Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-560/2020 17.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), X24 və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Qasımova Nərgiz Emin qızının katibliyi, Cavabdehin nümayəndəsi X5, 3-cü şəxsin vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxs X25 işə cəlb edilməklə ilkin özəlləşmənin etibarsız hesab edilməsi və yeni özəlləşmənin onun adına aparılması” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-60/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı məhkəmədə iddia qaldıraraq Bakı şəhəri, Nəsimi rayonu (keçmiş Qoqol küçəsi) hal-hazırda Mərdanov Qardaşları küçəsi, ev 5, mənzil 8-in anası X20 tərəfindən özəlləşdirilməsinin etibarsız hesab edilməsi və göstərilən mənzilin iddiaçının adına özəlləşdirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ünvan 1- də ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu halda, onların razılığı olmadan mənzilin mərhum anası X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqda ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, həmin mənzilə dair anasının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin qərardadı ilə ərizə icraata qəbul edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-610/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı ünvan 1-də ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu halda, onun razılığı olmadan mənzilin mərhum anası X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqda ifadə olunan cavabdehin hərəkətləri qanunsuz hesab edilmiş, həmin mənzilə dair anası X8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi qərara alınmışdır. X10 apellyasiya şikayətinə əsasən Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2205/2018 saylı qərardadı ilə X25 3-cü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmiş, onun apellyasiya şikayəti üzrə apellyasiya icraatı mümkün sayılmış, apellyasiya şikayəti qismən təmin edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(81)-610/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş, iş 3-cü şəxsin iştirakı ilə yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir. İddiaçı və onun vəkilinin kassasiya şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-748/2019 saylı qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkməsinin İnzibati- İqtisadi Kollegiyasının xx xxxxxxxx 2018-ci il tarixli, 2-1(103)-2205/2018 saylı qərardadı ləğv edilmiş, iş sonrakı prosessual hərəkətlərin aparılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-60/2019 saylı, xx xxxx 2019-cu il tarixli qərardadı ilə X10 ərizəsi qismən təmin edilmiş və hazırki iş üzrə 3-cü şəxs qismində cəlb edilmiş, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-610/2018 saylı, xx xxxxx 2018-ci il tarixli qərarı ləğv edilmiş və işin icraatı təzələnmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Nəsimi rayonu, (keçmiş Qoqol küçəsi) hal-hazırda Mərdanov Qardaşları küçəsi, ev 5, mənzil 8-də həyat yoldaşı və birgə nigahdan olan oğlu və qızı ilə yaşayır və pasport qeydiyyatındadır. Anası X3 və ailə üzvlərinin xəbəri və razılığı olmadan birgə yaşadıqları evi özəlləşdirmişdir. Bu barədə 2016cı il tarixdə xəbəri olmuş və məhkəməyə iddia ilə müraciət etmişdir. 1-ci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmiş və icraya da yönəlmişdir. Cavabdeh tərəfindən isə qətnamə icra olunmuşdur. xx.xx.2016-cı il tarixdə anası X20 vəfat etmişdir. Vəfat etməmişdən bir müddət əvvəl bacısı X1 yaşadıqları evə pasport qeydiyyatına salmışdır. Bacısı xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Sonradan bacısı qızı X25 tərəfindən apellyasiya şikayəti verilmişdir və Apellyasiya Məhkəməsi tərəfindən xx xxxxxxx 2017-ci il tarixdə apellyasiya şikayəti təmin edilmişdir. İddiaçı Nəsimi Rayon İcra Hakimiyyətinə ərizə ilə müraciət etmiş və Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən xx xxxxxxxx 2017-ci il tarixində 247 №-li sərəncamla mənzil icarə müqaviləsinin iddiaçı ilə bağlanması barədə qərar verilmişdir. İddiaçı qeyd edir ki, göstərilən evi anası xx.xx.1991-ci ildə özəlləşdirmişdir və sonradan köhnə çıxarışı təzə çıxarışla əvəz etmişdir. İddiaçı səhvən təzə çıxarışı məhkəmədə mübahisələndirmişdir. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən sərəncam aldıqdan sonra cavabdehə müraciət etmişdir və ona imtina cavabı verilmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinə dair yazılı izahat və mülahizələr təqdim edərək bildirmişdir ki, işdə olan Nəsimi rayon İK-nin 177№-li, xx.xx.1991-ci il tarixli qərarından görünür ki, X20 BVM dövründə Azərbaycan Respublikası ərazisində işlədiyi üçün, onun tərəfindən tutulan (hazırda iddia predmetinin obyekti olan) mənzilin əvəzsiz mülkiyyətə verilməsi üçün Nəsimi rayon İK-nə müraciət etmişdir. Həmin ərizəyə və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanına əsaslanaraq, qeyd olunan mənzil əvəzsiz olaraq iddiaçının mülkiyyətinə verilməsi qərara alınmışdır. Forma 2 Arayışından görünür ki, hazırda iddia predmetinin obyekti olan mənzilin icarədarı X6muş və 1967-ci ildə rəhmətə getmişdir. Bakı şəhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 247 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamından görünür ki, Bakı şəhəri, Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı yaşayış sahəsi 78,5 kv.metr olan 8 №-li mənzilinin icarə müqaviləsi vətəndaş İddiaçı ilə bağlanması və onun həmin mənzilin icarədarı hesab edilməsi qərara alınmışdır. Eləcə də, həmin Sərəncamda göstərilmişdir ki, Nəsimi rayon, Mərdanov qardaşları küçəsi 5 №-li evin, 4 otaqlı yaşayış sahəsi 78,5 kv.metr olan 8 №-li mənzilinin icarədarı X6muş və xx.xx.1967-ci ildə ölümü ilə əlaqədar qeydiyyatdan çıxarılmışdır. Hal-hazırda həmin mənzildə keçmiş icarədarın oğlu İddiaçı, 5 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, oğlu, qızı, nəvəsi) 1948-ci ildən qeydiyyatda olmaqla yaşayır. Deməli, işin mübahisəsiz halıdır ki, hazırda iddia predmetinin obyekti olan mənzilin əvvəlki icarədarı X6muş və onun ölümündən sonra, yəni 1967-ci il tarixədən 1991ci ilin oktyabr ayınadək mənzilin icarədarı dəyişməmiş, eləcə də həmin mənzildə yaşayan həddi-büluğa çatmış ailə üzvlərindən hər hansı biri tərəfindən müqavilənin dəyişdirilməsi barədə müvafiq dövlət orqanına müraciət edilməmişdir. Yalnız, X20 tərəfindən Nəsimi rayon İK-nə müraciət edilmiş 1991-ci ilin oktyabr ayında mənzilin əvvəlki icarə müqaviləsi dəyişdirilmədən (o cümlədən ləğv və ya xitam) verilmədən və ailə üzvlərinə bildirmədən, həmçinin onların razılığı alınmadan özünü əsassız olaraq mənzilin tək istifadəçisi kimi qələmə verməklə, mənzil üzərində qanunsuz olaraq mülkiyyət hüququnun qeydiyyata alınmasına nail olmuşdur. İşin bu halı ilə bir başa sübut olunur ki, qeyd olunan mənzil üzərində mülkiyyət hüququnun yaranması üçün həmin mənzildə həmin dövrdə qeyliyyatda olan və yaşayan şəxslər müəyyən edilmədən və həmin şəxslərin icazəsi olmadan cavabdeh tərəfindən mülkiyyət hüququnun qeydiyyata alınması hərəkəti həm qanunsuz, həm də əsassız olmuşdur. Belə ki, 1982-ci il tarixdən xx.xx.2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 6-cı maddəsinə əsasən - Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçündür.Həmin Məcəllənin 10-cu maddəsinin 1-ci, 2-ci, 6-cı və 7-ci hissələrinə əsasən Azərbaycan SSR vətəndaşları müəyyən edilmiş qaydada dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahəsi almaq hüququna malikdirlər.Vətəndaşlara dövlət və ya ictimai mənzil fondu evlərində yaşayış sahələri müddətsiz istifadə üçün verilir.Vətəndaşlar yaşayış evlərindən və yaşayış sahələrindən şəxsən varlanmaq, əməksiz gəlir əldə etmək məqsədilə və başqa tamah məqsədləri ilə, habelə cəmiyyətin mənafeyi zərərinə istifadə edə bilməzlər. Mənzil hüquqlarının digər vətəndaşların hüquqlarını pozmaqla həyata keçirilməsinə yol verilmir. Həmin Məcəllənin 28-ci maddəsinin 1-ci hissəsinə əsasən -həmin yaşayış məntəqəsində daimi yaşayan vətəndaşlara yaşayış sahələri, bir qayda olaraq, ailə üçün ayrıca mənzil şəklində verilir. Həmin Məcəllənin 52-ci maddəsinin 2-ci hissəsinə əsasən- dövlət və ya ictimai mənzil fondu evlərində icarə müqaviləsinin predmeti ayrıca mənzil və ya bir, yaxud bir neçə otaqdan ibarət digər ayrıca yaşayış sahəsidir. Həmin Məcəllənin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla birlikdə bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 83-cü maddəsinə əsasən-SSR İttifaqının və müttəfiq respublikaların mənzil qanunvericiliyi Əsaslarında, SSR İttifaqının digər qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulan hallar istisna olmaqla, yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilər.Həmin Məcəllənin 85-ci maddəsinin 1-ci hissəsinə əsasən-İcarədarın ailə üzvü yaşayış sahəsini bundan əvvəl bağlanmış icarə müqaviləsi üzrə ilk icarədar əvəzinə özünün icarədar hesab edilməsini icarədar və onunla yaşayan ailənin həddi-bülluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edə bilər. İcarədar öldükdə, onun ailə üzvlərinin hər birinin belə hüququ vardır. Deməli, həmin dövrdə qüvvədə olan mənzil məcəlləsinin tələbinə görə - "İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olmasının;-yaşayış sahəsinin icarə müqaviləsi yalnız icarədarın, onun ailə üzvlərinin və kirayədarın razılığı ilə dəyişdirilə bilməsinin; icarədar öldükdə, onun ailə üzvlərinin özünün icarədar hesab edilməsi üçün ilk (yəni ölən) icarədarla yaşayan ailənin həddi-bülluğa çatmış qalan üzvlərinin razılığı ilə tələb edilə bilməsinin sübuta ehtiyacı qalmır.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən- Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Adi anlamdan görünür ki, BVM dövründə Azərbaycan Respublikası ərazisində işlədiyinə görə X8 mənzil üzərində imtiyazlı (yəni güzəştlə) hüquq əldə edilməsi üçün ilk növbədə onun dövlət mülkiyyətində olan mənzilə dair icarə müqaviləsinin kimin adına olması, müqavilənin onun adına dəyişdirilib-dəyişdirilməməsi, eləcə də həmin mənzilin icarədarı hesab edilməsi üçün onunla birlikdə həddi-bülluğa çatmış şəxslərin razılıq vermələri araşadırılmamış və ümumiyyətlə göstərilən məsələlərin həlli üçün cavabdeh tərəfindən qanunamüvafiq hərəkətlər edilməmişdir. Göründüyü kimi, mübahisələndirilən mənzil üzərində icarədar kimi hüququ yaranmamış şəxsin imtiyaz hüququ əsasında cavabdeh tərəfindən qanunsuz olaraq qeydiyyat aparılmışdır. Bundan başqa, xx.xx.1991-ci il tarixli «Azərbaycan Respublikasında mülkiyyət haqqında» Azərbaycan Respublikasının Qanunun 1-ci maddəsinə əsasən- Azərbaycan Respublikasında mülkiyyət, hüququ Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada və şərtlərlə yaranır. Həmin Qanunun 21-ci maddəsinin 4-cü hissəsinə əsasən Yerli xalq deputatları Sovetlərinin dövlət, ictimai və mənzil fondunun evində mənzil kirayə edən şəxs və onun ailə üzvləri müvafiq mənzili, evi almaq yolu ilə və ya Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının qanunvericiliyində nəzərdə tutulan başqa əsaslarla mülkiyyət kimi əldə etmək ixtiyarına malikdirlər. "Dövlət və ictimai mənzil fondu evlərindəki mənzillərin vətəndaşların şəxsi mülkiyyətinə satılması haqqında" Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 6 yanvar tarixli 12 nömrəli qəraqına əsasən-yaşayış sahəsinin icarə müqaviləsi əsasında icarədarın və oununla birlikdə yaşayan ailə üzvlərinin razılığı ilə satın alına bilər. X30 Məhkəməsi tərəfindən ifadə edilmişdir ki, Centros Ltd. Erhvervs-og Selskabsstyrelsen qarşı iş üzrə Məhkəmənin x xxxx 1999-cu il tarixli qərarında Roman-alman hüquq sistemi olan Üzv Dövlətlərin qanunvericilik təcrübəsi nəzərə alınmaqla göstərilmişdir ki, şəxs ona verilən hüququ qanunverici tərəfindən bu hüquq verilərkən nəzərdə tutulan məqsədə zidd olaraq başqalarına zərər vurmaqla qeyri-bərabər fayda əldə etmək üçün ağlabatmayan tərzdə həyata keçirirsə o, bu hüququndan sui-istifadə etmiş olur. Bu mənada həyata keçirilən səlahiyyətlərə qoyulmuş məhdudiyyətin ölçüsü olan hüquqdan sui-istifadənin qadağan olunmasının ümumi prinsipi mütənasiblik (tarazlıq) prinsipi ilə oxşar cəhətlərə malikdir. Odur ki, hazırkı işin həqiqi halları ilə birmənalı şəkildə sübut olunur ki, hazırda mübahisələndirilən mənzilin əvvəlki icarədarı ölmüş, onunla bağlanmış icarə müqaviləsi dəyişdirilmədən X20 heç bir əsas olmadan (yəni icarə müqaviləsi və onunla birlikdə yaşayan həddi-bülluğa çatmış ailə üzvlərinin razılığı alınmadan) özünü icarədar kimi, o cümlədən mənzilin tək istifadəçisi kimi qələmə vermiş (yəni hüquqdan suiistifadə etmiş), cavabdeh isə bütün bunları araşdırmaq və qanunamüvafiq tədbirlər görmək əvəzinə, əksinə qanunsuz hərəkətlərə yol verməklə mənzil üzərində əsassız qeydiyyat aparmış və nəticədə iddiaçının əmlak hüquqlarını qanunsuz olaraq məhdudlaşdırmışdır. İddia ərizəsində göstərilənləri də nəzərə alaraq, Bakı şəhəri, Nəsimi rayon, Mərdanov qardaşları küçəsi ev 5, mənzil 8-də ailə üzvləri ilə birlikdə qeydiyyatda olduğu halda, onların razılığı olmadan mənzilin mərhum anası X8 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqda ifadə olunan cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməklə, həmin mənzilə dair anasının adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-60/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-60/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmiş, əlavə olaraq qeyd edilmişdir ki, iş materiallarında olan-Bakı səhər Nəsimi rayon İcra Hakimiyyəti Başçısının 247 saylı, xx.xx.2017-ci il tarixli Sərəncamınavə xx.xx.1947-ci il, 11467№-li və xx.xx.1958ci il tarixli, 02349№-li Orderlərəümumiyyətlə hüquqi qiymət verilməmiş və onun məhkəmə tərəfindən nə üçün qəbul edilmədiyi səbəbi qətnamədə açıqlanmamışdır. Həmçinin Nəsimi rayon İK-nin 17\7№-li, xx.xx.1991-ci il tarixli qərarı da məhkəmə tərəfindən tam araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi İ.Xanməmmədli, 3-cü şəxsin vəkli Vəkil apellyasiya şikayətini qəbul etməyərək, təmin edilməməsini xahiş etmişlər. İş üzrə iddiaçıya məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (subutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Belə ki, birinci instansiya məhkəməsinin sorğusu əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsindən xx.xx.2018-ci il tarixli, **********41 saylı məktubla məhkəməyə göndərilmiş mübahisəli ünvanda yerləşən daşınmaz əmlakla bağlı aparılmış qeydiyyat materiallarından aydın olur ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsi 79,9 kv.metr, ümumi sahəsi 114 kv.mdən ibarət 4 otaqlı mənzilin əvəzsiz olaraq X9 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. Bununla bağlı xx.xx.1991-ci il tarixdə mənzilin əvəzsiz verilməsi barədə müqavilə bağlanmışdır. Mənzil xx.xx.2015-ci il tarixdə iddiaçının adına mülkiyyət hüququ üzrə qeydə alınmış və RX seriyalı ******* saylı çıxarış verilmişdir. İşdə olan məhkəmə qərarlarından görünür ki, iddiaçılar İddiaçı, X17, X11 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə, üçüncü şəxs X4rşı iddia ərizəsi ilə Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə əvvəllər müraciət edərək, RX seriyalı ******* saylı çıxarışın ləğv edilməsini xahiş etmişlər. Məhkəmənin xx.xx.2016-cı il tarixli 2-1(81)-1740/2016 saylı qərarı ilə iddia təmin edilmişdir. Sonradan həmin qərardan X25 şikayət vermiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1888/2017 saylı xx.xx.2017-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilmiş, qərar ləğv edilmiş və iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd edilən mövqeyini çıxarışın köhnə – Azərbaycan SSR BTİ və MHQİ tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi əsasında verildiyi halda, qeydiyyat vəsiqəsinin deyil, sonuncu çıxarışın mübahisələndirilməsinin əsassız olması ilə əsaslandırmışdır. İş materiallarında olan Bakı şəhəri Nəsimi rayon X28 Sovetinin 17/7 saylı xx xxxxxxx 1991-ci il tarixli qərarının surətindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin xx xxx 1991-ci il tarixli Fərmanına əsasən ünvan 2 mənzil 8 ünvanda yerləşən yaşayış sahəsi 79,9 kv.metr, ümumi sahəsi 114 kv.m-dən ibarət 4 otaqlı, dəyəri 30595 rubl olan mənzilin əvəzsiz olaraq X8 şəxsi mülkiyyətinə verilməsi qərara alınmışdır. İş materallarında olan Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisində xx xxxxxx 1991-ci il tarixdə, D-14-3956 reyestr nömrəsi ilə təsdiq edilmiş xx xxxxxx 1991-ci il tarixli mənzilin əvəzsiz verilməsi haqqında müqavilənin surətindən görünür ki, ünvan 3 mənzil 8 ünvanda yerləşən yaşayış sahəsi 79,9 kv.metr, ümumi sahəsi 114 kv.m-dən ibarət 4 otaqlı mənzil X14 verilmişdir. İş materiallarından görünür ki, X20 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən ünvan 4 mənzil 8 ünvanda yerləşən mənzilə 30/199 inventar nömrəsi ilə qeydə alınan xx xxxxxx 2006-cı il tarixli texniki pasport əldə etmişdir. İş materiallarında olan Nəsimi RİH MKTB-in 48 saylı MKİS-in 183 saylı xx.xx.2018-ci il tarixli arayışından görünür ki, İddiaçı, X21, X12, X18, X13 ünvan 5 mənzil 8 ünvanda yerləşən yaşayış sahəsi 79,9 kv.m olan mənzildə qeydiyyatdadırlar. İşdə olan 48 saylı Mənzil-X34 tərəfindən xx.xx.2019-cu il tarixdə təsdiq edilmiş Bakı şəhəri, Mərdanov Qardaşları küçəsi (keçmiş Qoqol) ev 5 sakinləri X19, X26, Səlim-zadə Elmira Salman qızı öz imzaları ilə təsdiq edirlər ki, 1951-ci il təvəlüdlü X7 həqiqətən 1984cüildə ailə həyatı qurduqdan sonra yuxarıda qeyd olunan ünvanın 8 nömrəli mənzilində yaşamamışdır. İş materiallarında olan birinci instansiya məhkəməsinin sorğusu əsasında təqdim edilmiş Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 458 saylı 20.10 2005-ci il tarixli Sərəncamının surətindən görünür ki, Bakı şəhəri, Mərdanov Qardaşları (Qoqol) küçəsində yerləşən yaşayış sahəsi 79,8 kv.metr, ümumi sahəsi 155,3 kv.m olan 4 otaqlı mənzilin sakini olan X14 verilmiş ərizə təmin edilmiş və mənzilin yaşayış sahəsi dəqiqləşdirilərək yaşayış sahəsi 79,8 kv.m ümumi sahəsi 155,3 kv.m və 4 otaqlı olmasına dair rəy təsdiq olunmuşdur. Hazırda İddiaçı Azərbaycan SSR BTİ və MHQİ tərəfindən xx.xx.1991-ci il tarixdə verilmiş qeydiyyat vəsiqəsi ilə bağlı X8 adına daşınmaz əmlakın dövlət reyestrində aparılmış ilkin qeydiyyatın ləğv edilməsini tələb etmiş və tələbini qeydiyyat aparılan dövrdə onun (İddiaçı) razılığının alınmaması ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsi iddianı rədd edərkən hesab etmişdir ki, müəyyən güzəştləri olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında əvəzsiz mülkiyyət hüquqları verilmiş, həmin hüquqlar qərarın ünvanlandığı, yönəldiyi şəxsə aid olduğundan həmin mənzil üzərində hüquqlar qeydiyyata alınan zaman mənzildə yaşayan ailənin digər üzvlərinin razılığının alınması nəzərdə tutulmurdu. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün işin faktiki hallarını aydınlaşdırmış, sübutlara düzgün qiymət vermiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş və qərarda göstərilən nəticələr işin hallarına uyğundur. Belə ki, mübahisəli mənzilin ilkin özəlləşməsi Bakışəhəri Nəsimi rayon Xalq Deputatlarıİcra Sovetinin 17/7 saylı xx xxxxxxx 1991-ci il tarixli qərarına və Bakı şəhəri 13 saylı Dövlət Notariat Ofisində xx xxxxxx 1991-ci il tarixdə, D-14-3956 reyestr nömrəsi ilə təsdiq edilmiş xx xxxxxx 1991-ci il tarixli mənzilin əvəzsiz verilməsi haqqında müqaviləyə əsasən olmuşdur. Dəyəri 30595 rubl olan mənzil X.Quliyevaya Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanına əsasən şəxsi mülkiyyət hüquqlarıəsasında verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanı ilə isə Böyük Vətən Müharibəsi illərində Azərbaycan Respublikası ərazisində yerləşən idarə və müəssisələrdə işləmiş vətəndaşlara icazə verilmişdir ki, tutduqları mənzilləri əvəzsiz şəxsi mülkiyyət hüquqları əsasında əldə etsinlər. xx xxxxxxx 1991-ci il tarixli Nəsimi rayon X22 İcraiyyə Komitəsinin qərarı ilə vətəndaş X.X15, BTİ-də və RMKİ-də müəyyən edilmiş qaydalara uyğun bağışlama müqaviləsini qeydiyyat vərəqəsinin qeydiyyatının aparılması və pasportun qeydiyyata alınması öhdəliyi qoyulmuşdur. Eləcə də, Nəsimi rayon X22 İcraiyyə Komitəsinə Rayon Soveti ilə X.Quliyeva arasında mənzilin əvəzsiz verilməsinə dair xx.xx.1991-ci il tarixli müqavilə bağlanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanında xüsusi güzəştləri olan şəxslərə, yəni Böyük Vətən Müharibəsi illərində Azərbaycan Respublikası ərazisində yerləşən idarə və müəssisələrdə işləmiş vətəndaşlara əvəzsiz şəxsi mülkiyyət hüquqları əsasında mənzil verilməsi nəzərdə tutulmuş və Azərbaycan Respublikası Prezidentinin xx.xx.1991-ci il tarixli Fərmanı verilən zaman özəlləşdirmənin başqa qaydaları yox idi. Məhz xx xxxxxx 1993-cü il tarixdə Azərbaycan Respublikası Prezidenti tərəfindən qəbul edilmiş “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş qaydada mənzili özəlləşdirdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş şəxslərin razılıqları tələb olunurdu. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. X29 Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə xx xxx 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X23 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, müəyyən güzəştləri olan şəxs kimi X14 Azərbaycan Respublikası Prezidentinin Fərmanı əsasında əvəzsiz mülkiyyət hüquqları verildiyindən, həmin hüquqlar qərarın ünvanlandığı, yönəldiyi şəxsə aid olduğundan həmin mənzil üzərində hüquqlar qeydiyyata alınan zaman mənzildə yaşayan ailənin digər üzvlərinin razılığının alınması nəzərdə tutulmurdu. Beləliklə, kollegiya hesab edir ki, iddiaçı apellyasiya şikayəti təmin edilməməli və 1saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-60/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayətləri təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-60/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Hakimlər: Düzdür: Sədrlik edən:H.Ü.Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-560/2020
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-560/2020
17.07.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver