Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-557/2024 16.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X6 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X5 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “ona güzəştli şərtlərlə pensiya təyin edilməsi və ödənilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin qəbul etdiyi 2-1(112)-3523/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 16 oktyabr 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. İddiaçıya məxsus MT-İ 284957 nömrəli diplomun surətindən görünür ki, o, 1987-ci ildən 1990-ci ilədək sənaye avadanlığının təmiri və quraşdırılması peşəsi üzrə Bakı Maşınqayırma Texnikumunda təhsil almışdır. İddiaçıya məxsus H3 ******* nömrəli hərbi biletin surətindən görünür ki, o, 01 iyul 1982-ci ildən 26 iyul 1984-cü ilədək hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, o, xx.xx.1981-ci il tarixində öz ərizəsi ilə kolxoza üzv qəbul olunmuş, xx.xx.1984-cü il tarixdə öz arzusu ilə kolxozun üzvlüyündən azad edilib, xx.xx.1984-cü il tarixdə Kəlbəcər təmir-tikinti sahəsinə üçüncü dərəcəli suvaqcı-rəngsaz qəbul edilmiş, xx.xx.1985-ci ildə ərizəsinə əsasən başqa işə getdiyi üçün suvaqşı-rəngsaz vəzifəsindən azad edilmiş, xx.xx.1986-cı ildə üçüncü dərəcəli fəhlə qəbul edilmiş, xx.xx.1986-cı ildə öz ərizəsi ilə işdən azad edilmiş, xx.xx.1986-cı ildə öz ərizəsi ilə kolxoza qəbul olunmuş, xx.xx.1987-ci ildə texnikuma qəbul edildiyinə görə kolxoz üzvlüyü və işdən azad edilmiş, xx.xx.1988-ci ildə binalara, tikililərə və avadanlıqlara xidmət göstərilməsi və cari təmiri üzrə fəhlə qəbul edilmiş, xx.xx.1988-ci ildə Azərbaycan SSR ƏHQM 37-ci maddəsinə əsasən işdən azad edilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcəli qazma qurğusu motorçusu işinə keçirilmiş, xx.xx.1990-cı ildə 4-cü dərəcəli Daxili yanma mühərriyi təmirçi çilingəri işinə keçirilmiş, xx.xx.1991-ci ildə Azərbaycan SSR ƏHQM-nin 36-cı maddəsinin 5-ci bəndinə əsasən Serebrovski adına X13 İdarəsinə keçirilmə qaydasında işdən azad edilmiş, xx.xx.1991-ci ildə “Xəzərdənizneftqaz” İB-nin Sahil kəşfiyyat qazıntısı dəniz idarəsindən köçürülməklə qaz kompressor sexinə qaz kompressor qurğusunun maşinisti qəbul olunmuş, xx.xx.1991-ci il tarixdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 106 nömrəli Qərarına və “Xəzərdənizneftqaz” İB-nin xx.xx.1991-ci il tarixli 110 nömrəli əmrinə əsasən Serebrovski adına X13 İdarəsinin adı dəyişdirilərək, “Qum adası” NQÇİ olmuşdur. xx.xx.1993-cü ildə həmin sexdə beşinci dərəcəli qaz kompressor qurğusunun maşinisti təyin edilmiş, xx.xx.1996-cı ildə həmin sexdə ona həmin vəzifədə 6-cı dərəcə təyin edilmiş, xx.xx.1991-xx.xx.2010-cu il tarixlərdə Serebrovski adına X13 İdarəsində (daha sonra “Qum adası” NQÇİ) qaz kompressor qurğusunun maşinisti, kompessor qurğularının maşınisti, kompressor stansiyasının rəisi (19 il 06 ay 19 gün.); xx.xx.2010-cu ildən halhazıradək kompressor stansiyasının rəisi vəzifəsində işləyir. İddiaçı ona güzəştli şərtlərlə pensiya təyin olunması üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin sonuncu iddiaçıya ünvanladığı 04 oktyabr 2022-ci il tarixli **********3 nömrəli “Güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında” məktubla bildirmişdir ki, mərkəzi filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Bundan sonra İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia qaldıraraq ona xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi və buraxılmış bütün müddətlərə qədər ödənlməmiş pensiya məbbləğinin birdəfəyə ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası alma müraciəti cavabeh orqan tərəfindən xx.xx.2006-cı il tarixinə qədər ümumi əmək üzrə iş stajının 25 ildən az olması əsası ilə imtina verilmişdir. İddiaçının qeyd edilən tarixə qədər 25 ildən artıq ümumi iş stajı mövcuddur və cavabdeh orqan tərəfindən əmək kitabçasının qeyd edilən iş stajı 25 ildən artıq müddəti əhatə edir. Cavabdeh orqan iddiaçının əmək kitabçasında 1981-ci ildən 1985-ci ilə qədər işlədiyi Kəlbəcər rayonu M.F.Axundov adına kolxozda işlədiyi müddəti və 1985-ci ildə iddiaçının peşə məktəbində aldığı 3 illik təhsili və ümumillikdə iş stajına daxil olan heç bir hissəni doğru qiymətləndirmədən əsassız imtina vermişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin etirazları: Cavabdeh inzibati orqan tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz təqdim edilərək bildirilmişdir ki, xx.xx.1964-cü il təvəllüdlü İddiaçı 58 yaşı vardır. İddiaçının 1 yanvar 2006cı il tarixədək ümumi iş stajı 25 ildən az təşkil edir. Belə ki, iddiaçının təqdim etdiyi sənədlərə əsasən 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 22 il 6 gün (xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986-xx.xx.1986-cı il, xx.xx.1987xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil edir. İddiaçının təqdim etdiyi xx.xx.2022-ci il tarixli 551 nömrəli arxiv arayışına əsasən M.F.İskəndərov xx.xx.1987-ci il tarixdən xx.xx.1990-cı il tarixədək Bakı Texniki Kollecində “texnik-mexanik” ixtisas dərəcəsi üzrə əyani təhsil almışdır. Həmin müddət isə sığorta stajına daxildir. Lakin iddia ərizəsində qeyd olunan 1981-1985-ci il və 1985-1988-ci il tarixədək olan müddətlərə münasibətdə iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməmişdir. İddiaçının təqdim etdiyi hərbi biletə əsasən xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olmuşdur. İddaçı isə 1981-ci il tarixdən 1985-ci il tarixədək kolxozda işlədiyini iddia edir. Göründüyü kimi, mübahisə edilən 1981-1985-ci il və 1985-1988-ci illər, iddiaçının sığorta stajına xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmət illəri, xx.xx.1984-xx.xx.1985-ci il tarixədək əmək fəaliyyəti və xx.xx.1987-xx.xx.1990-cı il tarixədək isə təhsil illəri olmaqla sığorta stajına daxil edilmişdir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajının 25 ildən az təşkil etməsi səbəbindən, “Əmək pensiyaları haqqında” Qanunun tələbinə əsasən iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. Cavabdeh göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Həmin qərardan narazı qalan iddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddiaçıya ünvanlanmış imtina məktubunun və iddiaya dair yazılı etirazın məzmunu ilə eynilik təşkil edir. Apellyasiya şikayətinə etirazın dəlilləri: Apellyasiya şikayətinə etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı apellyasiya şikayəti əsassızdır və şikayət məhkəmə tərəfindən təmin edilməməli, həmin iş üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2-1(112)- 3523/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Tərəflərin izahatları: İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ona 60 yaşdanxx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının ərizəsi icraata qəbul edilmiş və iddia tələbi “İddiaçı 60 yaşdanxx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması” kimi dəqiqləşdirilmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2022-ci il tarixdir. İddiaçı hazırki iddia ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddia müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi əvvəlcə ona 57 yaşdan, yəni xx.xx.2021-ci il tarixdən güzəştli şərtlərlə pensiyasının təyin edilməsi və buraxılmış bütün müddətlərə qədər ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsi barədə olmuşdur. Bununla bağlı o, cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu tərəfindən onun 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986- xx.xx.1986-cı il, xx.xx.1987-xx.xx.1990-cı il, xx.xx.1990-xx.xx.1991-ci il, xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər) təşkil etdiyi üçün güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatının qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməməsi səbəbindən tələbinin təmin edilməsindən imtina edilmişdir. Bundan sonra o, müvafiq tələblə məhkəməyə müraciət etmiş, lakin onun tələbi birinci instansiya məhkəməsi tərəfindən təmin edilməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının 1981-ci il tarixdən 1985-ci il tarixədək kolxozda işlədiyi dövr ilə xx.xx.1982-ci il tarixdən xx.xx.1984-cü il tarixədək hərbi xidmətdə olduğu dövrün üst-üstə düşən hissədə bir dəfə, yəni 2 il 6 ay kimi hesablanmalı olduğunu və iddiaçının “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə mindiyi günə xx.xx.2006-cı il tarixə qədər ümumi iş stajının 25 ildən az olduğuna istinad edərək onun 57 yaşının tamam olduğu tarixdən yaşa görə güzəştli şərtlərlə əmək pensiyası almaq hüququnun yaranmadığı qənaətinə gələrək iddianı təmin etməmişdir. Həmin nəticədən narazı qalan iddiaçının apellyasya şikayətinə əsasən işə baxılarkən müəyyən olundu ki, onun 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün xx.xx.2006-cı il tarixə 25 ildən artıq ümumi və 12 il 6 aydan artıq zərərli iş stajı tamamlanmır. Belə ki, iddiaçının xx.xx.1981-xx.xx.1984-cü ildə kolxozda işlədiyi 2 il 10 ay, xx.xx.1984-xx.xx.1985-ci illərdəki 4 ay 17 gün, xx.xx.1986-xx.xx.1986-cı illərdəki 7 ay 2 gün, xx.xx.1986-xx.xx.1987-ci illərdəki 9 ay 20 gün, xx.xx.1988-xx.xx.1988ci illərdəki 1 ay 12 gün, xx.xx.1990-xx.xx.1991-ci illərdəki 7 ay 21 gün, xx.xx.1991xx.xx.2006-cı illərdəki 14 il 9 ay 18 gün olmaqla, xx.xx.2006-cı il tarixə ümumi iş stajı cəmi 20 il 2 ay təşkil edir. Hətta iddiaçının xx.xx.1987-ci ildən xx.xx.1990-cı ilədək 2 il 6 ay 29 gün təhsil aldığı dövr onun yuxarıda qeyd olunan 1987-1990-cı illərdəki iş stajı ilə üst-üstə düşdüyü üçün staj kimi həmin iş stajı deyil, bu təhsil dövrü götürülsə belə iddiaçının xx.xx.2006-cı il tarixə ümumi iş stajı 25 ildən az təşkil edir. Belə olan halda iddiaçının xx.xx.2006-cı il tarixə qanunla tələb olunan 25 il ümumi stajı tamamlanmadığı halda, onun 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yaranıb-yaranmadığı məsələsi birinci instansiya məhkəməsi tərəfindən yoxlanılmamışdır. Qeyd olunan məsələ işin apellyasiya baxışı zamanı yoxlanılarkən məhkəmə kollegiyası aşağıdakı maddi hüquq normalarını diqqətə çəkməyi zəruri hesab edir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyə edilmiş yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq aradan qaldırılmışdır. Beləliklə, Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. Göründüyü kimi, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2024-cü il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Məhkəmə kollegiyası iddiaçının ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh quruma müraciət etmədiyini nəzərə alaraq, cavabdeh qurumun bu barədə mülahizəsini bilmək məqsədilə və iddiaçının xx.xx.2024-cü il tarixə 25 ildən çox ümumi, 12 il 6 aydan çox xüsusi iş stajının mövcudluğu baxımından ona 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin olunmasının mümkünlüyünün cavabdeh orqan tərəfindən bir daha yoxlanılması və iddiaçının tələbinin təmin olunması istiqamətində müvafiq hərəkətlərin edilməsi, həmçinin müvafiq inzibati aktın qəbul edilməsi ilə bağlı xx.xx.2024-cü il tarixli qərardad qəbul edərək cavabdeh inzibati orqana 2 (iki) ay müddət təyin etmişdir. Həmin qərardadın icrası ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli “Müraciətə yenidən baxılması haqqında” məktubu ilə bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən İncəsənətin xüsusi sahələrində, yeraltı İşlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericililklə müəyyən edilmiş tələblərə müvafiq surətdə həmin Qanuna uyğun olaraq təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-1İ1QD nömrəli Qanunu ilə qüvvədən düşmüş "Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 İyun 1993-cü İl tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş zərərli və ağır işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.1-ci madddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının 1 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (22 il 6 gün (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1985-ci il, xx.xx.1986- xx.xx.1986-ci il, xx.xx.1987-xx.xx.1990-ci il, xx.xx.1990-xx.xx.1991-ci il və xx.xx.1991- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)), güzəştli iş stajı isə 12 il 6 aydan az (3 ay 26 gün (xx.xx.1990xx.xx.1990-cı il tarixləri arasındakı dövr)) təşkil edir. Onun indiyədək fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya sığorta kapitalı 122729,57 manat təşkil edir. Qeyd olunanlara əsasən onun güzəştli iş stajı 12 il 6 aydan az (3 ay 26 gün) olduğundan ona nə 57, nə də 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Qeyd olunan imtinadan sonra məhkəmə kollegiyası iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququnun olduğunu nəzərə alaraq ona iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı hüquqi yardım gösərmiş və bunun nəticəsində iddiaçı öz tələbini dəyişərək, ona 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının artıq yeni tələbi üzrə cavabdeh qurumun münasibətini, daha doğrusu imtinasının (bu imtina apellyasiya baxışı zamanı qərardadın icrası ilə bağlı verilmişdir) olduğunu nəzərə alaraq hesab edir ki, həmin tələb üzrə iddiaya baxılıb iş üzrə müvafiq qərar qəbul edilməsi mümkündür. Bu zaman məhkəmə kollegiyası həm də prosessual qənaət prinsipinin təmin ediləcəyini nəzərə alır. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. İddiaçıya məxsus əmək kitabçasının surətindən görünür ki, iddiaçı aşağıdakı vəzifələrədə işləmişdir: - xx.xx.1981-xx.xx.1984-cü il tarixlərdə kolxoz üzvü (2 il 10 ay); - xx.xx.1984-xx.xx.1985-ci ildə Kəlbəcər təmir-tikinti sahəsində üçüncü dərəcəli suvaqcı-rəngsaz(4 ay 17 gün); - xx.xx.1986-xx.xx.1986-cı il tarixlərdə üçüncü dərəcəli fəhlə (7 ay 2gün); - xx.xx.1986-xx.xx.1987-ci il tarixlərdə kolxoz üzvü (09 ay 20 gün); - xx.xx.1988-xx.xx.1988-ci il tarixlərdə binalara, tikililərə və avadanlıqlara xidmət göstərilməsi və cari təmiri üzrə fəhlə (01 ay 12 gün); - xx.xx.1990-xx.xx.1991-ci il tarixlərdə 4-cü dərəcəli qazma qurğusu motorçusu və daxili yanma mühərriki təmirçi çilingəri (07 ay 21 gün); - xx.xx.1991-xx.xx.2010-cu il tarixlərdə Serebrovski adına X13 İdarəsində ( daha sonra “Qum adası” NQÇİ) qaz kompressor qurğusunun maşinisti, kompessor qurğularının maşınisti, kompressor stansiyasının rəisi (19 il 06 ay 19 gün.); - xx.xx.2010-cu ildən hal-hazıradək kompressor stansiyasının rəisi vəzifəsində işləyir. Beləliklə, iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olub-olmaması məsələsi araşdırılarkən müəyyən olundu ki, iddiaçının iddiasının əsası kimi təqdim etdiyi sənədlərə, o cümlədən əmək kitabçasına əsasən onun 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixə ümumi iş stajı qanunla nəzərdə tutulmuş 25 ildən artıq təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericilikdə işçinin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerindən arayışın tələb olunması məhz ona dəlalət edir ki, işçinin əmək funksiyasını, yəni işçinin yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti (güzəştli olub-olmamasını) işəgötürən müəyyən edir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İddiaçının güzəştli iş stajına münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, Dövlət Neft Şirkətinin (SOCAR) 14 aprel 2022-ci il tarixli arxiv arayışında göstərilmişdir ki, xx.xx.1991-ci ildə (əmr № 112/k, xx.xx.1991-ci il) X10 Qaz İdarəsindən köçürülmə yolu ilə Serebrovski adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) qaz-kompressorları sexinə qazkompressor qurğusunun 4-cü dərəcəli maşinisti peşəsinə işə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1991-ci il tarixli 106 saylı qərarına və “Xəzərdənizneftqaz” İB-nin xx.xx.1991-ci il tarixli 110 saylı əmrinə əsasən Serebrovski adına NQÇİ “Qum adası” NQÇİ adlandırılmışdır. 1993-cü ilin haqq-hesab cədvəlindəki qeydə əsasən (əmr № 15, xx.xx.1993-cü il) 5-ci dərəcə verilmişdir. xx.xx.1996-cı ildə (əmr №217/k, xx.xx.1996-cı il) kompressor qurğusunun 6-cı dərəcəli maşinisti peşəsinə keçirilmişdir. xx.xx.2008-ci ildə (əmr № 405, xx.xx.2008-ci il) peşəsi kompressor qurğularının 6-cı dərəcəli maşinisti adlandırılmışdır. xx.xx.2009-cu ildə (əmr № 557/k, xx.xx.2009-cu il) həmin sexdə 13-cü dərəcəli kompressor stansiyasının rəisi vəzifəsinə keçirilmişdir. xx.xx.2010-cu ildə (əmr № 1264/k, xx.xx.2010-cu il) Azərbaycan Respublikası ƏM-nin 69.3-ccü maddəsinə əsasən, başqa işəgötürənlə əmək müqaviləsi bağladığı üçün bağlanmış əmək müqaviləsi ləğv edilmiş və işdən azad olunmuşdur. Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2022-ci il tarixli “iş stajı haqqında” arxiv arayışından görünür ki, İddiaçı “Xəzərqazmaneftqazsənaye” İstehsalat Birliyinin “Primorsk" X11 İdarəsində işləmişdir. Dənizdə Neft və X1 30 iyun 1995-ci il tarixli 139 saylı əmrinə əsasən, idarə ləğv olunması ilə əlaqədar olaraq “Sahil" (“Primorsk") X11 idarəsi “Bulla" X11 İdarəsinin tərkibinə verilmişdir. “Azneft” İstehsalat Birliyinin 09 noyabr 2006-ci il tarixli 408 saylı əmrinə əsasən struktur təkmilləşdirilməsi ilə əlaqədar olaraq, “Bulla” DKQİ qazma sexi kimi “Bayıl Limam" X11 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2007ci il tarixli, 51 saylı və xx.xx.2007-ci il tarixli, 60 saylı əmrləri ilə “Kompleks qazma işləri” tresti yaradılmışdır və “Bayıl Limanı" DKQİ trestin tabeliyinə verilmişdir. SOCAR-ın xx.xx.2012ci il tarixli 65 saylı əmri ilə “Bayıl Limam” DKQl-nin adı dəyişdirilərək “Xəzər" X11 İdarəsi adlandırılmışdır. xx.xx.2012-ci il tarixdən SOCAR-ın 101 saylı və “Kompleks qazma işləri” trestinin strukturunun təkminlləşdirilməsi haqqında xx.xx.2012-ci il tarixli 82 saylı əmrinə əsasən “Xəzər" X11 İdarəsi iəğv edilib və onun arxivi “Sahil" Qazma İşləri idarəsinə verilib. “Azneft" istehsalat Birliyinin 09 noyabr 2006-ci il tarixli 408 saylı əmrinə əsasən struktur təkminləşdirilməsi ilə əlaqədar olaraq,“Bulla" DKQİ qazma sexi kimi “Bayıl Limam” X11 İdarəsinin tərkibinə verilmişdir. SOCAR-ın xx.xx.2013-cü il tarixli, SOCAR/13- 1000/01 /SM-05-000034 saylı əmrinə əsasən “Sahil“ Qazma işləri İdarəsi ləğv edilmiş və “Bulla, 8 Mart, Ümid “ istehsalat Bölümü kimi “Kompleks qazma işləri” trestinin tərkibinə verilmişdir. “Kompleks qazma işləri“ trestinin “Təşkilatı struktur və ştat cədvəlinin tətbiqi haqqında” xx.xx.2021-ci il tarixli, SOCAR **********00040020A00070 saylı əmrinə əsasən “Bulla, 8 Mart, Ümid“ istehsalat bölümü hal- hazırda “Sahil” İstehsalat bölümü kimi fəaliyyət göstərir. İddiaçı “Xəzərqazmaneftqazsənaye” İB “Primorsk” DKQİ-də xx.xx.1990-cı ildəm xx.xx.1990-cı ilədək Daxili yanma mühərrikləri sexinə 4-cü dərəcəli çilingər peşəsinə işə qəbul edilib, xx.xx.1990-cı ildən xx.xx.1990-cı ilədək 707 saylı buruğa qazma qurğusunun 4-cü dərəcəli motorçusu peşəsinə keçirilib, xx.xx.1990-cı ildən xx.xx.1991-cü ilədək Daxili yanma mühərriklər sexinə 4-cü dərəcəli çilingər peşəsinə keçirilib, xx.xx.1991-ci ildə işdən azad edilmişdir. “X8 Company Limited” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyinin BE/70 nömrəli, xx.xx.2022-ci il tarixli arayışına əsasən bildirilmişdir ki, 1964-cü ildə anadan olmuş X3 “BEOCL” şirkətinin Azərbaycan Respublikasında nümayəndəliyində xx.xx.2010cu il tarixdən (Əmr 01, xx.xx.2010) xx.xx.2014-cü il tarixinə kimi Qaz kompressor sexində kompressor stansiyasının rəisi, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixə kimi Əməliyyat departamentinin hasilat şöbəsinin kompressor stansiyası, qazın yığılması, hazırlanması və nəqli sahəsində 1 saylı kompressor stasiyasının rəisi və xx.xx.2017-ci il tarixdən halhazıra kimi əməliyyat departamentinin hasilat şöbəsinin Kompressor Stansiyası, Qazın yığılması, hazırlanması və nəqli sahəsində 1 və 2 saylı kompressor stansiyalarının rəisi vəzifəsində işləyir. İddiaçı tam iş günü ərzində bu peşədə işlədiyi üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş 10.2 bəndinin “b” yarımbəndinin 1-ci abzasına əsasən onun güzəştli iş stajı xx.xx.2022-ci il tarixə kimi 11 il 07 ay 19 gün təşkil edir. Dövlət Neft Şirkətinin (SOCAR) 22 aprel 2022-ci il tarixli İddiaçı ünvanladığı “Ərizəyə cavab verilməsi haqqında” məktubundan gürünür ki, SOCAR-ın Baş ofisinin Mərkəzi arxivi tərəfindən verilmiş 14 aprel 2022-ci il tarixli SOCAR**********80020123X00116 nömrəli arxiv arayışından müəyyən olunur ki, iddiaçı «Qum Adası» NQÇİ-nin (keçmiş Serebrovski adına NQÇİ) Qaz kompressor sexində xx.xx.1991-ci il tarixdən xx.xx.1996-cı il tarixədək qaz- kompressor maşinisti və həmin sexdə xx.xx.1996-cı il tarixindən xx.xx.2009-cu il tarixədək kompressor qurğularının maşinisti peşəsində və xx.xx.2009-cu il tarixdən xx.xx.2010-cu il tarixədək kompressor stansiyasının rəisi vəzifəsində işləmişdir. xx.xx.1991-ci il tarixdən xx.xx.2009-cu il tarixədək (18 il 03 ay 21 gün) işlədiyi qaz-kompressor maşinisti və kompressor qurğularının maşinisti peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq etdiyi «Güzəşüi şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın 35-ci «Ümumi peşələr» bölməsində qeyd edilmiş «qaz kompressorlarına (hava kompressorlarından başqa) xidmət ilə məşğul olan texnoloji kompressorların maşinistləri» peşəsi ilə eynilik təşkil edir. Məhkəmə kollegiyası iddiaçının işlədiyi vəzifənin adı, aid olduğu sahə və işlədiyi müəssisənin təqdim etdiyi güzəştli arayışları nəzərə alaraq hesab edir ki, iddiaçının təkcə xx.xx.1991-ci il tarixdən xx.xx.2009-cu il tarixədək işlədiyi qaz-kompressor maşinisti və kompressor qurğularının maşinisti peşəsi güzəştli pensiya təyinatına əsas verən vəzifə kimi qəbul edildiyindən, iddiaçının bu güzəştli iş stajı 18 il 03 ay 21 gün onun güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxması üçün yetərlidir. Bununla yanaşı qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanuna xx.xx.2022-ci il tarixdən edilmiş yeni dəyişikliyə əsasən pensiya kapitalı tələbi artıq aradan qaldırılmışdır. Qeyd edilmiş hallar nəzərə alınaraq məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması ilə bağlı tələbi onun həm ümumi, həm də xüsusi iş stajının 60 yaşının tamam olduğu tarixə tamamlanması səbəbindən əsaslı olmuşdur. Apellyasiya baxışı zamanı cavabdeh qurum iddiaçının yuxarıda qeyd olunan ona güzəştli şərtlərlə yaşa görə pensiyaya çıxmaq hüququ verən vəzifələrdə işlədiyi dövrün güzəştli iş stajına hesablanmasını istisna edəcək şərtin mövcudluğunu sübuta yetirə bilməmişdir. Halbuki Azərbaycan Respublikası İPM-nin 14.3-cü maddəsinə əsasən inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Beləliklə, hazırki işdə iddiaçının tələbinin təmin olunmasını istisna edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirilmədiyi üçün cavabdehin tələbin təmin olunmasından imtina etməsi əsassız olmuşdur. Cavabdeh qurumun gətirdiyi dəlillərə gəldikdə isə, həmin dəlillər bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassız olduğu üçün qəbul edilmir və iddianın rədd edilməsi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ləğv olunmalı, iddia apellyasiya baxışı zamanı təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun olaraq təmin olunmalı və İddiaçı 60 yaşdan, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3523/2023 saylı 20 iyul 2023-cü il tarixli qərarı ləğv olunsun. İddia apellyasiya baxışı zamanı təqdim olunmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun olaraq təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X9 Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(103)-557/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-557/2024
16.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver