Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-562/2023 09.02.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)- 1660/2022 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı xx.xx.2021-ci il tarixdə cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********7483 saylı və xx.xx.2021-ci il tarixli **********7481 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarlarının ləğv edilməsinə dair müvafiq qərar qəbul edilməsini xahiş etmişdir İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının fəaliyyət göstərdiyi ünvan 1 ünvanında yerləşən ona məxsus “EXTRA CLUB” adlı müəssisədə keçirilən operativ vergi yoxlaması zamanı pandemiya dövrü ilə əlaqədar koronavirus infeksiyasının yayılmasının qarşının alınması səbəbi ilə maska yoxlanışı zamanı müəssisədə olan müştərilərdən məcburi şəkildə şəxsiyyət vəsiqələri alınmış və daha sonra həmin müştərilərin obyektin işçiləri olduqları bildirilərək əmək müqavilələrinin mövcud olmaması səbəbi ilə akt tərtib edilmiş və həmin müştərilərin adları aktda qeyd edilmişdir. Operativ vergi nəzarəti keçirilən zaman obyektdə olan müştərilər özlərinin obyektlə heç bir əlaqələrinin olmadığını, müştəri olduqlarını bildirsələr də, vergi orqanının əməkdaşları deyilənlərə məhəl qoymamış və akt tərtib etmişlər. Bununla bağlı şikayət məktubları ilə müraciət edilmiş, həmin müraciətlərə qoşma olaraq aktda adı keçən müştərilər tərəfindən tərtib edilən ərizələrin surətləri də əlavə edilmişdir. Bakı İnzibati Məhkəməsinin 08 iyul 2022-ci il tarixli, 2-1(112)-1660/2022 saylı qərarı ilə iddia rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti məhkəmənin icraatına qəbul olunmuş və inzibati iş apellyasiya şikayətinə baxılması üçün məhkəmə baxışına təyin olunmuşdur. İddiaçı yazılı ərizə ünvanlayaraq iddiadan imtina etdiyini bildirmiş və iş üzrə icraata xitam verilməsini və bu barədə qərardad çıxarılmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi elektron kabinet vasitəsilə ərizə təqdim edərək, iddiadan imtina edilməsinə və iş üzrə icraata xitam verilməsinə etiraz etmədiklərini bildirmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddadan imtinası qəbul edilərək iş üzrə icraata xitam verilməlidir. Qeyd olunmalıdır ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Həmin Məcəllənin 15.2-ci maddəsində qanunverici inzibati məhkəmə icraatında tərəflərə mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdırmaq imkanı yaratmışdır. Həmin Məcəllənin 55-ci maddəsində iddiaçının iddiadan imtina etmək hüququ və onun hüquqi nəticələri təsbit edilmişdir: 55.1. Məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. 55.2. Şifahi məhkəmə baxışında tərəflərin çıxışlarından sonra iddiadan imtina edilməsinə yalnız cavabdehin razılığı ilə yol verilir. 55.4. İddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. 55.5. İddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddiadan imtinası qəbul edilməli, iş üzrə icraata xitam verilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, iddiaçı iddiadan imtina etdiyindən iddiaçının apellyasiya şikayətinin dəlillərinə qiymət verilməsi zərurəti aradan qalxmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5, 80 və 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: İddiaçının iddiadan imtinası qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2-1(103)-562/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-562/2023
09.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver