Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-557/2025 20.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın və texniki pasportun verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X4 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamlı Aygün Ülviyyət qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X11 və üçüncü şəxsin nümayəndəsi X8 iştirakları ilə, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxs: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti) qarşı “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-466/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ
1. iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (bundan sonra – iddiaçı) yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 1 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr olan torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb müvafiq çıxarışın və texniki pasportun verilməsi barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) müraciət etmişdir.
2. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubda qeyd edilmişdir ki, elektron kadastr məlumatına əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olduğundan özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməyi məqsədəuyğundur. Əlavə olaraq hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə əlavə edilməmişdir. Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları” nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını almaq məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11 -ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli orqanlarının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
3. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “... təqdim olunmuş 3-165/613-H-198-6/23 nömrəli, xx.xx.2023-cü il tarixli Dövlət Notariat Arxivinin məktubu ilə bildirilmişdir ki, arxivə təhvil verilmiş 2000-ci ildə təsdiq edilmiş daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair müqavilələrin qeydə alındığı notariat reyestrinə baxış keçirilərkən barənizdə notariat hərəkətinin rəsmiləşdirilməsi barədə qeydiyyatın aparılmadığı müəyyən edilmişdir. Bundan başqa, İdarənin arxiv məlumatlarına əsasən qeyd edilən ünvanda yerləşən mənzil satıcı X6 xüsusi mülkiyyətindədir”.
4. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktuba əsasən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G ünvanında yerləşən əmlaka dair arxiv qovluğunda mövcud olan sənədlərin təsdiq edilmiş surəti iş materiallarına əlavə olunmuşdur.
5. Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, 2427-ci məhəllədə yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır.
6. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1993-cü il tarixli, 315 nömrəli sərəncamından çıxarışda qeyd edilmişdir ki, Sverdlovsk vilayət təsərrüfat hesablı “Qayğı” müəssisəsinin "xxxx" firmasının xx.xx.1992-ci il tarixli, 19 nömrəli məktubu nəzərə alınaraq Bakı şəhər XDS İK-nin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarı ilə "xxxx" firmasına Nizami rayonunun 2427-ci məhəlləsində verilmiş torpaq sahəsinin bir hissəsi "xxxx" kooperativinə ayrılmışdır.
7. Dövlət Əmlakının Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş 001942 nömrəli Mülkiyyət hüququ haqqında Şəhadətnaməyə əsasən "xxxx" Firması Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 2427-ci məhəllədə yerləşən işçi həyətinin Azərbaycan Respublikası qanunvericiliiyi ilə müəyyən edilmiş qaydada mülkiyyətçisidir.
8. Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 2427-ci məhəllədə yerləşən daşınmaz əmlaka dair texniki pasport iş materiallarına əlavə olunmuşdur.
9. .Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən iddiaçıya ünvanlanan xx.xx.2008-ci il tarixli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Böyük-Şor qəsəbəsi, 2427-ci məhəllədə yerləşən işçi həyəti üzərində "xxxx" firmasına mülkiyyət hüququ haqqında xx.xx.2002-ci il tarixli 001942 nömrəli şəhadətnamə verilmişdir. Həmin ünvanda yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsi 2250,2 kv.m təşkil edir.
10. Memarlıq və Şəhərsalma Baş İdarəsi Şəhər Ərazisinin Tikinti-Planlaşdırma İdarəsinin xx.xx.2008-ci il tarixli məktubuna əsasən Nizami rayonu, Böyük Şor yaşayış sahəsi, 2427-ci məhəllədə yerləşən və "xxxx" firması tərəfindən özəlləşdirilmiş qeyriyaşayış sahəsinin ünvanı “Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G” kimi dəqiqləşdirilmişdir.
11. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən əmlak kompelsi kimi müəssisə "xxxx" MMC adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır (torpaq sahəsinin mülkiyyət növü: dövlət; əmlak kompeksi kimi müəssisənin mülkiyyətin növü: xüsusi).
12. "xxxx" X1 xx.xx.1995-ci il tarixli protokoluna əsasən Gümrahlıq Firmasının təsis edilməsi və qeydiyyatdan keçirilməsi qərara alınmışdır.
13. "xxxx" Firmasının təsisçiləri arasında bağlanmış xx.xx.1995-ci il tarixli Müqavilə və "xxxx" Firmasının nizamnaməsi iş materiallarına əlavə olunmuşdur.
14. "xxxx" Firması xx.xx.1995-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlilər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır (Hüquqi ünvan: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G; VÖEN: **********).
15. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) xx.xx.2005-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlilər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində qeydiyyata alınmışdır (Qurumun əvvəlki adı: “Gümrahlıq Firması”).
16. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Nizamnamə iş materiallarına əlavə olunmuşdur.
17. Azərbaycan Respublikası Müstəqil Ekspertiza Mərkəzi tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli, 214 nömrəli Mütəxəssis rəyində qeyd edilmişdir. Naturada torpaq sahəsinin döngə nöqtələri yüksək dəqiqlikli GPS ölçü aləti vasitəsilə dəqiqləşdirilmiş, kameral şəraitdə ərazinin elektron ümumi xəritə məlumatları ortofotoplanşet və X12 əsasən, ünvan 5 ünvanında yerləşən, "xxxx" MMCnin istifadəsində olan torpaq sahəsinin faktiki sahəsi - 0.8643 ha olduğu müəyyən edilmişdir. Belə ki, tədqiqatı aparılan torpaq sahəsi müxtəlifbucaqlı formada olmaqla şərqdən - 202.5m, cənubdan - 51.8m, qərbdən - 186m, şimaldan isə - 34.5m təşkil edir. Döngə nöqtələrinin (sahə sərhədləri) GPS ölçü aləti vasitəsilə müəyyən edilimiş faktiki koordinatları aşağıdakılardır: 1) X=408267.620; Y=4474576.387 2) X=408300.475; Y=4474565.979 3) X=408296.003; Y=4474471.270 4) X=408261.820; Y=4474454.538 5) X=408247.832; Y=4474417.811 6) X=408249.111; Y=********.300 7) X=408238.386; Y=4474390.464 8) X=408189.864; Y=4474408.522 9) X=408229.993; Y=4474472.936 Müəyyənləşdirilən torpaq sahəsinin faktiki coğrafi məkan göstəriciləri xüsusi coğrafi informasiya sistemləri proqramları vasitəsilə tərtib olunan ortofotoplan və plan-sxemdə aydın şəkildə göstərilmişdir.
18. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2023-cü il tarixli məktubda qeyd edilmişdir ki, ünvan 3 saylı ünvanda istifadədə olan 0.22025 ha torpaq sahəsi üzərində yerləşən 1945.4 kv.m əmlak kompleksi 001942 qeydiyyat nömrəli xx.xx.2002-ci il tarixli mülkiyyət hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2008-ci il tarixdə "Gümrahlıq” MMC-nin adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir.
19. İddiaçı tərəfindən məhkəməyə yazılı vəsatət təqdim edilərək iş üzrə müvafiq məhkəmə ekspertizası təyin olunması barədə qərar qəbul edilməklə ekspertlərə (mütəxəssislərə) biləbilə yalan rəy verməyə görə cinayət məsuliyyəti daşımaları barədə xəbərdarlıq edilməsi və tətqiq edilməsi üçün ekspertlər qarşısında aşağıdakı suallar qoyulması xahiş edilmişdir:
1. Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarı ilə "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci məhəlləsində (hazırkı ünvan 7 ünvanında) verilmiş torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" kooperativinə verildikdən sonra iddiaçı "xxxx" MMC-nin faktiki istifadəsində nə qədər torpaq sahəsi qalmışdır?
2. İddiaçı "xxxx" MMC-nin qanuni və faktiki istifadəsindəki ünvan 7 ünvanındakı torpaq sahəsinin sənəd üzrə mövcud vəziyyəti torpaq sahəsinin faktiki sahəsi və ölçüləri ilə eynidirmi?
20. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə hazırkı iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspert qarşısında aşağıdakı sualar qoyulmuşdur:
1. Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarı ilə "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci məhəlləsində (hazırkı ünvan 7 ünvanında) verilmiş torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" kooperativinə verildikdən sonra iddiaçı "xxxx" MMC-nin faktiki istifadəsində nə qədər torpaq sahəsi qalmışdır?
2. İddiaçı "xxxx" MMC-nin qanuni və faktiki istifadəsindəki ünvan 7 ünvanındakı torpaq sahəsinin sənəd üzrə mövcud vəziyyəti torpaq sahəsinin faktiki sahəsi və ölçüləri ilə eynidirmi?
3. Barələrində sual qoyulmayan, lakin işin düzgün həlli üçün əhəmiyyət kəsb edən sair halların aydınlaşdırılması ekspertin öz səlahiyyətinə (sərəncamına) verilsin.
21. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən mütəxəssis rəyində qeyd edilmişdir: Sual 1: Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14/643 saylı qərarı ilə "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci məhəlləsində (hazırkı ünvan 7 ünvanında) verilmiş torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" kooperativinə verildikdən sonra iddiaçı "xxxx" MMC-nin faktiki istifadəsində nə qədər torpaq sahəsi qalmışdır? Cavab: "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci məhəlləsində (hazırkı ünvan 8 ünvanında torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" koperativinə verildikdən sonra "xxxx" MMC-yə **********73-12301 reyestr nömrəli, xx.xx.2013-cü il tarixli texniki pasporta əsasən 8643.6 kv.m torpaq sahəsi istifadəsində olmuşdur. Sual 2: İddiaçı "xxxx" MMC-nin qanunu və faktiki istifadəsindəki ünvan 7 ünvanındakı torpaq sahəsinin sənəd üzrə mövcud vəziyyəti torpaq sahəsinin faktiki sahəsi və ölçüləri ilə eynidirmi? Cavab: "xxxx"MMC-nin sənəd üzrə istifadəsində 8643.6 kv.m torpaq sahəsi göstərilməsinə baxmayaraq faktiki perimetrik ölçülərə əsasən torpaq sahəsi 8732.4 kv.m təşkil edir. Torpaq sahəsinin koordinatlarını əks etdirən sxem əlavə olunur. "xxxx"MMC-nin istifadəsində olan torpaq sahəsinin bir hissəsinin hasarından 10,0 metr aralı dəmiryolu xətti, giriş hissəsi istiqamətində hasardan 37.70 metr və 57.0 metr aralı müxtəlif diametrli əsasəndə 500.0 mm-lik boru xətləri keçir. Torpaq sahəsinin daxilində 1 mərtəbəli tikililər tikilmişdir (qeydiyyatdan keçməmişdir). Bundan əlavə vahid elektron kadastr baza məlumatlarına əsasən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsi dövlət mülkiyyətindədir. Ərazinin yaxınlığından keçən dəmiryolu xətləri və magistral qaz xətləri ilə bağlı aidiyyəti təşkilatların texniki rəyinin alınması məqsədəuyğundur.
22. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilən xx.xx.2024-cü il tarixli Ekspert Rəyində qeyd olunmuşdur: 1) Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, Bakı şəhər XDS-nin İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli 14//643 saylı qərarı ilə "xxxx" firmasına Bakı şəhəri, Nizami rayonunun 2427-ci mərhələsində (hazırkı ünvan 7 ünvanında) verilmiş torpaq sahəsinin bir hissəsi 92/332 saylı ayrıc aktı ilə "xxxx" kooperativinə verildikdən sonra iddiaçı "xxxx" MMC-nin faktiki istifadəsində 8643,6 kv.m torpaq sahəsinin qalması müəyyən edilir. 2) Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, "xxxx" MMC-nin qanuni və faktiki istifadəsindəki ünvan 7 ünvanındakı torpaq sahəsinin sənəd üzrə (ayrıc aktları üzrə) mövcud vəziyyəti ilə torpaq sahəsinin faktiki sahəsinin və ölçülərinin eyni olduğu müəyyən edilmişdir.
23. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 9 ünvanında yerləşən əmlak kompeksi kimi müəssisə (mülkiyyət növü: xüsusi) və torpaq sahəsi (mülkiyyət növü: xüsusi) "xxxx" Firmasının adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
24. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMCnin "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı Filialının hüquqi varisi olması barədə məlumat aşkar edilməmişdir.
25. Cavabdeh tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktuba əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2427-ci məhəllə, 4 ünvanına dair sənədlərin təsdiq edilmiş surəti təqdim edilmişdir: - xx.xx.2013-cü il tarixli, 4518 nömrəli “Fiziki və ya qeyri-dövlət hüquqi şəxslərin vəsaiti hesabına inşa edilmiş obyektlərin yerləşdiyi torpaq sahəsinin alqı-satqı” Müqaviləsinə əsasən satıcı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi alıcı "xxxx" firmasının adına qeydiyyata alınmış ünvan 10 ünvanındakı qeyri-yaşayış binasının (xx.xx.2002-ci il tarixli, 001964 saylı “Mülkiyyət hüququ haqqında” Şəhadətnaməyə əsasən) istifadəsində olan 26300,0 kv.m torpaq sahəsini alıcıya satmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2427-ci məhəllə, 4 ünvanında yerləşən torpaq sahəsinə (2.63 kv.m) və əmlak kompleksinə dair xüsusi mülkiyyət hüququ (tam) "xxxx" firmasının adına xx.xx.2013-cü il tarixdə qeydiyyata alınmışdır. - xx.xx.2017-ci il tarixli, AN-İ ******* nömrəli Daşınmaz Əmlakın Alqı-satqı Müqaviləsinə əsasən satıcı "xxxx" Firması mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2427-ci məhəllə, 4 ünvanında yerləşən torpaq sahəsinin bir hissəsini “X17”nın mülkiyyətinə vermişdir. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 11 ünvanında yerləşən torpaq sahəsinə (0.5156 kv.m) dair xüsusi mülkiyyət hüququ (tam) X10 adına xx.xx.2017ci il tarixdə qeydiyyata alınmışdır. - Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsi, 2427-ci məhəllə, 4 ünvanında yerləşən torpaq sahəsinə (2.1144 kv.m) və əmlak kompleksinə dair xüsusi mülkiyyət hüququ (tam) "xxxx" firmasının adına xx.xx.2017-ci il tarixdə qeydiyyata alınmışdır.
26. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilən yazılı vəsatətdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 3-cü şəxs qismində cəlb edilməsinə dair qərardad qəbul edilməsi xahiş edilmişdir.
27. Məhkəmənin hazırki iş üzrə xx.xx.2023-cü il tarixli Qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti adi cəlbetmə qaydasında üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
28. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 12 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr olan torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarımı dövlət qeydiyyatına alıb adına müvafiq çıxarışın və texniki pasportun verilməsini öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi idarəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
29. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 1 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr olan torpaq sahəsi üzərində daşınmaz əmlaka dair mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb adıma müvafiq çıxarışın və texniki pasportun verilməsini barədə ərizə ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət etmişdim. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin mənə ünvanladığı 01 sentyabr 2022-ci il tarixli **********59 nömrəli imtina məktubu verilmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu imtinası ilə heç cür razılaşmaq olmaz. Belə ki, iddiaçıya ayrılan torpaq sahəsindən heç bir qaz kəməri keçmir. Əgər keçsə idi, bu tikintilərə icazə verilməz və mülkiyyət kimi dövlət reyestrində qeydə alınmazdı. Lakin cavabdeh hansı hüquq müəyyənedici sənədlə qeyd olunan "xxxx" MMC-nin yerləşdiyi texniki pasportunda göstərilmiş (ünvan 1 ünvanda) faktiki istifadədə olan 0,86436 kv. metr torpaq sahəsi üzərində mülkiyyət hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını qadağa edən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun konkret hansı maddəsinin müddəalarına əsasən ərizəmizin icrasından imtina edilməsini əsaslandırmamışdır.
30. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
31. Etiraz onunla əsaslandırılmışdır ki, , İddiaçı "xxxx" MMCnin qanuni təmsilçisi X5 etibarnamə üzrə nümayəndəsi X9 ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı ********** nömrəli, xx.xx.2022-ci il tarixli ərizə ilə İdarəyə müraciət etmişdir. Sərəncamın icrası ilə əlaqədar olaraq bildiririk ki, elektron kadastr məlumatına əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz kəmərinin mühafizə zonasında yerləşir. Bundan əlavə, əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsi dövlət əmlakı olduğundan özəlləşdirilməsi ilə bağlı Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilməsi məqsədəuyğundur. Əlayə olaraq bildirilir ki, hüquqi şəxsin qeydiyyatı haqqında şəhadətnamə, iddia olunan torpaq sahəsinə (0,86436 ha) dair hüquqmüəyyənedici sənəd ərizəyə əlavə edilməmişdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinə əsasən müvafiq ica hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları yaranır. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini öz səlahiyyəti hüdudlarında Azərbaycan Respublikasının Nazirlər Kabineti, dövlət müəssisə, idarə və təşkilatların istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində nüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara münasibətdə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Xidməti həyata keçirir. Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8 0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar hüquqların dövlət reyestrində qeydiyyata alınması üçün əsas hesab olunur. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli 103 saylı qərarı ilə təsdiq edilmiş “Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları"nın 2.7-ci bəndinin tələblərinə əsasən boru kəmərlərinin, çəkilmə tərzindən asılı olmayaraq, istismarına normal şərait yaratmaq və zədələnmə hallarının qarşısını məqsədi ilə mühafizə zonası təyin edilir və boru kəmərləri xətti boyunca, onun orta oxundan hər tərəfə şərti xətlərlə 50 m keçən torpaq sahəsi mühafizə zonası üçün ayrılmalıdır. Həmin qaydaların 2.11 -ci bəndinə əsasən boru kəmərlərinin mühafizə zonalarında, onu istismar edən hüquqi və fiziki şəxslər Dövlət Neft Şirkəti və onun yerli şrının yazılı razılığı olmadan hər hansı tikinti və ya quraşdırma işlərinin aparılması qadağandır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanur|unun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
32. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-466/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia tələbi rədd edilmişdir.
33. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı tərəfindən iddia tələbinin əsası olaraq təqdim edilən hüquqmüəyyənedici sənədə (Bakı şəhər X14 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarına) əsasən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G (ünvan 14 ünvanında yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır və iddiaçı (X3 Cəmiyyəti) ilə Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialı arasında hər hansı hüquqi əlaqə yoxdur.
34. İddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)-466/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ
b) Apellyasiya şikayətinin dəlilləri
35. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, Məhkəmə qərarının 51-ci bəndində qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" MMC adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin mülkiyyət növü: dövlət mülkiyyəti; əmlak kompeksi kimi müəssisənin mülkiyyətin növü: xüsusi mülkiyyət kimi müəyyən olunmuşdur. Məhkəmənin bu mövqeyi ilə razılaşmırıq. Belə ki, biz heç bir dövlət əmlakını almamışıq, yalnız qeyd etdiyimiz qərarlar əsasında ayrılmış torpaq sahəsində kompleksi öz vəsaitimiz hesabına tikmişik və istifadə edirik. Məhkəmə qərarının 52-ci bəndində yazır ki, əmlak kompelsi kimi müəssisə məhz dövlət əmlakı kimi "xxxx" MMC adına özəlləşdirilmişdir; Məhkəmənin bu nəticəsi ilə razılaşmaq olmaz belə ki, yuxarıda qeyd etdiyim müvafiq qərar və sərəncamlar əsasında ayrılmış boş torpaq sahəsində şəxsi vəsaitimiz əsasıda kompleks tikdiyimizi məhkəmə nəzərə almamışdır. Məhkəmə qərarının 56-cı bəndində qeyd edilir ki, digər tərəfdən iddiaçı iddia tələbinin təmin edilməsi üçün əsas dəlil (hüquqmüəyyənedici sənəd) olaraq Bakı şəhər X14 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarını təqdim etmişdir; 57.Məhkəmə iş materiallarını araşdıraraq müəyyən edir ki, Bakı şəhər X14 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli Qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, 2427-ci məhəllədə yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır. Göründüyü kimi işin mübahisəsiz halı onan ibarətdir ki, Bakı şəhər X14 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli Qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, 2427-ci məhəllədə yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır. Həmçinin də "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti "xxxx" Firmasının hüquqi varisidir. 58.Məhkəmə qeyd edir ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhər X14 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643nömrəli qərarında qeyd edilən "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olduğunu bildirsə də, bu faktı təsdiqləyən hər hansı mötəbər dəlil məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olub-olmaması barədə məlumatınəqdim edilməsi tələb olunmuşdur. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-nin "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı Filialının hüquqi varisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) qeydiyyat sənədlərindən aydın olur ki,"xxxx" MMC "xxxx" Firmasının hüquqi varisidir. Yuxarıda qeyd olunan Bakı İnzibati Məhkəməsinin qərarının 58-ci bəndindəki ziddiyyətli sözlərinə Apellyasiya Məhkəməsinin inzibati kollegiyasının diqqət yetirməsini zəruri hesab edirik. Odur ki, məhkəmə müəyyən edir ki, iddiaçı tərəfindən iddia tələbinin əsası olaraq təqdim edilən hüquqmüəyyənedici sənədə (Bakı şəhər X14 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarına) əsasən Bakı şəhəri, Nizami rayonu, Pəhlivan Fərzəliyev, ev 147G (ünvan 14 ünvanında yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır və iddiaçı (X3 Cəmiyyəti) ilə Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialı arasında hər hansı hüquqi əlaqə yoxdur. Məhkəmə qərarının 59-cu bəndi ilə razılaşmırıq bildiririk ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin qeydiyyat şöbəsinin əməkdaşları ilə 06 mart 2013cü il tarixdə tərtib edilmiş aktla təsdiq olunur ki, "xxxx" firmasının təşkilati hüquqi formasının yenidən təşkili formasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyişməsi ilə əlaqədar olaraq qruma məxsus möhür və künc ştampı onların iştirakı ilə məhv edilmişdir. (həmin sənədin surəti apellyasiya şikayətinə əlavə olunur). Məhkəmə qərarının 60-61-ci bəndində yazır ki, cavabdehin etirazının digər dəlili olaraq qeyd etmişdir ki, elektron kadastr məlumatına əsasən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin bir hissəsi qaz kəmərinin mühafizə zonasında yerləşir. Məhkəmə müəyyən edir ki, SOCAR tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2022-ci il tarixli məktubda qeyd olunmuşdur ki, 8779 kv.m torpaq sahəsinin 638 kv.m hissəsi SOCAR-ın “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X13 istismarında olan “Böyükşor yol qovşağı 30-cu sahə QPS” yüksək təzyiqli qazkəmərinin və SOCAR-ın Heydər Əliyev adına X23 məxsus neft məhsulu nəql olunan Dş-500 mm (xam neft), Dş- 500 mm (xam neft), Dş-300 mm (xamneft), Dş-500 mm (dizel), Dş-300 mm (reaktiv mühərrik yanacağı), Dş-300 mm (nafta) və Dş-250 Mm (quru qaz) boru kəmərlərinin mühafizə zonasında yerləşir. 8141 kv.m hissəsi isə magistral neft-qaz kəmərlərinin mühafizə zonası xaricində yerləşir. Məhkəmənin bu nəticəsi ilə razılaşmaq olmaz. Belə ki, yuxarıda qeyd edilən torpaq sahəsindən heç bir neft kəmərinin keçmədiyini məhkəmə nəzərə almamışdır. Məhkəmə qərar qəbuledərkən maddi hüquq normalarını düzgün əsaslandırmamış və prosessual hüquq normalarını güzgün tətbiq etməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
36. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Prosses iştirakçılarının izahatları
37. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
38. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
39. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X11 apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
40. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. ... 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. ... Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 155. Dövlət mülkiyyəti hüququ 155.1. Azərbaycan Respublikasına mülkiyyət hüququ ilə mənsub olan əmlak dövlət mülkiyyətidir. 155.2. Fiziki, hüquqi şəxslərin və ya bələdiyyələrin mülkiyyətində olmayan torpaq və digər təbii ehtiyatlar dövlət mülkiyyətidir. 155.3. Dövlət büdcəsinin vəsaiti Azərbaycan Respublikasının mülkiyyətidir. 155.4. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qanunda nəzərdə tutulmuş qaydada dövlət öz mülkiyyətində olan əmlakı fiziki və hüquqi şəxslərin mülkiyyətinə verə bilər. Maddə 203. Mülkiyyət hüququnun itirilməsi növləri 203.4. Dövlət mülkiyyətində olan əmlak özəlləşdirmə haqqında qanunvericilikdə nəzərdə tutulmuş qaydada fiziki və hüquqi şəxslərin mülkiyyətinə özgəninkiləşdirilir.
41. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10.2. məlumatlandırma icraatının tətbiq edildiyi tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra tikinti barədə məlumatlandırılan orqana (quruma) sifarişli poçt göndərişi ilə və ya bilavasitə məlumat verilməsini təsdiq edən sənəd; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; 8.0.12. 2006-cı il iyulun 6-dan 2009-cu il iyunun 24-dək müvafiq icra hakimiyyəti orqanı tərəfindən daşınmaz əmlaka dair verilmiş şəhadətnamələr. Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakının (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
42. “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakılardır: 1.0.1. dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir; Maddə 15. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərarın qəbul edilməsi 15.1. Dövlət əmlakının özəlləşdirilməsi haqqında qərar müvafiq icra hakimiyyəti orqanları tərəfindən qəbul edilir. 15.2. Özələşdirmə haqqında qərarda obyektin özəlləşdirilməsinin məqsədəuyğunluğu əsaslandırılır və üsulları göstərilir. Müəyyən səhm zərfinin dövlət mülkiyyətində saxlanılması məqsədəuyğun hesab edildiyi halda, bu barədə həmin qərarda qeyd olunur. 15.3. Özəlləşdirmə obyekti barədə qərar çıxarılarkən, ölkənin müdafiəsini və dövlətin təhlükəsizliyini təmin etmək baxımından obyektin əhəmiyyəti, ölkənin iqtisadi maraqları, obyektin sahə xüsusiyyətləri və yerli əhəmiyyəti nəzərə alınır. 15.4. Dövlət əmlakının özəlləşdirilməsi barədə qərar qəbul edildikdən sonra qanunvericiliyə uyğun olaraq özəlləşdirmə komissiyası yaradılır. 15.5. Özəlləşdirmə komissiyası ən geci üç ay müddətində müəssisənin (obyektin) özəlləşdirilməsi planını işləyib hazırlamalıdır. 15.6. Özəlləşdirmə komissiyası öz işinə müstəqil ekspertləri və auditorları cəlb edə bilər. 15.7. Özəlləşdirmə planında özəlləşdirilən müəssisənin (obyektin) satışı qaydası və üsulu, satış müddəti, obyektin ilkin (start) qiyməti göstərilir. Özəlləşdirmə planı dövlət əmlakının satıcısı tərəfindən təsdiq edilir.
43. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında” Əsasnamə
2. Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır.
44. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
45. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
46. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
47. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
48. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
49. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
50. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
51. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
52. Apellyasiya şikayətinin digər dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir:
53. İş materiallarından göründüyü kimi, iddiaçının hüquqi marağı faktiki istifadəsində olan ünvan 15 ünvanında yerləşən 0,86436 kv. metr olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınaraq adına çıxarışın və texniki pasportun verilməsinə nail olmaqdan ibarətdir.
54. İddiaçı tələbinin faktiki əsası kimi, Bakı şəhər X14 İcraiyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarına istinad edir. Lakin hazırkı işin hallarına əsasən müəyyən edilir ki, Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli Qərarına əsasən Bakı şəhəri, Nizami rayonu, 2427-ci məhəllədə yerləşən torpaq sahəsi Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialına ayrılmışdır.
55. Belə ki, iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Bakı şəhər X14 İcraiyyə Komitəsinin xx.xx.1991-ci il tarixli, 14/643 nömrəli qərarında qeyd edilən "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olduğunu bildirsə də, bu faktı təsdiqləyən hər hansı mötəbər dəlil məhkəməyə təqdim etməmişdir. Belə olan təqdirdə, məhkəmə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanaraq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olubolmaması barədə məlumatın təqdim edilməsi tələb olunmuşdur. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən məhkəməyə ünvanlanan xx.xx.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, "xxxx" MMC-nin "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı Filialının hüquqi varisi olması barədə məlumat aşkar edilməmişdir. Eyni zamanda "xxxx" MMC-nin (VÖEN: **********) qeydiyyat sənədlərindən aydın olur ki, "xxxx" MMC "xxxx" Firmasının hüquqi varisidir.
56. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi Bakı şəhər Vergilər Departamentinin kommersiya hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin qeydiyyat şöbəsinin əməkdaşları ilə 06 mart 2013-cü il tarixdə tərtib edilmiş aktla təsdiq olunur ki, "xxxx" firmasının təşkilati-hüquqi formasının yenidən təşkili formasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə dəyişməsi ilə əlaqədar olaraq quruma məxsus möhür və künc ştampı onların iştirakı ilə məhv edilmişdir.
57. Bununla bağlı məhkəmə kollegiyası bildirir ki, iddiaçının qeyd etdiyi "xxxx" firması ilə "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun eyniliyi iş materialları ilə sübuta yetirilməmişdir.
58. Həmçinin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Sverdlovsk "xxxx" Mərhəmət və Sağlamlıq Fondunun Bakı filialının hüquqi varisi olsa belə, iddiaçının tələbinin hüquqi əsası olan Bakı şəhər X7 İcraiyyə Komitəsinin 23 oktyabr 1991-ci il qərarından görünür ki, topaq sahəsi mülkiyyətə deyil, yalnız tikinti işlərinin aparılması və layihələndirilməsi üçün ayrılmışdır.
59. Həmçinin, apellyasiya şikayətinin bir digər dəlili kimi qeyd edilmişdir ki, məhkəmə qərarının 51-ci bəndində qeyd edilir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" MMC adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin mülkiyyət növü: dövlət mülkiyyəti; əmlak kompeksi kimi müəssisənin mülkiyyətin növü: xüsusi mülkiyyət kimi müəyyən olunmuşdur; Məhkəmənin bu mövqeyi ilə razılaşmırıq. Belə ki, biz heç bir dövlət əmlakını almamışıq, yalnız qeyd etdiyimiz qərarlar əsasında ayrılmış torpaq sahəsində kompleksi öz vəsaitimiz hesabına tikmişik və istifadə edirik.
60. Məhkəmə kollegiyası apellyasiya şikayətinin bu dəlili ilə bağlı bildirir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-3999/2024 nömrəli, xx.xx.2024-cü il tarixli sorğusuna əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən təqdim edilmiş 3-21-3/2- 19938/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktubunda qeyd olunmuşdur ki, ünvan 16 ünvanında yerləşən əmlak kompleksinin (işçi həyətinin) ümumi sahəsi 1954.4 kv.m təşkil edən tikililəri "xxxx" MMC-nin xüsusi mülkiyyətində, istifadəsində olan 0.86 ha torpaq sahəsi isə dövlət mülkiyyətindədir. 61.Həmçinin, iddiaçı istifadəsində olan məhz 0.86 ha torpaq sahəsina dair mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədləri məhkəməyə təqdim edə bilməmişdir. Hazırkı halda mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərə tutulmuş heç bir hüquq müəyyənedici sənədin olmaması məhkəmə araşdırması ilə də öz təsdiqini tapmışdır.
62. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən torpaqların üç kateqoriyası müəyyən edilib: dövlət, bələdiyyə, xüsusi.
63. Azərbaycan Respublikası Torpaq Məcəlləsi: Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: - müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; - hüquqi və (və ya) fiziki şəxslər arasında bağlanan müqavilələr və torpaqla bağlı digər əqdlər; - məhkəmənin torpaq sahəsi üzərində hüququn müəyyən edilməsinə dair qərarı və ya hökmü; - vərəsəlik hüququ əsasında və qanunvericiliklə müəyyən edilmiş digər yollarla yaranır.
64. “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin icrasının təmin edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 291 nömrəli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 55-ci maddəsinin ikinci abzasında nəzərdə tutulmuş "müvafiq icra hakimiyyəti orqanları"nın səlahiyyətlərini dövlətə məxsus olan hüquqi şəxslərin istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş, habelə üzərində hüquqi və fiziki şəxslərin inşa etdikləri müəssisə və obyektlərin yerləşdiyi dövlətə məxsus torpaqlara (dövlət tərəfindən yaradılan sənaye, yaxud texnologiyalar parkları, sənaye məhəllələri və aqroparklar, habelə turizm və rekreasiya zonalarının sərhədləri daxilindəki turizm mərkəzləri üçün nəzərdə tutulmuş dövlət mülkiyyətində olan torpaq sahələri istisna olmaqla) münasibətdə Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.
65. İş materiallarına əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən ünvan 3 ünvanında yerləşən əmlak kompleksi kimi müəssisə "xxxx" MMC adına xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır. Həmin çıxarışda torpaq sahəsinin mülkiyyət növü: dövlət mülkiyyəti, əmlak kompeksi kimi müəssisənin mülkiyyətin növü: xüsusi mülkiyyət kimi müəyyən olunmuşdur.
66. Göründüyü kimi, torpaq sahəsinin mülkiyyət növü dövlət mülkiyyəti kimi qeyd edilmişdir.
67. Həmçinin, iddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, məhkəmə qərarının 52ci bəndində yazır ki, əmlak kompleksi kimi müəssisə məhz dövlət əmlakı kimi "xxxx" MMC adına özəlləşdirilmişdir, məhkəmənin bu nəticəsi ilə razılaşmaq olmaz belə ki, yuxarıda qeyd etdiyim müvafiq qərar və sərəncamlar əsasında ayrılmış boş torpaq sahəsində şəxsi vəsaitimiz əsasıda kompleks tikdiyimizi məhkəmə nəzərə almamışdır.
68. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 1997-ci il tarixli 659 nömrəli fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında” Əsasnamə:
1. Bu Əsasnamə Azərbaycan Respublikasının “Torpaq Məcəlləsinə”, “Torpaq islahatı haqqında”, “Torpaq vergisi haqqında”, “Yerin təki haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası qanunlarına, “Azərbaycan Respublikasında 1995 – 1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı”na və qüvvədə olan digər normativ hüquqi aktlara uyğun olaraq hazırlanmışdır və özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin (bundan sonra “Torpaq sahələri”) fiziki və hüquqi şəxslərə satılması qaydalarını müəyyən edir.
2. Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə, dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur.
4. Özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin torpaq sahələrini ilk növbədə satın almaq hüququ vardır.
6. Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələri Azərbaycan Respublikasının qanunvericiliyində göstərilən hallar istisna olmaqla satınalma obyektləri sayılır.
10. Özəlləşdirilən dövlət müəssisəsinin (obyektin) qiyməti və onun altında yerləşən torpaq sahəsinin qiyməti ayrılıqda müəyyənləşdirilir.
11. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti (bundan sonra – Dövlət Xidməti) əvvəl torpaq sahəsinin satın alınmasını həmin sahənin üstündə yerləşən özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisinə təklif etməlidir. Əgər həmin mülkiyyətçi torpaq sahəsini satın almaqdan imtina edirsə, onda bu sahə qanunvericilikdə müəyyən olunmuş qaydada onun satınalma hüququ ilə icarəsinə verilir. Özəlləşdirilmiş müəssisə və obyektin mülkiyyətçisi icarə müqaviləsi bağlamaqdan imtina etdikdə torpaq sahəsi hərrac vasitəsilə başqa şəxslərə satıla bilər.
12. Torpaq sahəsini almaq məqsədilə onun üzərində yerləşən özəlləşdirilmiş müəssisənin və ya obyektin mülkiyyətiçisi Dövlət Xidmətinə aşağıdakı sənədləri təqdim edir... (sənədlərin siyahısı sadalanır)
69. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə” təsdiq edilmişdir.
70. Yuxarıda sadalanan qanunvericilik normalarına əsasən birinci instansiya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddia olunan torpaq sahəsi özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahəsi olduğundan satınalma obyektidir və iddiaçı torpaq sahəsini almaq məqsədilə aidiyyəti üzrə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət etməlidir.
71. Məhkəmə kollegiyası qeyd edir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunan sənədlərin siyahısı göstərilmişdir. Həmin siyahıda olan sənədlərin mövcudluğu daşınmaz əmlak üzərində mülkiyyət hüququnun qeydə alınmasına əsasdır. Mülkiyyət hüququnun qeydə alınması məqsədilə qeydiyyat orqanına verilən ərizəyə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əlavə edilməlidir.
72. İş materialları və məhkəmə tərəfindən işin araşdırılmış halları ilə müəyyən edilir ki, qeyd olunan daşınmaz əmlaka dair mülkiyyət hüquqlarının qeydə alınmasına əsas olan heç bir hüquqmüəyyənedici sənəd mövcud deyildir. 73.Həmçinin Kollegiya qeyd edir ki, qanunvericilikdə müvafiq qərar və sərəncamlar əsasında ayrılmış boş torpaq sahəsində şəxsi vəsait hesabına aparılmış tikilinin yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydə alınması əsası nəzərdə tutulmamışdır. Eyni zamanda iddiaçının müvafiq sərəncam əsasında torpaq sahəsinin ona ayrıldığını qeyd etsə də, mülkiyyət hüququnun qeydə alınmasını tələb etdiyi 0.86 ha torpaq sahəsinin məhz müvafiq qərarla ayrıldığına dair sübutları məhkəməyə təqdim etməmişdir. 74.Başqa sözlə iddiaçı mübahisə predmeti olan 0,86 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatı üçün əsaslardan birini təqdim etməmiş və cavabdeh əsaslı olaraq bundan imtina etmiş, cavabdehin bu hərəkəti nəticəsində iddiaçının qanunla qorunan hüquq və mənafeləri pozulmamışdır. 75.Qanunvericiliyin aparılmış təhlilinə uyğun olaraq məhkəmə kollegiyası bildirir ki, birinci instansiya məhkəməsinin cavabdehin imtinasına dair verdiyi hüquqi qiymət qanunamüvafiqdir. Yəni, iddiçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi müvafiq qərar həmin torpağa dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz.
76. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-53/2021-ci il tarixli qərarının 31-ci bəndinə əsasən) qeydiyyat üçün Qanunun 8-ci maddəsində göstərilən əsasların təqdim edilməməsi o deməkdir ki, bəyan edilən hüququn qeydiyyata alınması üçün əsas yoxdur.
77. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbinin təmin olunmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübut olunmur, cavabdehin imtinasını əsaslıdır, iddianın təmin olunmasını isə istisna edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilir, cavabdehə səlahiyyət verən normaların dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunvericiliyə zidd olmamış və iddiaçının hüquqlarını pozmamış, imtina mövcud inzibati praktikaya uyğun olmuş, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib olmuş, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur.
78. Bundan başqa “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunda daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslar göstərilmişdir. Qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş əsaslardan biri əlavə olunmalıdır. Dövlət qeydiyyatı barədə müraciət olunan hüquq qeyd edilən qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.
79. Belə olan halda, birinci instansiya məhkəməsinin qərarı maddi və prosessual hüquq normalarına əməl edilməklə qəbul olunduğundan, məhkəmənin mübahisəyə dair gəldiyi nəticə qanuni və əsaslı sayılmalıdır.
80. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
81. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
82. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-446/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.