Məhkəmə qərarları › İş №2-1(103)-564/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-564/2024

19.01.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-564/2024 19.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və X5 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)- 2465/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraatlar: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona müharibə veteranı statusu və vəsiqəsinin verilməsi öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Teyfıır oğlu xx.xx.N963-cü il tarixdə Quba rayonu, İİ Nügədi kəndində doğulmuşdur. xx.xx.N982-ci il tarixdən xx.xx.N984-cü il tarixinədək keçmiş Sovet Ordusunda, sonra isə xx.xx.N993-cü il tarixindən xx.xx.N994-cii il tarixinədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində Hərbi xidmət etmişdir. İ Qarabağ müharibəsində iştirak etmişdir. Beyləqan, Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak etmişdir. N saylı hərbi hissənin komandirinin xx.xx.N994-cü il tarixli, 99 nömrəli əmri ilə şəxsi heyətinin sıralarından azad edilmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçıya müharibə veteranı statusunun verilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə müvafiq sənədlərlə (hərbi biletin notarial qaydada ləqdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin surəti, müvafiq arayışlar və s. sənədləri ərizəyə əlavə etməklə) ərizə ilə müraciət etmişdir. AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli VƏM/R-3445 saylı məktubu ilə iddiaçıya imtina verilmişdir. Daha sonra iddiaçı lazımi sənədlər əsasında yenidə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli № ***-**** saylı məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2465/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərarda qeyd edilir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinin təqdim etdiyi Bakı şəhəri Nəsimi rayon hərbi komissarlığı üzrə müharibə veteranı və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxsərin adlı siyahısında İddiaçı N998-ci il tarixdə müharibə veteranı vəsiqəsi ilə təmin olunduğu qeyd edilsə də həmin vəsiqə halhazırda iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsi tərəfindən də həmin vəsiqənin surəti təqdim edilməmiş, Müdafiə Nazirliyində isə həmin vəsiqə barədə hər hansı məlumat yoxdur. Hal-hazırda həmin vəsiqənin surəti əldə edilmiş və iş materiallarına əlavə olunmuşdur. Bundan başqa iş araşdırılarkən Müdafiə Nazirliyinin Mərkəzi Arxivi tərəfindən verilmiş Arayışa da baxılmamışdır. Belə ki, həmin Arayışda qeyd edilir ki, N nömrəli hərbi hissə komandirinin NN noyabr N993-cü il tarixli 0N nömrəli əmri ilə İddiaçı şəxsi heyətin siyahısına daxil edilmişdir. Bundan sonra onu aktiv döyüşlərin olduğu əraziyə aparmışlar. O, 03 mart N994-cü il tarixinə qədər 0 döyüş bölgəsində olmuşdur. Arayışda qeyd edilir ki, xx.xx.N994-xx.xx.N994-cü il tarixli nizami hissə əmrlərində onun adı qeyd edilməyib. Lakin həmin zaman onun döyüş bölgəsində olmağı nəzərə alınmayıb, eyni zamanda onun həmin N nömrəli hərbi hissə komandirinin hərbi biletindəki möhürü əsasında təxris olunmağı da nəzərə alınmamışdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətini müdafiə edərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, habelə gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlməyən tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya instansiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona müharibə veteranı statusunun verilməsi ilə bağlı AR Müdafiə Nazirliyinə müvafiq sənədlərlə (hərbi biletin notarial qaydada ləqdiq edilmiş surətini, şəxsiyyət vəsiqəsinin surəti, müvafiq arayışlar və s. sənədləri ərizəyə əlavə etməklə) ərizə ilə müraciət etmişdir. AR Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli VƏM/R-3445 saylı məktubu ilə iddiaçıya imtina verilmişdir. Daha sonra iddiaçı lazımi sənədlər əsasında yenidə Müdafiə Nazirliyinə müraciət etmişdir. Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin xx.xx.2022-ci il tarixli № ***-**** saylı məktubu ilə iddiaçıya imtina cavabı verilmişdir. İmtina onunla bağlı olmuşdur ki, iddiaçı N.T. Rzayevin N0 fevral N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmir. Bundan sonra iddiaçı hazırki tələblə Baki İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin təmin edilməməsi ilə yekunlaşmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə razılaşmayaraq apellyasiya şikayətini əsaslı hesab edərək aşağıdakıları qeyd etməyi zəruri bilir. Tətbiq edilən hüquq normalar: “Hərbi qulluqçuların statusu haqqında” xx.xx.N99N-ci il tarixli Qanun: Maddə 3. Vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi tədris müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi tədris müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. “Veteranlar haqqında” Qanun: Maddə 3. Müharibə veteranları Aşağıdakılar müharibə veteranları sayılırlar: ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər; ... Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. Maddə 7. Veteran adlarının və vəsiqələrinin verilməsi Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N995-ci il 22 sentyabr tarixli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə: N-ci hissə N-ci bənd. Müharibə veteranı adı aşağıdakı qaydada verilir: (-)... 8-ci yarımbənd Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N988-ci il fevralın N-dən N994-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N994-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti, Azərbaycan Respublikasının Strateji X3 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. N. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. 2-ci bənd. Bu Əsasnamənin N-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidməti və Azərbaycan Respublikasının Strateji X3 Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir. “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 202Nci il 23 dekabr tarixli N5N3 nömrəli Fərmanı: N.N997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçulara, daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə aşağıdakı məbləğlərdə birdəfəlik ödəmə verilsin: ....... N.3. İİİ dərəcə əlilliyə görə – 4 400 manat; 2. Müəyyən edilsin ki: 2.2. bu Fərmanın 5.N-ci bəndi nəzərə alınmaqla, birdəfəlik ödəmənin verilməsi bu Fərmanın N-ci hissəsində müəyyən edilmiş məbləğlərdə sığorta ödənişi almış və barəsində sığorta ödənişinin verilməsinə dair qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçulara və daxili işlər orqanlarının əməkdaşlarına və ya onların vərəsələrinə şamil edilmir. 5.N. bu Fərmanın N-ci və 8-ci hissələrində nəzərdə tutulmuş ödənişlərin verilməsini bu Fərmanın 4.N-ci bəndində nəzərdə tutulan qaydaya uyğun olaraq təmin etsin; Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi N997-ci il avqustun 2-dək olan xidmət dövründə Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan halların baş verməsi nəticəsində əlilliyinin müəyyən edilməsi ilə əlaqədar sığorta ödənişinin verilməsinə dair barəsində qanuni qüvvəyə minmiş məhkəmə aktı olan hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının siyahısını bir ay müddətində Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim etsin. Əsaslandırıcı hissə İş materiallarına əlavə edilmiş AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.N963-cü il təvəllüdlü İddiaçı ünvan N ünvanında qeydiyyatdadır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.20N6-cı il tarixli, 837 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.20N6-cı il tarixli məktubunda barəsində təqsirləndirici materialın və ya cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N993-cü ildə aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmalarından sonra sol qaş nahiyyəsində, sol saidin aşağı N/3-nin ön səthində, sol yanaq nahiyyəsində, sol budun aşağı N/3-nin ön-içəri səthində, sağ əlin İİ barmağının arxa səthində çapıq toxumaları" (Azərbaycan Respublikası SHXÇDX-nin Nəsimi rayon idarəsinin xx.xx.20N6-cı il tarixli N94N nömrəli göndərişi, xx.xx.20N6-cı il tarixli 2N5 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.20N6-cı il tarixli 306 nömrəli aktı, Bakı ş. Nəsimi rayon məhkəməsinin xx.xx.20N6-cı il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır". Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nın 7.2. bəndinin a) yarımbəndi. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli, 0N2- N5272-N222 nömrəli məktubu ilə göndərilmiş tələbnamədə əməliyyat-sorğu kartotekasında heç bir məlumatın olmadığı qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2022-ci il tarixli, 4/2-6480 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı barədə N66 Nli hərbi hissə komandirinin NN noyabr N993-cü il tarixli 0N N-li, N0 dekabr N993-cü il tarixli N6 N-li, N4 dekabr N993-cü il tarixli 20 N-li, 2N dekabr N993-cü il tarixli 27 N-li, 30 yanvar N994-cü il tarixli 67 N-li və N0 fevral N994-cü il tarixli 78 N-li əmrlərindən arxiv çıxarışlarını ünvanınıza göndəririk. Qeyd edirik ki, N66 N-li hərbi hissə komandirinin Müdafiə nazirinin Katibliyi Mərkəzi Arxivdə olan xx.xx.N994- xx.xx.N994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar olunmamışdır. Həmin məktubla göndərilmiş arxiv çıxarışlarının surətindən görünür ki: -N nömrəli hərbi hissənin yaradılması və N nömrəli hərbi hissənin tərkibində olan Nci tank taburunun ləğv olunması ilə bağlı İddiaçı (sıra nömrəsi N04) N66 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 0N №-li əmrilə (əsas: əmrdə atasının adı yazılmamışdır, hərbi rütbəsi göstərilməyib) şəxsi heyətin siyahısına daxil edilərək bütün növ təminatlarla təmin edilmişdir. -N66 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli N6 №-li əmrilə sıravi İddiaçı (sıra nömrəsi 75) Daşburun stansiyasına gəlmiş hesab olunmuş və müvafiq vəzifələrə təyin olunmaqla döyüş bölgəsində yerləşən Xaçinskoy kəndinə gəlmiş hesab olunmuş və aylıq məvacibləri üç qat miqdarında artırılmışdır. -İddiaçı (sıra nömrəsi 2) N66 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 20 №-li əmrilə (əsas: əmrdə atasının Teyfi yazılmışdır, vəzifəsi göstərilməyib) sıravi əsgər X6 cənazəsini aparmaq üçün 4 günlük Sumqayıt şəhərinə ezam olunmuş və ezamiyyətdə olduğu müddət ərzaq təminatından azad olunmuşdur. -N66 №-li hərbi hissə komandirinin xx.xx.N993-cü il tarixli 27 №-li əmrində (əsas: əmrdə atasının adı Teyfi yazılmışdır, vəzifəsi göstərilməyib) sıravi sıravi İddiaçı Teyfi oğlunun (sıra nömrəsi 3) ezamiyyətdən hərbi hissəyə gəlməsi və bütün növ təminatlarla təmin olunmuşdur. -N66 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 67 №-li əmrində İddiaçı (sıra nömrəsi 8), (əsas: əmrdə hərbi rütbəsi və vəzifəsi göstərilməyib) məzuniyyətə göndərilməsi və ərzaq təminatlarından azad edilməsi barədə məlumat vardır. -N66 №-li hərbi hissə komandirinin xx.xx.N994-cü il tarixli 78 №-li əmrində İddiaçı (sıra nömrəsi 3), (əsas: əmrdə vəzifəsi göstərilməyib) məzuniyyətə hərbi hissəyə gəlmiş hesab edilməsi və ərzaq təminatları ilə təmin edilməsi qərara alınmışdır. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun verdiyi xx.xx.2022-ci il tarixli, HPxx/xx-N04N8 nömrəli məktubda bildirilmişdir ki, vətəndaş İddiaçı N nömrəli hərbi hissədə xidmət etməsi ilə bağlı barəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunda cinayət işinin və ya təqsirləndirici materialın olmasına dair məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsi tərəfindən vətəndaş İddiaçı verilmiş xx.xx.2022-ci il tarixli, NN2 nömrəli arayışın surətindən görünür ki, xx.xx.N963-cü il təvəllüdlü İddiaçı ona görə ki, həqiqətən o, xx.xx.N982-ci il tarixdən xx.xx.N984-cü il tarixədək keçmiş Sovet Ordusunda və xx.xx.N993-cü il tarixdən xx.xx.N994-cü il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmət etmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinin xx.xx.2022ci il tarixli, 2493 nömrəli məktubu ilə göndərilmiş Bakı şəhəri Nəsimi rayon hərbi komissiarlığı üzrə müharibə veteranı və vəsiqəsinin verilməsi üçün təqdim olunan şəxsərin adlı siyahısında İddiaçı adı xx.xx.N998-ci il tarixli, 22 nömrəli protokola əsasən 024240 nömrəli müharibə veteranı vəsiqəsi qeyd edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı Şəhəri Nəsimi Rayon İdarəsinin verdiyi xx.xx.2023-cü il tarixli, 34378/2-289 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı adı “Qarabağ müharibəsi” veteranı statusu ləğv edilmiş şəxslərin siyahısında keçmir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin verdiyi xx.xx.2023-cü il tarixli, 3-25-NN/2-2539/23 nömrəli məktubda bildirilmişdir ki, 03 may 2023-cü il tarixli 2-N(NN2)-2465/2023 nömrəli sorğunuza cavab olaraq bildirilir ki, iddiaçı “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsi ilə bağlı Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya müraciət etmiş, iddiaçının N0 fevral N994-cü il tarixdən sonra hərbi xidməti və qanuni əsaslarla ehtiyata buraxılması arxivdə olan nizami hissə üzrə əmrlərlə təsdiq edilmədiyindən ona “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Həmçinin, bildirilir ki, iddiaçının “Müharibə veteranı” vəsiqəsinin dublikatının verilməsi ilə bağlı komissiyaya müraciəti olmamış və vəsiqənin qüvvədə olması ilə bağlı komissiyada məlumat mövcud deyildir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının N nömrəli hərbi hissədə xidmət keçməsi qeyd olunan hərbi hissələrin əmrləri və iddiaçının hərbi bileti ilə təsdiq olunduğundan və iddiaçı xidmət etdiyi dövrdə döyüş əməliyyatlarında iştirak etdiyindən, habelə iddiaçı Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan yuxarıda istinad edilən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin N-ci bəndinin qeydinə əsasən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən cavabdehin imtinası qanunsuz olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komisiyasının xx.xx.20N6-cı il tarixli, 837 nömrəli qərarının surətindən görünür ki, Bakı şəhəri Nəsimi RHK tərəfindən N993-cü ildə hərbi xidmətə çağırılmış, Füzuli hərbi prokurorluğunun xx.xx.20N6-cı il tarixli məktubunda barəsində təqsirləndirici materialın və ya cinayət işinin olmadığı qeyd edilmiş, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən N993-cü ildə aldığı və xx.xx.20N6-cı ildə Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsi zamanı təyin edilmiş yaralanmanın nəticələri-diaqnoz: “Qəlpə yaralanmalarından sonra sol qaş nahiyyəsində, sol saidin aşağı N/3-nin ön səthində, sol yanaq nahiyyəsində, sol budun aşağı N/3-nin ön-içəri səthində, sağ əlin İİ barmağının arxa səthində çapıq toxumaları" (Azərbaycan Respublikası SHXÇDX-nin Nəsimi rayon idarəsinin xx.xx.20N6-cı il tarixli N94N nömrəli göndərişi, xx.xx.20N6-cı il tarixli 2N5 nömrəli arayışı, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X4 canlı şəxsin məhkəmə-tibbi müayinəsinin xx.xx.20N6-cı il tarixli 306 nömrəli aktı, Bakı ş. Nəsimi rayon məhkəməsinin xx.xx.20N6-cı il tarixli qətnaməsi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “Hərbi Travmadır, Azərbaycan Respublikasının Müdafiəsi Zamanı Alınmışdır". Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nın 7.2. bəndinin a) yarımbəndi. Göründüyü kimi, iddiaçı N993-cü ildə döyüş bölgəsində hərbi xidmət keçərkən yaralanmasına görə Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N6-cı il tarixli qərarı ilə “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” şəklində şəhadətləndirilmişdir. Həmçinin iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının verdiyi xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubundan görünür ki, İddiaçı xx.xx.20N6-cı il tarixindən xx.xx.202N-ci il tarixinədək Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 9 sentyabr tarixli 823 nömrəli Fərmanına əsasən “Müharibə əlillərinə Azərbaycan Respublikası Prezidentinin təqaüdü” (İİ qrup) ödənilmişdir. XN Sisteminin Əlillik altsisteminə əsasən vətəndaşın İİ dərəcə əlillik müddəti xx.xx.202N ci il tarixindən bitdiyi üçün təqaüdün ödənişi xx.xx.202N-ci il tarixindən dayandırılmışdır. Əlavə olaraq bildirilir ki, vətəndaşa XN Sisteminin Sosial ödənişlər altsisteminə əsasən xx.xx.2022-ci il tarixində Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar hərbi xidmət vəzifələrini (xidməti vəzifələrini) yerinə yetirərkən və ya həqiqi hərbi xidmət dövründə xəsarət (yaralanma, travma, kontuziya) alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçuların və daxili işlər orqanları əməkdaşlarının, habelə onların ailə üzvlərinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında 23 dekabr 202N-ci il tarixli N5N3 nömrəli Azərbaycan Respublikası Prezidentinin Fərmanının N.2-ci maddəsinə uyğun olaraq 6600 manat birdəfəlik ödəmə verilmişdir. Həmçinin bildirilir ki, sözügedən şəxsin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü" təyin edilməsi üçün Mərkəzi Filiala müraciəti daxil olmamışdır. Kollegiya bildirir ki, iddiaçının “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi qeyd edilmiş Hərbi Həkim Komissiyasının xx.xx.20N6-cı il tarixli 837 nömrəli qərarı inzibati akt kimi ləğv olunmamış, geri çağırılmamış və hazırda qüvvədədir. Odur ki, iddiaçının Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs statusunda olması işin mübahisəsiz halıdır Mərkəzi Hərbi Həkim Komissiyasının xx.xx.20N6-cı il tarixli 837 nömrəli qərarına əsasən, iddiaçının hərbi xidmət zamanı aldığı xəsarətlərin səbəb əlaqəsi – “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyən edilmiş, xx.xx.20N6-cı ildə iddiaçının əlilliyi məhz həmin səbəb əlaqəsi ilə müəyyən edilmişdir. Əlilliyin sonradan – 202N-ci ildə aradan qalxması “Veteranlar haqqında” Qanunun 3-cü maddəsinin qeydində təsbit olunmuş “əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla” müddəasının iddiaçıya münasibətdə tətbiqi imkanını aradan qaldırmır. Beləliklə də iş materiallarına əlavə edilmiş sənədlərə məcmu halda qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan cavabdehin ona münasibətdə veteran adının və vəsiqəsinin verilməsindən imtinası qanunvericiyin tələblərinə uyğun olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apelyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı ləğv edilməli, iddia təmin olunmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilsin . Bakı İnzibati Məhkəməsinin 2-N(NN2)-2465/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilsin. İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və vəsiqəsinin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən N (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi N4, NN93-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar