Məhkəmə qərarları › İş №2-1(103)-563/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-563/2021

22.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-563/2021 22.04.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Yusifov Cahangir Afər oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı pensiyanın təyin edilməsi tələbinə dair inzibati mübahisə üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)-2922/2019 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)-2922/2019 saylı qərarı ilə iddia təmin edilmişdir (hakim T.Əsədova). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin İİK-nın 18.06.2020-ci il tarixli 2-1(103)-441/2020 saylı qərarı ilə apelyasiya şikayəti təmin edilərək, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)-2922/2019 saylı qərarı ləqv edilərək iddia təmin edilməmişdir (sədrlik edən və məruzəçi V.Məmmədov, hakimlər H.Həmidov və E.Nağıyeva). Həmin qərardan narazı qalan iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İİK-nın 20.11.2020-ci il tarixli 2-1(102)- 1963/2020 saylı qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 18.06.2020-ci il tarixli 2-1(103)-441/2020 saylı qərarı ləğv edilmiş və iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir (sədrlik edən və məruzəçi N.Rəsulbəyova, hakimlər K.Bədəlov və İ.Hüseynov). Məhkəmə kollegiyasının 15.12.2020-ci il tarixli qərardadı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsinə qarşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 11.05.2016-cı il tarixdən, 52 yaşdan «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinə əsasən pensiya təyin edilməsini və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan məhkəmə 23.07.2019-cu il tarixli qərardadla əsl olmayan cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nəsimi rayon Şöbəsini əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsi ilə əvəz etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 11.06.1964-cü ildə Hacıqabul şəhərində doğulmuşdur. 03.08.1981-ci ildən 12.04.1990-cı ilə qədər «Azərbaycan-X4 Xüsusienerjimühafizəidarəsi»nin Əli Bayramlı DRES-in nəzdində yerləşən Əli Bayramlı sahəsində «izolyasiyaçı-örtükçü»xxxx«Azərbaycan-X4 Xüsusienerjimühafizə İdarəsi»nin Bakı DRESin nəzdində yerləşən Bakı sahəsində «qumrovçu» metal və metal hissələrinin kvarsqumu ilə təmizlənməsi və 06.01.1997-ciildən 28.11.2005-ci ilə qədər «X6 Tikinti» ASC-də çilingər vəzifəsində işləmişdir. Pensiyaya çıxmaq üçün DSMF-nin Nəsimi rayon Şöbəsinə müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. İş üzrə 1 saylı Bakı İnzibat-İqtisadi Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri: İlkin məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili X2 çıxışında bildirmişdir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının işlədiyi sahələr AR Nazirlər Kabinetinin 1993-cü il qərarı ilə təsdiq edilmiş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”ndakı kodlara uyğun gəldiyindən, o, güzəştli şərtlərlə pensiya almaq hüququna malikdir: elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri: elektrik izolyasiya lakları, qatran və mastika bişirənlər (1120000a11410); metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri (12100000-19568). Lakin iddiaçının qeyd olunan vəzifələrdə çalışmış olması onun əmək kitabçası ilə öz təsdiqini tapmır (əmək kitabçasının tərcüməsi əmək kitabçasının əslinin sözbəsöz tərcüməsi deyil və cavabdeh onu sübut qismində qəbul etmir). Belə ki, qeyd olunan peşələr iddiaçının əmək kitabçasında yoxdur. İddiaçı güzəştli şərtlərlə pensiya təyin edilməsi hüququ verən işlərdə işləmiş olmasına dair arayış da təqdim etməmişdir. Nümayəndə və vəkil apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı və cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İddiaçı xx.xx.1964-cü ildə Qazı-Məmməd şəhərində doğulmuşdur (AZE ******** №-li Şəxsiyyət Vəsiqəsi). İddiaçı 10.06.1982-ci ildən 18.06.1984-cü ilə qədər Sovet ordu sıralarında hərbi xidmətdə olmuşdur (NZ ******* №-li Hərbi Bilet). İddiaçı 03.08.1981-ci ildən 08.06.1982-ci ilə qədər «AzərbaycanX4 Xüsusienerjimühafizə İdarəsi»nin Əli Bayramlı DRES-in nəzdində yerləşən Əli Bayramlı sahəsində «izolyasiyaçı-plyonka çəkən», 03.07.1984-cü ildən 12.04.1990-cı ilə qədər 3-cü dərəcəli metalın, metal hissələrin və məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyici, 16.04.1990-cı ildən 23.12.1996-cı ilə qədər «Azərbaycan-X4 Xüsusienerjimühafizə İdarəsi»nin Bakı DRES-in nəzdində yerləşən Bakı sahəsində metalın, metal hissələrin və məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyici, 06.01.1997- ci ildən 28.11.2005-ci ilə qədər «X6 Tikinti» ASC-də çilingər vəzifəsində işləmişdir (əmək kitabçası). İddiaçı ərizə ilə 07.01.2019-cu il tarixdə DSMF-nin Nəsimi rayon Şöbəsinə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasını xahiş etmiş, lakin həmin müraciətə cavab verilməmişdir (poçt qəbzi). Hazırda iddiaçı onun güzəştli şərtlərlə yaşa görəəmək pensiya hüququnun yarandığı 11.05.2016-cı il tarixdən, 52 yaşdan «Əmək pensiyaları haqqında» Qanununun 9.8-ci maddəsinəəsasən pensiya təyin edilməsini və həmin tarixdən hal-hazıradək ödənilməmiş pensiya məbləğinin birdəfəyə ödənilməsinin cavabdehin üzərinə qoyulmasını istəyir. Birinci instansiya məhkəməsi aşağıdakı hüquqi əsaslara görə hesab etmişdir ki, iddia təmin olunmalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiqi crahakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” ARQanunu 01.01.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədərisə “Vətəndaşların pensiya təminatı haqqında” AR Qanunu qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cümaddəsinin “a” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər 50 yaş çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı işyerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. İddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin “a” bəndinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) İddiaçının 01.01.2006-cı ilə qədər azı 20 il ümumi iş stajının mövcud olması; 2) İddiaçının 01.01.2006-cı ilə qədər azı 10 il güzəştli iş stajının mövcud olması. Tədqiq olunmuş sənədlərdən müəyyən olunur ki, iddiaçının 01.01.2006-cı ilə qədər hərbi xidmət dövrü də daxil olmaqla 25 il 3 ay 25 gün ümumi və 13 il 3 ay 21 gün güzəştli iş stajı mövcuddur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları təsdiq edilmişdir. Həmin Qaydaların 1.3-cü bəndinə əsasən 2017-ci ilin iyulun 1-dək pensiya hüququ əldə etmiş, lakin pensiya təyinatı üçün 2017-ci ilin 1 iyulundan sonra müraciət etmiş şəxslərə Qanunun həmin tarixədək qüvvədə olmuş normaları əsasında təyin edilir. Adıçəkilən Qaydaların 2 №-li Əlavəsinə əsasən pensiya hüququ olan şəxsə pensiya təyinatı vətəndaşın ərizəsi, şəxsiyyətini təsdiq edən sənəd, ümumi iş stajını təsdiq edən sənədlər, həmçinin həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayış əsasında həyata keçirilir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ 2016-cı il tarixdə yarandığından ona münasibətdə bu Qaydalar tətbiq oluna bilməz. Belə ki, AR DSMF-nin Kollegiyasının 2011-ci il 21 noyabr tarixli, 17 №-li Qərarı ilə təsdiq olunmuş və «Əmək pensiyaları haqqında» AR Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, sosial sığorta stajının müəyyən olunması, əmək pensiyası sənədlərinin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları iddiaçının pensiya hüququ yaranan tarixdə qüvvədə olmuşdur. Həmin Qaydalarda isə həmin Qanunun 9-cu maddəsinə əsasən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən peşələrdə işlədiyinə dair arayışın təqdim olunması göstərilməmişdir. Göründüyü kimi, hazırda qüvvədə olan Qaydalar iddiaçının hüquqi vəziyyətini pisləşdirdiyindən ona münasibətdə tətbiq oluna bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Birinci instansiya məhkəməsinin qənaətinə görə iddiaçının işlədiyi «izolyasiyaçıörtükçü» vəzifəsi AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 №-li Siyahının Xİİ “Elektrotexnika istehsalatı və elektrotexniki avadanlığın təmiri” Bölməsinin 1120000a-11410 – elektrik izolyasiyaçıları, qatran və mastika bişirənlər və “metalın, metal hissələrin və məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyici” vəzifəsi isə XXİİİ. Ümumi peşələr bölməsinin 12100000-19568 - metalın, metal hissələrin və məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyicilər peşələrinə uyğunlaşdırılmalıdır. Məhkəmə kollegiyası kassasiya instansiya məhkəməsinin göstərişlərini nəzərə alaraq, iddiaçının AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 nömrəli Qərarın “Əmək şəraiti zərəli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın iddiaçının işlədiyi peşələrdən konkret hansı müddəaların ona şamil olması barədə sorğu göndərilmişdir. Sorğuya cavab olaraq “xxxx” ASC-nin “xxxx” MMC məhkəməyə göndərdiyi məktubda bildirmişdir ki, “Cənubxüsüsienerjimühafizə” müəssisəsi “xxxx” MMC-nın (Əli Bayramlı DRES-in) ərazisində podratçı təşkilat olaraq fəaliyyət göstərmişdir. “xxxx“ MMC-də izolyasiyaçılar, odadavamlı kərpiclə hörgü hörənlər, qazan təmizləyənlər tərəfindən bilavasitə zərərli materiallarla (maye şüşə, şüşə lifli döşəkçələr, azbest parçalar, kvars qumu və s.) yüksək təzyiqli və temperaturlu boru kəmərləri, çənləri, qazanları izolyasiya edilmişdir. Qumrovçular tərəfindən buxar turbinin rotoru və digər metal məmulatların (hissələrin) kvars qumu ilə yuyulması işləri yerinə yetirilmişdir. Qeyd olunan vəzifələrdə çalışanların əmək haqqına ağır və zərərli iş şəraitinə görə 12-24 faiz əlavə əmək haqqı və əsas məzuniyyətə 6 gün əlavə məzuniyyət müəyyən edilmişdir. Göstərilən vəzifələr və yerinə yetirilən işlərin xarakteri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 saylı Qərarına 2 N-li əlavəyə əsasən “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərinə Siyahısında izolyasiyaçı vəzifəsi XXVİİ bölüm 2290000a-12520, Xİİİ bölüm 2140000a-15416, Xİİİ bölüm 2140000a-13148 şifrəsi ilə, qumrovçu vəzifəsi isə 1 №-li Siyahısında XXİİİ bölüm 12100000-19568 şifrəsi ilə qeyd edilmiş göstəricilərinə tam uyğun olması səbəbi ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədəuyğundur. İddiaçının əmək kitabçasından görünür ki, İddiaçı 03.08.1981-08.06.1982-ci illərdə (10 ay 05 gün) “Xüsusieneryiittifaq” X1 “Cənubxüsusienerji” müəssisənin Əli Bayramlı istehsalat sahəsində «izolyasiyaçı-plyonka çəkən»; “Cənubxüsusienerji” müəssisənin Əli Bayramlı istehsalat sahəsində 03.07.1984-12.04.1990-cı illərdə (05 il 09 ay 09 gün) 3-cü dərəcəli qumrovçu (metalın, metal hissələrin və məmulatlarının quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan təmizləyici); 12.04.1990-16.04.1990-ci (04 gün) illərdə köçürülmə yolu ilə həmin müəssisəsinin Bakı istehsalat sahəsində qumrovçu; 16.04.1990- 04.10.1993-cü illərdə (03 ilr 05 ay 28 gün) həmin müəssisəsinin Bakı istehsalat sahəsində qumrovçu; 04.10.1993-23.12.1996-cı illərdə (03 il 02 ay 19 gün) “Cənubxüsusienerjimühafizə” Birgə müəssisəsində qumrovçu; 06.01.1997-24.05.1999-ci illərdə «X6 Tikinti» ASC-də çilingər, həmin idarədə 24.05.1999-28.11.2005-ci illərdə (08 il 10 ay 22 gün) əl ilə asfalt yayan fəhlə işləmişdir. Beləliklə, əmək kitabçası və arayışla müəyyən edilir ki, iddiaçının 01.01.2006-cı il tarixə qədər 02 il hərbi xidmət illəri nəzərə alınmaqla cəmi 24 il 02 ay 27 gün ümumi iş stajı, ümumi stajdan qumrovçu peşəsində 12 il 05 ay 20 gün ( 03.07.1984-23.12.1996-cı illərdə) güzəştli iş stajı mövcuddur və həmin peşə AR Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahı üzrə XXİİİ. Ümumi peşələr bölməsinin, kod 12100000-19568 metalın, metal hissələrin və məmulatların quru kvars qumu ilə təmizlənməsi ilə məşğul olan metal, töküntü, məmulatların və hissələrin təmizləyiciləri peşəsinə uyğunlaşdırılmalıdır. Məhkəmə kollegiyası apellyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.11.2019-cu il tarixli, 2-1(81)-2922/2019 saylı qərar dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Cahangir Yusifov Aida Hüseyn

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar