Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-566/2021 09.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Məmmədov Vidadi Məmməd oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil oğlunun (“Kredo” Vəkil Bürosu) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qərarın ləğv edilməsi və qaçqın statusunun verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6018/2020 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Khan X2 xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin İQ-82/5 nömrəli xx xxx 2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında imtinaedici qərarın qanunsuz hesab edilməsi və ləğv edilməsi; cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin üzərinə İddiaçı xx xxxxxx 2020-ci il tarixli vəsatətini təmin edərək İddiaçı və onun ailə üzvlərinə (arvadı, xx.xx.1983- cü il təvəllüdlü Yousaf Humaria, qızları xx.xx.2004cü il təvəllüdlü X13 X6 Muqtada, xx.xx.2008-ci il təvəllüdlü X9 X7 Muqtada və oğlu xx.xx.2015-ci il təvəllüdlü X12 İddiaçı) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı Pakistan İslam Respublikası vətəndaşı və dini mənsubiyyətinə görə xristian protestantdır. Evlidir. İki qızı bir oğlu var. xx.xx.1964-cü ildə Pakistan İslam Respublikasının Sind vilayətinin Karaçi şəhərində anadan olmuşdur. 12 illik orta təhsilini bitirdikdən sonra Karaçi universitetində ingilis dili ixtisası üzrə təhsil alıb 1986-cı ildə həmin universiteti bakalavr pilləsi üzrə bitirmişdir. 1986- 1999-cu illərdə atasına məxsus Rjaput Construction adlı tikinti şirkətində işləmişdir. 2007ci ildən X4 adlı dil mərkəzində direktor vəzifəsində işləmişdir. Müsəlman sünni kimi doğulsa da 2002-ci ildə dinini dəyişərək xristianlığı qəbul etmişdir. Dinini dəyişdikdən sonra ailə üzvləri tərəfindən təhdidə məruz qaldığından xx xxxxxx 2020-ci il tarixdə ailəsi ilə birlikdə Pakistanı tərk edərək Azərbaycan Respublikasına gəlmişdir. İddiaçı xx.xx.2020ci ildə Azərbaycana gəlib. xx xxxxxx 2020-ci ildə iddiaçı sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti onun vəsatətini 27-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçı ilə müsahibə aparıb. İddiaçı bildirib ki, taliblərlə əməkdaşlıq etməkdən imtina etdiyinə görə taliblər tərəfindən təqib olunacağından qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmir (mətnə uyğun). İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 167 saylı xx.xx.2020-ci il tarixli qərarla inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olması ilə əsaslandırıb. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6018/2020 nömrəli qərardadı ilə iddia tələbi “İddiaçı Khan X2nın arvadı, xx.xx.1983-cü il təvəllüdlü Yousaf Humariaya qaçqın statusu verilməsi haqqında vəsatətin təmin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. Qərardaddan apellyasiya şikayəti verilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6018/2020 nömrəli qərarı ilə (hakim A.Oruczadə) İddiaçı Khan X2nın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın ləğv edilməsi və iddiaçıya qaçqın statusunun verilməsi tələbi barədə iddiа tələbi rədd еdilmişdir. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6018/2020 nömrəli qərarının ləğv edilməsini və cavabdehin üzərinə İddiaçı və onun ailə üzvlərinə (arvadı, xx.xx.1983- cü il təvəllüdlü Yousaf Humaria, qızları xx.xx.2004-cü il təvəllüdlü X13 X6 Muqtada, xx.xx.2008ci il təvəllüdlü X9 X7 Muqtada və oğlu xx.xx.2015-ci il təvəllüdlü X12 İddiaçı) qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir (Əfqanıstana qayıtma bəndi apellyasiya şikayətində də mövcuddur). Apellyasiya şikayəti iddia ərizəsi ilə oxşar məzmunda əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmə səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən, məhkəmə kollegiyası işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyərək apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq, hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçının apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd edir : “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Göründüyü kimi şəxsin qaçqın hesab edilməsi üçün irqi, dini, milli və bu kimi digər əlamətlərinə görə öz ölkəsini tərk etməyə məcbur olmalıdır. İş materiallarında olan qaçqın statusunun verilməsi haqqında 27-2020 nömrəli vəsatətə (ərizə-anket) əsasən qeyd edilmişdir ki, adı-X3; atasının adı-Khan X2; soyadı- Khan; soyadı və ya adı dəyişilibsə-nə vaxt və nə üçün-xeyr, dəyişməyib; təvəllüdxx.xx.1964; doğulduğu yer-Pakistan İslam Respublikası, Sind vilayəti, Kəraçi şəhəri; vətəndaşlığı- Pakistan İslam Respublikası; milliyəti-urdu dilli; dini etiqatı/təriqəti-xristian (protestant) 2002-ci ilin aprel ayında xristianlığı qəbul edib, bundan əvvəl sünni olub; ana dili-urdu; digər dillər-ingilis, azca rus, müsahibənin aparılmasını istədiyi dil-ingilis; peşəsiingilis dili müəllimi. Həmin vəsatətdə (ərizə-anket) iddiaçı bildirmişdir ki, atası onu öldürmək istəyir, ixtisaslı adam olmasına baxmayaraq ona iş vermirdilər, deyirdilər get namaz qıl, sonra işə götürərək, ümumiyyətlə Pakistan cəmiyyəti onun kimi dinini dəyişənləri qəbul etmir, onun atası və qohumları Pakıstanda yaxşı vəzifələrdə işləyir, atası tikinti şirkətində direktor idi, əmisi professor N.D.X11 və Ədliyyə naziri olub, sadecə iddiaçı dinini dəyişdiyi üçün orada qala bilmir. İş materiallarından müəyyən edilir ki,xx.xx.1964-cü ildə anadan olmuş Pakistan İslam Respublikaısnın vətəndaşı X5 Muqtada və onun ailə üzvləri (arvadı xx.xx.1983-cü il təvəllüdlü Yousaf Humaira, qızları xx.xx.2004-cü il təvəllüdlü X13, xx.xx.2008-ci il təvəllüdlü X9, oğlu-xx.xx.2015-ci il təvəllüdlü X12) həqiqətən qaçqın statusu almaq məqsədilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə xx xxxxxx 2020-ci il tarixdə ərizə ilə müraciət etmiş, onun adına 27-2020 saylı şəxsi işi açılmışdır. Qaçqın statusu verilməsi haqqında vəsatətin (ərizə-anketin) qeydiyyatı və müsahibə zamanı Pakistan İslam Respublikasının Sind vilayətinin Karaçi şəhərində doğulduğunu, dini etiqadına görə xristian (protestant) olduğunu, 12 illik orta təhsilini bitirdikdən sonra Karaçi universitetində ingilis dili ixtisası üzrə təhsil aldığını, 1986-cı ildə həmin universiteti baklavr pilləsi üzrə bitirdiyini, peşəkər davranış və menecment sahələri üzrə kurslar keçdiyini, 1986-1999-cu illərdə atasına məxsus Rajput Construction adlı tikinti şirkətində çalıdığını, sonuncu dəfə isə X4 dil mərkəzidə direktor vəzifəsində (2007-ci ildən etibarən) işlədiyini söyləmişdir. Özü və ailə üzvləri barədə məlumat verən ərizəçi evli olduğunu, bu evlilikdən üç övladının doğulduğunu, iki qardaşı və iki bacısının olduğunu, valideynlərinin, qardaş və bacılarının hazırda Pakistanda, həyat yoldaşının və övladlarının isə onunla birlikdə Azərbaycan Respublikasında yaşadıqlarını demişdir. Ərizəçi müsəlman olaraq doğulduğunu, əvvəllər islan dininə (sünni) etiqad etdiyini, 2002- ci ildə dinini dəyişərək xristianlığı qəbul etdiyini, bundan sonra ailə üzvləri tərəfindən təhdiq edildiyini, bu səbəbdən Pakistanda yaşamaq istəmədiyini və ailə üzvləri ilə birlikdə ölkəni tərk edərək xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikasına gəldiyini bildirmişdir. Ərizəçinin arvadı Yousaf Humaira ilə keçirilən müsahibə zamanı o ərinin dediklərini təsdiq edərək eyni problem səbəbindən ölkəni tərk etdiklərini təsdiqləmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvlərinin etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. İnandırıcılığın qiymətləndirilməsi zamanı ərizəçinin söylədiklərində bəzi ziddiyyətli məqamlar aşkar edilmiş və bu məqamlar onun xeyrinə həll edilməmişdir. Belə ki. O, dinini dəyişdiyi üçün Pakistanda yaşamaq istəmədiyini, orada qalacağı təqdirdə müxtəlif təhdid və təzyiqlərə məruz qalacağını bildirsə də, söylədiklərindən onun dinini dəyişdikdən sonra (2002-ci ildən sonra) bir neçə dəfə ölkəsini tərk etdiyi və yenidən ora qayıtdığı məlum olmuşdur. Ərizəçinin söylədiklərinə əsasən o,, ailə üzvləri ilə birlikdə müxtəlif illərdə Pakistanı tərk edərək Çin (2003-2005-ci illər), Rusiya (2008-2009), Şri-Lanka (2012-2014) və X1 (2018) səfər edərək həmin ölkələrdə qaçqın statusu almaq məqsədilə müraciət etmiş,lakin müraciətlərinə imtina cavabı verilmiş (Çin və ŞriLankada), həmçinin əlverişsiz iqlim şəraiti Rusiyada) səbəbindən Pakistana geri dönmüş və orada yaşamağa davam etmişlər. Ərizəçinin 2002-ci ildən etibarən dinini dəyişməsinə baxmayaraq onun uzun illər ölkəsində yaşaması ciddi təqib qorxusunun olmadığını deməyə əsas vermişdir. Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin xx xxxxxx 2020-ci il tarixli 167 nömrəli qərarı ilə qaçqın statusu verilməsindən imtina edilməsinə dair Dövlət Miqrasiya Xidmətinin xx.xx.2020-ci il tarixli, İQ-82/5 saylı qərarından Pakistan İslam Respublikasının vətəndaşı İddiaçı Khan X2 tərəfindən verilmiş şikayət əsassız olduğuna görə təmin edilməyərək qərarın dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Məhkəmə kollegiyası iddiaçının iddia ərizəsinin 53-cü bəndində və apellyasiya şikayətinin 42-ci bəndində göstərdiyi cavabdehin iddiaçının müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakının təmin etməməsi dəlininə əsasən qeyd etməyi zəruri hesab edir ki, iddiaçı ilə aparılan müsahibə zamanı iddiaçının müsahibənin aparılmasını istədiyi dil ingilis dili, iddiaçının peşəsi ingilis dili müəllimi qeyd edilmişdir, eyni zamanda iddiaçıya ingilis dilində verilən sualları başa düşdüyü sualı ünvanlanmış, iddiaçı da bəli cavabı vermişdir. Bu səbəbdən də apellyasiya şikayətinin bu dəlili məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda sadalananlara əsasən müəyyən olunur ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamış, heç bir sosial qrupa qoşulmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Onun qorxu və həyəcanları ehtimallara əsaslanmaqla məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanının 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qaydaların 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qaydaların 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən 3 ay ərzində qəbul edir. Həmin Qaydaların 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Əlavə olaraq məhkəmə kollegiyası iddiaçının iddia ərizəsində və apellyasiya şikayətində Əfqanıstanla bağlı göstərilənləri texniki yazı xətası kimi qəbul edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın rədd olunmasını mahiyyəti üzrə düzgün olan nəticə kimi qəbul edir və hesab edir ki, onun ləğvi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının qanunsuzluğu və əsassızlığı ilə bağlı dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6018/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İPM-in 87, 90, 94, 99-cu maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı : İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli, 2-1(112)-6018/2020 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-1(103)-566/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-566/2021
09.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver