Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-556/2022 04.02.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Tağızadə Mirzə Nəsib oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi-vəkili Vəkil1, cavabdehin nümayəndəsi X14 və üçüncü şəxs X8 nümayəndəsi-vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (3-cü şəxslər Sabunçu rayonu Bilgəh bələdiyyəsi və X15) qarşı “qərarın ləğv edilməsi, çıxarışın ləğv edilməsi, çıxarışın verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2-1(112)-2017/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 01-04 fevral 2022-ci il tarixlərdə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsində inşa edilmiş tikiliyə digər şəxsin adına verilmiş qeydiyyatın etibarsız hesab edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X9 adına çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsinin üzərindəki tikililərlə birlikdə icarəyə verilməsinə dair keçmiş Bağlar Təsərrüfatı İdarəsi ilə babası X10 arasında 28.04.1980-ci il tarixli, 280 nömrəli müqavilə bağlanmışdır. X1 vəfatından sonra atası, yəni icarədarn övladı X2 bağ sahəsinin onun adına keçirilməsinə dair ərizə ilə X13 müraciət etmişdir. Həmin ərizə əsasında Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi üzərindəki tikililərlə birlikdə istifadəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə X3 arasında 31.10.2003-cü il tarixli, 288 nömrəli müqavilə bağlanmışdır. X3 21.01.2008-çi il tarixdə vəfat etmişdir. X9 vəfatından sonra həmin torpaq sahəsi onun, anasının - yəni miras qoyanın həyat yoldaşı X5 və digər ailə üzvlərinin sahibliyində və istifadəsindədir. Həmçinin bu günədək həmin bağ sahəsinə görə torpaq vergilərinin ödənişləri onların ailəsi tərəfindən həyata keçirilmişdir. 16 noyabr 2013-cü il tarixdə anası X11 tərəfindən etibarnamə əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə müraciət olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxeminin verilməsi xahiş edilmişdir. Müraciətə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 19.12.2013-cü il tarixli məktubla cavab olaraq bildirilmişdir ki, Bakı şəhər Ərazi İdarəsinin arxiv sənədlərinə əsasən hüquqmüəyyənedici sənəd üzrə bağ torpağının ümumi sahəsi 2500.0 kv.m. təşkil edir. Yoxlama-ölçü işlərinin aparılması ilə əlaqədar mütəxəssislər ünvanda olarkən məlum olmuşdur ki, əlavə 1600.0 kv.m torpaq sahəsi istifadə edilməkdədir. Beləliklə, anası X5 etibarnamə əsasında müraciəti öz müsbət həllini tapmamış və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən Bakı şəhər Ərazi İdarəsinin Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağın torpaq sahəsinin sxematik bölgüsünün aparılması üçün bölgü sxemi verilməmişdir. Bundan sonra anası X11 tərəfindən 17.07.2008-ci il tarixli ərizə ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə müraciət olunaraq Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində istifadələrinə ayrılmış 1464 nömrəli bağ sahəsinin plan-sxeminin alınması xahiş edilmişdir. Lakin müraciətdə qeyd olunan məsələnin həlli ilə bağlı onlara hər hansı məlumat verilmədiyi halda Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 28.01.2009-cu il tarixli, 11/06-1210 saylı məktubu ilə cavab olaraq bildirilmişdir ki, qeyd olunan bağ sahəsinə idarənin mühəndisi tərəfindən baxış keçirilməsinə şərait yaradılmadığından ölçü işləri aparmaq mümkün olmamışdır. Bundan başqa tərəfindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bakı şəhəri 41 saylı notariat ofisinə müraciət olunaraq 21.01.2008-ci il tarixdə vəfat etmiş X3ndan miras qalmış əmlaklara dair vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsi xahiş edilmişdir. Müraciəti əsasında Bakı şəhəri 41 saylı notariat ofisinin notariusu N.T.Qazızadə tərəfindən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə 03.06.2020-ci il tarixli, 417 saylı məktubla müraciət olunaraq X9 vəfat etməsi ilə əlaqədar vərəsəsi oğlu - İddiaçı ərizəsi əsasında 15.04.2008- ci il tarixdə tərəflərindən vərəsəlik işinin açıldığı və vərəsələrin dairəsinin müəyyən edildiyi bildirilmiş, eyni zamanda Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X9 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış verilməsi xahiş edilmişdir. Bakı şəhəri 41 saylı notariat ofisinin müraciəti ilə əlaqədar tərəfindən verilmiş etibarnamə əsasında anası X5 Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair Çıxarışın verilməsi barədə 27.07.2020-ci il tarixli ərizəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində ********** nömrə ilə qeydiyyata alınmış və bu barədə təsdiqləmə bildirişi verilmişdir. Müraciətə cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 03.09.2020-ci il tarixli, **********94 saylı məktubu ilə bildirilmişdir ki, əlavə 1415.0 kv.m torpaq sahəsi zəbt olunaraq tərəfinizdən istifadə edilməkdədir və ümumi göstərilən torpaq sahəsində digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyatdan keçmiş fərdi yaşayış evi mövcuddur. Qeyd olunanlar nəzərə alınaraq “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən ümumi göstərilən torpaq sahəsinə digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyatdan keçmiş fərdi yaşayış evinin mövcud olduğu bildirilsə də, həmin şəxsin kimliyi, çıxarışın hansı yollarla alındığı və Çıxarışın rekvizitləri barədə məlumatlar verilməmişdir. Bu səbəbdən də hesab edir ki, həmin məlumatlar məhkəmə tərəfindən Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətindən sorğu əsasında tələb edilməli və sorğuya cavab verildikdən sonra həmin cavab əsasında tərəflərindən iddia ərizəsinə dəqiqləşmə verilməlidir. Qeyd olunanları nəzərə alaraq məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağ və 0,25 hektar torpaq sahəsi X3nun vəfatından sonra onun və ailəsinin daimi sahibliyində və istifadəsindədir, tərəflərindən hər hansı əlavə torpaq sahəsi zəbt olunmamış, hazırda torpağın ümumi sahəsi 0,25 hektar təşkil edir və həmin torpaq sahəsində digər fiziki şəxsin adına daşınmaz əmlakın dövlət reyestrinə qeydiyyatdan keçmiş fərdi yaşayış evi bağ sahəsinin X1 mülkiyyətində olduğu müddətdən mövcuddur. Buradan aydın şəkildə görünür ki, sahibliklərində və istifadələrində olan torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinə digər şəxsin adına verilmiş Çıxarış qanunsuz yollarla əldə edilmiş və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən həmin bağ sahəsinə hüquqlarımın dövlət qeydiyyatından imtina edilməsi əsassızdır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 18.02.2021-ci il tarixli qərardadı ilə Sabunçu rayonu Bilgəh bələdiyyəsi və X15 üçüncü şəxslər qismində məhkəmə icraatına cəlb edilmişlər. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə müraciət edərək, iddiaçının “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi ilə X8 adına Bilgəh qəsəbə ərazisindən ayrılmış 0,36 hektar torpaq sahəsinin kəsişən hissəsində X17 05 dekabr 2000-ci il tarixli 04 nömrəli protokolun və Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılmasına dair X17 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsində inşa edilmiş tikiliyə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X20 küçəsi, 118 saylı (yeni qaydalarla ev 112) fərdi yaşayış evinə) X8 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 iyul 2020-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi; Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X9 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 28.09.2021-ci il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2-1(112)-2017/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim: E.Əliyev) Həmin qərardaddan iddiaçı apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və iddia tələbinin mümkün sayılaraq tam həcmdə təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı apelyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələblərinin mahiyyəti ilə bağlı yanlış qənaətə gələrək əmlak barəsində arayışın verilməsini deyil, iddiaçının ölmüş şəxsin, yəni atası Firuz Axundovun adına qəbul edilməsini xahiş etmişdir. Bununla bağlı diqqətə çatdırır ki, iddia tələbi İddiaçı adına reyestrdən çıxarışın verilməsi və digər cavabdeh X8 adına verilmiş reyestrdən çıxarışın ləğv edilməsinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə həvalə edilməsi olmuşdur. Qeyd edir ki, tərəflərindən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nə reyestrdən çıxarış verilməsi barədə müraciətin olmasına baxmayaraq, birinci instansiya məhkəməsi qərarda göstərmişdir ki, cavab verməli olan inzibati orqana müraciət edilməsi təsdiqlənmədiyindən, həmçinin məhkəmə yanlış qənaətə gələrək göstərmişdir ki mübahisələndirilən 22.07.2020-ci il qeydiyyat tarixli ********* qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş inzibati akt öz təsdiqini tapdığndan iddia tələbi qeyri-mümkün sayılmalıdır. İddiaçının nümayəndəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə müraciət edilmişdir. Digər tərəfdən Bakı İnzibati Məhkəməsinə Azərbaycan Respublikası Əmlak Məsələləri dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən 03.05.2021-ci il tarixli, № **********47 saylı mütəxəssis rəyi təqdim edilmişdir. Həmin rəydə elektron kadastrda aparılmış araşdırmaya uyğun olaraq İddiaçı ayrılmış torpaq sahəsinin X12 məxsus torpaq sahəsi ilə üst-üstə düşdüyü, Bakı Şəhər İcra Hakimiyyətinin 31.08.2000-ci il tarixli 817 nömrəli sərəncamı ilə Sabunçu rayonu Bilgəh Bələdiyyəsinə ayrılması nəzərdə tutulan dövlət mülkiyyəti olduğu bildirilmişdir. Mütəxəssis rəyinin elektron kadastr əsasında hazırlanması işin faktiki hallarına uyğun gəlmir. Düzgün mütəxəssis rəyinin verilməsi üçün hesab edir ki, torpaq sahəsinin yerləşdiyi yerə məhkəmə baxışı təyin edilməli, koordinatlar əsasında torpaq sahələrinin dəqiq yeri müəyyən edilməli idi. İddiaçı tərəfindən AR ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edildikdə inzibati orqan məsələni dəqiq araşdıraraq, yəni cavabdeh Vüqar Əskərovun adına verilmiş reyestrdən çıxarışla İddiaçı məxsus torpaq sahələrinin kəsişibkəsişməməsi məsələsini araşdırılmalı idi. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 22.04.2014-cü il tarixli Qərarında göstərilmişdir ki, miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir. Hesab edir ki, iddiaçının atasından miras qalmış əmlaka dair reyestrdən çıxarış verilməsini tələb etmək hüququna malikdir, lakin birinci instansiya məhkəməsi bu məsələni nəzərə almamışdır. İşin müəyyən edilməli olan mübahisəsindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağ və 0,25 hektar torpaq sahəsi iddiaçının hazırda da istifadəsindədir və onun ailə üzvləri torpaq sahəsində tikilmiş evdə yaşayır, eyni zamanda cavabdeh tərəfin həmin torpaq sahəsinə necə çıxarış alması, ümumiyyətlə ona məxsus olan torpaq sahəsi ilə cavabdehin adına qeydə alınmış torpaq sahəsinin koordinatların bir-biri ilə üst-üstə düşməsi birinci instansiya məhkəməsi tərəfindən araşdırılmalı olduğu halda bu edilməmişdir. Hesab edir ki, mübahisə təkcə iddiaçıya məxsus torpaq sahəsinə çıxarış verilməsi barədə inzibati orqanın hərəkətsizliyi, həm də baş vermiş yanlışlığın aradan qaldırılması üçün cavabdehin mülkiyyətində olan həmin torpaq sahəsinin göstəricilərinin düzgün olmaması barədədir. Belə olan halda, iddiaçının istifadəsində olan torpağın cavabdeh X15 tərəfindən reyestrdən çıxarış alınmış torpaqla hansı əlaqəsinin olmaması, ümumiyyətlə, hazırda iddiaçının istifadəsində olması qeyd edilən torpağın statusu, hansı əsasla iddiaçıya məxsusluğu, həmin torpağın ilkin ayırma sənədlərinin mövcudluğu, belə sənədlər mövcud olduğu halda, həmin torpağın texniki göstəricilərinin (koordinatları) cavabdehə məxsus torpaqla üst-üstə düşməsi işə baxan Bakı İnzibati məhkəməsi tərəfindən müəyyən edilməyib. Halbuki, işin bu halının müəyyən edilməsi mübahisənin qanuni və əsaslı həlli baxımından mühüm əhəmiyyət kəsb etmişdir. Əks halda, hesab edir ki, məhkəmə və inzibati orqanla birlikdə işin faktiki hallarını nəzərə alaraq, əgər iddiaçının özünün və valideynlərinin istifadəsində mübahisə predmeti olan torpağı var idisə və iddiaçının atasının adından həmin torpaq sahəsinin istifadəyə verilməsi barəsində 31.10.2003-cü il tarixli müqavilə imzalanıbsa, belə olan təqdirdə, cavabdeh V.C.Əskərovun hazırda mülkiyyətində olan torpaq nə torpaqdır və həmin torpağın iddiaçının istifadəsində və faktiki sahibliyində olan torpağa nə aidiyyatının olub-olmaması məsələsinə hüquqi qiymət verilməlidir ki, birinci instansiya məhkəməsi tərəfindən bu məsələ ilə bağlı araşdırma aparılmamış, inzibati orqan tərəfindən cavabdeh X12 hansı əsaslarla reyestrdən çıxarışın verildiyini və digər məsələlərə dair hüquqi sənədlər, sübutlar təqdim edilməmişdir. Yuxarıda qeyd edilən hüquqi və faktiki əsaslara görə hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı apelyasiya qaydasında ləğv edilməsi məqsədəmüvafiqdir. Apelyasiya şikayətini həm də onunla əsaslandırmaq istəyir ki, iddiaçının iddia etdiyi torpaq sahəsi ilə digər cavabdeh V.C.Əskərovun adına reyestrdən çıxarış verilmiş torpaq sahəsinin üst-üstə düşməsi barədə müvafiq inzibati qurumun rəsmi təsdiqlənmiş sənədi olduğu üçün yenidən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilməsini lüzumsuz sayır. Hesab edir ki, bu məsələ ədalət mühakiməsini həyata keçirən məhkəmə instansiyaları tərəfindən həll edilməlidir. Hesab edir ki, iddiaçının inzibati orqana qarşı qaldırdığı iddiası onun subyektiv hüquqlarından əmələ gəlir və bu hüququn təmin edilməsi həm inzibati qurumun, həm də məhkəmənin vəzifəsidir. Yuxarıda göstərilənlərlə bağlı bir daha bildirmək istəyir ki, dəqiqləşdirilmiş iddia tələbləri ilə tərəflərindən inzibati orqana müraciət edilmişdir, lakin, birinci instansiya məhkəməsinin qərardadında iddianın mümkün sayılmaması barədə gətirdiyi dəlillər formal mülahizələrə əsaslanmışdır. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi-vəkili Vəkil1 apelyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X14 və üçüncü şəxs X8 nümayəndəsi-vəkili Vəkil2 apelyasiya şikayətinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını məhkəmə kollegiyasından xahiş etdilər. İşə apelyasiya qaydasında baxılarkən üçüncü şəxs Sabunçu rayonu Bilgəh bələdiyyəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə tərəflərin izahatını dinləyərək, iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçının iddia tələbi üç hissədən ibarətdir:
1. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi ilə X8 adına Bilgəh qəsəbə ərazisindən ayrılmış 0,36 hektar torpaq sahəsinin kəsişən hissəsində X17 05 dekabr 2000-ci il tarixli 04 nömrəli protokolun və Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılmasına dair X17 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi;
2. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsində inşa edilmiş tikiliyə (Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X21 küçəsi, 118 saylı (yeni qaydalarla ev 112) fərdi yaşayış evinə) X8 adına verilmiş Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 iyul 2020-ci il tarixli, ********** saylı çıxarışın ləğv edilməsi;
3. Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X9 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması. Birinci instansiya məhkəməsi iddia tələbini mümkün saymamış və birinci hissəsi ilə bağlı qeyd etmişdir ki, mövcud qanunvericiliyə uyğun olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli olan cavabdeh olmadığından, ona qarşı yönəldilmiş hazırkı iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarından görünür ki, hazırkı iş üzrə cavabdeh qismində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi çıxış etdiyi halda iddia tələbinin birinci hissəsi X17 müvafiq protokollarının ləğv edilməsi ilə bağlıdır. Məhkəmə qeyd etmişdir ki, iddia tələbinin birinci hissəsində mübahisələndirilən qərarın və protokolun Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qəbul edilməməsi (iddia tələbində də göründüyü kimi həmin qərar və protokol X23 tərəfindən qəbul edilmişdir) işin mübahisəsiz halıdır. Odur ki, mövcud qanunvericiliyə uyğun olaraq cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 hektar torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi ilə X8 adına Bilgəh qəsəbə ərazisindən ayrılmış 0,36 hektar torpaq sahəsinin kəsişən hissəsində X17 05 dekabr 2000-ci il tarixli 04 nömrəli protokolun və Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılmasına dair X17 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının ləğv edilməsi”nə dair iddiaya cavab verməli olan cavabdeh olmadığından, ona qarşı yönəldilmiş hazırkı iddia mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin ikinci hissəsi ilə bağlı qeyd etmişdir ki, iddiaçının həmin tələblə əvvəlcə inzibati orqan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciətinin olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmamışdır. Həmçinin, iş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 04.12.2020-ci il tarixli məktubla X12 məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X21 küçəsi, 118 saylı (yeni qaydalarla ev 112) fərdi yaşayış evinə dair müvafiq sənədlərin surəti məhkəməyə göndərilmişdir. İş materiallarında olan X17 “Vətəndaşların fərdi mənzil tikilməsi üçün torpaq sahəsi ayrılması haqqında” 02.01.2002-ci il tarixli 14 nömrəli qərarından çıxarışdan görünür ki, X17 05.12.2000-ci il tarixli 04 nömrəli protokoluna əsasən vətəndaş X12 fərdi yaşayış evi inşa etmək üçün Bilgəh qəsəbə ərazisindən 0,36 ha torpaq sahəsi ayrılmışdır. İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsi, X21 küçəsi, ev 112 X8 adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Məhkəmə qeyd etmişdir ki, iddiaçı tərəfindən mübahisələndirilən 22.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş inzibati akt, yəni X17 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının qüvvədə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapmışdır. Həmçinin, hazırkı iddia tələbinin birinci hissəsindən göründüyü kimi iddiaçı həmin qərarı hazırkı iddia tələbinin bir hissəsi olaraq mübahisələndirmiş, lakin iddia tələbi həmin hissədə mümkün sayılmamışdır. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddiaçının hazırkı tələblə əvvəlcə iddiaya cavab verməli olan inzibati orqana müraciətinin olması iş materialları ilə öz təsdiqini tapmadığından, həmçinin mübahisələndirilən 22.07.2020-ci il qeydiyyat tarixli ********** qeydiyyat nömrəli çıxarışın verilməsinə əsas olmuş inzibati akt, yəni X17 02 yanvar 2002-ci il tarixli, 14 nömrəli qərarının qüvvədə olması işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, iddia tələbi qeyd edilən hissədə də mümkün sayılmamalıdır. Məhkəmə iddia tələbinin üçüncü hissəsi ilə bağlı aşağıdakıları qeyd etmişdir: İş materiallarından görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmənin sorğusuna cavab olaraq 01.04.2021-ci il tarixli məktubla Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən 1464 nömrəli bağ sahəsinə dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surəti məhkəməyə göndərilmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 0,25 ha torpaq sahəsi olan 1464 nömrəli bağ sahəsi üzərindəki tikililərlə birlikdə istifadəyə verilməsinə dair keçmiş X7 və İstismarı Birliyi ilə X16 arasında 31 oktyabr 2003cü il tarixli, 288 nömrəli müqavilə bağlanmışdır. İş materiallarından görünür ki, 19.02.2008-ci il tarixli AZ-İ 283828 nömrəli Ölüm haqqında Şəhadətnaməyə əsasən X16 21 yanvar 2008-ci il tarixdə ölmüşdür. İş materiallarından görünür ki, İddiaçı hazırkı iddia tələbi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair 21 yanvar 2008-ci il tarixdə vəfat etmiş X9 adına çıxarışın verilməsini tələb edir. Bununla bağlı məhkəmə qeyd etmişdir ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə əsasən müqavilə və ya digər əsaslara görə, daşınmaz əmlak üzərində mülkiyyət və ya digər əşya hüququnu əldə etmiş şəxs həmin hüququ təsdiq edən çıxarış almadan öldükdə onun qanun və ya vəsiyyət üzrə vərəsəsinə hüququn ölmüş şəxsə məxsus olması haqqında arayışı qeydiyyat orqanı verir. Hüquqların dövlət qeydiyyatı haqqında çıxarış həmin arayış əsasında verilmiş vərəsəlik sənədləri təqdim edən vərəsənin adına rəsmiləşdirilir. Göründüyü kimi, iddiaçı hazırkı iddia tələbi ilə «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2-ci maddəsinə uyğun olaraq müvafiq arayışın verilməsini deyil, ölmüş şəxsin adına çıxarışın verilməsini tələb edir. Həmçinin, məhkəmə qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçı iddia tələbini dəqiqləşdirərək, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 22.2ci maddəsinə uyğun olaraq müvafiq arayışın verilməsini tələb etsəydi də belə, həmin iddia tələbi ilə onun əvvəlcə inzibati orqana müraciətinin olması işin məhkəmə araşdırılması ilə öz təsiqini tapmamışdır (iddiaçının nümayəndəsinə müvafiq sübutların təqdim edilməsi təklif edilsə də, hər hansı sübut məhkəməyə təqdim edilməmişdir). Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi “Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh ərazisində yerləşən, 1464 nömrəli bağa və 0,25 hektar torpaq sahəsinə dair X9 adına Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması” hissəsində də mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu inzibati orqanlar tərəfindən publik hüquq sahəsində həyata keçirilən inzibati fəaliyyətə tətbiq edilir. İnzibati mübahisələrin səciyyəvi xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, onun tərəfləri əvvəlcədən qeyri bərabərdirlər, onlardan biri suverenlik daşıyıcısıdır və həmin tərəf (inzibati orqan) digərinə (fiziki və ya hüquqi şəxs) münasibətdə hakimiyyət səlahiyyətlərinə malikdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 1.1-ci maddəsinin tələbinə görə bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Həmin Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafıq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fıziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt-inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fıziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə görə bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İnzibati Prosessual Məcəllə inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında inzibati hüquq münasibətləri ilə bağlı yaranan mübahisələrə məhkəmə tərəfindən baxılması və həll edilməsi prosesini tənzimləyir. İnzibati Prosessual Məcəllənin 2.1-ci maddəsinə görə Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı Plenum Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.2-ci bəndinə görə işin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin Qərarının 17-ci bəndinə əsasən, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. "İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair" Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10.04.2015-ci il tarixli, 4 saylı qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının inzibati orqanın hərəkət və ya hərəkətsizliyi nəticəsində subyektiv hüquqların pozulmasının əsaslandırılmasıdır. Belə ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri (hərəkətsizliyi) təşkil edir. İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. Hazırkı inzibati işə apelyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, cavabdeh tərəfindən iddiaçının yuxarıda qeyd edilən tələb üzrə hər hansı hüququnun pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hər hansı vəzifənin yerinə yetirilmədiyi hazırkı məhkəmə araşdırılması ilə öz əksini tapmadığından birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
İddiaçı apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 12.10.2021-ci il tarixli, 2-1(112)-2017/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.