Məhkəmə qərarları › İş №2-1(103)-554/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-554/2023

18.01.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-554/2023 18.01.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X5 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçnın nümayəndəsi (oğlu) X1,, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8506/2022 saylı 22 iyul 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 yanvar 2023-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “ona yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, əmək fəaliyyətinə xx.xx.1976-cı ildə başlamış və 1988-ci ildə məktəbdə işdən azad edilmişdir. xx.xx.1989-cu ildən xx.xx.1989cu ilədək “Proqres” müəssisəsində, xx.xx.1998-ci ildən xx.xx.2003-cü ilədək isə “Azərmetaltəmirtikinti” İB-nin İTKİ-də işləmişdir. Pensiya yaşının çatması və ümumi əmək stajının 25 ildən çox olması ilə əlaqədar müvafiq sənədlərini 4 saylı Bakı “Dost’ Mərkəzinə təqdim etmiş, lakin ona əmək pensiyasının təyin edilməsindən imtina edilmiş və səbəb kimi xx.xx.1990-xx.xx.1998 və xx.xx.1998-xx.xx.2003-cü illər üzrə əmək fəaliyyətinə aid dövrlərin sənədlərinin saxlandığı ünvan məlum olmadığından sığorta stajına daxil edilmədiyi göstərilmişdir. Hesab edir ki, bu səbəb əsassızdır. Sənədlərin saxlanıbsaxlanmaması isə onun günahı deyil. Həyat yoldaşı İİİ qrup əlildir (nitq qabiliyyətsiz). Ailəsinin maddi durumu ağırdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8506/2022 saylı 22 iyul 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, X4 xx.xx.2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, iddiaçı 1959-cu il təvəllüdlü İddiaçı mövcud olan iki əmək kitabçasındakı qeydlərə əsasən onun xx.xx.1976-cı ildən xx.xx.2003-cü ilədək əmək fəaliyyətinin olduğunu iddia edir. Mübahisələndirilməyən dövrlər: xx.xx.1976-xx.xx.1989-cu illər ərzində Ermənistan SSR Amasiya rayonunda məktəbdə və Rusiya Federasiyasında əmək fəaliyyəti dövrü. Mübahisələndirilən dövrlər: xx.xx.1990-xx.xx.1998-ci illər və xx.xx.1998xx.xx.2003-cü illərdəki əmək fəaliyyəti dövrü. İddiaçının təqdim etdiyi xx.xx.1976-cı il tarixli və xx.xx.1989-cu il tarixli əmək kitabçalarına əsasən onun sığorta stajı 12 il 9 ay 25 gün təşkil edir. xx.xx.1989-cu il tarixində iddiaçının adına tərtib olunmuş ROS № ******* saylı əmək kitabçasının surətində qeyd olunmuş, məhkəmə araşdırması nəticəsində məlum olmuşdur ki, xx.xx.1990-cı il tarixindən xx.xx.1998-ci il tarixinədək Nəsimi rayon İcra Hakimiyyətinin Nəsimi rayon ticarət və ictimai iaşə idarəsinin “Proqres” adlı yeməkxanasında (daha sonra xx.xx.1995-ci il tarixdən Nəsimi rayonu ticarət və ictimai iaşə idarəsinin ştatında hesab edilməklə), xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək “Azərmetaltəmirtikinti" İstehsalat Birliyindəki əmək fəaliyyəti ilə bağlı qeyd mövcuddur. İddiaçının əmək kitabçasında xx.xx.1990-xx.xx.1998-ci illər və xx.xx.1998-xx.xx.2003-cü illərdəki əmək fəaliyyəti dövrü barədə qeydlər mövcud olsa da, İddiaçı müvafiq əmək fəaliyyəti dövrləri ərzində əmək haqqı alıb-almaması (əmək haqqı cədvəlləri) barədə və bu faktı təsdiqləyən mötəbər sənəd məhkəmə araşdırması zamanı müəyyən edilmədən yekun qərar qəbul edilmişdir. İddiaçı müvafiq əmək fəaliyyəti dövrləri ərzində əmək haqqı alıb-almaması faktı işin hallarına yə müvafiq olaraq qanuni qərar qəbul olunmasına birbaşa təsir edir. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin 22 iyul 2022-ci il tarixli 2- 1(112)-8506/2022 nömrəli Qərarının qanuna zidd və əsassız olduğunu hesab edirik. Belə ki, əmək kitabçası və ya kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsində əmək pensiyasına anlayış verilmişdir. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra - sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020- ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair Qərarında qeyd olunduğu kimi, əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir. Konstitusiya Məhkəməsinin Plenumu “Əmək pensiyaları haqqında” Qanunda öz əksini tapmış “əmək pensiyası” anlayışı ilə bağlı olan 1,0.1-ci maddəsindəki “əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları”, 1.0.2-ci maddəsindəki “məcburi dövlət sosial sığorta haqqı ödəmək şərtilə”, həmçinin Əmək Məcəlləsinin 154-cü maddəsinin 1-ci hissəsindəki “işçinin gördüyü işə görə ödənilən” müddəalarına xüsusi diqqət yetirərək belə nəticəyə gəlir ki, Qanunun 20-ci maddəsinin “əmək haqqındakı sonrakı artımlar”, “təminat xərcliyindəki sonrakı artımlar” “dövlət məvacibindəki sonrakı artımlar” müddəaları şəxsin vaxtilə aldığı əmək haqqının, təminat xərcliyinin və dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. İddiaçı xx.xx.1990-xx.xx.1998ci illər və xx.xx.1998-xx.xx.2003- cü illərdəki əmək fəaliyyəti dövründə əmək haqqı (aylar üzrə) alması barədə faktı təsdiqləyən mötəbər sübut olmadığından belə nəticəyə gəlmək mümkündür ki, İddiaçı müvafiq dövrlərdə sığortaolunan kimi qeydiyyatı olmadığından müvafiq olaraq məcburi dövlət sosial sığorta haqqı (MDSS) ödəməmişdir. Qeyd olunanları nəzərə alaraq, əmək kitabçasında göstərilən müvafiq dövrlər əmək stajı kimi təsdiqlənmədiyindən, iddiaçının ümumi sığorta stajı qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün İddiaçı yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Apellyasiya şikayətinə dair yazılı etirazın dəlilləri: Apellyasiya şikayətinə dair yazılı etiraz iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, cavabdeh orqan tərəfindən əsassız olaaq apellyasiya şikayəti verilmişdir. Tərəflərin izahatları: Cavabdehin nümayəndəsi X6 ərizə təqdim edərək iddiaçının iddia tələbinin təmin edildiyini və bununla bağlı iş üzrə icrata xitam verilməsini xahiş etmişdir. İddiaçnın nümayəndəsi (oğlu) X2 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, həmçinin cavabdehin nümayəndəsi tərəfindən verilmiş ərizəyə etiraz etmədiyini bildirmişdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşə birinci instansiya qaydasında baxmış məhkəmə iddiaçının işlədiyi müəssisənin mövcud olmasının sorğular əsasında müəyyən edilməsinə və onun 25 ildən artıq, yəni 27 il 05 ay 27 gün ümumi iş stajının olmasına istinad edərək iddia tələbinin təmin olunması qənaətinə gəlmişdir. Hazırki işdən görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı tələbi “onun xx.xx.1990-xx.xx.1998 və xx.xx.1998-xx.xx.2013-cü illər üzrə sığorta stajı nəzərə alınmaqla xx.xx.2006-cı il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən onun ümumi iş stajının 25 ildən az, yəni 12 il 9 ay 25 gün olması, xx.xx.2006-cı il tarixdən xx.xx.2018-ci il tarixədək pensiya kapitalının qeydə alınmaması, həmçinin "xxxx" Müəssisəsinin və “Azərmetaltəmirtikinti” İstehsalat Birliyinin faktiki və arxiv sənədlərinin saxlandığı ünvanın məlum olmaması və bu səbəbdən də həmin dövrlərin araşdırılmassı, sığorta stajına daxil edilməsinin mümkün olmaması əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi iddiaçı barəsində “əmək pensiyasının təyin edilməsi haqqında” **********0 saylı xx.xx.2023-cü il tarixli qərarı təqdim edərək iddiaçıya artıq müvafiq pensiyanın təyin olunduğunu və buna görə də iddiaçının tələbi təmin olunduğu üçün tərəflər arasında artıq mübahisənin qalmadığını bildirmiş, bununla bağlı iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi (oğlu) X2 iddiaçı olan anasına yaşa görə əmək pensiyası təyin olunduğu üçün artıq cavabdehə qarşı iddia tələbinin olmadığını və buna görə də iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.2-ci madddəsinə əsasən Sədrlik edən hakim iddiaçının tələbinin təmin olunduğu yeni inzibati aktın qəbul edilməsi və ya qanunda nəzərdə tutulmuş başqa tədbirin görülməsi, habelə bu barədə məhkəməyə müvafiq məlumatın verilməsi üçün cavabdehə müddət təyin edə bilər. Sənədlərin geri qaytarılmasını məqsədəuyğun hesab etmədiyi hallarda, məhkəmə inzibati orqanın bu barədə müraciətini təmin etməyə bilər. Həmin Məcəllənin 67.3-cü maddəsinə əsasən bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab edir ki, hazırki iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “onun xx.xx.1990-xx.xx.1998 və xx.xx.1998-xx.xx.2013-cü illər üzrə sığorta stajı nəzərə alınmaqla ona xx.xx.2006-cı il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsinin cavabdehin üzərinə qoyulması” ilə bağlı tələbi cavabdeh inzibati orqan tərəfindən təmin edildiyindən və bununla da tərəflər arasında mübahisə artıq mövcud olmadığından iş üzrə icraata xitam verilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 67, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə icraata xitam verilsin. Qərardaddan onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar