Məhkəmə qərarları › İş №2-1(103)-553/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-553/2020

19.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-553/2020 19.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə Orucova Aysu Əli qızının katibliyi ilə İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, C-198/2 saylı məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat pulun tutulması və Bakı şəhər Səbail rayon Polis Bölməsinin xx.xx.2019-cu il tarixdə saat 10:50-də bölmənin inzibati binasında razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə iddiaçı barəsində tədbir görülməsinə dair xəbərdarlığı Azərbaycan Respublikası Konstitusiyasının 49, 71-ci maddəsinə zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsi həmin cavabdehə həvalə edilməsi” tələbinə dair 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-5161/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5161/2019 saylı, xx xxxxxx 2019-cu il tarixl qərardadı ilə iddiaçılar İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı “Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019- cu il tarixli, C-198/2 saylı məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat pulun tutulması və Bakı şəhər Səbail rayon Polis Bölməsinin xx.xx.2019-cu il tarixdə saat 10:50-də bölmənin inzibati binasında razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə iddiaçı barəsində tədbir görülməsinə dair xəbərdarlığı Azərbaycan Respublikası Konstitusiyasının 49, 71-ci maddəsinə zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsi həmin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiaları mümkün sayılmamışdır. Qərardaddan iddiaçı apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ərizəçi İddiaçı 1972-cı ildə Gürcüstandan anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır. Ərizəçi ictimai-siyasi fəal, ReAl hərəkatının, hazırda partiyanın idarə heyətinin üzvü, icra katibidir. 2013-cü ildən ayından başlayaraq ərizəçi qanunsuz sərhəd yoxlamasına məruz qalır. Bu hal aşağıdakı qaydada baş verir: a) ərizəçi dövlət sərhədini keçərkən (ölkədən çıxış və giriş zamanı) pasport yoxlamasında saxlanılır və saxlanılma ən azından yarım saat çəkir, bu müddətdə ərizəçinin pasportu qaytarılmır; b) Dövlət Sərhəd Xidmətinin əməkdaşının nəzarəti altında gömrük işçilərinə təhvil verilir və şifahi olaraq N5 olan şəxslərdən olduğunu bildirir; c) həmin gömrük əməkdaşı ərizəçinin üzərində bəyan olunmalı olmayan mallar və valyuta olduqda məcburi qaydada vergi bəyannaməsi yazdırır; d) bundan sonra ərizəçinin əl və digər yükü yoxlamaya, axtarışa məruz qalır. Axtarış ərizəçinin əl, digər yüklərinə aid edilir. Onun pul güzdanma da baxış keçirilir. Fleş kartların olub-olmaması soruşulur. Bütün bu prosedurlar bir saata yaxın vaxt aparır və hər iki orqanın əməkdaşları şifahi olaraq bunun ərizəçinin və digər eyni qəbildən olan yoxlamaya məruz qalan şəxslərin fəaliyyəti ilə bağlı olduğunu gizlətmirlər. Bu hal mütəmadi olaraq 2013-cü ilin ildən hal-hazırki vaxtadək davam edir. Dövlət Sərhəd Xidməti və Dövlət Gömrük Komitəsinə qarşı bu halların səbəbinin izah edilməsi, bunlara son qoyulmasına dair müraciətlər nəticəsiz qalmışdır. Bu qanunsuzluqlara etiraz olaraq ərizəçi həmin dövlət qurumları qarşısında təkadamlıq piket keçirtməyi qərara almışdır. Bununla bağlı xx.xx.2019-cu il tarixdə ərizəçi Bakı şəhər İcra Hakimiyyətinə aşağıdakı məzmunda məlumatxəbərdarlıq məktubu göndərmişdir. Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli cavab məktubunda həmin piketin keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ-ci hissəsinə əsasən məqsədə müvafiq hesab edilməm işdir. Məktubda göstərilən məsələ ilə bağlı toplantı keçirmək deyil aidiyyəti orqanlara müraciət etmək tövsiyə olunur. Ərizəçi həmçinin Bakı şəhər Səbail rayon Polis İdarəsinin 8-ci PB-nə çağırılmış və ona qanunsuz aksiya keçirilməməsi ilə bağlı xəbərdarlıq edilmişdir. Ondan izahat alınmışdır. Həmin cavablar-hərəkətlər qanunsuz olmuşdur. Şikayətin hüquqi cəhətdən əsaslandırılmasında AR Konstitusiyanın 49, 60, 71, 147, “İnsan hüquqların haqqında Ümumi Byannamə”nin 20, “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın 21, “İnsan hüquq və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 11, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7,11-ci maddələrinə istinad edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş mаtеriаllаrını yохlаyаrаq və аpеlyаsiyа şikаyətinin dəlillərini аrаşdırаrаq aşağıdakı nəticəyə gəlir. İşdən müəyyən olunur ki, İddiaçı cavabdehlər Bakı şəhər İcra Hakimiyyəti və Cavabdeh2nə qarşı Azərbaycan Respublikası Konstitusiyasının 49-cu maddəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığını pozan Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli, C-198/2 saylı məktubunun qanunsuz hesab edilməsi, həmin hüququn təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması, vurulmuş mənəvi zərərin əvəzi olaraq 20.000 manat pulun tutulması və Bakı şəhər Səbail rayon Polis Bölməsinin xx.xx.2019-cu il tarixdə saat 10:50-də bölmənin inzibati binasında razılaşdırılmamış piket keçiriləcəyi təqdirdə iddiaçı barəsində tədbir görülməsinə dair xəbərdarlığı Azərbaycan Respublikası Konstitusiyasının 49, 71-ci maddəsinə zidd hesab edilməsi və həmin hüquqa müdaxilə edilməməsi həmin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia mümkün sayılmamış və qərardad onunla əsaslandırılmışdır ki, hazırkı iddianın Azərbaycan Respublikası İPM-nin 2.2.1-2.2.9-cu maddələrində nəzərdə tutulmuş iddia tələblərindən hər hansı birinə uyğunluğu müəyyən olunmadığından və iddiaçıların mənəvi ziyanın ödənilməsi tələbi ilə məhkəmədə iddia qaldırılmazdan əvvəl bu haqda cavabdehə müraciət etməsinə dair sübutu məhkəməyə təqdim etmədiklərindən hazırkı mübahisənin inzibati icraat qaydasında baxılması mümkünsüzdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, xx xxxxx 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, .. yoxlamalıdırlar (2.3-cü bənd). İddianın əsaslarına görə iddiaçı 2013-cü ilin noyabr ayından başlayaraq Azərbaycan Respublikasının dövlət sərhədini keçərkən (ölkəni tərk edərkən və ölkəyə qayıdarkən) Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən pasport yoxlamasında qanunsuz olaraq saxlanılmağı, Dövlət Gömrük Komitəsinin əməkdaşlarına təhvil verilməyi və məcburi gömrük yoxlamasına məruz qalmağı və həmin dövlət qurumlarına müraciətləri ilə bağlı həmin yoxlamanın səbəbləri ilə bağlı əsaslandırılmış cavab ala bilmədiyinə görə etiraz əlaməti olaraq xx.xx.2019-cı il tarixdə saat 15-00 ünvan 1 ünvanının qarşısında təkadamlıq piket keçirdəcəyi, piketdə "qanunsuz sərhəd yoxlamalara son qoyulsun", "insan hüquqlarını müdafiə etmək cinayət deyil" plakatları qaldırılacağı, piketin 30 dəqiqə çəkəcəyi, eyni məzmunlu, eyni məqsəd və şüarlarla piket xx xxxxxx 2019-cu il tarixdə saat 15-00 tərəfindən təkadamlıq aksiya şəklində Bakı şəhəri, İnşaatçılar prospektində yerləşən Dövlət Gömrük Komitəsinin qarşısında keçiriləcəyi barədə cavabdeh Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdir. Müraciətə cavab olaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2019-cu il tarixli cavab məktubunda həmin piketin keçirilməsi “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin İ-ci hissəsinə əsasən məqsədə müvafiq hesab edilməmiş, göstərilən məsələ ilə bağlı toplantı keçirmək deyil aidiyyəti orqanlara müraciət etmək tövsiyə olunmuşdur. Göründüyü kimi, iddia tələbi müəyyən etmə və tanınma haqqında iddia növünə aiddir. Azərbaycan Respublikası İPM-nin həmin iddia növünü tənzimləyən 36.1-ci maddəsinə əsasən müəyyənetmə və tanınma haqqında iddia vasitəsilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsilə iddiaçı artıq icra olunmuş inzibati aktın qanunsuz sayılmasını məhkəmədən tələb edə bilər. İş materiallarından müəyyən olunur ki, iddiaçılar məhkəməyə müraciət etdiyi zaman, cavabdeh inzibati orqan tərəfindən artıq icra olunmuş inzibati akt qəbul edilməmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia ərizəsi və eyni məzmunlu olan apelyasiya şikayətinin dəlilləri əsassızdır. “İnzibati icraat haqqında” Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Qanunun tələbindən göründüyü kimi, ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın verilməsi üçün məhkəməyə müraciət etməzdən öncə müvafiq inzibati orqana müraciət olunmalıdır. Yəni, inzibati orqan müvafiq kompensasiyanın ödənilməsindən rəsmi şəkildə imtina etdiyi halda iddiaçının həmin qərardan məhkəməyə müraciət etmək hüququ yaranır. Lakin, iş materiallarından da müəyyən olunduğu kimi iddiaçılar vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı ilkin olaraq cavabdeh inzibati orqana müraciət etmədən, kompensasiyanın verilməsindən imtina barədə rəsmi cavab almadan birbaşa məhkəməyə müraciət etməklə qanunla müəyyən edilmiş tələbləri pozmuşdur. . Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məhkəmə kollegiyası işin yuxarıda qeyd edilən hallarına Azərbaycan Respublikası İPM-nin 35-ci maddəsinin tələblərinə müvafiq qiymət verərək belə qənaətə gəlir ki, mübahisələndirilən qərardad dəyişdirilmədən saxlanmalı, apelyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80, 87, 89-90, 94-cü maddələrini rəhbər tutaraq, Kollegiya Q ə r a r a aldı: İddiaçı apelyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-5161/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: İmza Hakimlər: İmzalar Əsli ilə düzdür: Sədrlik edən: M.N.Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar