Məhkəmə qərarları › İş №2-1(103)-557/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-557/2022

10.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-557/2022 10.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 qızının, İddiаçı İddiaçı və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-4664/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı iddia ərizəsi ilə Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, güzəştli şərtlərə yaşa görə əmək pensiyasının təyin olunmasının cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat Mərkəzi üzərinə öhdəlik olaraq qoyulması barədə qərarın qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzə (bundan sonra cavabdeh) müvafiq sənədləri ilə müraciət etmişdir. Cavabdeh ərizəsini təmin etməyib və tələbindən imtina barədə ona ilkin olaraq 11 dekabr 2020-ci il tarixli və sonuncu olaraq 27 yanvar 2021-ci il tarixli imtina məktubunu ünvanlamışdır.Sonuncu imtina məktubu ilə əvvəlki imtinada müraciətinə cavab verildiyi bildirilib və həmin məktubda da imtinaya səbəb kimi işlədiyi sahənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısında nəzərdə tutulmadığı göstərilməklə yanaşı, tələb olunan güzəştli iş stajımın kifayət edəcək müddətdə olmadığı göstərilmişdir. Halbuki Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə güzəştli şərtlərlə pensiya hüququ verən peşələrin siyahısı təsdiq edilmişdir ki, həmin siyahıda onun işlədiyi peşə sahələri qeyd olunan Siyahının metalurgiya bölməsinə aid olan zərərli peşə sahələridir və bu barədə cavabdehə təqdim olunmuş arxiv arayışlarında da göstərilmişdir. Belə ki, "xxxx" MMC tərəfindən verilmiş 111/L №-li, 10 avqust 2020-ci il tarixli və 201/A №-li, 10 avqust 2020-ci il tarixli arxiv arayışlarında onun 11 sentyabr 2009-cu il tarixdən 01 mart 2010-cu il tarixədək Poladəritmə sexi təkrarqarametal qəbulu sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01 mart 2010-cu il tarixdən 01 sentyabr 2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01 sentyabr 2010-cu il tarixdən 03 noyabr 2014cü il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası (çalov sahəsi) peşəsində, 03 noyabr 2014-cü il tarixdən 20 iyul 2020-ci il tarixədək yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator vəzifəsində çalışdığı bildirilməklə, çalışdığı bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü, Metallurgiya bölməsinin 3.6 (a), 3.2 (a və b), 3.3 (a) və 3.6 (a) yarımbəndlərində qeyd olunan sahələrə aid olduğu bildirilmişdir. Eləcə də həmin arayışlarda Sixtaçı sahəsinin zərərli sahə olduğu bildirilmişdir. Sonradan iddiaçı tələbinə dəqiqləşmə verərək, ona 60 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Əzirə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4664/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı 60 yaşının tamam olduğu 04.10.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək iddiaçının güzəştli iş stajının qanunvericiliklə tələb olunan 12 il 06 aydan az olmasını əsas gətirərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 izahatında bildirdi ki, iddiaçının təqdim etdiyi əmək kitabçası və yuxarıda qeyd etdiyi arayışlardan göründüyü kimi iddiaçı 11.09.2009-cu il tarixdən 20.07.2020-ci il tarixədək həmin müəssisədə müxtəlif peşələrdə işləmişdir. Müəssisənin arayışlarında göstərilmişdir ki, qeyd edilən vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli qərarının 3-cü fəslinə əsasən bilavasitə zərərli sahə hesab edilir. Lakin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü (Metallurgiya istehsalatı) bölməsinə baxdıqda müəyyən edilir ki, orada iddiaçının istinad etdiyi 26.03.2001-07.09.2007-ci ildə şixtəçi fəhlə,11.09.2009-01.03.2010-cu illərdə işlədiyi poladəritmə sexi təkrar qara metal qəbulu sahəsində inspektor, 01.09.2010- 03.11.2014-cü illərdə həmin sexdə işlədiyi odadavamlı materiallar bənnası, 03.11.2014-20.07.2020-ci ildə yayma sexində itələyici operator peşələri güzəştli peşə kimi qeyd edilməmişdir. Məhz bu səbəbdən iddiaçının güzəştli iş stajı qanunvericilikdə tələb olunan 12 il 06 aydan az təşkil etmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahatında bildirmişdir ki, "xxxx" MMC tərəfindən verilmiş 10 avqust 2020-ci il tarixli və 201/A №-li, 10 avqust 2020-ci il tarixli arxiv arayışlarında 11 sentyabr 2009-cu il tarixdən 01 mart 2010-cu il tarixədək Poladəritmə sexi təkrarqarametal qəbulu sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01 mart 2010-cu il tarixdən 01 sentyabr 2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01 sentyabr 2010-cu il tarixdən 03 noyabr 2014-cü il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası (çalov sahəsi) peşəsində, 03 noyabr 2014-cü il tarixdən 20 iyul 2020-ci il tarixədək yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator vəzifəsində çalışmışdır. Bu peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü, Metallurgiya bölməsinin 3.6 (a), 3.2 (a və b), 3.3 (a) və 3.6 (a) yarımbəndlərində qeyd olunan sahələrə aid olduğu bildirilmişdir. Eləcə də həmin arayışlarda Şixtaçı sahəsinin zərərli sahə olduğu da bildirilmişdir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş edirəm. Məhkəmə kollegiyası apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan: - Bakı-Binəqədi RPİ tərəfindən 04.11.2010-cu il tarixdə verilmiş AZE 0******* nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, xx.xx.1960-cı il tarixdə doğulmuşdur, ünvan 1 ünvanda qeydiyyatdadır. - 12 iyul 1982-ci il tarixli ЖВ 043306 nömrəli diplomun notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 1977-ci ildə Ç.İldırım adına Azərbaycan politexnik institutuna daxil olmuş və 1982-ci ildə həmin institutda “Maşınqayırma texnologiyası, metalkəsən dəzgahlar və alətlər ixtisası üzrə tam kursu bitirmişdir. - İşdə olan iddiaçının 09 sentyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, iddiaçı 06.09.1982-ci il tarixdən 25.07.2001-ci il tarixədək Bakı Təcrübə Eksperimantal zavodunda mühəndis-texnoloq, usta, baş usta, sex rəisinin müavini vəzifələrində işləmişdir. Həmçinin “X7” Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində 26.03.2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində usta vəzifəsində, “X7” MMC-də 11.09.2009-cu il tarixdən 01.03.2010-cu il tarixədək Poladəritmə sexində Təkrarqarametal qəbul sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01.03.2010-cu il tarixdən 01.09.2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01.09.2010-cu il tarixdən 03.11.2014-cü il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materialları bənnası (çalov sahəsi) peşəsində və 03.11.2014-cü il tarixdən 20.07.2020-ci il tarixədək Yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator peşəsində işləmişdir. - “X7” MMC-nin 10 avqust 2020-ci il tarixli 201/A saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 26 mart 2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində isti və zərərli iş şəraitində usta vəzifəsində çalışmışdır. Məlumat üçün bildiririk ki, Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edilməsi ilə əlaqədar, şixtə sahəsində şixtəçi peşəsinin adı dəyişdirilərək - xəlitə yükləyicisi olaraq adlandırılmışdır. Qeyd edilmiş peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 Polad və ferroərintilər istehsalatı (a) yarımbəndinə əsasən xəlitə yükləyiciləri, və 3.2. Polad və ferroərintilər istehsalı (b) yarımbəndinə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır. - “X7” MMC-nin 10 avqust 2020-ci il tarixli 111/L saylı məktubunda qeyd edilmişdir ki, İddiaçı 11 sentyabr 2009-cu il tarixdən 01 mart 2010-cu il tarixədək Poladəritmə sexi təkrarqarametal qəbulu sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01 mart 2010-cu il tarixdən 01 sentyabr 2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01 sentyabr 2010-cu il tarixdən 03 noyabr 2014cü il tarixədək həmin sexdə isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası (çalov sahəsi) peşəsində, 03 noyabr 2014-cü il tarixdən 20 iyul 2020-ci il tarixədək Yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator peşəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xammalın yanmfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər, 3.2 (a) yarımbəndində odadavamlı materiallarla işləyənlər, 3.3. (a) yarımbəndində isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları kimi, 3.6 (a) yarımbəndində isti iş sahələrində məşğul olan qara metal istehsalatının nəzarətçiləri kimi öz əksini tapmışdır. - “X7” MMC-nin 01.06.2021-ci il tarixli X-Y-0028 nömrəli məktubundan görünür ki, X7 Limited şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyi 2009-cu ildə ləğv edilmişdir və onun maddi texniki bazası 2009-cu ildə yeni yaradılmış “X7” məhdud məsuliyyətli cəmiyyətinə verilmişdir. Vətəndaşın əmək kitabçasına əsasən o, X7 Limited Şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində 26 mart 2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində usta vəzifəsində çalışmışdır. Şixtəçi peşəsinin əmək funksiyaları aşağıdakılardır: -tələb olunan polad markasının alınması üçün ərintinin şixtələnməsini texnoloji qaydalarına uyğun olaraq yerinə yetirmək; - şixtə materiallarına doldurucu badyalara yüklənməsi ardıcıllığına və qaydalarına riayət etmək; - doldurucu badyalara yüklənən şixtə materiallarının keyfiyyətinə nəzarət olunması qaydalarını yerinə yetirmək; əritmə prosesində isifadə olunan materialların qəbulu, nəql olunması və saxlanılması qaydalarına riayət etmək. X7 hal-hazırda məhdud məsuliyyətli cəmiyyətdir. Cəmiyyət Azərbaycan Metallurgiya Sənayesində aparıcı rol oynayan X3. İddiaçı əmək kitabçasından görünür ki, onun iş yeri bilavasitə Elektrik Poladəritmə sexinin daxilində olmuşdur. Hal hazırda X7 MMC-də iş şəraiti ağır və zərərli olduğu üçün iş yerlərinin attestasiyasının nəticələri əsasında həmin vəzifədə işləyən işçilərin maaşlarına əmək şəraitinə görə əlavə əmək haqqı və məzuniyyət günləri verilir. Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edilməsi ilə əlaqədar, daxili əmrə əsasən şixtə sahəsində şixtəçi peşəsinin adı dəyişdirilərək - xəlitə yükləyicisi olaraq adlandırılmışdır. Bununla da bu peşələr (vəzifələr) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 Polad və ferroərintilər istehsalatı (a) yarımbəndinə əsasən xəlitə yükləyiciləri, və 3.2. Polad və ferroərintilər istehsalı (b) yarımbəndinə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar kimi öz əksini tapmışdır. İddiaçı 11,09.2009-cu il tarixindən 20.07.2020-ci il tarixinədək X7 MMC-də, o cümlədən 11.09.2009-dan 01.03.2010-cu ilədək Poladəritmə sexində Təkrarqarametal qəbulu sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01.03.2010-dan 01.09.2010-cu ilədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01.09.2010-dan 03.11.2014-cü ilədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materiallar bənnası (çalov sahəsi) peşəsində, 03.11.2014-dən 20.07.2020-ci ilədək Yayma sexində isti və zərərli iş şəraitində Təkrarqızdırma sobasında itələyici operator peşəsində çalışmışdır. Qeyd edilmiş peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər, 3.2 (a) yarımbəndində odadavamlı materiallarla işləyənlər, 3.3. (a) yarımbəndində isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları kimi, 3.6 (a) yarımbəndində isti iş sahələrində məşğul olan qara metal istehsalatının nəzarətçiləri kimi öz əksini tapmışdır. - “X7” MMC-nin 15 iyul 2021-ci il tarixli X-Y-0093 saylı məktubunda qeyd edilmişdir ki, xəlitə yükləyici peşəsinin əmək funksiyaları aşağıdakılardır: - tələb olunan polad markasının alınması üçün ərintinin şixtələnməsini texnoloji qaydalarına uyğun olaraq yerinə yetirmək; - şixtə materialların doldurucu badyalara yüklənməsi ardıcıllığına və qaydalarına riayət etmək; - doldurucu badyalara yüklənən şixtə materiallarının keyfiyyətinə nəzarət olunması qaydalarını yerinə yetirmək; - əritmə prosesində istifadə olunan materialların qəbulu, nəql olunması və saxlanılması qaydalarına riayət etmək, xəlitə yükləyici sahəsi ilə şixtə sahəsi eynidir, xəlitə yükləyici peşəsi ilə şixtəçi peşəsinin əmək funskiyaları eynidir. - “X7” MMC-nin “Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edilməsi haqqında” 08 sentyabr 2017-ci il tarixli 39/i nömrəli əmrinin surətindən görünür ki, Azərbaycan Respublikasının Nazirlər kabinetinin 23 yanvar 2007-ci il 12 saylı “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nı rəhbər tutaraq həmən sahədə çalışan işçilərin gələcəkdə təqaüdə çıxmalarını asanlaşdırmaq məqsədi ilə poladəritmə sexinin şixtə sahəsinin - xəlitə yükləmə sahəsi kimi, Şixtə sahəsinin rəisi vəzifəsi - xəlitə yükləmə sahəsinin rəisi kimi, Şixtə sahəsində usta vəzifəsi - xəlitə yükləmə sahəsində usta kimi, Şixtə sahəsində şixtəçi vəzifəsi - xəlitə yükləyicisi kimi, Şixtə sahəsində qazla kəsici vəzifəsi - xəlitə yükləmə sahəsində qazla kəsici adlandırılması əmr edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 11 dekabr 2020-ci il tarixli **********4 saylı məktubda qeyd edilmişdir ki, Mərkəzi Filiala təqdim etdiyi 9 sentyabr 1982-ci il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasında və “X7” MMCnin 10 avqust 2020-ci il tarixli 201/A və 111/L nömrəli arxiv arayışlarında qeyd olunan 26.03.2001-07.09.2007-ci il tarixləri arasında işlədiyi “şixtəçi fəhlə” və 03.11.2014- 20.07.2020-ci il tarixləri arasında işlədiyi “təkrarqızdırma sobasında itələyici operator” vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda nəzərdə tutulmamışdır. Bu səbəbdən də güzəştli iş stajı 12 il 6 aydan (7 il 1 ay 26 gün) təşkil edir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab etmiş və öz mövqeyini aşağıdakı kimi əsaslandırmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığorta olunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilən qanunvericilik normalarının məzmununa əsasən hesab edir ki, hazırkı iş üzrə iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün iddiaçının 25 ildən çox ümumi iş stajı olmalı və bundan 12 il 6 aydan çoxunu Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısında nəzərdə tutulan peşə və ya vəzifədə işləməli və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməlidir. İddiaçının 60 yaşı tamam olana kimi 25 ildən artıq ümumi əmək stajının olması iş materiallarına əlavə edilmiş əmək kitabçası ilə müəyyən edilir. Belə ki, o, xx.xx.1960-cı il tarixdə doğulmuş və 04.10.2020-ci il tarixdə 60 yaşı tamam olmuş, 06.09.1982- 20.07.2020-ci il tarixdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Məhkəmə kollegiyası cavabdehin imtinasının və apellyasiya şikayətinin dəlili olan iddiaçının güzəştli iş stajı ilə bağlı aşağıdakıları qeyd edir. İş materiallarından göründüyü kimi iddiaçı 26.03.2001-ci il tarixdən 07 sentyabr 2007-ci il tarixədək Poladəritmə sexində şixtə sahəsində şixtəçi fəhlə peşəsində, 07 sentyabr 2007-ci il tarixdən 11 sentyabr 2009-cu il tarixədək Poladəritmə sexinin şixtə sahəsində usta vəzifəsində, “X7” MMC-də 11.09.2009-cu il tarixdən 01.03.2010-cu il tarixədək Poladəritmə sexində Təkrarqarametal qəbul sahəsində isti və zərərli iş şəraitində inspektor vəzifəsində, 01.03.2010-cu il tarixdən 01.09.2010-cu il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində briqadir vəzifəsində, 01.09.2010- cu il tarixdən 03.11.2014-cü il tarixədək Poladəritmə sexində isti və zərərli iş şəraitində odadavamlı materialları bənnası (çalov sahəsi) vəzifəsində və 03.11.2014-cü il tarixdən 20.07.2020-ci il tarixədək Yayma sexində isti və zərərli iş şəraitində təkrarqızdırma sobasında itələyici operator vəzifəsində işləmişdir. Cavabdeh inzibati orqan apellyasiya şikayətində həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmadığını qeyd etmişdir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iş materiallarına əlavə edilmiş “X7” MMC 01.06.2021-ci il tarixli X-Y0028 saylı məktubda həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı’nın 3-cü bəndinin (Metallurgiya İstehsalatı) 3.2 Polad və ferroərintilər istehsalatı (a) yarımbəndinə əsasən xəlitə yükləyiciləri və 3.2. Polad və ferroərintilər istehsalı (b) yarımbəndinə isti iş sahələrində və zərərli əmək şəraitli işlərdə məşğul olan ustalar və böyük ustalar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 3-cü Metallurgiya İstehsalatı bölməsinin 3.6 (a) yarımbəndində istehsal prosesində xammalın yarımfabrikatların və hazır məhsulun yerdəyişməsi üzrə fəhlələr və briqadirlər, 3.2 (a) yarımbəndində odadavamlı materiallarla işləyənlər, 3.3. (a) yarımbəndində isti işlərdə məşğul olan idarəetmə postlarının operatorları kimi, 3.6 (a) yarımbəndində isti iş sahələrində məşğul olan qara metal istehsalatının nəzarətçiləri kimi nəzərdə tutulduğunu bildirmiş, həmçinin Poladəritmə sexinin şixtə sahəsinin-xəlitə yükləmə sahəsi, şixtə sahəsinin rəisi vəzifəsinin- xəlitə yükləmə sahəsinin rəisi, şixtə sahəsində usta vəzifəsinin –xəlitə yükləmə sahəsində usta, şixtə sahəsində şixtəçi vəzifəsinin - xəlitə yükləyicisi, şixtə sahəsində qazla kəsisi vəzifəsinin- xəlitə yükləmə sahəsində qazla kəsici adlandırılmasına dair “X7” MMC-nin “Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edilməsi haqqında” 08 sentyabr 2017-ci il tarixli 39/i nömrəli əmrini təqdim etmişdir. Eyni zamanda “X7” MMC 15 iyul 2021-ci il tarixli X-Y-0093 nömrəli məktubunda xəlitə yükləyici sahəsi ilə şixtə sahəsinin, həmçinin xəlitə yükləyici peşəsi ilə şixtəçi peşəsinin əmək funksiyasının eyni olduğu qeyd edilmişdir. 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı əlavə olunur. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. İşlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Poladəritmə sexində şixtə sahəsinin adının xəlitə yükləmə sahəsi ilə əvəz edildiyindən, xəlitə yükləyici peşəsi ilə şixtəçi peşəsinin əmək funksiyasının eyni olduğu müəyyən edildiyindən iddiaçının şixtə sahəsində işlədiyi 26.03.2001-ci ildən 11.09.2009-cu ilədək- 8 il 5 ay 15 gün güzəştli iş stajına aid edilməlidir. Bundan əlavə iddiaçı 01.09.2010-cu ildən 03.11.2014-cü ilədək 4 il 3 ay 2 gün odadavamlı materiallar bənnası vəzifəsində çalışmış, həmin vəzifə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 Yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnu verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”n da nəzərdə tutulmuşdur. Göründüyü kimi qanunvericiliklə güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər iddiaçıya münasibətdə mövcud olmuşdur, yəni onun 60 yaşı tamamdır, 25 ildən çox əmək stajı (təhsil illəri daxil olmaqla) vardır, qanunla müəyyən edilmiş müddət ərzində o, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi hüququ verən peşələrdə işləmişdir. Həmçinin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verir (64526,12 manat, pensiya kapitalına görə sığorta hissəsi 337.05 manat). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, iddiaçının iş stajı ona məxsus əmək kitabçasında və iş yerindən müvafiq məktublarla öz əksini tapmışdır və göstərilən müvafiq qeydlər onların həqiqətə uyğun olmadığı cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyindən, mötəbər hesab olunur. Nəzərə alınmalıdır ki, inzibati icraatda ərizəçinin (yəni iddiaçının) üzərinə əmək kitabçasındakı qeydlərdə əks olunan məlumatların həqiqiliyinin sübut olunması vəzifəsi qoyula bilməz. Bu, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinin tələblərinə zidd sayılır. Bundan başqa nəzərə alınmalıdır ki, əmək qanunvericiliyinin yuxarıda sadalanan normaları mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq bütün qurumlarda işləmiş sığortaolunanlara əmək pensiyası hesablanarkən onun işlədiyi və əmək kitabçasında öz əksini tapmış hər hansı işin müddətini də nəzərdə tutur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı onu da qeyd edir ki, ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi iddiaçının ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu iş üzrə sübuta yetirilir, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğu isə iş materialları ilə təsdiq olunmur (İPM 14.3). Bu səbəbdən cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının hüquqlarını pozmuşdur (İPM-73.1), imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmamışdır («inzibati icraat haqqında» AR Qanunu, 17-ci maddə) Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4664/2021 saylı, 21 sentyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar