Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-56/2023 08.06.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: X5 Oruczadənin sədrliyi və məruzəsi ilə, Kamran Hüseyn oğlu Əkbərov və X3 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçının nümayəndəsi Nümayəndə, Üçüncü şəxsin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Dövlət Neft Şirkətinin cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə (Rəhimova (İmanova) Arzu Əsədulla qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) qarşı “Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2000ci il tarixli, 892 nömrəli sərəncamının etibarsızlığının tanınması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı Azərbaycan Dövlət Neft Şirkəti cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə (üçüncü şəxs Rəhimova (İmanova) Arzu Əsədulla qızı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2000ci il tarixli, 892 nömrəli sərəncamının etibarsızlığının tanınması barədə qərar qəbul olunmasını xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, ARDNŞ-nin (SOCAR) “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) daimi istifadəsinə neft-qaz əməliyyatlarının aparılması üçün Qaradağ rayonun ərazisində torpaq sahəsi ayrılmışdır. Neft-qaz əməliyyatlarının aparılması üçün ayrılmış dövlət mülkiyyətində olan sənaye təyinatlı torpaq sahəsinin 30,1 ha hissəsinin SOCAR-ın təsisçiliyi ilə yaradılmış Neftçi MTK-nın daimi istifadəsinə ayrılması barədə Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixində 213 nömrəli sərəncam imzalanmışdır. Qeyd edilən sərəncamın birinci hissəsinin a) bəndinə əsasən, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsi - 30,1 ha Socar-ın təsisçiliyi ilə yaradılmış "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmışdır. Həmin sərəncamın 1.1-ci hissəsinə əsasən, sözügedən sərəncam, sənaye təyinatlı torpaq sahələrinin yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncamı olduqdan sonra qüvvəyə minməsi müəyyən edilmişdir. Bundan sonra, AR Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9s nömrəli sərəncamı ilə SOCAR-ın “Azneft” İB-nin Ə.Əmirov adına NQÇİnin istifadəsində olan torpaq sahəsinin 30,1 ha hissəsi sənaye təyinatlı torpaq sahəsinin kateqoriyasından yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilmişdir. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə yuxarıda qeyd edilən 30,1 ha torpaq sahəsindən vətəndaş Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün 600,0 kv.m torpaq sahəsi ayrılmışdır. Bu səbəbdən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 nömrəli Sərəncamı SOCAR-ın qanunvericiliklə müəyyən edilmiş sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozduğundan, həmin sərəncamın etibarsızlığı tanınmalıdır. Rəhimova (İmanova) Arzu Əsədulla qızına ayrılmış 600,0 kv.m torpaq sahəsi SOCAR-ın sahiblik və istifadə hüquqlarını pozmaqla ayrıldığı üçün qanunsuzdur. Belə ki, qeyd edilən torpaq sahəsi vətəndaş A.Rəhimovaya ayrılarkən həmin torpaq sahəsinin ümumiyyətlə hələ kateqoriyası dəyişdirilməmişdir. Nazirlər Kabinetinin yuxarıda göstərilən sərəncamından göründüyü kimi həmin torpaq sahəsinin kateqoriyası yalnız 19 yanvar 2012-ci il tarixində dəyişdirilmişdir. Buna görə də iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ilə (hakim M.Qarayeva) iddia təmin edilmişdir. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, cavabdeh sərəncam verərkən səlahiyyəti olmadığı halda iddiaçının istifadəsində olmuş sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahələrindən təyinatı dəyişdirilmədən iş üzrə üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi ayırmışdır. Qərarla razılaşmayan üçüncü şəxs Rəhimova (İmanova) Arzu Əsədulla qızı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilib, iddianın rədd olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən "Azneft' İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində 30.1 ha torpaq sahəsi olmuşdur. Sonradan İddiaçı Quruda Neft və Qazçıxarma Birliyinin xx.xx.1999-cu il tarixli JC 011/238 nömrəli məktubu nəzərə alınaraq, Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaqlardan 292,7 ha torpaq sahəsi Bakı şəhəri İcra Hakimiyyəti başçısının 678 nömrəli xx.xx.1999-cu il tarixli Sərəncamı ilə geri alınmışdır. Mübahisəli torpaq sahəsinin geri alınması və həmin torpaq sahəsinin Qaradağ rayonu ərazisində olmasını nəzərə alan Qaradağ Rayon İcra Hakimiyyəti Başçısı Bakı şəhəri icra Hakimiyyəti ilə şifahi razılaşmadan sonra xx.xx.2000-ci il tarixli 892 nömrəli Sərəncamla mənzil sahəsinə ehtiyacı olan şəxslərə, o cümlədən Rəhimova (İmanova) Arzu Əsədulla qızının istifadəsinə verilmişdir. Eyni zamanda, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin AA seriya 035818 saylı torpaq sahəsinin planı və ölçüsünün notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 0,057969 ha torpaq sahəsi xüsusi mülkiyyət hüquq əsasında İmanova (Rəhimova) Arzu Əsədulla qızına məxsusdur. Bakı şəhəri İcra Hakimiyyəti başçısının 213N-1İ xx.xx.2011-ci il tarixli Sərəncamı ilə İddiaçı Quruda Neft və Qazçıxarma Birliyinin istifadəsindən geri alınmış sənaye təyinatlı torpaq sahələrinin yaşayış məntəqələri torpaq sahələri kateqoriyasına keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 17/12335-2p saylı tapşırığı və Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 22/MQ-245 saylı müraciəti nəzərə alınaraq yerləşən X4 Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində 30.1 ha torpaq sahəsi Dövlət Neft Şirkətinin nəzdində yaradılmış "xxxx" MTK-nın istifadəsinə verilməsi nəzərdə tutulmuşdur. Bundan başqa, mübahisəli torpaq sahəsi ilkin olaraq İddiaçı sənaye təyinatlı torpaqlar kateqoriyasına daxil edilsə də, lakin sonradan həmin torpaq sahələrinin böyük bir hissəsində heç bir sənaye istehsalı ilə əlaqədar təbii sərvət-neft və qaz olmadığı üçün öz təşəbbüsü ilə dövlətin sərəncamına qaytarılması xahiş etmişdir və bununla əlaqədar Bakı şəhəri İcra hakimiyyəti Başçısının sərəncamı ilə torpaq sahəsi icra hakimiyyətinin balansına qəbul edilmişdir. 2000-ci ildə mübahisəli torpaq sahəsi artıq AR DNŞ-dən geri alındıqdan sonra və DNŞ-nin mübahisəli torpaq sahəsinə heç bir hüququ olmadığı müddətdə torpaq sahəsi vətəndaşlara ayrılmışdır. Ona görə Dövlət Neft Şirkətinin subyektiv hüququnun olmadığı halda məhkəməyə müraciəti qanunsuz və əsassızdır. Lakin məhkəmə göstərilən hala düzgün qiymət verməmişdir. Tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi-vəkili apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın rədd olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq izahatında ortofoto görüntüsü təqdim edərək bildirdi ki, “Neftçi MTK-nın istifadəsinə ayrılmış Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən torpaq sahəsi (30,1 ha) 3 hissədən ibarət olmuş, daha sonra sərəncama düzəliş edilmiş və torpaq sahəsinin bir hissəsi (8,9 ha) geri qaytarılmışdır. Hazırda mübahisələndirilən torpaq sahəsinin “Neftçi MTK-nın istifadəsində saxlanılan sahədə yerləşdiyi güman edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyası iş materiallarındakı sübutları nəzərdən keçirir: İş materiallarında olan: - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 678 saylı “Torpaq sahəsinin geri alınması haqqında” Sərəncamına əsasən, İddiaçı Quruda Neft və X1 xx.xx.1999-cu il tarixli 011/238 nömrəli məktubu nəzərə alınaraq, Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsindən 292,7 ha torpaq sahəsinin geri alınması qərara alınmışdır. - Azərbaycan Respublikası Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 892 №-li Sərəncamından görünür ki, Lökbatan qəsəbəsi, Bünyatzadə küçəsi, ev 16b, mənzil 26-da yaşayan X2 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi ayrılmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçınə məxsus torpaq sahələrinin sənaye təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi haqqında” 213 saylı xx.xx.2011-ci il tarixli Sərəncamından görünür ki: 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 17/1235-2p saylı tapşırığını və Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 22/MQ-245 saylı müraciətini nəzərə alaraq, aşağıda adları qeyd olunan ünvanlarda yaşayış binalarının tikintisi üçün torpaq sahəsi Dövlət Neft Şirkətinin təsisçiliyi ilə yaradılmış "xxxx" MTK-nın daimi istifadəsinə verilsin: a) Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsi - 30,1 ha; (...). 1.1. Bu sərəncam sənaye təyinatlı torpaq sahələrinin yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncamı olduqdan sonra qüvvəyə minir. Sərəncama ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 30,0 ha torpaq sahəsinin yerləşmə xəritəsi əlavə edilmişdir. -Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladığı xx.xx.2011-ci il tarixli 17-9/75 nömrəli məktubundan göründüyü kimi, İddiaçı təsisçiliyi ilə yaradılmış "xxxx" Mənzil Tikinti Kooperativinə Bakı Şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci tarixli 213 nömrəli sərəncamı ilə Qaradağ rayonu Lökbatan qəsəbəsində 30,0 ha, Qaradağ rayonu Qobustan qəsəbəsində 1,38 ha, Səbail rayonu Bayıl qəsəbəsində 7,0 ha, Xəzər rayonu Buzovna qəsəbəsinin inzibati ərazisində 22,0 ha və Yasamal rayonu Moskva prospekti 3168-ci məhəllədə yaşayış binalarının tikintisi üçün 0,1 ha torpaq sahələri ayrılmışdır. Səbail rayonu Bayıl qəsəbəsi 7,0 ha, Qaradağ rayonu Qobustan qəsəbəsində 1,38 ha, Xəzər rayonu Buzovna qəsəbəsində 22,0 ha, Yasamal rayonu Moskva prospekti 3168ci məhəllədə 0,1 ha toıpaq sahəsinin kateqoriyasının dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim olunması üçün müvafiq rəylər hazırlanmışdır. Lakin, Qaradağ rayonu Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində ayrılması nəzərdə tutulan 30,1 ha torpaq sahəsindən 8,9 hektarı Bakı Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1999-cu il tarixli 676 saylı sərəncamı ilə Ə.C.Əmirov adma X9 İdarəsinin istifadəçiliyindən geri alınmış 292,2 ha torpaq sahəsinin hüdudları daxilində olmaqla, təyinatı dəyişdirilərək yaşayış və müxtəlif təyinatlı obyektlərin tikintisinə verilmişdir. Həmin 8,9 ha torpaq sahəsinin bir hissəsi Qaradağ Rayon İcra Hakimiyyətinin başçısının 2001-ci il tarixə qədər olan sərəncamları ilə vətəndaşlara fərdi yaşayış evlərin tikintisi üçün ayrılmış və yaşayış massivi formalaşmışdır. Qaradağ rayonu Lökbatan qəsəbəsində təyinatının dəyişdirilməsi nəzərdə tutulan 30,1 ha torpaq sahəsindən (Dövlət Neft Şirkətinin təqdim etdiyi sxem əsasında) yalnız 21,2 ha torpaq sahəsi Dövlət Neft Şirkətinin istifadəsindədir. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçınə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 213 saylı sərəncamının A bəndində qismən dəyişiklik edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 447 saylı Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli, 17-9/75 saylı müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 213 saylı sərəncamının A bəndində qismən dəyişiklik edilərək “30.1” ifadəsinin “21.2 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. - Bakı şəhər İcra Hakimiyyətinin Başçısının İddiaçınə ünvanlanmış 7-3148/21 saylı xx.xx.2011-ci il tarixli məktubundan görünür ki, “İddiaçınə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 213 saylı sərəncamının A bəndində qismən dəyişiklik edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 447 saylı Sərəncamın surəti xəritədən çıxarışla birlikdə Dövlət Neft Şirkətinə göndərilmişdir. (Xəritədən çıxarış iş materiallarına əlavə edilmişdir). - Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9s saylı sərəncamından görünür ki, “Azərbaycan Respublikasının 1999-cu il 25 iyun tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 4 avqust tarixli 176 nömrəli Fərmanının 2-ci hissəsinin ikinci abzasına əsasən: İddiaçı daimi istifadəsindəki 106.41 ha sənaye təyinatlı torpaq sahəsinin (o cümlədən, Bakı şəhərinin Qaradag rayonunun Lökbatan qəsəbəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 30,1 ha...) neft sənayesində çalışan və mənzil növbəsində qeydiyyatda olan işçilərin öz vəsaitləri hesabına kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi məqsədi ilə kateqoriyası dəyişdirilərək, yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsi barədə İddiaçı Bakı və Şirvan şəhər, Abşeron, İmişli, Salyan və Siyəzən rayon icra hakimiyyətləri, Azərbaycon Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi və Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Sərəncam imzalandığı gündən qüvvəyə minmişdir. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) xx.xx.2020-ci il tarixli SOCAR**********30480092X00016 saylı məktubu ilə bildirilmişdir ki, iş materiallarında olan ekspert rəyindən və təqdim olunmuş müvafiq sənədlərdən göründüyü kimi, UTM WGS 84 koordinat sistemində X Y 393371,1955 4464429,2810 393386,1822 4464430,5643 393388,2880 4464390,6936 393372,8790 4464389,1654 koordinatlarda olan Bakı şəhəri Qaradağ rayonu İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 892 nömrəli sərəncamı ilə üçüncü şəxs Rəhimova (imanova) Arzu Əsədulla qızına ayrılmış torpaq sahəsi uzun illər ərzində neft-qaz əməliyyatlarının aparılması üçün SOCAR-ın daimi istifadəsində olmuş (xəritə əlavə olunur) və daha sonra həmin torpaq sahəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9 a nömrəli və Bakı şəhər icra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli 213 nömrəli sərəncamları (surəti əlavə olunur) ilə kateqoriyası dəyişdirilərək, yaşayış binalarının tikintisi üçün "xxxx" MTK-nın daimi istifadəsinə verilmişdir. - Bakı İnzibati Məhkəməsinin 2-1(112)-23/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadına əsasən təyin edilmiş məhkəmə torpaqşünaslıq ekspertizası üzrə aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2021-ci il tarixli, 10/2291 nömrəli ekspert rəyinin nəticəvi hissəsində göstərilmişdir ki, 1. "xxxx" MMC-nin direktoru Ruslan Bayramovun imzası ilə təsdiq edilmiş 29 aprel 2021-ci il tarixli 40 saylı məktubu ilə göndərilmiş mütəxəssis Davud Sultanovun tərtib etdiyi mütəxəssis rəyinə əsasən X2 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində 600 kv.m torpaq sahəsinin ayrılması barədə Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı sərəncamı qəbul edilərkən, həmin torpaq sahəsi İddiaçı istifadəsində olan torpaq sahəsinə daxil olmaması istisna edilmir. 2. Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti başçısının 14 sentyabr 2000-ci il tarixli, 892 saylı sərəncamı ilə X2 fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsində ayrılan 600 kv.metr torpaq sahəsi hazırda Azərbaycan Respublikası Dövlət Şirkətinin təsis etdiyi "xxxx" MTK-nın istifadəsində olan (rəyin təsviri hissəsində qeyd edilmiş sərəncamla təyinatlı yaşayış məntəqələrinin torpaqlarına aid edilmiş) torpaq sahəsinin hüdudları daxilinə düşür. İş üzrə apellyasiya baxışı zamanı alınmış “X6 və Ekspertiza Mərkəzi” MMC-nin 15 avqust 2022-ci il tarixli mütəxəssis rəyindən görünür ki:
1. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi naturaya uyğundur. Ayrılan zaman və hal-hazırda yaşayış məntəqəsinin torpaqlarına aiddir.
2. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi ayrılan zaman Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 676 saylı sərəncamı ilə Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin istifadəsindən geri alınmış 292,7 ha torpaq sahəsinin hüdudları daxilində tam yerləşir.
3. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızma fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixdə 213 nömrəli sərəncamı ilə "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmış daha sonra xx.xx.2011-ci il tarixli 447 saylı sərəncamla düzəliş edilmiş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin İstifadəsində olan 21,2 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir.
4. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrıfmış 600,0 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixində 213 nömrəli sərəncamı İlə "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmış 30,1 ha torpaq sahəsinin sonradan həmin sərəncamda düzəliş nəticəsində azaldılmış olan 8,9 ha torpaq sahəsi daxilində yerləşir. - Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli mütəxəssis rəyinə əsasən, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,057969 ha olsa da, faktiki olaraq hasar daxili sahə 0,0601 ha təşkil edir. Torpaq sahəsinin üzərində tikili yoxdur. Vahid elektron kadastr bazasına əsasən sözügedən torpaq sahəsi İddiaçı istifadəsinə verilmiş ərazilərə düşür. Mübahisələndirilən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2011-ci il tarixli, 213 nömrəli sərəncamına əlavə edilmiş Ayrıcda göstərilmiş 3(üç) hissəli cəmi 30.1 ha olan ərazidən 7.4 ha olan hissədə yerləşsə də, həmin sərəncamda qismən dəyişiklik edilməsinə dair xx.xx.2011-ci il tarixli, 447 nömrəli sərəncama əlavə edilmiş Ayrıc üzrə 21.2 ha ərazinin hüdudlarından kənarda yerləşir. Qeyd olunan sərəncamlar və Ayrıc aktlarında göstərilən torpaq sahələri dövlət reyestrində qeydiyyata alınmamışdır. - Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası 2-1(103)-1030/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadına əsasən təyin edilmiş əlavə məhkəmə tikinti-texniki ekspertizası üzrə aparılmış tədqiqatın nəticəsi olaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 10/226 nömrəli ekspert rəyinin nəticəvi hissəsində göstərilmişdir ki:
1. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsinin koordinatları və yerləşmə mövqeyi naturaya uyğundur. Ayrılan zaman və hal-hazırda yaşayış məntəqəsinin torpaqlarına aiddir.
2. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi ayrılan zaman Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1999-cu il tarixli 676 saylı sərəncamı ilə Ə.C.Əmirov adına Neft və Qaz Çıxarma İdarəsinin istifadəsindən geri alınmış 292,7 ha torpaq sahəsinin hüdudları daxilində tam yerləşir.
3. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixdə 213 nömrəli sərəncamı ilə "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmış daha sonra xx.xx.2011-ci il tarixli 447 saylı sərəncamla düzəliş edilmiş Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 21,2 ha torpaq sahəsinin hüdudları daxilində yerləşmir.
4. Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixində 213 nömrəli sərəncamı İlə "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmış 30,1 ha torpaq sahəsinin sonradan həmin sərəncamda düzəliş nəticəsində azaldılmış olan 8,9 ha torpaq sahəsi daxilində yerləşir.
Apellyasiya şikayətinin dəlillərinə münasibət:
Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsaslı hesab edərək aşağıdakıları qeyd edir. Hazırki iddia tələbinin qanuni əsasını İnzibati icraat haqqında Qanunun 65-ci maddəsi təşkil edir. Belə ki, İnzibati İcraat haqqında Qanunun 65.1-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. Həmin qanunun 65.2-ci maddəsinə əsasən etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. Həmin qanunun 65.3-cü maddəsinə əsasən inzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən sərəncamın İnzibati İcraat haqqında Qanunun 65.1-ci maddəsinin tələblərinə əsasən yoxlanılması üçün əvvəla həmin sərəncamın etibarsızlığının tanınmasını tələb edən iddiaçının subyektiv hüquqa malik olub-olmaması yoxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 2.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İnzibati Prosessual Məcəllənin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.Həmçinin həmin qərarın 9-cu bəndində qeyd edilmişdir ki, İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olubolmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasıdır. «M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilmşdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi 4 apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir.Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Subyektiv hüquq və ya başqa sözlə «subyektin hüququ» - bu konkret şəxsə məxsus olan hüquq olur. Subyektiv hüquq şəxsiyyətin azadlığını, bu və ya digər davranışının mümkünlüyünü, sərbəstlik və təşəbbüskarlıq göstərmək imkanını hüquqi cəhətdən təmin edir. Yuxarıda sadalanan iş materiallarından göründüyü kimi, Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçınə məxsus torpaq sahələrinin sənaye təyinatlı torpaqlar kateqoriyasından yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi haqqında” 213 saylı xx.xx.2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 17/1235-2p saylı tapşırığını və Dövlət Neft Şirkətinin xx.xx.2011-ci il tarixli 22/MQ-245 saylı müraciətini nəzərə alaraq, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Lökbatan qəsəbəsindən Qobu qəsəbəsinə gedən yolun şimal və cənub hissəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 30,1 ha torpaq sahəsi yaşayış binalarının tikintisi üçün Dövlət Neft Şirkətinin təsisçiliyi ilə yaradılmış "xxxx" MTK-nın daimi istifadəsinə verilmiş, sərəncamda sənaye təyinatlı torpaq sahələrinin yaşayış məntəqələri torpaqlar kateqoriyasına keçirilməsi barədə Nazirlər Kabinetinin müvafiq sərəncamı olduqdan sonra qüvvəyə minməsi qeyd edilmişdir. Sərəncama ARDNŞ-nin “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin daimi istifadəsində olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 30,0 ha torpaq sahəsinin yerləşmə xəritəsi əlavə edilmişdir. Daha sonra Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli 447 saylı Sərəncamı ilə Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli, 17-9/75 saylı müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 213 saylı sərəncamının A bəndində qismən dəyişiklik edilərək “30.1” ifadəsinin “21.2 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 yanvar 2012-ci il tarixli 9s saylı sərəncamı ilə İddiaçı daimi istifadəsindəki 106.41 ha sənaye təyinatlı torpaq sahəsinin (o cümlədən, Bakı şəhərinin Qaradag rayonunun Lökbatan qəsəbəsində yerləşən “Azneft” İstehsalat Birliyinin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan 30,1 ha...) neft sənayesində çalışan və mənzil növbəsində qeydiyyatda olan işçilərin öz vəsaitləri hesabına kooperativ çoxmərtəbəli çoxmənzilli yaşayış evlərinin tikintisi məqsədi ilə kateqoriyası dəyişdirilərək, yaşayış məntəqələri torpaqları kateqoriyasına keçirilməsi barədə İddiaçı müvafiq orqanlarla razılaşdırılmış təklifi qəbul edilmiş, sərəncam imzalandığı gündən qüvvəyə minmişdir. Lakin iddiaçıya məlum olmuşdur ki, "xxxx" MTKnın daimi istifadəsinə verilməsindən öncə SOCAR-ın “Azneft“ İB-nin Ə.Əmirov adına NQÇİ-nin istifadəsində olmuş sənaye təyinatlı torpaqlar kateqoriyasına aid olan torpaq sahələrindən Qaradağ rayon İcra Hakimiyyəti Başçısının xx.xx.2000-ci il tarixli 892 saylı sərəncamı ilə iş üzrə üçüncü şəxsə fərdi yaşayış evinin tikintisi üçün Lökbatan qəsəbəsindən 600,0 kv.m. torpaq sahəsi ayrılmış, torpaq sahəsi üzrə xüsusi mülkiyyət hüququ qeydiyyata alınmışdır. İddiaçı Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 nömrəli Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına ayrılmış 600,0 kv.m torpaq sahəsinin "xxxx" MTK-nın istifadəsinə verilmiş 30,1 ha torpaq sahəsinə aid olduğunu, həmçinin, torpaq sahəsi vətəndaş A.Rəhimovaya ayrılarkən həmin torpaq sahəsinin kateqoriyasının dəyişdirilmədiyini iddia etsə də, məhkəmə kollegiyası iddiaçının dəlilləri ilə razılaşmır. Belə ki, iş materiallarında olan Bakı şəhər İcra Hakimiyyətinin Başçısının “İddiaçınə dair verilmiş Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.2011-ci il tarixli, 213 saylı sərəncamının A bəndində qismən dəyişiklik edilməsi haqqında” xx.xx.2011-ci il tarixli 447 saylı Sərəncamından görünür ki, Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin xx.xx.2011-ci il tarixli, 17-9/75 saylı müraciəti nəzərə alınaraq Bakı şəhər İcra Hakimiyyətinin xx.xx.2011-ci il tarixli, 213 saylı sərəncamının A bəndində qismən dəyişiklik edilərək “30.1” ifadəsinin “21.2 ha” ifadəsi kimi oxunması qərara alınmışdır. Həmçinin, 8,9 ha torpaq sahəsinin bir hissəsi Qaradağ Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamları fərdi yaşayış evlərinin tikintisi üçün vətəndaşlara ayrılmışdır. Eyni zamanda, mütəxəssis və ekspert rəylərindən də aydın görünür ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi hal-hazırda yaşayış məntəqəsinin torpaqlarına aiddir və sözügedən torpaq sahəsi Bakı şəhər İcra Hakimiyyətinin Başçısının xx.xx.1999-cu il tarixli 678 saylı “Torpaq sahəsinin geri alınması haqqında” Sərəncamına əsasən, Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin istifadəsində olan torpaq sahəsindən geri alınmış 292,7 ha torpaq sahəsinin, həmçinin, Bakı şəhər İcra Hakimiyyəti Başçısı tərəfindən xx.xx.2011-ci il tarixində 213 nömrəli sərəncamı İlə "xxxx" MTK-nın daimi istifadəsinə ayrılmış 30,1 ha torpaq sahəsinin sonradan həmin sərəncamda düzəliş nəticəsində azaldılmış olan 8,9 ha torpaq sahəsi daxilində yerləşir. Qeyd olunan hallara əsaslanaraq məhkəmə kollegiyası iş üzrə araşdırma nəticəsi olaraq qənaətə gəlir ki, Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 sentyabr 2000-ci il tarixli 892 saylı Sərəncamı ilə Rəhimova (İmanova) Arzu Əsədulla qızına fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 600,0 kv.m torpaq sahəsi İddiaçındən geri alınmış torpaq sahəsinin daxilində yerləşdiyi üçün iddiaçının həmin sərəncamı mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır.
NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 38.1, 85.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası QƏRARA ALDİ:
Üçüncü şəxs Rəhimova (İmanova) Arzu Əsədulla qızı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-25/2021 saylı, 17 noyabr 2021-ci il tarixli qərarı ləğv edilsin. İddiaçı Azərbaycan Dövlət Neft Şirkətinin cavabdeh Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinə (Rəhimova (İmanova) Arzu Əsədulla qızı üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməklə) qarşı “Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyətinin xx.xx.2000ci il tarixli, 892 nömrəli sərəncamının etibarsızlığının tanınması” tələbinə dair iddiası mümkün sayılmasın. 23 avqust 2021-ci il tarixli 10/2291 nömrəli və 11 aprel 2023-cü il tarixli 10/226 nömrəli ekspertiza xərclərinə dair bildirişlərə əsasən aparılmış ekspertiza tədqiqatlarının dəyəri olaraq cəmi 100 (yüz) manat məbləğində pul iddiaçı Azərbaycan Dövlət Neft Şirkətindən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülsün. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Kamran Əkbərov Rəşid Səmədov