Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-560/2022 28.06.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Həmidov Həmid Üzeyir oğlu və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə; Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi X1 və cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı (xx.xx.1954-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-410/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 29 noyabr 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilədək Çap Dövlət Komitəsində kuryer, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək X3 müxtəlif vəzifələrdə işlədiyi dövrün, 1974- 1976-cı illər ərzində müddətli həqiqi hərbi xidmətdə olduğu dövrün, xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək X3 işlədiyi dövrün, xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikində, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək təkrar Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikində işlədiyi dövrün, xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək avtoparkda işlədiyi dövrün, xx.xx.1982-ci ildən xx.xx.2002-ci ilədək Səhiyyə Nazirliyinin stomatoloji poliklinikasında diş texniki vəzifəsində işlədiyi dövrlərin sosial sığorta stajı kimi nəzərə almaqla, ona xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx xxxxxxx 1954-cü ildə anadan olmuşdur. xx.xx.1972-ci ildən xx.xx.1972-ci ilədək Çap Dövlət Komitəsində kuryer, xx.xx.1972-ci ildən xx.xx.1974-cü ilədək X3 müxtəlif vəzifələrdə işləmişdir. Daha sonra 2 il hərbi xidmət keçdikdən sonra (1974-1976-cı illər) xx.xx.1977-ci ildən xx.xx.1977-ci ilədək X3 əmək fəaliyyətini davam etdirmişdir. xx.xx.1978-ci ildən xx.xx.1978-ci ilədək Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikasında, xx.xx.1978-ci ildən xx.xx.1979-cu ilədək təkrar Yüngül Sənaye Nazirliyinin tabeliyində dəri fabrikasında yenidən iş fəaliyyətini davam etmişdir. xx.xx.1979-cu ildən xx.xx.1980-ci ilədək avtoparkda işləmişdir. xx.xx.1982-ci ildən xx.xx.2002-ci ilədək Səhiyyə Nazirliyinin stomatoloji poliklinikasında diş texniki vəzifəsində işləmişdir. Beləliklə, ümumi iş stajı 26 ildən çoxdur (hərbi xidmətlə birlikdə). O, yaşa görə əmək pensiyası almaq üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon Şöbəsinə müraciət etmişdir. Müraciətinə öz əmək kitabçasını da əlavə etmişdir. Əmək kitabçasında qanunvericiliyin tələblərinə əsasən rəsmi iş yerləri qeyd edilib. Pensiya təyin edilməsi ilə bağlı müraciətinə yazılı cavab verilməmişdir. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Onun həmin illərdə işləməyi barədə məlumat arxiv arayışlarında qeyd edilmişdir və cavabdeh tərəf arxiv arayışları əsasında onun həmin illərdə iş stajının hesablanması barədə tədbirlər görməli idi. Əmək kitabçası onun qeyd edilən illərdə işləməyini təsdiq edir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi xahiş edilmişdir. xx.xx.2021-ci il tarixdə İddiaçı tərəfindən iş üzrə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsinin əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilməsi barədə ərizə daxil olmuşdur. Bakı İnzibati Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2-1(112)-410/2021 saylı qərardadı ilə iş üzrə əsl olmayan cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xətai rayon şöbəsi əsl cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-410/2021 nömrəli qərarı ilə (hakim A.Oruczadə) iddia təmin edilmiş, İddiaçı xx.xx.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi və ödənilməmiş pensiya məbləğinin ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərinin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı 05 oktyabr 1955-ci ildə (mətnə uyğun) anadan olmuşdur. Onun yaşa görə əmək pensiyası almaq hüququ “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq 63 il 06 ayda - 05 aprel 2018-ci il tarixdə yaranmışdır. Lakin yuxarıda qeyd olunan maddənin müddəalarına müvafiq olaraq iddiaçının həmin tarixə azı 25 il sosial sığorta stajının, yaxud fərdi hesabında 28800 manat pensiya kapitalının olması öz əksini tapmamışdır. Həmçinin mübahisələndirilən 1982-2002-ci il tarixləri ilə bağlı arxivə sənədlər təhvil verilməmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Əlavə olaraq, iddiaçının, qardaşının hazırda həqiqətən ABŞ-nın Nyu-York şəhərində olduğunu, ağır onkoloji xəstə olduğundan orada müalicə aldığını, məhkəmə iclası barədə məlumatı olduğunu bildirdi. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, İddiaçı da məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmışdır. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2- 1(112)-410/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan: - - Xətai RPİ tərəfindən xx.xx.2006-cı il tarixdə verilmiş AZE seriyalı 0******* №li şəxsiyyət vəsiqəsinin notarial təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı xx.xx.1954-cü il tarixdə ünvan 2 ünvanda qeydiyyatdadır. - NZ seriyalı ******* saylı hərbi biletin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı 13 noyabr 1974-cü ildən 18 noyabr 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. - İddiaçıya məxsus 05 mart 1972-ci il və 25 dekabr 1982-ci il tarixli əmək kitabçalarının notarial qaydada təsdiqlənmiş (tərcümə olunmuş) surətindən müəyyən olunur ki, İddiaçı - xx.xx.1972-ci ildə Azərbaycan SSR Nazirlər Kabinetinin Mətbuat üzrə Dövlət Komitəsinə kuryer vəzifəsinə təyin edilmiş (Əmr № 44 xx.xx.1972-ci il), xx.xx.1972-ci ildə ərizəsi əsasında öz xahişi ilə işdən azad edilmiş (Əmr № 150 xx.xx.1972-ci il), xx.xx.1972-ci ildə “Qızıl Şərq” Nəşriyyatı Yığım sexinə monotip maşınında tökməçi şagirdi kimi qəbul edilmiş (Əmr 201 27.10.72-ci il), xx.xx.1972-ci ildə Monotip maşınlarının 1-ci dərəcəli tökməçisi keçirilmiş (Əmr 252 30.12.72-ci il) xx.xx.1973-cü ildə MO-5 üzrə 3-cü dərəcəli tökməçi keçirilmiş (Əmr № 47 30.03.73-cü il), xx.xx.1973-cü ildə 4-cü dərəcəli tökməçi keçirilmiş (Əmr № 128 24.07.73-cü il), xx.xx.1974-cü ildə 5-ci dərəcəli tökməçi keçirilmiş (Əmr № 22 5.02.74-cü il), xx.xx.1974-cü ildə Sovet Ordusu sıralarına hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad edilmiş (Əmr № 196 12.11.74-cü il), xx.xx.1977-ci ildə “Qızıl Şərq” Nəşriyyatı Yığma sexinə monotipdə 5-ci dərəcə üzrə tökməçi işinə qəbul edilmiş (Əmr № 13 xx.xx.1977-ci il), xx.xx.1977-ci ildə Azərbaycan SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz istəyi ilə işdən azad edilmiş (Əmr № 143 xx.xx.1977-ci il), xx.xx.1978-ci ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Sərraciyyəgönqalantereya fabriki transporterçi işinə qəbul edilmiş (Əmr № 45 xx.xx.1978ci il), xx.xx.1978-ci ildə öz xahişi ilə işdən azad edilmiş (Əmr № 152 09.08.78-ci il), xx.xx.1978-ci ildə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Sərraciyyəgönqalantereya fabriki transporterçi işinə qəbul edilmiş (Əmr № 175 05.09.78-ci il), xx.xx.1979-cu ildə Azərb. SSR ƏM-nin 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş (Əmr № 103 21.06.79-cu il), xx.xx.1979-cu ildə ŞSP Avtoparkı yuyucu vəzifəsinə qəbul edilmiş (Əmr (sər.) № 90 12.11.79-cu il), xx.xx.1980-ci ildə Azərb.SSR ƏM-nin 37-ci maddəsinə əsasən (öz xahişi ilə) işdən azad edilmiş (Əmr № 68/лс 02.07.80-ci il) xx.xx.1982-ci ildə Azərbaycan SSR SN-nin təsərrüfat hesablı stomatoloji poliklinikası Diş texniki vəzifəsinə qəbul edilmiş (Əmr № 118 20.12.82-ci il), xx.xx.2002-ci ildə öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir (Əmr № 01 xx.xx.2002-ci il). - Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı Filialının 7 aprel 2021-ci il tarixli BA-01293-2021 saylı məktubda göstərilmişdir ki, Azərbaycan SSR SN-nin təsərrüfat hesablı stomatoloji poliklinikasının arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Azərbaycan Tibb Universiteti Tədris Stomatoloji Klinikasının 27 aprel 2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Səhiyyə Nazirliyinin Təsərrüfat hesablı stomatoloji poliklinikası ləğv olunandan sonra arxiv sənədlər təhvil verilməmişdir. Beləliklə, göstərilən tarixlərə aid heç bir arxiv sənədi müəyyən edilməyib. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Sərhəd Nəzarəti İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2021-ci il tarixli, 33/1319 №-li İddiaçı İAMAS baza məlumatlarına əsasən: xx.xx.2019-cu il- Çıxış ABŞ. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 11 dekabr 2017-ci il tarixli, 17 saylı qərarı ilə təsdiq edilmiş, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündə başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının” 3-cü bəndində aşağıdakılar nəzərdə tutulmuşdur: sığorta olunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Sonuncu müddəadan göründüyü kimi, cavabdehin qəbul etdiyi normativ aktda stajın iki hissədən ibarət olduğu müəyyən edilmişdir: 01 yanvar 2006-cı il tarixinə qədər ümumi iş stajı, həmin tarixdən sonra isə - sosial sığorta stajı. “Ümumi iş stajı” anlayışı ilə bağlı 01 yanvar 2006-cı il tarixədək qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununda aşağıdakılar müəyyən olunmuşdur: - 67-ci maddəsinə əsasən, mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. - 67-ci maddəsinin 3-cü bəndinin “v” yarımbəndinə əsasən iş stajına bunlardan başqa hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidentin mühafizə orqanlarında xidmət müddəti də daxil edilir. - 69-cu maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işçinin peşəsi ( vəzifəsi), işdən çıxarılmanın əsası, günü ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş (qərar hazırda qüvvədən düşmüşdür) "Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə"nin 1-ci bəndinə görə əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər ( konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra mətndə - Qanun) 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin, hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Məhkəmə kollegiyası qeyd edir ki, istər indiki dövr qanunvericiliyi, istərsə də həmin dövr qüvvədə olmuş qanunvericilik əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, arayışları əmək stajını təsdiq edən sənəd kimi qəbul etmişdir. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Kollegiyasının 21 noyabr 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə-Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür (3.1-ci bənd); Qanunun qüvvəyə mindiyi günədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçasına əsasən müəyyən edilir (3.1.1-ci bənd); Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur və “Sığortaolunanın fərdi uçot məlumatları əsasında sosial sığorta stajı və pensiya kapitalı barədə arayış” müvafiq formada təsdiq olunur (3.1.2-ci bənd). Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı xx.xx.1972-xx.xx.1972-ci il tarixlərdə Azərbaycan SSR Nazirlər Kabinetinin Mətbuat üzrə Dövlət Komitəsində, xx.xx.1972-xx.xx.1974-cü illərdə “Qızıl Şərq” Nəşriyyatı Yığım sexində işləmiş, xx.xx.1974-xx.xx.1976-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1977-xx.xx.1977-ci illərdə “Qızıl Şərq” Nəşriyyatı Yığma sexində, xx.xx.1978-xx.xx.1978-ci illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Sərraciyyə-gönqalantereya fabrikində, xx.xx.1978-xx.xx.1979cü illərdə Azərbaycan SSR Yüngül Sənaye Nazirliyinin Sərraciyyə-gönqalantereya fabrikində, xx.xx.1979-xx.xx.1980-ci illərdə ŞSP Avtoparkında və xx.xx.1982-xx.xx.2002ci illərdə Azərbaycan SSR SN-nin təsərrüfat hesablı stomatoloji poliklinikasında işləmişdir. Beləliklə, iddiaçının əmək kitabçasına görə iş stajı 24 (iyirmi dörd) il 2 (iki) ay 22 (iyirmi iki) gün təşkil edir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı hərbi xidmət (2 il 5 gün) dövrü nəzərə alınmaqla xx.xx.2006-cı il tarixə qədər 25 (iyirmi beş) ildən artıq iş stajı olmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə 63 yaş 6 ayı tamam olmaqla qanunla tələb olunan 25 il sığorta stajını toplamışdır. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlili olan iddiaçının fərdi hesabın sığorta hissəsində pensiya kapitalının olmaması ilə bağlı qeyd edir ki, iddiaçı pensiyaya çıxmaq hüququnu 2006-cı il tarixdən sonra əldə etsə də, ümumi iş stajının sığorta stajına daxil edilməsi ilə bağlı hüquqlarını işlədiyi dövrdə qanunvericiliklə nəzərdə tutulmuş qaydada əldə etmişdir. Bu hüquq onun qazanılmış hüququ olduğundan, cavabdehin istinad etdiyi maddi hüquq norması hazırkı mübahisəyə tətbiq oluna bilməz. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Sözügedən normaya əsasən iddiaçıya yaşa görə əmək pensiyası təyin edilə bilər. Bunun üçün isə Qanunda göstərilmiş iki şərtdən biri mövcud olmalıdır – 1) fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, 2) azı 25 il sığorta stajı olduqda. İddiaçı onun barəsində ikinci halın mövcudluğundan çıxış etməklə, yəni 25 il sığorta stajına malik olduğunu nəzərə almaqla yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının tələbi əsaslı olduğundan və cavabdehin apellyasiya şikayətinin dəlili qərarın ləğvi üçün əsas təşkil etmir.. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-410/2021 nömrəli qərarı əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti isə əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qəraraaldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 09 sentyabr 2021-ci il tarixli, 2-1(112)-410/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-560/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-560/2022
28.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver