Məhkəmə qərarları › İş №2-1(103)-559/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-559/2023

28.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-559/2023 28.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “əlilliyə görə əmək pensiyasının təyin edilməsi tələbinə dair” inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-821/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 1994-cü il tarixdən 2013-cü il tarixədək “Natiq” idman klubunda və “Təhsil” idman mərkəzində işləməyi barədə inzibati aktı qəbul etmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İPM 33.1) . İşin faktiki hallarına görə İddiaçı 1976-cı ildən əmək fəaliyyətinə başlamış 18 il iş stajı toplamış, sonradan 1994-1998-ci illər ərzində “Natiq” idman klubunda cüdo güləşi üzrə müəllim vəzifəsinə qəbul edilmiş, 2005-ci ilin 26 sentyabr tarixinədək bu işdə çalışmışdır. Sonradan iddiaçı eyni vaxtda xx.xx.2001-ci ildən xx.xx.2002-ci il tarixə və xx.xx.2009-cu ildən xx.xx.2013cü il tarixədək “Təhsil” RİM 1 nömrəli Respublika ixtisaslaşdırılmış X2-Gənclər İdman Məktəbinin cüdo bölməsində məşqçi müəllim vəzifəsində işləmişdir. İddiaçı ona pensiya təyin edilməsi məqsədi ilə cavabdehə müraciət etmiş, həmin müraciətinə Mərkəzi Filialda baxılaraq 18 illik iş stajının nəzərə alınmış, lakin “Natiq” və “Təhsil” idman klubunda işlədiyi dövrlər nəzərə alınmamışdır. Halbuki, həmin dövrdə işləmiş və “Təhsil idman mərkəzində işləməyi barədə arayışı vardır. İddiaçının gözündə yaranan xəstəliklə əlaqədar xx.xx.2020- ci il tarixdən ona üçüncü dərəcəli əlillik verilmiş, onun “Natiq” idman klubunda və “Təhsil idman mərkəzində” işləməsi nəzərə alınsaydı ona pensiya düşürdü. Lakin cavabdeh bilərəkdən onun Konstitusion hüquqlarını pozaraq bu iki təşkilatda işləməyini nəzərə almamışdır. İddiaçı iddia ərizəsinə dair yazılı etirazında iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti xx.xx.2020-ci il tarixli qərarı ilə əlillik səbəbi: “Ümumi xəstəliklə əlaqədar’’ olmaqla İİİ dərəcəli əlillik müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyası İ qrup əlillərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ qrup əlillərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir. Bu iki şərti eyni zamanda mövcud olmalıdır. İddiaçının 01.01,2006-cı ilədək əmək kitabçası ilə təsdiq olunan 17 il 1 ay sosial sığorta stajı və 01.01,2006-cı ildən sonra 8870,56 manat məbləğində pensiya kapitalı mövcuddur. Bununla yanaşı iddiaçı xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda işlədiyini iddia edir. İddia etdiyi illərə və müəssisənin mövcudluğuna dair məlumatları dəqiqləşdirmək üçün cavabdeh Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə göndərilmiş sorğuya gələn cavab məktubunda həmin müəssisələrin arxiv sənədləri filialına təhvil verilmədiyi qeyd edilmişdir. Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə ünvanlanmış sorğuya gələn xx.xx.2021-ci il tarixli cavab məktubunda isə “Kəpəz” Kooperativi adı ilə dövlət qeydiyyatına alınmış bir neçə fərqli hüquqi şəxs aşkar edilmiş, “Natiq” idman klubu adlı kommersiya qurumu isə aşkar edilməmişdir. Qeyd olunanlara əsasən iddiaçının iddia etdiyi müəssisə onun işlədiyini dövrdən sonra dövlət qeydiyyatından keçmişdir. Müəssisənin qeydiyyat məsələlərində aşkar olunan ziddiyyətlər vətəndaşın həmin müəssisədə işlədiyinə dair ciddi şübhə doğurur. İddiaçı əmək fəaliyyəti dövründə sığortaedən tərəfindən sosial sığorta haqları ödənilmədiyindən, həmin dövrlərin sosial sığorta stajına daxil edilməsi qanunun tələblərinə uyğun deyil. Qeyd olunanlara əsasən İddiaçı əlilliyə görə əmək pensiyası təyin edilərkən əmək kitabçası ilə təsdiqlənən 17 il 1 ay sosial sığorta stajına əsasən pensiya kapitalı hesablanmalıdır. Cavabdeh orqana müraciət edən zaman onun sığorta stajı 17 il 1 ay olsa da ( qanunla tələb olunan staj 14 il 6 aydır ) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 11.964,6 manat məbləğində olmuşdur. İddiaçının İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının təyin olunması üçün qanunla tələb olunan sığorta stajına malik olmasına baxmayaraq, pensiya kapitalı yetərli olmamışdır. Belə ki, tələb olunan sığorta stajı: 46 il əmək qabiliyyətli yaş dövrü 184 (46 x 4) ay, yəni 15 il 3 ay (184: 12) ay təşkil edir. Göründüyü kimi iddiaçının pensiya hüququnun yaranması üçün tələb olunan sığorta stajı 15 il 3 aydır. Başna sözlə, tələb olunan ilkin şərt ödənilir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinə əsasən, əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-yə olan nisbəti şəklində müəyyənləşdirilir. İddiaçının mövcud olan pensiya kapitalı: 17 il 1 ay stajını (2006-cı ilə qədər) “Əmək pensiyaları haqqında” Qanunun 27.1-ci maddəsinə əsasən hesabladıqda 4910,3 manat pensiya kapitalı yaranır: 17 il tam iş stajı x 306 manat =5202 manat. 5202 +8,3% +16,7% +20,8% +1,5% +5,7% +7,9% +1,1% +2,4% +1,4%+4%+12,4%+5,7%=14321,83. Vətəndaşın 2006cı ildən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində mövcud olan pensiya kapitalı 8870,56 manat məbləğində təşkil edir. İddiaçı hazırki dövrə mövcud olan pensiya kapitalı (PSK)23192,39manat (14321,83+8870,56 ) təşkil edir. Tələb olunan pensiya kapitalı isə - Əmsal: 184/192x144=138; 138x200=27600 manat. İddiaçının pensiya kapitalı toplam olaraq 11964,6 manat təşkil etməkdədir ki, bu da tələb olunan pensiya kapitalı məbləğindən azdır. Beləliklə də iddiaçının əlilliyə görə “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsi ilə müəyyən olunan əmək pensiyası hüququ yaranmır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-821/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, İddiaçı xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti və sonradan isə ona əlavə verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Bakı İnzibati Məhkəməsinin qərarında gəldiyi nəticədə iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamış, qərarda göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmiş, məhkəmədə icraat zamanı ciddi prosessual pozuntulara yol verilmişdir. Belə ki, iddiaçının qanunla tələb olunan sığorta stajı 15 il 4 aydır. Onun mübahisələndirilən və mübahisələndirilməyən cəmi, 24 il 7 ay 12 gün ümumi stajına görə Əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsiinə əsasən hesablanan pensiya kapitalı 7532,7 manat təşkil edir. Həmin məbləğ onun pensiya hüququnun yarandığı xx.xx.2020-ci il tarixinə indeksləşdirildikdə, 7532,7+8,3%+16,7%+20,8%+ 1,5%+5,7%+7,9%+1,1%+2,4%+1,4%+ 4%+12,4%+5,7%+3%=18.248 manat təşkil edir. 2006-cı ildən sonrakı dövr üçün fərdi hesabın sığorta hissəsində mövcud olan pensiya kapitalı 8628,95 manatdır. Beləliklə cəmi onun 26877,471 manat pensiya kapitalı mövcuddur. Ona münasibətdə tələb olunan pensiya kapitalı isə Əmsal:184/192x144=138;138x200=27600 manatdır. Göründüyü kimi, tələb olunan pensiya kapitalı məbləğindən azdır. Göründüyü kimi iddiaçının əmək pensiya hüququ yaranmadığından iddiaçıya İİİ dərəcəli əlilliyə görə əmək pensiyasının hesablanıb ödənilməsindən ibarət iddia tələbi əsassız və qanunsuz olduğundan məhkəmə tərəfindən rədd edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak edən İddiaçı cavabdehin apellyasiya şikayəti ilə razılaşmamış, qərarın qüvvədə qalmasını xahiş etmişdir. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarına əsasən işin müəyyən olunan halları aşağıdakılardan barətdir: - AA seriyalı ******* nömrəli şəxsiyyəti vəsiqəsinə əsasən iddiaçının doğum tarixi xx.xx.1959-cu ildir - “Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatı”na əsasən xx.xx.2020-ci i tarixdən ümumi xəstəlik –gözdən əlil səbəbi ilə müddətsiz üçüncü dərəcə əlildir. - H3 ******* nömrəli hərbi biletin surətinə əsasən xx.xx.1979-xx.xx.1981ci illərdə (2 il 11 gün) müddətli həqiqi hərbi xidmət keçmişdir ( 2 il 11 gün). -xx.xx.1976-cı il tarixli əmək kitabçasının surətinə əsasən aşağıdakı kimi əmək fəaliyyəti müəyyyən olunur: xx.xx.1976-xx.xx.1978: Bakı ANİB 2708 Avtokolonda 2-ci dərəcəli a/elektrik (2 il 5 ay 6 gün); xx.xx.1978-xx.xx.1979: Bakı tütün kombinatı “Qırmızı oktyabr” Təchizat şöbəsinə yükləyici (7 ay 18gün ); xx.xx.1981-xx.xx.1984: Bakı yük Aviabazasında 2-ci dərəcəli avtoelektrik(3 il 5 ay 7 gün); xx.xx.1982-xx.xx.1982: MTTİ Azərbaycan SSR Səhiyyə Nazirliyi “Aztibtəchizat”da fəhlə (7 ay 8 gün); xx.xx.1982-xx.xx.1984: “V.İ.Lenin adına Respublika Stadionu təlimatçı metodist (1il 5 ay 7gün) ; xx.xx.1984-xx.xx.1988: Trikotaj idman məhsulları fabriki “Dinamo” 1 nömrəli sahəyə 1-ci dərəcəli boyaçı (4 il 7 ay ); xx.xx.1989-xx.xx.1989 Şaumyanov r-nu Prof. Dezinfeksiya şöbəsində dezinfektor (5 ay 6 gün), xx.xx.1989-xx.xx.1991 "İdman" istehsalat birliyində metodist (11ay 11gün); xx.xx.1991-xx.xx.1992 "Xəzər" kiçik müəssisəsində İstehsalat müdiri (1 il 1 ay 12gün); xx.xx.1992-xx.xx.1992: Trikotaj sexinə 4 dərəcəli keyfiyyət üzrə nəzarətçi (2 ay 11 gün); xx.xx.1992-xx.xx.1993: Fiziki tərbiyə və idman üzrə AR Dövlət idman komissiyasının İdman Tikintiləri Birliyi "Pəhləvan" K/M-də direktor (10 ay 11 gün); xx.xx.1993-xx.xx.1994: “Eko neft" kiçik müəssisəsi. İstehsalat müdiri(5 ay 27gün); xx.xx.1994- xx.xx.1994: “ Kəpəz” kooperativi Trikotaj sexində baş usta (6 ay 13gün); xx.xx.1994-xx.xx.1998:“Natiq idman klubu”nda cüdo güləşi üzrə məşqçimüəllim(4 il 4 ay 17gün) xx.xx.2001-xx.xx.2002: Təhsil Respublika İdman Mərkəzinin RİOEUGİM cüdo güləşi məşqçi-müəllim (1 il) Eyni zamanda, onun ******* nömrəli, xx.xx.2003-cü il tarixli əmək kitabçasına əsasən aşağıdakı işlərdə işləmişdir: xx.xx.2003-xx.xx.2005: “Natiq idman klubu”nda cüdo güləşi üzrə məşqçi-müəllim (1 il 11 ay 16gün); xx.xx.2006-xx.xx.2008: Səbail rayonu X4 Məktəbinə məşqçi müəllim (1 il 7ay 16 gün); xx.xx.2008-xx.xx.2009: Təhsil Respublika İdman Mərkəzi RİOEUGİM cüdo güləş bölməsində məşqçi müəllim (11 ay 4 gün); xx.xx.2009-xx.xx.2013: Təhsil Respublika İdman Mərkəzi RİOEUGİM cüdo bölməsinə məşqçi müəllim (4 il 2 ay 2 gün); xx.xx.2014-xx.xx.2015: Respublika Olimpiya İdman liseyinə tərbiyəçi müəllim(1 il). İddia ərizəsinə, cavabdehin imtinasının əsaslarından göründüyü kimi, iddiaçının “Natiq” və “Təhsil” idman klubunda işlədiyi dövrlər onun sığorta stajı kimi qəbul edilməsindən imtina olunmuşdur Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən iddiaçının əmək fəaliyyəti üzrə hərərəfli araşdırma aparılmaqla aşağıdakılparı müəyyən etmişdir: “...İddiaçının mübahisələndirilən Kəpəz Kooperativi və Natiq idman klubunun fəaliyyəti ilə bağlı müvafiq qurumlara sorğular verilmiş, sorğulara cavab olaraq Kəpəz Kooperativi adı altında kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatında bir neçə fərqli hüquqi şəxsin qeydiyyatına alındığı, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Kəpəz” kooperativi adı ilə 6 statistik vahidin qeydiyyatına dair məlumatın olduğu müəyyən olunsa da iddiaçının xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək işlədiyi “Kəpəz” kooperativinin VÖEN-i barədə məlumat olmadığı üçün həmin müəssisənin konkret hansı müəssisə olduğu və həmin müəssisənin fəaliyyəti, qeydiyyat məlumatlarını aşkar etmək mümkün olmamışdır. Eyni zamanda xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubu adlı hüquqi şəxsin hüquqi şəxslərin dövlət qeydiyyatında qeydiyyatı barədə məlumat aşkar olunmasa da, Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində “Natiq” İdman Klubunun 12 fevral 1997-ci il tarixində qeydiyyata alındığı və ən əsası "Natiq" İdman Klubunun xx.xx.1996-ci il tarixdə 845 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığını müəyyən etmək mümkün olmuşdur. yyən etmək mümkün olmuşdur. Məhkəmə qeyd edilən hər iki müəssisədə iddiaçının işləməsi barədə əmək kitabçasında qeydlərin olduğunu, həmin qeydlərin mötəbərliliyinə ən azından əmək kitabçasının tərtib edilmə qaydası, əmrlərin tarixi, səlahiyyətli şəxslərin imzaları, möhür əkslərinin mötəbərliliyinə şübhə yaradacaq hər hansı halın aşkar olunmadığını nəzərə alaraq qeyd edilən dövrlərin ümumi iş stajına daxil edilməsini və həmin dövlərin onun pensiya kapitalının hesablanmasında nəzərə alınmasını əsaslı hesab etmiş və onu da qeyd etməyi zəruri hesab etmişdir ki, iddiaçının işlədiyi “Natiq” İdman Klubunun ilk dəfə xx.xx.1996-ci il tarixdə 845 nömrə ilə Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alındığını nəzərə alaraq hesab edir ki, iddiaçının həmin müəssisədə əmək fəaliyyəti dövrü xx.xx.1994-cü il tarixdən xx.xx.1998-ci il tarixədək deyil, xx.xx.1996-cı ildən xx.xx.1998-ci il tarixədək və sonrakı xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək olan dövr isə mübahisəsiz iddiaçının ümumi iş stajında nəzərə alınmalıdır...” Məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. Birincisi, “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Məcburi dövlət sosial sığorta haqların ödənilməsinə gəldikdə həmin dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 5-ci hissəsi nəzərdə tuturdu ki, “ Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır.” Bundan əlavə, xx.xx.2018-ci il tarixdən qüvvədə olan “Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Qanunun Sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1yanvar tarixinə yaranmış və 2018ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinir. Qeyd olunanlar baxımından, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının qeyd olunan müəssisələrdə əmək fəaliyyətinin sığorta stajı kimi nəzərə alınmaması tamamilə əsassızdır. Həmin dövr nəzərə alındıqda isə iddiaçının 2006-cı ilə qədər 26 il 7 ay 12 gün iş stajı toplanır. Birinci instansiya məhkəməsinin qərarından görünür ki, məhkəmə tərəfindən cavabdehin mübahisələndirdiyi hər iki müəssisədə olan əmək fəaliyyəti dövrlərindən xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək “Kəpəz” kooperativində, xx.xx.1996-cı il tarixdən xx.xx.1998-ci il tarixədək və xx.xx.2003-cü il tarixdən xx.xx.2005-ci il tarixədək “Natiq” İdman klubunda olan dövrlərin nəzərə alınmaqla pensiya kapitalının hesablanması ilə bağlı cavabdeh orqana müvafiq sorğu göndərmişdir. Həmin sorğuya cavab olaraq cavabdehin təqdim etdiyi xx.xx.2022-ci il tarixli cavab məktubunda göstərilmişdir ki, xx.xx.2006-cı il tarixindək ümumi iş stajının 24 il 7 ay 12 gün olmaqla pensiya kapitalının 7532,7 manat (24 il tam iş stajı x 306 manat) + (306 manat: 12 ay x 7,4 ay)=7532,7 manat) təşkil etdiyi, xx.xx.2020-ci il tarixə indeksləşdirilmiş məbləğinin isə 21.277,77 (7532,7 +8,3%+16,7% +20,8% +1.5% +5,7% +7.9% +1,1%+ 2,4% +1,4% +4% +12,4% +5,7%+3% +2,6% +16,6 = 21277,77 manat) manat təşkil etdiyi və əlavə olaraq xx.xx.2006-cı il tarixindən sonra fərdi hesabının sığorta hissəsində 8628.95 manat pensiya kapitalı qeydə alındığı nəzərə alındıqmaqla, onun xx.xx.2020-ci il tarixə ümumilikdə, 29.906.72 manat pensiya kapitalı toplandığı müəyyən olunur. Beləliklə, iddiaçının əlillik təyin edildiyi tarixə yəni xx.xx.2020- ci il tarixə pennsiya təyinatı üçün 27600 manat pensiya kapitalı tələb olunduğu halda iddiaçının həmin tarixə 29906.72 manat pensiya kapitalı topladığı müəyyən olunur Beləliklə də məhkəmə müəyyən etmişdir ki, əlillik təyin olunduğu xx.xx.2020-ci il tarixinə iddiaçının qanunla tələb olunan 15 il 04 aydan çox ümumi iş stajı toplanmış, eləcə də həmin tarixə pensiya təminatı üçün onun tələb olunan 27600 manat pensiya kapitalından çox, yəni, 29906.72 manat kapitalı topladığından ona əlilliyə görə əmək pensiyasının təyin edilməsi üçün tələb olunan bütün şərtlər ödənilir. Cavabdehin iddiaçıya əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtinası qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur...” Konkret halda, cavabdehin apellyasiya şikayətinin və həmin şikayətinə əlavədən görünür, iddiaçının 2006-cı ilə qədər 24 il 7 ay 12 gün stajına görə pensiya kapitalı “Əmək pensiaları haqqında” Qanunun 27.1-ci maddəsinə və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının həmin vaxt qüvvədə olan xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2-ci bəndinə müvafiq olaraq öz mütəxəssisi tərəfindən hesablanarkən – istehlak qiymətləri indeksinin illik səviyyəsi üzrə faiz məbləğləri, eləcə də hesablamaın özündə səhvələrə yol verilmişdir. Belə ki, cavabdeh birinci instansiya məhkəməsinə verdiyi, apellyasiya şikayətində göstərdiyi, sonradan isə həmin şikayətin əlavəsində qeyd etdiyi hesablamaların hər birində iddiaçının sığorta kapitalı müxtəlif məbləğlərdə hesablamışdır. Bütün bunlar onu deməyə əsas veir ki, cavabdeh öz sahəsinə aid qanunvericiliyin tətibinini düzgün həyata keçirməmiş, düzgün hesablamanı aparmaqda aciz və professionallıqdan uzaq olmuşdur. Belə ki, “Əmək pensiyaları haqqında Qanunun 27.1-ci maddəsinə əsasən sığortaolunanların (əmək pensiyası təyin olunmuş şəxslər istisna olmaqla) 2006-cı il yanvarın 1-dək qazanmış olduqları pensiya hüquqları pensiya kapitalına çevrilməklə onların fərdi hesablarında nəzərə alınır. Bu zaman həmin dövrə aid olan ümumi iş stajının hər ili üçün 306 manat (il tam olmadıqda isə bu məbləğ natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) pensiya kapitalı hesablanır və sığortaolunanların fərdi hesablarının sığorta hissəsində 2006-cı ilin 1 yanvar tarixinə qeydə alınır. Sığortaolunanların, o cümlədən işləyən əmək pensiyaçılarının 2006-cı il 1 yanvar tarixindən 2017-ci il 1 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində toplanan və istifadə olunmamış (əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış) pensiya kapitalı 80% artırılmaqla, 2017-ci il 1 iyul tarixinə fərdi hesabın sığorta hissəsində qeydə alınır. Qanunun qeyd olunan tələbləri baxımından, iddiaçının 24 il 7 ay 10 gün sığorta stajı üzrə xx.xx.2006-cı il tarixinə hesablanan sığorta kapitalı 7532,40 manat təşkil edir.(24 il x306 manat)+(7ay x (306 manat :12 ay) +(306:12):30 gün x12gün) Onun xx.xx.2006-cı il tarixinə qeydə alınan 7532,40 manat pensiya kapitalı - əllilik dərəcəsi aldığı vaxt qüvvədə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının həmin vaxt qüvvədə olan xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 4.2-ci bəndinə müvafiq olaraq, Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən illik artım tempinə uyğun olaraq tətbiq olunan istehlak qiymətləri indeksinin illik səviyyəsi nəzərə alınmaqla, 2021-ci ilə qədər indeksləşdirildikdə, pensiya kapitalında aşağıdakı kimi artım yaranır (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin məlumatları üzrə cədvəldə qeyd olunan istehlak qiymətləri indeksinin illik səviyyəsini əks etdirən hər ilin sonuna olan indeks faizləri işə əlavə olunur) : İstehlak qiymətləri İllər indeksinin illik İndeksləşdirmə nəzərə alınmaqla ilin səviyyəsi (ilin əvvəlinə pensiya kapitalı (manatla) sonuna olan %) 7532,40 2006 8,3 (2006-cı ilin əvvəlinə olan pensiya kapitalı) 8135,316 2007 16,7 7532,40+612,616 (7532,40 x8,3%) 9493,913 8135,316 +1358,597 (8135,316 2008 20,8 x16,7%) 11468,646 2009 1,5 9493,913 +1974,733 (9493,913x20,8%) 11640,575 2010 5,7 11468,646+172,029 (11468,646 x1,5%) 12304,087 2011 7,9 11640,575+663,512 (11640,575x5,7%) 13276,109 12304,087+972,022 (12304,087 2012 1,1 x7,9%) 13422,146 13276,109+146,037 (13276,109 x 2013 2,4 1,1%) 13744,277 13422,146 +322,131 (13422,146 x 2014 1,4 2,4%) 13936,696 13744,277 +192,419 (13744,277 2015 4,0 x1,4%) 14494,163 2016 12,4 13936,696 +557,467 (13936,696 x4,0) 16291,439 14494,163+1797,276 (14494,163 2017 12,9 x12,4) 18393,034 16291,439+2101,595 2018 2,3 (16291,439x12,9%) 18816,073 2019 2,6 18393,034+423,039 (18393,034x2,3%) 19305,290 2020 2,8 18816,073+489,217 (18816,073 x2,6%) 19845,838 19305,290 +540,548 (19305,290x2,8%) Göründüyü kimi, qanunvericiliyə uyğun olaraq iddiaçının pensiya hüququnun yarandığı 2020-ci ilin sonuna (xx.xx.2020) indesləşdirmə həyata keçirildikdə onun pensiya kapitalı 19845,838 manat təşkil edir. Bundan əlavə, işin mübahisələndirilməyən hallarından göründüyü kimi, 2006-cı ildən sonra, əmək fəaliyyəti üzrə iddiaçının fərdi hesabının sığorta hissəsində 8628,950 manat məbləğində pensiya kapitalı da yığılmışdır ki, həmin məbləğin də üzərinə onun 2006-cı ilə qədər stajına görə hesablanmış 19845,838 manat gəldikdə, ümumilikdə onun 28474,78 manat məbləğində pensiya kapitalı toplanır. İşin cavabdeh tərəfindən mübahisələndirilməyən hallarından isə göründüyü kimi, tələb olunan pensiya kapitalı 27600 manat təşkil edir. Beləliklə də xx.xx.2020-ci il tarixində əlil olan 61 yaşında iddiaçının 24 il 7 ay 12 gün sığorta stajı və fərdi hesabının sığorta hissəsində tələb olunandan da artıq, yəni, 28474,78 manat sığorta kapitalı mövcuddur. “Əmək pensiyaları haqqında” Qanunun 13.2-ci maddəsinin 6 yanvar 2021ci il tarixə qədər qüvvədə olan redekasiyasına görə əlilliyə görə əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddətinin aylarının sayı sığorta davamiyyəti əmsalına vurulur. Sığorta davamiyyəti əmsalı əlilliyə görə əmək pensiyası üçün tələb olunan sığorta stajı aylarının sayının 192-ə olan nisbəti şəklində müəyyənləşdirilirdi. Qanunun qeyd olunan 12.1-ci maddəsinin tələbi baxımından, iddiaçıya əmək qabiliyyətli yaş dövrü üçün 184 (46 x 4) ay, yəni 15 il 3 ay (184: 12) ay tələb olunur. Qanunun 13.2-ci maddəsində nəzərdə tutulan qaydada əlilliyə görə pensiyanın hesablanması üçün ilk öncə tələb olunan sığorta stajı aylarının sayı 192-yə bölərək sığorta davamiyyəti əmsalı tapılır: 184 : 192 = 0,92. Daha sonra, həmin əmsal gözlənilən pensiya ödənişi müddətinə vurulur: 0,92 x 144=132,48 və iddiaçının topladığı pensiya kapitalı sözügedən kəmiyətə bölündükdə onun aylıq pensiya məbləği 28474,78: 132,48 = 214,93 manat təşkil etdiyi müəyyən olunur. “Əmək pensiyaları haqqında” Qanunun 6-1-ci maddəsinin 2019-cu ilin oktyabr ayının 1-dən 2022-ci ilin yanvarın 1-dək olan redaksiyasına görə əmək pensiyasının məbləği 200 manat məbləğində müəyyən edilmişdir. Konkret halda isə bu rəqəm iddiaçıya münasibətdə 214,93 manat təşkil edir. Beləliklə işin qeyd olunan hallarından göründüyü kimi, iddiaçının xx.xx.2020-ci il tarixindən əlil kimi pensiya almaq hüququ yarranır. Birinci instansiya məhkəməsinin qərarından da görünür ki, məhkəmə tərəfindən iddiaçının sığorta stajına düzgün qiymət verilmiş, onun pensiya kapitalı hesablanarkən isə cavabdehin səhv hesablamasına inandırıcı yanaşılsa da, hər bir halda, son nəticədə məhkəmənin iddianın təmin olunması barədə gəldiyi nəticə faktlar-nöqteyi nəzərəindən düzgündür. “Əmək pensiyaları haqqında” Qanunun 32.1-1-ci maddəsinin tələbinə görə əmək pensiyaları onu almaq hüququ yarandığı gündən, lakin bu Qanunun qüvvəyə mindiyi gündən tez olmamaqla, və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Beləliklə də, cavabdeh tərəfindən iddiaçıya xx.xx.2020-ci il tarixdən əlilliyə görə əmək pensiyasının təyin edilməsindən imtina olunmasının qanunsuz və əsassız olduğu, onun pensiya hüququnu pozduğu öz təsdiqini tapır. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsini işdə olan sübutlara, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Ona görə də cavabdehin apellyasiya şikayətinin məhkəmə tərəfindən qərarında iş üzrə mühüm əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmadığını qərarda göstərilmiş nəticələrin işin hallarına uyğun gəlmədyini və ciddi prosessual pozuntulara yol verildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-821/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 14, 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-821/2022 saylı xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1(bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar