Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-563/2020 06.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Vüqar Təvəkgül oğlu Həsənovun sədrliyi və məruzəsi ilə, X6 və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Şamxal Mehdi oğlu Ariflinin katibliyi, iddiaçının vəkili Vəkil iştirakı ilə, İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Naziriyinə) qarşı «rəyin verilməsi və artıq ödəmənin geri qaytarılmasına» dair iddiası üzrə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2848/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarından cavabdeh tərəfindən verilmiş şikayətə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X5 cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri X3 və Azərbaycan Respublikası Maliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş 24902.97 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyatı üzrə cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X4 və Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının şəxsi hesab vərəqəsində 24902.97 manat artıq ödəməsi yaranmışdır. xx.xx.2019-cu il tarixində Vergilər Nazirliyi yanında Bakı şəhər X3 artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının geri qaytarılması barədə ərizə ilə müraciət etmiş, lakin xx.xx.2019-cu il tarixili cavab məktubunda artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarını Vergilər Nazirliyi yanında Bakı şəhər X4 geri qaytarmaqdan imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı Azərbycan Respublikası Vergilər Məcəlləsinin 3.5-ci, 15.1.4-cü, 24.0.10-cu, 85.5-ci, 87.1-ci, 87.3-cü, 87.4-cü maddələrə istinad edərək artıq ödənilmiş 24902.97 manat məbləğin və qaytarılmanın gecikdirilməsinə görə vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0.1 faizi məbləğində faiz olaraq əlavə olaraq ödənilməsi barədə rəyin verilməsi və artıq ödəmənin geri qaytarılması barədə vəzifənin aidiyyatı üzrə cavabdehlər Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X4 və Maliyyə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Azərbaycan Respublikası İPM-in 13-cü maddəsinə əsasən iddia tələbini dəqiqləşdirərək Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X1 dəyişdirilərək, Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi olaraq qeyd olunmasını və digər cavabdeh Azərbaycan Respublikası Maliyyə Nazirliyinin cavabdehlər sırasından çıxarılması və üçüncü şəxs qismində işə cəlb olunmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2848/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ilə iddia təmin olunmuşdur. Həmin qərardan cavabdeh apellyasiya şikayət verərək qərarın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı 24902,97 manat məbləğin qaytarılması barədə Vergilər Nazirliyi yanında Bakı şəhər X3 müraciət etmişdir. Müraciətə baxılarkən vergi ödəyicisi tərəfindən təqdim edilmiş ərizədə artıq ödəmənin yaranma səbəbinin düzgün əks etdirilmədiyi aşkar edilmişdir. Buna görə də vergi ödəyicisi tərəfindən təqdim edilən ərizə qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hala uyğun olmadığı - Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2019-cu il 313 saylı qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyasının qaytarılması barədə» ərizədə qeyd edilən məlumatlar düzgün doldurulmadığı üçün vergi ödəyicisinə məlumat verilmiş və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Artıq ödənilmiş vəsaitlərin büdcədən qaytarılması şəxs hesab vərəqəsində qeyd edilənlərə müvafiq olaraq deyil, Nazirlər Kabinetinin xx xxxx 2019-cu il 313 saylı qərarı ilə təsdiq edilmiş «Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları»na uyğun olaraq həyata keçirilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Lakin vergi ödəyicisi tərəfindən ərizə yuxarda qeyd edildiyi kimi düzgün şəkildə tərtib edilməmişdir. İddiaçı tərəfindən dürüstləşdirilmiş ərizə ilə vergi orqanına müraciət edilmədiyindən cavabdehin rəy verməsi və ya rəy verilməsindən imtina etməsi mümkün olmamışdır. Bu səbəbdən ilk öncə məhkəmə tərəfindən iddianın mümkünlüyü düzgün şəkildə yoxlanılaraq iddiaçıya sözügedən çatışmazlığı aradan qaldıraraq yenidən vergi orqanına müraciət etməsi tövsiyə olunmalı idi. İddiaçı tərəfindən yol verilmiş xətalar düzəldilərək cavabdeh orqana müraciət etdiyi və cavabdeh tərəfindən rəy verilməsindən imtina olunduğu təqdirdə iddiaçının məhkəməyə müraciət etmə hüququ yaranmır. Bundan başqa istinad olunan qaydaların 6.1-ci bəndinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə arıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olması təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) vergi ödəyicisinə və sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində ödənilir. Həmin Qaydaların 6.3-cü bəndinə əsasən büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda, gecikdirilmiş müddət üçün faiz ödənilmir. Bu baxımdan iddiaçı tərəfindən vergi orqanına təqdim olunan ərizə qanunvericiliyin tələbinə uyğun olmadığından geri qaytarılmalı olan vəsaitə faiz hesablanması tələbi rədd olunmalı idi. İddiaçının nümayəndəsi Vəkil məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını xahiş etmişdir. Əlavə olaraq göstərmişdir ki, iddia birinci instansiya məhkəməsi tərəfindən haqlı olaraq mümkün sayılmışdır. İşə apellyasiya qaydasında baxılması xx.xx.2020-ci il tarixə təyin edilmiş, cavabdehə işə baxılmanın yeri və vaxtı barədə məlumat verilmiş, lakin o nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının vəkilinin izahatı dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv olunmalı və iddia mümkün sayılmamalıdır. İddia ərizəsinin məzmunundan aydın olur ki, X2 şəxsi hesab vərəqəsindən göründüyü kimi şəxsi vərəqinin çap olunan xx.xx.2019-cu il tarixinə olan saldosu 24.902,97 manat qeyd olunmuşdur. İşə əlavə edilmiş artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması bardə ərizədən göründüyü kimi artıq ödənilmənin yaranma tarixi kimi xx.xx.2019-cu il və artıq ödəmənin cəmi məbləği 24902.97 kimi qeyd olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli, 48 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması” Qaydalarının 3-cü bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır. Həmin Qaydaların 5.5-ci bəndinə əsasən vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlar Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş formada vergi ödəyicisinin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə və xarici diplomatik və analoji nümayəndəliklər üzrə 4 nüsxədə rəy tərtib edirlər. Rəydə ayrı-ayrı vergi növləri üzrə artıq ödənilmiş məbləğlər, habelə digər vergilər, faizlər maliyyə sanksiyaları və inzibati cərimələr üzrə borcların olmadığı əks etdirilməli və rəy müvafiq qaydada təsdiq olunmalıdır. 5.7-ci bəndə əsasən tərtib olunmuş rəyin 2 nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 5.4cü bəndində nəzərdə tutulmuş hallarda 12 gün müddətində artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına, 1 nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 nüsxəsi isə vergilərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. Həmin Qaydaların 6-cı bəndinə əsasən maliyyə orqanları vergi ödəyicisinin büdcəyə daxil olmasını təmin edən orqanlar tərəfindən verilmiş rəyləri qəbul edirlər. Mərkəzləşdirilmiş gəlirlərin qaytarılması tələb olunan zaman yerli maliyyə orqanlarına təqdim olunmuş rəylərin bir nüsxəsi və ərizənin surəti 5 və ya bu Qaydaların 5.4-cü bəndində nəzərdə tutulmuş hallarda 4 gün müddətində Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə təqdim edilməlidir. Maliyyə orqanları vergi ödəyicisinin vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlarda qeydiyyatından və vergilərin büdcə qanunvericiliyinə əsasən yerli və mərkəzləşdirilmiş gəlirlərə aid edilməyindən asılı olaraq vəsaitin qaytarılmasını təmin etməlidirlər. İstinad edilən normaların tələblərindən göründüyü kimi, artıq ödənilmiş vergilərin büdcədən qaytarılması vergi ödəyicisinin həmin qaydalara uyğun təqdim edilmiş ərizəsi əsasında qəbul edilmiş vergi orqanının müvafiq rəyinə əsasən maliyyə orqanları tərəfindən təmin edilir. İş materiallarından görünür ki, iddiaçı Qaydaların tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixdə artıq ödənilmiş verginin büdcədən qaytarılması üçün elektron formada ərizə göndərməklə cavabdeh orqana müraciət etmiş, lakin ərizədə artıq ödəmənin yaranma səbəbini düzgün qeyd etməmişdir. Cavabdehin ərizə ilə əlaqədar cavab məktubunda ərizədə texniki çatışmamazlıqlar aradan qaldırıldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun baxılacağı bildirilmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Aşkar olaraq müəyyən olunmuş olur ki, vergi orqanı iddiaçının ərizəsinin təmin olunmasından imtina etməmiş, yalnız yaranmış qeyri dürüstlüyü aradan qaldırmaqla yenidən müraciət etmək imkanını saxlamışdır. İddiaçı isə dürüst formalı ərizə ilə müraciət etməli olduğu halda birbaşa məhkəmədə iddia tələbi irəli sürmüşdür. Eyni zamanda nəzərə alınmalıdır ki, artıq ödənilmiş vergilərin büdcədən qaytarılmasını təmin etmək səlahiyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə aid deyildir. Məhkəmə kollegiyası izah edir ki, iddiaçı ərizəsində yol verdiyi texniki nöqsanları aradan qaldırmaqla yeni ərizə ilə müraciət etdikdən sonra Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı irəli sürə biləcəyi mümkün iddia tələbi büdcədən artıq ödəmənin qaytarılması barədə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müvafiq rəyin verilməsi öhdəliyinin qoyulması barədə ola bilər. Məhkəmə kollegiyası işin yuxarıda göstərilən hallarını və sadalanan hüquq normalarını nəzərə alaraq hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilməli, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2848/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarıhüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi ilə çıxarıldığından ləğvedilməli,iddia mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 89, 90 və 94 -cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin olunsun. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2848/2019 saylı, xx.xx.2019-cu il tarixli qərarı ləğv edilsin. İddiaçı X2 cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə (3-cü şəxs Azərbaycan Respublikası Maliyyə Naziriyinə) qarşı «artıq ödəmənin geri qaytarılması» barədə iddiası mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Hakimlər imzalar: Əsli ilə düzdür Hakim: Vüqar Həsənov
Məhkəmə qərarları › İş №2-1(103)-563/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-563/2020
06.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver