Məhkəmə qərarları › İş №2-1(103)-553/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-553/2025

13.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-553/2025 13.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), X3 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ qərarın ləğv edilməsi və əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1972-ci ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. ИТ-İ № ******* nömrəli, 25 sentyabr 1983-cü il tarixli əmək kitabçasının surətinə əsasən iddiaçı xx.xx.1989-cu ildə leytenant Şmidt adına zavodun 12 nömrəli MÇS-nə fəhlə qəbul edilmişdir. xx.xx.1990-cı ildə hərbi xidmətə çağırıldığı üçün işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdə Tikinti mexanizmləri sexinə sürücü qəbul edilmişdir. xx.xx.1992-ci il tarixdə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Azərbaycan Respublikası Daxili işlər orqanlarında 10 ay, 10 gün xidmət etmişdir. xx.xx.1994-cü il tarixdən 280 nömrəli məktəbə qaravulçu vəzifəsinə təyin edilmiş, xx.xx.1994-cü il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1992-ci il tarixdən xx.xx.1996-cı il tarixədək Aviasiya Akademiyasında təhsil almışdır. xx.xx.1997-ci il tarixdən xx.xx.1999-cu il tarixədək "xxxx" Milli Aviasiya şirkətində ikinci pilot vəzifəsində işləmiş, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək Əlahiddə aviaeskadrilyasının jak-40 hava gəmisinin 2-ci təyyarəçi vəzifəsində işləmişdir. xx.xx.2000-ci il tarixdə "xxxx" Milli Aviasiya şirkətinə ikinci pilot vəzifəsinə işə qəbul edilmişdir (xx.xx.2008-ci il tarixdə "xxxx" Dövlət Konserninin yenidən təşkil edilməsi məqsədi ilə onun əsasında "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması ilə əlaqədar "xxxx" Milli Aviasiya Şirkətinə "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin "xxxx" Aviasiya Şirkəti adı verilmişdir). Hal-hazırda Boinq- 787 hava gəmisinin kapitanı vəzifəsində çalışır.

3. Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının (bundan sonra – cavabdeh) 04 dekabr 2023-cü il tarixli, 20 aprel 2023-cü il tarixli, 22 avqust 2023-cü il tarixli məktublarında etirazda göstərilən əsaslar qeyd edilmişdir.

4. İddiaçının pensiya işindən görünür ki: Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası 6 il və daha çox işlədiyi üçün yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən ömürlük 1716,98 manat təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 2060,99 manat pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 2060,99 manat pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının (pensiyanın təyin olunduğu tarix xx.xx.2013-cü il göstərilməklə) əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 1992,29 manat pensiya təyin edilmişdir.

5. "xxxx" QSC-nin uçuş heyətləri vəzifələrində uçuş saatları barəsində xx.xx.2023-cü il tarixli arayışa əsasən iddiaçının uçuş işində xidmət illərinə görə əmək stajı 25 il 00 ay 2013-cü ildə tamam olmuşdur.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının xx.xx.2019-cu il tarixə yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2013-xx.xx.2019-cu il tarixlər arası illik yenidən hesablama aparılması, Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən yenidən hesablanması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş, ərizə icraata qəbul edilmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya xx.xx.2015-ci il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubundan məlum olur ki, ona 2015-ci ildə pensiya təyin edilərkən pensiya məbləği düzgün hesablanmamışdır. Belə ki, xx.xx.2006-cı ilədək ümumi iş stajı 12 il 6 ay 16 gün təşkil etmişdir. xx.xx.2006-cı ilədək iş stajına uyğun olaraq pensiyasının sığorta hissəsi hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilib 27,47 manat müəyyən edilmişdir, xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının siğorta hissəsində qeydə alınmış 73496,16 manat sığorta kapitalına uyğun 510,39 manat və baza hissəsi (100 manat) üzərinə əlavə edilməklə 637,86 manat ödənilməli olduğu müəyyən edilmişdir (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 1044.69 manat). Qeyd olunanları nəzərə alaraq, pensiya təyin olunduqdan sonra işlədiyi 6 il ərzində qazandığı 176689.17 manat pensiya kapitalına görə “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun olaraq (176689.17:261 ay (65 il - 49 il 4 ay =189 ay + (144 ay-72 ay) = 676.97 manat) əmək pensiyası xx.xx.2021-ci ildə yenidən hesablanaraq 1044.69 manatdan 1721.66 manata (1044.69+676.97) artırılmışdır. (xx.xx.2023-cü il tarixə indeksləşdirilməklə 2041.88 manat). Bu hal aşkar olunması ilə əlaqədar artıq ödənilmiş pensiya məbləği müəyyən edilmişdir və artıq ödənilmiş məbləğ müvafiq olaraq iddiaçının pensiyasından tutulmuşdur. Növbəti dəfə iddiaçıya xx.xx.2023cü il tarixli məktubla cavab verilmişdir. Həmin məktubdan məlum olur ki, iddiaçıya pensiya iş stajının tamam olduğu xx.xx.2013- cü il tarixində təyin olunmalı olduğu halda qanunazidd olaraq xx.xx.2015-ci il tarixdən təyin edilmişdir. Belə ki, xx.xx.2006-cı ilədək ümumi iş stajı 12 il 6 ay 16 gün təşkil etmişdir. xx.xx.2006-cı ilədək iş stajına uyğun olaraq pensiyasının siğorta hissəsi hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 26.46 manat müəyyən edilib, xx.xx.2006-xx.xx.2013-cü il tarixləri arasında işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55 614.24 manat sığorta kapitalına uyğun 386,21 manat və baza hissəsi (100 manat) üzərinə əlavə edilməklə 512.67 manat ödənilməli olduğu müəyyən edilmişdir, (indeksləşdirilərək xx.xx.2021-ci il tarixədək 863.88 manat). İddiaçının xx.xx.2019-cu il tarixə yenidən hesablanma ilə əlaqədar təkrar müraciətinə xx.xx.2023-cü il tarixli imtina məktubu verilmişdir. Sonuncu imtinada da növbəti dəfə xx.xx.2021-ci il tarixdən sonra 6 il işlədiyində və ya işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə baxıla biləcəyi qeyd edilmişdir. xx.xx.2013-cü il tarixində təyin olunmalı olduğu halda cavabdeh orqanın səhvi ucbatından pensiyası gec təyin olunub, nəticə etibarilə yenidən hesablanma müddəti xx.xx.2013-cü ildən etibarən 6 il sonra yəni 2019-cu ildə deyil, 2021-ci ildə həyata keçirilmişdir.

9. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

10. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya 16 mart 2015-ci il tarixindən Fondun Bakı şəhər Xətai rayon şöbəsi tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Aparılmış araşdırma zamanı iddiaçıya vaxtilə əmək pensiyası təyin edilərkən pensiya hüququnun və pensiya məbləğinin düzgün hesablanmadığı müəyyən edilmişdir. Belə ki, iddiaçınpın cavabdehə 17 aprel 2023-cü il tarixli müraciəti ilə əlaqədar cavabdehin müvafiq sorğusuna "xxxx" ASC-nin 5 iyun 2023-cü il tarixli 13-2/2- 11/2871/2023 nömrəli məktubunda onun uçuş işinin bütün dövrü ərzində tələb olunan 5400 uçuş saatının 2013- cü il tarixində tamam olduğu qeyd olunmuşdur. Nəticədə, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası güzəştli iş stajının tamam olduğu xx.xx.2013cü il tarixində təyin olunmalı olduğu halda, səhvən xx.xx.2015-ci il tarixində təyin edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən xx.xx.2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə həmin tarixdən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən onun xx.xx.2013-cü il tarixinədək ümumi iş stajı 12 il 6 ay 16 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə pensiyasının sığorta hissəsi 14,81 manat (12,54 il x 170 manat :144 ay) hesablanaraq xx.xx.2013-cü il tarixinə indeksləşdirilib 26,46 manat müəyyən edilərək, xx.xx.2006xx.xx.2013-cü il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 55614,24 manat sığorta kapitalına uyğun 386,21 manat (55614,24:144) sığorta hissəsi və baza hissəsi (100,00 manat) üzərinə əlavə edilməklə 512,67 manat (26,46+386,21+ 100,00 (baza hissəsi)) ödənilməli olduğu halda (indeksləşdirilərək xx.xx.2021 -ci il tarixinədək 863,88 manat), xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq həmin tarixə pensiyasının sığorta hissəsi 14,81 manat hesablanaraq xx.xx.2015-ci il tarixinə indeksləşdirilərək 24,47 manat müəyyən edilmiş və xx.xx.2006-xx.xx.2015-ci il tarixləri arasındakı dövr üzrə düzgün müəyyən edilməmiş 74876,37 manat sığorta kapitalına görə pensiyasının sığorta hissəsi 519,97 manat (74876,37:144) hesablanaraq, baza hissəsi (100,00 manat) üzərinə əlavə edilməklə 647,41 manat (27,44 + 519,97 + 100,00 (baza hissəsi)) məbləğində əmək pensiyası hesablanaraq (indeksləşdirilərək xx.xx.2021 -ci il tarixinədək 1060,53 manat) 16 mart 2015-ci il tarixindən ödənilmişdir. İddiaçının işləyən əmək pensiyaçısı olduğu dövrdə qazandığı 211957,60 manat sığorta kapitalına görə Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (211957,60:265 ay (65 il-48 il 11 ay= 193 ay+(144 ay - 72 ay)=799,84 manat) əmək pensiyası xx.xx.2021-ci il tarixindən yenidən hesablanaraq 863,88 manatdan 1663,72 manata (863,88+799,84) artırılmalı (xx.xx.2023-cü il tarixinə indeksləşdirməklə 1992,29 manat) olduğu halda, qanunvericiliyə zidd olaraq həmin tarixə 1721,66 manat (01.01,2023-cü il tarixinə indeksləşdirməklə 2060,99 manat) hesablanaraq ödənilmişdir. Qeyd olunanlara əsasən, sözügedən maddənin tələbləri nəzərə alınmaqla ona 492,66 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin artıq ödənilmiş pul vəsaiti cari ilin avqust ayından etibarən iddiaçının əmək pensiyasından hissə-hissə (199,23 manat) tutularaq büdcəyə bərpa edilir.

11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı mülki aviasiya uçuş heyətində işləyən şəxs olduğu üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2013-cü ildə (41 yaş 09 ay) yaranmışdır. Lakin, ona həmin vaxtdan əmək pensiyası təyin edilməli olduğu halda cavabdehin səhvi ucbatından təyin edilməmiş, yalnız 2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilmişdir. Qeyd edilən hal məhkəmə iclasında iddiaçının nümayəndəsi tərəfindən də təsdiq edilmişdir.

13. “Əmək pensiyaları haqqında” Qanunda həmçinin göstərilmişdir ki, işləyən əmək pensiyaçılarına: yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir və pensiya təyin olunduqdan, həmçinin bu maddəyə əsasən yenidən hesablandıqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir. Pensiyaçı işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə və ya əmək pensiyası təyin olunduğu, yaxud bu maddəyə əsasən yenidən hesablandığı gündən sonra 6 il işlədikdə əmək pensiyası avtomatlaşdırılmış qaydada (bu Qanunun 37.3.2-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) yenidən hesablanır. Bu zaman sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya təyin edildikdən, yaxud bu maddəyə əsasən yenidən hesablandıqdan sonra işlədiyi ayların sayı qədər, lakin 72 aydan çox olmamaqla azaldılır (37.3.1.).

14. İşdən göründüyü kimi iddiaçı işləyən əmək pensiyaçısı olduğu üçün onun işlədiyi 72 aylıq müddət əslində 2019-cü ildə tamam olduğu üçün əmək pensiyası həmin vaxt yenidən hesablanmalı idi. Lakin, iddiaçıya pensiya 2015-ci ildə təyin edildiyi üçün onun 72 aylıq stajının 2021-ci ildə tamam olması nəzərə alınaraq pensiyası cavabdeh tərəfindən həmin vaxt hesablanmışdır.

15. Sonradan iddiaçının müraciətinə əsasən cavabdeh müəyyən etmişdir ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası əslində 2013-cü ildə təyin edilməli və 2019-cu ildə yenidən hesablanmalı idi. Belə olan halda xx.xx.2023-cü il tarixli qərarla iddiaçının əmək pensiyası yenidən hesblanmışdır. Lakin, hesablama vaxtı xx.xx.2021-ci ildən götürülmüş, yəni iddiaçının yenidən hesablama yaşı 48 il 11 ay nəzərə alınmış, pensiya yaşı olan 65 ildən 48 il 11 ay çıxılmışdır. Alınan 193 aylıq müddətlə gözlənilən pensiya yaşı müddəti olan 144 aydan 72 ay çıxılmaqla alınan 72 rəqəmi toplanmış və nəticədə 265 ay alınmışdır. İddiaçının həmin tarixə olan pensiya kapitalı 211 967 manat 60 qəpik həmin rəqəmə bölünməklə iddiaçıya pensiya təyin edilib.

16. Lakin, cavabdeh iddiaçıya 2013-cü ildən pensiya təyin edilməli və 2019-cu ildə yenidən hesablanmalı olması ilə razı olduğu halda, iddiaçının pensiya məblğini xx.xx.2021-ci ildən yox, xx.xx.2019-cu ildən yenidən hesablamalı idi. Belə olan halda iddiaçının pensiya yaşı 47 il 09 ay 65 ildən çıxılmalı, alınan 207 ay isə 72 ayla (144-72) toplanmalı, iddiaçının həmin tarixə olan pensiya kapitalı alınan 279 aya bölünməli idi. Bundan sonra isə iddiaçının hesabına pensiya kapitalının toplanması davam etməli idi.

17. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

18. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

19. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

20. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

21. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

22. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

23. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: … 1.0.15. əmək pensiyasının müəyyən edilməsi - əmək pensiyasının təyin edilməsi, onun məbləğinin yenidən hesablanması və əmək pensiyasının bir növündən digərinə keçiddir; ... Maddə 39. Artıq ödənilmiş əmək pensiyasının və əmək pensiyasına əlavənin məbləğinin tutulması 39.1. Əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur.

24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:

1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

26. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

“Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur.

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

27. “İnzibati icraat haqqında” Qanunun:

Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: ... 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; ... 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; ... 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam; ... Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. ... Maddə 28. İnzibati icraatın başlanılması üçün əsaslar 28.1. İnzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Maddə 35. İnzibati icraatın təzələnməsi ilə bağlı təkrar ərizə ilə müraciət etmək üçün əsaslar 35.1. Maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: 35.1.1. inzibati aktın qəbul olunması üçün əsas olmuş faktiki və ya hüquqi hallar maraqlı şəxsin xeyrinə dəyişdikdə; 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda; 35.1.3. inzibati aktın aldatma, hədə-qorxu və ya digər qanunsuz hərəkətlər nəticəsində qəbul edildiyi və ya inzibati orqanı təmsil edən şəxsin icraatın gedişatında cinayət törətdiyi qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə müəyyən olunduqda. 35.2. Bu Qanunun 35.1-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati orqan təkrar ərizəni yoxlamağa və ərizə ilə bağlı müvafiq qərar qəbul etməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.

28. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

29. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

30. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

31. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

31. Məhkəmə kollegiyası, ilk növbədə qeyd edir ki, iddiaçının tələbi öz məzmununa görə cavabdehin **********8 nömrəli, 09 iyun 2021-ci il tarixli qərarının ləğvinə və həmin ləğv nəticəsində 2013 - 2019-cü illər arasında yığılmış pensiya kapitalı nəzərə alınaraq pensiyasının yenidən hesablanmasına yönəlmişdir. Bu qənaət həm də ondan irəli gəlir ki, iddiaçının hüquqi marağı onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2013 - xx.xx.2019-cu illər arası yığılmış sığorta kapitalı nəzərə alınaraq pensiyanın yenidən hesablamasından ibarətdir ki, növbəti müvafiq yenidən hesablanma isə xx.xx.2019 - xx.xx.2025-ci illəri əhatə edə bilsin.

32. Belə ki, xx.xx.2025-ci il tarixdə İddiaçı tərəfindən iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edilmiş, cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar qanunsuz hesab edilməklə iddiaçıya pensiya təyin olunması və xx.xx.2013 xx.xx.2019-cu illərdə yığılmış sığorta kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.

33. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-553/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddianın dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. 34.İlk növbədə qeyd edilməlidir ki, cavabdehin 3-17-1/3-3-14381/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının pensiya təyin olunduğu tarix xx.xx.2015-ci il tarixindən xx.xx.2013-cü il tarixə dəyişdirilmişdir. (daha əvvələ çəkilmişdir)

35. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarına əsasən müəyyən olunur ki, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası əslində 2013-cü ildə təyin edilməli olduğu halda 2015-ci il tarixinə təyin edildiyi üçün pensiyanın 6 il və daha çox işləmə əsasından irəli gələrək yenidən hesablanması 2015 - 2019-cu illəri əhatə etmişdir.

36. İş materialları ilə müəyyən olunur ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin xx.xx.2015-ci il tarixli qərarı ilə iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmişdir. Cavabdehin xx.xx.2021-ci il tarixli **********8 nömrəli qərarı ilə iddiaçının əmək pensiyası 6 il və daha çox işlədiyi üçün yenidən hesablanaraq xx.xx.2021-ci il tarixdən ömürlük 1716,98 manat təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 2060,99 manat pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 2060,99 manat pensiya təyin edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçının (pensiyanın təyin olunduğu tarix xx.xx.2013-cü il göstərilməklə) əmək pensiyası yenidən hesablanaraq ona xx.xx.2023-cü il tarixdən ömürlük 1992,29 manat pensiya təyin edilmişdir. Daha sonra cavabdeh 6 il və daha çox işləmə əsası ilə 2021-ci ilədək olan kapital əsasında xx.xx.2021-ci il tarixli qərarı ilə iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasını yenidən hesablanmasını həyata keçirmişdir.

37. Cavabdehin 3-17-1/3-3-14381/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə pensiyanın təyin olunduğu tarix xx.xx.2013-cü il tarixdən müəyyən edilmişdir. Belə olan halda isə iddiaçı tərəfindən mübahisələndirilən 6 il və daha çox işləmə əsası ilə pensiyanın yenidən hesablanması barədə **********8 nömrəli, xx.xx.2021-ci il tarixli qərar öz əhəmiyyətini itirmişdir. Buna baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən xx.xx.2021ci il tarixli qərarı artıq qanunsuz sayılmasına baxmayaraq, cavabdeh tərəfindən ləğv edilməmişdir.

38. İPM-in 52-ci maddəsinə əsasən iddiaçının iddia tələbindəki ifadə tərzini onun hazırkı iddia ilə əslində çatmaq istədiyi nəticəyə uyğun qəbul etməli, həmin nəticəyə yönələn tələbin hüquqi əsaslarını müəyyən etməli, buradan, maddi hüquq normalarını düzgün tətbiq etməli idi.

39. Məhkəmə kollegiyası qeyd edir ki, aşağıda qeyd edilən səbəb və əsaslardan irəli gələrək qərar ləğv edilməli və iddia tələbi dəqiqləşmiş tələb üzrə təmin edilməlidir.

40. Belə ki, birinci instansiya məhkəməsinin qərarının ləğvi və iddianın təmin olunması ilə bağlı kollegiya qeyd edir ki, hazırkı mübahisənin düzgün həlli üçün maddi və prosessual hüquq normaları məcmu şəklində nəzərdən keçirilməlidir.

41. Məhkəmə kollegiyası qeyd edir ki, ilk növbədə birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının tətbiqində yol verilmiş pozuntu hallarına diqqət yetirilməlidir. Belə ki, məhkəmə iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəyə dair işin hallarının nəzərə alındıqda işə baxılarkən prosessual hüquq normalarının tətbiqində səhvə yol verilmişdir.

42. Belə ki, işə baxan məhkəmə iddiaçının iddia tələbindəki ifadə tərzini onun hazırkı iddia ilə əslində çatmaq istədiyi nəticəyə uyğun qəbul etməmiş, həmin nəticəyə yönələn tələbin hüquqi əsaslarını müəyyən etməmiş, buradan, maddi hüquq normalarını düzgün tətbiq etməmişdir.

43. Bununla bağlı qeyd edilməlidir ki, birinci instasiya məhkəməsində dəqiqləşmiş iddia tələbi 3 hissədən ibarət olmuş və həmin dəqiqləşmiş tələb üzrə də qərar qəbul edilərək iddia qismən təmin edilmişdir. Birinci tələb - cavabdehin xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, ikinci tələb - xx.xx.2023-xx.xx.2019-cu illər arası yığılmış pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanması, üçüncü tələb - yəni məhkəmə tərəfindən təmin olunmayan tələb isə, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən iddiaçının pensiyasının yenidən hesablanmasıdır.

44. Kollegiya birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin olunan birinci və ikinci hissələri – “xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi və xx.xx.2023xx.xx.2019-cu illər arası yığılmış pensiya kapitalına əsasən pensiyanın yenidən hesablanması” ilə bağlı aşağıdakıları qeyd edir.

45. İş materiallarından göründüyü kimi, birinci instansiya məhkəməsi tərəfindən iddiaçının tələbi öz məzmununa görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsi, İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalına əsasən əmək pensiyasının xx.xx.2013-xx.xx.2019-cu il tarixlər arası yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması kimi qiymətləndirilmişdir. Halbuki, işin yuxarıda qeyd edilən halları ilə müəyyən edilmişdir ki, iddiaçının tələbi öz məzmununa görə cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli qərar qanunsuz hesab edilməklə xx.xx.2013-xx.xx.2019-cu illərdə yığılmış sığorta kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması kimi qiymətləndirilməli idi.

46. Belə ki, birinci instansiya məhkəməsi iddiaçı üçün əlverişli olan inzibati aktı ləğv etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli inzibati aktı iddiaçı barədə pensiya yaşının azaldılmasını, yəni pensiya təyinat tarixinin 2015-ci il tarixindən 2013-cü il tarixinə çəkilməsini müəyyən edən əlverişli inzbati aktdır ki, iddiaçı həmin qərar əsasında pensiyasının 2013-2019-cü illərdə yığılmış pensiya kapitalını nəzərə alaraq pensiyanın yenidən hesablanmasını aruzlayır. Hazırkı halda birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilərkən ziddiyyətə yol verilmişdir. Belə ki, məhkəmə bir tərəfdən iddiaçının pensiya yaşının önə çəkilməni, yəni 2015-ci ildən 2013-cü il tarixə pensiya təyinatını müəyyən edən iddiaçı üçün əlverişli qərarı ləğv etmiş, digər tərəfdən də cavabdehin üzərinə müvafiq əsasla pensiyanın yenidən hesablanması tarixinin başlanğıcını 2013-cü il olaraq müəyyən edilmə öhdəliyi qoymuşdur. Belə olan halda məhkəmə 2013-cü il pensiya təyinatı tarixini müəyyən edən qərarı ləğv etməklə məhkəmə qərarının ikinci hissəsi olan 2013-2019-cü illər ərzində yığılmış pensiya kapitalı əsasında yenidən hesablanma öhdəliyinin cavabdehin üzərinə qoymaqla məhkəmə ziddiyyətə yol verməklə yanaşı, həmin qərarın icrasını da mümkünsüz etmişdir.

47. Kollegiya iddia tələbinin üçüncü hissəsi olan və məhkəmə tərəfindən təmin olunmayan hissəsi olan –“Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddəsinə əsasən pensiyanın yenidən hesablanması” ilə bağlı qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən qərarın əsaslandırma hissəsində tələbin həmin hissəsinin hansı əsasla təmin edilmədiyi ümumiyyətlə göstərilməmişidir. Bununla yanaşı qeyd edilməlidir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.3.1-ci maddənin məzmunu 6 il və daha çox işləmək əsasında irəli gələrək pensiyanın yenidən hesablanmasıdır ki, həmin tələb üzrə də (2013-2019-cü illər üzrə yığılmış kapital əsasında pensiyanın yenidən hesablanmasını) iddia birinci instansiya məhkəməsi tərəfindən təmin edildiyi halda, iddia tələbinin üçüncü hissəsi rədd edilərək məhkəmə tərəfindən bir daha ziddiyyətə yol verilmişdir.

48. Eyni zamanda, inzibati məhkəmə icraatını mülki məhkəmə icraatından fərqləndirən digər xüsusiyyət də İnzibati Prosessual Məcəllənin 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin yardım etmək vəzifəsidir. Həmin maddəyə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur.

49. Birinci instansiya məhkəməsində inzibati icraat İnzibati-Prosessual Məcəllənin Vİİİ fəslinin normaları ilə tənzimlənir. Bu fəslə iddianın qaldırılması, ərizənin məzmunu, iddianın təqdim edilməsi, hazırlıq icraatı, məhkəmənin və proses iştirakçılarının işin hallarının obyektiv araşdırılması ilə bağlı vəzifələri, məhkəmə baxışının hədləri və digər prosessual hərəkətləri tənzimləyən normalar daxil edilmişdir.

50. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 nömrəli, xx.xx.2015-ci il tarixli Qərarının 6.1-ci bəndində qeyd edilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulubpozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır.

51. Həmin Qərarın 7-ci bəndində qeyd edilmişdir ki, iddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər.

52. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, inzibati işə baxmış birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, nəticədə İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə cavab verməyən qərar qəbul edilmişdir.

53. Bu isə öz növbəsində iddiaçının Konstitusiyanın 60-cı maddəsinin İ hissəsində təsbit olunmuş hüquq və azadlıqların məhkəmə təminatının mühüm elementlərindən biri olan müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırılması əsasında hüquqların səmərəli bərpa edilməsi prinsipinin pozulmasına gətirib çıxarmışdır.

54. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının cavabdehə qarşı “qərarın ləğv edilməsi” tələbinə dair iş üzrə qəbul olunmuş Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə, İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələblərinə uyğun olmadığından ləğv edilməlidir.

55. İddianın mahiyyəti ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azəbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır.

56. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır.

57. Həmin Qanunda həmçinin göstərilir ki, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işlə əlaqədar vəzifələrdə çalışanların həmin işlər üzrə azı 25 il, səhhətinə görə uçuş işindən azad olunmuş şəxslərin isə həmin işlər üzrə azı 20 il sığorta stajı olduqda bu Qanunun 7-ci maddəsinə uyğun yaş həddi 15 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır (9.3). Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (22.3).

58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2006-cı il tarixli Qərarı ilə təsdiq edilmiş “Mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin sığorta stajlarının hesablanması Qaydaları”nda göstərilmişdir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə müvafıq olaraq mülki aviasiyanın uçuş və uçuş-sınaq heyətində işləyən aşağıdakı şəxslər güzəştli şərtlərlə pensiya almaq hüququna malikdirlər: hava gəmisinin və digər uçuş aparatlarının heyət üzvləri (kapitan, ikinci pilot, naviqator (şturman), bort mühəndisi, bortmexanik, bortradist və digər uçuş mütəxəssisləri); uçuş-təlimatçı heyət üzvləri (təlimatçı kapitan, böyük təlimatçı pilot, təlimatçı pilot, təlimatçı naviqator (şturman), təlimatçı bort mühəndisi, təlimatçı bortmexanik, təlimatçı bortradist); komanda-uçuş heyəti, müvafıq qanunvericiliyə uyğun yaradılmış hüquqi şəxslərin və onların struktur bölmələrinin tərkibində uçuş zamanı hava gəmilərinin uçuş heyətinin və ya digər uçuş aparatlarının ekipajlarının hazırlığını, onlara rəhbərliyi, nəzarəti və müfəttiş yoxlamasını həyata keçirən inspektorlar və digər uçuş xidməti mütəxəssisləri; paraşütçü bölmələrinin rəhbərləri, paraşütçülər, xilasedici paraşütçülər, axtarış və xilasetmə ilə məşğul olan paraşütçülər, ən azı 10 metr hündürlükdə vertolyotdan asılan xüsusi enən (qalxan) qurğudan paraşütlə tullanan, ştatda olan və ştatdankənar paraşütdesant qrupları (2).

59. "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 9.3-cü və 22.3- cü maddələrinə müvafiq olaraq mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyənlərin və güzəştli şərtlərlə pensiya almaq hüququ olan şəxslərin sığorta stajı aşağıdakı qaydada hesablanır: təyyarədə çalışan sıravi ekipaj üzvləri üçün ümumi sığorta stajı - sıravi ekipaj üzvü qismində uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 18-ə, alınan nəticə isə 12 aya bölünür; avia-kimyəvi işlərdə, aerofotoçəkilişlərdə, keşikçəkmə, atmosferi zondla tədqiqetmə zamanı və digər xüsusi xarakterli iş növlərində vertolyotların sıravi ekipaj üzvləri, təyyarələrin sıravi ekipaj üzvləri, habelə komanda-uçuş, inspektor, təlimatçı heyətlərinin üzvləri və uçuş heyətində digər mütəxəssislər üçün ümumi sığorta stajı - uçuş işinin bütün dövrü ərzində faktiki uçuş saatı 10-a, alınan nəticə isə 12 aya bölünür (3).

60. Qeyd edilənərə əsasən, iddiaçı mülki aviasiya uçuş heyətində işləyən şəxs olduğu üçün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ xx.xx.2013-cü ildə (41 yaş 09 ay) yaranmışdır. Lakin, ona həmin vaxtdan əmək pensiyası təyin edilməli olduğu halda cavabdehin səhvi ucbatından təyin edilməmiş, yalnız 2015-ci ildə iddiaçıya əmək pensiyası təyin edilmişdir. Qeyd edilən hal məhkəmə iclası zamanı iddiaçının nümayəndəsi tərəfindən də təsdiq edilmişdir. 61.Göründüyü kimi, cavabdehin xx.xx.2021-ci il tarixli qərarının qanunsuz olduğu sonrakı inzibati akt olan xx.xx.2023-cü il tarixli qərarı ilə də sübuta yetirilir. Həmin qərarın 5-ci bəndində pensiyanın təyin olunduğu tarixin xx.xx.2013-cü il tarixli olması qeyd edildiyi halda, cavabdeh tərəfindən mübahisə predmeti olan xx.xx.2021-ci l tarixli qərar ləğv edilməmiş və pensiyanın yenidən hesablanması sonuncu əlverişli inzibati akta uyğun yenidən hesablanmamışdır.

62. Yuxarıda qeyd olunanlara baxmayaraq, cavabdeh iddiaçıya 2013-cü ildən pensiya təyin edilməli və 2019-cu ildə yenidən hesablanmalı olması ilə razı olduğu halda, iddiaçının pensiya məbləği xx.xx.2021-ci ildən yox, xx.xx.2019-cu ildən yenidən hesablamalı idi.

63. Cavabdehin xx.xx.2021-ci il tarixli qərarının qanunsuz sayılması ilə bağlı Kollegiya qeyd edir ki, həmin inzibati akt cavabdehin digər inzibati aktı olan xx.xx.2023-cü il tarixli qərarı ilə hüquqi və faktiki vəziyyət dəyişmiş əvvəlki qaydada hesablanmanın qanunsuzluğu öz təsdiqini tapmışdır. Beləliklə də, faktiki vəziyyətdə cavabdehin xx.xx.2021-ci il tarixli qərarı öz əhəmiyyətini itirmişdir. Belə olan halda da kollegiya qeyd edir ki, cavabdehin mübahisə predmeti olan xx.xx.2021-ci il tarixli qərarının əvvəlcədən qanunsuz olduğu sonrakı qəbul edilmiş inzibati aktla (xx.xx.2023-cü il tarixli qərarı ilə) da sübuta yetirilir.

64. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi təmin olunmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4762/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ləğv edilsin. İddia aşağıdakı məzmunda təmin edilsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş **********8 nömrəli, xx.xx.2021-ci il tarixli qərar qanunsuz hesab edilməklə iddiaçıya pensiya təyin olunması və xx.xx.2013-xx.xx.2019-cu illərdə yığılmış sığorta kapitalı nəzərə alınmaqla pensiyanın yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulsun. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar