Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-56/2021 17.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Günel Cəbrayil qızının katibliyi, İddiaçı, İddiaçının vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X11, Üçüncü şəxs 3 №-li Respublika xüsusi internat məktəbinin nümayəndəsi X4, X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi üçüncü şəxs qismində cəlb edilməklə mülkiyyət hüququ üzrə iddiaçıya məxsus ünvan 3 saylı sahədə yerləşən 0.038 ha torpaq sahəsinin üzərindəki qadağanın götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-963/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququ üzrə iddiaçıya məxsus ünvan 3 saylı sahədə yerləşən 0.038 ha torpaq sahəsinin üzərindən yüklülüyün götürülməsi vəzifəsinin cavabdehə həvalə olunması tələbinə dair iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsi ilə ünvan 1-də yerləşən 600 kv.mdən ibarət torpaq sahəsinə X9 istifadə hüququ tanınmış və daha sonra AR DT və XK tərəfindən mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. xx xxxxxxxx 2013-cü il tarixdə həmin torpaq sahəsinə dair X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və çıxarış verilmişdir. xx xxx 2014-cü il tarixdə həmin torpaq sahəsinin 400 kv.m-dən ibarət hissəsinə onunla X17 arasında Bakı şəhəri 37 saylı DNK-da alqı-satqı müqaviləsi bağlanmış və xx xxxxxx 2014- cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində adına qeydiyyat aparılaraq çıxarış verilmişdir. Hazırda həmin torpaq sahəsi onun mülkiyyətindədir. Lakin, buna baxmayaraq mülkiyyətinə dair sərəncam vermək hüququ cavabdeh orqan tərəfindən məhdudlaşdırılmışdır. 2017-ci ildə iddiaçıya məlum olmuşdur ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə Nizami rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddia ərizəsi baxılmamış saxlanmışdır. Cavabdeh orqan tərəfindən ona məxsus torpaq sahəsinə qadağa qoyulmuşdur. Torpaq sahəsinə istifadə hüququn tanınması barədə Nizami rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ləğv edilməsinə baxmayaraq, torpaq sahəsinin keçmiş mülkiyyətçisi X9, adına verilmiş çıxarış, onunla arasında bağlanmış alqı-satqı müqaviləsi və onun adına verilmiş çıxarış ləğv edilməmiş və hazırda qüvvədədir. xx xxxxxxxx 2018-ci il tarixdə cavabdeh orqana müraciət edərək ona məxsus torpaq sahəsinə dair yüklülüyün götürülməsini xahiş etmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə müraciətinin icrasından imtina edilmiş və imtinaya əsas kimi Nizami rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsinin ləğv edildiyi göstərilmişdir. İddiaçı hesab edir ki, cavabdeh orqanın imtinası qanunsuz və əsassızdır. Hazırda həmin torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və həmin hüquq ləğv edilməmişdir. Cavabdeh orqan tərəfindən ona məxsus torpaq sahəsinə qadağa Nizami rayon Məhkəməsinin xx xxx 2005ci i i tarixli qətnaməsindən verilmiş apellyasiya şikayətinə əsasən qoyulmuşdur. “Daşınmaz Əmlakın Dövlət Reyestri Haqqında” Azərbaycan Respublikası Qanunun 14.5-cı maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli məktubundan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. Həmçinin, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2018-ci il tarixli məktubu ilə müəyyən olunur ki, ona məxsus torpaq sahəsinin üzərinə qadağa qoyulması barədə qərardad aşkar edilməmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 45, 46, 68 və 73-cü maddələrinin tələblərini rəhbər tutaraq, mülkiyyət hüququ üzrə iddiaçıya məxsus Bakı şəhəri, Nizami rayonu. M.X.Şərifli küçəsi, 3 saylı sahədə yerləşən 0.038 ha torpaq sahəsinin üzərindən yüklülüyün götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə həvalə olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya dair xx.xx.2019-cu il tarixli, **********15 saylı yazılı etiraz təqdim edərək bildirmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, ünvan 1-də yerləşən torpaq sahəsi ilə bağlı məhkəmə mübahisəsinə dair Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-8586/17 saylı qərarı DƏDRX 1 saylı Bakı Ərazi İdarəsinə daxil olmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli, 2-1373/2005 saylı qətnaməsi İlə ünvan 1 ünvanında yerləşən torpağın 300 kv.m olan sahəsi X5, sahəsi 600 kv.m olan torpaq sahəsinə X9, sahəsi 300 kv.m olan torpaq sahəsinə X6 mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsinin AR DT və XK-nin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. xx.xx.2013-cü il tarixdə ünvan 1 ünvanında yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair X9 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. xx.xx.2014-cü il tarixdə 37 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X17 ona məxsus ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 400 kv.m hissəni İddiaçı satmışdır və xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyat aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlamlıq imkanları məhdud uşaqlar üçün 3 nömrəli Respublika xüsusi internat məktəbinin apellyasiya şikayəti qismən təmin edilərək, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə cavabdeh İddiaçı Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(102)-8586/17 saylı qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə yuxarıda qeyd edilən ünvan 1-də yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edildiyindən iddiaçının ərizələrinin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsaslanaraq cavabdeh inzibati orqan iddia tələbinin rədd edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-963/2019 saylı xx xxxxx 2019cu il tarixli qərarı iddia təmin edilmiş, mülkiyyət hüququ üzrə İddiaçı məxsus ünvan 3 saylı sahədə yerləşən 0.038 ha torpaq sahəsinin üzərindəki qadağanın götürülməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti cavabdehin iddia tələbinə yazılı etiraza uyğun əsaslandırılmışdır. Qərardan narazı qalan üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyi birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qərarı əsassız olduğundan apellyasiya qaydasında ləğv olunmalıdır. Məhkəmə öz qərarını onunla əsaslandırmışdır ki, qeyd olunan torpaq sahəsi iddiaçıya məxsus olduğundan onun torpaq üzərindəki mülkiyyət hüquqları tanınmalıdır. Qeyd olunan ərazi Təhsil Nazirliyinin 3 nömrəli Sağlamlıq imkanları məhdud uşaqlar üçün nəzərdə tutulmuş məktəbin ərazisidir. Bu səbəbdən də, «Daşınmaz əmlakın dövlət reyestri bhaqqında» AR Qanununa əsasən, dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; bu hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə hüquqlar dövlət qeydiyyatın alınmalı deyildir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1719/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə apellyasiya şikayətləri təmin edilmiş, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-963/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iddia tələbi təmin edilməmişdir. İddiaçı qərardan kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli, 2-1(102)-3361/2019 nömrəli qərarı ilə iddiaçının kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-1719/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Ali Məhkəmənin qərarı onunla əsaslandırılmışdır ki, məhkəmə işə baxarkən mübahisəli torpaq sahəsinin kateqoriyasını dəqiq müəyyənləşdirməli və bundan irəli gələn iddiaçının torpaq sahəsi ilə bağlı həyata keçirməyə çalışdığı hüquqi hərəkətlərinin mümkünlüyünə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda göstərilən qərarındakı hüquqi mövqeləri nəzərə almaqla qiymət verməlidir. Nəzərə almaq lazımdır ki, torpağın kateqoriyası (məqsədli təyinatı) ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər ödənilmədikdə, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı ilə bağlı hərəkətlərin aparılmasından imtina edilə bilər. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx xxxx 2020-ci il tarixli, 2- 1(103)-714/2020 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertlər qarşısında İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 3 saylı sahədə yerləşən 0,038 ha torpaq sahəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternat Məktəbinin ərazisi ilə üst-üstə düşüb-düşməməsi barədə sual qoyulmuş, ekspertizanın aparılması Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin və “xxxx” MMC-nin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş mütəxəssis X15 izahatında bildirdi ki, mübahisəli torpaq sahəsində tədqiqat keçirmiş və ölçmə işləri aparmışdır. Yerində baxış edərkən müəyyən edilmişdir ki, qeyd olunan torpaq sahəsi internat məktəbinin ərazisindən 43 metr mesafədə yerləşir. Mübahisəli torpaq sahəsinin ərazisi və koordinatları reyestrdən çıxarışa əsasən müəyyən edilmişdir. İnternat məktəbinin ərazisi yol ilə ayrılmışdır. Məktəb ilə torpaq sahəsinin arasında yol keçir. Həmin ərazidə yaşayış evləri də inşa edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilmələrini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(103)- 2059/2015 saylı qərardadı ilə ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edildiyindən iddiaçının ərizələrinin icrası mümkün olmamışdır. İddiaçının iddia etdiyi torpaq sahəsi 3 №li Respublika xüsusi internat məktəbinin ərazisinə aiddir və bu səbəbdən qeyd olunan ərazinin iddiaçının mülkiyyətinə verilməsi mümkün deyildir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətlərinə etiraz edərək təmin edilmələrini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, qeyd olunan torpaq sahəsinə əvvəllər çıxarış verilmişdir. Torpaq sahəsi və internat məktəbi arasında böyük məsafə vardır və məktəbin ərazisinə aid deyildir. Torpaq sahəsi hasarla ayrılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin nümayəndəsi X22 apellyasiya şikayələrtini müdafiə edərək təmin edilmələrini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq izahatında bildirdi ki, mübahisəli torpaq sahəsi internat məktəbinin ərazisində yerləşir. Məktəbin ərazisi hasarla ayrılmış və torpaq sahəsi hasarin hüdudlarında yerləşir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxs 3 №-li Respublika xüsusi internat məktəbinin nümayəndəsi X12 apellyasiya şikayətlərini müdafiə edərək təmin edilmələrini və birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası mütəxəssisin və tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İşin faktiki hallarından görünür ki, - İddiaçı xx.xx.1974-cü ildə Salyan şəhərində anadan olmuş, ünvan 2 ünvanında yaşayır. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş RX seriyalı, № ******* nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın təsdiq edilmiş surətinə əsasən ünvan 3 saylı sahədə yerləşən 0.038 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir. - X17 əvəzindən Bakı şəhəri 15 saylı NK, xx.xx.2013-cü il tarixli 7E/23-19992 reyestr nömrəli etibarnaməsi əsasında çıxış edən X10 ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən X10 Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli, Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışa əsasən ünvan 3 ünvanında yerləşən ümumi sahəsi – 0,06 ha torpaq sahəsindən 0,04 ha torpaq sahəsini İddiaçı mülkiyyətinə verir. 0,02 ha torpaq sahəsi xx.xx.2014-cü il tarixdə X2. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən Bakı şəhəri Nizami Bələdiyyəsinin sədri Arif Qasımova ünvanlanmış məktubun surətində qeyd edilmişdir ki, Təhsil Nazirliyi Nizami rayonu, M.X.Şərifli küçəsi, 3 ünvanında yerləşən 0,3 ha torpaq sahəsinin məktəb binasının arxasından 800 m uzaqlıqda yerləşdiyini, onun məktəb istismara veriləndən bəri istifadəsiz qaldığı nəzərə alınaraq bu torpaq sahəsinin Nizami bələdiyyəsinin mülkiyyətinə verilməsinə etiraz etmir. - Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə iddiaçılar X18, X13, X17 və X5 cavabdehlər Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı şəhəri şöbəsinə və Bakı şəhər Nizami Bələdiyyəsinə qarşı torpaq üzərində mülkiyyət hüququnun tanınması tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsindən işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə hüquqlarına toxunan şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 №-li Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2-1374/2005 saylı iş üzrə xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ləğv edilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli, 2(103)-2059/2015 saylı qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 2059/2015 saylı mülki iş üzrə xx xxx 2015-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. - Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(005)-4145/2017 saylı qətnaməsi ilə iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdehlər X19 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı çıxarışın etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin iddiaçı Azərbaycan Respublikası Təhsil Nazirliyinin cavabdeh X16 adına Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhər ərazi idarəsi tərəfindən verilmiş çıxarışın etibarsız hesab edilməsi və onun hüquqi nəticələrinin ləğv edilməsinə dair iddia tələbi təmin edilməmişdir. - Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli, 2(102)- 8586/17 saylı qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə xx xxxxxxxx 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxx 2017-ci il tarixli, 6ÜŞ-1896 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2059/15 saylı qərardadı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi və Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika xüsusi internat məktəbi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli qətnaməsi ləğv edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2059/15 saylı xx xxx 2015-ci il tarixli qərardadı icra olunması üçün xx.xx.2015-ci il tarixdə DƏDRXİ-nin Bakı şəhər Ərazi İdarəsinə göndərilmişdir. - Bakı Apellyasiya Məhkəməsi tərəfindən İddiaçı ünvanlanmış xx xxxxxxx 2018-ci il tarixli, 6ÜŞ-1086 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2059/15 saylı mülki işin materiallarında ünvan 1-də yerləşən torpaqın üzərinə qadağa qoyulması barədə qərardad aşkar edilməmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2018-ci il tarixli, **********90 nömrəli məktubda qeyd edilmişdir ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ilə ünvan 1-də yerləşən torpağın 300 kv.m olan sahəsi X5, sahəsi 600 kv.m olan torpaq sahəsinə X9, sahəsi 300 kv.m olan torpaq sahəsinə X6 mülkiyyət hüquqlarının tanınması, mülkiyyət hüququ haqqında şəhadətnamənin verilməsi AR DT və XK-nin Bakı şəhər şöbəsinə tapşırılması qət edilmişdir. xx.xx.2013-cü il tarixdə ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsinə dair X14 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmışdır. xx.xx.2014-cü il tarixdə 37 saylı DNK-da bağlanmış alqı-satqı müqaviləsinə əsasən X17 ona məxsus ünvan 1-də yerləşən sahəsi 600 kv.m olan torpaq sahəsindən 400 kv.m hissəni İddiaçı satmışdır və xx.xx.2014-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində İddiaçı adına qeydiyyat aparılmışdır. Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(103)- 2059/2015 saylı qərardadı ilə yuxarıda qeyd edilən Bakı şəhəri, Nizami rayonu M.X.Şərifli küçəsi 3-də yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2-1373/2005 saylı qətnaməsi ləğv edildiyindən ərizənin icrası mümkün olmamışdır. İddiaçı inzibati orqanın imtinası ilə razılaşmayaraq inzibati məhkəmə icraatı qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, ünvan 3 saylı sahədə yerləşən 0.038 ha. torpaq sahəsinə dair məhkəmələr tərəfindən hər hansı məhdudiyyət qoyulmamış və məsələ ilə bağlı məhkəmə mübahisəsi hazırda mövcud deyil. Cavabdeh tərəfindən mübahisəli torpaq sahəsi üzərində olan qadağanın götürülməsindən imtina etməsi iddiaçının hüquqlarının həyata keçirilməsi məhdudlaşdırılmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 2.3-cü maddəsinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər, 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 14.5-ci maddəsinə əsasən daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanunun 21.2-ci maddəsinə əsasən daşınmaz əmlaka dövlət qeydiyyatına alınmış hüquqlar barədə məhkəmədə mübahisə olduqda, bu barədə dövlət reyestrində iddia ərizəsinin məhkəmə icraatına qəbul edilməsi haqqında məhkəmənin arayışı əsasında müvafiq qeydlər edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxxx 2017-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki: “1. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİ hissəsi baxımından “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsində nəzərdə tutulan hüquqların dövlət qeydiyyatına alınmasından imtina hallarının bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeyə uyğun təkmilləşdirilməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin. 2. Məsələ qanunvericilik qaydasında həll edilənədək torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması üçün təqdim edilən sənədlərdə torpağın kateqoriyası (məqsədli təyinatı) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş kateqoriyaya uyğun gəlmədikdə, həmin torpaq üzərində hüquqların dövlət qeydiyyatından imtina edilə bilər. Ali Məhkəmə apellyasiya instansiya məhkəməsinin qərarını ləğv edərkən qərarını onunla əsaslandırmışdır ki, apellyasiya məhkəməsi iddiaçının adına mülkiyyət hüququ əsasında qeydə alınmış mübahisəli torpaq sahəsinin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 N-li Respublika Xüsusi İnternat Məktəbinin ərazisinə aid olduğunu təsdiq edən iş materiallarında mötəbər sübutların olmadığını da nəzərə almamışdır. Ona görə də, təkrar baxışda məhkəmə ilk növbədə müvafiq hüquq müəyyənedici sənədləri tələb edilib öyrənilməklə və zərurət olarsa ekspertiza keçirməklə mübahisəli sahənin Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 N-li Respublika Xüsusi İnternat Məktəbinin ərazisinə düşüb-düşmədiyini dəqiqləşdirməlidir. İşin yeni apellyasiya baxışı zamanı yuxarı instansiya məhkəməsinin göstərişini nəzərə alaraq iş üzrə mütəxəssis rəyi alınmış, iş üzrə tikinti-texniki ekspertizası təyin edilmişdir. İş materiallarına əlavə edilmiş - “xxxx” MMC-nin xx xxxxxxx 2020-ci il tarixli, 91 nömrəli mütəxəssis rəyinə əsasən İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,038 ha torpaq sahəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternat Məktəbinin ərazisi ilə üst-üstə düşmür, 43 metr kənarda yerləşir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli, 10/2039 nömrəli ekspert rəyinə əsasən İddiaçı mülkiyyət hüququ ilə məxsus olan ünvan 1 ünvanında yerləşən 0,038 ha torpaq sahəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternat Məktəbinin ərazisi ilə üst-üstə düşmür, 43 metr kənarda yerləşir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından göründüyü kimi, torpaq sahəsinə istifadə hüququn tanınması barədə Nizami rayon Məhkəməsinin xx xxxxxx 2005ci il tarixli qətnaməsi prosessual əsaslarla ləğv edilmişdir və torpaq sahəsinin keçmiş mülkiyyətçisi X9 adına verilmiş çıxarış, onunla iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi və onun adına verilmiş çıxarış ləğv edilməmiş və hazırda qüvvədədir. ünvan 3 saylı sahədə yerləşən 0.038 ha. torpaq sahəsinə dair məhkəmələr tərəfindən hər hansı məhdudiyyət qoyulmamış və məsələ ilə bağlı məhkəmə mübahisəsi hazırda mövcud deyildir. Cavabdehin apellyasiya şikayətinin əsas dəlili kimi Bakı Apellyasiya Məhkəməsinin xx xxx 2015-ci il tarixli 2(103)-2059/2015 saylı qərardadı ilə yuxarıda qeyd edilən ünvan 1də yerləşən torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində hüquqların dövlət qeydiyyatı üçün əsas olmuş Nizami rayon Məhkəməsinin xx xxxxxx 2005-ci il tarixli 2- 1373/2005 saylı qətnaməsi ləğv edildiyindən ərizənin icrası mümkün olmaması qeyd olunmuşdur. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarı ilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Beləliklə məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırki işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Nizami rayon Məhkəməsinin qərarı ləğv edilmişdir, lakin torpaq sahəsinin keçmiş mülkiyyətçisi X9 adına verilmiş çıxarış, onunla iddiaçı arasında bağlanmış alqı-satqı müqaviləsi və onun adına verilmiş çıxarış ləğv edilməmişdir. İş materialları ilə sübut olunduğu kimi, mübahisənin predmeti olan torpaq sahəsinə dair hər hansı məhdudiyyət və ya məhkəmə mübahisəsi mövcud deyildir. Üçüncü şəxs Azərbaycan Respublikası Təhsil Nazirliyinin apellyasiya şikayətinin əsas dəlili kimi torpaq sahəsinin 3 saylı Respublika Xüsusi İnternat Məktəbinin ərazisinə aid olduğu qeyd edilmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yeni apellyasiya baxışı zamanı keçirilən mütəxəssis baxışına əsasən tərtib edilmiş mütəxəssis rəyi və tikinti-texniki ekspertizasının tədqiqat nəticələrinə əsasən ünvan 1 ünvanında yerləşən 0,038 ha torpaq sahəsi Sağlamlıq imkanları məhdud uşaqlar üçün 3 saylı Respublika Xüsusi İnternat Məktəbinin ərazisi ilə üst-üstə düşmür, 43 metr kənarda yerləşir. Həmçinin, Azərbaycan Respublikası Təhsil Nazirliyi məhkəməyə qeyd etdiyi dəlillərlə bağlı heç bir mötəbər sübut təqdim etməmişdir. Beləliklə, yuxarıda qeyd edilən halları nəzərə almaqla məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı hesab edilməməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-963/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-963/2019 saylı xx xxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-56/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-56/2021
17.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver