Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-556/2024 13.03.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X8 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Aytən Pənah qızı Oruczadədən və X6 ibarət tərkibdə, X7-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-2102/2023 saylı 03 iyul 2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 13 mart 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: xx.xx.2022-ci il tarixli 3370 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, anamnezə əsasən xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə Xocavənd rayonu istiqamətində "Partlayış travması. Hər iki baldırın, sol əlin sağ saidin kor qəlpə yaralanması. Sol əlin İİİ barmağının açıq qəlpəli sınığı” xəsarətini almışdır (əsas: N nömrəli hərbi hissə tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 5389 nömrəli travma haqqında arayış). İlk tibbi yardım olunduqdan sonra Hadruda təxliyə olunmuş, oradan Füzuli RMX-na göndərilib. Deməsinə görə bir gün orada nəzarətdə qaldıqdan sonra Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasına təxliyə olunmuşdur. xx.xx.2020-xx.xx.2020-ci il tarixədək Akademik Mirqasımov adına RKX-da "Hər iki baldırın, sol əlin, sağ saidin qəlpə yarası, sağ gözün travması”diaqnozu ilə stasionar müalicədə olmuşdur (əsas: 26180 nömrəli çıxarış epikrizi), xx.xx.2020, xx.xx.2020, xx.xx.2021-ci il tarixlərdə MN MHP-nın HHK-sı tərəfindən şəhadətləndirilərək xəstəliyinə görə hər dəfə 15 (on beş) gün müddətinə məzuniyyət verilmişdir. xx.xx.2020xx.xx.2020-Akademik Mirqasımov adına RKX-da; xx.xx.2020, xx.xx.2020, xx.xx.2021MN MHP-da, xx.xx.2021-Respublika Diaqnostika Mərkəzində; xx.xx.2021- xx.xx.2021SQ BKHda; xx.xx.2022-xx.xx.2022-Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2022-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Verilən suallara əsəbi, qısa cavablar verir. Yaddaşı zəifləmişdir. Zahirən narahatdır, gərgindir. Əhval ruhiyyəsi dəyişkəndir. Davranışı qeyri-adekvatdır. Bir yerdə qərar tutmur. Bələdliliyi hər növlər üzrə saxlanılır, müsbət psixoproduktiv simptomatika qeyd edilmir. Emosional labildir. Pıçıltı nitqini eşitməsi sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 4 (dörd) məsafədəndir. Şəhadətnaməyə əsasən diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı aşağıdakı kimi olmuşdur: Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş kəllə-beyin travmasından sonrakı hal. Postkommosion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomnik sindrom və çoxsaylı mikronevroloji simptomatika ilə. Barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin, hər iki baldırın kor qəlpə yaralanmasına, İİİ proksimal falanqası sınığına görə aparılmış yaraların birincili işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Partlayış travması (xx.xx.2020) nəticəsində sağ orbitanın yuxarı bayır divarının yad cismi (metal qəlpə). Şəhadətnaməyə əsasən HHK-nın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı aşağıdakı kimi olmuşdur: "Xəstəliklər cədvəli"nin 14b,17b,23c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə"yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır. Mərkəzi Hərbi Həkim Komissiyasının qərarı: hərbi travmadır, azərbaycan respublikasının müdafiəsi zamanı alınmışdır. Cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinə Bakı 6 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 0063003AADM9 saylı göndərişi əsasında baxılmış və “X1: XİX Sinif – Travmalar. zəhərlənmələr və xarici səbəblərin təsirinin bəzi digər nəticələri => S00-S09 –Başın travmaları => S06 – Kəllədaxili travma => S06.0 – Baş beynin silkələnməsi; Diaqnozun mətni: Baş beynin silkələnməsi, Keçirilmiş kəllə beyin travması (xx.xx.2020). Barotravma. Başın travmalarının nəticələri. Postkontuzion sindrom, Asteno nevrotik sindrom. Hər iki baldır nahiyyəsinin hipertrofik çapıqları. Sol əlin İİİ daraq sümüyünün qeyri-düzgün bitişmiş sınığı. Eşitmənin neyrosensor tipli iki tərəfli itirilməsi, iki tərəfli sensinevral ağıreşitmə İİ-İİİ dər. Gözün və göz yuvasının travması, OU-Torlu qişanın angiopatiyası (VİS OU-1.0.);” diaqnozuna cavab olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Həmçinin iddiaçının əlillik vəziyyəti Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 2748003AAAQJ saylı göndərişi əsasında xx.xx.2022-ci ildə qiymətləndirilmiş, “X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Poskomission sindrom, Üzvi qapalı kəllə beyin travması (Barotravma). Şəxsiyyət pozuntusu depressiv daxilolmalarla. Posttravmatik stress pozuntu.” Dianozu üzrə “Əlavə müalicəyə ehtiyacın olması - Səbəb stasionar müalicəyə ehtiyac, vardır." səbəbi ilə imtina verilmişdir. İddiaçının əlilliyi Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə təkrar qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-sosial ekspert komissiyasının 14 iyul 2022-ci il tarixli **********5 nömrəli qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1974-cü il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) dair tibb müəssisəsinin 0063003AADM9 nömrəli göndərişi xx.xx.2021-ci il tarixdə DTSERA-da əyani müayinəsi nəticəsində qiymətləndirilmiş və diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir, 2748003AAAQJ nömrəli göndərişi xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və müalicənin davam etdirilməsi barədə qərar qəbul edilmişdir. Qərara əsasən vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3370 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş kəllə-beyin travmasından sonrakı hal. Postkommosion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomnik sindrom və çoxsaylı mikronevroloji simptomatika ilə. Barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin, hər iki baldırın kor qəlpə yaralanmasına, İİİ proksimal falanqası sınığına görə aparılmış yaraların birincili işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpə)”. Diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli, 8168 nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu.Postkommosion sindrom.” Kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 05.02xx.xx.2022-ci il tarixli 1420/22 nömrəli xəstəlik tarixindən çıxarışında diaqnoz “Posttravmatik sindrom, üzvi (qapalı kəllə beyin travması, barotravma) şəxsiyyət pozuntusu deptessiv daxilolmalarla. Posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, qulaqlarında küydən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaşın pozulmasından şikayətlənmişdir. Posttravmatik stress əlamətləri, anamnezdə emosionalvegetativ labillik əlamətləri izlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Həmin imtinadan narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Komissiyanın xx.xx.2020-ci il tarixində verdiyi qərarın ləğv edilməsini, əlilliyinin təyini üçün ona yenidən 2 saylı X2 Forma 88 saylı arayışının göndərilməsinə və komissiyaya girməsinə köməklik göstərilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələr təqdim edərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə əvəz edilməsini və iddia tələbinin “cavabdehin 14 iyul 2022-ci il tarixli qərarının ona aid hissədə ləğv edilməsi və ona üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” şəklində qəbul edilməsini xahiş etmiş, məhkəmə tərəfindən iddia tələbinin dəyişdirilməsi barədə ərizə qəbul edilmişdir. İddianın əsaslandırılması: İddia tələbi onunla əsaslandırılmışdır ki, ehtiyatda olan polkovnik-leytenant kimi o, 1992-ci ildə Bakı Ali Birləşmiş komandanlıq məktəbinə daxil olmuş və 1996-cı ildə həmin məktəbi "Motoatıcı” ixtisası üzrə bitirmişdir. xx.xx.1996-cı il tarixdən xx.xx.2015-ci il tarixədək Azərbaycan Respublikasının silahlı qüvvələrində xidmət etmişdir. xx.xx.2015-ci il tarixdə öz arzu ilə hərbi xidmətini yekunlaşdırıb təqaüdə çıxmışdır. O, 1992-ci ildə Ağdam, 1994-cü ildə Murovdağ istiqamətində döyüşlərdə yaxından iştirak etmişdir. 44 günlük “Vətən müharibəsində” N saylı hərbi hissənin 5-ci tabor komandiri olmuşdur. 9 noyabr 2020-ci il tarixdə “Qırmızı Bazar” istiqamətində düşmən üzərinə hücum zamanı düşmən tərəfindən atılan minaatan mərmisinin partlaması nəticəsində çoxsaylı qəlpə yaraları ilə yaralanmışdır. Cavabdeh yaralanma nəticəsində əlilliyini düzgün təyin etməmişdir. Cavabdeh tərəfindən Vətən müharibəsi zamanı yaralanma, əlil və ya sağlamlıq imkanlarının məhdudluğunun müəyyən edilməsi barədə verilən qərarda həkimlərin verdiyi diaqnoz dəqiqliklə nəzərə alınmamışdır. Belə ki, o, xx.xx.2020-ci il tarixdə Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə yaralanmışdır. Yaralanma nəticəsində o, xx.xx.2020-xx.xx.2020-ci il tarixlərdə Akademik Mirqasımov adına RKX-da, xx.xx.2020,xx.xx.2020, xx.xx.2021-MN MHP-da, xx.xx.2021-xx.xx.2021 – 3 nömrəli Şəhər Klinik xəstəxanasında, xx.xx.2021-Respublika Diaqnostika Mərkəzində, xx.xx.2021–SQ BKH-da, xx.xx.2022- xx.xx.2022- Respublika Psixiatriya Xəstəxanasında, xx.xx.2021-ci il tarixdə MN MHP-da müayinə və müalicədə olmuşdur. Sonda ona Diaqnoz və xəsarətin (yaralanmanın, travmanın, kontuziyanın), xəstəliyin səbəb əlaqəsi haqqında hhk-nın qərarı ilə mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxil olmalarla, mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom, mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu qoylmuşdur. Psixi Sağlamlıq Mərkəzinin direktoru, Bakı şəhər Baş Səhiyyə idarəsinin Baş Psixiatrı tərəfindən müayinə olunmuş, "Posttravmatik stress pozuntusu, Postkommosion sindrom" diaqnozu qoyulmuş, Səhiyyə Nazirliyinin Baş Nevroloqu tərəfindən müayinə olunmuş, "Keçirilmiş kəllə-beyin travmasından sonrakı hal, Postkommosion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomnik sindrom və çoxsaylı mikronevroloji simptomatika ilə" diaqnozu, Barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 metr, sol qulaqda 4 metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin, hər iki baldırın kor qəlpə yaralanmasına, İİİ proksimal falanqası sınığına görə aparılmış yaraların birincili işlənməsi, gips longeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumşaq toxumaların yad cisimləri (metal qəlpə). Partlayış travması Kranial KT müayinəsi (xx.xx.2020) – sağ orbitanın yuxarı bayır divarına sancılmış 3x4 mm ölçüdə metal qəlpə qeyd edilir, (xx.xx.2020) nəticəsində sağ orbitanın yuxarı bayır divarının yad cismi (metal qəlpə). HHKnın hərbi xidmətə, hərbi-uçot ixtisası üzrə xidmətə və s. yararlılıq haqqında qərarı: "Xəstəliklər cədvəli"nin 14b,17b,23c maddəsinin İİİ qrafasına və ƏTC-yə (Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında əsasnamə”yə qoşma) əsasən Sülh dövründə hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yaralıdır diaqnozu qoyulmuşdur. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, iddiaçının əlillik vəziyyətinə Bakı 6 nömrəli şəhər Poliklinikasının xx.xx.2021-ci il tarixli, 0063003AADM9 saylı göndərişi əsasında baxılmış və “Diaqnoz əlillik əlaməti təyin etmir” səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli, 2748003AAAQJ saylı göndərişi əsasında iddiaçı xx.xx.2022-ci il tarixdə əyani müayinə olunmuş və Əlavə müalicəyə ehtiyacın olması - Səbəb stasionar müalicəyə ehtiyac, vardır." səbəbi ilə imtina verilmişdir. Bakı 2 saylı Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli saylı göndərişi əsasında iddiaçı xx.xx.2022-ci il tarixdə təkrar əyani müayinə olunmuş və “Diaqnoz əlillik əlaməti təyin etmir" səbəbi ilə imtina verilmişdir. Bundan əlavə, İddiaçı əyani müayinədə olmuş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət TibbiSosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli, 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair “Əsasnamə” yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə 14 iyul 2022-ci il tarixli **********5 nömrəli qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2023 saylı 03 iyul 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilərək, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 14 iyul 2022-ci il tarixli **********5 saylı qərarının İddiaçı aid olan hissədə ləğv edilməsi və İddiaçı orqanizmin funksiyalarının 35-60 faiz pozulmasına görə əlilliyin təyin edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan narazı qalan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti cavabdehin etiraz məktubunun məzmununa uyğun əsaslandırılmaqla əlavə olaraq bildirilmişdir ki, vətəndaşın müraciəti əsasında əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 3370 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə “Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş kəllə beyin travmasından sonrakı hal. Postkommosion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar insomnik sindrom və çoxsaylı mikronevroloji simptomatika ilə. Barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4.5 (dörd tam onda beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin, hər iki baldırın kor qəlpə yaralanmasına, İİİ proksimal falanqası sınığına görə acarılmış yaraların birincili işlənməsi, gips lonqeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumsaq toxumaların yad cisimləri (metal qəlpə). Partlayış travması (xx.xx.2020) nəticəsində sağ orbitanın yuxarı bayır divarının yad cismi (metal qəlpə).” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Psixi Sağlamlıq Mərkəzinin PHŞ xx.xx.2021-ci il tarixli 8168 nömrəli Tibbi rəyində diaqnoz “Posttravmatik stress pozuntusu. Postkommosion sindrom." kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Psixiatriya Xəstəxanasının PHŞ 05.02-xx.xx.2022-ci il tarixli 1420/22 nömrəli xəstəlik tarixindən Çıxarışında diaqnoz ‘Posttravmatik sindrom, üzvi (qapalı kəllə beyin travması, barotravma) şəxsiyyət pozuntusu deptessiv daxilolmalarla. Posttravmatik stress pozuntusu.” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı zəif eşitmədən, qulaqlarında küydən, əsəbilikdən, gərginlikdən, yuxu və yaddaşın pozulmasından şikayətlənmişdir. Posttravmatik stress əlamətləri, anamnezdə emosionalvegetativ labillik əlamətləri izlənmişdir. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən “Posttravmatik stress pozuntusu." kimi müəyyənləşdirilmiş və əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Göstərilən maddi hüquq normalarının tələbləri baxımından Bakı İnzibati Məhkəməsinin qərarı qanunsuz və əsassızdır. Tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixdə keçirilmiş məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlanmasına baxmayaraq cavabdeh nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının işitirakçısı hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki iş üzrə verilmiş apellyasiya şikayətinə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, hazırki iş üzrə iddiaçının tələbinin təmin olunmasından cavabdeh inzibati orqanın sonuncu imtina məktubundan sonra hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir ki, bununla da Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsində nəzərdə tutulan iddia müddətini ötürməmişdir. Bu baxımdan iddia mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı tələbi “cavabdehin 14 iyul 2022-ci il tarixli qərarının ona ad hissədə ləğv edilməsi və ona üçüncü dərəcə əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” barədədir. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş və iddiası birinci instansiya məhkəməsi tərəfindən təmin olunmuşdır. Məhkəmə kollegiyası iddianın təmin edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-ci bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 36 nömrəli Qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında Əsasnamə” (Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə ləğv edilmişdir): 4.1-ci bənd. Şəxslərin TSEK-də əlilliyin qiymətləndirilməsi dövlət səhiyyə müəssisələrinin göndərişləri əsasında aparılır. 4.2-ci bənd. Göndərişdə şəxsin səhhətini əks etdirən bütün funksional diaqnostik, laborator, rentgen müayinələrinin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, klinik proqnoz göstərilməklə, onun əmək fəaliyyətinin məhdudlaşdırılması və ya itirilməsi əsaslandırılır. 4.22-ci bənd. Göndəriş keyfiyyətsiz doldurulduqda, iradlar TSEK tərəfindən TSERASda xüsusi bölmədə qeyd olunur və göndəriş sistem tərəfindən geri qaytarılır. 3.1-ci bənd. TSEK-in vəzifələri aşağıdakılardan ibarətdir: 3.1.15-ci bənd. Əlilliyi qiymətləndirilən şəxslərə dair tibbi-sosial ekspertiza üçün lazım olan sənədlər barədə səhiyyə müəssisələrinə sorğu göndərmək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Əlilliyin qiymətləndirilməsi Qaydası”: 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra-Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra-Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra-TSEK) tərəfindən həyata keçirilir. 1.6-cı bənd. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra altsistem) vasitəsilə aparılır . 2.1-ci bənd. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4-cü bənd. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 2.9-cu bənd. Göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən: 1.1. Əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. 3.1. Anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. 3.2. Xəstəliklərin, zədələrin və çatışmazlıqların adları, onların ağırlıq dərəcəsi mərhələsi, orqanizmin funksiyalarının davamlı pozulmasının klinik funksional xüsusiyyətləri, XBT-10, orqanizmin funksiyalarının pozulması faizi və müddəti bu Meyarlara Əlavədə müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli göndərişdən görünür ki, iddiaçının əsas diaqnozu belə olmuşdur: X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00- F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Poskomission sindrom, Üzvi qapalı kəllə beyin travması (Barotravma). Şəxsiyyət pozuntusu depressiv daxilolmalarla. Posttravmatik stress pozuntu. İş üzrə cavabdeh inzibati orqan həmin göndəriş əsasında qiymətləndirmə aparmaqla xx.xx.2022-ci il tarixli qərarla “diaqnozun əlillik təyin etməməsi” əsası ilə iddiaçıya imtina cavabı vermişdir. Birinci instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixli qərardadla məhkəmə xüsusi bilik tələb edən hazırkı mübahisə ilə əlaqədar ekspertiza keçirilməsini zəruri hesab etmiş və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MəhkəməTibbi Ekspertiza və X5 ekspertləri tərəfindən tərtib edilmiş T 311/2023 saylı ekspert rəyində göstərilmişdir ki, vətəndaş İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi üçün müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə (088 №-li Formada) “V Sinif -Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Postkontuzion sindrom, Posttravmatik stress pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu” diaqnozu qeyd edilmişdir. Vətəndaş İddiaçı məhkəmə-tibbi müayinəsi zamanı o, əyani müayinəyə göndərilmiş və ona “Baş beynin üzvi xəstəliyi nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxiolmalarla. F07.0, F06.3” diaqnozu müəyyən edilmişdir. Hal-hazırda İddiaçı əziyyət çəkdiyi xəstəliklə 2748003AAAQJ nömrəli Forma 88-də qoyulan diaqnozlar tam üst-üstə düşür. Göründüyü kimi, ekspert rəyi ilə iddiaçıya qoyulan diaqnozun onun hazırkı sağlamlıq vəziyyətinə uyğun olması, yəni iddiaçıda V Sinif - Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Postkontuzion sindrom, Posttravmatik stress pozğunluğu, Üzvi mənşəli şəxsiyyət pozğunluğu” xəstəliyinin olması öz təsdiqini tapmışdır. Buna görə də iddiaçıya qoyulmuş diaqnozun əlilliyin müəyyən edilmə meyarlarında mövcud olmasını əsas götürərək, birinci instansiya məhkəməsi iddiaçıya tələb etdiyi əlilliyin təyin olunması qənaətinə gəlmişdir. Buna baxmayaraq cavabdeh qurum məhkəmə qərarı ilə razılaşmayaraq iddiaçıya əlillik təyin edilməsi üçün əsas olan diaqnozun mövcudluğunu yenə də mübahisələndirmişdir. İşin apellyasiya baxışı zamanı 2-1(103)-3861/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadla cavabdeh inzibati orqan tərəfindən iddiaçının əyani müayinə edilməsilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın müddəalarına uyğun dəyərləndirilməsi və nəticədə müvafiq inzibati aktın qəbul edilməsi üçün cavabdeh inzibati orqana 1 (bir) ay müddət təyin edilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuş cavabdeh inzibati orqanın vətəndaşın əyani müayinə olunması haqqında məktuba əlavə edilmiş 3-17-4/3-3-268/2024 nömrəli xx.xx.2024-cü il tarixli Agentliyin Tibbi-sosial ekspert komissiyasının qərarında göstərilmişdir ki, araşdırma aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022ci il tarixli 3370 nömrəli Şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə "Mülayim dərəcədə ifadə olunmuş üzvi şəxsiyyət pozuntusu, depressiv daxilolmalarla. Mülayim dərəcədə ifadə olunmuş postkommosion sindrom. Mülayim dərəcədə ifadə olunmuş uzunmüddətli posttravmatik stress pozuntusu. Keçirilmiş kəllə-beyin travmasından sonrakı hal. Postkommosion sindrom, davamlı baş ağrıları, affektiv pozulmalar, insomnik sindrom və çoxsaylı mikronevroloji simptomatika ilə. Barotravma nəticəsində (xx.xx.2020) ikitərəfli xroniki koxlear nevrit, ikitərəfli davamlı neyrosensor ağıreşitmə, pıçıltı nitqini sağ qulaqda 4,5 (dörd tam onda beş) metr, sol qulaqda 4 (dörd) metr məsafədən eşitməsi ilə. Partlayış travması (xx.xx.2020) nəticəsində sol əlin, hər iki baldırın kor qəlpə yaralanmasına, İİİ proksimal falanqası sınığına görə aparılmış yaraların birincili işlənməsi, gips lonqeti ilə immobilizasiyasından sonrakı kafi bitişmiş sınığı, yumsaq toxumaların yad cisimləri (metal qəlpə). Partlayış travması (xx.xx.2020) nəticəsində sağ orbitanın yuxarı bayır divarının yadcismi fmeta/qəlpə”diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 2 nömrəli X3 PHŞ xx.xx.2023-cü il tarixli 1882 nömrəli Tibbi rəyində diaqnoz “Baş-beynin üzvi xəstəliyi (İİ Qarabağ müharibəsi zamanı alınmış travma) nəticəsində şəxsiyyət dəyişikliyi, depressiv daxilolmalarla” kimi müəyyənləşdirilmişdir. Xəstə hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən, gərginlikdən, həyəcandan, yuxu pozuntularından şikayətlənmişdir. Müayinəyə komissiyaya dəvətlə əlaqəli olaraq narazı şəkildə başlamış, demonstrativ cümlələrlə ünsiyyət qurmuş, yumor hissi ilə etirazını bildirmişdir. Bələdliyi bütün istiqamətlərdə saxlanılmışdır. Qavrama pozuntuları müşahidə olunmamış, koqnitiv fəaliyyətlərdə patologiya aşkar edilməmişdir. Təfəkkürü ardıcıl, axıcı, məntiqi olmuşdur. Özünü (fikirlərini və hisslərini) ifadə edərkən çətinlik yaşamamışdır. İstəkləri və gələcək planları barədə məqsədyönlü olmuşdur. Emosional-iradi sferası qüsursuz, dezadaptasiyalar müşahidə olunmamışdır. Affektiv reaksiyaları patologiyasız, davranışa və situasiyaya adaptiv olmuşdur. Mühakimə və mövcud vəziyyəti analiz qabiliyyəti yüksək səviyyədə qeyd olunmuşdur. Tənqidin bütün formaları saxlanılmışdır. Hazırkı psixi vəziyyəti mütəxəssislər tərəfindən "Anamnezində keçirilmiş qapah kəllə-beyin travması, Üzvi mənşəli şəxsiyyətin patoloji nevrotik inkişafı, aqravasiya əlamətləri, kveruliyant daxilolmalarla” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verən davranış pozuntuları, psixoproduktiv əlamətlər, həmçinin ətrafların və digər orqanların patofunksional pozuntuları qeyd olunmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarlarına uyğun olaraq Diaqnoz əlillik əlaməti təyin etməməsi barədə qərar qüvvədə saxlanılmışdır.” Göründüyü kimi, xx.xx.2023-cü il tarixli məhkəmə qərardadına əsasən iddiaçının əyani müayinəsi keçirilsə də, onda mövcud olan xəstəliklər xüsusi tibbi texniki avadanlıqların köməyi ilə müəyyən olunmamış, cavabdehin imtina qərarında yalnız iddiaçının təqdim etdiyi müvafiq tibb müəssisələri tərəfindən verilmiş arayışların məzmunu ifadə olunmuş, həmin arayışlarda qeyd olunan və mövcud olan xəstəlik diaqnozu bir daha inzibati orqanın özü tərəfindən instrumental müayinələrlə yoxlanılmamışdır. Bununla da iş üzrə müəyyən olunur ki, cavabdeh qurum məhkəmə qərardadının icrası ilə bağlı iddiaçını əyani müayinəyə dəvət edərkən bu müayinə və bunun əsasında ona müvafiq əlilliyin təyin olunmasının mümkünlüyünü formal yoxlamış və nəticədə də öz səlahiyyətlərindən irəli gələn vəzifələrini lazımi qaydada icra etməmişdir. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə görə inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Həmin Qanunun 24.4-cü maddəsinə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 24.5-ci maddəsinə görə inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Bununla yanaşı, məhkəmə kollegiyası qeyd edir ki, hazırki inzibati mübahisə üzrə iddiaçı ona əlilliyin təyin olunması ilə bağlı cavabdeh inzibati orqana müraciət edib, göndərişi qiymətləndirilərkən xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” qüvvədə olmuşdur. İddiaçının xx.xx.2022-ci il tarixli göndərişində onun əsas diaqnozu: “X1: V Sinif-Psixi pozğunluqlar və davranış pozğunluqları => F00-F09- Simptomatik forma da daxil olmaqla, üzvi psixi pozğunluqlar => F07- Baş beyin xəstəliyi, zədələnməsi və ya disfunksiyası nəticəsi... Diaqnozun mətni: Poskomission sindrom, Üzvi qapalı kəllə beyin travması (Barotravma). Şəxsiyyət pozuntusu depressiv daxilolmalarla. Posttravmatik stress pozuntu.” olmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən təyin edilən məhkəmə tibbi ekspertizası zamanı iddiaçıda həmin diaqnozlar bir daha öz təsdiqini tapmışdır. Məhkəmə araşdırmaları zamanı müəyyən olundu ki, iddiaçıya qoyulmuş və hazırda da onda mövcud olan əsas diaqnozun ağırlaşması kimi qeyd olunan xəstəlik və əlamətlər “Əlilliyin müəyyən olunması meyarları”na Əlavənin 7.6.2-ci yarımbəndinə əsasən: F06.3baş beynin zədələnməsi və disfunksiyası və ya somatik xəstəliklə bağlı digər psixi pozuntular əhvalın üzvi mənşəli (affektiv) pozuntusu əlillik müəyyən edilməsi üçün tələb olunan meyarlara daxil edilmişdir. Həmin Əlavənin 7.6.2.1-ci yarımbəndinə əsasən qiymətləndirmə aşağıdakı formada həyata keçirilir: 7.6.2.1.əmək qabiliyyətinin nəzərəçarpacaq dərəcədə azalmasına, ətrafdakılarla tez-tez problemlər yaranmasına, gündəlik fəaliyyətin yerinə yetirilməsində əhəmiyyətli çətinliklərə səbəb olan 2 il müddətində ağır, müalicəyə rezistent simptomlar; bütövlükdə sərbəst yaşamaq bacarığına baxmayaraq bəzi hallarda kənar şəxsin köməyinə ehtiyacın olması (məsələn, yüksək intihar riski zamanı) - 35-60 faiz - 2 il; 7.6.2.2. məqsədyönlü fəaliyyət qabiliyyətinin azalmasına, təfəkkürdə nəzərəçarpan dəyişikliklərə (müfəsəllik, rigidlik, ləngimə), davranışın pozulmasına (impulsivlik, şəxsi gigiyenaya qarşı laqeydlik, maraqların ləngiməsi) səbəb olan 2 il müddətində müşahidə edilən ağır, müalicəyə rezistent simptomlar və ya tez-tez kəskinləşən psixotik epizodlar və ya dekompensasiyalar (2 ildən az olmayaraq); təkrarlanan aqresiv davranış və ya intihar cəhdləri səbəbindən daimi müşahidə zərurəti 65-80 faiz – 2il. Qeyd. Bu bölmədə üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0 nəzərdən keçirilə bilər. üzvi mənşəli şəxsiyyət pozuntusu - F07.0. Həmin diaqnozun əlillik müəyyən edilməsi üçün tələb olunan meyarlara daxil edilməsini nəzərə alan məhkəmə kollegiyası xx.xx.2023-cü il tarixli qərardadı ilə cavabdeh quruma müvafiq inzibati aktın qəbul edilməsi üçün müddət təyin etsə də, yuxarıda da göstərildiyi kimi, cavabdeh qurum tərəfindən iddiaçı əyani müayinəyə dəvət olunarkən onun adına verilmiş göndərişlərdəki əsas diaqnoz xəstəliklərinin, o cümlədən ağırlaşdırıcı əlamətlərin olub-olmamasının müəyyən edilməsi məqsədilə müvafiq instrumental müayinələr aparılmamış, tibbi texniki avadanlıqların köməyilə baxışdan keçirilməsi ilə bağlı müvafiq sənədlər tərtib olunmamışdır. Bununla da cavabdeh qurum tərəfindən iddiaçıya tələb etdiyi əlilliyin təyin olunmasından müvafiq araşdırmalar aparılmadan formal imtina olunmuşdur. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassız olduğu üçün birinci instansiya məhkəməsi iddiaçının tələbinin təmin edilməsi öhdəliyinin cavabdeh inzibati orqanın üzərinə qoyulması ilə bağlı düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Apellyasiya şikayətinin dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası hesab edir ki, həmin dəlillər qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı qanuni və əsaslı olan məhkəmə qərarının ləğv edilib, iddianın təmin edilməməsi üçün əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2102/2023 saylı 03 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2102/2023 saylı 03 iyul 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Aytən Oruczadə Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2-1(103)-556/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-556/2024
13.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver