Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-556/2020 18.02.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Elmira Eyvaz qızı Nağıyeva (sədrlik edən və məruzəçi), X5 və X2 ibarət tərkibdə, Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi ilə, İddiaçı, üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı (xx.xx.1957-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Şərur ray., Aşağı Aralıq kəndində qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs - X4) daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın ləğv edilməsi tələbinə dair 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3240/2019 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən e t d i: İddiaçı İbrahimov Səttar Kamal oğlu xx.xx.2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı şəhəri, N.Nərimanov küçəsi,183 saylı mülkün 1-ci mərtəbəsindəki sahəsi 22,4 kv.m olan 1 yaşayış otağının,2-ci mərtəbəsində olan sahəsi 20,4 kv.m olan 1yaşayış otağının, 3,0 kv.m olan mətbəxlə birlikdə hüquqi qeydiyyatının X1 adına aparılmasına dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2-3064 /2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsi ilə X1 Səttar İsrafil oğlu ilə qohumluq münasibətlərində olması və onun Səttar İsrafil oğlundan miras qalmış Bakı şəhəri, N.Nərimanov küçəsi,183 saylı mülkün 1-ci mərtəbəsindəki sahəsi 22,4 kv.m olan 1 yaşayış otağı, 2-ci mərtəbəsində olan sahəsi 20,4 kv.m olan 1 yaşayış otağının, 3,0 kv.m olan mətbəxlə birlikdə qəbul etməsi barədə olan faktın müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə ilə həmçinin X1 Səttar İsrafil oğlu, onun həyat yoldaşı Mədinə Aşum qızı və axırıncının oğlu Qasımov Ağakərim qanun üzrə vərəsəsi tanınması və Qasımova Xatirənin göstərilən ünvanda yerləşən qeyd edilən otaqlara qanun üzrə vərəsəlik hüququ əsasında mülkiyyət hüququnun tanınması və Bakı şəhəri, N.Nərimanov küçəsi,183 saylı mülkün 1-ci mərtəbəsindəki sahəsi 22,4 kv.m olan 1 yaşayış otağı, 2-ci mərtəbəsində olan sahəsi 20,4 kv.m olan1yaşayış otağının, 3,0 kv.m olan mətbəxlə birlikdə hüquqi qeydiyyatının X1 adına aparılmasının və qeydiyyat vəsiqəsinin verilməsinin BTİ və MHQİnin həvalə edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103) 3076/2016 saylı xx xxxx 2016-cı il tarixli qətnaməsi ilə Yasamal Rayon Məhkəməsinin 2-3064/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmışdır. İddiaçı kassasiya şikayəti əsasında Ali Məhkəmənin Mülki Kollegiyasının xx xxxxxx 2018-ci il tarixli, 2(102)-7310/2018 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3076/2016 saylı ,xx xxxx 2016-cı il tarixli qətnaməsi ləğv edilərək, iş yeni apellyasiya baxışına qaytarılmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 3322/2018 saylı , xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə ərizəçi X1 “faktın müəyyən olunması, vərəsə kimi tanınma və mirasın qəbul edilməsi faktının təsdiq edilməsi” barədə ərizəsi üzrə Yasamal Rayon Məhkəməsinin 2-3064/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilərək, Yasamal Rayon Məhkəməsinin 2- 30164/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsi, ərizənin baxılmamış saxlanması qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 332/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qərardadı ilə Yasamal Rayon Məhkəməsinin 2-3064/2003 saylı, xx xxxxxx 2003-cü il tarixli qətnaməsinin ləğv edilməsinədək həmin qətnamə cavabdeh tərəfindən icra edilərək Bakı şəhəri, N.Nərimanov küçəsi,183 saylı mülkün 1-ci mərtəbəsindəki sahəsi 22,4 kv.m olan 1 yaşayış otağı, 2-ci mərtəbəsində olan sahəsi 20,4 kv.m olan 1 yaşayış otağının, 3,0 kv.m olan mətbəxlə birlikdə hüquqi qeydiyyatı X1 adına qeydiyyat aparılmış və buna müvafiq hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. İddiaçı hal hazırda X1 adına aparılmış qeydiyyatın ləğv edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. xx.xx.2019-cu il tarixdə cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək, iddianın mümkün sayılmamasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3240/2019 saylı qərardadı ilə inzibati məhkəmə icraatına üçüncü şəxs qismində X4 cəlb edilmişdir. xx.xx.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, Bakı şəhəri, N.Nərimanov küçəsi,183 saylı mülkün 1-ci mərtəbəsindəki sahəsi 22,4 kv.m olan 1 yaşayış otağı, 2-ci mərtəbəsində olan sahəsi 20,4 kv.m olan 1 yaşayış otağı, 3,0 kv.m olan mətbəxlə birlikdə Xatirə Ağakərim qızının adına verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi və Bakı şəhəri, N.Nərimanov küçəsi,183 saylı mülkün 1-ci mərtəbəsindəki sahəsi 22,4 kv.m olan 1 yaşayış otağı, 2-ci mərtəbəsində olan sahəsi 20,4 kv.m olan 1 yaşayış otağı, 3,0 kv.m olan mətbəxlə birlikdə hüquqi qeydiyyatının X1 adına aparılmasına dair qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrindən çıxarılması vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmasını xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)- 3240/2019 saylı qərardadı ilə (hakim M.Hacıbəyova) iddia mümkün sayılmamışdır. xx.xx.2019-cu il tarixdə iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3240/2019 saylı qərardadının ləğv edilməsini və işin baxılması üçün yenidən həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılmasını mümkün saymışdır. Eyni zamanda, məhkəmə tərəfindən üçüncü şəxsin vəkili Vəkil ( Bakı şəhəri 20 saylı Vəkil Bürosu) məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. İddiaçı apellyasiya baxışı zamanı apellyasiya şikayətini müdafiə etdi və onunla oxşar məzmunlu izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Üçüncü şəxs apellyasiya baxışı zamanı apellyasiya şikayətini qəbul etməyərək şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini iş materialları ilə birgə araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, hazırda iddiaçı cavabdeh tərəfindən onun hüquqlarının pozulması barədə məlumat məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2(103)332/2019 saylı qərardadı ilə (hakimlər R.Eyvazov, Z.Əliyev, F.Talışinski) ərizəçi X1 “faktın müəyyən olunması, vərəsə kimi tanınma və mirasın qəbul edilməsi faktının təsdiq edilməsi” barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli, 2-3064/2003 saylı qətnaməsindən maraqlarına toxunan şəxs İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2003-cü il tarixli, 2-3064/2003 saylı qətnaməsi ləğv edilmiş, ərizə baxılmamış saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2015-ci il tarixli, 2(004)-1102/2015 saylı qərardadı ilə (hakim T.Axundov) iddiaçı İddiaçı cavabdehlər X3 və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı yaşayış sahəsinin özəlləşdirilməsinin qanunsuz hesab edilməsi, reyestrdən çıxarışın ləğv edilməsi və vərəsəlik hüququnun tanınması tələbinə dair mülki iş üzrə iddiaçının iddianın təmin edilməsi haqqında ərizəsi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Nərimanov küçəsi, 183 saylı evin özgəninkiləşdirilməsi qadağan edilmiş, qərardadın icrası Yasamal rayon İcra Şöbəsinə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə edilmişdir. Hazırkı iddia ərizəsindən və iş materiallarından müəyyən olunur ki, mübahisəli daşınmaz əmlaka - Bakı şəhəri, N.Nərimanov küçəsi,183 saylı mülkün 1-ci mərtəbəsindəki sahəsi 22,4 kv.m olan 1 yaşayış otağının, 2-ci mərtəbəsində olan sahəsi 20,4 kv.m olan 1 yaşayış otağının, 3,0 kv.m olan mətbəxə - iddiaçının çox saylı məhkəmə mübahisələri ərzində çıxarılmış məhkəmə aktları mövcud olmasına baxmayaraq, hazırda hər hansı hüququnun mövcud olmasını təsdiq edən sənəd iş materiallarına əlavə edilməmişdir. İddiaçı həmçinin faktiki olaraq həmin əmlakdan istifadə və ya ona sahiblik etməmişdir. İnzibati-Prosessual Məcəllənin 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin maddənin tələbinə görə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yol veriləndir. İddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, ərizəçinın pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx xxxxx 2015-ci il tarixli, 5 saylı qərarının 1.1-ci bəndinə əsasən inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır, 1.2-ci bəndinə əsasən iddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir, 1.3-cü bəndinə əsasən mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Həmin Qərarın 8.1-ci bəndinə əsasən iddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisəli əmlaka dair daşınmaz əmlakın dövlət reyestrində olan qeydiyyatının cavabdeh tərəfindən ləğv edilməməsi ilə iddiaçının hüquqları sferasına müdaxilə baş verməmişdir. Məhkəmə kollegiyası iş üzrə toplanmış sübutlara və işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına, eləcə də, yuxarıda sadalanan hüquq normalarının tələblərinə və apellyasiya şikayətin dəlillərinə məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, apellyasiya şikayəti əsassızdır, qərardadın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 83, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hazırkı iş üzrə xx xxxxxx 2019-cu il tarixli, 2-1(81)-3240/2019 nömrəli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-556/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-556/2020
18.02.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver