Məhkəmə qərarları › İş №2-1(103)-562/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-562/2025

09.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-562/2025 09.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X2 və X4 ibarət tərkibdə, Alıcanlı-Yusifli Sevinc Mahir qızının katibliyi ilə, İddiaçının vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3023/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 09 aprel 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı xx.xx.1962-ci il təvəllüdlüdür. İddiaçı dair H3 seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdən görünür ki, Lerik Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilərək xx.xx.1981ci il tarixdə hərbi xidmətə qəbul edilmiş və xx.xx.1983- cü il tarixədək Sovet Ordu sıralarında xidmət etmişdir. İddiaçı dair ИТ-İ seriyalı ******* saylı xx.xx.1983-cü il tarixli əmək kitabçasından görünür ki, ETK-1 qəbul olunmamışdan öncə əmək stajı olmamışdır. xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Sovet Ordu sıralarında xidmət etmişdir. xx.xx.1983-cü il tarixdə xx.xx.1983-cü il tarixli 566 saylı əmrə əsasən Bakı Baş Tikinti İdarəsinin İTQB-nin 1 saylı ev-tikinti kombinatının quraşdırma sahəsinə birinci dərəcəli işçi kimi qəbul edilmişdir. xx.xx.1984-cü il tarixdə 88 saylı xx.xx.1984-cü il tarixli əmrə əsasən dəmir-beton qurğuların ikinci dərəcəli montajçısı (quraşdırıcısı) vəzifəsinə keçirilmişdir. xx.xx.1984-cü il tarixdə 679 saylı xx.xx.1984-cü il tarixli dəmirbeton qurğuların üçüncü dərəcəli montajçısı (quraşdırıcısı) vəzifəsinə keçirilmişdir. xx.xx.1986-cı il tarixdə 383 saylı xx.xx.1986-cı il tarixli əmrə əsasən dəmir-beton qurğuların dördüncü dərəcəli montajçısı (quraşdırıcısı) dərəcəsi verilmişdir. 548 saylı xx.xx.1987-ci il tarixli əmrə əsasən X7 Partiyası Mərkəzi Komitəsinin və SSRİ Nazirlər Sovetinin və X1 Mərkəzi Şurasının xx.xx.1886-cı il tarixli 1115 nömrəli qətnaməsinə əsasən tikintidə yenidən tarifləşdirmədən keçmişdir. xx.xx.1987-ci il tarixdən dəmir-beton qurğuların üçüncü dərəcəli montajçısı (quraşdırıcısı) ixtisası təyin edilmişdir. xx.xx.1988-ci il tarixdə 545 saylı xx.xx.1988-ci il tarixli əmrə əsasən dəmir-beton qurğuların dördüncü dərəcəli montajçısı (quraşdırıcısı) dərəcəsinə bərpa olunmuşdur. xx.xx.2002-ci il tarixdə öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir. xx.xx.2005-ci il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə dördüncü dərəcəli suvaqçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2007-ci il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “a” maddəsi üzrə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.2008-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə beşinci dərəcəli suvaqçı peşəsinə işə qəbul edilmişdir. xx.xx.2011-ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilmiş 01/02 saylı xx.xx.2022-ci il tarixli aydınlaşdırıcı arayışa əsasən “BBTİ"-nin 1 saylı evtikmə kombinatında 19 oktyabr 1983-cü il tarixdən quraşdırma sahəsinə 1-ci dərəcəli fəhlə kimi işə qəbul edilmişdir (Əmr № 566. xx.xx.1983 il). 01 fevral 1984-cü il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə 2-ci dərəcəli quraşdırıcı keçirilmişdir (Əmr № 88. xx.xx.1984 il). 01 sentyabr 1984-cü il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı keçirilmişdir (Əmr M-679. xx.xx.1984 il). 01 iyun 1986-cı il tarixdən quraşdırma sahəsində dəmir-beton konsruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı keçirilmişdir (Əmr № 383.xx.xx.1986 il). 01 iyul 1987-ci il tarixdən quraşdırma sahəsində dəmir-beton konsruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı keçirilmişdir (Əmr № 375. xx.xx.1987-ci il). 01 sentyabr 1987-cı il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə 3-cü dərəcəli quraşdırıcı keçirilmişdir (Əmr № 548. xx.xx.1987-ci il). 01 avqust 1988-ci il tarixdən quraşdırma sahəsində dəmir-beton konstruksiyaları üzrə 4-cü dərəcəli quraşdırıcı keçirilmişdir (Əmr № 545. xx.xx.1988-ci il). 15 aprel 2002-ci il tarixdən öz xahişi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən işdən azad edilmişdir (Əmr № 21 к. xx.xx.2002-ci il). Göstərilən dövrdə İddiaçı quraşdırma sahəsində dəmir - beton konstruksiyaları üzrə quraşdırıcı işləməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-cı il tarixli 12 №-İi qərarı təsdiq edilmiş güzəştli siyahının 29-cu bina qurğu və digər obyektlərin inşası, texnik təchizatı, bərpası və təmiri üzrə polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndində öz əksini tapmışdır. Əsas: 1-2 şəxsi kartoçkası. 1 saylı evtikmə kombinatı xx.xx.2005-ci il tarixdən "Bakı İnşaat-1” Açıq Səhmdar Cəmiyyətinə çevrilmişdir. İddiaçı ümumi stajına dair tərtib edilmiş müvafiq cədvəldən görünür: Hərbi xidmət xx.xx.1981-xx.xx.1983-ci il (2il, 1 ay, 8 gün), “BBTİ”-nin 1 saylı evtikmə kombinatı (quraşdırıcı) xx.xx.1983-xx.xx.2002-ci il (18 il, 5 ay, 27 gün), "xxxx" ASC (suvaqçı) xx.xx.2005-xx.xx.2007-ci illər (2 il, 1 ay, 28 gün), "xxxx" MMC (suvaqçı) xx.xx.2008xx.xx.2011-ci il tarix 3 il 10 ay 29 gün. İddiaçı ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdeh inzibati orqana bir neçə dəfə müraciət etmiş, lakin sonuncu tərəfindən onun tələbinin təmin edilməsindən ayrı-ayrı imtina məktubları ilə imtina edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış **********5 saylı xx.xx.2022-ci il tarixli məktubda bildirilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunması üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 11 dekabr 2017-ci il tarixli 17 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növdən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin (“Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”) tələblərinə uyğun qaydada tərəfindən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala müvafiq sənədlərin təqdim edilməsi zəruridir: şəxsiyyət vəsiqəsinin surəti ümumi iş stajını təsdiq edən sənədlərin əslləri (əmək kitabçasının, həqiqi hərbi xidmətdə olduğu dövrü təsdiq edən sənəd və s.); “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9cu maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışının əsli; pensiya təyin edilməsi ilə bağlı ərizə. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi məsələsinə əmək kitabçasının əsli və 3-cü bənddə qeyd edilən güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmağına dair iş yerinin arayışı bu məktuba əlavə olunmuş arayışa uyğun qaydada tərtib edilməklə Mərkəzi Filiala təqdim edildikdən sonra baxıla bilər. Cavabdeh qurumun 3-17-1/2-T-38114/2023 saylı xx.xx.2022-ci il tarixli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Həmin Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Mərkəzi Filiala təqdim edilən sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi ümumi iş stajı 25 ildən az (21 il 11 ay 26 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2002-ci il, xx.xx.2005- xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və 2006-2022-ci illər üzrə cəmi 6 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 18473,48 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. Həmçinin cavabdehin 3-17-1/2-T-163681/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 6 iyul 2023-cü il tarixdə daxil olmuş müraciətə aidiyyəti üzrə baxılmışdır. “Güzəştli şərtlərlə pensiya təyinatı” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsində iddia qaldırmışdır. Göstərilənləri nəzərə alaraq sözügedən inzibati iş üzrə yekun məhkəmə aktı Mərkəzi Filiala daxil olduqdan sonra məhkəmə qərarının icrası məsələsinə baxılacaqdır. Cavabdehin 3-17-112-T-376212/2023 saylı xx.xx.2023-cü il tarixli məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2023-cü il tarixli 3-17-1/2-T38114/2023 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu 05 sentyabr 2023-cü il tarixdə daxil olmuş müraciətə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş. hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 01 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-cı il üzrə 2 ay, 2007-ci il üzrə 1 ay və xx.xx.2008xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də ümumi iş stajı 25 ildən az (22 il 3 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2002-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixindən sonrakı dövr üzrə 6 ay)) təşkil edir. Bundan başqa fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20914,02 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. Sonuncu dəfə cavabdeh orqanın verdiyi 3-17-1/2-T-226212/2023 saylı xx.xx.2023cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və (göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ var. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərti ilə daxil edilir. 01 yanvar 2006-cı il tarixdən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-cı il üzrə 2 ay, 2007-ci il üzrə 1 ay və xx.xx.2008-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində sığorta ödənişləri öz əksini tapmayıb. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün qeyd olunan dövrləri iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də ümumi iş stajı 25 ildən az (22 il 3 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.2002-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə 6 ay)) təşkil edir. Bundan başqa fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20914,02 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Müraciətə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığı təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququ var. Həmin imtina məktublarından narazı qalan İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, xx.xx.1962-ci il tarixdə doğulmuşdur. xx.xx.1981 xx.xx.1983-cü illərdə hərbi xidmətdə (2 il 1 ay 8 gün) olmuşdur. xx.xx.1983 - xx.xx.2002-ci illərdə (18 il 5 ay 27 gün) “BBTİ”-nin 1 saylı evtikmə kombinatında quraşdırıcı peşəsində, xx.xx.2005 - xx.xx.2007-ci illərdə (2 il 1 ay 28 gün) "xxxx" ASC-də suvaqçı peşəsində, xx.xx.2008 - xx.xx.2011-ci illərdə (3 il 10 ay 29 gün) "xxxx" MMC-də suvaqçı peşəsində işləmişdir. 1 saylı evtikmə kombinatı xx.xx.2005-ci il tarixdən "xxxx" ASC-yə çevrilmişdir. xx.xx.2022-ci il tarixdə 60 yaşı tamam olmuşdur. 2022-ci il tarixə kimi onun 26 il 7 ay 27 gün ümumi stajı var. 1983-cü ildən 15 aprel 2002-ci ilədək işlədiyi quraşdırıcı peşəsinə görə 12 il 6 aydan artıq zərərli iş sahəsində güzəştli stajı var. “BBTİ”-nin 1 saylı evtikmə kombinatında xx.xx.1983 - xx.xx.2002-ci illərdə (18 il 5 ay 27 gün) işlədiyi dəmir-beton konstruksiyalar üzrə quraşdırıcısı peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu - bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri bölməsinin polad və dəmir-beton konstruksiyalarının quraşdırılması üzrə quraşdırıcılar bəndinə uyğundur. Ümumi iş stajı xx.xx.1983-cü il tarixdə açılmış ИТ-İ ******* nömrəli əmək kitabçasında öz əksini tapmışdır. Beləliklə onun 26 il 7 ay 27 gün ümumi iş stajı, 18 il 5 ay 27 gün zərərli iş şəraitində xüsusi stajı var. Qeyd edilənlərə əsasən 60 yaşının tamam olduğu xx.xx.1962-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranmışdır. "xxxx" ASC-dən ona güzəştli arayış verilmişdir. 60 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə dəfələrlə ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmişdir. Lakin onun müraciətinə imtina cavabı verilmişdir. Cavabdeh inzibati orqanın onun ərizəsini təmin etməməsi əsassızdır və hüquqları pozulmuşdur. Ona görə də 60 yaşının tamam olduğu vaxtdan pensiyanın təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi xahişi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin etirazları: Cavabdeh tərəfindən iddiaya dair yazılı etiraz verilərək bildirilmişdir ki, İddiaçı iddia ərizəsində Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 29-cu bəndində uyğun olaraq 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Cavabdehin imtinası qanuni və əsaslı olduğundan İddiaçı tələbi qeyd olunan əsaslara görə məhkəmə tərəfindən təmin edilməməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ayını çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ var. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. 1 yanvar 2006-cı il tarixindən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabın sığorta hissəsində 2006-cı il üzrə 2 ay, 2007-ci il üzrə 1 ay və xx.xx.2008-xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlər (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi üçün yuxarıda qeyd olunan dövrləri iddiaçının iş stajına daxil etmək mümkün deyil. Bu səbəbdən də iddiaçının ümumi iş stajı 25 ildən az (22 il 3 gün (xx.xx.1981-xx.xx.1983-cü il, xx.xx.1983xx.xx.2002-ci il və xx.xx.2005-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər və xx.xx.2006-cı il tarixdən sonrakı dövr üzrə 6 ay)) təşkil edir. Bundan başqa iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə ki, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq 40320,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 20914,02 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3023/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində işlədiyi dövrdə əmək haqqı almışdır. Əgər məcburi dövlət sosial sığorta haqları ödənilməmişdirsə, bu onun günahı deyildir. Onun maaşından tutulan pulların hara və necə ödənilməsi barədə məlumatı olmamışdır. Tərəflərin izahatları: İddiaçının vəkili Nümayəndə iddia tələbinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək onun təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə, sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İddianın mümkünlüyü ilə bağlı qeyd olunur ki, iddiaçının hazırki iş üzrə tələbinin təmin olunmasından imtina edən cavabdeh inzibati orqanın sonuncu imtina məktubunun tarixi xx.xx.2023-cü il tarixdir. İddiaçının həmin məktubu nə vaxt alması iş materialları ilə müəyyən olunmur. İddiaçı isə hazırki iddia ilə məhkəməyə xx.xx.2023-cü il tarixdə müraciət etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 38.2-ci, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 73.2-ci maddələrinin tələblərini nəzərə alaraq hesab edir ki, iddia qanunla müəyyən edilmiş müddət daxilində verildiyi üçün mümkündür. İddianın mahiyyəti ilə bağlı qeyd olunur ki, hazırda İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı tələbi “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən, 60 yaşdan ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” ilə bağlıdır. Qeyd olunan tələblə bağlı iddiaçı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu tərəfindən “iddiaçının ümumi iş stajının 25 ildən az olması” əsası ilə tələbinin təmin olunmasından imtina edilmişdir. Bundan sonra iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası məhkəmə tərəfindən təmin edilməmişdir. Məhkəmə kollegiyası iddianın təmin edilməməsi ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabilyyətini itirdiyinə, işsizliyə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2022-ci il tarixədək qüvvədə olmuş 9.1-ci maddəsində deyilirdi: Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun tələblərinə görə əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranmasını üç xüsusatla şərtləndirir: 1) iddiaçının müvafiq (qanunla müəyyən edilmiş) yaş həddinə, yəni 60 yaşa çatması; 2) həmin vaxtadək 25 ildən artıq ümumi iş stajının toplanması, 3) həmin vaxtadək toplanmış ümumi iş stajının 12 il 6 ayının əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (AR NK-nın 12 nömrəli 23 yanvar 2007-ci il tarixli qərarı ilə təsdiqlənmiş Siyahıda göstərilən) çalışması. xx.xx.2022-ci il tarixdən adı çəkilən Qanunda pensiya kapitalı ilə bağlı nəzərdə tutulan tələb aradan qaldırılmışdır. İşdən görünür ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun 60 yaşının tamam olması, həmin tarixə, yəni xx.xx.2022-ci il tarixə qədər 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq xüsusi stajının tamam olması gərəkdir. Hazırki işdə iddiaçı iddiasının əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə əmək kitabçasını, hərbi biletini və müvafiq güzəştli arayışı təqdim etmişdir. İddiaçı dair H3 seriyalı ******* saylı xx.xx.1981-ci il tarixli hərbi biletdən görünür ki, Lerik Rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə yararlı hesab edilərək xx.xx.1981ci il tarixdə hərbi xidmətə qəbul edilmiş və xx.xx.1983- cü il tarixədək Sovet Ordu sıralarında xidmət etmişdir. Həmin Qanunun 67-ci maddəsinin “v” bəndinə əsasən isə hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilən əmək fəaliyyətinin növlərinə daxildir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 21.2.3-cü maddəsinə əsasən müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİnin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti sığortaolunanın sığorta stajına daxil edilir. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69-cu maddəsində isə təsbit edilmişdir ki, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3-cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Hazırda cavabdeh inzibati orqan iddiaçının qanunla tələb olunan 25 ildən artıq ümumi iş stajının mövcudluğunu mübahisələndirir. İş materiallarında olan iddiaçıya aid əmək kitabçasındakı qeydlərə əsasən onun ümumi iş stajı 25 ilən artıq təşkil edir. Lakin mübahisə olunan məqam ondadır ki, iddiaçının işlədiyi 2006, 2007, 2008-2011-ci illərdə işəgötürən müəssisələr tərəfindən onun barəsində mdss ödənişləri edilmişdirmi? İddiaçı ümumi stajına dair tərtib edilmiş müvafiq cədvəldən görünür: Hərbi xidmət xx.xx.1981-xx.xx.1983-ci il (2il, 1 ay, 8 gün), “BBTİ”-nin 1 saylı evtikmə kombinatı (quraşdırıcı) xx.xx.1983-xx.xx.2002-ci il (18 il, 5 ay, 27 gün), "xxxx" ASC (suvaqçı) xx.xx.2005-xx.xx.2007-ci illər (2 il, 1 ay, 28 gün), "xxxx" MMC (suvaqçı) xx.xx.2008xx.xx.2011-ci il tarix 3 il 10 ay 29 gün. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə ünvanlanmış **********66650 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.2023-cü il tarixə uçot məlumatlarına əsasən "xxxx" MMC xx.xx.2005-ci il tarixdə ********** nömrəli VÖEN-lə vergi ödəyicisi kimi uçota alınmışdır. Vergi ödəyicisinin fəaliyyəti müraciətinə uyğun olaraq xx.xx.2014-cü il tarixdən xx.xx.2019-cu il tarixədək dayandırılmış, bərpa vaxtı çatdığı üçün xx.xx.2019-cu il tarixdən bərpa olunmuşdur. Lakin vergi ödəyicisinin ərizəsinə əsasən fəaliyyəti yenidən xx.xx.2020-ci il tarixdən xx.xx.2021- ci il tarixədək dayandırılmış, bərpa vaxtı çatdığı üçün xx.xx.2021-ci il tarixdən bərpa olunmuşdur. Müraciətinə uyğun olaraq fəaliyyəti yenidən xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək dayandırılmış, lakin fəaliyyəti xx.xx.2022-ci il tarixdən bərpa olunmuşdur. Həmin tarixdən etibarən "xxxx" MMC-nin (**********) fəaliyyəti və digər vergi tutulan əməliyyatları aktiv vəziyyətdədir. Cəmiyyətin əsas fəaliyyət növü “Yaşayış və-qeyri-yaşayış binalarının tikintisi” (41200) kimi qeyd edilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, kargüzarlıq haqqında qaydalara əsasən arxiv sənədləri son 5 il üzrə saxlanılır. Bunu nəzərə alaraq 2008-2011-ci illər üzrə arxiv məlumatları Cəmiyyətdə tam olaraq mövcud deyil. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq **********458200 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, vergi ödəyicilərinin dövlət reyestrində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2001-ci il tarixdə S-126 nömrə ilə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin ümumi yığıncağının qərarına əsasən xx.xx.2013-cü il tarixdə hüquqi varislik digər şəxsə keçmədən ləğv olunaraq dövlət reyestrindən çıxarılması barədə məlumat mövcuddur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı dair sığorta hesabına əsasən 2006-ci il yanvar ayından iyul ayınadək sığorta haqları ödənilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialı tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq 3-17-1/2- 300610/2023 saylı xx.xx.2023-cü il tarixli məktub ilə bildirilmişdir ki, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” Azərbaycan Respublikasının Qanununun tətbiqinə xx.xx.2006-cı il tarixdən başlandığı üçün xx.xx.2005-ci il tarixdən xx.xx.2006-cı il tarixədək İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatların Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemində əks olunması mümkün olmamışdır. Sorğu ilə əlaqədar İddiaçı xeyrinə hesablanmış və ödənilmiş məcburi dövlət sosial sığorta haqları barədə məlumatlar (2006-cı ilin yanvar - mart və may - iyul ayları üzrə) təqdim edilmişdir. İddiaçı fərdi şəxsi hesabında 2006-cı ilin aprel, avqust dekabr ayları və 2007 - 2011-ci illərə dair məlumat aşkar edilməmişdir. Beləliklə, məhkəmə araşdırmaları zamanı müəyyən olunmuşdu ki, iddiaçının 01 yanvar 2006-cı il tarixdən bugünədək ödənilməli olan məcburi dövlət sosial sığorta haqları fərdi hesabının sığorta hissəsində 2006-cı il üzrə 2 ay, 2007-ci il üzrə 1 ay və xx.xx.2008xx.xx.2011-ci il tarixləri arasındakı dövrlər ərzində isə sığorta ödənişləri öz əksini tapmamışdır. Qanunvericilikdə (ƏPQ-nun 21.1-ci maddəsi) məcburi dövlət sosial sığorta haqları ödənilməyən dövrlərin (Qanununun 21.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla) sığorta stajına daxil edilmədiyi nəzərdə tutulduğundan bu hal qeyd olunan dövrlərin iddiaçının iş stajına daxil edilməsini mümkünsüz edir. Odur ki, iddiaçının ümumi iş stajı 25 ildən az təşkil edir, xüsusi stajının isə 12 il 6 aydan artıq təşkil etməsi həm iş materialları ilə təsdiq olunur, həm də cavabdeh qurum tərəfindən mübahisələndirilmir. Lakin iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilən tələblərdən biri- 25 ildən artıq ümumi iş stajı tələbi tam ödənilmədiyindən onun iddia tələbi əsassızdır. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən iddia düzgün olaraq təmin olunmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Hazırki vəziyyətdə iddiaçı onun istədiyi inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilmir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etdiyindən və bu dəlillərə qərarın əsaslandırıcı hissəsində qiymət verildiyindən bu barədə əlavə apellyasiya araşdırılmasına zərurət yoxdur. Odur ki, məhkəmə kollegiyası iddia tələbinin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qanuni və əsaslı olan məhkəmə qərarının ləğvi üçün əsas yaratmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3023/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3023/2024 saylı 07 iyun 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova X8 Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar