İPM-in 24-cü maddəsi cavabdehin nümayəndəsinə izah edilmişdir). Yuxarıda göstərilənlərə əsasən və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Cavabdeh Bakı şəhəri Xəzər rayonu Şüvəlan bələdiyyəsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2901/2021 saylı 10.09.2021-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmasın. Apellyasiya şikayətinin icraata qəbul olunmasından imtina edilsin və geri qaytarılsın. Qərardaddan təqdim edildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar