Məhkəmə qərarları › İş №2-1(103)-563/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-563/2022

29.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-563/2022 29.04.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X7 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Aytac Mahir qızı Məmmədlinin katibliyi ilə, İddiaçı, cavabdehin nümayəndəsi X3 və 3-cü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (3-cü şəxs X4) “çıxarışın verilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9114/2021 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı Bakı Şəhər İcra hakimiyyəti başçısının 03.09.1993-cü il tarixli, 1609 saylı Sərəncamına əsasən iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsi tərəfindən 11 nömrəli Orderlə verilmiş Bakı şəhəri, Göradil qəsəbəsi Bağlar sahəsində 75 saylı BTK-nın nəzdində 12 ha torpaq sahəsi olan 351 “ı” saylı bağ sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhər İcra hakimiyyəti Başçısının 03.09.1993-cü il tarixli. İ609Täyh Sərəncamına əsasən Bakı şəhəri, Göradil qəsəbəsi Bağlar saəsində 75 saylı BTK-nın nəzdində 12 ha torpaq sahəsi olan 35 TT’ saylı bağ sahəsi dörd nfərdən ibarət ailə üzvləri olmaqla onun - İddiaçı adına ayrılmışdır. Həmin sərəncama əsasən ona Bakı Şəhər İcra Hakimiyyəti Aparatının Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə baş istehsalat idarəsinin bağlar təsərrüfatı idarəsi tərəfindən 11 nömrəli Order verilmişdir. Qeyd edilən bağ sahəsinə dair plan ölçüsü tərtib edilmiş və ona təqdim edilmiş sənədlər əsasında Bağ torpaq sahəsinin dörd bir tərəfindən standart mişar daşlarında hasar çəkdirmiş və Darvaza qoydurmuşdur. Bağ torpaq sahəsi 28 ildir ki, onun istifadəsindədir və bu vaxta kimi hər hansı bir şəxs tərəfindən ona ayrılmış torpaq sahəsinə iddialı olması barədə heç bir tələb olmamışdır. 2006-cı ildən başlayaraq ona ayrılmış Bağ torpaq sahəsinin vergilərini Binəqədi rayon Bələdiyyəsinə ödəyir. Sonradan iddiaçı ərizə ilə Bağ torpaq sahəsinə dövlət reyestrindən çıxarışın verilməsi üçün cavabdehə müraciət etmişdir. Cavabdehin **********95 saylı 01.07.2021-ci il tarixli cavab məktubunda bildirilmişdir: “Müraciətinizlə əlaqədar bildirirk ki, təqdim etdiyiniz X2 və İstismarı Birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmişdir. Həmçinin göstərilən bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Bundan əlavə, təqdim edilən Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilmiş sərəncamında bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmişdir. Bu səbəblərdən ərizəniz təmin edilməmişdir.” Bağ torpaq sahəsinin sənədləşdirilməsi üçün verilmiş imtina tamamilə əsassızdır. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9114/2021 saylı qərarı ilə iddianın təmin edilməsi, Bakı Şəhər İcra hakimiyyəti başçısının 03.09.1993-cü il tarixli, 1609 saylı Sərəncamına əsasən iddiaçıya Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyi tərəfindən 11 nömrəli Orderlə verilmiş Bakı şəhəri, Göradil qəsəbəsi Bağlar sahəsində 75 saylı BTK-nın nəzdində 12 ha torpaq sahəsi olan 351 “ı” saylı bağ sahəsinə çıxarışın verilməsi öhdəliyinin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qeyd olunan bağ sahəsinə X2 və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilməmiş, həmçinin göstərilən bağ sahəsi digər fiziki şəxsin – X1 adına “351f” saylı bağ kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir. Bundan əlavə, təqdim edilən Bakı şəhər İH tərəfindən verilmiş sərəncamda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilməmiş, habelə bağ sahəsinin nömrəsi sxematik xəritədə aşkar edilməmişdir. Müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə X5 məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə 3-cü şəxs qismində cəlb edilməli və ekspertiza keçirilməlidir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs apellyasiya şikayətinin təmin edilib-edilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirərək, izahatında onun bağ nömrəsinin 351f olduğunu, iddiaçının torpaq sahəsi ilə üst-üstə düşmədiyini, çıxarışı 2011-ci il tarixdə aldığını, bağ sahələri arasında 20 metr məsafə olduğunu, 13-14 ildir ki, iddiaçının oranı hasara aldığını, iddiaçının bağ sahəsi olduğunu bildirdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya baxışı zamanı X4 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. İş materiallarından görünür ki, Bakı Şəhər İcra Hakimiyyəti Aparatının X2 və İstismarı Birliyinin 11 nömrəli Orderinə əsasən Bakı Şəhər İcra Hakimiyyətinin 03.09.1993-cü il tarixli 1609 nömrəli sərəncamına əsasən Göradil bağ massivində yerləşən 0.12 ha torpaq sahəsi olan 351 “ı” nömrəli bağ İddiaçı ayrılmışdır. Cavabdeh inzibati orqan iddiaya dair imtina məktubunda qeyd olunan bağ sahəsinə X2 və istismar birliyi tərəfindən verilmiş orderin arxiv nüsxəsi İdarənin arxivində aşkar edilmədiyindən, həmçinin göstərilən bağ sahəsi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçdiyindən, bundan əlavə, təqdim edilən Baki şəhər İH tərəfindən verilmiş sərəncamda bağ sahəsinin nömrəsi və ölçüsü qeyd edilmədiyindən ərizənin icrasının mümkün olunmamasını bildirmişdir. Birinci instansiya məhkəməsi imtina məktubunda qeyd edilən digər şəxsin mübahisə predmeti olan 351 “ı” nömrəli bağ sahəsinə mülkiyyət hüquqlarını müəyyən edən sənədlərin təsdiq edilmiş surətlərini göndərməsinə dair 05.08.2021-ci il tarixli sorğu göndərmişdir. cavabdeh inzibati orqan məhkəmənin sorğusuna cavab olaraq 26.08.2021ci il tarixli məktubla 351 “ı” nömrəli bağ sahəsinə deyil, 351 “f” nömrəli bağ sahəsinə dair mülkiyyət hüquqlarını müəyyən edən sənədlərin təsdiq edilmiş surətlərini məhkəməyə göndərmişdir. Halbuki, hazırkı iş üzrə mübahisə predmetini 351 “f” nömrəli bağ sahəsi deyil 351 “ı” nömrəli bağ sahəsi təşkil edir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə əsasən torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. Qeyd olunan Məcəllənin 88-ci maddəsinə əsasən tikiliyə, qurğuya və ya müəssisəyə (obyektə) mülkiyyət hüququ başqa şəxsə keçərkən onların yerləşdiyi torpaq sahəsinə mülkiyyət hüququ da həmin şəxsə tikilinin, qurğunun və ya müəssisənin əvvəlki mülkiyyətçisinə məxsus olan həcmdə və torpaq sahəsindən istifadə üzrə müəyyən edilmiş şərtlər və məhdudiyyətlər qalmaqla bu maddəyə uyğun olaraq keçir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatı idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinə əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin dördüncü hissəsinə görə fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanmış sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 7.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir. Həmin Qanunun 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Həmin Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. «Yerli icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələrinin ləğv edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 22.05.2007-ci il tarixli Sərəncamına əsasən yerli icra hakimiyyəti orqanlarının, o cümlədən Bakı Şəhəri İcra Hakimiyyətinin nəzdində olan bağ təsərrüfatı idarələri ləğv edilərək, onların arxivlərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə»yə (3.0.2-ci bənd) görə hüquqların dövlət qeydiyyatı haqqında ərizəni və ərizəyə əlavə olunan sənədləri qəbul etmək, (3.0.3-cü bənd) təqdim edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunu yoxlamaq, (3.0.4-cü bənd) bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmadığını müəyyən etmək, (3.0.5-ci bənd) hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatının dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlər yazmaq və dövlət reyestrinə müvafiq məlumatlar daxil etmək, (3.0.7-ci bənd) hüquqların dövlət qeydiyyatını dayandırmaq və ya dövlət qeydiyyatına alınmasından imtina etmək, (3.0.11-ci bənd) hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək, (3.0.20-ci bənd) daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını və təsvir edilməsini təmin etmək məqsədi ilə daşınmaz əmlakın vahid kadastrının və ünvan reyestrinin tərtib edilməsində və aparılmasında iştirak etmək, (3.0.23-cü bənd) daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı məqsədi ilə torpaq sahəsinin planının və ölçüsünün tərtib edilməsini və verilməsini təmin etmək, (3.0.29-cu bənd) vətəndaşların qanuni istifadəsindəki yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyində olmuş bağların yerləşdiyi torpaqların onların mülkiyyətinə verilməsini yerquruluşu işləri aparılmaqla və normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada torpaq istifadəçiliyində mövcud olan uyğunsuzluqlar aradan qaldırılmaqla rəsmiləşdirmək Xidmətin vəzifələri sırasına daxildir. Azərbaycan Respublikası Prezidentinin 04.05.2015-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti haqqında Əsasnamə»nin 3-cü bəndinə görə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalı torpaqların elektron uçotunun aparılması və xəritələşdirilməsi yolu ilə avtomatlaşdırılmış torpaq kadastr informasiya sistemini və məlumat bankını yaratmaq və onlardan istifadəni təmin etmək, mərzçəkmə işlərini aparmaq və mərz nişanlarını qoymaq Xidmətin vəzifələri sırasına daxildir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, mövcud qanunvericilik («Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi) daşınmaz əmlaka hüquqların müvafiq reyestrdə qeydiyyatına əsasların dairəsini konkret müəyyən etmiş və 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair sərəncamlar və orderlər belə əsaslardan biri kimi nəzərdə tutulmuşdur. İddiaçıya Göradil qəsəbəsi ərazisindəki 0.12 ha olan 351 “İ” nömrəli bağ sahəsi Bakı ŞİH-in 03.09.1993-cü il tarixli 1609 №-li Sərəncamı əsasında verilmiş X2 və İstismarı Birliyinin 11 nömrəli orderi ilə ayrıldığından və həmin Sərəncamın və orderin ləğvi və ya etibarsızlığı barədə məhkəməyə hər hansı sübut (dəlil) təqdim edilmədiyindən, sözügedən order sübut kimi mötəbər qiymətləndirilir və iddiaçı həmin bağ sahəsinin qanuni istifadəçisi sayılmalıdır. Göstərilənlərə əsasən İddiaçı 351 “ı” nömrəli bağ sahəsinə qanuni istifadəçi kimi «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən mülkiyyət hüququ əldə etdiyindən, cavabdehin imtinası qanuna zidd və hazırkı iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Qeyd edilməlidir ki, İdarənin arxivində müvafiq orderin nüsxəsinin aşkar olunmaması daşınmaz əmlakın qeydiyyata alınmasından imtina üçün əsas ola bilməz. Məhkəmə cavabdehin imtina üçün gətirdiyi göstərilən bağ sahəsinin digər şəxsin-X1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməsi ilə bağlı dəlilinə münasibətdə aşağıdakıları qeyd edir: Apellyasiya baxışı zamanı X4 inzibati məhkəmə icraatına 3-cü şəxs qismində cəlb edilmişdir. Apellyasiya baxışı zamanı təqdim edilmiş, seriya MA ******* saylı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Goradil bağ massivi, 351f saylı bağ sahəsi X1 adına ********** qeydiyyat nömrəsi ilə, 28.09.2011-ci il tarixdə qeydiyyata alınmışdır. Apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, uzun müddətdir ki, çıxarışın verilməsini tələb etdiyi bağ sahəsi iddiaçının faktiki istifadəsindədir. Cavabdehin çıxarışın verilməsindən imtina etdiyi bağ sahəsinin X1 adına qeydiyyatdan keçməsi də öz təsdiqini tapmamışdır. Belə ki, 3-cü şəxs qismində cəlb edilmiş X4 izahatında ona məxsus torpaq sahəsi iddiaçının torpaq sahəsi ilə üst-üstə düşmədiyini bildirmişdir. Göründüyü kimi, cavabdeh imtinanın əsası kimi qeyd etdiyi hallar öz təsdiqini tapmamışdır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçı hazırkı iddiası ilə məhkəməyə müraciət etməkdə haqlı olmuş, cavabdehin Bakı şəhəri, Göradil qəsəbəsi Bağlar sahəsində 75 saylı BTK-nın nəzdində 12 ha torpaq sahəsi olan 351 “ı” saylı bağ sahəsinə çıxarışın verilməsindən imtinası qanuna zidd olmaqla iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Odur ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Eyni zamanda, hazırkı iş üzrə ekspertizanın təyin edilməsi üçün zərurət yoxdur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 24 sentyabr 2021-ci il tarixli, 2-1(112)-9114/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar